Azad İran
5.71K subscribers
37.2K photos
22.3K videos
15 files
9.45K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 İran təbliğatda yaxşıdır, ancaq döyüşməkdə yox”

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, İran təbliğat aparmaqda güclü olsa da, hərbi sahədə eyni nəticəni göstərə bilmir. Onun sözlərinə görə, Tehran beynəlxalq mediada öz mövqeyini təqdim etməyə çalışır, ancaq real vəziyyət fərqlidir.

O, İranın danışıqlar prosesində çətinliklə üzləşdiyini də qeyd edib. Tramp İranı uzun illər bölgədə gərginliyin əsas səbəbkarlarından biri kimi təqdim edərək “47 ildir Yaxın Şərqin zorakısıdır” ifadəsini işlədib.

Prezident nüvə sazişinə toxunaraq əvvəlki razılaşmanı tənqid edib və onu “nüvə silahına aparan yol” adlandırıb. Onun sözlərinə görə, hazırkı yanaşma İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib.

Tramp çıxışında mediaya da toxunaraq, istənilən nəticədə İranın bəzən “qalib kimi təqdim edildiyini” və bunun yanlış məlumat olduğunu bildirib.

#ABŞ #Tramp #İran #təbliğat #müharibə

Kanala abunə olun
1👍1
Əl-Hədəs: “🇮🇷 Tehran vasitəçilərin mesajına cavab verib”

Bu gün “Əl-Hədəs” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib ki, İran ötən həftə 🇵🇰 Pakistanın daxili işlər naziri Möhsün Nəqəvinin Tehrana çatdırdığı mesaja cavab verib.

Məlumata görə, Pakistan rəsmisi İslamabadın Tehran və Vaşinqton arasında vasitəçilik təşəbbüsləri çərçivəsində İran rəhbərliyinə mesaj çatdırıb.

Telekanalın istinad etdiyi yüksək vəzifəli diplomatik mənbə ABŞ-İran danışıqlarının uğursuzluğa düçar olması ilə bağlı yayılan xəbərləri təkzib edib. Mənbənin sözlərinə görə, tərəflər arasında mümkün razılaşma ilə bağlı təmaslar davam edir.

Həmin mənbə bildirib ki, son saatlarda Pakistan və Qətər danışıqların irəliləməsi və tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində səylərini artırıb.

#İran #ABŞ #danışıqlar #Pakistan #cavab

Kanala abunə olun
🇧🇭 Bəhreyn bu gün 36 dron hücumuna məruz qalıb 🚀🔥

Bu barədə Bəhreynin xarici işlər naziri əl-Zayani 🇷🇺 Moskvada rusiyalı həmkarı Lavrovla keçirdiyi görüş zamanı bildirib.

O, bütün tərəfləri gərginliyi azaltmağa çağırıb və bu istiqamətdə Rusiya Federasiyasının rolunun vacibliyini qeyd edib.

#Bəhreyn #dronhücumu #İran #ABŞ #Rusiya

Kanala abunə olun
🇮🇷🇺🇲 İran İlon Maskın bölgədəki aktivləri ilə bağlı potensial hədəflərin siyahısını genişləndirib 💰🪙

"Fars" xəbər agentliyi növbəti hərbi əməliyyatlar çərçivəsində istifadə oluna biləcəyi iddia edilən hədəflərin siyahısının yeniləndiyini bildirir.

Məlumata görə, genişləndirilmiş siyahıya amerikalı milyarder İlon Maskın Qərbi Asiyadakı iqtisadi maraqları ilə bağlı olan bütün obyektlər daxil edilib.

Qeyd olunur ki, buraya regionun bir sıra ərəb ölkələrində yerləşən aktivlər də daxildir.

#İran #ABŞ #İlonMask #aktivlər #hədəf #siyahı

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah Livanın cənubunda 🇮🇱 İsrailə məxsus 'Heron' tipli kəşfiyyat dronunu vurub 🚀🔥

حزب‌الله یک پهپاد جاسوسی هارون اسرائیل را در جنوب لبنان ساقط کرد

#Hizbullah #İsrail #dron

Kanala abunə olun
👍1
🇮🇷 İran Xarq adasında 🇺🇸 ABŞ hücumuna qarşı aylarla müdafiə tədbirləri görüb

Mart ayında ABŞ-nin zərbələrindən sonra İran adaya əlavə hərbçilər, hava hücumundan müdafiə vasitələri və daşınan zenit-raket kompleksləri yerləşdirib. 

Bundan əlavə, mümkün desant hücumuna qarşı sahil zolaqları da daxil olmaqla əraziyə piyada və zirehli texnikaya qarşı minalar yerləşdirilib.

#İran #Xarqadası #ABŞ

Kanala abunə olun
🇺🇸 Tramp: "ABŞ 🇮🇷 İranın əsas neft ixracat mərkəzi olan Xarq adasını ələ keçirəcək" 🛢

ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki, ABŞ yaxın gələcəkdə İranın neft və qaz bazarlarına tam nəzarəti təmin etmək üçün ölkənin ən mühüm neft ixrac qovşağı olan Xarq adasını və digər neft infrastrukturlarını ələ keçirəcək.

O, həmçinin ABŞ-nin İrana "bu gecə çox güclü zərbə" endirəcəyini və İranın hərbi imkanlarının böyük hissəsinin artıq sıradan çıxarıldığını qeyd edib.

Fars körfəzində yerləşən Xarq adakı İranın xam neft ixracatının təxminən 90%-ni idarə edir.

#ABŞ #Tramp #İran #Xarqadası

Kanala abunə olun
🇮🇷 SEPAH: "🇺🇸 ABŞ keçmiş səhvlərini təkrarlayarsa, peşman olacaq" 👮‍♂🗣

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü ABŞ-nin son təhdid və addımlarına reaksiya verərək bildirib:
"Əgər ABŞ əvvəlki uğursuzluqlarını yenidən yaşamaq istəyirsə, peşman olacaq".

O vurğulayıb ki, İran Silahlı Qüvvələri hər hansı mümkün addımın qarşısını almaq üçün tam hazır vəziyyətdədir və istənilən təhdid və ya hücuma cavab verəcək.

#İran #SEPAH #ABŞ

Kanala abunə olun
😁5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇺🇲 İran ABŞ-nin 🇧🇭 Bəhreyndəki və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirib 🚀💥

🇨🇳 Çin dünən axşam 🇯🇴 İordaniyadakı F-35 anqarlarından birinə raket zərbəsi olduğunu təsdiqləyən peyk görüntülərini yayımlayıb.
Eyni zamanda Bəhreyndə 5-ci donanmanın bazasına raket zərbəsi əks etdiriən  videogörüntülər də paylaşılıb.

#İran #hücum #ABŞ #hərbibaza #Bəhreyn #İordaniya

Kanala abunə olun
🚨SON DƏQİQƏ

🇺🇸 Tramp bu axşam 🇮🇷 İrana qarşı planlaşdırılan zərbələri ləğv etdiyini bildirdi 🔥

"İslam Respublikası İran ilə aparılan müzakirələrin İran rəhbərliyinin ən ali səviyyəsinə çatdırılması və onun tərəfindən təsdiqlənməsi əsasında, mən, Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq, bu axşam üçün planlaşdırılan İrana qarşı zərbələri və bombalamaları ləğv etdim.
Müzakirələr və yekun müddəalar — həm ümumi konsepsiyada, həm də bütün detallarda — prosesə cəlb olunmuş bütün tərəflər, o cümlədən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr tərəfindən bəyənilib və təsdiqlənib.

Hərbi-dəniz blokadası bu saziş tamamlanana qədər tam qüvvədə qalacaq.

İmzalanma vaxtı və yeri yaxın zamanlarda elan olunacaq", -
Tramp yazıb.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
😁2🤔21
🇮🇷🇧🇭 İran Bəhreyndə AR-327 uzaqmənzilli radarını vurub 🚀

مورد هدف قرار گرفتن رادار دوربرد AR-327 در بحرین توسط ایران

#İran #Bəhreyn #radar

Kanala abunə olun
1👏1
🇦🇪 BƏƏ və 🇮🇷 İran Yaxın Şərq münaqişəsinin başlamasından bəri ilk görüşünü keçiriblər

Görüş bu həftə baş tutub və "daha sakit ikitərəfli münasibətlərin vacibliyinin getdikcə daha çox tanınması fonunda hər iki tərəf üçün kəskin dönüş nöqtəsi olub".

Tədbirin təşəbbüsü əsasən Əbu-Dabidən gəlib.

BƏƏ İrandan keçid üçün icazə istəyib və münasibətlərin normallaşmasına maraqlı olduqlarını qeyd edib.

BƏƏ İrana qarşı cəbhədə tərəfsiz qala biləcəyini bildirib. (Bloomberg)

#BƏƏ #İran

Kanala abunə olun
22 ölkə 🇮🇷 İrana xəbərdarlıq etdi ⚠️

22 ölkə, o cümlədən 🇺🇸 ABŞ və bir sıra 🇪🇺 Avropa dövlətləri cümə axşamı yaydıqları birgə bəyanatda İrana xəbərdarlıq edərək, öz ərazilərində fərdlərə qarşı hücumları dayandırmağı tələb ediblər.

Bu ölkələr, eləcə də İranın dəstəklədiyi qrupların onların ərazisindəki şəxslərə hücum etmək fəaliyyətlərini "sui-qəsd" adlandıraraq pisləyiblər.

Bəyanatda İranın təhlükəsizlik orqanları "Avropa, Şimali Amerika və 🇦🇺 Avstraliyada planları icra etmək üçün beynəlxalq və yerli cinayətkar şəbəkələrdən istifadə etməkdə" ittiham olunub.

Bu ölkələr öz bəyanatlarında yəhudi icmalarını, iranlı jurnalistləri və amerikalı jurnalistləri hədəf alan və məsuliyyətini "İranla həmfikir olduğu" deyilən "Hərəkat Əshabul-Yəmin əl-İslamiyyə" qrupunun üzərinə götürdüyü hücumları qeyd ediblər.👇👇👇
😁1
Azad İran
22 ölkə 🇮🇷 İrana xəbərdarlıq etdi ⚠️ 22 ölkə, o cümlədən 🇺🇸 ABŞ və bir sıra 🇪🇺 Avropa dövlətləri cümə axşamı yaydıqları birgə bəyanatda İrana xəbərdarlıq edərək, öz ərazilərində fərdlərə qarşı hücumları dayandırmağı tələb ediblər. Bu ölkələr, eləcə də…
Az tanınan bu qrup 🇬🇧 Londonun ən böyük yəhudi icmasından birinin yaşadığı Qolders Qrin bölgəsindəki sinaqoqlara və icma mərkəzlərinə qarşı törədilən bir sıra qəsdən yandırma hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

"Hərəkat Əshabul-Yəmin əl-İslamiyyə" həmçinin son aylarda Avropada baş vermiş bəzi hadisələrə, o cümlədən 🇧🇪 Belçikanın Lyej şəhərindəki sinaqoqa edilən hücuma, 🇳🇱 Niderlandın Rotterdam şəhərindəki sinaqoqu və Amsterdamdakı yəhudi məktəbini hədəf alan partlayışlara görə də məsuliyyət daşıdığını bəyan edib.

#İran #xəbərdarlıq

Kanala abunə olun
🇺🇲 Tramp: "🇮🇷 İranın nüvə sazişinin imzalanması, çox güman ki, Avropada baş tutacaq" 🗣

"Son qərar yaxın bir neçə gün ərzində veriləcək.
Sazişin şərtlərinə əsasən, İranın nüvə silahı olmayacaq",
- Tramp əlavə edib

ترامپ: توافق می‌تواند ظرف چند روز آینده نهایی شود.
احتمالاً مراسم امضای توافق ایران در اروپا برگزار خواهد شد

#ABŞ #Tramp #İran #saziş

Kanala abunə olun
3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "Saziş imzalanan kimi Hörmüz boğazı açılacaq" 🌊

ABŞ prezidenti Donald Tramp deyib: "Hörmüz boğazı saziş imzalanan kimi açılacaq.
Son bir ayda bir çox gəmini gecə vaxtı və gizlicə bölgədən çıxardıq.
Bəzi gecələr hətta 25 gəmini bölgədən təxliyə etdik.
Bazara böyük miqdarda neft daxil etdik və bu səbəbdən bazarda neft profisiti yarandı.
İranlıların nə baş verdiyini görə bilməməsi üçün hər şeyi bombaladıq".


#ABŞ #Tramp #İran #saziş #Hörmüzboğazı

Kanala abunə olun
🇮🇷 İran bir neçə ölkəyə son danışıqlar raundunda "prinsipial razılıq" əldə olunduğunu bildirib — Axios

Nəşrin məlumatına görə, 🇺🇸 Vaşinqton və Tehran arasındakı əsas fikir ayrılıqları çərşənbə günü Tehranda gecə davam edən İran rəsmiləri və 🇶🇦 Qətər vasitəçiləri arasındakı danışıqlar zamanı həll edilib.

Mənbələrin sözlərinə görə, İran və Qətər hesab edirlər ki, ABŞ üçün də məqbul ola biləcək bir mətn üzərində razılığa gələ biliblər.

Xüsusilə, tərəflər üç əsas məsələ üzrə fikir ayrılıqlarını əhəmiyyətli dərəcədə azaltmağa nail olublar:

🟥 İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması mexanizmi;

🟥 60 günlük atəşkəs dövründə Hörmüz boğazının açılması qaydası;

🟥 Həmin dövr ərzində İranın nüvə proqramı üzrə danışıqların formatı.

Bununla belə, nəşr yazır ki, sazişlə bağlı yekun qərarı hələ də İranın ali lideri Müctəba Xameneyi verməlidir.

#İran #ABŞ #danışıqlar #razılıq

Kanala abunə olun
1
🛑 Güneyli fəal Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır 🤬

Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əli Babayi Təbrizin mərkəzi həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir.
Məlumata görə o, keçən bazar ertəsi video bağlantı vasitəsilə müstəntiq qarşısına çıxaraq son müdafiə çıxışını edib.

Mənbələrin sözlərinə görə, açılan yeni cinayət işi üzrə ona qarşı “rejimə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb.

Əli Babayi çıxışı zamanı bildirib ki, onun hansı fəaliyyətlərinin bu ittihama əsas kimi götürüldüyü və həbs qərarının hansı dəlillərə söykəndiyi ona aydın deyil.

Əli Babayi artıq təxminən səkkiz aydır həbsdə saxlanılır.

#GüneyAzərbaycan #Təbriz #zindan #millifəal #həbs

Kanala abunə olun
1
🇮🇷 İranda islahatçı siyasi fəal həbs edilib 👨‍⚖️

SEPAH-a bağlı "Təsnim" informasiya agentliyi islahatçı siyasi fəal və universitet professoru Sadiq Zibakəlamın həbs olunduğunu bildirib.

"Təsnim"in açəqlamasına görə, Zibakəlamın media fəaliyyəti və sosial şəbəkələrdə məzmun paylaşımı qadağasını pozması səbəbindən onun barəsindəki məhkəmə nəzarəti qərarı daha da sərtləşdirilmişdi.

Qeyd olunur ki, onun media fəaliyyətinə Tehran Prokurorluğu tərəfindən qadağa qoyulması barədə rəsmi xəbərdarlığa baxmayaraq, o, müsahibəsində müəyyən fikirlər səsləndirib.

Agentliyin məlumatına görə, bu fikirlər yeni cinayət işinin açılmasına və məhkəmə nəzarəti qərarının ağırlaşdırılmasına səbəb olub.

"İran Wire"ın məlumatına görə isə, Zibakəlama qarşı cinayət işinin açılması onun Britaniyanın "Channel 4" telekanalına verdiyi müsahibədən sonra baş verib.

O, ingilis dilində olan bu müsahibəsində İslam Respublikasının rəhbəri Əli Xameneyini İrandakı "radikalların onurğa sütunu" adlandırıb.
👎1
🇰🇷 Koreyalı qıza təcavüz edən iranlı idmançılar həbsə məhkum edildilər 👨‍⚖

Dekabr ayı idi, 6 ay keçdikdən sonra İranda bir koreyalı qıza təcavüz etməkdə ittiham olunaraq bu ölkədə həbs edilən üç iranlı idmançı və bir məşqçiyə hökm oxundu.
Bu hökmə əsasən, onlardan iki nəfəri dörd il müddətinə azadlıqdan məhrum edildi, digər iki nəfər isə bəraət qazandı.
Bu hökm daha sonra Apellyasiya Məhkəməsinə göndərildi və yenidən baxıldıqdan sonra təsdiqləndi.

Apellyasiya məhkəməsi bu həftənin çərşənbə günü keçirildi və buna əsasən, iki idmançının 4 illik həbs cəzası qüvvədə saxlanıldı.
Digər iki nəfər isə bəraət qazandı.

#İranlıidmançılar #Koreya #təcavüz #həbs

Kanala abunə olun
1
🇸🇾 Bir vaxtlar prezident sarayında, indi medianın gündəmində: Əsədin qızı gəlinlikdə diqqət çəkdi 👰‍♀️

Suriyanın keçmiş prezidenti Bəşar Əsədin qızı Zeyn Əsəd Asif Şövkətin (Bəşarın bacısının əri) oğlu Bassel Asiflə evlidir.

Bəşar Əsədin hazırda 21 yaşı olan qızı Zeyn Əsəd 2016-cı ildə 🇮🇷 Tehranda atçılıq çempionatında qalib gəlib.

تصاویر عروسی دختر بشار اسد وایرال شد

#Suriya #Əsəd #ZeynƏsəd

Kanala abunə olun
2👎1