Azad İran
5.71K subscribers
37K photos
22.2K videos
15 files
9.45K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranın hücumu nəticəsində 🇮🇱 İsraildə dağıntılar qeydə alınıb 🚀🔥

Bu gün Nablus yaxınlığında yerləşən İtamar yaşayış məntəqəsinin bombalanma anlarına dair görüntülər yayılıb.

Məlumatlara görə, İranın həyata keçirdiyi hücumlar nəticəsində bölgədə yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Hadisənin detalları və dəymiş ziyanın miqyası ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

#İran #İsrail #yaşayışməntəqəsi #hücum

Kanala abunə olun
🇮🇷 İran XİN: “🇮🇱 İsrailin hər hansı yeni addımına sərt cavab veriləcək”

Bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrailin bundan sonrakı hər hansı hərəkətinə sərt cavab veriləcəyini bildirib.

Açıqlamada qeyd olunur ki, 8 aprel atəşkəsinin dəfələrlə pozulması və İsrail ilə ABŞ-nin İran və Livana qarşı davam edən hərbi əməliyyatları fonunda İran Silahlı Qüvvələri BMT-nin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək bir neçə hərbi hədəfə zərbə endirib.

Nazirlik vurğulayıb ki, Livan atəşkəsi 8 aprel razılaşmasının ayrılmaz hissəsidir və ABŞ bu razılaşmanın pozulması və bölgədə gərginliyin artmasında məsuliyyət daşıyır.

Bəyanatda bildirilib ki, İsrailin bundan sonrakı hər hansı hərəkətinə İran tərəfindən sərt cavab veriləcək.

#İran #XİN #bəyanat #İsrail #cavab

Kanala abunə olun
🤮41
🇮🇷 İran, 🇫🇷 Fransa və 🇶🇦 Qətərlə regional gərginliyi müzakirə edib ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Fransa və Qətər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Danışıqlar Fransa XİN rəhbəri Jan-Noel Barrot və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə keçirilib.

Məlumata görə, müzakirələrdə Livan cəbhəsindəki son hadisələr, bölgədəki gərginlik və İsrail–İran xəttində artan qarşıdurma diqqət mərkəzində olub.

Qətər tərəfi ABŞ və İran arasında vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bölgədə eskalasiyanın qarşısının alınmasına yönəlmiş diplomatik təşəbbüslərə dəstəyini ifadə edib. (Əraqçının “Telegram” kanalı)

#İran #Fransa #Qətər #XİN #regionalgərginlik

Kanala abunə olun
🤮1
Azad İran
🇺🇸 ABŞ: “🇮🇱 İsrailin 🇮🇷 İrana hücumlarında iştirak etmirik” ❗️ ABŞ rəsmiləri İsrailin İrana qarşı son hücumlarında Vaşinqtonun iştirak etmədiyini bildiriblər. “Axios” nəşrinin ABŞ hərbi rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu İsrailin İrana…
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 XİN: “Bölgədə 🇮🇱 İsrailin 🇺🇸 ABŞ koordinasiyası olmadan hərəkət etdiyinə inanan yoxdur”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ-nin İsrailin hücumlarında iştirak etmədiyi barədə açıqlamaları təkzib edib.

O bildirib ki, regionda İsrailin istənilən hərəkətinin ABŞ ilə əvvəlcədən koordinasiya və əməkdaşlıq olmadan həyata keçirildiyinə heç kim inanmır.

Bəqayi qeyd edib ki, İsrailin ABŞ-ni nəzərə almadan və ya onun mövqeyinə qarşı çıxaraq əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar müzakirə oluna bilər, lakin ümumi vəziyyət fərqli göstərir.

Onun sözlərinə görə, ABŞ-nin Mərkəzi Komandanlığı İsraillə müdafiə və hücum sahələrində koordinasiyalı fəaliyyət aparır.

Bəqayi ABŞ-ni 8 aprel atəşkəsinin tərəfi kimi məsuliyyət daşımaqda ittiham edib və bölgədə baş verən gərginliyin artmasına görə Vaşinqtonun cavabdeh olduğunu bildirib. (Snn.ir)

#İran #XİN #ABŞ #İsrail
🤮3
Bab əl-Məndəb boğazı bağlandı 🌊🚢

Bu gün Bab əl-Məndəb boğazının bağlandığı barədə məlumat yayılıb.

Bildirilir ki, Yəmən İsrailə məxsus gəmilərin Qırmızı dənizə girişini qadağan edib.

Bab əl-Məndəb boğazı Qırmızı dənizin cənub hissəsində yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Şərqdən Yəmən, qərbdən isə Cibuti və Eritreya ilə həmsərhəddir. (Fararu)

تنگه باب‌المندب بسته شد

#BabəlMəndəb #Yəmən #İarailgəmiləri #Qırmızədəniz #qadağa

Kanala abunə olun
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranın müdafiə sisteminə zərbə endirib 🚀🔥

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsinin İranın strateji müdafiə sistemlərinə genişmiqyaslı hücum həyata keçirdiyi bildirilib.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat nəticəsində İranın müxtəlif bölgələrində yerləşdirilən hava hücumundan müdafiə sistemləri hədəfə alınıb və zərər görüb.

Açıqlamada qeyd olunur ki, bu sistemlər “Aslanın nəriltisi” əməliyyatı zamanı zədələnmiş aşkarlama və müdafiə qabiliyyətlərinin bərpası məqsədilə yerləşdirilmişdi.

Bildirilib ki, hücumlar İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat azadlığını daha da genişləndirir.

#İsrail #İran #müdafiəsistemləri #hücum 

Kanala abunə olun
👍4👎2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ ilə həddindən artıq şübhə mühitində mesaj mübadiləsi aparırıq”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi ilə bağlı açıqlama verib.

O bildirib ki, hazırda Amerika tərəfi ilə “həddindən artıq şübhə atmosferində” mesaj mübadiləsi aparılır.

Bəqayi qeyd edib ki, İsrailin bölgədəki hərəkətlərini ABŞ siyasətindən ayrı düşünmək mümkün deyil.

Onun sözlərinə görə, ABŞ-nin ziddiyyətli açıqlamaları və davranışları diplomatik prosesdə ciddi qarışıqlıq yaradıb.

O əlavə edib ki, son 24 saat ərzində baş verən hadisələr bu diplomatik xaosu daha da gücləndirib. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar #şübhə

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 Tehranda partlayış səsləri eşidilir 💥


Bu gün İran mediası Tehranın qərbində, cənubunda və şərqində bir neçə partlayış səsinin eşidildiyini bildirib.

Məlumatlara görə, şəhərin müxtəlif istiqamətlərində ardıcıl partlayış səsləri qeydə alınıb.

Eyni zamanda bəzi yerli mənbələr həmin ərazilərdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü və havada naməlum hədəflərə qarşı fəaliyyət göstərildiyini bildiriblər.

🆘 خبر فوری؛
شنیده شدن صدای انفجار در مناطق مختلف تهران

#İran #Tehran #partlayış #müdafiəsistemləri

Kanala abunə olun
🔥21
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Hara zərbə endirsək, bunu açıq şəkildə elan edəcəyik”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranın Səudiyyə Ərəbistanına hücum etdiyi barədə yayılan məlumatları təkzib edib.

Mətbuat konfransında çıxış edən Bəqayi bildirib ki, İran Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi hər hansı əməliyyatı açıq şəkildə elan edir.

Onun sözlərinə görə, indiyədək Silahlı Qüvvələr tərəfindən Səudiyyə Ərəbistanına hücumla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Bəqayi regionda gərginliyin artdığı şəraitdə aldatma və ya yalançı bayraq əməliyyatları təhlükəsinə diqqət çəkib. O qeyd edib ki, əvvəlki münaqişələr zamanı da region ölkələri arasında qarşıdurma yaratmaq məqsədilə bu cür əməliyyatların həyata keçirildiyi iddia olunub. (Snn.ir)

#İran #XİN #regionalgərginlik #təkzib

Kanala abunə olun
😁1
🚨SON DƏQİQƏ

🇮🇷 İran XİN-nin binası yaxınlığında güclü partlayış olub 🏢💥


Bu gün Tehranın mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayış baş verdiyi bildirilir.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, ilk partlayış İran Xarici İşlər Nazirliyinin binasını silkələyib. Yerli media, o cümlədən Fars News agentliyi hadisəni təsdiqləsə də, partlayışın dəqiq yeri və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, hadisə ilə eyni vaxtda Tehranın bəzi bölgələrində hava hücumundan müdafiə sistemləri işə düşüb.

#İran #XİN #bina #partlayış

Kanala abunə olun
🔥1
🇮🇷 İranda yeraltı dayanacaqlar sığınacaq kimi istifadə ediləcək Ⓜ️🚇

Bu gün Tehran Bələdiyyəsinin sözçüsü Əbdülmotəhher Məhəmmədxani metro stansiyalarının və yeraltı dayanacaqların sığınacaq kimi istifadə üçün açıldığını açıqlayıb.

Onun sözlərinə görə, son illərdə şəhər idarəçiliyinin əsas yanaşmalarından biri zərurət yarandıqda sığınacaq kimi də istifadə oluna biləcək dayanacaqların tikilməsi və təchiz edilməsidir.

Məhəmmədxani bildirib ki, bu layihələrdən biri Tehranın 10-cu bölgəsində artıq tamamlanıb, oxşar layihələr isə şəhərin müxtəlif ərazilərində araşdırılır və həyata keçirilir.

O əlavə edib ki, yeraltı dayanacaqlar fövqəladə vəziyyətlərdə əhalinin sığınması üçün hazırlanır. (Mehr News)

شهرداری تهران: پارکینگ های زیرسطحی بعنوان پناهگاه اشتفاده می شود

#İran #metro #yeraltıdayanacaq #sığınacaq

Kanala abunə olun
😁21
🚨TƏCİLİ

🇮🇳 Hindistan öz vətəndaşlarını dərhal 🇮🇷 İranı tərk etməyə çağırdı 🆘

Bu gün Hindistanın Tehrandakı səfirliyi İranda yaşayan və ya bu ölkədə olan öz vətəndaşlarına mümkün qədər tez İran ərazisini tərk etməyi tövsiyə edib.

Səfirliyin yaydığı açıqlamada bildirilir ki, bölgədə son günlər artan təhlükəsizlik riskləri və hərbi əməliyyatlarla bağlı narahatlıqlar nəzərə alınaraq, əvvəlki xəbərdarlıq yenidən qüvvədə saxlanılıb.

Hindistan vətəndaşlarına İrana səyahət etməkdən çəkinmək, hazırda ölkədə olanlara isə mövcud nəqliyyat imkanlarından istifadə edərək İranı tərk etmək çağırışı edilib.

Səfirlik vurğulayıb ki, vətəndaşlar təhlükəsizliklərini prioritet hesab etməli və rəsmi məlumatları diqqətlə izləməlidirlər. (ILNA)

#Hindistan #çağırış #vətəndaşlar #təxliyə #İran #xəbərdarlıq

Kanala abunə olun
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın cənubunda hərbi infrastruktur hədəfə alınıb 🚀🔥

Bu gün 🇮🇱 İsrailin Tehranın cənubunda yerləşən hərbi infrastruktur obyektinə endirdiyi zərbənin görüntüləri yayılıb.

Məlumata görə, hücum zamanı hərbi obyektlər hədəfə alınıb. Hadisənin nəticələri və dəyən zərərin miqyası ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

#İsrail #İran #Tehran #hərbiobyekt #hücum

Kanala abunə olun
🔥21
🇺🇸 Tramp 🇮🇱 İsrail və 🇮🇷 İranı atəşi dayandırmağa çağırıb 🔥

Bu gün İran və İsrail arasında artan gərginlik fonunda ABŞ prezidenti Donald Tramp hər iki ölkəyə müraciət edib.

O, Truth Social platformasında paylaşdığı mesajda tərəfləri döyüş əməliyyatlarını dayandırmağa səsləyib.

“İsrail və İran atəşi dərhal dayandırmalıdır”, – deyə Tramp bildirib.

#ABŞ #Tramp #İran #İsrail #çağırış #atəş

Kanala abunə olun
🤮1
🇵🇰 Pakistanda silahlı qruplaşmaya qarşı əməliyyat: onlarla ölən var 🔥

Bu gün Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) məlumatına görə, ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində son üç gün ərzində keçirilən əməliyyatlar zamanı 27 yaraqlı öldürülüb.

Açıqlamada bildirilir ki, öldürülən şəxslər Tehrik-e-Taliban Pakistan qruplaşmasına mənsub olub və təhlükəsizlik qüvvələri ilə mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər.

Əməliyyatlar zamanı yaraqlıların silah və sursatlarının da ələ keçirildiyi qeyd olunub.

Pakistan təhlükəsizlik qüvvələri bölgədə terrorçu qruplara qarşı əməliyyatların davam etdiyini bildirib.

#Pakistan #silahlıqruplaşma #əməliyyat

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketinin 🇵🇸 Fələstinə düşdüyü anlar 🚀

Bu gün sosial mediada Fələstinin Əriha şəhəri yaxınlığında açıq əraziyə düşdüyü bildirilən İran raketinin görüntüləri yayılıb.

Məlumata görə, raket Əriha ətrafında yaşayış məntəqələrindən kənardakı əraziyə düşüb.

İsrail ordusu yaydığı açıqlamada dördüncü hücum dalğası zamanı buraxılan İran raketlərinin demək olar ki, hamısının ələ keçirildiyini, yalnız bir raketin açıq əraziyə düşdüyünü bildirib.

#İran #raket #Fələstin

Kanala abunə olun
😁2🔥1
🇺🇸 Tramp: “🇮🇱 İsrail və 🇮🇷 İran atəşkəs elan etməyə çalışır”

Bu gün ABŞ prezidenti Donald Tramp İran–İsrail gərginliyi ilə bağlı yeni açıqlama verib.

O, özünün “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İsrail və İran arasında atəşkəsin əldə olunması istiqamətində cəhdlər davam edir.

Tramp yazıb: “Hər iki tərəf - İsrail və İran, dərhal atəşkəs elan etməyə çalışır. Sülh üzrə yekun danışıqlar davam edir, ancaq cahillik və ya axmaqlıq mane olur. Blokada son saziş əldə olunana qədər qüvvədə qalacaq və tam qüvvədə olacaq. İşlər sürətlə getməlidir”.

#ABŞ #Tramp #İran #atəşkəs

Kanala abunə olun
😁2
🚨SON DƏQİQƏ

🇮🇷 İran 🇮🇱 İsrailə qarşı hərbi əməliyyatları dayandırdı


Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı bəyanat yayaraq İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını açıqlayıb.

Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri “sionist rejimə ağrılı cavab” verib və bundan sonra əməliyyatlar dayandırılıb.

Eyni zamanda qeyd olunub ki, Livanın cənubunda və Dahiya bölgəsində baş verən hadisələr fonunda bu addım atılıb və əməliyyatlar məzlum Livan xalqına dəstək məqsədi daşıyıb.

Açıqlamada vurğulanıb ki, əgər gələcəkdə hücumlar və “təcavüz əməlləri” davam edərsə, daha sərt cavab tədbirləri görüləcək. (Tabnak)

#İran #SQ #İsrail #hərbiəməliyyatlar

Kanala abunə olun
😁6👍1🤮1
🇪🇺 AB ilk dəfə 🇮🇷 İrana qarşı dəniz sanksiyaları tətbiq edir 🌊

Bu gün Avropa Birliyi (AB) naviqasiya azadlığının pozulması ittihamı ilə İrana qarşı ilk dəfə sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, məsələ AB-yə üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə olunacaq və qərar qəbul ediləcək.

O qeyd edib ki, bu addım gəmiçilik azadlığının pozulması və Yaxın Şərqdə artan gərginliklə bağlıdır.

AB rəsmiləri bu qərarın “naviqasiya azadlığına təhdid” səbəbi ilə qəbul olunduğunu vurğulayıblar. (ISNA)

#AvropaBirliyi #İran #sanksiya

Kanala abunə olun
2🤩1