Azad İran
5.72K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda çox sayda şagird müxtəlif səbəblərdən təhsildən kənarda qalıb 🏫🎒

Mərkəzi əyalətdə 1598 şagird təhsildən yayınıb.
Bu şagirdlərdən 1268 nəfərinin işi Rifah Təşkilatına (Behzisti) yönləndirilib, lakin sənəd və ünvan səhvləri, köç və ya ölüm kimi səbəblərdən onlardan yalnız 742 nəfərinin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olub.

Bu vəziyyət İran Konstitusiyasının 30-cu maddəsi və ölkənin də imzaladığı Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsinə- "hamı üçün pulsuz və əlçatan təhsil" prinsipinə ziddir. (HRANA)

#İran #təhsildənyayınma

Kanala abunə olun
🇮🇷 Tehranda yaşayış kompleksində partlayış baş verib 🏚💥🔥

Tehran şəhərinin Əndişe yaşayış massivində 40 mənzilli yaşayış kompleksinin üçüncü mərtəbəsində qaz sızması nəticəsində partlayış olub. Dörd nəfər xəsarət alıb.

#İran #Tehran #partlayış #qaz

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ 🇮🇷 İranın hərbi obyektlərinə zərbələr endirib 🚀🔥

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində yerləşən bəzi hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, əməliyyatlar İranın radar sistemlərini və pilotsuz uçuş aparatlarının idarəetmə infrastrukturunu hədəfə alıb. ABŞ tərəfi bu əməliyyatları “müdafiə xarakterli zərbələr” kimi təqdim edib.

Bildirilib ki, zərbələr İranın ABŞ-yə məxsus MQ-1 dronunu vurması və Vaşinqtonun “təhdid” kimi dəyərləndirdiyi digər hərəkətlərə cavab olaraq həyata keçirilib.

CENTCOM əməliyyat zamanı ABŞ qüvvələri arasında itki olmadığını açıqlayıb və Vaşinqtonun bölgədəki hərbi qüvvələrini və maraqlarını qorumağa davam edəcəyini vurğulayıb. (Independent Persian)

#ABŞ #İran #hərbiobyektlər #hücum

Kanala abunə olun
👍3🔥1
🇮🇷 İranda daha iki etirazçı edam edildi 👨‍⚖️😢

Bu gün Tehranda yanvar etirazları zamanı saxlanılan iki şəxs dar ağacından asılıb. Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi xəbər verib.

Məlumata görə, Mehrdad Məhəmmədiniya və Əşkan Maleki Tehrandakı Cəfəri məscidini yandırmaqda ittiham olunublar.

İstintaqın iddiasına əsasən, onlar məscidə od vurmaqda, ictimai əmlakın dağıdılmasında, təhlükəsizlik qüvvələri ilə qarşıdurmada, küçələrin bağlanmasında və nəqliyyatın hərəkətinə mane olmaqda iştirak ediblər.

Agentlik bildirib ki, hadisələrlə bağlı təhlükəsizlik kameralarının görüntüləri məhkəmə materiallarında yer alıb. İranın Ali Məhkəməsi isə hər iki şəxs barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Edamların icra olunması ölkədə kütləvi etirazlarla bağlı məhkəmə prosesləri və ölüm hökmləri ətrafında müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.

#İran #etirazçı #məhbus #ittiham #edam

Kanala abunə olun
🇮🇷 İranda gündəm dəyişdi: “Pezeşkianın köynəyi müzakirə mövzusuna çevrildi” 👔👕

Dünən İran prezidenti Məsud Pezeşkian su böhranının idarə olunmasına həsr olunmuş Hökumət–Universitet Əməkdaşlıq Şurasının iclasında qeyri-rəsmi geyimdə iştirak etməsi ilə diqqət mərkəzinə düşüb.

Prezident iclasa qısaqol polo köynəklə qatılıb və enerji sərfiyyatına qənaət etmək məqsədilə iştirakçılara kondisionerlərin temperaturunu azaltmaq əvəzinə pencəklərini çıxarmağı təklif edib.

Bu addım sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi müşahidəçilər prezidentin davranışını enerji qənaətinə və mövcud su böhranına diqqət çəkmək üçün simvolik mesaj kimi dəyərləndiriblər.

Bəzi istifadəçilər isə Pezeşkianın rəsmi tədbirdə bu cür geyim seçimini prezident postunun nüfuzuna uyğun hesab etmədiklərini bildiriblər. Onlar ölkənin əsas problemləri fonunda geyim mövzusunun gündəmə gəlməsini ikinci dərəcəli məsələ saydıqlarını vurğulayıblar. (Khabarfoori)

#İran #Pezeşkian #prezident #geyimtərzi
🇮🇷 İran raketi müxalif kürd qrupunun bazasını hədəfə aldı 🚀🔥

Dünən İraq Kürdüstanında fəaliyyət göstərən İranın kürd müxalifət təşkilatlarından biri bazasına raket zərbəsi endirildiyini açıqlayıb.

Kürdüstan Azadlıq Partiyasının sözçüsü Xəlil Kani Sənaninin dediklərinə əsasən, mayın 31-i səhər saatlarında Ərbilin şimal-qərbində yerləşən qərargah raket atəşinə məruz qalıb.

Onun sözlərinə görə, raket təşkilatın yerləşdiyi əraziyə düşüb. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat verilməyib. (Asr Iran)

حمله موشکی به حزب ضد ایرانی «پاک» در کردستان عراق

#İran #İraqKürdüstanı #raket #hücum

Kanala abunə olun
🇮🇷 Xameneyinin hiyləgər planı 👳‍♂️

“Fox News” telekanalı xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xameneyi Yaxın Şərqdə 🇺🇸 ABŞ-nin təsirinə qarşı regional koalisiya yaratmaq məqsədilə geniş siyasi və ideoloji kampaniya başladıb.

Məlumata əsasən, təşəbbüsün məqsədi müsəlman ölkələrini İranın dəstəklədiyi “yeni İslam sivilizasiyası” ideyası ətrafında bir araya gətirməkdir.

Xameneyinin sosial media hesabındakı müraciətində region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyi vurğulanıb. O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq bildirib ki, ABŞ artıq Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluğunu saxlaya bilməyəcək.

Müşahidəçilərin fikrincə, bu addımlar Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab xarakteri daşıyır.

#İran #MüctəbaXameneyi #hiyləgərplan #ABŞ #koalisiya

Kanala abunə olun
1🤮1
🇰🇼 Küveyt hava hücumundan müdafiə sistemlərini işə saldı 🚀

Bu gün Küveytin dövlət xəbər agentliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin raket və dronlarla həyata keçirildiyi bildirilən hücumu zərərsizləşdirdiyini açıqlayıb.

Məlumata görə, hadisə zamanı ölkənin müxtəlif bölgələrində hava həyəcanı siqnalları verilib və müdafiə sistemləri işə salınıb. Küveyt rəsmiləri hücumun nəticələri və mümkün ziyan barədə əlavə məlumat paylaşmayıblar.

Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. İran mediası xatırladıb ki, ötən həftənin əvvəlində Bəndər Abbasın şərqində də hərbi obyektlərdən biri hədəfə alınıb.

Həmin hadisədən sonra Küveytin hava məkanına yönələn pilotsuz uçuş aparatları və raketlərin məhv edildiyini açıqlamış, SEPAH isə Bəndər Abbasa hücumun həyata keçirildiyi mənbəni hədəfə aldığını iddia etmişdi.

#Küveyt #İran #SEPAH #dron #hücum

Kanala abunə olun
🚨TƏCİLİ

🇺🇸 ABŞ-nin zərbələrindən sonra 🇮🇷 SEPAH-dan cavab hücumu 🚀🔥


Bu gün səhər saatlarında SEPAH yaydığı bəyanat və videogörüntülərdə İranın Sirik bölgəsinə hücumun mənbəyinin hədəfə alındığını bildirib.

Bu açıqlama Küveyt Müdafiə Nazirliyinin ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların qarşısını aldığını elan etməsindən bir neçə dəqiqə sonra verilib.

SEPAH bəyanatında konkret ölkənin adını çəkməsə də, Aerokosmik Qüvvələrin qırıcılarının “təcavüzün qaynaqlandığı hərbi hava bazasını” vurduğunu və müəyyən edilmiş hədəflərin məhv edildiyini bildirib.

Bundan öncə ABŞ CENTCOM son iki gün ərzində Sirik bölgəsinin qərbində yerləşən Qoruq ərazisində və Qeşm adasında İranın radar mövqelərinə, eləcə də dronlarının komanda-idarəetmə mərkəzlərinə qarşı “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı.

#İran #SEPAH #ABŞ #hücum #cavabzərbəsi

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ ilə danışıqlar şühbə mühitində aparılır” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlara dair açıqlamalar verib.

O bildirib ki, danışıqlar əvvəldən etimadsızlıq mühitində başlayıb və hazırda tərəflər arasında mesaj mübadiləsi də bu gərgin atmosferi əks etdirir. Bəqayi qeyd edib ki, diplomatiya güc siyasətinin əvəzi deyil və bu iki anlayış bir-birindən fərqləndirilməlidir.

Onun sözlərinə görə, qarşı tərəfin tez-tez mövqe dəyişməsi, yeni və bir-birinə zidd tələblər irəli sürməsi və media vasitəsilə fərqli mesajlar göndərməsi danışıqlar prosesini uzadır.

Bəqayi, habelə, vurğulayıb ki, ABŞ və İsrail ayrı aktorlar kimi qiymətləndirilə bilməz və bölgədə, xüsusilə Livanda baş verən hadisələrin ABŞ-nin dəstəyi ilə əlaqəsi olduğu iddia olunur. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ ilə nüvə məsələsi üzrə danışıqlar aparılmayıb” ☢️

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ ilə aparılan danışıqlar prosesi barədə diqqət çəkən məqamlara toxunub.

O bildirib ki, hazırkı mərhələdə nüvə məsələsinin detalları ilə bağlı heç bir müzakirə aparılmayıb. Bəqayi qeyd edib ki, lazım gələrsə, İran nüvə məsələləri ilə bağlı necə addım atacağını yaxşı bilir.

Sözçünün dediklərinə görə, hazırkı mərhələdə əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

O, habelə, ABŞ tərəfi ilə danışıqlarda yaranan əsas problemlərdən birinin mövqelərin tez-tez dəyişməsi və ziddiyyətli açıqlamalar olduğunu vurğulayıb. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar #nüvəməsələsi #müzakirə

Kanala abunə olun
🇮🇷 İrana bağlı hakerlər 🇺🇸 ABŞ hərbçisinin sosial media hesablarını ələ keçirib 📱👨‍💻

İrana bağlı olan hakerlər ABŞ Kosmik Qüvvələrinin baş serjantı Con F. Bentiveqnanın idarə etdiyi və əvvəllər ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə etdiyi İnstaqram hesablarını sındırıblar.

Məlumata əsasən, hesablara giriş əldə edildikdən sonra profildə dini məzmunlu paylaşımlar yerləşdirilib.

Bundan əlavə, “hekayə” bölməsində İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin fotosu paylaşılaraq “Amerikaya ayaq basacam” ifadəsi yazılıb.

#İran #hakerlər #ABŞ #hərbçi #sosialmedia #kiberhücum

Kanala abunə olun
🇮🇷 İranda öyrəncilərə qarşı yenidən basqılar göstərilir 🧑‍🎓

İranın “Şərq” qəzeti ölkənin bir neçə universitetində tələbələrə qarşı yeni intizam qaydaları və sərt cəzaların tətbiqi ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, bu təzyiq dalğası universitetlərin yenidən fəaliyyətə başlamasından sonra güclənib. Bildirilir ki, müharibə səbəbindən bəzi ali təhsil ocaqlarının bağlanması fonunda bu proses davam edib.

Eyni zamanda “Əmirkəbir” Teleqram kanalının məlumatına əsasən, Şərif Texnologiya Universitetində 53 öyrənci təşkilatı, nəşr və birlik universitet rəhbərliyinə kollektiv məktub ünvanlayıb. Məktubda İntizam Komitələrinin qərarlarına etiraz edilib və tətbiq olunan cəzaların ləğvi tələb olunub. (Iran Wire)

#İran #universitet #öyrənci #basqılar

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Dondurulmuş aktivlərin qaytarılması əsas tələblərimizdən biridir💵

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İranın xaricdə dondurulmuş vəsaitləri ilə bağlı məsələyə münasibət bildirib.

O, ABŞ rəsmilərinin əvvəlki illərdə İrana milyardlarla dollar verilməsi ilə bağlı açıqlamalarını şərh edərək deyib ki, bu iddiaların bir hissəsi yanlış və ziddiyyətlidir.

Bəqayinin sözlərinə görə, nüvə sazişi dövründə İrana qaytarılan vəsaitlər başqa ölkələrin yardımı deyil, İran xalqına məxsus olan və uzun müddət dondurulmuş vəziyyətdə saxlanılan pullar idi.

Sözçü vurğulayıb ki, Tehran hazırda hər hansı güzəşt tələb etmir, əksinə, İran xalqının pozulmuş hüquqlarının bərpasını istəyir. Onun fikrincə, bu hüquqlardan biri də ABŞ-nin siyasəti nəticəsində müxtəlif ölkələrdə məhdudlaşdırılmış və ya dondurulmuş İran aktivlərinin geri qaytarılmasıdır. (IRNA)

#İran #XİN #dondurulmuşaktivlər #ABŞ #tələb

Kanala abunə olun