Azad İran
5.72K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
CNN: “🇮🇷 İranın yeraltı bazalarında hələ də raketlər saxlanılır” 🚀

CNN telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran yeraltı hərbi obyektlərində hələ də 1000-ə yaxın raket saxlayır.

Məlumata görə, ABŞ və İsrailin əvvəlki hücumlarına baxmayaraq, İranın raket arsenalının əhəmiyyətli hissəsi yeraltı bazalarda qalmaqdadır.

CNN peyk görüntülərinin təhlilinə əsaslanaraq bildirib ki, İran son dövrlərdə ölkə üzrə yerləşən təxminən 50 yeraltı raket bazası və hərbi obyektdə təmir və bərpa işləri aparır.

سی‌ان‌ان: ایران ۵۰ پایگاه موشکی خود را بازسازی کرده است

#İran #yeraltıbazalar #raketlər

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Trampdan 🇮🇷 İrana sərt mesaj: “Ya razılaşma olacaq, ya da hərbi yol”

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı növbəti sərt açıqlamalar verib.

Tramp bildirib ki, Vaşinqtonun Tehranla bağlı mövqeyi dəyişməyib və prosesin nəticəsi iki ssenaridən birinə gətirib çıxaracaq: “Ya çox uğurlu bir razılaşma əldə edəcəyik, ya da geri qayıdıb bunu hərbi yolla həll edəcəyik”.

ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik olduğunu da deyib. Onun sözlərinə görə, əvvəllər İran rəsmiləri yalnız nüvə silahı hazırlamadıqlarını bildirirdilər: “Əvvəl deyirdilər ki, nüvə silahı hazırlamırıq. Mən isə soruşurdum: Bəs nüvə silahı əldə etsəniz nə olacaq?”

Tramp əlavə edib ki, hazırda İranın mövqeyi daha fərqli şəkildə ifadə olunur: “İndi deyirlər ki, hərbi məqsədli silah hazırlamırıq və ya əldə etməyəcəyik. Bu, böyük fərqdir”.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
🇮🇷 SEPAH: Son 24 saatda Hörmüz boğazından onlarla gəmi keçib🌊🚢

Bu gün SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb.

Qurumun məlumatına görə, keçidlər İran tərəfi ilə koordinasiya şəraitində həyata keçirilib. Gəmilər arasında neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmilərinin olduğu bildirilir.

SEPAH bəyanatında qeyd edib ki, İran Hörmüz boğazında gəmi hərəkətinə nəzarəti davam etdirir və bölgədəki vəziyyəti yaxından izləyir. (Fars News)

#İran #SEPAH #Hörmüzboğazı #gəmi

Kanala abunə olun
NBC News: 🇮🇷 İran 🇺🇸 ABŞ qırıcısını 🇨🇳 Çin istehsalı raketlə vurmuş ola bilər🚀✈️

NBC News telekanall xəbər verib ki, ABŞ-nin ötən ay İranın cənub-qərbində qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin Çin istehsalı olan daşınan zenit-raket kompleksi ilə vurulmuş olması ehtimal edilir.

Məsələ ilə tanış olan üç mənbəyə istinad edən telekanal bildirib ki, hadisə nəticəsində ABŞ hərbçiləri pilotların xilas edilməsi üçün riskli əməliyyat həyata keçirməli olublar.

Hesabatda həmçinin iddia olunur ki, Çin İrana uzun mənzilli erkən xəbərdarlıq radarları vermiş ola bilər. Bildirilir ki, bu tip radar sistemləri radardan yayınmaq üçün nəzərdə tutulmuş bəzi hərbi təyyarələrin aşkarlanması imkanına malikdir.

#İran #ABŞ #qırıcı #Çin #raket
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrailin "Merkava" tankını intiharçı dronla vurub

Livanın cənubunda İsrail hərbi qüvvələrinə qarşı əməliyyatlarını davam etdirən Hizbullah növbəti zərbənin görüntülərini paylaşıb.

Hizbullaha yaxın media resurslarının yaydığı məlumata görə, əməliyyat Livanın cənubundakı Zotar əl-Şərqiyyə şəhərinin cənub sahillərində reallaşıb.

#Livan #Hizbullah #İsrail

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Xameneyinin dəfn mərasiminə hazırlıq başladı 👳‍♂

İran hakimiyyəti 🇺🇸 ABŞ və 🇮🇱 İsrail hücumları zamanı həlak olan keçmiş ali rəhbəri Ayətullah Əli Xameneyinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.

Bildirilib ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi əlaqələndirmə mərkəzi yaradılıb.

Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.

Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər
”, - deyə Mahmudi bildirib.

#İran #Xameneyi #dəfn

Kanala abunə olun
1🔥1😁1
🇱🇧 Hizbullah dronu 🇮🇱 İsrailin şimalına düşüb: yaralılar var 💥🔥

Livanın cənubundan Hizbullah tərəfindən atılan partlayıcı dronlar İsrailin şimalında bir neçə nöqtəyə düşüb.

Yerli mətbuatın verdiyi məlumata görə, Beyt-Hillel qəsəbəsinə dron düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#İsrail #Livan #Hizbullah #dron

Kanala abunə olun
1
🇮🇷 İran müharibəsindən sonra Fars körfəzi iqtisadiyyatı: təkcə neft kifayət deyil 🛢💸

"Atlantic Council" beyin mərkəzinin yeni təhlili göstərir ki, İranla bağlı münaqişələr bitdikdən sonra Körfəz Əməkdaşlıq Şurası ölkələri iqtisadi transformasiyanın yeni mərhələsinə qədəm qoyacaqlar; bir mərhələ ki, orada təkcə neft gəlirlərinə arxalanmaq artıq dayanıqlı artımı və rifahı təmin edə bilməz.

Qısamüddətli perspektivdə müharibə və təhlükəsizlik sahəsindəki qeyri-müəyyənliklər enerji ixracı, nəqliyyat, turizm, daşınmaz əmlak və xidmət sahələrinə təzyiq göstərib.

Dünya üzrə dəniz yolu ilə daşınmalarda neft ticarətinin təxminən üçdə birinin, maye qaz (LNG) ticarətinin isə beşdə birinin Hörmüz boğazından keçdiyini nəzərə alaraq, bu mövzunun əhəmiyyəti daha aydın görünür.

Bununla belə, Körfəz ölkələrinin əksəriyyəti suveren fondları, valyuta ehtiyatları və maliyyə bazarlarına çıxış imkanları sayəsində bu şokun öhdəsindən gəlmək gücündədir.
Azad İran
🇮🇷 İran müharibəsindən sonra Fars körfəzi iqtisadiyyatı: təkcə neft kifayət deyil 🛢💸 "Atlantic Council" beyin mərkəzinin yeni təhlili göstərir ki, İranla bağlı münaqişələr bitdikdən sonra Körfəz Əməkdaşlıq Şurası ölkələri iqtisadi transformasiyanın yeni mərhələsinə…
Lakin əsas məsələ müharibədən daha dərindir.

Müəllif hesab edir ki, Körfəz iqtisadiyyatlarının fundamental problemi onilliklər əvvəl – əhalinin artım sürətinin neft gəlirlərinin artımını üstələdiyi vaxtdan başlayıb. Sadə dillə desək, neft gəlirləri artsa da, onlar indi daha böyük bir əhali arasında bölünməlidir.
Məhz bu səbəbdən iqtisadi diversifikasiya və struktur islahatları siyasi seçimdən iqtisadi zərurətə çevrilib.
اقتصاد خلیج فارس پس از جنگ ایران؛ دیگر تنها نفت کافی نیست

#İran #müharibə #FarsKörfəzi #iqtisadiyyat

Kanala abunə olun
🇮🇷 Pezeşkiandan birlik çağırışı 🗣

İran prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb:
"Böyük çətinliklərlə üzləşmək, əziyyətlərə qatlanmadan mümkün deyil.
Bu enişli-yoxuşlu yolu keçmək yalnız ictimai agahlıq və əməkdaşlıqla mümkündür.
Mövcud reallıqları xalqa izah etməliyik ki, cəmiyyətin bütün təbəqələri problemlərin həllində iştirak etsinlər.
Çünki bu ortaq dərd heç vaxt ayrı-ayrılıqda müalicə olunmaz".

پزشکیان: باید واقعیت‌های موجود را برای مردم تبیین کنیم تا همه بخش‌های جامعه در حل مشکلات مشارکت داشته باشند

#İran #Pezeşkian #müraciət #xalq

Kanala abunə olun
1
🚨SON DƏQİQƏ

🇮🇷 Pezeşkian "SEPAH komandirlərinin ölkə idarəçiliyi üzərində tam dominantlığı" səbəbindən istefa verdi
🤔

Mənbənin "Iran International" kanalına verdiyi məlumata görə, İran prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneyinin ofisinə rəsmi məktub göndərərək vəzifədən azad olunmasını xahiş edib.

"Iran International"ın əldə etdiyi məlumata əsasən, Pezeşkian son bir neçə saat ərzində göndərilən bu məktubda, nadir görünən və tənqidi bir tonla xəbərdarlıq edib ki, ölkənin idarəetmə strukturu faktiki olaraq rəsmi xətlərdən çıxıb və hakimiyyətin əsas qolları tamamilə İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi bir qanadının nəzarəti altına keçib.

Müctəba Xameneyinin prezidentin istefasını qəbul edib-etməyəcəyi hələlik məlum deyil, lakin məktubun məzmunu İslam Respublikasının ən yüksək güc strukturlarında dərin və görünməmiş bir qarşıdurmanın olduğundan xəbər verir. 👇👇👇
1
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 Pezeşkian "SEPAH komandirlərinin ölkə idarəçiliyi üzərində tam dominantlığı" səbəbindən istefa verdi 🤔 Mənbənin "Iran International" kanalına verdiyi məlumata görə, İran prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneyinin ofisinə…
Pezeşkian məktubunda vurğulayıb ki, prezident və hökumət faktiki olaraq ölkənin makro və həyati əhəmiyyətli qərarlarının qəbulu prosesindən kənarlaşdırılıb, yaranan bu boşluq isə SEPAH-dakı radikal cərəyanların işləri ələ keçirməsinə şərait yaradıb.

O, eləcə də qeyd edib ki, belə bir şəraitdə hökuməti idarə etmək və öz qanuni vəzifələrini yerinə yetirmək imkanından məhrumdur və bu səbəbdən dərhal istefaya getməsini tələb edib.

#İran #prezident #Pezeşkian #istefa #müraciət #MüctəbaXameneyi

Kanala abunə olun
1
🇮🇷 İran Pezeşkianın istefa xəbərini təkzib etdi

İranın Prezident Administrasiyasının İnformasiya İdarəsinin rəhbərinin müavini Seyid Mehdi Təbatəbai bu xəbərin yalan olduğunu bildirərək özünün "X" hesabında bu haqda yazıb: "Prezident xalqa xidmət etməkdən geri çəkilməyəcək".

#İran #Pezeşkian #prezident #istefaxəbəri #təkzib

Kanala abunə olun
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN rəhbəri mətbuatda 🇺🇸 ABŞ ilə danışıqların gedişatı barədə yayılan xəbərləri "fərziyyə" adlandırıb

İran və ABŞ arasında vasitəçilik yolu ilə danışıqlar və mesaj mübadiləsi hələ də davam edir.
Bunu jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, konkret nəticə əldə olunmayana qədər hər hansı bir nəticə çıxarmaq hələ tezdir.

Nazir əlavə edib: "Hazırda deyilənlərin hamısı fərziyyədir və hər şey tam dəqiqləşənə qədər bunlara ciddi yanaşmaq lazım deyil".

#İran #Əraqçı #ABŞ #danışıqlar

Kanala abunə olun
1
🇮🇷 Fatimə Mühacirani Pezeşkianın istefası ilə bağlı yayılmış xəbərə münasibət bildirdi

İran hökumətinin sözçüsü Fatimə Mühacirani "X" hesabında yazıb: "Pezeşkian hökuməti çətin günlərdə xalqın yanında olduğunu göstərdi; bu gün də eyni baxışla ölkənin problemlərinin həlli və insanların rifahının yaxşılaşdırılması üçün çalışır.

İran həmrəylik və milli birliklə irəliyə doğru gedəcək".


واکنش سخنگوی دولت به شایعه استعفای رییس جمهور

#İran #hökumətsözçüsü #FatiməMühacirani #xəbər

Kanala abunə olun
1🤔1
🇮🇷🇺🇸 İran mümkün razılaşma mətninə yeni düzəlişlər edəcək 📝

ABŞ mediasının Trampın hazırkı mətnə yeni düzəlişlər təklif etməsi barədə yaydığı xəbərlərlə bağlı məlumatlı bir mənbə bildirib: "Mətnlərin mübadiləsi davam edir, İran da təbii olaraq mətnə öz düzəlişlərini edəcək və hələ heç nə yekunlaşmayıb".

O vurğulayıb: "İran üçün meyar özümüzün qəbul etdiyimiz mətndir və Tramp tərəfindən düzəlişlərin edilməsi onların İran tərəfindən qəbul olunması demək deyil".

Məlumatlı mənbə qeyd edib ki, İran razılaşmanın əldə olunmayacağı varianta da tam hazırdır. (Tasnim News)

ایران اصلاحیه‌های جدید درباره متن تفاهم احتمالی اعمال خواهد کرد

#İran #ABŞ #saziş #razılaşma #düzəliş #dəyişiklik

Kanala abunə olun
1
🇮🇷 İranda çox sayda şagird müxtəlif səbəblərdən təhsildən kənarda qalıb 🏫🎒

Mərkəzi əyalətdə 1598 şagird təhsildən yayınıb.
Bu şagirdlərdən 1268 nəfərinin işi Rifah Təşkilatına (Behzisti) yönləndirilib, lakin sənəd və ünvan səhvləri, köç və ya ölüm kimi səbəblərdən onlardan yalnız 742 nəfərinin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün olub.

Bu vəziyyət İran Konstitusiyasının 30-cu maddəsi və ölkənin də imzaladığı Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsinə- "hamı üçün pulsuz və əlçatan təhsil" prinsipinə ziddir. (HRANA)

#İran #təhsildənyayınma

Kanala abunə olun
🇮🇷 Tehranda yaşayış kompleksində partlayış baş verib 🏚💥🔥

Tehran şəhərinin Əndişe yaşayış massivində 40 mənzilli yaşayış kompleksinin üçüncü mərtəbəsində qaz sızması nəticəsində partlayış olub. Dörd nəfər xəsarət alıb.

#İran #Tehran #partlayış #qaz

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ 🇮🇷 İranın hərbi obyektlərinə zərbələr endirib 🚀🔥

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində yerləşən bəzi hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, əməliyyatlar İranın radar sistemlərini və pilotsuz uçuş aparatlarının idarəetmə infrastrukturunu hədəfə alıb. ABŞ tərəfi bu əməliyyatları “müdafiə xarakterli zərbələr” kimi təqdim edib.

Bildirilib ki, zərbələr İranın ABŞ-yə məxsus MQ-1 dronunu vurması və Vaşinqtonun “təhdid” kimi dəyərləndirdiyi digər hərəkətlərə cavab olaraq həyata keçirilib.

CENTCOM əməliyyat zamanı ABŞ qüvvələri arasında itki olmadığını açıqlayıb və Vaşinqtonun bölgədəki hərbi qüvvələrini və maraqlarını qorumağa davam edəcəyini vurğulayıb. (Independent Persian)

#ABŞ #İran #hərbiobyektlər #hücum

Kanala abunə olun
👍3🔥1
🇮🇷 İranda daha iki etirazçı edam edildi 👨‍⚖️😢

Bu gün Tehranda yanvar etirazları zamanı saxlanılan iki şəxs dar ağacından asılıb. Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi xəbər verib.

Məlumata görə, Mehrdad Məhəmmədiniya və Əşkan Maleki Tehrandakı Cəfəri məscidini yandırmaqda ittiham olunublar.

İstintaqın iddiasına əsasən, onlar məscidə od vurmaqda, ictimai əmlakın dağıdılmasında, təhlükəsizlik qüvvələri ilə qarşıdurmada, küçələrin bağlanmasında və nəqliyyatın hərəkətinə mane olmaqda iştirak ediblər.

Agentlik bildirib ki, hadisələrlə bağlı təhlükəsizlik kameralarının görüntüləri məhkəmə materiallarında yer alıb. İranın Ali Məhkəməsi isə hər iki şəxs barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

Edamların icra olunması ölkədə kütləvi etirazlarla bağlı məhkəmə prosesləri və ölüm hökmləri ətrafında müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.

#İran #etirazçı #məhbus #ittiham #edam

Kanala abunə olun