Azad İran
5.72K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨TƏCİLİ

🇮🇷 İran 🇺🇸 ABŞ dronunu vurduğunu iddia edir 🚀✈️💥

Bu gün SEPAH ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Bununla bağlı, “Tasnim News” məlumat yayıb.

Yayılan bəyanatda bildirilir ki, ABŞ ordusuna məxsus olduğu iddia edilən MQ-1 tipli pilotsuz uçuş aparatı səhər saatlarında İranın ərazi sularına aid hava məkanına daxil olub.

SEPAH-ın məlumatına görə, pilotsuz aparat “təxribat xarakterli əməliyyat” həyata keçirməyə cəhd göstərərkən İranın yeni hava hücumundan müdafiə raket sistemləri tərəfindən aşkar edilərək hədəfə alınıb və məhv edilib.

#İran #SEPAH #ABŞ #dron

Kanala abunə olun
1
🇺🇸 Tramp 🇮🇷 İranla mümkün razılaşmanın şərtlərini sərtləşdirib

ABŞ prezidenti Donald Trampın İranla mümkün razılaşma üzrə memorandum layihəsinin şərtlərini sərtləşdirdiyi və yeni təklifləri Tehrana təqdim etdiyi bildirilir.

The New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, sənədə edilən dəyişikliklərin detalları açıqlanmasa da, Tramp xüsusilə İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı müddəalardan narahatdır.

ABŞ prezidenti İranın Vaşinqtonun təkliflərinə kifayət qədər operativ cavab vermədiyini düşünür və danışıqlar prosesinin sürətləndirilməsini istəyir.

Qəzetin yazdığına görə, Tramp administrasiyası təzyiqi artıraraq Tehranı daha əvvəl nəzərdən keçirilməsi üçün İran rəhbərliyinə təqdim olunmuş ilkin memorandum layihəsini qəbul etməyə təşviq etməyə çalışır.

#ABŞ #İran #razılaşma

Kanala abunə olun
📰 “Xorasan” qəzeti: “🇺🇸 ABŞ-🇮🇷 İran danışıqlarının uğur şansı zəifdir

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa yaxınlığı ilə tanınan Xorasan qəzeti ABŞ və İran arasında aparılan danışıqların hərtərəfli razılaşma ilə nəticələnəcəyinə şübhə ilə yanaşıb.

Qəzetdə dərc olunan təhlildə bildirilir ki, tərəflər arasında müəyyən müvəqqəti anlaşmalar mümkün olsa da, onların uzunmüddətli və hərtərəfli sazişə çevrilməsi ehtimalı aşağıdır.

Məqalədə ABŞ prezidenti Donald Trampın son açıqlamaları da təhlil olunub. Qəzetin yazdığına görə, Trampın İranın dəniz blokadasının ləğvi ilə bağlı paylaşımı qlobal maliyyə bazarlarında nikbinlik yaradıb və neft qiymətlərinin yüksəlməsinə təsir göstərib.

“Xorasan” iddia edib ki, ABŞ prezidentinə yaxın şəxslər bazarlardakı dalğalanmalardan maliyyə baxımından fayda əldə ediblər və bəzi açıqlamalar bazarlara təsir göstərmək məqsədi daşıyıb.

#ABŞ #İran #danışıqlar #uğurşansı

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Hörmüz boğazında təhlükə: 🇴🇲 Oman sahilləri yaxınlığında üzən dəniz minası aşkarlanıb 🌊💣

Hörmüz boğazında Oman sahilləri yaxınlığında üzən dəniz minasının aşkar edildiyi bildirilir.

Sosial mediada yayılan görüntülərdə ticarət gəmilərinin istifadə etdiyi əsas marşrutlardan birində suyun səthində üzən mina olduğu iddia edilən obyekt görünür.

Hadisə dünyanın ən önəmli enerji və ticarət marşrutlarından biri sayılan Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Mütəxəssislərin fikrincə, ticarət yollarında dəniz minalarının mövcudluğu yük və neft tankerləri üçün ciddi təhlükə yarada, eyni zamanda beynəlxalq ticarətə və dəniz nəqliyyatına mənfi təsir göstərə bilər.

#Hörmüzboğazı #Oman #dənizminası #təhlükə

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda silahlı motosiklet oğurluğu kameraya düşüb 🏍️

Dünən Sistan və Bəluçistan əyalətinin Zahedan şəhərində motosikletin silahlı şəxslər tərəfindən oğurlanması anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, hadisə dünən axşam saat 20:11 radələrində şəhərin Xorrəmşəhr küçəsində baş verib. Yayılan görüntülərdə motosiklet sürücüsünün yol kənarında dayandığı, bu zaman avtomobillə yaxınlaşan bir neçə şəxsin ona tərəf getdiyi görünür.

Daha sonra silahlı şəxslər sürücünü hədələyərək motosikletdən düşməyə məcbur edir və nəqliyyat vasitəsini götürərək hadisə yerindən uzaqlaşırlar.

Son dövrlərdə Sistan və Bəlucistan əyalətinin müxtəlif şəhərlərində silahlı soyğunçuluq və avtomobil-motosiklet oğurluqları ilə bağlı xəbərlərin artması bölgədə təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları gücləndirib. (“Halvəş” Teleqram kanalı)

#İran #Zahedan #silahlısoyğun #oğurluq

Kanala abunə olun
🇮🇷 Tehranda musiqili proqramlar keçirilən kafe bağlanıb 🏤

Tehran polisi paytaxtın Vəliəsr küçəsində fəaliyyət göstərən və musiqili proqramlar təşkil edən kafenin bağlandığını açıqlayıb.

Polisin yaydığı məlumata görə, müəssisənin fəaliyyətində “ictimai əxlaq normalarının pozulması” və “uyğunsuz davranışların təşviqi” halları aşkar edildiyi iddia olunur. Rəsmi açıqlamada kafenin adının qeyd olunmadığı bildirilir.

Hüquq-mühafizə orqanları kafedə keçirilən bəzi proqramların və iştirakçıların davranışlarının qanunvericiliyin tələblərinə uyğun olmadığını iddia edərək, müəssisənin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

İran mediasında yer alan məlumatlara görə, son illərdə oxşar səbəblərlə çox sayda kafe, restoran və əyləncə məkanı da bağlanıb. (Amerikanın Səsi)

#İran #Tehran #musiqi #qadağa

Kanala abunə olun
🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda meyvə satıcılarının köşkləri söküldü: etirazlar başladı 🔥

Dünən Səravan şəhərində bələdiyyə "qoçularının" Azadi küçəsində fəaliyyət göstərən meyvə-tərəvəz satıcılarına qarşı keçirdiyi əməliyyat yerli sakinlərin qəzəbinə səbəb olub.

Yerli mənbələrin məlumatına görə, bələdiyyə işçiləri yükləyici texnika və xüsusi nəqliyyat vasitələri ilə səhər tezdən əraziyə gələrək küçə satıcılarının köşklərini dağıdıblar.

Yayılan görüntülərdə bir sıra köşklərin yığışdırıldığı və əməliyyat zamanı ərazidə gərginliyin yaşandığı görünür.

Şahidlərin sözlərinə görə, bəzi vətəndaşlar və sahibkarlar bələdiyyənin bu zorakılığına etiraz edib, nəticədə tərəflər arasında mübahisə və gərginlik yaranıb.

یورش نیروهای شهرداری سراوان به بساط میوه‌فروشان در خیابان آزادی؛ درگیری با شهروندان معترض

#İran #Səravan #bələdiyyə #zorakılıq #satıcılar #etiraz #gərginlik

Kanala abunə olun
👎2
Millət vəkili: “🇮🇷 İran 🇺🇸 ABŞ ilə danışıqlara heç vaxt nikbin yanaşmayıb

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədahüseyn Maleki bildirib ki, İran İslam Respublikası nə atəşkəsə, nə də ABŞ ilə aparılan danışıqlara əvvəldən nikbin münasibət göstərməyib.

Malekinin sözlərinə görə, bunun əsas səbəbi Vaşinqtonun keçmişdəki siyasəti və İranın ABŞ-yə qarşı etimadsızlığıdır.

O qeyd edib ki, ABŞ-nin əvvəlki davranışları və öhdəliklərin pozulması ilə bağlı təcrübə İran rəsmilərinin və cəmiyyətinin yaddaşında qalmaqdadır və bu səbəbdən danışıqlara münasibətdə ehtiyatlı yanaşma davam edir.

Deputat vurğulayıb ki, İran nə danışıqlar prosesindən tam imtina edib, nə də ona tam bağlılıq nümayiş etdirib.

#İran #millətvəkili #ABŞ #danışıqlar

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda çörək növbələri böyüyür: Sakinlər qıtlıqdan şikayət edir 🍞

Dünən Sistan və Bəluçistan əyalətinin Zabol şəhərində yerləşən “Moin” çörək sexinin qarşısında uzun növbələr və sıxlıq müşahidə olunub. Sosial mediada yayılan görüntülər və videolar vəziyyətin yerli əhali arasında narazılığa səbəb olduğunu göstərir.

Kadrlarda çox sayda qadın, kişi, uşaq və yaşlı insanların isti havada saatlarla növbədə gözlədiyi görünür. Sakinlərin sözlərinə görə, bölgədə çörək qıtlığı, un kvotalarının azalması və paylanma sistemindəki nizamsızlıq vəziyyəti daha da çətinləşdirib.

Məlumata əsasən, bir çox insanlar səhər tezdən növbəyə durmasına baxmayaraq, bəzən saatlarla gözlədikdən sonra belə çörək ala bilmirlər. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr, qadınlar və yaşlılar üçün ciddi çətinlik yaradır.

صف‌های طولانی نان و گلایه شهروندان از کمبود و بی‌نظمی در توزیع؛ وضعیت نگران‌کننده مقابل یک نانوایی در زابل

#İran #çörək #qıtlıq #etiraz

Kanala abunə olun
😱1
Qalibaf: 🇮🇷 İran xalqının hüquqları təmin olunmadan heç bir saziş olmayacaq❗️

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ ilə aparılan danışıqlara münasibət bildirərək deyib ki, İran xalqının hüquqlarının tam təmin olunacağına əmin olmadan heç bir razılaşma təsdiqlənməyəcək.

Qalibaf çıxışında vurğulayıb ki, diplomatiya sahəsində qərarlar yalnız qarşı tərəfin vədlərinə əsaslana bilməz və əsas meyar real nəticələrin əldə olunmasıdır.

Onun sözlərinə görə, döyüş meydanında xidmət edən hərbçilər düşmənin sözlərinə etibar etmədiyi kimi, İran da danışıqlarda yalnız praktik nəticələrə diqqət yetirir.

Parlament sədri əlavə edib ki, Tehran üçün əsas məsələ verilən vədlər deyil, ölkənin əldə edəcəyi konkret nailiyyətlərdir.

#İran #Qalibaf #parlamentsədri #xalq #hüquq #ABŞ #razılaşma

Kanala abunə olun
😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müharibənin ilk günlərinə dair görüntülər: 🇮🇷 Xameneyinin iqamətgahı belə vuruldu 🚀📹

İranda internet məhdudiyyətlərinin aradan qaldırılmasından sonra sosial mediada müharibənin ilk günlərinə aid olduğu iddia edilən yeni görüntülər yayılıb.

Kadrlarda İslam Respublikasının mərhum ali rəhbəri Əli Xameneyinin iqamətgahının yerləşdiyi əraziyə raket zərbəsi endirildiyi bildirilir. Paylaşımlarda görüntülərin müharibənin başlanğıc mərhələsində çəkildiyi və zərbə zamanı “Tomahawk” tipli raketlərdən istifadə edildiyi irəli sürülür.

Qeyd edək ki, Əli Xameneyi və bir qrup yüksək rütbəli hərbi komandan fevralın 28-də İsrail və ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində həlak olub.

#İran #ƏliXameneyi #ABŞ #İsrail #hücum #müharibə

Kanala abunə olun
🔥2
🇮🇷 İranda partlayış səsləri eşidildi 💥

Bu gün Mehr News agentliyi Qeşm adası ərazisində partlayış səsinin eşidildiyini bildirib. Məlumata görə, adanın mərkəzi və cənub hissələrində yaşayan sakinlər də güclü səsi təsdiqləyiblər.

Agentlik qeyd edib ki, partlayış səsinin mənbəyi və xarakteri ilə bağlı ilkin mərhələdə dəqiq məlumat verilməyib.

Bununla yanaşı, IRIB News agentliyi isə Qeşm və Bəndər Abbas şəhərlərində eşidilən səslərin səbəbinə aydınlıq gətirib. Rəsmi məlumata görə, səslər müharibədən qalan sursatların zərərsizləşdirilməsi və ya atılması prosesi nəticəsində yaranıb.

#İran #Qeşmadası #BəndərAbbas #partlayış

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İran üçün qırmızı xətləri açıqladı: Hörmüz və nüvə proqramı 🌊

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı Vaşinqtonun əsas tələblərini bir daha səsləndirib.

Tramp bildirib ki, ABŞ üçün iki məsələ prinsipial əhəmiyyət daşıyır: “Birincisi, Hörmüz boğazı dərhal açılmalı və sərbəst fəaliyyət göstərməlidir. Heç bir rüsum tətbiq edilməməlidir”.

ABŞ prezidenti ikinci əsas şərt kimi İranın nüvə silahı əldə etməməsini göstərib: “İkincisi, onlar nüvə silahına sahib ola bilməzlər. Sadəcə budur. Çox sadədir”.

Tramp əlavə edib ki, bu şərtlər yerinə yetirildikdən sonra ABŞ bölgədəki mövqeyini yenidən nəzərdən keçirə bilər: “Sonra oradan çıxacağıq”.

#ABŞ #Tramp #İran #qırmızıxətlər

Kanala abunə olun
2
CNN: “🇮🇷 İranın yeraltı bazalarında hələ də raketlər saxlanılır” 🚀

CNN telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran yeraltı hərbi obyektlərində hələ də 1000-ə yaxın raket saxlayır.

Məlumata görə, ABŞ və İsrailin əvvəlki hücumlarına baxmayaraq, İranın raket arsenalının əhəmiyyətli hissəsi yeraltı bazalarda qalmaqdadır.

CNN peyk görüntülərinin təhlilinə əsaslanaraq bildirib ki, İran son dövrlərdə ölkə üzrə yerləşən təxminən 50 yeraltı raket bazası və hərbi obyektdə təmir və bərpa işləri aparır.

سی‌ان‌ان: ایران ۵۰ پایگاه موشکی خود را بازسازی کرده است

#İran #yeraltıbazalar #raketlər

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Trampdan 🇮🇷 İrana sərt mesaj: “Ya razılaşma olacaq, ya da hərbi yol”

Bu gün ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı növbəti sərt açıqlamalar verib.

Tramp bildirib ki, Vaşinqtonun Tehranla bağlı mövqeyi dəyişməyib və prosesin nəticəsi iki ssenaridən birinə gətirib çıxaracaq: “Ya çox uğurlu bir razılaşma əldə edəcəyik, ya da geri qayıdıb bunu hərbi yolla həll edəcəyik”.

ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik olduğunu da deyib. Onun sözlərinə görə, əvvəllər İran rəsmiləri yalnız nüvə silahı hazırlamadıqlarını bildirirdilər: “Əvvəl deyirdilər ki, nüvə silahı hazırlamırıq. Mən isə soruşurdum: Bəs nüvə silahı əldə etsəniz nə olacaq?”

Tramp əlavə edib ki, hazırda İranın mövqeyi daha fərqli şəkildə ifadə olunur: “İndi deyirlər ki, hərbi məqsədli silah hazırlamırıq və ya əldə etməyəcəyik. Bu, böyük fərqdir”.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
🇮🇷 SEPAH: Son 24 saatda Hörmüz boğazından onlarla gəmi keçib🌊🚢

Bu gün SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 28 gəminin keçdiyini açıqlayıb.

Qurumun məlumatına görə, keçidlər İran tərəfi ilə koordinasiya şəraitində həyata keçirilib. Gəmilər arasında neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmilərinin olduğu bildirilir.

SEPAH bəyanatında qeyd edib ki, İran Hörmüz boğazında gəmi hərəkətinə nəzarəti davam etdirir və bölgədəki vəziyyəti yaxından izləyir. (Fars News)

#İran #SEPAH #Hörmüzboğazı #gəmi

Kanala abunə olun
NBC News: 🇮🇷 İran 🇺🇸 ABŞ qırıcısını 🇨🇳 Çin istehsalı raketlə vurmuş ola bilər🚀✈️

NBC News telekanall xəbər verib ki, ABŞ-nin ötən ay İranın cənub-qərbində qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin Çin istehsalı olan daşınan zenit-raket kompleksi ilə vurulmuş olması ehtimal edilir.

Məsələ ilə tanış olan üç mənbəyə istinad edən telekanal bildirib ki, hadisə nəticəsində ABŞ hərbçiləri pilotların xilas edilməsi üçün riskli əməliyyat həyata keçirməli olublar.

Hesabatda həmçinin iddia olunur ki, Çin İrana uzun mənzilli erkən xəbərdarlıq radarları vermiş ola bilər. Bildirilir ki, bu tip radar sistemləri radardan yayınmaq üçün nəzərdə tutulmuş bəzi hərbi təyyarələrin aşkarlanması imkanına malikdir.

#İran #ABŞ #qırıcı #Çin #raket
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrailin "Merkava" tankını intiharçı dronla vurub

Livanın cənubunda İsrail hərbi qüvvələrinə qarşı əməliyyatlarını davam etdirən Hizbullah növbəti zərbənin görüntülərini paylaşıb.

Hizbullaha yaxın media resurslarının yaydığı məlumata görə, əməliyyat Livanın cənubundakı Zotar əl-Şərqiyyə şəhərinin cənub sahillərində reallaşıb.

#Livan #Hizbullah #İsrail

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Xameneyinin dəfn mərasiminə hazırlıq başladı 👳‍♂

İran hakimiyyəti 🇺🇸 ABŞ və 🇮🇱 İsrail hücumları zamanı həlak olan keçmiş ali rəhbəri Ayətullah Əli Xameneyinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.

Bildirilib ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi əlaqələndirmə mərkəzi yaradılıb.

Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.

Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər
”, - deyə Mahmudi bildirib.

#İran #Xameneyi #dəfn

Kanala abunə olun
1🔥1😁1
🇱🇧 Hizbullah dronu 🇮🇱 İsrailin şimalına düşüb: yaralılar var 💥🔥

Livanın cənubundan Hizbullah tərəfindən atılan partlayıcı dronlar İsrailin şimalında bir neçə nöqtəyə düşüb.

Yerli mətbuatın verdiyi məlumata görə, Beyt-Hillel qəsəbəsinə dron düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#İsrail #Livan #Hizbullah #dron

Kanala abunə olun
1