This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇾🇪 Husilər 🇺🇸 ABŞ-yə məxsus MQ-9A dronunu vurduğunu iddia edib ✈️💥🔥
Yəməndəki husilər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A “Reaper” tipli pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıblar.
Husilərin hərbi sözçüsünün bildirdiyinə görə, dron Məğrib (Marib) bölgəsi üzərində uçuş həyata keçirərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.
#Yəmən #husilər #ABŞ #dron #iddia
Kanala abunə olun

👍2🔥1
Fidan: “🇹🇷 Türkiyə üçün Hörmüz boğazı 🇮🇷 İranın nüvə proqramından daha prioritetdir” 🌊☢️
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib ki, Ankara üçün Hörmüz boğazında sabitliyin təmin olunması İranın nüvə proqramı ilə bağlı məsələlərdən daha yüksək prioritet daşıyır.
Fidanın sözlərinə görə, Türkiyə hazırda Pakistan və digər bəzi ölkələrlə birlikdə ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçilik səylərində iştirak edir.
O qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik həm ABŞ, həm də İran üzərində ciddi təzyiq yaradır və bu vəziyyətin enerji və ərzaq təhlükəsizliyi də daxil olmaqla qlobal təsirləri var.
Nazir vurğulayıb ki, mövcud şərtlər fonunda bölgədə sabitliyin təmin olunması məsələsi danışıqlarda nüvə proqramı mövzusundan daha önəmli hala gəlib.
#Türkiyə #XİN #İran #HörmüzBoğazı #nüvəproqramı

🇺🇸 ABŞ-nin hərb naziri: "🇮🇷 İrana qarşı blokada qüvvədə qalır" 🌊🚢❌
Pit Heqset jurnalistin "bunu onlarla müzakirə etdinizmi və həmin blokada hələ də qüvvədədirmi?" sualına cavabında deyib:
"Blokada bütünlüklə qüvvədə qalmaqda davam edir.
Hörmüz boğazı məsələsi müzakirələrdə tez-tez gündəmə gəlib və adətən biz bu barədə danışdıqdan sonra ölkələr əmin oldular ki, Amerikanın yanaşması bu faktoru nəzərə alır.
Eyni zamanda bizim enerjiyə baxışımızın qlobal xəritəni yenidən formalaşdıracağını düşünürəm.
Prezident Tramp da istər Texas, istər Venesuela, istərsə də öz enerji istehsalımızla bağlı olsun, enerji sahəsində gələcəyin əslində Amerikanın gələcəyi olduğundan bəhs edib".
وزیر جنگ آمریکا درباره ایران: محاصره همچنان به قوت خود باقی است
#ABŞ #PitHeqset #İran #blokada

Azad İran
🇮🇱 Keçmiş Mossad rəsmisi: "🇮🇷 İranla işimiz hələ yeni başlayır" Mossad-ın keçmiş yüksək rütbəli rəsmisi "Israel Hayom" qəzetinə müsahibəsində İsrailin İran rejiminə qarşı əməliyyatlarının bitmədiyini və hazırda yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edib.👇👇👇
O, Mossadın "Təsir Əməliyyatları" qolunun fəaliyyətinə toxunaraq bildirib ki, bu qurumun məqsədi media, psixoloji və kəşfiyyat əməliyyatları vasitəsilə İran rejiminin zəiflədilməsi prosesini sürətləndirməkdir.
Bu rəsmi şəxs iddia edib ki, İran xalqı ilə İslam Respublikası arasındakı uçurum ən yüksək həddə çatıb və Mossad son illərdə İrandakı ictimai rəyə təsir göstərmək üçün nüfuz əməliyyatları şəbəkəsi, saxta istifadəçi hesabları, inflyuenserlər və süni intellektə əsaslanan media alətlərini inkişaf etdirib.
Hesabatın digər hissəsində "Israel Hayom" qəzeti Mossadın rəhbəri David Barneaya yaxın mənbələrə istinadən yazır: "Bu təşkilat heaab edir ki, əgər Donald Tramp İran iqtisadiyyatının dirçəlişinə səbəb olacaq hər hansı bir razılaşmadan imtina edərsə və iqtisadi təzyiqlər ilə sanksiyalar davam edərsə, İslam Respublikası 2026-cı ilin sonuna qədər çökmə təhlükəsi ilə üz-üzə qala bilər".
Bu mənbələr iddia ediblər ki, Mossad iqtisadi problemlərin, sosial narazılığın və xarici təzyiqlərin İrandakı güc strukturunu tədricən aşındırdığı qənaətindədir.
Mossadın bu sabiq rəsmisi həmçinin vurğulayıb ki, hərbi əməliyyatlardan dərhal sonra İslam Respublikasının çökəcəyini gözləmək real deyil, lakin əlavə edib: "Üç ay, altı ay, yoxsa bir il çəkəcək?
Bunu kimsə bilmir, lakin şübhəm yoxdur ki, rejimin sonunu keçmişlə müqayisədə daha da yaxınlaşdıracaq bir proses başlayıb".
#İsrail #Mossad #İran #rejim

Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Zahidanda yerli sakin silahlı quldurlar tərəfindən soyuldu 😱
Bu gün yayılan videoda Zahidan şəhərinin Azadeqan 9 küçəsində yerli sakinə qarşı edilən silahlı quldurluq anı təsvir olunub.
Motosikletli iki nəfər silahla hədələyərək həmin şəxsin əşyalarını əlindən alıb və hadisə yerindən qaçıblar.
Daxil olan məlumatlara əsasən, bu hadisə mayın 21-də günorta saatlarında baş verib.
Bu videonun yayılması, son aylarda Sistan və Bəluçistanın müxtəlif şəhərlərində, xüsusən də Zahidanda silahlı oğurluq, quldurluq, hədə-qorxu ilə pul tələb etmə və küçə təhlükəsizliyinin pisləşməsi ilə bağlı çoxsaylı hesabatların dərc olunduğu bir vaxta təsadüf edir.
Bu məsələ vətəndaşların təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını artırıb.
Bununla bağlı Zahidanın sünni imam-cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi də müxtəlif vaxtlarda əyalətdə qeyri-sabitliyin, adam oğurluğunun genişlənməsi və gərgin mühit barədə xəbərdarlıq edərək vurğulamışdı ki, təhlükəsizliyin olmaması bölgənin bütün insanlarına zərər vurur.

🇺🇸 Vaşinqton İnstitutu: "🇮🇷 SEPAH itkilərə baxmayaraq, 🇱🇧 Hizbullahı hakimiyyətdə saxlayır" 🔥
Pentaqondakı danışıqlar yenidən əsas məsələyə dirənib – Hizbullahın tərksilah edilməsi prosesi ləngiyir.
Analitiklər əmindirlər: yalnız hərbi obyektlərə zərbələr endirməklə Hizbullahın hakimiyyətini sındırmaq mümkün deyil.
ABŞ-nin "The Washington Institute for Near East Policy" beyin mərkəzi qeyd edir ki, Hizbullah zəifləmiş olsa belə, İran və Livan parlamentinin sədri Berri vasitəsilə bu ölkənin maliyyə və təhlükəsizlik sisteminə nəzarət edir.
Hizbullah lideri Həsən Nəsrullahın ölümündən sonra SEPAH (İslam İnqilabının Keşikçiləri Korpusu) nəzarəti gücləndirib, yüzlərlə komandir gətirib və bir il ərzində Hizbullaha təxminən 1 milyard dollar köçürüb.
Nəticədə hədəf yalnız "silahları toplamaq" olduqca – Hizbullah hər münaqişədən sonra yenidən bərpa olunacaq.
Beləcə, Beyrutdakı adamlarına qarşı sanksiyalar, Livan mövzusunun İranla nüvə danışıqlarından ayrılması və Livan hakimiyyəti üçün real stimullar lazımdır.

🇮🇷 Tehran iki əyalətdə 108 "düşmənin" əmlakını müsadirə edib 😱
İranın məhkəmə-ədliyyə sistemi "təhlükəsizliyə təhdid" ittihamı ilə Cənubi Xorasan və Gülüstan əyalətlərində azı 108 nəfərin əmlakının müsadirə edildiyini bildirib.
"Mizan" agentliyinin məlumatına görə, Cənubi Xorasan məhkəməsinin rəhbəri düşmən ölkələrlə əməkdaşlıq və dövlət əleyhinə fəaliyyətə görə "düşmən tərəfdarı" adlandırılan 34 nəfərin əmlakının müsadirə olunduğunu bəyan edib.
Şəxslərin kimliyi və işlərin təfərrüatları açıqlanmır.
Eyni zamanda, Gülüstanda xaricdə yaşayan 74 sakinin aktivlərinə həbs qoyulub.
Hakimiyyət orqanları onları "vətən xainləri" və rəqiblərlə əməkdaşlıq edən şəbəkələrin üzvləri adlandırıb.
Onların bank hesabları, avtomobillər və daşınmaz əmlaklar müsadirə edilib.
Bütün maliyyə əməliyyatları bloklanıb.
Bu hadisələr, son aylarda siyasi və mülki fəalların, jurnalistlərin və rejim tənqidçilərinin əmlaklarının müsadirə olunması barədə xəbərlərin artması fonunda baş verir.
#İran #CənubiXorasan #Gülüstan #müsadirə

🤬2
🇺🇸 ABŞ ordusu 🇮🇷 İranın dəniz mühasirəsini yarmağa çalışan daha bir gəminin qarşısını aldı 🌊🚢
Bu gün məlumatlı bir amerikalı rəsmi "Associated Press" xəbər agentliyinə bildirib ki, ABŞ ordusu İran limanlarının mühasirəsini yarmaq istəyən daha bir ticarət gəmisini zərərsizləşdirib.
Adının açıqlanmasını istəməyən həmin rəsminin sözlərinə görə, 🇬🇲 Qambiya bayrağı altında üzən "Lian Star" yük gəmisi bu gün səhər saatlarında ABŞ qüvvələrinin ardıcıl xəbərdarlıqlarına məhəl qoymayaraq İran limanlarından birinə daxil olmağa cəhd edib.
Bu addımdan sonra ABŞ qırıcı təyyarələri gəmini Oman dənizində sıradan çıxarıb.
Hazırda bu gəmi, ABŞ qüvvələri ona daxil olmadan dənizdə sürüklənməkdədir.
Bu son qarşıdurma ilə birlikdə, ABŞ ordusu indiyədək İran limanlarının dəniz mühasirəsini yarmağa cəhd edən beş gəmini sıradan çıxarıb.
#ABŞ #İran #blokada #gəmi

❤1👍1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran-🇺🇸 ABŞ sazişi Hörmüz boğazında naviqasiyaya İranın geniş nəzarətinə şərait yaradacaq 🌊
İranın dövlət mediasının hesabatında deyilir ki, İran ilə ABŞ arasında hələ rəsmi təsdiqini tapmamış razılaşma layihəsi İrana Hörmüz boğazından keçən gəmiçilik üzərində daha böyük nəzarət imkanı verəcək; bura təhlükəli hesab etdiyi gəmiləri təsnifləşdirmək, yoxlamaq və potensial olaraq məhdudlaşdırmaq bacarığı da daxildir.
Layihəyə, həmçinin ABŞ-nin İranın dondurulmuş 12 milyard dollarlıq aktivlərinin 60 gün ərzində sərbəst buraxılmasına kömək etmək öhdəliyi də daxildir.
Bununla belə, hesabatda mətnin yekun olmadığı və hələ də danışıqlar mərhələsində olduğu vurğulanır. (IRIBNews)
#İran #ABŞ #Hörmüzboğazı

❤1👎1
🇮🇷 Keçmiş İran rəsmisinin mübahisəli fotosunun yayımlanmasında 🇮🇱 Mossadın əli olub?
"Israel Hayom" qəzeti iddia edib ki, Mossad İranın keçmiş yol və şəhərsalma naziri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandiri Rüstəm Qasemi ilə bağlı 2022-ci ildə — etirazların qızğın vaxtında İranda böyük əks-səda doğuran qalmaqallı fotonun sızdırılmasının arxasında duran tərəf olub.
Qasemini Malayziyaya səfəri zamanı hicabsız bir qadının yanında əks etdirən bu fotoşəkil "Iran International" media qurumuna ötürülüb və qısa müddətdə İranın sosial şəbəkələrində sürətlə yayılıb.

❤1
Azad İran
🇮🇷 Keçmiş İran rəsmisinin mübahisəli fotosunun yayımlanmasında 🇮🇱 Mossadın əli olub? "Israel Hayom" qəzeti iddia edib ki, Mossad İranın keçmiş yol və şəhərsalma naziri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandiri Rüstəm Qasemi ilə bağlı…
Hesabatda qeyd olunur ki, Mossad bu fotonu hələ 2011-ci ildən bəri əlində saxlayırmış, lakin onu məhz məcburi hicab etirazlarının bütün İranı bürüdüyü bir dönəmdə ictimaiyyətə təqdim etmək qərarına gəlib.
Hesabatda Mossadın nüfuz etmə əməliyyatları şöbəsinin keçmiş rəhbərinin sözlərinə istinadən bildirilir ki, bu addımın məqsədi "İran rejimi rəsmilərinin riyakarlığına" qarşı xalqın qəzəbini daha da alovlandırmaq olub.
Onun sözlərinə görə, bəzi rəsmilər barəsində ifşaedici sənədlərin yayılması, sui-qəsd əməliyyatlarından daha effektiv, daha az xərcli və daha sadə ola bilər və bəzi hallarda onların hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnər.
"Israel Hayom" iddia edir ki, bu fotonun dərc olunmasından bir neçə gün sonra Qasemi öz vəzifəsindən istefa verib və bu istefanın rəsmi səbəbi kimi onun xəstəliyi göstərilib.
#İran #RüstəmQasemi #Mossad

🇮🇷 Xameneyinin müşaviri 🇺🇸 Trampı dəniz blokadasına görə diplomatiyanı pozmaqda ittiham edib 👮♂🌊
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezayi ABŞ Prezidenti Donald Trampı "diplomatiyaya zərbə vurmaqda" ittiham edib.
Onun sözlərinə görə, İranla bağlı dəniz blokadasının davam etdirilməsi danışıqların gedişatı ilə bir araya sığmır.
Rezayi "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Tramp "maksimalist şərtlər" tələb etməklə və dəniz blokadasını saxlamaqla yalnız diplomatik həllə yönəlmədiyini nümayiş etdirib.
O bəyan edib ki, Vaşinqton diplomatik səylər zamanı artıq üçüncü dəfədir fərqli bir yol seçir.
Onun iddiasına görə, İrana qarşı təzyiq və məhdudiyyətlər danışıqların gələcəyinə dair şübhələri artırır.
#İran #MöhsünRezayi #ABŞ #Tramp

😁2❤1🤮1
🇺🇸 ABŞ-nin dövlət borcu 🇮🇷 İrana qarşı əməliyyatın başlanmasından bəri 406,5 milyard dollar artıb — ABŞ Maliyyə Nazirliyi 🏦
Xatırladaq ki, bu ilin fevralın 28-də ABŞ və 🇮🇱 İsrail İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə Vaşinqton və Tehran atəşkəs elan ediblər.
Əməliyyatın başlamasından bir gün əvvəl — fevralın 27-də — ABŞ Maliyyə Nazirliyi ölkənin ümumi dövlət borcunun 38 trilyon 769 milyard 805 milyon dollar təşkil etdiyini bildirmişdi.
#ABŞ #dövlətborcu #müharibə #İran

Axios: “🇺🇸 Tramp 🇮🇷 İranla razılaşma layihəsində dəyişikliklər tələb edib”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən qapalı iclasda İranla mümkün razılaşma layihəsinə bir sıra dəyişikliklərin edilməsini tələb edib. Bu barədə Axios ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp razılaşmanın tezliklə yekunlaşacağına ümid etsə də, xüsusilə İranın nüvə materiallarının taleyi və Hörmüz boğazının açılması ilə bağlı müddəaların daha dəqiq və sərt şəkildə formalaşdırılmasını istəyir.
ABŞ rəsmilərinin sözlərinə görə, prezident İranın zənginləşdirilmiş uran ehtiyatlarının necə və nə vaxt təhvil veriləcəyi ilə bağlı daha konkret öhdəliklərin sənədə daxil edilməsində israr edir.
Tramp yalnız ABŞ-nin maraqlarına uyğun olan, onun “qırmızı xətlərini” təmin edən və İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını alan bir razılaşmanı imzalayacaq.
#ABŞ #Tramp #İran #razılaşma #dəyişiklik

JP: “🇺🇸 ABŞ 🇮🇷 İranla danışıqları dayandırmalı və hərbi variantı seçməlidir” ❗️
Jerusalem Post qəzetində dərc olunan təhlildə İranın ABŞ ilə danışıqlarda “gecikdirmə taktikası” tətbiq etdiyi iddia olunaraq, Vaşinqtonun diplomatik səylərlə istədiyi nəticəni əldə edə bilməyəcəyi bildirilib.
Məqalədə qeyd olunur ki, İran rəsmiləri danışıqlarda müəyyən irəliləyiş siqnalları versələr də, yekun öhdəliklər götürməkdən yayınırlar. Təhlil müəllifinin fikrincə, bu yanaşma danışıqlar prosesini uzatmağa xidmət edir.
Qəzet yazır ki, ABŞ-nin “ədalətli sövdələşmə” və qarşılıqlı anlaşma məntiqinə əsaslanan yanaşması İranla münasibətlərdə effektiv nəticə vermir. Təhlildə iddia olunur ki, Vaşinqton “yanlış güzəştlər və kompromislərlə davranmayan” bir tərəflə üz-üzədir və buna görə də ABŞ administrasiyası diplomatik danışıqlardan imtina etməli, daha sərt siyasət yürütməlidir.
Məqalənin ən diqqətçəkən hissəsində isə ABŞ-yə müraciətlə “razılaşmanı dayandırın və sadəcə hücum edin” ifadəsi yer alıb.
#ABŞ #İran

👏3
🚨TƏCİLİ
🇮🇷 İran 🇺🇸 ABŞ dronunu vurduğunu iddia edir 🚀✈️💥
Bu gün SEPAH ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Bununla bağlı, “Tasnim News” məlumat yayıb.
Yayılan bəyanatda bildirilir ki, ABŞ ordusuna məxsus olduğu iddia edilən MQ-1 tipli pilotsuz uçuş aparatı səhər saatlarında İranın ərazi sularına aid hava məkanına daxil olub.
SEPAH-ın məlumatına görə, pilotsuz aparat “təxribat xarakterli əməliyyat” həyata keçirməyə cəhd göstərərkən İranın yeni hava hücumundan müdafiə raket sistemləri tərəfindən aşkar edilərək hədəfə alınıb və məhv edilib.
#İran #SEPAH #ABŞ #dron

🇺🇸 Tramp 🇮🇷 İranla mümkün razılaşmanın şərtlərini sərtləşdirib
ABŞ prezidenti Donald Trampın İranla mümkün razılaşma üzrə memorandum layihəsinin şərtlərini sərtləşdirdiyi və yeni təklifləri Tehrana təqdim etdiyi bildirilir.
The New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, sənədə edilən dəyişikliklərin detalları açıqlanmasa da, Tramp xüsusilə İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı müddəalardan narahatdır.
ABŞ prezidenti İranın Vaşinqtonun təkliflərinə kifayət qədər operativ cavab vermədiyini düşünür və danışıqlar prosesinin sürətləndirilməsini istəyir.
Qəzetin yazdığına görə, Tramp administrasiyası təzyiqi artıraraq Tehranı daha əvvəl nəzərdən keçirilməsi üçün İran rəhbərliyinə təqdim olunmuş ilkin memorandum layihəsini qəbul etməyə təşviq etməyə çalışır.
#ABŞ #İran #razılaşma

📰 “Xorasan” qəzeti: “🇺🇸 ABŞ-🇮🇷 İran danışıqlarının uğur şansı zəifdir”
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa yaxınlığı ilə tanınan “Xorasan” qəzeti ABŞ və İran arasında aparılan danışıqların hərtərəfli razılaşma ilə nəticələnəcəyinə şübhə ilə yanaşıb.
Qəzetdə dərc olunan təhlildə bildirilir ki, tərəflər arasında müəyyən müvəqqəti anlaşmalar mümkün olsa da, onların uzunmüddətli və hərtərəfli sazişə çevrilməsi ehtimalı aşağıdır.
Məqalədə ABŞ prezidenti Donald Trampın son açıqlamaları da təhlil olunub. Qəzetin yazdığına görə, Trampın İranın dəniz blokadasının ləğvi ilə bağlı paylaşımı qlobal maliyyə bazarlarında nikbinlik yaradıb və neft qiymətlərinin yüksəlməsinə təsir göstərib.
“Xorasan” iddia edib ki, ABŞ prezidentinə yaxın şəxslər bazarlardakı dalğalanmalardan maliyyə baxımından fayda əldə ediblər və bəzi açıqlamalar bazarlara təsir göstərmək məqsədi daşıyıb.
#ABŞ #İran #danışıqlar #uğurşansı

🚨Hörmüz boğazında təhlükə: 🇴🇲 Oman sahilləri yaxınlığında üzən dəniz minası aşkarlanıb 🌊💣
Hörmüz boğazında Oman sahilləri yaxınlığında üzən dəniz minasının aşkar edildiyi bildirilir.
Sosial mediada yayılan görüntülərdə ticarət gəmilərinin istifadə etdiyi əsas marşrutlardan birində suyun səthində üzən mina olduğu iddia edilən obyekt görünür.
Hadisə dünyanın ən önəmli enerji və ticarət marşrutlarından biri sayılan Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Mütəxəssislərin fikrincə, ticarət yollarında dəniz minalarının mövcudluğu yük və neft tankerləri üçün ciddi təhlükə yarada, eyni zamanda beynəlxalq ticarətə və dəniz nəqliyyatına mənfi təsir göstərə bilər.
#Hörmüzboğazı #Oman #dənizminası #təhlükə