This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ
Tasnim: “🇮🇷 Qeşm yaxınlığında 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə məxsus dron vurulub?” ✈️🚀💥
Bu gün SEPAH-a bağlı Tasnim News agentliyi yaydığı görüntülərdə İranın Qeşm adası yaxınlığında ABŞ və İsrailə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyini bildirib.
Agentliyin məlumatına görə, dron İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.
Bundan əvvəl Mehr xəbər agentliyi də yerli mənbələrə istinadən Qeşm yaxınlığında kiçik bir hava vasitəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və məhv edildiyini xəbər vermişdi.
#İran #Qeşmadası #ABŞ #İsrail #dron #iddia
Kanala abunə olun

👎1
🚨SON DƏQİQƏ
🇦🇲 İrəvan paradında 🇮🇷 İran istehsalı silahların sayı diqqət çəkib 🚀
İki gün öncə Ermənistanda keçirilən son hərbi paradda nümayiş etdirilən texnika və silahlar ölkənin İrandan hərbi idxalını artırdığı barədə müzakirələrə səbəb olub.
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcılarının Rusiya istehsalı sursatlar əvəzinə İranın Yasin ailəsinə aid idarəolunan bombalar daşıdığı müşahidə edilib.
Paradda İran istehsalı olan AD-08 Məcid hava hücumundan müdafiə sistemi də nümayiş etdirilib.
Bundan əlavə, Rusiya istehsalı 39N6E Kasta-2E2 radarının İran tərəfindən modernləşdirilmiş versiyası hesab olunan Kavoş radarı da sərgilənən hərbi texnikalar arasında yer alıb.
Nümayiş etdirilən digər sistemlər arasında Toyota Land Cruiser 70 bazasında quraşdırılmış Sepehr ailəsinə aid rabitə sistemləri və İran istehsalı HM-40 haubitsaları da olub. HM-40 sistemləri Rusiya istehsalı D-30A artilleriya qurğusunun İran versiyası hesab edilir.
#Ermənistan #hərbiparad #İran #silahlar

👎1🤮1
🇮🇷 İranın 12 milyard dollarlıq tələbi 🇶🇦 Qətər tərəfindən rədd edildi 💵
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi yüksək səviyyəli İran nümayəndə heyətinin Dohaya son səfəri Tehran üçün diplomatik nəticə verməyib.
Məlumata əsasən, İran ABŞ ilə mümkün anlaşma çərçivəsində 12 milyard dollarlıq dondurulmuş aktivlərin dərhal azad edilməsini tələb edib. Lakin Qətər tərəfi bu tələbi qəbul etməyib.
Bildirilir ki, Doha yalnız vəsaitlərin məhdud şəkildə və sərt şərtlərlə istifadəsinə razılıq verə biləcəyini bildirib. Qətər tərəfi vəsaitlərin birbaşa köçürülməsi və ya nağd şəkildə verilməsinə qarşı çıxıb.
Alternativ olaraq həmin vəsaitlərin Qətər bazarında zəruri malların alınması üçün kredit mexanizmi ilə istifadəsi təklif olunub.
#İran #Qətər #ABŞ #dondurulmuşaktivlər

👍1
🇮🇷 Tehranda 🇮🇱 Mossadla əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 👮♂️
İran polisi Tehranda bir şəxsin casusluq şübhəsi ilə həbs edildiyini açıqlayıb. Rəsmilərin məlumatına görə, saxlanılan şəxsin mobil telefonunda aparılan yoxlamalar zamanı müxalif şəbəkələrlə Telegram vasitəsilə əlaqələr və İsrailin kəşfiyyat xidməti Mossad ilə əlaqə qurmaq cəhdlərinə dair izlər aşkarlanıb.
Araşdırma aparan qurumlar həmçinin həmin şəxsin xaricdə yaşayan bir nəfərlə yazışmalarını da nəzərdən keçirir.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, şübhəlinin hərəkətlərinin mümkün motivlərindən biri ölkəni tərk etmək niyyəti ola bilər. (Tasnim News)
#İran #Tehran #Mossad #casusluq

👍1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇫 Əfqanıstanda qaçqınları daşıyan yük maşını aşdı: ölənlər və yaralananlar var 🚛
Bu gün Əfqanıstanın şərqində magistral yolda baş verən yol qəzası nəticəsində ən azı 18 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Məlumata görə, qəzaya Pakistandan geri qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması səbəb olub.
Bildirilib ki, ölənlər arasında 10 uşaq və 5 qadın var. Yaralananların əksəriyyətinin də qadın və uşaqlar olduğu qeyd edilir.
Hadisə nəticəsində xəsarət alan şəxslər tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
#Əfqanıstan #qaçqınlar #qəza #ölüm

WSJ: “🇦🇪 BƏƏ 🇮🇷 İranı gizli şəkildə bombalayıb” 💣🚀
Dünən The Wall Street Journal qəzeti yazıb ki, Birləşmiş Ərəb Əmirlikləri münaqişənin ilk günlərindən etibarən İran ərazisinə qarşı onlarla gizli hava əməliyyatı həyata keçirib.
Qəzetin məlumatına görə, Əbu Dabi bu müddət ərzində hərbi iştirakını rəsmi şəkildə elan etməyib və sözügedən hesabat BƏƏ-nin münaqişədə mümkün birbaşa roluna dair ən geniş yayılmış iddialardan biri hesab olunur.
Hesabatda yer alan məlumatlarla bağlı BƏƏ rəsmilərinin mövqeyi və ya rəsmi təsdiqi barədə əlavə məlumat verilməyib. (Amerikanın səsi)
#BƏƏ #İran #gizlihücum

❤2
Tasnim: “🇺🇸 ABŞ-nin 🇮🇷 İrana qarşı dəniz blokadası hələ də davam edir” 🌊
SEPAH-a bağlı Tasnim News agentliyi yayımladığı məlumatda ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının hələ də qüvvədə olduğunu iddia edib.
Agentliyin yazdığına görə, ABŞ prezidenti Donald Trampın blokadanın aradan qaldırılması ilə bağlı son açıqlamalarına baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bölgədə fəaliyyətini davam etdirir və gəmilərə xəbərdarlıqlar göndərir.
Tasnim-in məlumatına əsasən, iranlı dənizçilər bildiriblər ki, CENTCOM blokada zonasına yaxınlaşan gəmilərə dayanmaq və ərazini tərk etmək barədə xəbərdarlıq edir. İran gəmilərinin həmin ərazidən keçməsinin qarşısını almağa çalışdığı iddia olunur.
#ABŞ #İran #dənizblokadası

🇬🇧 Britaniyada 🇮🇷 İrana casusluqda şübhəli bilinən şəxs saxlanıldı 👮♂️
Yunanıstan vətəndaşı olan 46 yaşlı İoannis Aydinidis Britaniyada xarici kəşfiyyat xidmətinə yardım göstərmək ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Britaniya Prokurorluğunun məlumatına görə, o, İran İslam Respublikası ilə əlaqələndirilən xarici kəşfiyyat xidmətinin tapşırıqları əsasında fəaliyyət göstərməkdə ittiham olunur.
Aydinidis Londonda yaşayan iranlı müxalif jurnalist haqqında məlumat toplamaq məqsədilə Britaniyaya səfərlər edib. Müstəntiqlər onun jurnalistin yaşayış yeri, avtomobili və gündəlik fəaliyyəti barədə məlumat topladığını, habelə müşahidə məqsədilə texniki vasitələrdən istifadə etdiyini bildirirlər.
Britaniya polisi araşdırmanın İran hökumətini tənqid edən iranlı jurnalistə qarşı mümkün izləmə fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb. (Iran Wire)
#Britaniya #Yunanıstan #vətəndaş #İran #casusluq #hıbs

❤1👍1
🇺🇸 Heqset: “🇮🇷 İran razılaşma üçün nə etməli olduğunu bilir”
Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İran rəsmiləri Vaşinqtonla razılığa gəlmək üçün hansı addımları atmalı olduqlarını yaxşı bilirlər.
Şanqri-La Təhlükəsizlik Konfransında iştirak etmək üçün Sinqapurda səfərdə olan Heqsett deyib ki, ABŞ və İran arasında aparılan danışıqlar indiyədək konstruktiv xarakter daşıyıb və müəyyən irəliləyiş əldə olunub.
O vurğulayıb ki, prezident Donald Tramp yalnız ABŞ-nin maraqlarına cavab verən və qlobal təhlükəsizliyə töhfə verən bir razılaşmanı qəbul edəcək.
Nazir əlavə edib ki, Vaşinqton diplomatik həll yoluna üstünlük versə də, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə bütün variantlar masadadır.
#ABŞ #İran #razılaşma

The Atlantic: “🇺🇸 ABŞ-nin razılaşmaya, 🇮🇷 İranın isə düşmənçiliyə ehtiyacı var”
Beynəlxalq Sülh üzrə Karnegi Fondunun baş elmi işçisi Kərim Səccadpur The Atlantic jurnalında dərc olunan təhlilində yazıb ki, ABŞ və İran arasında mümkün razılaşma əldə olunsa belə, Tehran-Vaşinqton qarşıdurmasının tamamilə sona çatacağı gözlənilmir.
Səccadpurun fikrincə, Donald Tramp administrasiyası İranla münaqişəni diplomatik yollarla həll etməyə çalışsa da, əsas maneə İslam Respublikasının ABŞ ilə qarşıdurmanı öz siyasi və ideoloji kimliyinin bir hissəsi kimi görməsidir.
Müəllif qeyd edir ki, ABŞ üçün İranla münaqişə xarici siyasət məsələsidir və administrasiyaların dəyişməsi ilə prioritetlər də dəyişə bilir. Ancaq İran təxminən yarım əsrdir siyasi və ideoloji xəttini “Amerikaya müqavimət” üzərində qurub.
Səccadpur hesab edir ki, ABŞ ilə mübarizə Tehran üçün sadəcə taktiki seçim deyil, rejimin özünüifadə və mövcudluq fəlsəfəsinin əsas elementlərindən biridir.
#ABŞ #İran #razılaşma #düşmənçilik

Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranın vəliəhd şahzadəsi Pəhləvi 🇺🇦 Odessaya gedib
Rza Pəhləvi Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak etmək üçün Ukraynanın Odessa vilayətinə səfər edib.
Burada onu Ukrayna Ali Radasının deputatı Qonçarenko qarşılayıb.
سفر رضا پهلوی به منطقه اودسای اوکراین جهت شرکت در نشست امنیتی دریای سیاه
#İranşahzadəsi #RzaPəhləvi #Ukrayna #Odessa #QaraDənizTəhlükəsizlikForumu
Kanala abunə olun
Rza Pəhləvi Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak etmək üçün Ukraynanın Odessa vilayətinə səfər edib.
Burada onu Ukrayna Ali Radasının deputatı Qonçarenko qarşılayıb.
سفر رضا پهلوی به منطقه اودسای اوکراین جهت شرکت در نشست امنیتی دریای سیاه
#İranşahzadəsi #RzaPəhləvi #Ukrayna #Odessa #QaraDənizTəhlükəsizlikForumu
Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇾🇪 Husilər 🇺🇸 ABŞ-yə məxsus MQ-9A dronunu vurduğunu iddia edib ✈️💥🔥
Yəməndəki husilər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A “Reaper” tipli pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıblar.
Husilərin hərbi sözçüsünün bildirdiyinə görə, dron Məğrib (Marib) bölgəsi üzərində uçuş həyata keçirərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.
#Yəmən #husilər #ABŞ #dron #iddia

👍2🔥1
Fidan: “🇹🇷 Türkiyə üçün Hörmüz boğazı 🇮🇷 İranın nüvə proqramından daha prioritetdir” 🌊☢️
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib ki, Ankara üçün Hörmüz boğazında sabitliyin təmin olunması İranın nüvə proqramı ilə bağlı məsələlərdən daha yüksək prioritet daşıyır.
Fidanın sözlərinə görə, Türkiyə hazırda Pakistan və digər bəzi ölkələrlə birlikdə ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçilik səylərində iştirak edir.
O qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik həm ABŞ, həm də İran üzərində ciddi təzyiq yaradır və bu vəziyyətin enerji və ərzaq təhlükəsizliyi də daxil olmaqla qlobal təsirləri var.
Nazir vurğulayıb ki, mövcud şərtlər fonunda bölgədə sabitliyin təmin olunması məsələsi danışıqlarda nüvə proqramı mövzusundan daha önəmli hala gəlib.
#Türkiyə #XİN #İran #HörmüzBoğazı #nüvəproqramı

🇺🇸 ABŞ-nin hərb naziri: "🇮🇷 İrana qarşı blokada qüvvədə qalır" 🌊🚢❌
Pit Heqset jurnalistin "bunu onlarla müzakirə etdinizmi və həmin blokada hələ də qüvvədədirmi?" sualına cavabında deyib:
"Blokada bütünlüklə qüvvədə qalmaqda davam edir.
Hörmüz boğazı məsələsi müzakirələrdə tez-tez gündəmə gəlib və adətən biz bu barədə danışdıqdan sonra ölkələr əmin oldular ki, Amerikanın yanaşması bu faktoru nəzərə alır.
Eyni zamanda bizim enerjiyə baxışımızın qlobal xəritəni yenidən formalaşdıracağını düşünürəm.
Prezident Tramp da istər Texas, istər Venesuela, istərsə də öz enerji istehsalımızla bağlı olsun, enerji sahəsində gələcəyin əslində Amerikanın gələcəyi olduğundan bəhs edib".
وزیر جنگ آمریکا درباره ایران: محاصره همچنان به قوت خود باقی است
#ABŞ #PitHeqset #İran #blokada