Azad İran
5.73K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Heqset: “🇺🇸 ABŞ 🇮🇷 İranla mümkün münaqişəyə tam hazırdır”

ABŞ-nin müharibə naziri Pit Heqset Sinqapurda keçirilən Asiya müdafiə sammitində çıxışı zamanı İranla bağlı açıqlamalar verib. O bildirib ki, lazım gələrsə, ABŞ-nin İranla münaqişəni yenidən başlatmaq və davam etdirmək qabiliyyəti mövcuddur və Vaşinqton bu baxımdan tam hazırlıqlıdır.

Heqsetin sözlərinə görə, ABŞ-nin hərbi imkanları “təsəvvür ediləndən daha çoxdur”. Bununla yanaşı, o vurğulayıb ki, İranla əldə ediləcək razılaşma hərbi qarşıdurmadan daha yaxşı variant hesab olunur.

Nazir qeyd edib ki, Vaşinqton İran kimi ölkələrin nüvə silahı əldə etməsinin qarşısını almaqla bağlı qlobal öhdəliklərinə sadiqdir.

#ABŞ #İran #müharibə

Kanala abunə olun
2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran Hörmüz boğazında 🇷🇺 Rusiya və 🇨🇳 Çinə xüsusi şərtlər vəd edib 🌊

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Rusiya, Çin və Tehranın digər strateji tərəfdaşları Hörmüz boğazı ilə bağlı məsələlərdə xüsusi rejimdən və daha əlverişli şərtlərdən yararlana biləcəklər.

Əzizinin sözlərinə görə, İranın dost və strateji tərəfdaş hesab etdiyi ölkələrə münasibətdə tətbiq ediləcək siyasət digər dövlətlərə münasibətdən fərqlənəcək.

O, bunun Tehranın tərəfdaş ölkələrlə əməkdaşlıq siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

#İran #HörmüzBoğazı #Rusiya #Çin

Kanala abunə olun
🤮1
Bloomberg: 🇮🇷 İranın raket hücumu zamanı 🇺🇸 amerikalılar yaralanıb🚀👮‍♂

“Bloomberg” agentliyi yazır ki, İslam Respublikasının son 24 saat ərzində Küveytdə yerləşən ABŞ hərbi bazasına endirdiyi ballistik raket zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb və iki MQ-9 Reaper pilotsuz uçuş aparatına ciddi ziyan dəyib.

Məlumata əsasən, podratçılar və aktiv xidmətdə olan hərbçilər də daxil olmaqla təxminən beş nəfər yaralanıb. MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarından biri tamamilə məhv olub, ən azı daha biri isə ciddi zədələnib.

Mənbənin bildirdiyinə görə, hər bir MQ-9 Reaper pilotsuz uçuş aparatının dəyəri təxminən 30 milyon dollar təşkil edir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp hazırda qüvvədə olan kövrək atəşkəsin uzadılması ilə bağlı mümkün razılaşmanı nəzərdən keçirir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə məsələ ilə bağlı sorğulara hələlik cavab verməyib. (Iranintl)

#İran #ABŞ #Küveyt #hərbibaza #hücum

Kanala abunə olun
👎1👏1
🇺🇸 CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlarla bağlı xəbərdarlıq edib 🌊🆘

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar aparılacağı barədə xəbərdarlıq edib. Məlumata görə, əməliyyatlar boğazın ortasında yerləşən Omanın Musandam yarımadasının şimal hissəsini əhatə edəcək.

CENTCOM Hörmüz boğazından keçən gəmilərə ABŞ qüvvələri ilə əməkdaşlıq etməyi tövsiyə edib və bölgədəki təhlükəsizlik vəziyyətinin diqqətlə izlənildiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı əlavə edib ki, minalama fəaliyyəti həyata keçirən və ya bu cür fəaliyyətlərə dəstək verən hər hansı gəmi ABŞ qüvvələri tərəfindən hədəf alınacaq. (Shargh Daily)

#ABŞ #CENTCOM #HörmüzBoğazı #əməliyyat #xəbərdarlıq

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ

Tasnim: “🇮🇷 Qeşm yaxınlığında 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə məxsus dron vurulub?” ✈️🚀💥

Bu gün SEPAH-a bağlı Tasnim News agentliyi yaydığı görüntülərdə İranın Qeşm adası yaxınlığında ABŞ və İsrailə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyini bildirib.

Agentliyin məlumatına görə, dron İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.

Bundan əvvəl Mehr xəbər agentliyi də yerli mənbələrə istinadən Qeşm yaxınlığında kiçik bir hava vasitəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və məhv edildiyini xəbər vermişdi.

#İran #Qeşmadası #ABŞ #İsrail #dron #iddia

Kanala abunə olun
👎1
🚨SON DƏQİQƏ

🇦🇲 İrəvan paradında 🇮🇷 İran istehsalı silahların sayı diqqət çəkib 🚀

İki gün öncə Ermənistanda keçirilən son hərbi paradda nümayiş etdirilən texnika və silahlar ölkənin İrandan hərbi idxalını artırdığı barədə müzakirələrə səbəb olub.

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcılarının Rusiya istehsalı sursatlar əvəzinə İranın Yasin ailəsinə aid idarəolunan bombalar daşıdığı müşahidə edilib.

Paradda İran istehsalı olan AD-08 Məcid hava hücumundan müdafiə sistemi də nümayiş etdirilib.

Bundan əlavə, Rusiya istehsalı 39N6E Kasta-2E2 radarının İran tərəfindən modernləşdirilmiş versiyası hesab olunan Kavoş radarı da sərgilənən hərbi texnikalar arasında yer alıb.

Nümayiş etdirilən digər sistemlər arasında Toyota Land Cruiser 70 bazasında quraşdırılmış Sepehr ailəsinə aid rabitə sistemləri və İran istehsalı HM-40 haubitsaları da olub. HM-40 sistemləri Rusiya istehsalı D-30A artilleriya qurğusunun İran versiyası hesab edilir.

#Ermənistan #hərbiparad #İran #silahlar

Kanala abunə olun
👎1🤮1
🇮🇷 İranın 12 milyard dollarlıq tələbi 🇶🇦 Qətər tərəfindən rədd edildi 💵

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi yüksək səviyyəli İran nümayəndə heyətinin Dohaya son səfəri Tehran üçün diplomatik nəticə verməyib.

Məlumata əsasən, İran ABŞ ilə mümkün anlaşma çərçivəsində 12 milyard dollarlıq dondurulmuş aktivlərin dərhal azad edilməsini tələb edib. Lakin Qətər tərəfi bu tələbi qəbul etməyib.

Bildirilir ki, Doha yalnız vəsaitlərin məhdud şəkildə və sərt şərtlərlə istifadəsinə razılıq verə biləcəyini bildirib. Qətər tərəfi vəsaitlərin birbaşa köçürülməsi və ya nağd şəkildə verilməsinə qarşı çıxıb.

Alternativ olaraq həmin vəsaitlərin Qətər bazarında zəruri malların alınması üçün kredit mexanizmi ilə istifadəsi təklif olunub.

#İran #Qətər #ABŞ #dondurulmuşaktivlər

Kanala abunə olun
👍1
🇮🇷 Tehranda 🇮🇱 Mossadla əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 👮‍♂️

İran polisi Tehranda bir şəxsin casusluq şübhəsi ilə həbs edildiyini açıqlayıb. Rəsmilərin məlumatına görə, saxlanılan şəxsin mobil telefonunda aparılan yoxlamalar zamanı müxalif şəbəkələrlə Telegram vasitəsilə əlaqələr və İsrailin kəşfiyyat xidməti Mossad ilə əlaqə qurmaq cəhdlərinə dair izlər aşkarlanıb.

Araşdırma aparan qurumlar həmçinin həmin şəxsin xaricdə yaşayan bir nəfərlə yazışmalarını da nəzərdən keçirir.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, şübhəlinin hərəkətlərinin mümkün motivlərindən biri ölkəni tərk etmək niyyəti ola bilər. (Tasnim News)

#İran #Tehran #Mossad #casusluq

Kanala abunə olun
👍1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇫 Əfqanıstanda qaçqınları daşıyan yük maşını aşdı: ölənlər və yaralananlar var 🚛

Bu gün Əfqanıstanın şərqində magistral yolda baş verən yol qəzası nəticəsində ən azı 18 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.

Məlumata görə, qəzaya Pakistandan geri qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması səbəb olub.

Bildirilib ki, ölənlər arasında 10 uşaq və 5 qadın var. Yaralananların əksəriyyətinin də qadın və uşaqlar olduğu qeyd edilir.

Hadisə nəticəsində xəsarət alan şəxslər tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

#Əfqanıstan #qaçqınlar #qəza #ölüm

Kanala abunə olun
WSJ: 🇦🇪 BƏƏ 🇮🇷 İranı gizli şəkildə bombalayıb💣🚀

Dünən The Wall Street Journal qəzeti yazıb ki, Birləşmiş Ərəb Əmirlikləri münaqişənin ilk günlərindən etibarən İran ərazisinə qarşı onlarla gizli hava əməliyyatı həyata keçirib.

Qəzetin məlumatına görə, Əbu Dabi bu müddət ərzində hərbi iştirakını rəsmi şəkildə elan etməyib və sözügedən hesabat BƏƏ-nin münaqişədə mümkün birbaşa roluna dair ən geniş yayılmış iddialardan biri hesab olunur.

Hesabatda yer alan məlumatlarla bağlı BƏƏ rəsmilərinin mövqeyi və ya rəsmi təsdiqi barədə əlavə məlumat verilməyib. (Amerikanın səsi)

#BƏƏ #İran #gizlihücum

Kanala abunə olun
2
Tasnim: “🇺🇸 ABŞ-nin 🇮🇷 İrana qarşı dəniz blokadası hələ də davam edir” 🌊

SEPAH-a bağlı Tasnim News agentliyi yayımladığı məlumatda ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının hələ də qüvvədə olduğunu iddia edib.

Agentliyin yazdığına görə, ABŞ prezidenti Donald Trampın blokadanın aradan qaldırılması ilə bağlı son açıqlamalarına baxmayaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bölgədə fəaliyyətini davam etdirir və gəmilərə xəbərdarlıqlar göndərir.

Tasnim-in məlumatına əsasən, iranlı dənizçilər bildiriblər ki, CENTCOM blokada zonasına yaxınlaşan gəmilərə dayanmaq və ərazini tərk etmək barədə xəbərdarlıq edir. İran gəmilərinin həmin ərazidən keçməsinin qarşısını almağa çalışdığı iddia olunur.

#ABŞ #İran #dənizblokadası

Kanala abunə olun
🇬🇧 Britaniyada 🇮🇷 İrana casusluqda şübhəli bilinən şəxs saxlanıldı 👮‍♂️

Yunanıstan vətəndaşı olan 46 yaşlı İoannis Aydinidis Britaniyada xarici kəşfiyyat xidmətinə yardım göstərmək ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Britaniya Prokurorluğunun məlumatına görə, o, İran İslam Respublikası ilə əlaqələndirilən xarici kəşfiyyat xidmətinin tapşırıqları əsasında fəaliyyət göstərməkdə ittiham olunur.

Aydinidis Londonda yaşayan iranlı müxalif jurnalist haqqında məlumat toplamaq məqsədilə Britaniyaya səfərlər edib. Müstəntiqlər onun jurnalistin yaşayış yeri, avtomobili və gündəlik fəaliyyəti barədə məlumat topladığını, habelə müşahidə məqsədilə texniki vasitələrdən istifadə etdiyini bildirirlər.

Britaniya polisi araşdırmanın İran hökumətini tənqid edən iranlı jurnalistə qarşı mümkün izləmə fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb. (Iran Wire)

#Britaniya #Yunanıstan #vətəndaş #İran #casusluq #hıbs

Kanala abunə olun
1👍1
🇺🇸 Heqset: “🇮🇷 İran razılaşma üçün nə etməli olduğunu bilir

Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İran rəsmiləri Vaşinqtonla razılığa gəlmək üçün hansı addımları atmalı olduqlarını yaxşı bilirlər.

Şanqri-La Təhlükəsizlik Konfransında iştirak etmək üçün Sinqapurda səfərdə olan Heqsett deyib ki, ABŞ və İran arasında aparılan danışıqlar indiyədək konstruktiv xarakter daşıyıb və müəyyən irəliləyiş əldə olunub.

O vurğulayıb ki, prezident Donald Tramp yalnız ABŞ-nin maraqlarına cavab verən və qlobal təhlükəsizliyə töhfə verən bir razılaşmanı qəbul edəcək.

Nazir əlavə edib ki, Vaşinqton diplomatik həll yoluna üstünlük versə də, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə bütün variantlar masadadır.

#ABŞ #İran #razılaşma

Kanala abunə olun