Azad İran
5.73K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇱🇧 "Hizbullah" FPV-dronları ilə 🇮🇱 "Dəmir Qübbə" və RPS-42 RLS-ini vurdu 🚀

"Hizbullah"ın FPV-dronlarının hücumu nəticəsində İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə (HHM) sisteminin obyektləri vurulub.

Mənbələrin verdiyi məlumata görə, dronlar həm maketə, həm də kompleksin real atıcı qurğusuna zərbə endiriblər.

Eləcə də "Dəmir Qübbə"nin hədəfləri aşkarlama və izləmə sisteminə daxil olan RPS-42 radiolokasiya stansiyası (RLS) məhv edilib.

#Livan #Hizbullah #İsrail #Dəmirqübbə

Kanala abunə olun
👍2👎2
🇰🇿 Qazaxıstan 🇮🇷 İranın uran ehtiyatlarını qəbul etməyi təklif edir

Qazaxıstan bəyan edib ki, əgər 🇺🇸 ABŞ və İran Tehranın nüvə proqramına dair razılığa gələrsə, İranın demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Tokayev Astanada keçirilən görüşdə bu varianta açıq olduğunu ifadə edib.

Qrossi bəyan edib ki, AEBA-nın artıq Qazaxıstanda az zənginləşdirilmiş uran bankı var, ona görə də «bizim bunu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz mövcuddur».

O qeyd edib ki, belə bir variant həm ABŞ, həm də İran üçün məqbul «ola bilər».

#İran #zənginləşdirilmişuran #Qazaxıstan #ABŞ #AEBA

Kanala abunə olun
3
🇮🇷🇺🇸 Sazişin mətnində Müctəba Xameneyinin təsdiqlədiyi 10 bənddən 8-i nəzərə alınmayıb

Bu haqda İranın danışıqlar qrupunun media heyətinin üzvü Mehdi Xanəlizadə yazıb.

O, qeyd edir ki, mümkün razılaşma mətnində Müctəba Xameneyi tərəfindən təsdiqlənmiş Ali Milli Təhlükəsizlik Şurasının bəyanatındakı 10 bənddən 8-nə əməl olunmayıb.

O əlavə edib ki, hazırkı anlaşma sənədində Ali Milli Təhlükəsizlik Şurasının atəşkəs bəyanatına ziddir və məlum olub ki, İslamabad-sonrası danışıqlar fundamental olaraq ali rəhnərin şərtləri əsasında aparılmayıb.

#İran #Xameneyi #bəyanat #saziş

Kanala abunə olun
😁2
🇮🇷 Əraqçı: "🇺🇸 ABŞ ilə razılaşma yalnız Vaşinqtonun "hədsiz tələbləri" olmadan mümkündür" 🗣

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə yekun razılığa gəlmək Vaşinqtonun həddindən artıq tələblərindən və ziddiyyətli addımlarından imtina etməsindən asılıdır.

Onun sözlərinə görə, ABŞ-nin yanaşmasında dəyişiklik olmadan danışıqlarda irəliləyiş mümkün deyil.

عراقچی: حصول‌توافق منوط به توقف زیاده خواهی های آمریکا‌ است

#İran #ABŞ #razılaşma #şərt

Kanala abunə olun
🇮🇷🇺🇸 İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir 💵

Bu haqda Fars News mənbələrə istinadən xəbər verir.

"Razılaşmanın ABŞ Prezidenti Donald Trampın qeyd etmədiyi ən mühüm hissəsi, İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir.
Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan ödənilməlidir və bu ödəniş həyata keçirilənə qədər İran əlavə danışıqlara başlamayacaq
", — deyə "Fars" yazır.

#İran #şərt #danışıqlar #ABŞ

Kanala abunə olun
2
🇺🇸 ABŞ 🇮🇷 İranla əlaqəli şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq edib

Bu gün ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli beynəlxalq şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, Vaşinqton bu şəbəkəni hərbi məqsədlər üçün Amerika şirkətlərindən həssas texnologiyaları saxtakarlıq yolu ilə əldə etməkdə ittiham edir.

Bildirilib ki, İranda yaşayan Əli Məcid Sepehrin rəhbərlik etdiyi şəbəkə Amerika şirkətləri kimi təqdim edilən saxta internet saytları yaradıb.

Dubaydakı vasitəçilərlə təhdid aşkarlama sistemləri, spektr analizatorları və digər yüksək texnologiyalı avadanlıqlar əldə olunub. Bu avadanlıqlar daha sonra sanksiyalardan yayınaraq qanunsuz şəkildə İrana göndərilib.

#ABŞ #İran #şəbəkə #sanksiya

Kanala abunə olun
Heqset: “🇺🇸 ABŞ 🇮🇷 İranla mümkün münaqişəyə tam hazırdır”

ABŞ-nin müharibə naziri Pit Heqset Sinqapurda keçirilən Asiya müdafiə sammitində çıxışı zamanı İranla bağlı açıqlamalar verib. O bildirib ki, lazım gələrsə, ABŞ-nin İranla münaqişəni yenidən başlatmaq və davam etdirmək qabiliyyəti mövcuddur və Vaşinqton bu baxımdan tam hazırlıqlıdır.

Heqsetin sözlərinə görə, ABŞ-nin hərbi imkanları “təsəvvür ediləndən daha çoxdur”. Bununla yanaşı, o vurğulayıb ki, İranla əldə ediləcək razılaşma hərbi qarşıdurmadan daha yaxşı variant hesab olunur.

Nazir qeyd edib ki, Vaşinqton İran kimi ölkələrin nüvə silahı əldə etməsinin qarşısını almaqla bağlı qlobal öhdəliklərinə sadiqdir.

#ABŞ #İran #müharibə

Kanala abunə olun
2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran Hörmüz boğazında 🇷🇺 Rusiya və 🇨🇳 Çinə xüsusi şərtlər vəd edib 🌊

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Rusiya, Çin və Tehranın digər strateji tərəfdaşları Hörmüz boğazı ilə bağlı məsələlərdə xüsusi rejimdən və daha əlverişli şərtlərdən yararlana biləcəklər.

Əzizinin sözlərinə görə, İranın dost və strateji tərəfdaş hesab etdiyi ölkələrə münasibətdə tətbiq ediləcək siyasət digər dövlətlərə münasibətdən fərqlənəcək.

O, bunun Tehranın tərəfdaş ölkələrlə əməkdaşlıq siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

#İran #HörmüzBoğazı #Rusiya #Çin

Kanala abunə olun
🤮1
Bloomberg: 🇮🇷 İranın raket hücumu zamanı 🇺🇸 amerikalılar yaralanıb🚀👮‍♂

“Bloomberg” agentliyi yazır ki, İslam Respublikasının son 24 saat ərzində Küveytdə yerləşən ABŞ hərbi bazasına endirdiyi ballistik raket zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb və iki MQ-9 Reaper pilotsuz uçuş aparatına ciddi ziyan dəyib.

Məlumata əsasən, podratçılar və aktiv xidmətdə olan hərbçilər də daxil olmaqla təxminən beş nəfər yaralanıb. MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarından biri tamamilə məhv olub, ən azı daha biri isə ciddi zədələnib.

Mənbənin bildirdiyinə görə, hər bir MQ-9 Reaper pilotsuz uçuş aparatının dəyəri təxminən 30 milyon dollar təşkil edir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp hazırda qüvvədə olan kövrək atəşkəsin uzadılması ilə bağlı mümkün razılaşmanı nəzərdən keçirir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə məsələ ilə bağlı sorğulara hələlik cavab verməyib. (Iranintl)

#İran #ABŞ #Küveyt #hərbibaza #hücum

Kanala abunə olun
👎1👏1
🇺🇸 CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlarla bağlı xəbərdarlıq edib 🌊🆘

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar aparılacağı barədə xəbərdarlıq edib. Məlumata görə, əməliyyatlar boğazın ortasında yerləşən Omanın Musandam yarımadasının şimal hissəsini əhatə edəcək.

CENTCOM Hörmüz boğazından keçən gəmilərə ABŞ qüvvələri ilə əməkdaşlıq etməyi tövsiyə edib və bölgədəki təhlükəsizlik vəziyyətinin diqqətlə izlənildiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı əlavə edib ki, minalama fəaliyyəti həyata keçirən və ya bu cür fəaliyyətlərə dəstək verən hər hansı gəmi ABŞ qüvvələri tərəfindən hədəf alınacaq. (Shargh Daily)

#ABŞ #CENTCOM #HörmüzBoğazı #əməliyyat #xəbərdarlıq

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ

Tasnim: “🇮🇷 Qeşm yaxınlığında 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə məxsus dron vurulub?” ✈️🚀💥

Bu gün SEPAH-a bağlı Tasnim News agentliyi yaydığı görüntülərdə İranın Qeşm adası yaxınlığında ABŞ və İsrailə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatının qalıqlarının aşkar edildiyini bildirib.

Agentliyin məlumatına görə, dron İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.

Bundan əvvəl Mehr xəbər agentliyi də yerli mənbələrə istinadən Qeşm yaxınlığında kiçik bir hava vasitəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və məhv edildiyini xəbər vermişdi.

#İran #Qeşmadası #ABŞ #İsrail #dron #iddia

Kanala abunə olun
👎1
🚨SON DƏQİQƏ

🇦🇲 İrəvan paradında 🇮🇷 İran istehsalı silahların sayı diqqət çəkib 🚀

İki gün öncə Ermənistanda keçirilən son hərbi paradda nümayiş etdirilən texnika və silahlar ölkənin İrandan hərbi idxalını artırdığı barədə müzakirələrə səbəb olub.

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30SM qırıcılarının Rusiya istehsalı sursatlar əvəzinə İranın Yasin ailəsinə aid idarəolunan bombalar daşıdığı müşahidə edilib.

Paradda İran istehsalı olan AD-08 Məcid hava hücumundan müdafiə sistemi də nümayiş etdirilib.

Bundan əlavə, Rusiya istehsalı 39N6E Kasta-2E2 radarının İran tərəfindən modernləşdirilmiş versiyası hesab olunan Kavoş radarı da sərgilənən hərbi texnikalar arasında yer alıb.

Nümayiş etdirilən digər sistemlər arasında Toyota Land Cruiser 70 bazasında quraşdırılmış Sepehr ailəsinə aid rabitə sistemləri və İran istehsalı HM-40 haubitsaları da olub. HM-40 sistemləri Rusiya istehsalı D-30A artilleriya qurğusunun İran versiyası hesab edilir.

#Ermənistan #hərbiparad #İran #silahlar

Kanala abunə olun
👎1🤮1