Azad İran
5.73K subscribers
36.7K photos
22.1K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ müharibə naziri: “🇮🇷 İran seçim qarşısındadır”

Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset “Boxer” amfibiya hücum gəmisində dənizçilər və dəniz piyadaları qarşısında çıxışı zamanı İranla bağlı açıqlamalar verib.

O bildirib ki, Tehran seçim qarşısındadır: ya danışıqlar apararaq nüvə proqramından imtina etməli, ya da ABŞ-nin hərbi cavabı ilə üzləşməlidir.

Səhər fiziki məşqi zamanı danışan Heqset deyib ki, ABŞ “öz işini düzgün yerinə yetirdikdə” qarşı tərəf ya geri çəkilir, ya da “ABŞ ordusunun gücü və qəzəbi” ilə qarşılaşır.

ABŞ prezidenti Donald Trampın son açıqlamalarına toxunan Heqset vurğulayıb ki, Vaşinqton üçün üstünlük verilən variant diplomatik razılaşmadır.

#ABŞ #nazir #İran #seçim

Kanala abunə olun
🇮🇷 Qalibaf İranın əsas prioritetlərini açıqladı

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” hesabında paylaşım edərək ölkənin təhlükəsizlik və danışıqlar siyasəti ilə bağlı prioritetlərini açıqlayıb.

Qalibafın açıqlamalarına görə:

• İran güzəştləri dialoq yolu ilə deyil, raket gücü ilə əldə etməyə çalışır və danışıqlar yalnız mövqelərin aydınlaşdırılması məqsədi daşıyır.

• Tehran nə zəmanətlərə, nə də verilən vədlərə inanır. Onun sözlərinə görə, yalnız real addımlar ölçü hesab olunur və qarşı tərəf əməli addım atmayana qədər İran da heç bir tədbir görməyəcək.

• Qalibaf bildirib ki, istənilən razılaşmada üstünlük müharibəyə daha yaxşı hazırlaşan tərəfdə olur.

#İran #Qalibaf #parlamentsədri #prioritet

Kanala abunə olun
🤮3
🇮🇷 Xameneyinin müşaviri: “Dəniz blokadası davam etsə, hücum edəcəyik” 🌊🤔

SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi ABŞ və regiondakı vəziyyətlə bağlı açıqlamalar verib.

Rzayi bildirib ki, əgər dəniz blokadası müəyyən müddətdən sonra da davam edərsə, İran hücuma keçəcək.

“SEPAH düzgün müharibə strategiyası əsasında fəaliyyət göstərir və əsas çəkindirmə vasitələri kimi yüksək effektiv pilotsuz uçuş aparatlarından və sürət qayıqlarından istifadə edir”, - deyə, Rzayi açıqlayıb.

ABŞ-nin addımlarının İran tərəfindən diqqətlə izlənildiyini deyən Rzayi bildirib: “ABŞ qaranlıqda bizə tərəf gəlir, biz isə onların hər hərəkətini izləyirik”. (Iraninternational)

#İran #Xameneyininmüşaviri #dənizblokadası #təhdid

Kanala abunə olun
🤮4
🇮🇱 İsrail ordusu 🇱🇧 Hizbullah və 🇵🇸 HƏMAS-ın mövqelərinə zərbələr endirib 🚀💥

Son bir həftə ərzində şimal cəbhəsindəki əməliyyatlar zamanı İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullahın 600-dən çox obyektinə zərbələr endirib.

​Bundan əlavə, Qəzza zolağının cənubunda 2 km-dən çox yeraltı tunel məhv edilib, eləcə də Beyt-Hanun bölgəsində əməliyyat başa çatdırılıb və bu əməliyyat zamanı HƏMAS-ın iki yüksək rütbəli üzvü zərərsizləşdirilib.

#İsrail #Hizbullah #HƏMAS

Kanala abunə olun
👍2🔥1🤬1
🇺🇸 Tramp 🇮🇷 İrana qarşı tələblərini açıqlayıb:

▪️ İran rəsmi şəkildə heç vaxt nüvə silahına və ya nüvə bombasına sahib olmayacağı ilə razılaşmalıdır;
▪️ Hörmüz boğazı rüsumsuz, məhdudiyyətsiz və hər iki istiqamətdə azad gəmiçilik üçün dərhal açılmalıdır:

▪️ Boğazdakı bütün dəniz minaları məhv edilməlidir. İran qalan minaların çıxarılmasını və ya partladılaraq təmizlənməsini başa çatdırmağa borcludur;

▪️ Blokada səbəbindən boğazda saxlanılan gəmilər evlərinə qayıda biləcək;

▪️ "B-2" bombardmançılarının zərbəsindən sonra yer altında qalan zənginləşdirilmiş nüvə materialı ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında çıxarılmalı və tamamilə məhv edilməlidir;

▪️ "Növbəti bildirişə qədər" heç bir pul ödənişi və ya köçürməsi həyata keçirilməyəcək".

فوری: ترامپ خواسته‌های خود را فهرست کرد:
2
🇮🇷 İranda edamlar səngimir 😱

Bu gün Bircənd şəhər mərkəzi zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş 52 yaşlı etnik bəluç Məhəmməd Çakərzehi ailəsinə məlumat verilmədən edam olunub. (Haalvsh)

اعدام محمد چاکرزهی، شهروند بلوچ در زندان بیرجند بدون اطلاع خانواده

#İran #edam #etnikbəluç

Kanala abunə olun
🇩🇰 Danimarka kəşfiyyatı 🇮🇷 İrandan gələn "terror təhdidləri" barədə xəbərdarlıq edib 🆘

‌Danimarkanım İnformasiya və Təhlükəsizlik Təşkilatı bildirib ki, İran son bir il ərzində bu ölkəyə qarşı "terror təhdidləri"ndə daha qabarıq rol oynayıb.

Təşkilatın rəhbəri Fin Borx Andersen yaydığı bəyanatda deyib: "Son bir ildə dövlət aktorları terror təhdidlərində daha böyük əhəmiyyət kəsb etməyə başlayıblar. Qiymətləndirməmizə görə, bu, xüsusilə İrana aiddir. İran agentləri İsrail və yəhudi maraqları ilə yanaşı, Avropada, o cümlədən Danimarkada bəzi iranlı müxaliflər üçün də təhdid yaradır".

O, əlavə edib: "İran tərəfindən qarşılaşdığımız təhdidlər bu ölkənin kəşfiyyat qurumlarından, eləcə də cinayətkar şəbəkələrdən və bundan əlavə, hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə etdiyi Avropadakı muzdlu şəxslərdən qaynaqlanır".

هشدار سازمان اطلاعات و امنیت دانمارک درباره «تهدیدهای تروریستی» از سوی ایران

#İran #Danimarka #təhdid #terror

Kanala abunə olun
1
🇮🇷 İran XİN: "Tehran və 🇺🇸 Vaşinqton arasında mesaj mübadiləsi davam edir; anlaşma hələlik yekunlaşmayıb"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün İran radiosu və televiziyası ilə çıxışında Tehran və Vaşinqton arasında mesaj mübadiləsinin davam etdiyini bildirib.

Bəqayi sazişin mətninin hələ yekunlaşmadığını vurğulayıb.

O, eləcə də Trampın Hörmüz boğazının açılması və rüsumların yığılması mexanizminin yaradılmaması barədə dediklərinə toxunaraq qeyd edib ki, bu su yolu ilə bağlı qərarlar yalnız İran və 🇴🇲 Oman tərəfindən qəbul ediləcək.

Xarici İşlər Nazirliyinin sözçüsü İranın mövqeyini bir daha təkrarlayaraq vurğulayıb ki, hazırda əsas diqqət müharibəyə son qoyulmasına yönəlib və nüvə proqramı ilə bağlı heç bir danışıqlar aparılmır.

#İran #XİN #ABŞ

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
📌 Təbriz Hava Limanı fəaliyyətini bərpa edib ✈️

40 günlük müharibənin başa çatması və dəymiş ziyanın aradan qaldırılmasından sonra Təbrizin "Şəhid Mədəni" Beynəlxalq Hava Limanında reyslər bu gün günortadan sonra yenidən baş tutub.

ازسرگیری پروازها در فرودگاه بین‌المللی شهید مدنی تبریز

#Təbriz #havalimanı

Kanala abunə olun
👍1
🇺🇸 Tramp 🇮🇷 İrana dair görüşünü nə zərbələrin bərpası, nə də sazişin bağlanması barədə qərar qəbul etmədən başa vurub

Bu haqda "The New York Times" qəzeti ABŞ administrasiyanın yüksəkvəzifəli rəsmisinə istinadən yazıb.

Qeyd olunur ki, Situasiya otağındakı müşavirə təxminən iki saat davam edib.

Rəsminin bildirdiyinə görə, administrasiya razılığa yaxın olduğunu hesab edir, lakin bəzi məsələlər, o cümlədən iranlılar üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi hələ də müzakirə olunur.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-🇮🇷 İran müharibəsinin ilk günlərinə aid video 🚀

Tomahawk raketlərinin 🇮🇶 İraq-İran sərhədindən keçməsini əks etdirən bu görüntülər sosial şəbəkələrdə və bir neçə media orqanında yayımlanıb.

این ویدیو با شرح عبور موشک‌های تاماهاک در مرز عراق و ایران در شبکه‌های اجتماعی و چند رسانه منتشر شده و گفته می‌شود مربوط به روزهای نخست جنگ است.

#İran #raket #ABŞ

Kanala abunə olun
🇱🇧 "Hizbullah" FPV-dronları ilə 🇮🇱 "Dəmir Qübbə" və RPS-42 RLS-ini vurdu 🚀

"Hizbullah"ın FPV-dronlarının hücumu nəticəsində İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə (HHM) sisteminin obyektləri vurulub.

Mənbələrin verdiyi məlumata görə, dronlar həm maketə, həm də kompleksin real atıcı qurğusuna zərbə endiriblər.

Eləcə də "Dəmir Qübbə"nin hədəfləri aşkarlama və izləmə sisteminə daxil olan RPS-42 radiolokasiya stansiyası (RLS) məhv edilib.

#Livan #Hizbullah #İsrail #Dəmirqübbə

Kanala abunə olun
👍2👎2
🇰🇿 Qazaxıstan 🇮🇷 İranın uran ehtiyatlarını qəbul etməyi təklif edir

Qazaxıstan bəyan edib ki, əgər 🇺🇸 ABŞ və İran Tehranın nüvə proqramına dair razılığa gələrsə, İranın demək olar ki, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Tokayev Astanada keçirilən görüşdə bu varianta açıq olduğunu ifadə edib.

Qrossi bəyan edib ki, AEBA-nın artıq Qazaxıstanda az zənginləşdirilmiş uran bankı var, ona görə də «bizim bunu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz mövcuddur».

O qeyd edib ki, belə bir variant həm ABŞ, həm də İran üçün məqbul «ola bilər».

#İran #zənginləşdirilmişuran #Qazaxıstan #ABŞ #AEBA

Kanala abunə olun
3
🇮🇷🇺🇸 Sazişin mətnində Müctəba Xameneyinin təsdiqlədiyi 10 bənddən 8-i nəzərə alınmayıb

Bu haqda İranın danışıqlar qrupunun media heyətinin üzvü Mehdi Xanəlizadə yazıb.

O, qeyd edir ki, mümkün razılaşma mətnində Müctəba Xameneyi tərəfindən təsdiqlənmiş Ali Milli Təhlükəsizlik Şurasının bəyanatındakı 10 bənddən 8-nə əməl olunmayıb.

O əlavə edib ki, hazırkı anlaşma sənədində Ali Milli Təhlükəsizlik Şurasının atəşkəs bəyanatına ziddir və məlum olub ki, İslamabad-sonrası danışıqlar fundamental olaraq ali rəhnərin şərtləri əsasında aparılmayıb.

#İran #Xameneyi #bəyanat #saziş

Kanala abunə olun
😁2
🇮🇷 Əraqçı: "🇺🇸 ABŞ ilə razılaşma yalnız Vaşinqtonun "hədsiz tələbləri" olmadan mümkündür" 🗣

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə yekun razılığa gəlmək Vaşinqtonun həddindən artıq tələblərindən və ziddiyyətli addımlarından imtina etməsindən asılıdır.

Onun sözlərinə görə, ABŞ-nin yanaşmasında dəyişiklik olmadan danışıqlarda irəliləyiş mümkün deyil.

عراقچی: حصول‌توافق منوط به توقف زیاده خواهی های آمریکا‌ است

#İran #ABŞ #razılaşma #şərt

Kanala abunə olun