🇶🇦 Qətər əmiri 🇺🇸 Trampı diplomatiyaya üstünlük verməyə çağırır 🗣
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Qətər əmiri ofisinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki son regional inkişafları müzakirə ediblər.
Şeyx Təmim danışıq zamanı bölgədə gərginliyin və eskalasiyanın qarşısının alınması üçün diplomatik həll yollarına və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Donald Tramp da öz növbəsində Qətərin Pakistanın Vaşinqton və Tehran arasında vasitəçilik səylərinə verdiyi dəstəyi yüksək dəyərləndirib. (BBC)
#ABŞ #Tramp #Qətər
Kanala abunə olun

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran zənginləşdirilmiş uranı xaricə verməyəcəyini açıqlayıb ☢️
Dünən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Tehran zənginləşdirilmiş uranı üçüncü ölkəyə ötürmək niyyətində deyil.
Əzizi Rusiyanın RİA Novosti agentliyinə müsahibəsində İranın belə bir planı olmadığını vurğulayıb.
O, Tehran və Vaşinqton arasında davam edən danışıqlara toxunaraq bildirib ki, ABŞ öz davranışını yenidən nəzərdən keçirməlidir, əks halda danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq.
Əzizi İranın zənginləşdirilmiş uran ehtiyatlarının xaricə köçürülməsi ehtimalını qəti şəkildə rədd edib.
#İran #zənginləşdirilmişuran #nüvə

🤮2
🇮🇷 İran zənginləşdirilmiş uranı 🇨🇳 Çinə ötürmək istəyir ☢️
“Əl-Ərəbiyyə” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran zənginləşdirilmiş uranı Çinə ötürmək variantını nəzərdən keçirir.
Məlumata əsasən, Tehran bu addımı yalnız Pekinin həmin materialı ABŞ-yə verməyəcəyinə zəmanət verəcəyi halda qəbul edə bilər.
Mənbələrin bildirdiyinə görə, İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub.
Habelə, iddia edilir ki, İran nüvə obyektlərinin bağlanmasının qarşısını almaq məqsədilə onların beynəlxalq monitorinqinə razılıq verib. (Iranintl)
#İran #zənginləşdirilmişuran #Çin #ABŞ

Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 Xameneyi: "🇮🇱 İsrail 15 ilə yox olacaq" 👳♂️🗣 Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi Həcc ziyarətinin başlaması ilə bağlı müraciətində İsrailin 15 il ərzində mövcud olmayacağı bildirilib. Müraciətdə İsrail “kövrək sionist rejim və xərçəng…
🇮🇷 Xameneyi: "🇮🇱 İsrail növbəti 15 ili görməyəcək" 👳♂
İran mediası Tehranın Fələstin meydanında “İsrail növbəti 15 ilə yox olacaq” şüarı yazılmış bannerin yerləşdirildiyini bildirib.
Yayılan görüntülərə görə, banner İranın ali lideri Müctəba Xameneiyə aid edilən və İsrailin “uğursuz həyatının son mərhələsinə yaxınlaşdığı” ifadələrinin yer aldığı açıqlamadan sonra ortaya çıxıb.
Mətnin bir hissəsində mərhum ali lider Əli Xameneyinin 2015-ci ildə etdiyi və İsrailin “25 ildən sonra tarixin bir parçası olmayacağı” barədə çıxışına istinad edilir.
نصب دیوارنگاره جدید در تهران با شعار «اسرائیل ۱۵ سال آینده را نخواهد دید»
#İran #Xameneyi #İsrail #şüar

🤮2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Güney Azərbaycanın incisindən möhtəşəm görüntülər 🌊🦢
Bu gün sosial mediada Güney Azərbaycanın incisi sayılan Urmu gölündən yayılan görüntülər diqqət çəkib.
Məlumata görə, köçəri quşlar yenidən Urmu gölünün adalarına qayıtmağa başlayıblar.
Bildirilir ki, yaşayış şəraitinin nisbətən yaxşılaşması fonunda müxtəlif köçəri quş növləri bu ərazini yenidən dayanacaq və yaşayış məkanı kimi seçiblər.
Urmu gölü adaları İranın şimal-qərbində yerləşən ən mühüm vəhşi təbiət məkanlarından biri sayılır və hər il minlərlə köçəri quşa ev sahibliyi edir.
Son illərdə su səviyyəsinin azalması və ekoloji problemlərlə gündəmə gələn göldə quşların geri qayıtması bölgədə ekoloji canlanmanın əlaməti kimi dəyərləndirilir.
#GüneyAzərbaycan #Urmugölü #köçəriquşlar

❤4
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrail bazasına hücum görüntüləri yayıb 🔥📹
Hizbullah İsrail Müdafiə Qüvvələrinə aid hərbi bazada yerləşən iki “Dəmir Günbəz” raket qurğusunun vurulduğuna dair görüntülər yayımlayıb.
Təşkilatın yaydığı videoda raket qurğularının hədəfə alındığı və partlayışların baş verdiyi görünür.
“Dəmir Günbəz” sistemi İsrailin qısa mənzilli raket və pilotsuz uçuş aparatlarına qarşı istifadə etdiyi əsas hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.
#Hizbullah #İsrail #hücum

👍3👎2
CNN: “🇮🇷 İran yeraltı raket bazalarına çıxışı bərpa edir” 🛰️🚀
CNN telekanalı yeni peyk görüntülərinə istinadən xəbər verib ki, İran yeraltı raket obyektlərinə çıxışı bərpa etməyə çalışır.
Kanalın təhlilinə görə, ABŞ və İsrailin birgə zərbələri nəticəsində SEPAH-ın yeraltı raket düşərgələrinin girişləri bağlanıb və raket qurğularının, eləcə də müxtəlif hərbi avadanlıqların bir hissəsi obyektlərin daxilində qalıb.
Məlumata əsasən, bu vəziyyət İranın raket buraxmaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.
CNN-in nəzərdən keçirdiyi peyk görüntülərində İranın hazırda həmin obyektlərə girişləri açmaq üçün buldozerlər və yük maşınları kimi texnikalardan istifadə etdiyi görünür.
Kanal yazır ki, dağıntıların təmizlənməsi və obyektlərin bərpası prosesi İranın raket ehtiyatlarının böyük hissəsinə yenidən çıxış əldə etməsinə imkan yarada bilər.
#İran #raketbazaları #peykgörüntüləri

👎1🤮1
🇮🇷 İran rəsmisi: “Regional təhlükəsizlik 🇺🇸 ABŞ və 🇮🇱 İsrailsiz qurulmalıdır”
Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Kəni Moskva Təhlükəsizlik Konfransının kuluarlarında açıqlama verib.
O bildirib ki, ABŞ və İsrailin son hücumlarından sonra regionda sülh və sabitliyin təmin olunması üçün yeni təhlükəsizlik çərçivəsi formalaşdırılmalıdır. Onun sözlərinə görə, bu mövqe konfransda iştirak edən bir sıra ölkələr tərəfindən müsbət qarşılanıb.
Baqeri Kəni, habelə, “İbrahim Paktı”nı tənqid edərək onu “Firon Paktı” adlandırıb və bu razılaşmanın regionda sülhə zəmanət vermədiyini bildirib.
O əlavə edib ki, ABŞ-nin “Böyük Yaxın Şərq” və ya “Böyük İsrail” kimi planları həyata keçirdiyi müddətdə regionda sabitlik əldə olunmayacaq.
İran rəsmisi vurğulayıb ki, hər hansı yeni təhlükəsizlik mexanizmi yalnız region ölkələrinin iştirakı ilə və ABŞ və İsrailin müdaxiləsi olmadan formalaşdırılmalıdır.
#İran #ABŞ #İsrail #regionaltəhlükəsizlik

🇺🇸 ABŞ: “🇴🇲 Oman Hörmüz boğazında rüsum planını təkzib edib” 🌊💵
ABŞ-nin maliyyə naziri Skot Besant bildirib ki, Oman Hörmüz boğazından keçən gəmilərdən rüsumların yığılması planında iştirak etmədiyini Vaşinqtona təsdiqləyib.
Basnet Ağ Evdə keçirilən mətbuat konfransında deyib ki, həmin gün səhər Oman səfiri ilə telefon danışığı aparıb.
Onun sözlərinə görə, söhbət zamanı Maskat tərəfi belə bir planın mövcud olmadığını bildirib.
ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton Oman tərəfinə bu cür addımların mümkün nəticələri barədə xəbərdarlıq edib və belə bir təşəbbüsün “qəbuledilməz” olduğunu vurğulayıb.
Basnet əlavə edib ki, bu cür planlar Oman və ya onun maliyyə institutlarını sanksiya riskinə məruz qoya bilər.
#ABŞ #Oman #HörmüzBoğazı #rüsum #təkzib

🇮🇷 Pezeşkian: "Azərbaycan kimi qonşu ölkələrin imkanlarından istifadə edilsin" 🗣
Bu gün İran prezidenti Məsud Pezeşkian zəruri mallar və dərman təminatı ilə bağlı keçirilən iclasda hökumətə alternativ ticarət marşrutlarının inkişafını sürətləndirməyi tapşırıb.
Pezeşkian İranın şimal limanlarının potensialından maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.
O, Pakistan, Azərbaycan və Rusiya da daxil olmaqla qonşu ölkələrin imkanlarından istifadə edərək zəruri malların idxalının genişləndirilməsini istəyib.
İran prezidenti müvafiq razılaşmaların daha sürətlə həyata keçirilməsini tələb edib və müxtəlif kateqoriyalı malların tədarükünün daha səmərəli təşkili üçün xüsusi işçi qruplarının yaradılması barədə göstəriş verib.
#İran #Pezeşkian #ticarət #Azərbaycan #qonşuölkələr

Tasnim: “🇮🇷 İran-🇺🇸 ABŞ memorandumunun mətni hələ yekunlaşmayıb”
SEPAH-a yaxınlığı ilə tanınan Tasnim News agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib ki, İran və ABŞ arasında mümkün anlaşma memorandumunun mətni hələ yekunlaşdırılmayıb.
Mənbənin sözlərinə görə, sənəd yekunlaşdırılacağı təqdirdə rəsmi şəkildə elan olunacaq.
Tasnim həmçinin bildirib ki, Qərb mediasında indiyədək yayılan və memorandumun mətninə aid olduğu iddia edilən məlumatlar dəqiq deyil.
Mənbə əlavə edib ki, son günlər mümkün anlaşma memorandumunun mətnində bir sıra dəyişikliklər edilib və tərəflər arasında danışıqlar davam edir.
#İran #ABŞ #danışıqlar #memorandum

🇺🇸 ABŞ müharibə naziri: “🇮🇷 İran seçim qarşısındadır”
Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset “Boxer” amfibiya hücum gəmisində dənizçilər və dəniz piyadaları qarşısında çıxışı zamanı İranla bağlı açıqlamalar verib.
O bildirib ki, Tehran seçim qarşısındadır: ya danışıqlar apararaq nüvə proqramından imtina etməli, ya da ABŞ-nin hərbi cavabı ilə üzləşməlidir.
Səhər fiziki məşqi zamanı danışan Heqset deyib ki, ABŞ “öz işini düzgün yerinə yetirdikdə” qarşı tərəf ya geri çəkilir, ya da “ABŞ ordusunun gücü və qəzəbi” ilə qarşılaşır.
ABŞ prezidenti Donald Trampın son açıqlamalarına toxunan Heqset vurğulayıb ki, Vaşinqton üçün üstünlük verilən variant diplomatik razılaşmadır.
#ABŞ #nazir #İran #seçim

🇮🇷 Qalibaf İranın əsas prioritetlərini açıqladı
Bu gün İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” hesabında paylaşım edərək ölkənin təhlükəsizlik və danışıqlar siyasəti ilə bağlı prioritetlərini açıqlayıb.
Qalibafın açıqlamalarına görə:
• İran güzəştləri dialoq yolu ilə deyil, raket gücü ilə əldə etməyə çalışır və danışıqlar yalnız mövqelərin aydınlaşdırılması məqsədi daşıyır.
• Tehran nə zəmanətlərə, nə də verilən vədlərə inanır. Onun sözlərinə görə, yalnız real addımlar ölçü hesab olunur və qarşı tərəf əməli addım atmayana qədər İran da heç bir tədbir görməyəcək.
• Qalibaf bildirib ki, istənilən razılaşmada üstünlük müharibəyə daha yaxşı hazırlaşan tərəfdə olur.
#İran #Qalibaf #parlamentsədri #prioritet

🤮3
🇮🇷 Xameneyinin müşaviri: “Dəniz blokadası davam etsə, hücum edəcəyik” 🌊🤔
SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi ABŞ və regiondakı vəziyyətlə bağlı açıqlamalar verib.
Rzayi bildirib ki, əgər dəniz blokadası müəyyən müddətdən sonra da davam edərsə, İran hücuma keçəcək.
“SEPAH düzgün müharibə strategiyası əsasında fəaliyyət göstərir və əsas çəkindirmə vasitələri kimi yüksək effektiv pilotsuz uçuş aparatlarından və sürət qayıqlarından istifadə edir”, - deyə, Rzayi açıqlayıb.
ABŞ-nin addımlarının İran tərəfindən diqqətlə izlənildiyini deyən Rzayi bildirib: “ABŞ qaranlıqda bizə tərəf gəlir, biz isə onların hər hərəkətini izləyirik”. (Iraninternational)
#İran #Xameneyininmüşaviri #dənizblokadası #təhdid

🤮4
🇮🇱 İsrail ordusu 🇱🇧 Hizbullah və 🇵🇸 HƏMAS-ın mövqelərinə zərbələr endirib 🚀💥
Son bir həftə ərzində şimal cəbhəsindəki əməliyyatlar zamanı İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullahın 600-dən çox obyektinə zərbələr endirib.
Bundan əlavə, Qəzza zolağının cənubunda 2 km-dən çox yeraltı tunel məhv edilib, eləcə də Beyt-Hanun bölgəsində əməliyyat başa çatdırılıb və bu əməliyyat zamanı HƏMAS-ın iki yüksək rütbəli üzvü zərərsizləşdirilib.
#İsrail #Hizbullah #HƏMAS

👍2🔥1🤬1
🇺🇸 Tramp 🇮🇷 İrana qarşı tələblərini açıqlayıb:
▪️ İran rəsmi şəkildə heç vaxt nüvə silahına və ya nüvə bombasına sahib olmayacağı ilə razılaşmalıdır;
▪️ Hörmüz boğazı rüsumsuz, məhdudiyyətsiz və hər iki istiqamətdə azad gəmiçilik üçün dərhal açılmalıdır:
▪️ Boğazdakı bütün dəniz minaları məhv edilməlidir. İran qalan minaların çıxarılmasını və ya partladılaraq təmizlənməsini başa çatdırmağa borcludur;
▪️ Blokada səbəbindən boğazda saxlanılan gəmilər evlərinə qayıda biləcək;
▪️ "B-2" bombardmançılarının zərbəsindən sonra yer altında qalan zənginləşdirilmiş nüvə materialı ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında çıxarılmalı və tamamilə məhv edilməlidir;
▪️ "Növbəti bildirişə qədər" heç bir pul ödənişi və ya köçürməsi həyata keçirilməyəcək".
فوری: ترامپ خواستههای خود را فهرست کرد:

❤2
🇮🇷 İranda edamlar səngimir 😱
Bu gün Bircənd şəhər mərkəzi zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş 52 yaşlı etnik bəluç Məhəmməd Çakərzehi ailəsinə məlumat verilmədən edam olunub. (Haalvsh)
اعدام محمد چاکرزهی، شهروند بلوچ در زندان بیرجند بدون اطلاع خانواده
#İran #edam #etnikbəluç

🇩🇰 Danimarka kəşfiyyatı 🇮🇷 İrandan gələn "terror təhdidləri" barədə xəbərdarlıq edib 🆘
Danimarkanım İnformasiya və Təhlükəsizlik Təşkilatı bildirib ki, İran son bir il ərzində bu ölkəyə qarşı "terror təhdidləri"ndə daha qabarıq rol oynayıb.
Təşkilatın rəhbəri Fin Borx Andersen yaydığı bəyanatda deyib: "Son bir ildə dövlət aktorları terror təhdidlərində daha böyük əhəmiyyət kəsb etməyə başlayıblar. Qiymətləndirməmizə görə, bu, xüsusilə İrana aiddir. İran agentləri İsrail və yəhudi maraqları ilə yanaşı, Avropada, o cümlədən Danimarkada bəzi iranlı müxaliflər üçün də təhdid yaradır".
O, əlavə edib: "İran tərəfindən qarşılaşdığımız təhdidlər bu ölkənin kəşfiyyat qurumlarından, eləcə də cinayətkar şəbəkələrdən və bundan əlavə, hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə etdiyi Avropadakı muzdlu şəxslərdən qaynaqlanır".
هشدار سازمان اطلاعات و امنیت دانمارک درباره «تهدیدهای تروریستی» از سوی ایران
#İran #Danimarka #təhdid #terror

❤1
🇮🇷 İran XİN: "Tehran və 🇺🇸 Vaşinqton arasında mesaj mübadiləsi davam edir; anlaşma hələlik yekunlaşmayıb"
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün İran radiosu və televiziyası ilə çıxışında Tehran və Vaşinqton arasında mesaj mübadiləsinin davam etdiyini bildirib.
Bəqayi sazişin mətninin hələ yekunlaşmadığını vurğulayıb.
O, eləcə də Trampın Hörmüz boğazının açılması və rüsumların yığılması mexanizminin yaradılmaması barədə dediklərinə toxunaraq qeyd edib ki, bu su yolu ilə bağlı qərarlar yalnız İran və 🇴🇲 Oman tərəfindən qəbul ediləcək.
Xarici İşlər Nazirliyinin sözçüsü İranın mövqeyini bir daha təkrarlayaraq vurğulayıb ki, hazırda əsas diqqət müharibəyə son qoyulmasına yönəlib və nüvə proqramı ilə bağlı heç bir danışıqlar aparılmır.
#İran #XİN #ABŞ