Azad İran
5.73K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran nəhəng raket arsenalına giriş-çıxışı sürətlə təmizləyir 🚀

Peyk görüntüləri İranın yeraltı obyektlərdə saxlanılan raket ehtiyatlarına çıxışı bərpa etdiyini təsdiqləyir.

Bu, 🇺🇸 ABŞ prezidenti Donald Trampın Tehranın arsenalının demək olar ki, tamamilə məhv edildiyi iddialarını şübhə altına alır.

Müharibə zamanı İsrail-ABŞ hücumları bu komplekslərin bir çoxunu sıradan çıxardı və girişlərini bağladı.

Nəticədə, İranın raket buraxılış qurğularının əhəmiyyətli bir hissəsi içəridə ilişib qaldı və bu da İranın raket atmaq qabiliyyətini ciddi şəkildə zəiflətdi.

İndi buldozerlər və yük maşınlarından istifadə edərək İran İsrail və ABŞ-dən çoxlu sayda atəş gücü tələb edən strategiyanın nəticələrini aradan qaldırır.

Lakin Pentaqon kampaniyasının uğurlu olduğunu israr etməkdə davam edir. (CNN)

#İran #raket #arsenal

Kanala abunə olun
👎1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇱🇧 Hizbullah qüvvələrinin təxminən üçdə birinin məhv edildiyini bildirir

İsrail hərbçiləri Livanda Hizbullaha qarşı keçirilən əməliyyat zamanı təşkilat döyüşçülərinin təxminən üçdə birinin zərərsizləşdirildiyini bəyan ediblər.

Briqada generalı Derfinin sözlərinə görə, münaqişənin aktiv fazası başlayandan bəri 2500-dən çox, atəşkəs elan olunduqdan sonra isə 800-dən çox döyüşçü məhv edilib.

O, “Hizbullahın təxminən 30 000 döyüşçüsü var və biz artıq bu sayın demək olar ki, üçdə birini zərərsizləşdirmişik”, — deyə bildirib.

#İsrail #Livan #Hizbullah

Kanala abunə olun
2👏1🤬1
🚨TƏCİLİ

🇮🇷 İranda polis məmuru öldürüldü
👮‍♂

İranşəhr şəhərində silahlı qarşıdurma baş verib. Hadisədə İsa Abbasi adlı polis zabiti həlak olub.

درگیری مسلحانه در ایرانشهر؛ کشته شدن یک مأمور انتظامی

#İran #silahlıqarşıdurma
#polis #qətl

Kanala abunə olun
2👍1
🇺🇸 Bessent 🇴🇲 Omana hədə-qorxu gəlir: "ABŞ Hörmüz boğazından keçid haqqı tələb etmək istəyənləri cəzalandıracaq"

ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazından keçən gəmilərdən ödəniş yığılması sistemini tətbiq etmək barədə istənilən cəhdi cəzalandıracaq.

Bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent "X" hesabında yazıb.

"Xüsusilə Oman bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçid haqlarının tətbiqinə birbaşa və ya dolayısı ilə kömək edən istənilən iştirakçını qətiyyətlə təqib edəcək, buna hazır olan istənilən tərəfdaş isə sanksiyalara məruz qalacaq", - deyə nazir əlavə edib.

#ABŞ #Oman #Hörmüzboğazı

Kanala abunə olun
1
🛑 SON DƏQİQƏ

🇮🇷 Buşehrdə HHM-lər işə düşdü 💥🚀

İranın Buşehr əyalətinin Cəm şəhərində hava hücumundan müdafiə sistemləri ABŞ-İsrail qüvvələrinin kiçik dronları ilə mübarizə üçün atəş açıblar. (IRIB News)

دلیل صدای انفجار در شهر جم مقابله پدافند با هواگردهای متخاصم بوده است

#İran #HHM #dron

Kanala abunə olun
🔥1
🚨TƏCİLİ

🇮🇷 İranın cənubundan raketlər atılıb 🚀🌊🚢


Bir neçə dəqiqə əvvəl İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə raket zərbələri endirib.

Bu hədəflərin dəqiq yeri hələlik məlum deyil, lakin bəzi mənbələr Fars körfəzi sularında münaqişənin baş vermə ehtimalı barədə məlumat yayır.

İran mediası həmçinin xəbər verir ki, 🇺🇸 ABŞ-nin dörd hərbi gəmisi strateji Hörmüz boğazına daxil olmağa cəhd edib.

İran qüvvələrinin onlara "Əbu Mehdi" tipli uzaqmənzilli qanadlı raketlərlə zərbə endirdiyi iddia edilir.

#İran #raket #FarsKörfəzi

Kanala abunə olun
🇮🇷🇺🇸 İran və ABŞ arasında potensial anlaşma memorandumunun mətni hələ də razılaşdırılmayıb və təsdiq olunmayıb

Bu haqda "Tasnim" agentliyi danışıqlarda iştirak edən nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "İran hələlik pakistanlı vasitəçiyə mətnin qəti şəkildə təsdiqləndiyini bildirməyib".

Bundan öncə "Axios" nəşri öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ və İranın danışıqlar aparan tərəfləri anlaşma memorandumu layihəsini razılaşdırıblar.

#İran #ABŞ #razılaşma #təkzib

Kanala abunə olun
Pezeşkian: "🇮🇷 İran nüvə silahı əldə etməyə çalışmır"

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran nüvə silahı yaratmağa can atmır, regiondakı qeyri-sabitliyin səbəbi isə 🇮🇱 İsrailin siyasətidir.

Onun sözlərinə görə, İran xalqının artıq 80 gündən çoxdur ki, öz mövqelərini qoruması bütün dünyanı təəccübləndirib.

"Onlar elə düşünürdülər ki, iki bomba və raketlə bir dəstə xaini qızışdırıb ölkəni xaosa sürükləyə bilərlər", — deyə Pezeşkian bildirib.

O əlavə edib ki, əgər İran dünyanın ən güclü dövlətinə qarşı durursa, çətinliklərə də hazır olmaq lazımdır.

"Müharibə aparıb, eyni zamanda həyatın əvvəlki kimi davam edəcəyini gözləmək olmaz", — deyə prezident vurğulayıb. (Eghtesad News)

#İran #Pezeşkian #nüvəsilahı

Kanala abunə olun
🤮3
🚨TƏCİLİ

🇮🇷 İran "qaydaları pozan" 4 gəmiyə xəbərdarlıq atəşi açıb 🌊🚀🚢

İran mediası xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri cümə axşamı Hörmüz boğazı yaxınlığında razılaşdırılmadan boğazdan keçməyə çalışaraq "qaydaları pozan dörd gəmiyə" "xəbərdarlıq atəşi" açıb.

Eyni zamanda, sosial mediada yayılan məlumatlarda Hörmüzqan və Buşehr bölgələrində partlayış səslərinin eşidildiyi bildirilir.

رسانه‌های ایران گزارش دادند که نیروی دریایی سپاه شامگاه پنج‌شنبه در نزدیکی تنگه هرمز به ۴ «شناور خاطی» که قصد عبور بدون هماهنگی از تنگه هرمز را داشتند، «شلیک اخطار» کرده است.

همزمان، گزارش‌های منتشرشده در رسانه‌های اجتماعی از شنیده‌شدن صدای انفجار در هرمزگان و بوشهر حکایت دارد.

#İran #Sepah #xəbərdarlıqatəşi #gəmi

Kanala abunə olun
1
🛑 Naməlum 🇮🇷 İran zenit-raket sisteminin görüntüləri yayıldı 🚀

Görünüşü Rusiyanın “Pantsir-S1” kompleksinə bənzəyir, amma üzərində top silahı yoxdur. Bu səbəbdən ya sadələşdirilmiş versiya, ya da ümumiyyətlə maket ola biləcəyi ehtimal olunur.

Kadrların yeraltı bir hərbi bazada çəkildiyi güman edilir və sistemin üzərində yüngül zədələr görünür.

تصاویر ناشناس از سامانه موشکی ضد هوایی ایران منتشر شد

#İran #zenitraketsistemi #hərbibaza

Kanala abunə olun
🇮🇷 İran və 🇵🇰 Pakistan liderləri diplomatiyanı müzakirə ediblər ☎️

İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

Pezeşkian “X” hesabında paylaşım edərək, söhbət zamanı Tehran diplomatiyaya sadiqliyini bir daha vurğulayıb və Pakistan tərəfinə İranla ABŞ arasında mümkün razılaşma istiqamətində göstərilən səylərə görə təşəkkür edib.

“İranın siyasəti müsəlman ölkələri və qonşuları ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdir”, - deyə, o vurğulayıb.

Tərəflərin regional vəziyyət, ikitərəfli münasibətlər və əməkdaşlıq məsələlərini də müzakirə etdiyi bildirilir.

#İran #Pezeşkian #Pakistan #nazir #danışıqlar

Kanala abunə olun
1
Media is too big
VIEW IN TELEGRAM
Vens: “🇺🇸 ABŞ 🇮🇷 İranla danışıqlarda irəliləyiş əldə edib” 🤔

ABŞ-nin vitse-prezidenti C.D. Vens “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun İranla aparılan danışıqlarda “çox irəliləyiş” əldə etdiyini bildirib.

Vens qeyd edib ki, Tehranın “ən azı indiyə qədər vicdanla danışıqlar apardığına” inanırlar.

Onun sözlərinə görə, yekun razılaşmanın imzalanıb-imzalanmayacağını və bunun nə vaxt baş verəcəyini demək hələ tezdir. “Bəzi məsələlərdə irəli-geri gedirik”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.

Vens biıdirib ki, İran da razılaşma əldə etməkdə maraqlıdır və tərəflər Hörmüz boğazının açılması məsələsində ortaq maraqlara malikdirlər. O əlavə edib ki, danışıqlarda əsas müzakirə mövzuları yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və uranın zənginləşdirilməsi məsələsidir.

#ABŞ #Vens #vitseprezident #İran #danışıqlar #razılaşma

Kanala abunə olun
3
🇶🇦 Qətər əmiri 🇺🇸 Trampı diplomatiyaya üstünlük verməyə çağırır 🗣

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Qətər əmiri ofisinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki son regional inkişafları müzakirə ediblər.

Şeyx Təmim danışıq zamanı bölgədə gərginliyin və eskalasiyanın qarşısının alınması üçün diplomatik həll yollarına və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Donald Tramp da öz növbəsində Qətərin Pakistanın Vaşinqton və Tehran arasında vasitəçilik səylərinə verdiyi dəstəyi yüksək dəyərləndirib. (BBC)

#ABŞ #Tramp #Qətər

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran zənginləşdirilmiş uranı xaricə verməyəcəyini açıqlayıb ☢️

Dünən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Tehran zənginləşdirilmiş uranı üçüncü ölkəyə ötürmək niyyətində deyil.

Əzizi Rusiyanın RİA Novosti agentliyinə müsahibəsində İranın belə bir planı olmadığını vurğulayıb.

O, Tehran və Vaşinqton arasında davam edən danışıqlara toxunaraq bildirib ki, ABŞ öz davranışını yenidən nəzərdən keçirməlidir, əks halda danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq.

Əzizi İranın zənginləşdirilmiş uran ehtiyatlarının xaricə köçürülməsi ehtimalını qəti şəkildə rədd edib.

#İran #zənginləşdirilmişuran #nüvə

Kanala abunə olun
🤮2
🇮🇷 İran zənginləşdirilmiş uranı 🇨🇳 Çinə ötürmək istəyir ☢️

“Əl-Ərəbiyyə” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, İran zənginləşdirilmiş uranı Çinə ötürmək variantını nəzərdən keçirir.

Məlumata əsasən, Tehran bu addımı yalnız Pekinin həmin materialı ABŞ-yə verməyəcəyinə zəmanət verəcəyi halda qəbul edə bilər.

Mənbələrin bildirdiyinə görə, İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub.

Habelə, iddia edilir ki, İran nüvə obyektlərinin bağlanmasının qarşısını almaq məqsədilə onların beynəlxalq monitorinqinə razılıq verib. (Iranintl)

#İran #zənginləşdirilmişuran #Çin #ABŞ

Kanala abunə olun
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 Xameneyi: "🇮🇱 İsrail 15 ilə yox olacaq" 👳‍♂️🗣 Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi Həcc ziyarətinin başlaması ilə bağlı müraciətində İsrailin 15 il ərzində mövcud olmayacağı bildirilib. Müraciətdə İsrail “kövrək sionist rejim və xərçəng…
🇮🇷 Xameneyi: "🇮🇱 İsrail növbəti 15 ili görməyəcək" 👳‍♂

İran mediası Tehranın Fələstin meydanında “İsrail növbəti 15 ilə yox olacaq” şüarı yazılmış bannerin yerləşdirildiyini bildirib.

Yayılan görüntülərə görə, banner İranın ali lideri Müctəba Xameneiyə aid edilən və İsrailin “uğursuz həyatının son mərhələsinə yaxınlaşdığı” ifadələrinin yer aldığı açıqlamadan sonra ortaya çıxıb.

Mətnin bir hissəsində mərhum ali lider Əli Xameneyinin 2015-ci ildə etdiyi və İsrailin “25 ildən sonra tarixin bir parçası olmayacağı” barədə çıxışına istinad edilir.

نصب دیوارنگاره جدید در تهران با شعار «اسرائیل ۱۵ سال آینده را نخواهد دید»

#İran #Xameneyi #İsrail #şüar

Kanala abunə olun
👎1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Güney Azərbaycanın incisindən möhtəşəm görüntülər 🌊🦢

Bu gün sosial mediada Güney Azərbaycanın incisi sayılan Urmu gölündən yayılan görüntülər diqqət çəkib.

Məlumata görə, köçəri quşlar yenidən Urmu gölünün adalarına qayıtmağa başlayıblar.

Bildirilir ki, yaşayış şəraitinin nisbətən yaxşılaşması fonunda müxtəlif köçəri quş növləri bu ərazini yenidən dayanacaq və yaşayış məkanı kimi seçiblər.

Urmu gölü adaları İranın şimal-qərbində yerləşən ən mühüm vəhşi təbiət məkanlarından biri sayılır və hər il minlərlə köçəri quşa ev sahibliyi edir.

Son illərdə su səviyyəsinin azalması və ekoloji problemlərlə gündəmə gələn göldə quşların geri qayıtması bölgədə ekoloji canlanmanın əlaməti kimi dəyərləndirilir.

#GüneyAzərbaycan #Urmugölü #köçəriquşlar

Kanala abunə olun
4
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrail bazasına hücum görüntüləri yayıb 🔥📹

Hizbullah İsrail Müdafiə Qüvvələrinə aid hərbi bazada yerləşən iki “Dəmir Günbəz” raket qurğusunun vurulduğuna dair görüntülər yayımlayıb.

Təşkilatın yaydığı videoda raket qurğularının hədəfə alındığı və partlayışların baş verdiyi görünür.

“Dəmir Günbəz” sistemi İsrailin qısa mənzilli raket və pilotsuz uçuş aparatlarına qarşı istifadə etdiyi əsas hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.

#Hizbullah #İsrail #hücum

Kanala abunə olun
👍3👎2
CNN: “🇮🇷 İran yeraltı raket bazalarına çıxışı bərpa edir” 🛰️🚀

CNN telekanalı yeni peyk görüntülərinə istinadən xəbər verib ki, İran yeraltı raket obyektlərinə çıxışı bərpa etməyə çalışır.

Kanalın təhlilinə görə, ABŞ və İsrailin birgə zərbələri nəticəsində SEPAH-ın yeraltı raket düşərgələrinin girişləri bağlanıb və raket qurğularının, eləcə də müxtəlif hərbi avadanlıqların bir hissəsi obyektlərin daxilində qalıb.

Məlumata əsasən, bu vəziyyət İranın raket buraxmaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

CNN-in nəzərdən keçirdiyi peyk görüntülərində İranın hazırda həmin obyektlərə girişləri açmaq üçün buldozerlər və yük maşınları kimi texnikalardan istifadə etdiyi görünür.

Kanal yazır ki, dağıntıların təmizlənməsi və obyektlərin bərpası prosesi İranın raket ehtiyatlarının böyük hissəsinə yenidən çıxış əldə etməsinə imkan yarada bilər.

#İran #raketbazaları #peykgörüntüləri

Kanala abunə olun
👎1🤮1
🇮🇷 İran rəsmisi: “Regional təhlükəsizlik 🇺🇸 ABŞ və 🇮🇱 İsrailsiz qurulmalıdır”

Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Kəni Moskva Təhlükəsizlik Konfransının kuluarlarında açıqlama verib.

O bildirib ki, ABŞ və İsrailin son hücumlarından sonra regionda sülh və sabitliyin təmin olunması üçün yeni təhlükəsizlik çərçivəsi formalaşdırılmalıdır. Onun sözlərinə görə, bu mövqe konfransda iştirak edən bir sıra ölkələr tərəfindən müsbət qarşılanıb.

Baqeri Kəni, habelə, “İbrahim Paktı”nı tənqid edərək onu “Firon Paktı” adlandırıb və bu razılaşmanın regionda sülhə zəmanət vermədiyini bildirib.

O əlavə edib ki, ABŞ-nin “Böyük Yaxın Şərq” və ya “Böyük İsrail” kimi planları həyata keçirdiyi müddətdə regionda sabitlik əldə olunmayacaq.

İran rəsmisi vurğulayıb ki, hər hansı yeni təhlükəsizlik mexanizmi yalnız region ölkələrinin iştirakı ilə və ABŞ və İsrailin müdaxiləsi olmadan formalaşdırılmalıdır.

#İran #ABŞ #İsrail #regionaltəhlükəsizlik

Kanala abunə olun
🤮2