Azad İran
5.73K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇱🇧 Livana zərbə endirdi 🚀💥🏢🏘🔥

İsrail hərbi təyyarələrinin Livanın cənubundakı Sur şəhərinə hava zərbələri endirdiyi bildirilib.

Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində şəhər ətrafında bir neçə partlayış verib.

#İsrail #hücum #Livan #havazərbələri

Kanala abunə olun
👍1🔥1
🇮🇷 İranda etirazçı bacılara ağır həbs cəzası verildi 👨‍⚖️

İnsan hüquqları fəallarının məlumatına görə, İranda Tara və Kimia Davudi adlı iki bacı etiraz aksiyalarında iştirak etdiklərinə görə ümumilikdə 16 il həbs cəzasına məhkum ediliblər.

Bildirilir ki, hazırda Tehrandakı Evin zindanında saxlanılan bacılar barədə hökm Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən çıxarılıb.

Məlumata əsasən, Kimia Davudi “müxalifət qrupları və şəbəkələri ilə əlaqə” və “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd” ittihamları ilə 10 il həbs cəzası alıb.

Tara Davudi isə “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd” və “dövlət quruluşuna qarşı təbliğat” ittihamları ilə 6 il həbs cəzasına məhkum edilib.

Bacılar bu ilin yanvar ayında Tehranda keçirilən etiraz aksiyaları zamanı saxlanılıblar və hazırda Evin həbsxanasının qadınlar bölməsində saxlanılırlar. (Amerikanın Səsi)

#İran #etirazçılar #ittiham #həbs

Kanala abunə olun
🇮🇷 İran 🇺🇸 ABŞ-nin Cənubi Qafqazdakı roluna etiraz edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ-nin Cənubi Qafqazla bağlı niyyətlərinə ciddi şübhə ilə yanaşır.

Bəqayi qeyd edib ki, İran İslam Respublikası iqtisadi əlaqələrin genişləndirilməsini və nəqliyyat yollarındakı maneələrin aradan qaldırılmasını dəstəkləyir, lakin ABŞ-nin regiondakı fəaliyyətinə qarşıdır.

Onun sözlərinə görə, ABŞ dünyanın müxtəlif bölgələrində “şər və təcavüzkarlıq tarixçəsinə” malikdir və regiondankənar qüvvələrin müdaxiləsi Cənubi Qafqazda təhlükəsizliyə mənfi təsir göstərə bilər.

İran XİN sözçüsü vurğulayıb ki, Cənubi Qafqaz İranın yaxın qonşuluğundadır və Tehran bölgədə sülhü, sabitliyi və iqtisadi inkişafı öz milli maraqlarına uyğun hesab edir. (ISNA)

#İran #XİN #ABŞ #CənubiQafqaz #etiraz

Kanala abunə olun
😁2
🇺🇸 ABŞ 🇮🇷 İrandakı rejimə qarşı "İqtisadi Qəzəb" kampaniyasını davam etdirir

Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "X" hesabında yazıb.

ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi və hərbi təzyiqlər haqqındadır.

Bildirilir ki, bu səbəbdən İran iqtisadiyyatı və valyutası kəskin şəkildə dəyərdən düşür. İranda əsgərlərin maaş ala bilmədiyi, polisin işə çıxmadığı və Xarq adasının (əsas neft terminalı) fəaliyyətini dayandırdığı iddia edilir.

İranın Fars Körfəzi Boğazı İdarəsi (PGSA) "zarafat" adlandırılaraq sanksiya siyahısına salınıb. Şirkətlərə və dövlət qurumlarına bu idarəyə rüsum ödəməmək və ya bu ödənişləri "yardım" adı altında gizlətməmək barədə xəbərdarlıq edilir.
ABŞ-nin dəniz blokadası sayəsində sularda İran xam neftinin daşınması rekord həddə azalıb. Həm də İran aviaşirkətlərinin eniş nöqtələrinə, yanacaq doldurma məntəqələrinə və bilet satışlarına çıxışının bağlanacağı qeyd olunur.
Bu mənfi gedişatın yalnız danışıqlarda qənaətbəxş bir nəticə əldə edildiyi təqdirdə dayandırılacağı vurğulanır.
2
Media is too big
VIEW IN TELEGRAM
📌 Urmu gölündə suyun səviyyəsi hər keçən gün yüksəlir 🌊🌧💦

Urmu gölündə suyun səviyyəsi artmaqda davam edir. Yerli mənbələrə görə, güclü yağışlardan sonra son günlərdə suyun səviyyəsi 65% artıb.

Yaxın Şərqin ən böyük duz göllərindən biri olan Urmu gölü son illərdə quraqlıqdan əziyyət çəkir.

Suyun səviyyəsinin hazırkı artımı bölgədə intensiv yağışlarla əlaqədardır.

#GüneyAzərbaycan #Urmugölü #suartımı

Kanala abunə olun
2
Axios: "🇺🇸 ABŞ və 🇮🇷 İran atəşkəs rejiminin 60 günlük uzadılmasını razılaşdırıblar" 📄

Mənbələrə istinadən "Axios" nəşri yazır ki, amerikalı və iranlı müzakirəçilər anlaşma memorandumu layihəsini razılaşdırıblar və sənəd hazırda ABŞ prezidenti Trampın təsdiqini gözləyir.

Nəşrin məlumatına görə, tərəflər 60 günlük atəşkəs memorandumu və nüvə proqramı üzrə danışıqların başlanması barədə razılığa gəliblər.
Sənədə xüsusilə aşağıdakı bəndlər daxildir:
▪️Layihə Hörmüz boğazının açılmasını nəzərdə tutur.
ABŞ ilə əldə olunan layihənin şərtlərinə əsasən, İran 30 gün ərzində boğazı minalardan təmizləməlidir;
▪️Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunduqca, ABŞ İrana tətbiq etdiyi blokadanı qaldıracaq;
▪️ABŞ İranın dondurulmuş aktivlərinin açılması və ona qarşı sanksiyaların ləğvini müzakirə etmək öhdəliyini götürür;
▪️İran uranın zənginləşdirilməsi problemi və onun ehtiyatlarından imtina edilməsi barədə danışıqlar aparmalıdır.

#İran #ABŞ #atəşkəs #razılaşma

Kanala abunə olun
🔥1
🇮🇷 Əhmədinejadın tərəfdarları onu İranın anti-böhran lideri kimi təqdim edirlər 🤔

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın tərəfdarları onun ölkənin daxili və xarici böhranlarını həll edə biləcək bir siyasətçi kimi təbliğatına başlayıblar.

Jurnalistlərə, deputatlara və xarici diplomatlara göndərilən məktublarda Əhmədinejad həm Qərbə, həm də Şərqə (🇨🇳 Çinə) bağlılıqdan uzaq, müstəqil bir lider kimi xarakterizə olunur.

Məktub müəllifləri onun keçmiş idarəçilik təcrübəsini, sosial-iqtisadi layihələrini qabardaraq, inflyasiya və mənzil böhranını həll edə biləcək yeganə şəxs olduğunu iddia edirlər.
🇪🇺 Qərblə əlaqələrə gəldikdə isə, asılılıq deyil, qarşılıqlı maraqlara əsaslanan stabil əlaqələrin qurulması təklif olunur.

Mahmud Əhmədinejad 2005–2013-cü illərdə İran prezidenti olub.

Onun dövründə nüvə proqramı sürətlənib, 🇺🇸 ABŞ ilə münasibətlər kəskinləşib, 🇷🇺 Rusiya və ərəb ölkələri ilə əlaqələr inkişaf edib.
(Iran Wire)

حامیان احمدی نژاد: او راه نجات ایران است

#İran #Əhmədinejad

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İran nəhəng raket arsenalına giriş-çıxışı sürətlə təmizləyir 🚀

Peyk görüntüləri İranın yeraltı obyektlərdə saxlanılan raket ehtiyatlarına çıxışı bərpa etdiyini təsdiqləyir.

Bu, 🇺🇸 ABŞ prezidenti Donald Trampın Tehranın arsenalının demək olar ki, tamamilə məhv edildiyi iddialarını şübhə altına alır.

Müharibə zamanı İsrail-ABŞ hücumları bu komplekslərin bir çoxunu sıradan çıxardı və girişlərini bağladı.

Nəticədə, İranın raket buraxılış qurğularının əhəmiyyətli bir hissəsi içəridə ilişib qaldı və bu da İranın raket atmaq qabiliyyətini ciddi şəkildə zəiflətdi.

İndi buldozerlər və yük maşınlarından istifadə edərək İran İsrail və ABŞ-dən çoxlu sayda atəş gücü tələb edən strategiyanın nəticələrini aradan qaldırır.

Lakin Pentaqon kampaniyasının uğurlu olduğunu israr etməkdə davam edir. (CNN)

#İran #raket #arsenal

Kanala abunə olun
🤔2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇱🇧 Hizbullah qüvvələrinin təxminən üçdə birinin məhv edildiyini bildirir

İsrail hərbçiləri Livanda Hizbullaha qarşı keçirilən əməliyyat zamanı təşkilat döyüşçülərinin təxminən üçdə birinin zərərsizləşdirildiyini bəyan ediblər.

Briqada generalı Derfinin sözlərinə görə, münaqişənin aktiv fazası başlayandan bəri 2500-dən çox, atəşkəs elan olunduqdan sonra isə 800-dən çox döyüşçü məhv edilib.

O, “Hizbullahın təxminən 30 000 döyüşçüsü var və biz artıq bu sayın demək olar ki, üçdə birini zərərsizləşdirmişik”, — deyə bildirib.

#İsrail #Livan #Hizbullah

Kanala abunə olun
2👏1🤬1
🚨TƏCİLİ

🇮🇷 İranda polis məmuru öldürüldü
👮‍♂

İranşəhr şəhərində silahlı qarşıdurma baş verib. Hadisədə İsa Abbasi adlı polis zabiti həlak olub.

درگیری مسلحانه در ایرانشهر؛ کشته شدن یک مأمور انتظامی

#İran #silahlıqarşıdurma
#polis #qətl

Kanala abunə olun
2👍1
🇺🇸 Bessent 🇴🇲 Omana hədə-qorxu gəlir: "ABŞ Hörmüz boğazından keçid haqqı tələb etmək istəyənləri cəzalandıracaq"

ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazından keçən gəmilərdən ödəniş yığılması sistemini tətbiq etmək barədə istənilən cəhdi cəzalandıracaq.

Bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent "X" hesabında yazıb.

"Xüsusilə Oman bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazdan keçid haqlarının tətbiqinə birbaşa və ya dolayısı ilə kömək edən istənilən iştirakçını qətiyyətlə təqib edəcək, buna hazır olan istənilən tərəfdaş isə sanksiyalara məruz qalacaq", - deyə nazir əlavə edib.

#ABŞ #Oman #Hörmüzboğazı

Kanala abunə olun
1
🛑 SON DƏQİQƏ

🇮🇷 Buşehrdə HHM-lər işə düşdü 💥🚀

İranın Buşehr əyalətinin Cəm şəhərində hava hücumundan müdafiə sistemləri ABŞ-İsrail qüvvələrinin kiçik dronları ilə mübarizə üçün atəş açıblar. (IRIB News)

دلیل صدای انفجار در شهر جم مقابله پدافند با هواگردهای متخاصم بوده است

#İran #HHM #dron

Kanala abunə olun
🔥1
🚨TƏCİLİ

🇮🇷 İranın cənubundan raketlər atılıb 🚀🌊🚢


Bir neçə dəqiqə əvvəl İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə raket zərbələri endirib.

Bu hədəflərin dəqiq yeri hələlik məlum deyil, lakin bəzi mənbələr Fars körfəzi sularında münaqişənin baş vermə ehtimalı barədə məlumat yayır.

İran mediası həmçinin xəbər verir ki, 🇺🇸 ABŞ-nin dörd hərbi gəmisi strateji Hörmüz boğazına daxil olmağa cəhd edib.

İran qüvvələrinin onlara "Əbu Mehdi" tipli uzaqmənzilli qanadlı raketlərlə zərbə endirdiyi iddia edilir.

#İran #raket #FarsKörfəzi

Kanala abunə olun
🇮🇷🇺🇸 İran və ABŞ arasında potensial anlaşma memorandumunun mətni hələ də razılaşdırılmayıb və təsdiq olunmayıb

Bu haqda "Tasnim" agentliyi danışıqlarda iştirak edən nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, "İran hələlik pakistanlı vasitəçiyə mətnin qəti şəkildə təsdiqləndiyini bildirməyib".

Bundan öncə "Axios" nəşri öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ və İranın danışıqlar aparan tərəfləri anlaşma memorandumu layihəsini razılaşdırıblar.

#İran #ABŞ #razılaşma #təkzib

Kanala abunə olun
Pezeşkian: "🇮🇷 İran nüvə silahı əldə etməyə çalışmır"

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran nüvə silahı yaratmağa can atmır, regiondakı qeyri-sabitliyin səbəbi isə 🇮🇱 İsrailin siyasətidir.

Onun sözlərinə görə, İran xalqının artıq 80 gündən çoxdur ki, öz mövqelərini qoruması bütün dünyanı təəccübləndirib.

"Onlar elə düşünürdülər ki, iki bomba və raketlə bir dəstə xaini qızışdırıb ölkəni xaosa sürükləyə bilərlər", — deyə Pezeşkian bildirib.

O əlavə edib ki, əgər İran dünyanın ən güclü dövlətinə qarşı durursa, çətinliklərə də hazır olmaq lazımdır.

"Müharibə aparıb, eyni zamanda həyatın əvvəlki kimi davam edəcəyini gözləmək olmaz", — deyə prezident vurğulayıb. (Eghtesad News)

#İran #Pezeşkian #nüvəsilahı

Kanala abunə olun
🤮3
🚨TƏCİLİ

🇮🇷 İran "qaydaları pozan" 4 gəmiyə xəbərdarlıq atəşi açıb 🌊🚀🚢

İran mediası xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri cümə axşamı Hörmüz boğazı yaxınlığında razılaşdırılmadan boğazdan keçməyə çalışaraq "qaydaları pozan dörd gəmiyə" "xəbərdarlıq atəşi" açıb.

Eyni zamanda, sosial mediada yayılan məlumatlarda Hörmüzqan və Buşehr bölgələrində partlayış səslərinin eşidildiyi bildirilir.

رسانه‌های ایران گزارش دادند که نیروی دریایی سپاه شامگاه پنج‌شنبه در نزدیکی تنگه هرمز به ۴ «شناور خاطی» که قصد عبور بدون هماهنگی از تنگه هرمز را داشتند، «شلیک اخطار» کرده است.

همزمان، گزارش‌های منتشرشده در رسانه‌های اجتماعی از شنیده‌شدن صدای انفجار در هرمزگان و بوشهر حکایت دارد.

#İran #Sepah #xəbərdarlıqatəşi #gəmi

Kanala abunə olun
1
🛑 Naməlum 🇮🇷 İran zenit-raket sisteminin görüntüləri yayıldı 🚀

Görünüşü Rusiyanın “Pantsir-S1” kompleksinə bənzəyir, amma üzərində top silahı yoxdur. Bu səbəbdən ya sadələşdirilmiş versiya, ya da ümumiyyətlə maket ola biləcəyi ehtimal olunur.

Kadrların yeraltı bir hərbi bazada çəkildiyi güman edilir və sistemin üzərində yüngül zədələr görünür.

تصاویر ناشناس از سامانه موشکی ضد هوایی ایران منتشر شد

#İran #zenitraketsistemi #hərbibaza

Kanala abunə olun
🇮🇷 İran və 🇵🇰 Pakistan liderləri diplomatiyanı müzakirə ediblər ☎️

İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

Pezeşkian “X” hesabında paylaşım edərək, söhbət zamanı Tehran diplomatiyaya sadiqliyini bir daha vurğulayıb və Pakistan tərəfinə İranla ABŞ arasında mümkün razılaşma istiqamətində göstərilən səylərə görə təşəkkür edib.

“İranın siyasəti müsəlman ölkələri və qonşuları ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdir”, - deyə, o vurğulayıb.

Tərəflərin regional vəziyyət, ikitərəfli münasibətlər və əməkdaşlıq məsələlərini də müzakirə etdiyi bildirilir.

#İran #Pezeşkian #Pakistan #nazir #danışıqlar

Kanala abunə olun
1
Media is too big
VIEW IN TELEGRAM
Vens: “🇺🇸 ABŞ 🇮🇷 İranla danışıqlarda irəliləyiş əldə edib” 🤔

ABŞ-nin vitse-prezidenti C.D. Vens “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun İranla aparılan danışıqlarda “çox irəliləyiş” əldə etdiyini bildirib.

Vens qeyd edib ki, Tehranın “ən azı indiyə qədər vicdanla danışıqlar apardığına” inanırlar.

Onun sözlərinə görə, yekun razılaşmanın imzalanıb-imzalanmayacağını və bunun nə vaxt baş verəcəyini demək hələ tezdir. “Bəzi məsələlərdə irəli-geri gedirik”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.

Vens biıdirib ki, İran da razılaşma əldə etməkdə maraqlıdır və tərəflər Hörmüz boğazının açılması məsələsində ortaq maraqlara malikdirlər. O əlavə edib ki, danışıqlarda əsas müzakirə mövzuları yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları və uranın zənginləşdirilməsi məsələsidir.

#ABŞ #Vens #vitseprezident #İran #danışıqlar #razılaşma

Kanala abunə olun
3
🇶🇦 Qətər əmiri 🇺🇸 Trampı diplomatiyaya üstünlük verməyə çağırır 🗣

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Qətər əmiri ofisinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki son regional inkişafları müzakirə ediblər.

Şeyx Təmim danışıq zamanı bölgədə gərginliyin və eskalasiyanın qarşısının alınması üçün diplomatik həll yollarına və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Donald Tramp da öz növbəsində Qətərin Pakistanın Vaşinqton və Tehran arasında vasitəçilik səylərinə verdiyi dəstəyi yüksək dəyərləndirib. (BBC)

#ABŞ #Tramp #Qətər

Kanala abunə olun