Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranlı ekspert: “Hücum ehtimalı olarsa, nüvə silahı əldə etməliyik” ☢️
Dünən İslam Respublikasına tərəfdarlığı ilə tanınan strateji məsələlər üzrə ekspert Mehdi Xərratian ABŞ ilə mümkün razılaşmadan sonra da təhlükələrin davam edə biləcəyini bildirib və İran rəhbərliyinə “nüvə çevikliyi” siyasətini qəbul etməyi tövsiyə edib.
O, “IranTalk” podkastına müsahibəsində qeyd edib ki, noyabr ayında ABŞ Nümayəndələr Palatasına keçiriləcək aralıq seçkilərindən sonra regionda İrana qarşı yeni addımlar atılarsa, Tehran daha sərt qərarlar verməlidir.
Xərratian iddia edib ki, əgər Qətər və Səudiyyə Ərəbistanında hərbi və logistika fəaliyyətləri müəyyən həddi keçərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmalı və nüvə silahı istehsalına başlamalıdır.
Onun açıqlamaları İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
#İran #nüvəsilahı #ABŞ #hücum
Kanala abunə olun

🤮2😁1
🇮🇷 Hökumət mollası 🇺🇸 Trampı “qara sarayın dəli düşməni” adlandırıb 👳♂️
Bu gün Tehranın cümə imamı Əhməd Xatəmi Qurban bayramı namazındakı çıxışında ABŞ prezidenti Donald Trampı sərt ifadələrlə tənqid edib.
Xatəmi Trampı “qara sarayın dəli düşməni” adlandıraraq, İran xalqına müraciətlə deyib: “Düşmənləriniz və səhvən Ağ Ev adlandırılan qara sarayın bu dəli düşməni sizin rüsvayçılığınızı istəyirlər, amma bu dəli insan bu istəyi öz məzarına aparacaq”.
Vaşinqtonun Tehranla bağlı mövqeyinə toxunan hökumət mollası bildirib ki, ABŞ-nin məqsədi həqiqi danışıqlar deyil.
“Onlar İranla danışıqlardan danışırlar, amma həqiqət budur ki, məqsədləri danışıqlar yox, bizim təslim olmağımızdır”, — deyə Xatəmi əlavə edib.
#İran #hökumətmollası #ABŞ #Tramp #tənqid

😁2🤮1
🇮🇷 İranda saxlanılan 🇮🇳hindistanlı gəmiçilər azad edildi 🌊👮♂🚢
Hindistan Dəniz Administrasiyasının rəsmiləri ötən yay İranın cənub sularında saxlanılan 10 hindistanlı dənizçinin azad edildiyini açıqlayıb.
AFP agentliyinin məlumatına görə, Hindistan Dəniz Administrasiyası bildirib ki, “MV Harbor Phoenix” gəmisinin heyət üzvləri 2025-ci ilin iyul ayında Cask limanı yaxınlığında gəminin ələ keçirilməsindən sonra İranda saxlanılmışdı.
Qurumun açıqlamasında qeyd olunub ki, bütün dənizçilər artıq təhlükəsiz vəziyyətdədir və onların ölkələrinə geri qaytarılması üçün lazımi tədbirlər görülür.
AFP yazır ki, Hindistan hökuməti məsələ ətrafında əlavə həssaslıq yaranmaması üçün dənizçilərin azad olunması ilə bağlı danışıqları mediadan uzaq şəkildə aparıb.
Məlumatda həmçinin vurğulanır ki, regional gərginliklərə və Hindistanın ABŞ və İsraillə yaxın münasibətlərinə baxmayaraq, Yeni Dehli Tehranla əlaqələrini qoruyub saxlamağa davam edir.
#İran #Hindistan #dənizçilər #azadlıq

👎1🤮1
🇮🇷 İran–🇺🇸 ABŞ razılaşması ilə bağlı nikbinlik bazarlara təsir edib 🛢️📈📉
Qlobal bazarlarda neft qiymətləri İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı “ehtiyatlı nikbinlik” fonunda əvvəlcə yüksəlsə də, daha sonra yenidən geriləyib.
Bu gün Brent markalı Şimal dənizi neftinin qiyməti 2,42 faiz azalaraq bir barel üçün 97,19 dollara düşüb.
Bu geriləmə Asiya bazarlarında qiymətlərin qısa müddət ərzində 99 dollar həddini keçməsindən sonra qeydə alınıb.
#İran #ABŞ #qlobalbazar #enerji #neft

🔥1
🇰🇷 Seul: “HMM Namo gəmisinə İran raketi ilə hücum edilmiş ola bilər” 🚀💥🚢
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Hörmüz boğazında “HMM Namo” yük gəmisinə edilən hücumun çox güman ki, İran raketi ilə həyata keçirildiyini açıqlayıb.
Reuters agentliyinin məlumatına görə, rəsmi Seul ötən həftə Koreyaya məxsus tankerə qarşı hücumda İranın mümkün rolunu araşdırır.
Cənubi Koreyanın Prezident Administrasiyasının rəsmisi bildirib ki, hücumun arxasında dayanan tərəfə cavab veriləcək, lakin hadisəyə görə cavabdehlik daşıyan məsul şəxslər hələ tam müəyyən edilməyib və araşdırma davam edir.
Rəsmi əlavə edib ki, istintaq yekunlaşmadan hadisə ilə bağlı qəti nəticə açıqlanmayacaq.
#CənubiKoreya #İran #HörmüzBoğazı #HMMNamo #tankər #hücum

🇮🇷 İran 🇮🇶 İraqı təhlükələrin qarşısını almağa çağırıb 🔥
İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kəni İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraci ilə görüşündə rəsmi Bağdadı İraq ərazisindən İrana qarşı istifadə edilən təhdidlərin qarşısını almağa çağırıb.
İran dövlət mediasının məlumatına görə, görüş Moskvada keçirilən 14-cü Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Baqiri bildirib ki, “bu təhdidlərin mənbələri aradan qaldırılmalıdır” və İranın bu məsələdə İraqla əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Tərəflərin görüşdə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə etdiyi qeyd olunur.
#İran #çağırış #İraq #təhlükə

🤮1
🇮🇷 Vilayəti: “İstənilən sazişin əsas təminatı Hörmüz boğazıdır” 📃🌊
İranın ali liderinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, mümkün razılaşmanın qorunması üçün bu dəfə yalnız imzalar və sənədlər kifayət etməyəcək.
O vurğulayıb ki, “hər hansı razılaşmanın qorunub saxlanılmasının əsl qarantı Hörmüz boğazıdır”.
Vilayətinin sözlərinə görə, tarix boyu İrana hökmranlıq etmək istəyən qüvvələr məqsədlərinə çata bilməyiblər.
“İsgəndərdən və Çingiz xandan Trampa qədər İrana dominantlıq ideyası ilə gələn hər kəs sonda zəngin İran sivilizasiyasına hopub”, — deyə o bildirib.
Vilayəti əlavə edib ki, İran xalqı qədim və dərin sivilizasiya köklərinə malikdir və “neft dolları ilə alınıb-kirayəyə götürülə bilən bir əmtəə deyil”.
#İran #HörmüzBoğazı #ABŞ #razılaşma

🇮🇷 İran və 🇴🇲 Oman Hörmüz boğazı ilə bağlı yeni prosedurları müzakirə edir
İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib ki, Tehran və Maskat Hörmüz boğazından keçidlə bağlı yeni prosedurlar hazırlamaq üçün danışıqlar aparır.
Açıqlama Moskva bölgəsində keçirilən təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrin 14-cü beynəlxalq görüşü çərçivəsində səsləndirilib.
Baqiri qeyd edib ki, İran və ABŞ arasında dolayı əlaqələr davam edir. Onun sözlərinə görə, hazırkı mərhələdə zənginləşdirilmiş uran məsələsi gündəmdə deyil.
Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədəki təhlükəsizlik vəziyyəti beynəlxalq bazarlar tərəfindən yaxından izlənilir.
#İran #Oman #HörmüzBoğazı #ABŞ #təhlükəsizlik

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda yanğın baş verib 🏬 🔥
Tehranın Şuş küçəsində yerləşən ticarət mərkəzinin damında yanğın baş verib.
Bu barədə Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü məlumat verib.
Məlumata görə, yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına alaraq onun kompleksin anbar hissələrinə yayılmasının qarşısını alıblar.
Bildirilir ki, binadakı şəxslər yanğının başlamasından bir neçə dəqiqə sonra təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
#İran #Tehran #ticarətmərkəzi #yanğın

🇮🇷 Tehran zənginləşdirmə səviyyəsi barədə 🇺🇸 ABŞ ilə danışıqlar aparır
Bu gün İran parlamentinin nümayəndəsi Möhsün Zəngənə bildirib ki, Tehran uranın zənginləşdirilməsi prinsipini müzakirə predmetinə çevirmir, lakin zənginləşdirmə faizinin məhdudlaşdırılması ilə bağlı ABŞ ilə dialoq aparır.
Onun sözlərinə görə, bütün danışıqlar prosesi “ölkə rəhbərliyinin tam koordinasiyası ilə” davam etdirilir.
Zəngənə qarşıdan gələn Qədir-Xum bayramına qədər İranın “qələbəsini” qeyd edə biləcəyinə ümid etdiyini bildirib.
Qədir-Xum şiə müsəlmanları üçün mühüm dini bayramlardan biri hesab olunur. Bu gün Məhəmməd Peyğəmbərin İmam Əlini öz varisi elan etdiyi gün kimi qeyd edilir.
#İran #parlament #uranzənginləşdirmə #ABŞ

🇮🇷 Qalibaf müsəlman ölkələrini əməkdaşlığa çağırıb 🗣️
İran parlamentinin sədri və ABŞ ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf Qurban bayramı münasibətilə müsəlman ölkələrinin parlament sədrlərinə ünvanladığı müraciətdə regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Qalibaf sosial media hesabındakı paylaşımında bildirib ki, “xarici müdaxilə olmadan gücləndirmə üçün əməkdaşlıq regional böhranların həllində təsirli rol oynayır”.
Onun açıqlaması İran və ABŞ arasında müharibəyə son qoyulması ilə bağlı danışıqların davam etdiyi bir dövrdə səsləndirilib.
Bölgə ölkələri son günlərdə verdikləri açıqlamalarda regional sabitliyin və sülhün qorunması üçün diplomatik səylərin artırılmasının önəmini qeyd edirlər.
#İran #Qalibaf #QurbanBayramı #ABŞ #danışıqlar #çağırış

🇺🇸 Tramp yenə 🇮🇷 İran Hərbi Dəniz Qüvvələri ilə bağlı paylaşım edib
ABŞ prezidenti Donald Tramp CNN-in "İranın Hərbi Dəniz Qüvvələri GÜCLÜDÜR" xəbərinə cavab olaraq yazıb:
"Yəni... OKEANIN DİBİNDƏ"
#ABŞ #Tramp #İran #HərbiDənizQüvvələri

👏1
🇮🇷 İran 🇺🇸 ABŞ ilə saziş çərçivəsində Hörmüz boğazını açmaq planlarını təsdiqləyib 📃🌊
İran dövlət televiziyası xəbər verib ki, Tehran ABŞ ilə memorandum şəklində çərçivə sazişinin "ilkin və qeyri-rəsmi" layihəsini alıb.
Çərçivə sənədinə əsasən, İran bir ay ərzində Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyini müharibədən əvvəlki səviyyəyə qaytarmalı, ABŞ isə öz hərbi qüvvələrini İranın ətrafındakı bölgədən çıxarmalı və dəniz blokadasını ləğv etməlidir.
Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsi İran və Oman tərəfindən birgə həyata keçiriləcək.
Bununla belə, sənəd hələ tam razılaşdırılmayıb, ona görə də Tehran "etibarlı təsdiq" olmadan heç bir addım atmayacaq.
Eləcə də qeyd olunur ki, əgər yekun razılaşma 60 gün ərzində əldə olunarsa, o, BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi şəklində təsdiq edilə bilər.
جزئیات سند غیر رسمی یادداشت تفاهم ایران و آمریکا منتشر شد

🇮🇷 Tehran hava limanında yanğın olub ✈️🔥
Tehranın "Xomeyni" hava limanında yanğının günün ikinci yarısında hava limanının gömrük binasında başladığı bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın söndürülüb.
Yanğının səbəbləri və dəymiş ziyanın həcmi mütəxəssislər tərəfindən araşdırılır.
#İran #Tehran #havalimanı #yanğın

❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "🇮🇷 İran güclü basqıdan sonra yenidən interneti açdı" 🗣
ABŞ prezidenti Donald Tramp deyib:
"Görünür, onlar sadəcə razılığa gəlmək istəyirlər.
Başqa seçimlərinin olduğunu düşünmürəm.
Yenidən internetə qayıdırlar, çünki böyük zərbə alıblar, iqtisadiyyatları çökür.
Onlarda 250% inflyasiya var.
Pullarının heç bir dəyəri yoxdur.
Bütün iqtisadi sistemləri dağılıb".
#ABŞ #Tramp #İran #internet

🇺🇸 Tramp: " 🇮🇷 İran zindanlarında
məhbuslara cinsi təcavüz edilir" 😱
ABŞ prezidenti 🇮🇱 İsrailin "Jerusalem Post" qəzetindən bir xəbər paylaşıb və orada atəşkəs dövründə İran həbsxanalarında cinsi təcavüz hallarının artdığı iddia edilir.
Xəbərdə deyilir: "Atəşkəs zamanı İran həbsxanalarında cinsi zorakılıq halları kəskin artır.
Bir etirazçı "The Media Line" agentliyinə dindirilmə zamanı dəyənəklə zorlandığını bildirib.
Başqa bir kişi isə nəzarətçilərin onun həyat yoldaşının cəsədini təhqir etdiklərini iddia etməsindən sonra intihara cəhd edib. İnsan haqları qurumları bildirirlər ki, müharibə başlayandan bəri ən azı 3,646 iranlı həbs olunub, internetin kəsilməsi isə hadisənin real miqyasını gizlədir".
#Tramp #İran #zindan #cinsitəcavüz

🤬1
🇮🇷 İran beynəlxalq mediaya 🇮🇱 İsrail KİV-lərinə kontent ötürməyi qadağan edib ❌
İran hakimiyyəti ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq media qurumları üçün məhdudiyyətləri sərtləşdirərək, İsrail mediası tərəfindən istifadə oluna biləcək kontentin ötürülməsini qadağan edib.
ABC News telekanalının verdiyi məlumata görə, yeni qərar Tehranda akkreditə olunmuş bir sıra xarici agentliklərə, telekanallara və nəşrlərə göndərilib.
Sənəddə qeyd olunur ki, bütün kontent — o cümlədən fotoşəkillər, videomateriallar, reportajlar və digər media məhsulları — İsrail mediası və İran hüdudlarından kənarda fəaliyyət göstərən farsdilli telekanallar tərəfindən istifadəsinin qadağan olunmasına dair mütləq qeydlə müşayiət edilməlidir.
Bu məhdudiyyətlər Tehranın İsrail ilə davam edən qarşıdurma fonunda informasiya məkanı üzərində nəzarəti gücləndirmək istiqamətində növbəti addımı olub.
#İran #media #İsrail

❤1🤮1
🇺🇸 ABŞ 🇮🇷 İranın dondurulmuş vəsaitlərini azad etməyə razılıq verib?
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçının Qətər səfərindən sonra İslam Respublikasının 12 milyard dollar məbləğində dondurulmuş aktivlərinin azad edilməsi məsələsində irəliləyişlər əldə edilib, lakin bu məsələnin bəzi təfərrüatları hələ razılaşdırılmayıb.
Bu haqda "Tasnim" agentliyi məlumat yayıb.
"Son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi məqamlar üzrə fikir ayrılıqları hələ də mövcuddur və mesaj mübadiləsi davam edir", - məlumatda bildirilib.
پس از سفر قالیباف و عراقچی و هیات همراه به قطر، پیشرفتهایی درباره آزادسازی ۱۲ میلیارد دلار از داراییهای بلوکه شده ایران به وجود آمده است با این حال برخی جزئیاتی این موضوع هنوز نهایی نیست.
#İran #ABŞ

❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranda rejim dəyişikliyi etdiyini bildirir 🗣
ABŞ prezidenti Donald Tramp deyib: "Mən əslində onların daha ağıllı olduqlarını düşünürəm. Amma mən onların çox daha məntiqli olduğunu...
Bu, rejim dəyişikliyidir.
Bir rejim getdi, başqa bir rejim getdi, biz üçüncüsü ilə döyüşürük.
Onun parçaları ilə.
Çünki onların da bəziləri yox olub, mən belə hesab edirəm...
Məncə, bundan daha güclü bir rejim dəyişikliyi necə ola bilər?"
#ABŞ #Tramp #İran #rejimdəyişikliyi