🇪🇬 Misir və 🇮🇷 İran prezidentləri telefonla danışıblar ☎️
İran prezidenti Məsud Pezeşkian və Misir prezidenti Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı bir-birlərini Qurban bayramı münasibətilə təbrik edib, Tehran və 🇺🇸 Vaşinqton arasında anlaşma memorandumunun əldə olunması istiqamətindəki səylərə dair məsləhətləşmələr aparıblar.
Əs-Sisi diplomatik səyləri alqışlayaraq, Qahirənin danışıqlar prosesinə tam dəstəyini və Misirin bu danışıqlara kömək etməkdə rolunu bəyan edib.
Pezeşkian Misirin və digər regional tərəflərin mövqelərin yaxınlaşdırılması istiqamətindəki səylərinə görə minnətdarlığını bildirib, İranın ərəb ölkələri, xüsusilə də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvləri ilə münasibətləri gücləndirmək istəyini bir daha təsdiqləyib.
#İran #Misir
Kanala abunə olun

👍1
🇰🇬 Qırğızıstan və 🇮🇷 İran prezidentləri arasında telefon danışığı olub
Sadır Japarov və Məsud Pezeşkian ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi önəm veriblər.
Japarov Yaxın Şərqdəki vəziyyətin tezliklə nizamlanacağına və sabitliyin bərpa olunacağına ümidvar olduğunu bildirib.
Tərəflər, eləcə də Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.
#Qırğızıstan #İran #prezidentlər

😁1
🚨SON DƏQİQƏ
🇮🇷 İranın 56 zindanında məhbuslar aclıq aksiyası keçirirlər 🗣✊
Mayın 26-ı səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bu haqda insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün bu addımı atıblar.
Aclıq aksiyası 123-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
اعتصاب زندانیان علیه اعدامها
#İran #edam #məhbuslar #etiraz #aclıqaksiyası

❤1
🚨TƏCİLİ
🛑 Pezeşkian: "🇮🇷 İran atəşkəs sazişi imzalamağa hazırdır" 🗣
🇶🇦 Qətər əmiri ilə söhbətində İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran “bölgədə müharibə və gərginliyə son qoymaq üçün layiqli bir çərçivəyə nail olmağa hazırdır”.
Onun sözlərinə görə, sabitliyə doğru aydın bir yol təmin etmək məqsədilə əsas sənəd və mətnlərin yekunlaşdırılması istiqamətində ciddi və ekspert səviyyəsində səylər göstərilir.
"İran dialoq yoluna sadiqliyini və səmimiyyətini sübut edib, indi isə qarşı tərəfin də öz iradəsini və beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirmək vaxtıdır", - deyə o, qeyd edib.
#İran #Pezeşkian #ABŞ #atəşkəs

WSJ: "🇺🇸 ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmiləri müşayiət etməyi bərpa edib" 🌊⛴
Amerikalı hərbi rəsmilərin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmilərin müşayiət olunmasını yenidən başladıb.
"The Wall Street Journal"ın xəbərinə görə, göyərtəsində 2 milyon barrel neft olan 🇬🇷 Yunanıstana məxsus supertanker ABŞ hərbi gəmilərinin müşayiəti ilə Oman sahili boyunca uzanan marşrutu keçib.
Gəmi martın əvvəlindən bəri Fars körfəzində idi və hazırda yükü çatdırmaq üçün Hindistana doğru hərəkət edir.
Nəşrin verdiyi məlumata görə, bu təhlükəsizlik tədbirləri strateji əhəmiyyətli su yolundan təhlükəsiz gediş-gəlişi təmin etmək məqsədi daşıyan ABŞ təşəbbüsü — "Azadlıq Layihəsi"nin (Project Freedom) bərpası çərçivəsində həyata keçirilib.
Yaxın günlərdə ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan keçən təxminən 12 gəmini, o cümlədən supertankerləri və konteyner gəmilərini müşayiət etməyi planlaşdırır.

TƏCİLİ 🔥
📌 Təbrizdə yaşayış kompleksində yanğın olub: 8 nəfər xəsarət alıb
Bu haqda Təbriz Təcili Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya məlumat verib.
Təbrizin Taleqani qəsəbəsindəki yaşayış komplekslərinin birində 12 mərtəbəli binada baş verən yanğın nəticəsində indiyədək 8 nəfər xəsarət alıb və onlara təcili tibbi yardım göstərilib.
Yanğın baş verən yaşayış binasından 50 nəfər xilas edilib
#Təbriz #yanğın

🔥2😢2
Nebenzya: "🇷🇺 Rusiya Tehranın 🇺🇸 ABŞ ilə razılaşması çərçivəsində 🇮🇷 İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır"
Rusiya Tehran rəsmi şəkildə belə bir müraciət edərsə və bu şərt İranın Vaşinqtonla əldə edəcəyi razılaşmanın bir hissəsi olarsa, İranın zənginləşdirilmiş uranını ölkədən çıxarmağa hazırdır.
Bu barədə Rusiyanın 🇺🇳 BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyanat verib.
Onun sözlərinə görə, Moskva belə bir addımı nüvə məsələsinin nizamlanmasının mümkün elementi kimi nəzərdən keçirir və tərəflər danışıqlar zamanı bu barədə razılığa gələrlərsə, vasitəçi qismində çıxış etməyə hazırdır.
#Rusiya #İran #ABŞ

😁3
🇺🇸 CENTCOM Hörmüz boğazından keçən gəmilərin yenidən müşayiət olunmasına dair xəbərləri təkzib etdi 🌊🚢
"Azadlıq Layihəsi" (Project Freedom) bərpa olunmayıb və ABŞ Hərbi Dəniz Qüvvələri hazırda Hörmüz boğazından keçən kommersiya gəmilərini müşayiət etmir", — deyə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilir.
#ABŞ #CENTCOM #Hörmüzboğazı

🔥1
🇮🇷 İranda internet bərpa olundu 🌐⁉️
İranda 88 günlük qlobal internet kəsintisindən sonra, çərşənbə axşamı telekommunikasiya şəbəkəsində beynəlxalq internetə tam bağlantı bərpa olunub.
Qoşulmanın ilk dəqiqələrində ölkə daxilindəki iranlılar "WhatsApp" tətbiqi vasitəsilə xaricdəki yaxınları ilə görüntülü zəng edə biliblər, eləcə də sosial şəbəkələrdə foto və videolar paylaşıblar.
Dünyada internetin vəziyyətini izləyən "NetBlocks" təşkilatı özünün son yeniləməsində İrandakı istifadəçilərin internetə çıxış səviyyəsinin yenidən artdığını təsdiqləyərək, mobil rabitə şəbəkələrinin və digər kommunikasiya sektorlarının qlobal internetə bağlandığını bildirub.
Bununla belə, sözügedən monitorinq qurumu filtrasiya (bloklama) sisteminin hələ də qüvvədə qaldığını, lakin istifadəçilərin ondan yan keçmək imkanına malik olduqlarını qeyd edib.
#İran #internet

🇮🇷 "Handala" şəxsi məlumatları səhv salaraq 🇮🇱 israillilərin "başı üçün mükafat" elan etdi
İranın "Handala" haker qrupu, "Şayetet-13" (yəhudi dilindən tərcümədə "13-cü flotiliya") adlı elit hərbi-dəniz bölməsinin döyüşçüləri adlandırdığı 69 israillinin hər biri üçün 100.000 dollar məbləğində mükafat təyin etdiyini bəyan edib.
Hakerlər iddia edirlər ki, bu şəxslər guya beynəlxalq "Sumud Flotiliyası"nın bu yaxınlarda qarşısının alınmasında iştirak ediblər.
Lakin profil medianın analizinə əsasən, təqdim olunan məlumatlar həqiqəti əks etdirmir.
"Hədəflər" sırasına heç vaxt xüsusi təyinatlı qüvvələrdə xidmət etməmiş insanlar düşüb: onların arasında 15 ildən çox əvvəl inzibati xidmət keçmiş və ya cihaz operatoru kimi işləmiş qadınlar, digər bölmələrin texniki mütəxəssisləri, həmçinin yaşları ilə əlaqədar artıq çoxdan ehtiyatda olanlar siyahısında sayılmayan şəxslər var.
#Handala #haker #İsrailhərbçiləri

🇮🇷 İran rəsmisi: "İşçilər artıq “sağ qalmaq uğrunda mübarizə aparırlar” 🍞💸
İran həmkarlar ittifaqı rəsmisinin sözlərinə görə, ərzaq qiymətlərinin kəskin bahalaşması bir çox işçini çıxılmaz vəziyyətə salıb və toyuq əti, yumurta və paxlalılar kimi əsas qida məhsulları getdikcə əlçatmaz olur.
Tehran İslam Əmək Birliyi Koordinasiya Şurasının idarə heyətinin üzvü Məcid Rəhməti bildirib ki, toyuq ətinin qiyməti hər kiloqram üçün təxminən 470 min tümənə yüksəlib. O əlavə edib ki, lobya və mərcimək kimi əsas alternativlər belə artıq əlçatmazdır.
“İndi toyuq işçilərin süfrəsindən yoxa çıxıbsa, onu paxlalılarlamı əvəz etməliyik?” — deyə o bildirib.
“Problem ondadır ki, paxlalılar da son dərəcə bahalaşıb".
Rəhməti bildirib ki, əvvəllər 45 milyon tümən hesablanan ehtiyac səbəti indi təxminən 70 milyon tümənə çatıb.
Halbuki işçilər ayda təxminən 24 milyon tümən maaş alırlar.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran Fars körfəzi üzərində 🇺🇸 ABŞ-nin MQ-9 Reaper dronunu vurduğu anın görüntülərini paylaşıb 🚀💥
#İran #ABŞ #dron #zərbə #FarsKörfəzi
Kanala abunə olun
#İran #ABŞ #dron #zərbə #FarsKörfəzi
Kanala abunə olun
🔥1
🚨TƏCİLİ
🇮🇷 İran 🇦🇲 Ermənistana "Ad-08 Majid" sistemləri satıb 🚀
Ermənistan artıq İranın AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sisteminin məlum olan ilk xarici operatorudur.
Bu, mayın 25-də İrəvanda keçirilən parad məşqlərinin görüntüləri ilə təsdiqlənib.
Bu sistemin, 2024-cü ilin iyulunda imzalandığı bildirilən gizli 500 milyon dollarlıq İran–Ermənistan silah müqaviləsi çərçivəsində əldə edildiyi bildirilir.
سامانه مجید ایران در ارمنستان
#Ermənistan #HHM #AD08Majid #İran

🤮4❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇱🇧 "Hizbullah" İsrailə məxsus "Merkava" tankının vurulma görüntülərini yayıb
#İsrail #Livan #Hizbullah #tank #Merkava
Kanala abunə olun
#İsrail #Livan #Hizbullah #tank #Merkava
Kanala abunə olun
❤1🔥1
🇮🇷 İran XİN-i Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın nəzərdən keçirildiyini bildirdi
İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bəyan edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın nəzərdən keçirilməsi məsələsi parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının iclasında müzakirə olunub.
Onun sözlərinə görə, iclas zamanı konvensiya üzrə işlərin həm daxili, həm beynəlxalq səviyyədə, həm də iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyət çərçivəsində gedişatına dair hesabat təqdim edilib.
Deputatlarla sənədlə bağlı hüquqi, siyasi, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunub.
Qaribabadi eləcə də qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya ilə bağlı qanun layihəsi hazırda İran hökuməti tərəfindən nəzərdən keçirilir.
Nazir müavini vurğulayıb ki, Xəzər dənizi İran üçün strateji maraqların, milli təhlükəsizliyin, regional əməkdaşlığın və ölkənin tarixi hüquqlarının bir hissəsidir.

🤮3
WSJ: “🇮🇷 Tehran danışıqları davam etdirmək üçün hücumları görməzdən gəlib”
“The Wall Street Journal” yazır ki, İran hökuməti 🇺🇸 ABŞ-nin SEPAH-ın katerlərinə endirdiyi zərbələrə baxmayaraq, danışıqlar prosesini davam etdirmək qərarına gəlib.
Qəzetin məlumatına görə, Tehran danışıqlar yolu ilə əldə etmək istədiyi maliyyə resurslarına ciddi ehtiyac duyduğu üçün hərbi hücumların prosesi dayandırmasına imkan verməyib.
Məqalədə bildirilir ki, ABŞ-nin bazar ertəsi gecəsi həyata keçirdiyi hücum nəticəsində SEPAH üzvlərindən bir neçəsi həlak olub. Bununla belə, İran tərəfi danışıqlara zərər verməmək üçün bu məlumatın açıqlanmasını gecikdirib.
İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf hücumlardan sonra da Dohada müzakirələri davam etdirib.
Məlumata əsasən, Pakistan, Qətər və Misir də daxil olmaqla vasitəçi ölkələr tərəflər arasında fikir ayrılıqlarını azaltmağa çalışırlar.
#İran #SEPAH #ABŞ #danışıqlar