This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Musa kimi dənizi bölmək istəyən şəxs dalğalara təslim oldu 🌊
Özünü peyğəmbər elan edən bir şəxsin dənizi iki yerə ayırmağa çalışdığı görüntülər sosial mediada geniş yayılıb.
Videoda ağ geyimdə olan şəxsin sahildə dayanaraq Musa peyğəmbərin dənizi ayırması möcüzəsini təqlid etməyə çalışdığı görünür.
Ətrafda toplaşan insanlar əvvəlcə onu alqışlayaraq dəstəkləsələr də, bir müddət sonra güclü dalğa şəxsi çətin vəziyyətdə qoyub və o, geri çəkilməyə məcbur olub.
Görüntülər sosial şəbəkələrdə çoxsaylı yumoristik və istehzalı reaksiyalarla qarşılanıb. Bir sıra istifadəçilər paylaşıma cavab olaraq “təbiət qanunları ilə zarafat olmaz” kimi şərhlər yazıblar.
رسوایی مردی که میخواست مثل حضرت موسی دریا را بشکافد
#Musapeyğəmbər #təqlid #maraqlıhadisə
Kanala abunə olun

😁6🤬1
Millət vəkili: “🇮🇷 İranda 🇺🇸 amerikalı pilotlar həbs ediliblər” ✈️
Dünən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ABŞ və İran arasında baş vermiş müharibə zamanı amerikalı pilotların İranda saxlanıldığını açıqlayıb.
O, ILNA agentliyinə müsahibəsində bildirib ki, iki amerikalı pilot İranın hava məkanında uçuşlar həyata keçirib və onların İslam Respublikası tərəfindən həbs edildiyi deyilib.
Pilotların həqiqətən saxlanılıb-saxlanılmadığı barədə suala cavabında deputat “Bəli, həbs olunublar” ifadəsini işlədib.
Ərdəstani Donald Trampın pilotların xilas edilməsi ilə bağlı açıqlamalarına toxunaraq bunun uğursuzluğu gizlətmək məqsədi daşıdığını iddia edib.
#İran #millətvəkili #ABŞ #pilotlar #həbs

😁4
🇮🇷 İran mediası: “🇺🇸 ABŞ zərbələri nəticəsində balıqçılar həlak olub” 🚀🌊🚤
İran mediasının məlumatına görə, ötən gecə ABŞ-nin İranın hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində bir neçə iranlı balıqçı və bir dənizçi həyatını itirib. Bildirilir ki, hadisə Hörmüz boğazı ətrafında baş verib.
ABŞ ordusu isə daha əvvəl bölgədə yerləşən bəzi İran hərbi hədəflərinə “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı.
Bu hadisələr ABŞ və İran arasında davam edən atəşkəs və diplomatik danışıqlar fonunda baş verir.
#ABŞ #İran #hücum #balıqçı #ölüm

🔥2
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ-nin atəşkəsi pozmasına dözməyəcəyik” ❗️
Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ-nin son addımlarını sərt pisləyən bəyanat yayıb. Bəyanatda Tehranın mümkün hücum və təcavüzlərə cavabsız qalmayacağı bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, İran ABŞ-nin “düşmənçilik xarakterli addımlarının” bütün nəticələrinə görə Vaşinqtonu məsul hesab edir.
Bəyanatda vurğulanıb ki, İran heç bir təcavüzə dözməyəcək və ölkənin, eləcə də İran xalqının müdafiəsindən geri çəkilməyəcək.
İran XİN, habelə, atəşkəsin təkrar pozulmasının ABŞ-nin danışıqlar prosesində etibarlı tərəf olmadığını göstərdiyini iddia edib. (İran XİN)
#İran #XİN #ABŞ #atəşkəs #bəyanat

😁1
🇮🇷 Pezeşkian 🇮🇶 İraq rəhbərliyi ilə telefon danışığı aparıb ☎
Bu gün İran prezidenti Məsud Pezeşkian İraq prezidenti Nizar Amidi və baş nazir Əli əz-Zeydi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Telefon söhbətləri zamanı tərəflər bölgədə müharibələrin dayandırılması, gərginliyin azaldılması və problemlərin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini vurğulayıblar. Liderlər Qurban bayramı münasibətilə bir-birlərini təbrik ediblər.
Danışıqlarda İran və İraq arasında siyasi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub. Pezeşkian İraq prezidentini rəsmi səfərlə İrana dəvət edib.
Söhbət zamanı iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsi və birgə razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyi qeyd olunub. (President.ir)
#İran #Pezeşkian #İraq #QurbanBayramı #diplomatiya

🤔1
🇴🇲 Oman sahillərində tankerdə partlayış oldu 🚢💥🌊
Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, Oman sahillərində bir tankerdə xarici partlayış baş verib. Hadisənin Məskat sahillərindən təxminən 60 dəniz mili uzaqlıqda qeydə alındığı bildirilib.
Məlumata əsasən, partlayış gəminin arxa hissəsində, su xəttinə yaxın ərazidə baş verib. UKMTO qeyd edib ki, heyət üzvləri və gəminin özü təhlükəsiz vəziyyətdədir.
Bununla belə, kapitan dənizə müəyyən miqdarda yanacaq sızması barədə məlumat verib. Hadisənin səbəbi ilə bağlı əlavə araşdırmalar aparılır. (Iranintl)
سازمان تجارت دریایی بریتانیا از وقوع حادثهای در نزدیکی سواحل عمان خبر داد
#Oman #tanker #partlayış #UKMTO

🔥1
🇮🇷 İran 🇺🇸 ABŞ-dən dondurulmuş aktivlərinin qaytarılmasını istəyir 💵💰
Bu gün “Tasnim News” agentliyi xəbər verir ki, İran ABŞ ilə mümkün razılaşma çərçivəsində 24 milyard dollarlıq dondurulmuş aktivlərinin açılmasını tələb edib.
İranın təqdim etdiyi 14 maddəlik təklifə əsasən, bu məbləğin yarısının memorandum imzalandıqdan dərhal sonra, qalan hissəsinin isə növbəti 60 gün ərzində köçürülməsi nəzərdə tutulur.
Məlumata görə, İran parlamentinin sədri Qalibafın Qətərə səfəri də məhz bu maliyyə məsələlərinin həlli və ilkin mərhələdə 12 milyard dollarlıq vəsaitin azad olunması ilə bağlı olub.
Bildirilib ki, Doha danışıqları ümumilikdə müsbət keçib və tərəflər arasında müəyyən irəliləyiş əldə olunub. İran əvvəlki təcrübələri nəzərə alaraq dondurulmuş aktivlərin qaytarılması məsələsinə ehtiyatla yanaşır və vəsaitlərə çıxışın gecikməməsi üçün proses diqqətlə izlənilir.
#İran #dondurulmuşaktivlər #ABŞ #təklif

WSJ: “🇮🇷 Qalibaf müharibəni bitirmək üçün ikinci gün 🇶🇦Qətərdə qaldı”
Bu gün “The Wall Street Journal” qəzeti yazır ki, İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf mümkün razılaşma ilə bağlı müzakirələri davam etdirmək üçün ikinci gündür Qətərdə qalıb.
Məlumata əsasən, Qalibaf bazar ertəsi Dohaya gedərək ABŞ ilə qalan əsas fikir ayrılıqlarını müzakirə edib. Bunlara İranın dondurulmuş aktivlərinin azad olunması və Hörmüz boğazının yenidən açılması məsələləri daxildir.
Qəzet yazır ki, danışıqlar başladıqdan bir neçə saat sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mina yerləşdirdiyi katerlərə zərbə endirdiyini açıqlayıb.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə diplomatik prosesin davam etdiyini, ancaq ABŞ tərəfinin “ziddiyyətli mövqelərinin” danışıqlarda problem yaratdığını bildirib.
#İran #Qalibaf #ABŞ #danışıqlar

🇹🇷 Türkiyə və 🇮🇷 İran prezidentləri arasında telefon danışığı olub ☎️
Ərdoğan və Pezeşkian Türkiyə-İran münasibətləri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyənin sülhə, sabitliyə və diplomatik səylərə sadiqliyini bir daha bəyan edib.
#Türkiyə #Ərdoğan #İran #Pezeşkian

🤮2🤔1
🇮🇷 Qalibaf və 🇮🇷 İran nümayəndə heyəti 🇶🇦 Qətərdən qayıdıb
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və danışıqlar qrupu Dohada məsləhətləşmələri başa vuraraq Tehrana qayıdıblar.
Bu barədə “Tabnak” saytı məlumat yayıb.
#İran #Qətər #danışıqlar

😁2
🇦🇿 Azərbaycan və 🇮🇷 İran prezidentləri arasında telefon danışığı baş tutub
Bu gün İlham Əliyevlə Məsud Pezeşkian müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.
İran prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.
Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.
Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
#Azərbaycan #İlhamƏliyev #İran #Pezeşkian

👍2
🇪🇬 Misir və 🇮🇷 İran prezidentləri telefonla danışıblar ☎️
İran prezidenti Məsud Pezeşkian və Misir prezidenti Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı bir-birlərini Qurban bayramı münasibətilə təbrik edib, Tehran və 🇺🇸 Vaşinqton arasında anlaşma memorandumunun əldə olunması istiqamətindəki səylərə dair məsləhətləşmələr aparıblar.
Əs-Sisi diplomatik səyləri alqışlayaraq, Qahirənin danışıqlar prosesinə tam dəstəyini və Misirin bu danışıqlara kömək etməkdə rolunu bəyan edib.
Pezeşkian Misirin və digər regional tərəflərin mövqelərin yaxınlaşdırılması istiqamətindəki səylərinə görə minnətdarlığını bildirib, İranın ərəb ölkələri, xüsusilə də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzvləri ilə münasibətləri gücləndirmək istəyini bir daha təsdiqləyib.
#İran #Misir

👍1
🇰🇬 Qırğızıstan və 🇮🇷 İran prezidentləri arasında telefon danışığı olub
Sadır Japarov və Məsud Pezeşkian ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi önəm veriblər.
Japarov Yaxın Şərqdəki vəziyyətin tezliklə nizamlanacağına və sabitliyin bərpa olunacağına ümidvar olduğunu bildirib.
Tərəflər, eləcə də Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.
#Qırğızıstan #İran #prezidentlər

🚨SON DƏQİQƏ
🇮🇷 İranın 56 zindanında məhbuslar aclıq aksiyası keçirirlər 🗣✊
Mayın 26-ı səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bu haqda insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün bu addımı atıblar.
Aclıq aksiyası 123-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
اعتصاب زندانیان علیه اعدامها
#İran #edam #məhbuslar #etiraz #aclıqaksiyası

❤1
🚨TƏCİLİ
🛑 Pezeşkian: "🇮🇷 İran atəşkəs sazişi imzalamağa hazırdır" 🗣
🇶🇦 Qətər əmiri ilə söhbətində İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran “bölgədə müharibə və gərginliyə son qoymaq üçün layiqli bir çərçivəyə nail olmağa hazırdır”.
Onun sözlərinə görə, sabitliyə doğru aydın bir yol təmin etmək məqsədilə əsas sənəd və mətnlərin yekunlaşdırılması istiqamətində ciddi və ekspert səviyyəsində səylər göstərilir.
"İran dialoq yoluna sadiqliyini və səmimiyyətini sübut edib, indi isə qarşı tərəfin də öz iradəsini və beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirmək vaxtıdır", - deyə o, qeyd edib.
#İran #Pezeşkian #ABŞ #atəşkəs

WSJ: "🇺🇸 ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmiləri müşayiət etməyi bərpa edib" 🌊⛴
Amerikalı hərbi rəsmilərin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmilərin müşayiət olunmasını yenidən başladıb.
"The Wall Street Journal"ın xəbərinə görə, göyərtəsində 2 milyon barrel neft olan 🇬🇷 Yunanıstana məxsus supertanker ABŞ hərbi gəmilərinin müşayiəti ilə Oman sahili boyunca uzanan marşrutu keçib.
Gəmi martın əvvəlindən bəri Fars körfəzində idi və hazırda yükü çatdırmaq üçün Hindistana doğru hərəkət edir.
Nəşrin verdiyi məlumata görə, bu təhlükəsizlik tədbirləri strateji əhəmiyyətli su yolundan təhlükəsiz gediş-gəlişi təmin etmək məqsədi daşıyan ABŞ təşəbbüsü — "Azadlıq Layihəsi"nin (Project Freedom) bərpası çərçivəsində həyata keçirilib.
Yaxın günlərdə ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan keçən təxminən 12 gəmini, o cümlədən supertankerləri və konteyner gəmilərini müşayiət etməyi planlaşdırır.

TƏCİLİ 🔥
📌 Təbrizdə yaşayış kompleksində yanğın olub: 8 nəfər xəsarət alıb
Bu haqda Təbriz Təcili Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya məlumat verib.
Təbrizin Taleqani qəsəbəsindəki yaşayış komplekslərinin birində 12 mərtəbəli binada baş verən yanğın nəticəsində indiyədək 8 nəfər xəsarət alıb və onlara təcili tibbi yardım göstərilib.
Yanğın baş verən yaşayış binasından 50 nəfər xilas edilib
#Təbriz #yanğın

🔥2😢2
Nebenzya: "🇷🇺 Rusiya Tehranın 🇺🇸 ABŞ ilə razılaşması çərçivəsində 🇮🇷 İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır"
Rusiya Tehran rəsmi şəkildə belə bir müraciət edərsə və bu şərt İranın Vaşinqtonla əldə edəcəyi razılaşmanın bir hissəsi olarsa, İranın zənginləşdirilmiş uranını ölkədən çıxarmağa hazırdır.
Bu barədə Rusiyanın 🇺🇳 BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyanat verib.
Onun sözlərinə görə, Moskva belə bir addımı nüvə məsələsinin nizamlanmasının mümkün elementi kimi nəzərdən keçirir və tərəflər danışıqlar zamanı bu barədə razılığa gələrlərsə, vasitəçi qismində çıxış etməyə hazırdır.
#Rusiya #İran #ABŞ

😁3