🚨SON DƏQİQƏ
🇮🇷 Xameneyi: "🇮🇱 İsrail 15 ilə yox olacaq" 👳♂️🗣
Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi Həcc ziyarətinin başlaması ilə bağlı müraciətində İsrailin 15 il ərzində mövcud olmayacağı bildirilib.
Müraciətdə İsrail “kövrək sionist rejim və xərçəng şişi” kimi təsvir olunur və onun son mərhələyə yaxınlaşdığı vurğulanıb.
Açıqlamada əvvəlki illərdə atası Əli Xameneyinin dediklərinə istinad edilərək, İsrailin yaxın gələcəkdə məhv olacağı qeyd olunur.
Müctəba Xameneyinin İslam Respublikasının ali lideri seçilməsindən sonra ictimai şəkildə səs və ya görüntüsünün yayılmaması diqqət çəkir. Bu açıqlamaların fonunda regionda gərginlik və qarşılıqlı siyasi bəyanatlar davam edir.
#İran #MüctəbaXameneyi #təhdid #İsrail #mövcudluq
Kanala abunə olun

😁5🤮1
🇮🇷 İran generalı: “Müharibə yenidən başlasa, onun miqyası bölgənin hüdudlarını aşacaq” 👮♂🔥
Bu gün İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi bildirib ki, müharibə yenidən başlasa, onun miqyası regionun hüdudlarını aşacaq.
O, “Əl-Cəzirə” telekanalına müsahibəsində qeyd edib ki, hər hansı hücum daha sərt və daha güclü cavabla qarşılanacaq.
Şikarçinin sözlərinə görə, İran mümkün yeni müharibə ssenarisinə hazırdır və ABŞ və İsrailin hücumu halında hədəflər əvvəlcədən müəyyən edilib.
General vurğulayıb ki, növbəti qarşıdurmada cavab əvvəlkilərdən fərqli olacaq və bölgə daha geniş hərbi eskalasiya riski ilə üzləşə bilər.
“Əgər İranın neft ixracına maneələr yaradılarsa, Tehran bölgədən neft daşımalarının qarşısını almaq kimi addımları nəzərdən keçirə bilər”, - deyə, Şikarçi vurğulayıb. (Entekhab)
#İran #general #müharibə #xəbərdarlıq

🤮4
🇮🇷 Xameneyi: “Bölgə artıq 🇺🇸 ABŞ bazaları üçün qalxan olmayacaq” 👳♂️🔥
Bu gün İranın ali rəhbəri Müctəba Xameneyinin rəsmi “Telegram” kanalında yeni müraciət paylaşılıb.
Müraciətdə qeyd olunur ki, region ölkələrinin əraziləri artıq ABŞ hərbi bazaları üçün “sipər” rolunu oynamamalıdır.
Açıqlamada müsəlman ölkələrinə və dövlətlərinə dostluq və əməkdaşlıq çağırışı edilir və İslam dünyasının problemlərinin birgə həllinin vacibliyi vurğulanır.
Bəyanatda, habelə, bölgədə ABŞ-nin hərbi mövcudluğunun dəyişən balansla üzləşdiyi bildirilir və “əvvəlki statusun” tədricən zəiflədiyi qeyd olunur.
#İran #MüctəbaXameneyi #ABŞ #regionölkələri #hərbibaza

🤮2
🚨Güneyli keçmiş MMA çempionu edama məhkum edildi 👨⚖️😢
Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verir ki, Ərdəbil sakini MMA idmançısı Qulamrza Xanişəkərab İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edib.
Məlumata əsasən, hökm Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.
İddialara görə, Şəkərab “İsrail ilə əməkdaşlıq”, “təxribat şəbəkəsinə rəhbərlik” və “Mossad ilə əlaqə” kimi ittihamlarla mühakimə olunub.
Fars News onun Türkiyədə İrana köçürüldükdən sonra həbs edildiyini və məhkəmə qərarının çıxarıldığını bildirir. Bununla yanaşı, məhkəmə prosesi, dinləmələrin vaxtı və detalları ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
#GüneyAzərbaycan #MMA #döyüşçü #ittiham #edam

🤬2
Azad İran
🚨Güneyli keçmiş MMA çempionu edama məhkum edildi 👨⚖️😢 Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verir ki, Ərdəbil sakini MMA idmançısı Qulamrza Xanişəkərab İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edib. Məlumata əsasən, hökm Ali Məhkəmə…
🛑 Güneyli idmançı gizli şəkildə edam edildi 👨⚖️😢
Bu gün İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı - Mizan Online agentliyi xəbər verib ki, Ərdəbildən olan Qulamrza Xanişəkərab gizli şəkildə Kərəcədəki Qızılhisar zindanında dar ağacından asılıb.
Onun “İsrailin xeyrinə kəşfiyyat və informasiya əməkdaşlığı” ittihamı ilə asıldığı vurğulanıb. Məlumata əsasən, Ali Məhkəmənin hökmü qüvvədə saxlamasından sonra qərar icra olunub.
İranda İnsan Haqları Təşkilatı – HENGAW bildirib ki, məhbus istintaq və məhkəmə prosesi zamanı seçdiyi vəkillə görüş imkanından məhrum edilib və iş əsasən basqı altında alınmış ifadələrə əsaslanıb.
Qeyd edək ki, onun edamından əvvəl yayılan xəbərlərdə xarici ölkədən İrana qaçırılması ilə bağlı məqamlar da yer alıb.
#GüneyAzərbaycan #idmançı #məhbus #ittiham #edam

😢2
WSJ: “🇺🇸 Tramp 🇮🇷 İran rejimini xilas edir?” 🤔
“The Wall Street Journal” qəzetinin redaksiya heyəti dərc etdiyi tənqidi məqalədə ABŞ prezidenti Donald Trampın İran siyasətini müzakirə edib.
Məqalədə qeyd olunur ki, Vaşinqton nüvə razılaşması imzalanmadan əvvəl Tehrana güzəştlər edir və bunun ABŞ maraqlarına zərər verə biləcəyi vurğulanır.
Redaksiya heyəti yazır ki, ABŞ ictimaiyyətində əsas suallardan biri “Budurmu?” şəklində səslənir və 38 günlük müharibədən sonra əldə olunan nəticələrin kifayət edib-etmədiyi müzakirə olunur.
Məqalədə bildirilir ki, 47 günlük atəşkəs strateji geriləmə riski yarada bilər. Eyni zamanda, zəif və ya uğursuz bir razılaşma, enerji qiymətlərinin azalmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə Donald Trampın siyasi mövqeyinə zərbə vura bilər.
Redaksiya yazısında vurğulanır ki, İran hakimiyyəti müharibəyə siyasi və iqtisadi problemlər fonunda daxil olub və müharibə bu çətinlikləri daha da artırıb.
#ABŞ #Tramp #İran #razılaşma

🤔1
🇮🇷 SEPAH 🇺🇸 ABŞ dronunu vurduğunu iddia edir
SEPAH bildirib ki, “dəqiq kəşfiyyat müşahidələri” nəticəsində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatı vurulub. Açıqlamada hadisənin dəqiq vaxtı göstərilməsə də, ABŞ bölgədə “müdaxiləçi və aqressiv davranışda” ittiham edilib.
SEPAH iddia edib ki, İranın hava məkanına daxil olan pilotsuz aparat müəyyən edilərək hədəfə alınıb. Habelə, RQ-4 pilotsuz təyyarəsi və F-35 qırıcılarına da atəş açıldığı və onların bölgəni tərk etməyə məcbur edildiyi bildirilib.
Bəyanatda əlavə olunub ki, İran tərəfi mümkün “atəşkəs pozuntularına” cavab vermək hüququnu özündə saxlayır.
Bu açıqlama ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Fars körfəzində SEPAH-a məxsus sürətli qayıqlar və raket buraxılış məntəqələrinin hədəf alındığını bildirməsindən sonra yayılıb.
#İran #SEPAH #ABŞ #CENTCOM #MQ9

❤1🔥1
🇮🇷 SEPAH: “Neft 200 dollar olacaq” 🛢️💵
Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ və İran arasındakı mümkün razılaşma ilə bağlı açıqlama verib.
O, “X” hesabında paylaşım edərək yazıb ki, “ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz”.
“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü göstərib. Neftin bir barelinin 200 dollar olmasına hazırlaşın”, - deyə, Zülfüqari vurğulayıb.
#İran #SEPAH #ABŞ #neftqiymətləri

😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Musa kimi dənizi bölmək istəyən şəxs dalğalara təslim oldu 🌊
Özünü peyğəmbər elan edən bir şəxsin dənizi iki yerə ayırmağa çalışdığı görüntülər sosial mediada geniş yayılıb.
Videoda ağ geyimdə olan şəxsin sahildə dayanaraq Musa peyğəmbərin dənizi ayırması möcüzəsini təqlid etməyə çalışdığı görünür.
Ətrafda toplaşan insanlar əvvəlcə onu alqışlayaraq dəstəkləsələr də, bir müddət sonra güclü dalğa şəxsi çətin vəziyyətdə qoyub və o, geri çəkilməyə məcbur olub.
Görüntülər sosial şəbəkələrdə çoxsaylı yumoristik və istehzalı reaksiyalarla qarşılanıb. Bir sıra istifadəçilər paylaşıma cavab olaraq “təbiət qanunları ilə zarafat olmaz” kimi şərhlər yazıblar.
رسوایی مردی که میخواست مثل حضرت موسی دریا را بشکافد
#Musapeyğəmbər #təqlid #maraqlıhadisə

😁6🤬1
Millət vəkili: “🇮🇷 İranda 🇺🇸 amerikalı pilotlar həbs ediliblər” ✈️
Dünən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ABŞ və İran arasında baş vermiş müharibə zamanı amerikalı pilotların İranda saxlanıldığını açıqlayıb.
O, ILNA agentliyinə müsahibəsində bildirib ki, iki amerikalı pilot İranın hava məkanında uçuşlar həyata keçirib və onların İslam Respublikası tərəfindən həbs edildiyi deyilib.
Pilotların həqiqətən saxlanılıb-saxlanılmadığı barədə suala cavabında deputat “Bəli, həbs olunublar” ifadəsini işlədib.
Ərdəstani Donald Trampın pilotların xilas edilməsi ilə bağlı açıqlamalarına toxunaraq bunun uğursuzluğu gizlətmək məqsədi daşıdığını iddia edib.
#İran #millətvəkili #ABŞ #pilotlar #həbs

😁4
🇮🇷 İran mediası: “🇺🇸 ABŞ zərbələri nəticəsində balıqçılar həlak olub” 🚀🌊🚤
İran mediasının məlumatına görə, ötən gecə ABŞ-nin İranın hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində bir neçə iranlı balıqçı və bir dənizçi həyatını itirib. Bildirilir ki, hadisə Hörmüz boğazı ətrafında baş verib.
ABŞ ordusu isə daha əvvəl bölgədə yerləşən bəzi İran hərbi hədəflərinə “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı.
Bu hadisələr ABŞ və İran arasında davam edən atəşkəs və diplomatik danışıqlar fonunda baş verir.
#ABŞ #İran #hücum #balıqçı #ölüm

🔥2
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ-nin atəşkəsi pozmasına dözməyəcəyik” ❗️
Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ-nin son addımlarını sərt pisləyən bəyanat yayıb. Bəyanatda Tehranın mümkün hücum və təcavüzlərə cavabsız qalmayacağı bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, İran ABŞ-nin “düşmənçilik xarakterli addımlarının” bütün nəticələrinə görə Vaşinqtonu məsul hesab edir.
Bəyanatda vurğulanıb ki, İran heç bir təcavüzə dözməyəcək və ölkənin, eləcə də İran xalqının müdafiəsindən geri çəkilməyəcək.
İran XİN, habelə, atəşkəsin təkrar pozulmasının ABŞ-nin danışıqlar prosesində etibarlı tərəf olmadığını göstərdiyini iddia edib. (İran XİN)
#İran #XİN #ABŞ #atəşkəs #bəyanat

🇮🇷 Pezeşkian 🇮🇶 İraq rəhbərliyi ilə telefon danışığı aparıb ☎
Bu gün İran prezidenti Məsud Pezeşkian İraq prezidenti Nizar Amidi və baş nazir Əli əz-Zeydi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Telefon söhbətləri zamanı tərəflər bölgədə müharibələrin dayandırılması, gərginliyin azaldılması və problemlərin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini vurğulayıblar. Liderlər Qurban bayramı münasibətilə bir-birlərini təbrik ediblər.
Danışıqlarda İran və İraq arasında siyasi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub. Pezeşkian İraq prezidentini rəsmi səfərlə İrana dəvət edib.
Söhbət zamanı iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsi və birgə razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyi qeyd olunub. (President.ir)
#İran #Pezeşkian #İraq #QurbanBayramı #diplomatiya

🇴🇲 Oman sahillərində tankerdə partlayış oldu 🚢💥🌊
Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, Oman sahillərində bir tankerdə xarici partlayış baş verib. Hadisənin Məskat sahillərindən təxminən 60 dəniz mili uzaqlıqda qeydə alındığı bildirilib.
Məlumata əsasən, partlayış gəminin arxa hissəsində, su xəttinə yaxın ərazidə baş verib. UKMTO qeyd edib ki, heyət üzvləri və gəminin özü təhlükəsiz vəziyyətdədir.
Bununla belə, kapitan dənizə müəyyən miqdarda yanacaq sızması barədə məlumat verib. Hadisənin səbəbi ilə bağlı əlavə araşdırmalar aparılır. (Iranintl)
سازمان تجارت دریایی بریتانیا از وقوع حادثهای در نزدیکی سواحل عمان خبر داد
#Oman #tanker #partlayış #UKMTO

🔥1
🇮🇷 İran 🇺🇸 ABŞ-dən dondurulmuş aktivlərinin qaytarılmasını istəyir 💵💰
Bu gün “Tasnim News” agentliyi xəbər verir ki, İran ABŞ ilə mümkün razılaşma çərçivəsində 24 milyard dollarlıq dondurulmuş aktivlərinin açılmasını tələb edib.
İranın təqdim etdiyi 14 maddəlik təklifə əsasən, bu məbləğin yarısının memorandum imzalandıqdan dərhal sonra, qalan hissəsinin isə növbəti 60 gün ərzində köçürülməsi nəzərdə tutulur.
Məlumata görə, İran parlamentinin sədri Qalibafın Qətərə səfəri də məhz bu maliyyə məsələlərinin həlli və ilkin mərhələdə 12 milyard dollarlıq vəsaitin azad olunması ilə bağlı olub.
Bildirilib ki, Doha danışıqları ümumilikdə müsbət keçib və tərəflər arasında müəyyən irəliləyiş əldə olunub. İran əvvəlki təcrübələri nəzərə alaraq dondurulmuş aktivlərin qaytarılması məsələsinə ehtiyatla yanaşır və vəsaitlərə çıxışın gecikməməsi üçün proses diqqətlə izlənilir.
#İran #dondurulmuşaktivlər #ABŞ #təklif

WSJ: “🇮🇷 Qalibaf müharibəni bitirmək üçün ikinci gün 🇶🇦Qətərdə qaldı”
Bu gün “The Wall Street Journal” qəzeti yazır ki, İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf mümkün razılaşma ilə bağlı müzakirələri davam etdirmək üçün ikinci gündür Qətərdə qalıb.
Məlumata əsasən, Qalibaf bazar ertəsi Dohaya gedərək ABŞ ilə qalan əsas fikir ayrılıqlarını müzakirə edib. Bunlara İranın dondurulmuş aktivlərinin azad olunması və Hörmüz boğazının yenidən açılması məsələləri daxildir.
Qəzet yazır ki, danışıqlar başladıqdan bir neçə saat sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mina yerləşdirdiyi katerlərə zərbə endirdiyini açıqlayıb.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə diplomatik prosesin davam etdiyini, ancaq ABŞ tərəfinin “ziddiyyətli mövqelərinin” danışıqlarda problem yaratdığını bildirib.
#İran #Qalibaf #ABŞ #danışıqlar

🇹🇷 Türkiyə və 🇮🇷 İran prezidentləri arasında telefon danışığı olub ☎️
Ərdoğan və Pezeşkian Türkiyə-İran münasibətləri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyənin sülhə, sabitliyə və diplomatik səylərə sadiqliyini bir daha bəyan edib.
#Türkiyə #Ərdoğan #İran #Pezeşkian

🤮2🤔1
🇮🇷 Qalibaf və 🇮🇷 İran nümayəndə heyəti 🇶🇦 Qətərdən qayıdıb
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və danışıqlar qrupu Dohada məsləhətləşmələri başa vuraraq Tehrana qayıdıblar.
Bu barədə “Tabnak” saytı məlumat yayıb.
#İran #Qətər #danışıqlar

😁2