🇺🇸 Tramp: “🇮🇷 İranın nüvə materialı ya təhvil verilməli, ya da məhv edilməlidir” ☢️
Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranın zənginləşdirilmiş uran ehtiyatı (nüvə tozu) ilə bağlı paylaşım edib.
Tramp bildirib ki, zənginləşdirilmiş uran “ya dərhal ABŞ-yə təhvil verilməli, ölkəyə gətirilməli və məhv edilməli”, ya da “İranla koordinasiyalı şəkildə yerində və ya başqa məqbul bir məkanda yox edilməlidir”.
Onun sözlərinə görə, prosesə Atom Enerjisi Komissiyası və ya ona bərabər beynəlxalq qurumun şahidlik etməsi nəzərdə tutulur.
#ABŞ #Tramp #İran #uran #nüvəproqramı
Kanala abunə olun

❤1👍1
🇺🇸 ABŞ hücumlarında 🇮🇷 SEPAH zabitləri öldürülüb? 🤔
İranın daxili media orqanları dünən axşam Bəndər Abbas şəhərinin şərqində üç partlayış səsinin eşidildiyini bildirib. Məlumatlara görə, Sirik və Cask bölgələri yaxınlığında da oxşar səslər qeydə alınıb.
“Snn.ir” xəbər agentliyinin yerli mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ qırıcıları Lark adasının cənubunda yerləşən bir neçə İran gəmisini hədəfə alıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində bir neçə SEPAH həyatını itirib və onlardan üçünün kimliyi müəyyən edilib. (Deutsche Welle)
#ABŞ #İran #BəndərAbbas #Larkadası #SEPAH #zabit #hücum

❤3👍1🔥1
🇮🇷 İranın Hörmüz boğazını 30 günə açacağı iddia olunur 🌊🤔
ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması ilə bağlı hazırlandığı bildirilən memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur.
Məlumata görə, sənəd layihəsi ABŞ və İran arasında mövcud atəşkəsin 60 gündən çox uzadılmasına imkan yaradır və tərəflərin gərginliyi azaltmaqla mümkün nüvə razılaşması üçün zəmin formalaşdırmaq niyyətini əks etdirir.
Layihədə Hörmüz boğazının 30 gün ərzində minalardan təmizlənməsi və beynəlxalq gəmiçilik üçün yenidən açılması nəzərdə tutulur.
Bildirilir ki, bu çərçivədə ticarət gəmiləri və neft tankerlərinin boğazdan əlavə ödəniş tələb olunmadan keçidinə icazə veriləcək.
#ABŞ #İran #HörmüzBoğazı #atəşkəs #danışıqlar

❤1
🇮🇷 Xameneyi ilə vida mərasiminin vaxtı hələ məlum deyil 📅 👳♂️⚰️
SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi Tehranın İslam Təbliğat Koordinasiya Şurasının rəhbərinə istinadən bildirib ki, Əli Xameneyi ilə vida mərasiminin dəqiq tarixi hələ müəyyən edilməyib.
Açıqlamada vətəndaşlara yayılan şayiələrə inanmamaq çağırışı olunub.
Məlumata görə, İranın mərhum ali rəhbəri Əli Xameneyi fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hücumu nəticəsində həyatını itirib.
Qeyd olunur ki, hadisədən 88 gün keçməsinə baxmayaraq, dəfn mərasimi ilə bağlı yekun qərar açıqlanmayıb.
#İran #ƏliXameneyi #vidamərasimi

🤮3🔥1
🇺🇸 Tramp öz 🇮🇷 İran siyasətini Obama dövrü ilə müqayisə edib 💸🚀
Dünən ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında SEPAH-a məxsus katerlər və hərbi bazalara ABŞ Mərkəzi Komandanlığının hücumu barədə xəbərlərin yayılmasından bir neçə saat sonra “Truth Social” platformasında karikatura paylaşıb.
Paylaşımda Tramp keçmiş prezident Barak Obama dövründə İran siyasətini tənqid edib.
Karikaturada İran raketləri ilə üz-üzə qalan dollarlarla dolu palet və ABŞ hərbi esminesi təsvir olunub. Tramp bu görüntü ilə öz siyasəti və Obama administrasiyasının siyasəti arasındakı fərqi vurğulamağa çalışıb.
Şəkildə “Obamanın İran siyasəti” başlığı altında İrana pul ödənişi təsvir edilir, “Trampın İran siyasəti” hissəsində isə ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etdiyi göstərilir.
#ABŞ #Tramp #müqayisə #Obama #İran #siyasət

😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 ABŞ–İran münaqişəsi ilə bağlı yeni görüntülər yayılıb 🚀🔥📹
ABŞ–İran qarşıdurması zamanı Körfəz bölgəsində yerləşən ölkələrdən İran istiqamətinə HIMARS raket sistemlərindən istifadə olunduğuna dair görüntülər sosial mediada paylaşılıb.
Paylaşılan videolarda uzaq məsafədən raket buraxılışlarının həyata keçirildiyi görünür.
Məlumatlarda bu sistemlərin İran daxilindəki hədəflərə qarşı istifadə edildiyi bildirilib.
#ABŞ #İran #müharibə #raketsistemləri

🔥3
🇶🇦 Qətər 🇮🇷 İrana 12 milyard dollarlıq təklif iddiasını təkzib edib 💵❌
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Məhəmməd Ənsari “X” hesabındakı paylaşımında İrana 12 milyard dollarlıq təklif barədə xəbərləri təkzib edib.
O bildirib ki, Qətərin İranla razılaşma əldə edilməsi üçün 12 milyard dollar təklif etməsi ilə bağlı iddialar “tamamilə yalandır”.
Sözçü qeyd edib ki, bu cür xəbərlər diplomatik prosesə zərər vurmaq və regionda gərginliyi artırmaq məqsədi daşıyan tərəflər tərəfindən yayılır.
Ənsari vurğulayıb ki, Qətərin bölgədə vasitəçilik rolu tanınır və bu tip iddialar onun beynəlxalq etibarlı imicinə zərər verməyə yönəlib. (BBC)
#Qətər #XİN #İran #razılaşma #təklif #təkzib

👍2
🚨SON DƏQİQƏ
🇮🇷 Xameneyi: "🇮🇱 İsrail 15 ilə yox olacaq" 👳♂️🗣
Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi Həcc ziyarətinin başlaması ilə bağlı müraciətində İsrailin 15 il ərzində mövcud olmayacağı bildirilib.
Müraciətdə İsrail “kövrək sionist rejim və xərçəng şişi” kimi təsvir olunur və onun son mərhələyə yaxınlaşdığı vurğulanıb.
Açıqlamada əvvəlki illərdə atası Əli Xameneyinin dediklərinə istinad edilərək, İsrailin yaxın gələcəkdə məhv olacağı qeyd olunur.
Müctəba Xameneyinin İslam Respublikasının ali lideri seçilməsindən sonra ictimai şəkildə səs və ya görüntüsünün yayılmaması diqqət çəkir. Bu açıqlamaların fonunda regionda gərginlik və qarşılıqlı siyasi bəyanatlar davam edir.
#İran #MüctəbaXameneyi #təhdid #İsrail #mövcudluq

😁5🤮1
🇮🇷 İran generalı: “Müharibə yenidən başlasa, onun miqyası bölgənin hüdudlarını aşacaq” 👮♂🔥
Bu gün İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi bildirib ki, müharibə yenidən başlasa, onun miqyası regionun hüdudlarını aşacaq.
O, “Əl-Cəzirə” telekanalına müsahibəsində qeyd edib ki, hər hansı hücum daha sərt və daha güclü cavabla qarşılanacaq.
Şikarçinin sözlərinə görə, İran mümkün yeni müharibə ssenarisinə hazırdır və ABŞ və İsrailin hücumu halında hədəflər əvvəlcədən müəyyən edilib.
General vurğulayıb ki, növbəti qarşıdurmada cavab əvvəlkilərdən fərqli olacaq və bölgə daha geniş hərbi eskalasiya riski ilə üzləşə bilər.
“Əgər İranın neft ixracına maneələr yaradılarsa, Tehran bölgədən neft daşımalarının qarşısını almaq kimi addımları nəzərdən keçirə bilər”, - deyə, Şikarçi vurğulayıb. (Entekhab)
#İran #general #müharibə #xəbərdarlıq

🤮4
🇮🇷 Xameneyi: “Bölgə artıq 🇺🇸 ABŞ bazaları üçün qalxan olmayacaq” 👳♂️🔥
Bu gün İranın ali rəhbəri Müctəba Xameneyinin rəsmi “Telegram” kanalında yeni müraciət paylaşılıb.
Müraciətdə qeyd olunur ki, region ölkələrinin əraziləri artıq ABŞ hərbi bazaları üçün “sipər” rolunu oynamamalıdır.
Açıqlamada müsəlman ölkələrinə və dövlətlərinə dostluq və əməkdaşlıq çağırışı edilir və İslam dünyasının problemlərinin birgə həllinin vacibliyi vurğulanır.
Bəyanatda, habelə, bölgədə ABŞ-nin hərbi mövcudluğunun dəyişən balansla üzləşdiyi bildirilir və “əvvəlki statusun” tədricən zəiflədiyi qeyd olunur.
#İran #MüctəbaXameneyi #ABŞ #regionölkələri #hərbibaza

🤮2
🚨Güneyli keçmiş MMA çempionu edama məhkum edildi 👨⚖️😢
Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verir ki, Ərdəbil sakini MMA idmançısı Qulamrza Xanişəkərab İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edib.
Məlumata əsasən, hökm Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.
İddialara görə, Şəkərab “İsrail ilə əməkdaşlıq”, “təxribat şəbəkəsinə rəhbərlik” və “Mossad ilə əlaqə” kimi ittihamlarla mühakimə olunub.
Fars News onun Türkiyədə İrana köçürüldükdən sonra həbs edildiyini və məhkəmə qərarının çıxarıldığını bildirir. Bununla yanaşı, məhkəmə prosesi, dinləmələrin vaxtı və detalları ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur.
#GüneyAzərbaycan #MMA #döyüşçü #ittiham #edam

🤬2
Azad İran
🚨Güneyli keçmiş MMA çempionu edama məhkum edildi 👨⚖️😢 Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verir ki, Ərdəbil sakini MMA idmançısı Qulamrza Xanişəkərab İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edib. Məlumata əsasən, hökm Ali Məhkəmə…
🛑 Güneyli idmançı gizli şəkildə edam edildi 👨⚖️😢
Bu gün İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı - Mizan Online agentliyi xəbər verib ki, Ərdəbildən olan Qulamrza Xanişəkərab gizli şəkildə Kərəcədəki Qızılhisar zindanında dar ağacından asılıb.
Onun “İsrailin xeyrinə kəşfiyyat və informasiya əməkdaşlığı” ittihamı ilə asıldığı vurğulanıb. Məlumata əsasən, Ali Məhkəmənin hökmü qüvvədə saxlamasından sonra qərar icra olunub.
İranda İnsan Haqları Təşkilatı – HENGAW bildirib ki, məhbus istintaq və məhkəmə prosesi zamanı seçdiyi vəkillə görüş imkanından məhrum edilib və iş əsasən basqı altında alınmış ifadələrə əsaslanıb.
Qeyd edək ki, onun edamından əvvəl yayılan xəbərlərdə xarici ölkədən İrana qaçırılması ilə bağlı məqamlar da yer alıb.
#GüneyAzərbaycan #idmançı #məhbus #ittiham #edam

😢2
WSJ: “🇺🇸 Tramp 🇮🇷 İran rejimini xilas edir?” 🤔
“The Wall Street Journal” qəzetinin redaksiya heyəti dərc etdiyi tənqidi məqalədə ABŞ prezidenti Donald Trampın İran siyasətini müzakirə edib.
Məqalədə qeyd olunur ki, Vaşinqton nüvə razılaşması imzalanmadan əvvəl Tehrana güzəştlər edir və bunun ABŞ maraqlarına zərər verə biləcəyi vurğulanır.
Redaksiya heyəti yazır ki, ABŞ ictimaiyyətində əsas suallardan biri “Budurmu?” şəklində səslənir və 38 günlük müharibədən sonra əldə olunan nəticələrin kifayət edib-etmədiyi müzakirə olunur.
Məqalədə bildirilir ki, 47 günlük atəşkəs strateji geriləmə riski yarada bilər. Eyni zamanda, zəif və ya uğursuz bir razılaşma, enerji qiymətlərinin azalmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə Donald Trampın siyasi mövqeyinə zərbə vura bilər.
Redaksiya yazısında vurğulanır ki, İran hakimiyyəti müharibəyə siyasi və iqtisadi problemlər fonunda daxil olub və müharibə bu çətinlikləri daha da artırıb.
#ABŞ #Tramp #İran #razılaşma

🤔1
🇮🇷 SEPAH 🇺🇸 ABŞ dronunu vurduğunu iddia edir
SEPAH bildirib ki, “dəqiq kəşfiyyat müşahidələri” nəticəsində ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatı vurulub. Açıqlamada hadisənin dəqiq vaxtı göstərilməsə də, ABŞ bölgədə “müdaxiləçi və aqressiv davranışda” ittiham edilib.
SEPAH iddia edib ki, İranın hava məkanına daxil olan pilotsuz aparat müəyyən edilərək hədəfə alınıb. Habelə, RQ-4 pilotsuz təyyarəsi və F-35 qırıcılarına da atəş açıldığı və onların bölgəni tərk etməyə məcbur edildiyi bildirilib.
Bəyanatda əlavə olunub ki, İran tərəfi mümkün “atəşkəs pozuntularına” cavab vermək hüququnu özündə saxlayır.
Bu açıqlama ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Fars körfəzində SEPAH-a məxsus sürətli qayıqlar və raket buraxılış məntəqələrinin hədəf alındığını bildirməsindən sonra yayılıb.
#İran #SEPAH #ABŞ #CENTCOM #MQ9

❤1🔥1
🇮🇷 SEPAH: “Neft 200 dollar olacaq” 🛢️💵
Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ və İran arasındakı mümkün razılaşma ilə bağlı açıqlama verib.
O, “X” hesabında paylaşım edərək yazıb ki, “ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz”.
“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü göstərib. Neftin bir barelinin 200 dollar olmasına hazırlaşın”, - deyə, Zülfüqari vurğulayıb.
#İran #SEPAH #ABŞ #neftqiymətləri

😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Musa kimi dənizi bölmək istəyən şəxs dalğalara təslim oldu 🌊
Özünü peyğəmbər elan edən bir şəxsin dənizi iki yerə ayırmağa çalışdığı görüntülər sosial mediada geniş yayılıb.
Videoda ağ geyimdə olan şəxsin sahildə dayanaraq Musa peyğəmbərin dənizi ayırması möcüzəsini təqlid etməyə çalışdığı görünür.
Ətrafda toplaşan insanlar əvvəlcə onu alqışlayaraq dəstəkləsələr də, bir müddət sonra güclü dalğa şəxsi çətin vəziyyətdə qoyub və o, geri çəkilməyə məcbur olub.
Görüntülər sosial şəbəkələrdə çoxsaylı yumoristik və istehzalı reaksiyalarla qarşılanıb. Bir sıra istifadəçilər paylaşıma cavab olaraq “təbiət qanunları ilə zarafat olmaz” kimi şərhlər yazıblar.
رسوایی مردی که میخواست مثل حضرت موسی دریا را بشکافد
#Musapeyğəmbər #təqlid #maraqlıhadisə

😁6🤬1
Millət vəkili: “🇮🇷 İranda 🇺🇸 amerikalı pilotlar həbs ediliblər” ✈️
Dünən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ABŞ və İran arasında baş vermiş müharibə zamanı amerikalı pilotların İranda saxlanıldığını açıqlayıb.
O, ILNA agentliyinə müsahibəsində bildirib ki, iki amerikalı pilot İranın hava məkanında uçuşlar həyata keçirib və onların İslam Respublikası tərəfindən həbs edildiyi deyilib.
Pilotların həqiqətən saxlanılıb-saxlanılmadığı barədə suala cavabında deputat “Bəli, həbs olunublar” ifadəsini işlədib.
Ərdəstani Donald Trampın pilotların xilas edilməsi ilə bağlı açıqlamalarına toxunaraq bunun uğursuzluğu gizlətmək məqsədi daşıdığını iddia edib.
#İran #millətvəkili #ABŞ #pilotlar #həbs

😁4
🇮🇷 İran mediası: “🇺🇸 ABŞ zərbələri nəticəsində balıqçılar həlak olub” 🚀🌊🚤
İran mediasının məlumatına görə, ötən gecə ABŞ-nin İranın hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində bir neçə iranlı balıqçı və bir dənizçi həyatını itirib. Bildirilir ki, hadisə Hörmüz boğazı ətrafında baş verib.
ABŞ ordusu isə daha əvvəl bölgədə yerləşən bəzi İran hərbi hədəflərinə “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı.
Bu hadisələr ABŞ və İran arasında davam edən atəşkəs və diplomatik danışıqlar fonunda baş verir.
#ABŞ #İran #hücum #balıqçı #ölüm

🔥2