Azad İran
5.73K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🛑 Müharibədən sonra 🇮🇷 Tehranda canlı musiqi yenidən səhnəyə qayıdır 🎤🎶

Həftələrlə davam edən hərbi gərginlik və qeyri-sabitlikdən sonra Tehranda canlı musiqi tədbirlərinin yenidən keçirilməsi İranda diqqət çəkən mədəni hadisələrdən birinə çevrilib.

İran, ABŞ və İsrail arasında təxminən 40 gün davam edən qarşıdurmadan sonra aprelin 8-də qüvvəyə minən kövrək atəşkəs paytaxtda gündəlik həyatın tədricən bərpasına şərait yaradıb.

Bu prosesin ən diqqətçəkən hadisələrindən biri Tehranın Müasir İncəsənət Muzeyində keçirilən “Cənubun mahnıları” adlı musiqi proqramı olub. Tədbirdə tanınmış iranlı musiqiçi Möhsün Şərifian yüzlərlə tamaşaçı qarşısında İranın ənənəvi musiqilərini ifa edib.

Konsert bir çox iranlı üçün yalnız musiqi tədbiri deyil, həm də müharibə sonrası emosional bərpa, milli kimlik və incəsənətin birləşdirici rolunun simvolu kimi dəyərləndirilib.

حواشی بازگشت موسیقی زنده به تهران

#İran #Tehran #musiqi #mədəniyyət #konsert #müharibə

Kanala abunə olun
🇮🇷 İran rəsmiləri 🇺🇸 ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün 🇶🇦 Qətərə yola düşüblər

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və Mərkəzi Bankın rəhbəri Əbdülnaser Hemməti Qətərə səfər ediblər.

Məlumata görə, Qalibaf və Əraqçı Dohada Qətərin baş naziri ilə görüşərək İran və ABŞ arasında mümkün razılaşma perspektivlərini müzakirə edəcəklər.

Danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, Tehran Qətərdə saxlanılan təxminən 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin dərhal azad edilməsini istəyir.

İran Mərkəzi Bankının rəhbərinin səfərinin isə maliyyə mexanizmlərinin koordinasiyası və birgə iqtisadi komissiyanın fəaliyyəti çərçivəsində həyata keçirildiyi bildirilib. (FarsNews)

#İran #parlamentsədri #XİN #Qətər #səfər

Kanala abunə olun
🇺🇸 Tramp: “🇮🇷 İranla razılaşma ya əla olacaq, ya da olmayacaq” 🗣📑

Bu gün ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı açıqlama verib. O, “Truth Sosial” platformasındakı paylaşımında bildirib ki, İranla bağlanacaq potensial razılaşma “ya çox yaxşı və məntiqli olacaq, ya da ümumiyyətlə baş tutmayacaq”.

Tramp paylaşımında həm demokratları, həm respublikaçıları, həm də proses barədə danışan bəzi şəxsləri tənqid edərək onların məsələ barədə məlumatlı olmadığını açıqlayıb.

ABŞ prezidenti Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini “fəlakətli” adlandırıb və həmin razılaşmanın İran üçün nüvə silahına aparan yol açdığını bildirib.

Onun sözlərinə görə, hazırkı danışıqlar əvvəlki nüvə sazişinin təkrarı olmayacaq.

#ABŞ #Tramp #İran #nüvəsazişi

Kanala abunə olun
WP: “🇮🇷 İran və 🇺🇸 ABŞ mümkün razılaşma üzərində işləyir” 📄

“The Washington Post” qəzeti yazır ki, ABŞ və İran regiondakı təhlükəsizlik və sanksiya məsələlərini əhatə edən mümkün razılaşma üzərində işləyirlər.

Nəşrin məlumatına əsasən, tərəflər arasında müzakirə olunan Anlaşma Memorandumu çərçivəsində Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması nəzərdə tutulur.

Məlumata görə, mümkün razılaşmanın əsas şərtləri bunlardır:
• danışıqlar dövründə 60 günlük atəşkəsin uzadılması;
• İranın Hörmüz boğazını 30 gün ərzində açması;
• ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi;
• İranın təxminən 12 milyard dollarlıq dondurulmuş aktivlərinin azad edilməsi;
• İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsi.

Tərəflərdən hələlik bu məlumatlarla bağlı rəsmi yekun açıqlama verilməyib. (Fars News)

#ABŞ #İran #HörmüzBoğazı #danışıqlar #atəşkəs

Kanala abunə olun
1
🇮🇷 Zahidanda silahlı oğurluq hadisəsi faciə ilə nəticələnib 🔥

Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində silahlı qarşıdurma baş verib.

Bildirilir ki, iki avtomobildə hərəkət edən silahlı şəxslər onları saxlamağa çalışan vətəndaşlara atəş açıblar. Nəticədə 3 mülki şəxs həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Məlumata əsasən, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər hadisə yerindən qaçıblar. (“Haalvsh” Teleqram kanalı)

کشته شدن سه شهروند بلوچ در پی درگیری با سارقان مسلح در منطقه مینویی شهرستان زاهدان

#İran #SistanBəlucistan #Zahidan #silahlıqarşıdurma #faciə

Kanala abunə olun
🇮🇷 İranda müdafiə sistemləri yenidən işə düşdü 🔥

Bu gün “Mehr News” agentliyi xəbər verib ki, Qeşm adasında müdafiə sistemlərinə aid olduğu ehtimal edilən səslər eşidilib.

Yerli sakinlərin məlumatına görə, adanın müxtəlif ərazilərində müdafiə fəaliyyətinə bənzər səslər qeydə alınıb.

Hadisənin mahiyyəti hələlik dəqiq müəyyən edilməyib və rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

خبرگزاری مهر عصر دوشنبه سوم خرداد ماه به نقل از ساکنان جزیره قشم از شنیده شدن صدای فعالیت پدافند در محدوده این جزیره ایرانی خبر داد.

#İran #Qeşm #müdafiəsistemləri

Kanala abunə olun
TƏCİLİ 🚨

🇮🇷 İran Fars körfəzində dron vurduğunu iddia edir 🚀💥✈️🌊🔥

SEPAH-a yaxın “Fars News” agentliyi xəbər verir ki, İranın Silahlı Qüvvələri Fars Körfəzi üzərində bir pilotsuz uçuş aparatını vurub.

Bildirilir ki, əməliyyat “Arəşha-ye Kəmangir” adlı yeni sistemlərdən istifadə olunmaqla həyata keçirilib. Əməliyyat “gizli imkanlara” malik sistem vasitəsilə icra olunub və bununla bağlı texniki detallar açıqlanmayıb.

Agentliyin iddiasına görə, bu hadisə “gizli dronların Fars Körfəzinin hava məkanına daxil ola bilməyəcəyinə dair mesaj” kimi dəyərləndirilir.

Qeyd edək ki, məlumat Qeşm adasında hava hücumundan müdafiə sistemlərinin işə düşməsinə dair xəbərlərdən qısa müddət sonra yayılıb.

#İran #SEPAH #FarsKörfəzi #dron #iddia

Kanala abunə olun
KİV: "🇵🇰 Pakistan 🇺🇸 ABŞ və 🇮🇷 İran arasındakı razılaşmada Çinin qarant qismində çıxış etməsini tələb edir"

Pakistanın Baş naziri Şahbaz Şərif ilə birlikdə Çinə yollanan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir, ABŞ və İran arasında gözlənilən hər hansı bir razılaşmada Çinin qarant rolunda çıxış etməsində israr edir.

Bu haqda "Al Hadath" kanalı öz mənbələrinə istinadən yazır.

Baş nazirin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti mayın 23-də Çinə 4 günlük rəsmi səfər edib.

#Pakistan #Çin #vasitəçilik #İran #ABŞ #danışıqlar #razılaşma

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Əfqan mühacirlər 🇮🇷İran-🇦🇫 Əfqanıstan sərhədində güllələniblər 😱😢

"Haalvsh" İnsan Haqları Mərkəzi xəbər verir ki, İranın cənub-şərqindəki Kəlle-Qan sərhəd bölgəsində sərhəd qüvvələrinin atəş açması nəticəsində azı yeddi əfqan miqrant həlak olub və yaralanıb.

Hadisə mayın 23-ü səhər saatlarında, bir qrup əfqan mühacirin İran sərhədini keçməyə çalışdığı vaxt baş verib.
Məlumata görə, sərhədçilər heç bir xəbərdarlıq etmədən onlara atəşə tutublar.
Miqrantların arasında qadınlar və uşaqlar da olub. Şahidlərin sözlərinə görə, onlardan bəziləri hətta təslim olmaq üçüb əllərini qaldırdıqdan sonra belə atışma dayanmayıb.

Bundan öncə üç nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir. Bu gün hadisədən sonra öldürülən mühacirlərdən birinin cəsədinin əks olunduğu yeni video yayılıb.

تصاویر پیکر یکی از مهاجران افغان؛ دست‌کم ۷ مهاجر در تیراندازی نیروهای هنگ مرزی در منطقه کله‌گان کشته و زخمی شدند

#İran #əfqanmühacirlər #ölüm

Kanala abunə olun
🇮🇷 Qalibafın başçılıq etdiyi İran nümayəndə heyəti bu gecə Tehrana qayıdacaq 🛩

Bu haqda "Al Mayadeen" kanalına iranlı mənbə məlumat verib.

Bu gün məlum olmuşdu ki, parlament sədri Məhəmmədbaqer Qalibaf və İranın xarici işlər naziri Abbas Əraqçı ölkə rəsmiləri ilə 🇺🇸 ABŞ arasında gözlənilən sazişi müzakirə etmək üçün 🇶🇦 Qətərə səfər ediblər.

#İran #Qalibaf #Əraqçı #ABŞ #Qətər

Kanala abunə olun
Al-Hadath: "🇮🇷 İran zənginləşdirilmiş uranını 🇨🇳 Çinə təhvil verməyə hazırdır"

İran yüksək dərəcədə zənginləşdirilmiş uranın Çinə təhvil verilməsi şərti ilə onu öz ərazisindən çıxarmağa hazır olduğunu bildirib.

Bu haqda "Al-Hadath" telekanalı yüksək rütbəli mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tehran Vaşinqtonla saziş bağlamazdan əvvəl Pekindən zəmanət almağa çalışır.

Mənbələr eləcə də bildirirlər ki, 🇵🇰 Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir yaxın vaxtlarda, böyük ehtimalla, 🇶🇦 Dohaya səfər edəcək.

Hazırda parlamentin sədri Məhəmmədbaqer Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti də Qətərdədır.

#İran #uran #Çin #razılaşma

Kanala abunə olun
1
🇮🇷 İranda internet yaxın günlərdə bərpa olunacaq 🌐⁉️

Birinci vitse-prezident Məhəmməd Rza Arifin sədrliyi ilə iclas keçirilib və internetin 2025-ci ilin dekabrından əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilib.

Hesabata əsasən, bu qərar 9 lehinə, 3 əleyhinə səslə təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib və təsdiq ediləcəyi təqdirdə icra olunması üçün Rabitə Nazirliyinə tapşırılacaq.
İran mediası bir neçə saat sonra Məhəmməd Rza Arifin qlobal internetin açılmasının zəruriliyi barədə fikirlərini dərc edib.
İranın Birinci vitse-prezidenti deyib: "Qayda pozan bir sürücüyə görə magistral yolu bağlamırlar.
Niyə elə etməliyik ki, bir tələbə akademik işləri üçün internetinin açılmasını yalvararaq istəsin?
Xalqa kömək etmək şüarı verib, əməldə isə xalqa güvənməyərək interneti onların üzünə bağlaya bilmərik.
Bu addımla ictimai kapitalı məhv edir və texnoloji inkişaf yolunu keçmək imkanını əldən veririk".
(Asr İran)

#İran #internet

Kanala abunə olun
😁2
🚨 TƏCİLİ

🇮🇷 İran prezidenti internetə çıxışın bərpası barədə rəsmi fərman imzalayıb
🌐

Pezeşkian deyib: "Biz insanların hüquqlarını özlərinə qaytarmaq üçün çətin bir yol keçdik".

#İran #internet #Pezeşkian

Kanala abunə olun
2
🇮🇷 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: “Heç bir geri çəkilmə olmayacaq” 🗣🤔

Məhəmmədbaqer Zulqədr bəyan edib: “Hərbi meydan, diplomatik nümayəndə heyəti və öz sarsılmaz müqavimətləri ilə ölkəyə dəstək nümayişlərində iştirak edən insanlar bunu göstərdi.

İndi ölkənin hər zamankından daha çox birliyə və həmrəyliyə ehtiyacı var ki, 🇺🇸 amerikalılar və 🇮🇱 "sionistlər" bu baxımdan da ümidsizliyə qapılsınlar”.


#İran #Zulqədr #ABŞ

Kanala abunə olun
🤮1
🇮🇷 İran Tehranın zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olması barədə iddiaları təkzib edir

İranın zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olması barədə xəbərlər yalandır.

Bu barədə İranın "Tasnim" informasiya agentliyi yazır.

Məqalədə qeyd olunur: "🇸🇦Səudiyyə mediasının bu xəbəri, eləcə də danışıqların təfərrüatları barədə digər bir çox məlumatları 🇺🇸 ABŞ-nin psixoloji əməliyyatına xidmət edir".

"Tasnim" habelə vurğulayıb ki, İran ABŞ ilə gözlənilən razılaşma çərçivəsində nüvə məsələsinə dair heç bir öhdəlik götürməyib.

Bu gün Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı İran mənbəyinə istinadən məlumat yaymışdı ki, İran öz zənginləşdirilmiş uranını Çinə çıxarmağa hazır olduğunu bildirib.

#İran #uran #xəbər #təkzib

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian: "Mənim prioritetim İran xalqının dolanışığı və həyatıdır" 🗣

İran prezidenti Məsud Pezeşkian Dövlət Televiziya və Radio Təşkilatının rəhbərliyi ilə görüşündəki çıxışında deyib:

"Mənim prioritetim İran xalqının dolanışığı və yaşayışıdır.

Əgər bu problemlər həll olunarsa, Amerika və İsrail ölkəmizdə plan qura bilməzlər.

Özünütəminetmə və qənaət məsələlərində hökumətə kömək edə bilərsiniz.

Əgər israfçılıq etməsək, ölkəni elə idarə edə bilərik ki, heç bir çətinliklə qarşılaşmayaq.

Bizim birliyə və həmrəyliyə ehtiyacımız var.
Xalqın qarşısında xəcalətli qalmamaq üçün bizə kömək edə biləcək hər kəsi əməkdaşlığa dəvət edirik".


پزشکیان: اولویت من معیشت و زندگی مردم ایران است/ما نیاز به وحدت و همدلی داریم

#İran #Pezeşkian #xalq #birlik

Kanala abunə olun