Azad İran
5.74K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran və 🇷🇺 Rusiya gömrük əməkdaşlığını genişləndirməyi müzakirə edib

İranın Rusiyadakı səfiri Kazım Cəlali Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Valeri Pikalevlə görüşüb.

Tərəflər görüş zamanı İran və Rusiya arasında iqtisadi, ticarət və gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Cəlali ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri zamanı Rusiyanın göstərdiyi dəstəyə görə təşəkkür edib və Tehranın milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bildirib.

İran diplomatı gömrük əməkdaşlığını iki ölkə arasında ticarətin inkişafı üçün mühüm amil adlandırıb və ticarət dövriyyəsinin artım perspektivlərini müsbət qiymətləndirib.

Valeri Pikalev isə İranı Rusiyanın əsas tərəfdaşlarından biri kimi xarakterizə edib və bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 20 faizdən çox artıb. (İranın Rusiyadakı səfirliyinin “Telegram” kanalı)

#İran #Rusiya #ticarət #gömrükəməkdaşlığı

Kanala abunə olun
Təbrizdə həlak olmuş 🇦🇿 Azərbaycan konsulu torpağa tapşırılıb ⚰️🪦😢

Yol qəzasında həlak olan Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil İmranov son mənzilə yola salınıb.

Diplomat doğulduğu Göyçay rayonunun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ramil İmranov iki gün əvvəl xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişib. Hadisə Culfa–Təbriz avtomobil yolunda, Mərənd qəsəbəsi yaxınlığında baş verib. Diplomatın olduğu avtomobil ağır yol-nəqliyyat qəzasına uğrayıb.

#Azərbaycan #Təbriz #konsul #dəfn

Kanala abunə olun
🛑 Müharibədən sonra 🇮🇷 Tehranda canlı musiqi yenidən səhnəyə qayıdır 🎤🎶

Həftələrlə davam edən hərbi gərginlik və qeyri-sabitlikdən sonra Tehranda canlı musiqi tədbirlərinin yenidən keçirilməsi İranda diqqət çəkən mədəni hadisələrdən birinə çevrilib.

İran, ABŞ və İsrail arasında təxminən 40 gün davam edən qarşıdurmadan sonra aprelin 8-də qüvvəyə minən kövrək atəşkəs paytaxtda gündəlik həyatın tədricən bərpasına şərait yaradıb.

Bu prosesin ən diqqətçəkən hadisələrindən biri Tehranın Müasir İncəsənət Muzeyində keçirilən “Cənubun mahnıları” adlı musiqi proqramı olub. Tədbirdə tanınmış iranlı musiqiçi Möhsün Şərifian yüzlərlə tamaşaçı qarşısında İranın ənənəvi musiqilərini ifa edib.

Konsert bir çox iranlı üçün yalnız musiqi tədbiri deyil, həm də müharibə sonrası emosional bərpa, milli kimlik və incəsənətin birləşdirici rolunun simvolu kimi dəyərləndirilib.

حواشی بازگشت موسیقی زنده به تهران

#İran #Tehran #musiqi #mədəniyyət #konsert #müharibə

Kanala abunə olun
🇮🇷 İran rəsmiləri 🇺🇸 ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün 🇶🇦 Qətərə yola düşüblər

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və Mərkəzi Bankın rəhbəri Əbdülnaser Hemməti Qətərə səfər ediblər.

Məlumata görə, Qalibaf və Əraqçı Dohada Qətərin baş naziri ilə görüşərək İran və ABŞ arasında mümkün razılaşma perspektivlərini müzakirə edəcəklər.

Danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, Tehran Qətərdə saxlanılan təxminən 12 milyard dollar dəyərində dondurulmuş İran aktivlərinin dərhal azad edilməsini istəyir.

İran Mərkəzi Bankının rəhbərinin səfərinin isə maliyyə mexanizmlərinin koordinasiyası və birgə iqtisadi komissiyanın fəaliyyəti çərçivəsində həyata keçirildiyi bildirilib. (FarsNews)

#İran #parlamentsədri #XİN #Qətər #səfər

Kanala abunə olun
🇺🇸 Tramp: “🇮🇷 İranla razılaşma ya əla olacaq, ya da olmayacaq” 🗣📑

Bu gün ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı açıqlama verib. O, “Truth Sosial” platformasındakı paylaşımında bildirib ki, İranla bağlanacaq potensial razılaşma “ya çox yaxşı və məntiqli olacaq, ya da ümumiyyətlə baş tutmayacaq”.

Tramp paylaşımında həm demokratları, həm respublikaçıları, həm də proses barədə danışan bəzi şəxsləri tənqid edərək onların məsələ barədə məlumatlı olmadığını açıqlayıb.

ABŞ prezidenti Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini “fəlakətli” adlandırıb və həmin razılaşmanın İran üçün nüvə silahına aparan yol açdığını bildirib.

Onun sözlərinə görə, hazırkı danışıqlar əvvəlki nüvə sazişinin təkrarı olmayacaq.

#ABŞ #Tramp #İran #nüvəsazişi

Kanala abunə olun
WP: “🇮🇷 İran və 🇺🇸 ABŞ mümkün razılaşma üzərində işləyir” 📄

“The Washington Post” qəzeti yazır ki, ABŞ və İran regiondakı təhlükəsizlik və sanksiya məsələlərini əhatə edən mümkün razılaşma üzərində işləyirlər.

Nəşrin məlumatına əsasən, tərəflər arasında müzakirə olunan Anlaşma Memorandumu çərçivəsində Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması nəzərdə tutulur.

Məlumata görə, mümkün razılaşmanın əsas şərtləri bunlardır:
• danışıqlar dövründə 60 günlük atəşkəsin uzadılması;
• İranın Hörmüz boğazını 30 gün ərzində açması;
• ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvi;
• İranın təxminən 12 milyard dollarlıq dondurulmuş aktivlərinin azad edilməsi;
• İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürməsi.

Tərəflərdən hələlik bu məlumatlarla bağlı rəsmi yekun açıqlama verilməyib. (Fars News)

#ABŞ #İran #HörmüzBoğazı #danışıqlar #atəşkəs

Kanala abunə olun
1
🇮🇷 Zahidanda silahlı oğurluq hadisəsi faciə ilə nəticələnib 🔥

Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində silahlı qarşıdurma baş verib.

Bildirilir ki, iki avtomobildə hərəkət edən silahlı şəxslər onları saxlamağa çalışan vətəndaşlara atəş açıblar. Nəticədə 3 mülki şəxs həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Məlumata əsasən, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər hadisə yerindən qaçıblar. (“Haalvsh” Teleqram kanalı)

کشته شدن سه شهروند بلوچ در پی درگیری با سارقان مسلح در منطقه مینویی شهرستان زاهدان

#İran #SistanBəlucistan #Zahidan #silahlıqarşıdurma #faciə

Kanala abunə olun