Azad İran
5.74K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇺🇸 İran XİN: “Danışıqlarda əsas diqqət müharibənin bitməsinə yönəlib” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə danışıqlar prosesi haqqında açıqlama verib.

Diplomat bildirib ki, hazırkı mərhələdə əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının texniki detalları müzakirə mövzusu deyil.

Bəqayi deyib ki, diplomatik heyət hökumətin müəyyən etdiyi vəzifələr çərçivəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, “təhdidlər, təzyiqlər və görüntülər” xarici siyasətin bir hissəsidir, ancaq İran real vəziyyətə əsaslanaraq hərəkət edir.

XİN rəsmisi əlavə edib ki, İran xalqının təcavüzkarlara qarşı mövqeyi ölkənin gücünü nümayiş etdirib və diplomatik proses bu reallıqlar nəzərə alınaraq davam edir. (Snn.ir)

#İran #XİN #diplomatiya #danışıqlar

Kanala abunə olun
1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Heç kim 🇺🇸 ABŞ ilə razılaşmaya yaxın olduğumuzu deyə bilməz” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə keçirilən brifinqdə ABŞ ilə danışıqlar prosesinə dair açıqlama verib.

Onun sözlərinə görə, son həftələrdə aparılan danışıqlar müəyyən nəticələr olsa da, bunu yaxın zamanda razılaşmanın imzalanacağı kimi təqdim etmək düzgün deyil.

Bəqayi deyib ki, proses Pakistanın vasitəçiliyi və digər ölkələrin iştirakı ilə aparılıb və bəzi məsələlərdə irəliləyiş əldə olunub. Ancaq onun fikrincə, “heç kim razılığa yaxın olduğumuzu iddia edə bilməz”.

ABŞ rəsmilərinin mövqelərinin tez-tez dəyişdiyini vurğulayan XİN rəsmisi bunun istənilən dialoqa maneə yaratdığını bildirib. O, əlavə edib ki, İran diplomatik danışıqlarda da milli maraqları qorumağa davam edəcək. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
Millət vəkili: “🇮🇷 İran təhdidlərə boyun əyməyəcək” 🤔

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi “X” hesabındakı paylaşımında İranın təzyiqlərə boyun əyməyəcəyini bildirib.

O qeyd edib: "İran məcburiyyət və ya təhdidlərə boyun əyməyəcək. Əgər razılaşma istəyirlərsə, danışıqlar aparsınlar. Əgər 6 dollarlıq qaz istəyirlərsə, ayaqlarının altında ot bitənə qədər orada dayanıb blöf etsinlər”.

"Müharibə zamanı taktikamız "gözə göz", diplomatik müharibədə "hərəkətə hərəkət"dir. Məğlub prezidentin blöfünə inanmayın. Zaman amerikalılara qarşıdır”, - deyə, millət vəkili vurğulayıb.

#İran #millətvəkili #ABŞ #təhdid

Kanala abunə olun
🔥1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçının 🇺🇸 ABŞ-yə səfəri ləğv edildi ✈️

İran xarici işlər naziri Abbas Əraqçının BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ləğv edilib.

Bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, səfərin baş tutmamasına viza problemi səbəb olub.

Bəqayinin sözlərinə görə, əgər əlavə maneələr olmasaydı, nazirin səfəri həyata keçiriləcəkdi. (Snn.ir)

#İran #Əraqçı #XİN #BMT #ABŞ

Kanala abunə olun
1
🚨TƏCİLİ

🇮🇷 İranda qaz emalı zavodu partladı: yaralananlar var 🏭💥


Bu gün Əsəluyə şəhərində yerləşən qaz emalı zavodunda partlayış baş verib.

Cənubi Pars Qaz Kompleksinin nümayəndəsinin məlumatına görə, hadisə səhər saatlarında müharibədən zərər görmüş altıncı Əsəluyə qaz zavodunda bərpa və təmizlik işləri aparılarkən qeydə alınıb.

Partlayış nəticəsində bərpa işlərində çalışan podratçı şirkətin üç işçisi yaralanıb.

Yaralıların xəstəxanaya çatdırıldığı və onların vəziyyətinin nəzarətdə olduğu bildirilir.

#İran #Əsəluyə #CənubiPars #partlayış

Kanala abunə olun
Azad İran
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz…
🛑 Təbrizdə həlak olan konsulun cənazəsi 🇦🇿 Azərbaycana təhvil verilib ⚰️😢

Bu gün Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

#Təbriz #Azərbaycan #konsul #qəza

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇺🇸 ABŞ arasında mümkün razılaşma ətrafında fikir ayrılıqları davam edir

İran Silahlı Qüvvələrinin koordinator müavini Həbibullah Səyyari Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı açıqlama verib.

O, jurnalistlərin danışıqlarla bağlı suallarına cavabında “Mən hətta razılaşmanın nə olduğunu da bilmirəm” deyib.

Açıqlama İsrailin “Channel 14” telekanalının İran və ABŞ arasında mümkün ilkin razılaşmada əsas mübahisəli məsələlərdən birinin 22 milyard dollar olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib. Məlumata görə, Tehran bu məbləğin qısa müddətdə təmin olunmasını istəyir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, əgər razılaşma əldə olunarsa, bu, “yaxşı və düzgün” olacaq və əvvəlki Obama administrasiyası dövründə imzalanmış nüvə sazişinin şərtlərini təkrarlamayacaq.

Tərəflər arasında mümkün razılaşmanın detalları və şərtləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bildirilir.

#İran #ABŞ #danışıqlar #nüvəsazişi

Kanala abunə olun
🇮🇷 İran Səhiyyə Nazirliyi: “Müctəba Xameneyi yüngül xəsarətlər alıb” 👳‍♂️👨‍⚕️

İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, Müctəba Xameneyi üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb və mart ayının əvvəlində xəstəxanadan buraxılıb.

Onun sözlərinə görə, Xameneyi martın 1-i saat 02:00-a qədər müalicə altında olub.

Kermanpur qeyd edib ki, “belə bombardman şəraitində olan bir şəxsin tam sağlam qalması gözlənilmirdi”, lakin səthi xəsarətlərdən başqa ciddi problem aşkarlanmayıb.

O bildirib ki, hadisə zamanı səhiyyə naziri də xəstəxanada olub və yaralanan digər şəxslərə tikiş və lokal anesteziya tətbiq edilib.

#İran #MüctəbaXameneyi #SəhiyyəNazirliyi

Kanala abunə olun
😁1
🇮🇷 İran və 🇷🇺 Rusiya gömrük əməkdaşlığını genişləndirməyi müzakirə edib

İranın Rusiyadakı səfiri Kazım Cəlali Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Valeri Pikalevlə görüşüb.

Tərəflər görüş zamanı İran və Rusiya arasında iqtisadi, ticarət və gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Cəlali ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri zamanı Rusiyanın göstərdiyi dəstəyə görə təşəkkür edib və Tehranın milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bildirib.

İran diplomatı gömrük əməkdaşlığını iki ölkə arasında ticarətin inkişafı üçün mühüm amil adlandırıb və ticarət dövriyyəsinin artım perspektivlərini müsbət qiymətləndirib.

Valeri Pikalev isə İranı Rusiyanın əsas tərəfdaşlarından biri kimi xarakterizə edib və bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 20 faizdən çox artıb. (İranın Rusiyadakı səfirliyinin “Telegram” kanalı)

#İran #Rusiya #ticarət #gömrükəməkdaşlığı

Kanala abunə olun
Təbrizdə həlak olmuş 🇦🇿 Azərbaycan konsulu torpağa tapşırılıb ⚰️🪦😢

Yol qəzasında həlak olan Azərbaycanın Təbriz şəhərindəki konsulu Ramil İmranov son mənzilə yola salınıb.

Diplomat doğulduğu Göyçay rayonunun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ramil İmranov iki gün əvvəl xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişib. Hadisə Culfa–Təbriz avtomobil yolunda, Mərənd qəsəbəsi yaxınlığında baş verib. Diplomatın olduğu avtomobil ağır yol-nəqliyyat qəzasına uğrayıb.

#Azərbaycan #Təbriz #konsul #dəfn

Kanala abunə olun
🛑 Müharibədən sonra 🇮🇷 Tehranda canlı musiqi yenidən səhnəyə qayıdır 🎤🎶

Həftələrlə davam edən hərbi gərginlik və qeyri-sabitlikdən sonra Tehranda canlı musiqi tədbirlərinin yenidən keçirilməsi İranda diqqət çəkən mədəni hadisələrdən birinə çevrilib.

İran, ABŞ və İsrail arasında təxminən 40 gün davam edən qarşıdurmadan sonra aprelin 8-də qüvvəyə minən kövrək atəşkəs paytaxtda gündəlik həyatın tədricən bərpasına şərait yaradıb.

Bu prosesin ən diqqətçəkən hadisələrindən biri Tehranın Müasir İncəsənət Muzeyində keçirilən “Cənubun mahnıları” adlı musiqi proqramı olub. Tədbirdə tanınmış iranlı musiqiçi Möhsün Şərifian yüzlərlə tamaşaçı qarşısında İranın ənənəvi musiqilərini ifa edib.

Konsert bir çox iranlı üçün yalnız musiqi tədbiri deyil, həm də müharibə sonrası emosional bərpa, milli kimlik və incəsənətin birləşdirici rolunun simvolu kimi dəyərləndirilib.

حواشی بازگشت موسیقی زنده به تهران

#İran #Tehran #musiqi #mədəniyyət #konsert #müharibə

Kanala abunə olun