Azad İran
5.73K subscribers
36.6K photos
22K videos
15 files
9.44K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨SON DƏQİQƏ

🇮🇷 İran və 🇺🇸 ABŞ arasında anlaşma sazişi ləğv edilə bilər ⚠️

Bu haqda Təsnim xəbər agentliyi yazıb:

TasnimNews»a daxil olan məlumata görə, bu gün keçirilən bəzi müzakirələrə baxmayaraq, ABŞ razılaşmanın müəyyən bəndlərində, xüsusilə də İranın dondurulmuş vəsaitlərinin geri qaytarılması məsələsində çətinliklər yaratmağa davam edir.

Bu mövzular hələ də həll olunmamış qalır.

Bu səbəbdən, hazırda razılaşmanın tamamilə ləğv olunma ehtimalı var.
İran tərəfi isə xalqın hüquqlarını müdafiə etmək üçün öz qırmızı xətlərindən əsla güzəştə getməyəcəyini qətiyyətlə bildirib".

#İran #ABŞ #danışıqlar #razılaşma

Kanala abunə olun
😁3👏1
🇪🇬 Əbdülati və 🇪🇺 Kallas regional 🇮🇷 İran-🇺🇸 ABŞ danışıqlarını müzakirə ediblər ☎️
​ 

Misirin xarici işlər naziri Bədr Əbdülativə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.
Yaxın Şərqdəki mövcud vəziyyət və ABŞ-İran danışıqlarının gedişatı müzakirə olunub.
Əbdülati regional tərəfdaşlarla koordinasiyalı şəkildə gərginliyi azaltmaq və növbəti eskalasiyanın qarşısını almaq məqsədilə Qahirənin göstərdiyi səylər barədə Kallasa məlumat verib.
​Kallas öz növbəsində Misirin regionda vəziyyətin sabitləşməsindəki rolunu yüksək qiymətləndirib və Aİ-nin Qahirə ilə koordinasiyanı və məsləhətləşmələri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

#Misir #Avropa #İran #ABŞ

Kanala abunə olun
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Rubio: "🇮🇷 İran öz vəsaitlərini 🇱🇧 Hizbullah və 🇵🇸HƏMAS-a xərcləyir" 🗣

ABŞ dövlət katibi Marko Rubio deyib: "İran öz xalqından daha çox HƏMAS-ın təcavüzkar və qatillərinə investisiya qoymağı üstün tutur.

BBC və digər media orqanları bu insanların İranda nə qədər şər olduqlarını və bütün dünyada insanlara vurduqları zərəri işıqlandırmalıdırlar".


#ABŞ #Rubio #İran #HƏMAS

Kanala abunə olun
👏41
🇺🇸 Tramp ABŞ-🇮🇷 İran münaqişəsi fonunda müharibə ehtimalı anonsu verdi? 🚀

ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabındakı paylaşımında üzərində ingiliscə "THANK YOU FOR YOUR ATTENTION TO THIS MATTER!" ("Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!") yazılmış bir bomba təsviri nümayiş etdirib.

#ABŞ #Tramp #İran #müharibə #xəbərdarlıq #bomba #təsvir

Kanala abunə olun
🔥1😁1
🇺🇸 Tramp 🇮🇷 İran Sazişi haqda paylaşım etdi

ABŞ prezidenti Donald Tramp yazıb: "İranla bir saziş bağlasam, bu, Obama tərəfindən bağlanan, İrana külli miqdarda NAĞD PUL və nüvə silahına doğru aydın, açıq bir yol verən saziş kimi deyil, yaxşı və lazımi bir saziş olacaq.

Bizim sazişimiz bunun tam əksidir, lakin hələ heç kim onu görməyib və nə olduğunu bilmir.
O, hələ tam müzakirə belə olunmayıb.
Ona görə də, haqqında heç nə bilmədikləri bir şeyi tənqid edən uğursuzlara qulaq asmayın.

Bu problemi illər öncə həll etməli olan məndən əvvəlkilərdən fərqli olaraq, mən pis sazişlər bağlamıram!"

#ABŞ #Tramp #İran #saziş

Kanala abunə olun
1😁1
NYP: “🇺🇸 ABŞ–🇮🇷 İran razılaşması bir həftəyə yekunlaşa bilər” 🌊☢️

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi “New York Post” qəzetinə bildirib ki, ABŞ və İran arasında mümkün razılaşmanın yekunlaşdırılması bir həftəyə qədər vaxt apara bilər.

Rəsmisinin sözlərinə görə, əgər Tehran razılaşmanın şərtlərini qəbul etməsə, ABŞ prezidenti Donald Tramp danışıqlar prosesindən geri çəkilə bilər.

Mənbə qeyd edib ki, Tehrandakı mövcud vəziyyət razılaşmanın yekunlaşdırılması prosesini ləngidir.

Bildirilib ki, yekun sənədin müharibənin başlanğıcından bəri gizləndiyi və yaralandığı iddia olunan İranın ali lideri Müctəba Xameneiyə çatdırılması bir neçə gün çəkə bilər.

ABŞ rəsmisi əlavə edib ki, Hörmüz boğazının tam açılması və İran limanlarına tətbiq olunan ABŞ blokadasının dayandırılması təxminən yeddi gün davam edə bilər. (Independent Persian)

#ABŞ #İran #Hörmüzboğazı #razılaşma

Kanala abunə olun
🤔1
🇮🇷 İranda daha bir etirazçı edam edildi 👨‍⚖️😢

Bu gün İsfahan əyalətinin Nain şəhərində yanvar ayında keçirilən etiraz aksiyaları zamanı saxlanılan Abbas Əkbəri Feyzabadi dar ağacından asılıb.

İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı - “Mizan Online” agentliyinin məlumatına görə, o, “hakimiyyətə qarşı silahlı üsyan”, “dövlət əmlakını qəsdən məhv etmək, ictimai təhlükəsizliyi pozmaq və “ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə sui-qəsd” ittihamları ilə mühakimə olunub.

Məhkəmə iddia edib ki, Abbas Əkbəri Feyzabadi silah daşıdığını və açıq ərazidə atəş açdığını etiraf edib.

Bildirilir ki, atışma görüntüləri, onun evindən silahın aşkarlanması ilə bağlı polis hesabatı məhkəmədə sübut kimi təqdim olunub.

İran Ali Məhkəməsi edam hökmünü qüvvədə saxlayaraq qərarın iş materialları, sübutlar və təqsirləndirilən şəxsin etirafı əsasında qəbul edildiyini bildirib.

#İran #etirazçı #məhbus #edam

Kanala abunə olun
👎3😢1
CBS: “🇮🇷 İran hakimiyyəti bunker rejimində işləyir”

CBS telekanalı xəbər verir ki, İran hakimiyyəti daxilində əlaqə və koordinasiya problemləri ciddi şəkildə artıb.

Məlumata görə, yüksək vəzifəli İran rəsmilərinin əksəriyyəti möhkəmləndirilmiş yeraltı bunkerlərdə yerləşdirilib və onlar həftələrlə yeraltında qalırlar.

Bildirilib ki, rəsmilər yalnız fövqəladə hallarda bir-biri ilə əlaqə saxlayır və bu vəziyyət hökumət daxilində koordinasiyanı çətinləşdirir.
Amerikalı mənbələrdən biri İran rəsmilərinin əlaqə qurmaq cəhdlərini “sitkom”a bənzədərək bildirib: “Onların bir-biri ilə ünsiyyət qurmağa çalışmasını izləmək sitkom kimidir. Bu, tamamilə məyusedicidir”.

Qeyd edilir ki, İran ali liderinin yerləşdiyi məkan barədə məlumat çox məhdud sayda şəxsdə mövcuddur və bir çox yüksək vəzifəli dövlət rəsmisi onun harada olduğunu bilmir.

#İran #bunkerrejimi #əlaqə

Kanala abunə olun
😁4
🇮🇱 Netanyahu: “🇮🇷 İran heç vaxt nüvə silahına sahib olmayacaq” ☢️

Dünən İsrailin baş naziri Benyamin Netanyahu “X” hesabında ABŞ prezidenti Donald Trampla birlikdə süni intellekt vasitəsilə hazırlanmış görüntünü paylaşıb.

Paylaşımda Netanyahu və Tramp iki ölkənin bayraqları, Yaxın Şərqin xəritəsi və qırıcıların fonunda əks olunub.

Təsvirin üzərində isə “İran heç vaxt nüvə silahına sahib olmayacaq” ifadəsi yer alıb.

#ABŞ #İsrail #İran #nüvəsilahı

Kanala abunə olun
2👍1🤮1
Xameneyinin müşaviri: “🇮🇷 İran NPT-dən çıxa bilər” 👮‍♂️☢️

SEPAH-ın keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi bildirib ki, xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

Rzayinin sözlərinə görə, “bu tendensiya davam edərsə, İranın strateji və ehtiyat tədbirlərindən biri NPT-dən mümkün çıxış ola bilər və bu, qarşı tərəf üçün ağır nəticələr doğurar”.

O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti üçün hüquqi və təhlükəsizlik əsasları mövcuddur.

Rzayi əlavə edib ki, ölkə hazırda həssas mərhələdən keçir: “Bir tərəfdən müdafiə qüvvələrimiz tam hazırlıq vəziyyətindədir, digər tərəfdən İran rəsmiləri xalqın hüquqlarının təmin olunması üçün diplomatik danışıqları davam etdirirlər”. (Tasnim News)

#İran #SEPAH #NPT #HörmüzBoğazı #nüvəprogramı

Kanala abunə olun
🤮2
Media is too big
VIEW IN TELEGRAM
Rubio: “🇺🇸 ABŞ 🇮🇷 İranla bağlı diplomatiyaya şans vermək istəyir” 🗣

Bu gün ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Vaşinqtonun diplomatik həll variantına üstünlük verdiyini bildirib.

Rubio deyib ki, hazırda masada Hörmüz boğazının açılması və nüvə məsələləri üzrə “real, önəmli və vaxt məhdudiyyətli” danışıqlar üçün ciddi imkan mövcuddur. Onun sözlərinə görə, bu təşəbbüs həm Körfəz regionunda, həm də beynəlxalq səviyyədə geniş dəstək qazanıb.

ABŞ dövlət katibi əlavə edib ki, prezident Donald Tramp tələsmir və Vaşinqton zəif və ya əlverişsiz razılaşmanı qəbul etməyəcək. “Prezident pis razılaşmaya getməyəcək. Görək nə baş verəcək”, - deyə Rubio vurğulayıb.

O qeyd edib ki, ABŞ alternativ addımları nəzərdən keçirməzdən əvvəl diplomatiyaya uğur qazanmaq üçün bütün imkanları verəcək.

#ABŞ #Rubio #İran #HörmüzBoğazı #diplomatiya

Kanala abunə olun
🛑 TƏCİLİ

Qalibaf yenidən 🇮🇷 İran parlamentinin sədri seçildi


Bu gün İranda parlamentin Rəyasət Heyətinə keçirilən seçkilər başa çatıb.

Səsvermə səhər saat 07:30-da başlayıb və bir neçə saat davam edib. Millət vəkilləri parlament rəhbərliyinin 12 üzvünü, o cümlədən sədr, iki sədr müavinini, altı katibi və üç müşahidəçini birbaşa səsvermə yolu ilə seçiblər.

Məlumata görə, Məhəmməd Bağır Qalibaf yenidən parlamentin sədri seçilib və daha bir il müddətinə bu vəzifədə qalacaq.

Rəsmi nəticələrin digər postlar üzrə də qısa müddətdə açıqlanacağı bildirilir.

#İran #parlament #Qalibaf #seçki

Kanala abunə olun
🤮21
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇺🇸 İran XİN: “Danışıqlarda əsas diqqət müharibənin bitməsinə yönəlib” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə danışıqlar prosesi haqqında açıqlama verib.

Diplomat bildirib ki, hazırkı mərhələdə əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının texniki detalları müzakirə mövzusu deyil.

Bəqayi deyib ki, diplomatik heyət hökumətin müəyyən etdiyi vəzifələr çərçivəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, “təhdidlər, təzyiqlər və görüntülər” xarici siyasətin bir hissəsidir, ancaq İran real vəziyyətə əsaslanaraq hərəkət edir.

XİN rəsmisi əlavə edib ki, İran xalqının təcavüzkarlara qarşı mövqeyi ölkənin gücünü nümayiş etdirib və diplomatik proses bu reallıqlar nəzərə alınaraq davam edir. (Snn.ir)

#İran #XİN #diplomatiya #danışıqlar

Kanala abunə olun
1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Heç kim 🇺🇸 ABŞ ilə razılaşmaya yaxın olduğumuzu deyə bilməz” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərlə keçirilən brifinqdə ABŞ ilə danışıqlar prosesinə dair açıqlama verib.

Onun sözlərinə görə, son həftələrdə aparılan danışıqlar müəyyən nəticələr olsa da, bunu yaxın zamanda razılaşmanın imzalanacağı kimi təqdim etmək düzgün deyil.

Bəqayi deyib ki, proses Pakistanın vasitəçiliyi və digər ölkələrin iştirakı ilə aparılıb və bəzi məsələlərdə irəliləyiş əldə olunub. Ancaq onun fikrincə, “heç kim razılığa yaxın olduğumuzu iddia edə bilməz”.

ABŞ rəsmilərinin mövqelərinin tez-tez dəyişdiyini vurğulayan XİN rəsmisi bunun istənilən dialoqa maneə yaratdığını bildirib. O, əlavə edib ki, İran diplomatik danışıqlarda da milli maraqları qorumağa davam edəcək. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
Millət vəkili: “🇮🇷 İran təhdidlərə boyun əyməyəcək” 🤔

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi “X” hesabındakı paylaşımında İranın təzyiqlərə boyun əyməyəcəyini bildirib.

O qeyd edib: "İran məcburiyyət və ya təhdidlərə boyun əyməyəcək. Əgər razılaşma istəyirlərsə, danışıqlar aparsınlar. Əgər 6 dollarlıq qaz istəyirlərsə, ayaqlarının altında ot bitənə qədər orada dayanıb blöf etsinlər”.

"Müharibə zamanı taktikamız "gözə göz", diplomatik müharibədə "hərəkətə hərəkət"dir. Məğlub prezidentin blöfünə inanmayın. Zaman amerikalılara qarşıdır”, - deyə, millət vəkili vurğulayıb.

#İran #millətvəkili #ABŞ #təhdid

Kanala abunə olun
🔥1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçının 🇺🇸 ABŞ-yə səfəri ləğv edildi ✈️

İran xarici işlər naziri Abbas Əraqçının BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri ləğv edilib.

Bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, səfərin baş tutmamasına viza problemi səbəb olub.

Bəqayinin sözlərinə görə, əgər əlavə maneələr olmasaydı, nazirin səfəri həyata keçiriləcəkdi. (Snn.ir)

#İran #Əraqçı #XİN #BMT #ABŞ

Kanala abunə olun
1
🚨TƏCİLİ

🇮🇷 İranda qaz emalı zavodu partladı: yaralananlar var 🏭💥


Bu gün Əsəluyə şəhərində yerləşən qaz emalı zavodunda partlayış baş verib.

Cənubi Pars Qaz Kompleksinin nümayəndəsinin məlumatına görə, hadisə səhər saatlarında müharibədən zərər görmüş altıncı Əsəluyə qaz zavodunda bərpa və təmizlik işləri aparılarkən qeydə alınıb.

Partlayış nəticəsində bərpa işlərində çalışan podratçı şirkətin üç işçisi yaralanıb.

Yaralıların xəstəxanaya çatdırıldığı və onların vəziyyətinin nəzarətdə olduğu bildirilir.

#İran #Əsəluyə #CənubiPars #partlayış

Kanala abunə olun
Azad İran
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz…
🛑 Təbrizdə həlak olan konsulun cənazəsi 🇦🇿 Azərbaycana təhvil verilib ⚰️😢

Bu gün Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

#Təbriz #Azərbaycan #konsul #qəza

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇺🇸 ABŞ arasında mümkün razılaşma ətrafında fikir ayrılıqları davam edir

İran Silahlı Qüvvələrinin koordinator müavini Həbibullah Səyyari Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı açıqlama verib.

O, jurnalistlərin danışıqlarla bağlı suallarına cavabında “Mən hətta razılaşmanın nə olduğunu da bilmirəm” deyib.

Açıqlama İsrailin “Channel 14” telekanalının İran və ABŞ arasında mümkün ilkin razılaşmada əsas mübahisəli məsələlərdən birinin 22 milyard dollar olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib. Məlumata görə, Tehran bu məbləğin qısa müddətdə təmin olunmasını istəyir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, əgər razılaşma əldə olunarsa, bu, “yaxşı və düzgün” olacaq və əvvəlki Obama administrasiyası dövründə imzalanmış nüvə sazişinin şərtlərini təkrarlamayacaq.

Tərəflər arasında mümkün razılaşmanın detalları və şərtləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bildirilir.

#İran #ABŞ #danışıqlar #nüvəsazişi

Kanala abunə olun
🇮🇷 İran Səhiyyə Nazirliyi: “Müctəba Xameneyi yüngül xəsarətlər alıb” 👳‍♂️👨‍⚕️

İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, Müctəba Xameneyi üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb və mart ayının əvvəlində xəstəxanadan buraxılıb.

Onun sözlərinə görə, Xameneyi martın 1-i saat 02:00-a qədər müalicə altında olub.

Kermanpur qeyd edib ki, “belə bombardman şəraitində olan bir şəxsin tam sağlam qalması gözlənilmirdi”, lakin səthi xəsarətlərdən başqa ciddi problem aşkarlanmayıb.

O bildirib ki, hadisə zamanı səhiyyə naziri də xəstəxanada olub və yaralanan digər şəxslərə tikiş və lokal anesteziya tətbiq edilib.

#İran #MüctəbaXameneyi #SəhiyyəNazirliyi

Kanala abunə olun
😁1
🇮🇷 İran və 🇷🇺 Rusiya gömrük əməkdaşlığını genişləndirməyi müzakirə edib

İranın Rusiyadakı səfiri Kazım Cəlali Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Valeri Pikalevlə görüşüb.

Tərəflər görüş zamanı İran və Rusiya arasında iqtisadi, ticarət və gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Cəlali ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri zamanı Rusiyanın göstərdiyi dəstəyə görə təşəkkür edib və Tehranın milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bildirib.

İran diplomatı gömrük əməkdaşlığını iki ölkə arasında ticarətin inkişafı üçün mühüm amil adlandırıb və ticarət dövriyyəsinin artım perspektivlərini müsbət qiymətləndirib.

Valeri Pikalev isə İranı Rusiyanın əsas tərəfdaşlarından biri kimi xarakterizə edib və bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 20 faizdən çox artıb. (İranın Rusiyadakı səfirliyinin “Telegram” kanalı)

#İran #Rusiya #ticarət #gömrükəməkdaşlığı

Kanala abunə olun