This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yeni siyasi şou: qadın silah və bayraqla görüntüləndi 🧕
İranda hakimiyyət tərəfdarlarının təşkil etdiyi simvolik və siyasi məzmunlu küçə nümayişləri davam edir.
Sosial mediada yayılan yeni görüntülərdə yaşlı qadının bir əlində silah, digər əlində İran bayrağı ilə hakimiyyətə dəstək nümayiş etdirdiyi görünür.
Son həftələrdə İranda hərbi zirehli maşınlarla müşayiət olunan toy karvanları, küçələrdə uşaqlara və qadınlara silah nümayişləri, eləcə də müxtəlif siyasi şou xarakterli tədbirlərlə bağlı çoxsaylı videolar yayılıb.
#İran #siyasişou #qadın #silah
Kanala abunə olun

🤮7🎉1
CENTCOM: “15 min 🇺🇸 ABŞ hərbçisi 🇮🇷 İran blokadasında iştirak edir” 🌊🚢
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son altı həftə ərzində İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində 100 gəminin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
CENTCOM-un yaydığı məlumatda bildirilir ki, əməliyyatlarda 15 mindən çox ABŞ əsgəri, dənizçisi, dəniz piyadası və hava qüvvələri əməkdaşı iştirak edir. Həmçinin dörd gəminin sıradan çıxarıldığı və 26 humanitar yardım gəmisinin keçidinə icazə verildiyi qeyd olunub.
ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, əməliyyatlara 200-dən çox ABŞ hərbi təyyarəsi və döyüş gəmisi dəstək verir. (Amerikanın Səsi)
#ABŞ #CENTCOM #İran #blokada

❤3
🇵🇰 Pakistan ordusunun baş komandanı 🇮🇷 Tehran səfərini başa vurdu
Pakistan ordusunun baş komandanı Asim Munir daxili işlər naziri Möhsün Nəqəvi ilə birlikdə Tehrana səfərini başa vuraraq ölkəni tərk edib.
Məlumata görə, bir günlük səfər çərçivəsində Asim Munir İran prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı ilə görüşlər keçirib.
Tehranda ötən həftədən bəri olan Pakistanın daxili işlər naziri Möhsün Nəqəvinin də müxtəlif ikitərəfli məsləhətləşmələrdə iştirak etdiyi bildirilib.
#Pakistan #başkomandan #feldmarşal #İran

❤1
🇮🇷 İran deputatı: "🇷🇺Rusiya və 🇨🇳 Çin 🇺🇸 ABŞ ilə müharibə şəraitində Tehrana dəstək verməyə hazırdır" 🗣
Hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Rusiya və Çin İranı tək qoymayacaq, ABŞ isə «yeni müdafiə quruluşu» ilə üzləşəcək.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki deyib.
Tehran, Pekin və Moskva arasında diplomatik təmasların aktivləşməsi və intensiv məsləhətləşmələrin aparılması mövcud «strateji reallığı» əks etdirir.
Maliki vurğulayıb ki, əgər Vaşinqton «hesablamalarda səhvə yol verərsə və müharibə odunu yenidən alovlandırarsa», Amerika tərəfi mütləq yeni müdafiə ittifaqı ilə qarşılaşacaq, İran isə bu qarşıdurmada dəstəksiz qalmayacaq.
«Donald Trampın aqressiv əhval-ruhiyyəsi və qeyri-adi davranışı ucbatından İslam Respublikası ilə ABŞ arasındakı böhranın daha da qəlizləşdiyi indiki şəraitdə, Hörmüz boğazının təhlükəsizliyinə yönələn təhdid, əslində, qlobal enerji, ticarət və iqtisadi prosesləri ciddi çağırışla üz-üzə qoyub», - deyə o, əlavə edib.

😁3❤1
🇮🇷 Əraqçı 🇶🇦 Qətər və 🇪🇬 Misirdən olan həmkarları ilə danışıb ☎️
İranın xarici işlər naziri Abbas Əraqçı misirli və qətərli həmkarları Bədr Əbdüləta və Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə ayrıca telefon danışıqları aparıb.
Tehran və 🇺🇸 Vaşinqton arasındakı danışıqların son vəziyyəti, o cümlədən iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş səylər və təşəbbüslər müzakirə olunub.
Bundan əlavə, məlumatlı mənbə "Tasnim" agentliyinə medianın İranın uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmaq təklifi barədə yaydığı xəbərləri təkzib edib.
Mənbənin sözlərinə görə, hazırda danışıqlar yalnız müharibənin dayandırılması məsələsinə yönəlib və nüvə mövzusuna dair heç bir təfərrüat müzakirə olunmur.
گفتگوهای تلفنی وزیر امور خارجه ایران با همتایان قطری و مصری
#İran #XİN #danışıqlar #nüvəməsələsi #Misir #Qətər

🇪🇬 Misir və 🇺🇸 ABŞ 🇮🇷 İranı müzakirə edib
Misirin xarici işlər naziri Bədr Əbdülati və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof arasında telefon danışığı baş tutub.
Danışıq zamanı ABŞ və İran arasında davam edən danışıqların gedişatı müzakirə olunub.
Nazir regional gərginliyin azaldılmasının və gözlənilməz eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.
Uitkof isə öz növbəsində Qahirənin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və Misir tərəfi ilə koordinasiya və məsləhətləşmələri davam etdirəcəyini bildirib. (Misir XİN)
#Misir #XİN #ABŞ #İran

Al Hadath: "🇮🇷 SEPAH-ın Tehrandakı danışıqlarda nümayiş etdirdiyi mövqe 🇵🇰 Pakistan ordusunun rəhbərini "şoka" salıb"
Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir Tehrana səfəri zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə danışıqlar aparıb və onların tutduğu mövqe generalı "şoka" salıb.
Bu barədə "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, 🇺🇸 Vaşinqton və Tehran arasında gərginliyin azaldılması missiyasında vasitəçilik edən Pakistan ordusunun rəhbəri İslam Respublikasının "qırmızı xətlərinin" siyahısını ABŞ-yə təqdim edib.
Qeyd olunur ki, İran tərəfinin bu şərtləri Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını saxlaması və Fars körfəzində təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlıdır.
Bununla yanaşı, regionda atəşkəs haqqında saziş layihəsinin müzakirəsini əlaqələndirən Pakistan nümayəndə heyəti SEPAH rəhbərliyinin danışıqlar prosesindəki güzəştsiz yanaşmasından olduqca təəccüblənib.

❤2👍1🤮1
🇺🇸 Trampın 🇮🇷 İranla bağlı vəziyyəti müzakirə etmək üçün Şərq vaxtı ilə saat 13:00-da Körfəz liderləri ilə videokonfrans keçirməsi gözlənilir
Tramp İranla bağlı davam edən böhranda ya diplomatik bir saziş əldə olunacağı, ya da hərbi zərbələrin bərpa ediləcəyi ehtimalını yarıbayarı — "50/50" olaraq qiymətləndirib.
"Axios" nəşrinə verdiyi müsahibədə Tramp, hazırda masada olan təklifləri və saziş layihəsini müzakirə etmək üçün öz xüsusi nümayəndələri və məsləhətçiləri ilə görüşəcəyini, yekun qərarını isə tezliklə (bəlkə də elə sabah) verə biləcəyini bildirib.
#ABŞ #Tramp #İran

🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.
XİN mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.
#Azərbaycan #Təbriz #konsulluq #diplomat #qəza

😢6❤1
"🇺🇸 ABŞ və 🇮🇷 İran 24 saat ərzində sülh sazişi elan edəcək"
Bu haqda The Washington Times yazıb.
Mətbuatda yayılan son məlumatlara görə, ABŞ və İran iki ölkə arasındakı müharibəyə son qoyacaq sülh sazişinin layihəsini yekunlaşdırmağa çox yaxındırlar.
Tərəflər arasında əsas razılığın əldə olunduğu, hazırda yalnız sənədin yekun "bəyanat forması" və "söz seçimi" üzərindəki son detalların dəqiqləşdirildiyi bildirilir.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalifbaf, ABŞ-nin vitse-prezidenti J.D. Vens, xüsusi nümayəndə Stiv Uitkof və prezident Trampın kürəkəni Cared Kuşner də daxil olmaqla, aparıcı müzakirəçilər layihəni təsdiqləyiblər.
Danışıqlar Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılması, Tehranın nüvə proqramı və İrana tətbiq edilən sanksiyaların yumşaldılması ətrafında aparılır.
#İran #ABŞ #sülhsazişi

Azad İran
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Hadisə yerindən görüntü 📹
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.
XİN mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.
#Azərbaycan #Təbriz #konsulluq #diplomat #qəza
Kanala abunə olun
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.
XİN mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.
#Azərbaycan #Təbriz #konsulluq #diplomat #qəza
Kanala abunə olun
❤3😢3
🇺🇸 Tramp yenidən ABŞ bayrağının rəngləri ilə boyanmış 🇮🇷 İran xəritəsini sosial şəbəkədə paylaşdı 🗺
Xəritə üzərində "United States of the Middle East?" (Yaxın Şərqin Birləşmiş Ştatları?) sualı yazılıb.
Bölgədəki əsas dövlətlər olan Türkiyə, Suriya, İraq və Səudiyyə Ərəbistanı öz coğrafi sərhədləri ilə qeyd edilib.
Xəritədə ən diqqətçəkən məqam isə İran ərazisinin tamamilə ABŞ bayrağı ilə rənglənməsidir.
Bu vizual təsvir ABŞ-nin İrana qarşı yürütdüyü sərt xarici siyasətə, regiondakı nüfuz mübarizəsinə və ya İran rejiminin dəyişdirilməsi - ABŞ təsiri altına düşməsi ssenarilərinə yönəlmiş satirik və ya siyasi bəyanat xarakteri daşıyır.
#ABŞ #Tramp #İran #bayraq #xəritə

🚨 Ərdəbildə daha bir məhbus dar ağacından asılıb 😱
Çərşənbə günü səhər tezdən Ərdəbil həbsxanasında qətldə ittiham olunaraq edam cəzasına məhkum edilmiş 28 yaşlı Əsma Zareinin edam hökmü icra edilib.
Digər tərəfdən, Xuzistan və Kerman da daxil olmaqla müxtəlif əyalətlərdə ölüm cəzasına məhkum edilmiş üç məhbus dar ağacından azad edilib.(HRANA)
اجرای حکم اعدام یک زندانی زن در اردبیل/ رهایی ۳ زندانی از چوبه دار
#Ərdəbil #edam #darağacı

🇺🇸 Tramp 🇮🇱 İsrailin Baş naziri Netanyahu ilə danışacaq və 🇮🇷 İranla müqavilənin bağlanmasını müzakirə edəcək
Bu haqda İsrail rəsmisi Axios nəşrinə bildirib.
Qeyd olunur ki, ABŞ və İran müharibəyə son qoymaq üçün razılığa yaxındırlar, lakin "sözlərdə fikir ayrılıqları" hələ də qalmaqdadır.
#ABŞ #İran #İsrail

🇮🇷 İran 🇱🇧 ABŞ-ni NPT konfransını uğursuzluğa düçar etməkdə ittiham edib
İran bəyan edib ki, Vaşinqtonun həddindən artıq iddialı tələbləri Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) İcmal Konfransının uğursuzluqla nəticələnməsinə səbəb olub.
İranın 🇺🇳 BMT-dəki daimi nümayəndəliyinin məlumatına görə, ABŞ və müttəfiqlərinin addımları ucbatından görüş artıq ardıcıl üçüncü dəfədir ki, yekun sənəd qəbul edilmədən başa çatıb.
Tehran vurğulayıb ki, «nüvə tərksilahı olmadan NPT-nin gələcəyi qeyri-mümkündür».
Konfransın sədri, 🇻🇳 Vyetnamın BMT-dəki daimi nümayəndəsi Do Hunq Viet də iştirakçıların yekun sənəd üzərində razılığa gələ bilmədiklərini təsdiqləyib.
Konfrans aprelin 27-dən etibarən müqaviləyə tərəf olan təxminən 191 ölkənin iştirakı ilə keçirilirdi.
#İran #NPT #BMT #ABŞ

❤1😁1
🇮🇷 İranda “casusluq” ittihamı ilə daha bir edam həyata keçirildi 😢
Bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı - “Mizan Online” agentliyi “müdafiə sənayesi istehsal mərkəzləri haqqında məlumatları düşmənə ötürmək” ittihamı ilə Müctəba Kianın dar ağacından açıqlayıb.
Məhkəmə orqanları Müctəba Kianı “40 günlük müharibə dövründə düşmənlə əməkdaşlıq edən şəxslərdən biri” kimi təqdim edib.
Açıqlamada bildirilib ki, Əlborz əyalətində aparılan məhkəmə araşdırmasından sonra iş Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi ötən ay yaydığı hesabatda yalnız mart ayında təhlükəsizlik və siyasi ittihamlarla ən azı 21 nəfərin edam edildiyini açıqlamışdı.
#İran #məhbus #casusluq #ittiham #edam

🤬3❤2
Pezeşkiandan simvolik mesaj: “Xorrəmşəhr bu gün Hörmüzdür” 🌊
Bu gün İran prezidenti Məsud Pezeşkian Xorrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə paylaşım edərək Fars körfəzi və Hörmüz boğazı ilə bağlı diqqətçəkən mesaj verib.
Pezeşkian “X” hesabında yazıb: “Bu gün Xorrəmşəhr İran, Fars körfəzi və Hörmüz boğazıdır”.
İran prezidenti bildirib ki, bu gün ölkə xalqı vaxtilə təcavüzkara qarşı mübarizə apararaq İran xalqının gücünü və dözümlülüyünü nümayiş etdirən Xorrəmşəhr müdafiəçilərinin davamçılarıdır.
O vurğulayıb ki, müqavimət, fədakarlıq və təcavüzə qarşı dayanmaq İran xalqının siyasi və milli mədəniyyətində dərin kök salıb.
Qeyd edək ki, İranda bu gün 1980–1988-ci illər İran–İraq müharibəsi zamanı Xirrəmşəhrin azad edilməsi münasibətilə “Müqavimət, fədakarlıq və qələbə günü” kimi qeyd olunur.
#İran #Pezeşkian #Xorrəmşəhr

🤮4❤1
Media is too big
VIEW IN TELEGRAM
Yaz yağışları Güney Azərbaycanın incisinə həyat verdi 🌊🌧️
Urmu gölünün cənub hissəsində suyun səviyyəsi yenidən yüksəlməyə başlayıb.
Bildirilir ki, son 20 ildə davam edən quraqlıq və suyun sürətli geri çəkilməsindən sonra 2026-cı ildə yağan intensiv yaz yağışları vəziyyətə müəyyən təsir göstərib.
Məlumata əsasən, su anbarlarından nəzarətli şəkildə suyun buraxılması da gölün bəzi hissələrinin yenidən su ilə dolmasına kömək edib.
Son illərdə ciddi ekoloji böhran yaşayan Urmu gölü Yaxın Şərqin ən böyük duz göllərindən biri sayılır və suyun azalması bölgədə ekoloji və iqtisadi problemləri daha da artırmışdı. (ISNA)
#GüneyAzərbaycan #Urmugölü #yazyağışları

❤2
Azad İran
🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomat Culfa–Təbriz…
🇮🇷 İran səfiri həlak olan 🇦🇿 Azərbaycan konsulu ilə bağlı başsağlı verdi
Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycanın Təbrizdəki Baş konsulluğunun konsulu Ramil Rza oğlu İmranov ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Səfir Ramil İmranovun yol qəzasında həlak olması xəbərini dərin hüznlə qarşıladığını bildirib.
O, mərhum diplomatın ailəsinə, yaxınlarına və Azərbaycan Xarici İşlər Nazirliyindəki əməkdaşlarına səmimi başsağlığı verib.
Müctəba Dəmirçilu mesajında xidmət vəzifəsini yerinə yetirərkən həyatını itirən diplomata Allahdan rəhmət, ailəsinə və yaxınlarına isə səbir diləyib. (İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalı)
پیام تسلیت سفیر جمهوری اسلامی ایران در جمهوری آذربایجان
#İran #səfir #Azərbaycan #Təbriz #konsul #başsağlığı

Əraqçı: “🇮🇷 İran 🇱🇧 Hizbullaha dəstəyindən geri çəkilməyəcək” 🤔
İranın xarici işlər naziri Abbas Əraqçı Hizbullah rəhbərliyinə göndərdiyi müraciətdə Tehranın təşkilata dəstəyinin davam edəcəyini bildirib.
Məlumata görə, Əraqçı Hizbullah rəhbəri Nəim Qasım ilə söhbətində İranın bu təşkilata dəstəyindən “heç vaxt əl çəkməyəcəyini” vurğulayıb.
İran xarici işlər naziri habelə qeyd edib ki, ABŞ ilə gərginliyin azaldılması üçün başlayan danışıqlardan bu yana Tehran atəşkəsin Livanı da əhatə etməsində israr edib.
Bəyanatda bildirilir ki, Pakistanın vasitəçiliyi ilə Vaşinqtona təqdim olunan İranın son təklifində Livanın atəşkəs mexanizminə daxil edilməsinin vacibliyi xüsusi vurğulanıb. (SNN.ir)
#İran #XİN #Əraqçı #dəstək #Hizbullah

🤮4
Azad İran
🚨Hadisə yerindən görüntü 📹 🇦🇿 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşı qəzada həlak olub 😢 Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Azərbaycan Xarici İşlər Nazirliyindən…
🇮🇷 İran polisi Təbrizdəki 🇦🇿 Azərbaycan konsulunun qəzası ilə bağlı açıqlama yayıb
İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki baş konsulluğunun əməkdaşı Ramil İmranovla bağlı baş vermiş ölümcül yol qəzasının ilkin təfərrüatlarını açıqlayıb.
👇👇👇