🇵🇰 Pakistan və 🇮🇷 İran regional eskalasiyanı müzakirə edib
Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir Tehrana səfəri çərçivəsində dünən İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.
Məlumata görə, danışıqlar gecə saatlarınadək davam edib. Tərəflər regiondakı gərginliyin azaldılması, ABŞ və İsrail ilə İran arasında mümkün eskalasiyanın qarşısının alınması və diplomatik həll yollarını müzakirə ediblər.
Görüş zamanı Qərbi Asiyada sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Media məlumatlarına əsasən, Pakistan və Qətər son günlər Tehran və Vaşinqton arasında vasitəçilik təşəbbüslərini artırıb və tərəflər arasında diplomatik kanalların açıq saxlanmasına çalışırlar. (Əraqçının “Telegram” kanalı)
#Pakistan #feldmarşal #AsifMunir #İran #XİN #Əraqçı #müzakirə
Kanala abunə olun

❤1
🇮🇷 Tehran 🇺🇸 Vaşinqtona xəbərdarlıq etdi: “İranın hüquqları tanınmalıdır”
İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayinik ABŞ-nin İranın hüquq və tələblərini qəbul etməkdən başqa alternativinin olmadığını bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Tehranın mövqeyinə qarşı davamlı etinasızlığı ABŞ prezidenti Donald Tramp üçün daha çox siyasi və strateji məğlubiyyətlərə səbəb olacaq.
Təlayinik qeyd edib ki, Tramp “İran xalqının tələblərini qəbul etməkdən və ölkənin hüquqlarını tanımaqdan başqa çıxış yoluna malik deyil”.
İran rəsmisi vurğulayıb ki, həm hərbi, həm də diplomatik müstəvidə İranın tələblərinin nəzərə alınması ABŞ və İsrail üçün “üçüncü məcburi müharibədən” çıxışın yeganə yolu hesab olunur.
O əlavə edib ki, ABŞ prezidenti İranın təkliflərini qəbul etməklə həm Amerika cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət üçün mümkün müharibənin iqtisadi və siyasi nəticələrinin ağırlaşmasının qarşısını ala bilər.
#İran #MüdafiəNazirliyi #ABŞ #Tramp

😁1
🚨SON DƏQİQƏ
NYP: “🇮🇷 SEPAH ilə əlaqəli şəxs 🇺🇸 İvanka Trampa sui-qəsd planlaşdırıb” 😱🥷
“The New York Post” qəzetinin məlumatına görə, Türkiyədə saxlanılan İraq vətəndaşı Məhəmməd Bəkr əl-Sədi İvanka Trampa qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.
Məlumata görə, əl-Sədinin məqsədi ABŞ tərəfindən öldürülən SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin öldürülməsinə görə “qisas almaq” olub.
Məlumatda bildirilir ki, şübhəli şəxsin üzərində İvanka Trampın Floridadakı evinin xəritəsi aşkarlanıb və onun Tramp ailəsinə qarşı təhdidlər səsləndirdiyi iddia olunur.
ABŞ Ədliyyə Nazirliyi isə əl-Sədinin İrana bağlı strukturlarla əlaqəli olduğunu, Amerika və yəhudi hədəflərinə qarşı müxtəlif hücum planlarında iştirak etdiyini açıqlayıb. (Amerikanın Səsi)
#İran #SEPAH #Qüds #ABŞ #İvankaTramp #suiqəsd #plan

❤2
🇮🇷 İran və 🇴🇲 Oman gərginliyin azaldılması yollarını müzakirə edib
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı səhər omanlı həmkarı Bədr Əl-Busəidi ilə telefon danışığı aparıb.
İran mediasının məlumatına görə, tərəflər Yaxın Şərqdə artan gərginlik fonunda diplomatik təşəbbüsləri və mümkün eskalasiyanın qarşısının alınması yollarını müzakirə ediblər.
Məlumatda bildirilir ki, danışıq əsasən “müharibəyə son qoymaq və gərginliyin artmasının qarşısını almaq üçün diplomatik səylər ətrafında fikir mübadiləsi” xarakteri daşıyıb.
Bununla yanaşı, Əraqçının Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə də Tehranda görüş keçirdiyi qeyd olunub. (Əraqçının “Telegram” kanalı)
#İran #Oman #XİN

CBS: “🇺🇸 ABŞ 🇮🇷 İranı vurmağa hazırlaşır” 🚀💥🔥
CBS News telekanalı xəbər verir ki, Tramp administrasiyası diplomatik danışıqlar davam etsə də, İrana yeni hərbi zərbələr endirmək variantını nəzərdən keçirir.
Məlumata əsasən, cümə günü günortadan sonra məsələ ilə bağlı yekun qərar verilməsə də, ABŞ-nin hərbi və təhlükəsizlik strukturlarında hazırlıq səviyyəsi artırılıb.
Qeyd olunur ki, ABŞ-nin hərbi və kəşfiyyat icmasının bəzi əməkdaşlarının həftəsonu məzuniyyətləri ləğv edilib, müdafiə qurumları isə xarici hərbi bazalar üzrə hazırlıq planlarını yeniləyib.
Ağ Evin sözçüsü Anna Kelli CBS-ə açıqlamasında bildirib ki, Tramp İranın nüvə silahı əldə etməsinə və uranı zənginləşdirməsinə icazə verilməyəcəyini dəfələrlə vurğulayıb.
#ABŞ #İran #hücum #havazərbələri

🔥2
🇺🇸 Ağ Evdən 🇮🇷 İrana sərt mesaj: “Qırmızı xətlər” açıqlandı 🗣☢
Ağ Evin mətbuat katibi Anna Kelli ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib.
Kellinin sözlərinə görə, Tramp İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu və yüksək səviyyədə zənginləşdirilmiş uranı saxlaya bilməyəcəyini vurğulayıb.
Ağ Ev rəsmisi əlavə edib ki, ABŞ prezidenti “həmişə bütün variantları masada saxlayır” və Pentaqon ali baş komandanın istənilən qərarını həyata keçirməyə hazırdır.
CBS News-un məlumatına görə, ABŞ administrasiyası diplomatik səyləri davam etdirməklə yanaşı, mümkün hərbi eskalasiya ssenarilərini də nəzərdən keçirir.
#ABŞ #AğEv #sərtmesaj #İran #qırmızıxətlər

🇮🇷 İran və İraq Kürdüstanı terrorçuluqla mübarizəni müzakirə edib ☎️
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və İraq Kürdüstanı bölgəsinin lideri Nərçivan Bərzani arasında telefon danışığı baş tutub.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlər, regional vəziyyət, iqtisadi əməkdaşlıq və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Danışıq zamanı terrorçuluqla mübarizə sahəsində koordinasiya və bölgədə sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.
Məlumata əsasən, tərəflər bölgədə daxili təhlükəsizliyin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar. (Əraqçının “Telegram” kanalı)
#İran #XİN #İraqKürdüstanı

🇮🇷 Millət vəkili: “Ölkə kövrək vəziyyətdədir” ❗️
Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi ölkədə mövcud vəziyyəti “kövrək” adlandırıb və bölgədə bütün ssenarilərin mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələ “nə müharibə, nə də sülh” vəziyyətidir və bu səbəbdən ən pis variantlara hazır olmaq lazımdır.
Borucerdi vurğulayıb ki, “düşmənlərin keçmiş səhvlərini təkrarlamaması üçün hər zaman ən ağır ssenarilərə hazırlıq vacibdir”.
O, xəbərdarlıq edib ki, İslam Respublikası hər hansı “avantürist” addıma qətiyyətli və dərhal cavab verəcək.
Parlament rəsmisi danışıqlar prosesinə də toxunaraq bildirib ki, bu mərhələ həm siyasi, həm də strateji xarakter daşıyır.
Onun sözlərinə görə, parlament sədri Qalibaf bu prosesdə fəal rol oynayır və Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin mövqeyinin qorunması istiqamətində fəaliyyət göstərir.
#İran #millətvəkili #xəbərdarlıq

😁1🤮1
🇮🇷 SEPAH: “Onlarla gəmi Hörmüz boğazından koordinasiya ilə keçib” 🌊🚢
Bu gün SEPAH-ın Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 25 ticarət, yük və neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb.
Qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, gəmilər SEPAH qüvvələri ilə “icazə və koordinasiya” əldə etdikdən sonra təhlükəsiz şəkildə keçid həyata keçiriblər.
Bəyanatda Hörmüz boğazında “ağıllı nəzarətin” tam şəkildə davam etdiyi iddia olunub.
SEPAH keçən gəmilərin mənşə və təyinat ölkələri barədə məlumat verməyib, həmçinin keçid prosesinin detalları və mümkün rüsum və ya prosedurlarla bağlı açıqlama açıqlanmayıb.
#İran #SEPAH #Hörmüzboğazı #gəmi

🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Toy mərasimində diqqətçəkən görüntülər: alqışlar altında atəş açıldı 👰♀️🤵
İranda yayılan yeni videolar sosial mediada geniş müzakirələrə səbəb olub.
Kadrlardan birində toy mərasimi zamanı gəlinin havaya atəş açdığı görünür. Videoda mərasimin keçirildiyi məkanda İslam Respublikasının qurucusu Ruhulah Xomeyni və ölkənin ali lideri Müctəba Xameneyi ilə bağlı şəkillərin yer aldığı diqqət çəkir.
Görüntülərdə hərbi geyimli şəxsin gəlinə silah verdiyi və ondan “İslam Respublikasına dəstək əlaməti” olaraq havaya atəş açmasının istəndiyi iddia olunur.
Silahdan istifadə təcrübəsi olmadığı görünən gəlin iştirakçıların alqışları altında havaya atəş açır və mərasim daha sonra davam edir.
Son aylarda İranda hərbi texnika ilə müşayiət olunan toy karvanları və siyasi məzmunlu küçə tədbirləri ilə bağlı görüntülər dəfələrlə sosial şəbəkələrdə yayılıb və müzakirələr doğurub.
#İran #toymərasimi #silah #atəş

🔥1😁1
🇵🇰 Asim Munir və 🇮🇷 Qalibaf regional gərginliyi müzakirə etdi
Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibag Pakistan ordusunun baş komandanı Asim Munirlə görüşü zamanı İranın milli maraqları və regional vəziyyətlə bağlı sərt açıqlamalar verib.
Qalibaf bildirib ki, Tehran xüsusilə “dürüst olmayan və etibar edilməyən tərəflərlə” münasibətlərdə ölkənin və xalqın hüquqlarından geri çəkilməyəcək.
O qeyd edib ki, İran ordusu sülhün dəyərini yaxşı anlayır, lakin heç vaxt ölkənin ləyaqətinin və hüquqlarının tapdalanmasına imkan verməyəcək.
İran parlamentinin sədri həmçinin iddia edib ki, silahlı qüvvələr atəşkəs dövründə öz imkanlarını yenidən gücləndirib.
“Əgər Tramp yenidən müharibəyə başlamaq kimi səhv addım atsa, bu, ABŞ üçün müharibənin ilk günündən daha sarsıdıcı və ağır olacaq”, - deyə Qalibaf bildirib.
Pakistan ordusunun rəhbəri Asim Munir isə çıxışında həm İran, həm də Pakistan ordularının xalqlarının “əsgəri” olduğunu vurğulayıb. (ISNA)
#İran #Qalibaf #Pakistan #ordukomandanı

Əl-Ərəbiyyə: “🇵🇰 Pakistan 🇺🇸 ABŞ-nin mesajlarını 🇮🇷 Tehrana çatdırıb”
“Əl-Ərəbiyyə” kanalının məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Pakistan ordusunun baş komandanı Asim Munir Vaşinqtonun mesajlarını Tehrana çatdırıb.
Məlumata əsasən, ABŞ-nin mesajlarının bir hissəsində İranla müharibənin yenidən başlaya biləcəyi barədə xəbərdarlıq yer alıb.
Mənbələr bildirir ki, Vaşinqton Tehrana razılaşmanı qəbul etməsinin vacibliyini çatdırıb və bəzi mübahisəli məsələlərin sonrakı mərhələdə həll edilə biləcəyini qeyd edib.
Xəbərdə vurğulanır ki, rəsmi Vaşinqton İranın hazırkı mərhələdə razılığa gəlməli olduğunu, əks halda “mənfi nəticələrlə” üzləşə biləcəyini mesajda açıq şəkildə vurğulayıb.
#Pakistan #ABŞ #İran #mesaj #xəbərdarlıq #müharibə

🇮🇷 İranda “casusluq” ittihamı ilə onlarla şəxsin aktivlərini müsadirə edildi 👨⚖️
İranın məhkəmə orqanları casusluq, kəşfiyyat fəaliyyəti və “sionist rejimlə əməkdaşlıq” ittihamları ilə onlarla şəxsin aktivlərinin müsadirə olunduğunu açıqlayıb.
Məlumata görə, “xaricdən və ölkə daxilində idarə olunan muzdlular” kimi təqdim edilən 96 nəfərin aktivləri müsadirə edilib.
Rəsmi açıqlamada üç nəfərin casusluqda, altı nəfərin isə kəşfiyyat fəaliyyəti ilə əlaqədə ittiham olunduğu bildirilib.
Eyni zamanda, İlam əyalətinin baş hakimi bölgələrdən birində yeddi nəfərin aktivlərinin müəyyənləşdirilməsi, monitorinqi və müsadirəsi barədə qərar verildiyini açıqlayıb.
Onun sözlərinə görə, bu addımlar “Casusluğa görə cəzanın artırılması haqqında qanun” və Konstitusiyanın 49-cu maddəsi çərçivəsində həyata keçirilir. (Amerikanın Səsi)
#İran #casusluq #ittiham #müsadirə

🤬2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yeni siyasi şou: qadın silah və bayraqla görüntüləndi 🧕
İranda hakimiyyət tərəfdarlarının təşkil etdiyi simvolik və siyasi məzmunlu küçə nümayişləri davam edir.
Sosial mediada yayılan yeni görüntülərdə yaşlı qadının bir əlində silah, digər əlində İran bayrağı ilə hakimiyyətə dəstək nümayiş etdirdiyi görünür.
Son həftələrdə İranda hərbi zirehli maşınlarla müşayiət olunan toy karvanları, küçələrdə uşaqlara və qadınlara silah nümayişləri, eləcə də müxtəlif siyasi şou xarakterli tədbirlərlə bağlı çoxsaylı videolar yayılıb.
#İran #siyasişou #qadın #silah

🤮7🎉1
CENTCOM: “15 min 🇺🇸 ABŞ hərbçisi 🇮🇷 İran blokadasında iştirak edir” 🌊🚢
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son altı həftə ərzində İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində 100 gəminin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
CENTCOM-un yaydığı məlumatda bildirilir ki, əməliyyatlarda 15 mindən çox ABŞ əsgəri, dənizçisi, dəniz piyadası və hava qüvvələri əməkdaşı iştirak edir. Həmçinin dörd gəminin sıradan çıxarıldığı və 26 humanitar yardım gəmisinin keçidinə icazə verildiyi qeyd olunub.
ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, əməliyyatlara 200-dən çox ABŞ hərbi təyyarəsi və döyüş gəmisi dəstək verir. (Amerikanın Səsi)
#ABŞ #CENTCOM #İran #blokada

❤3
🇵🇰 Pakistan ordusunun baş komandanı 🇮🇷 Tehran səfərini başa vurdu
Pakistan ordusunun baş komandanı Asim Munir daxili işlər naziri Möhsün Nəqəvi ilə birlikdə Tehrana səfərini başa vuraraq ölkəni tərk edib.
Məlumata görə, bir günlük səfər çərçivəsində Asim Munir İran prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçı ilə görüşlər keçirib.
Tehranda ötən həftədən bəri olan Pakistanın daxili işlər naziri Möhsün Nəqəvinin də müxtəlif ikitərəfli məsləhətləşmələrdə iştirak etdiyi bildirilib.
#Pakistan #başkomandan #feldmarşal #İran

🇮🇷 İran deputatı: "🇷🇺Rusiya və 🇨🇳 Çin 🇺🇸 ABŞ ilə müharibə şəraitində Tehrana dəstək verməyə hazırdır" 🗣
Hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Rusiya və Çin İranı tək qoymayacaq, ABŞ isə «yeni müdafiə quruluşu» ilə üzləşəcək.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki deyib.
Tehran, Pekin və Moskva arasında diplomatik təmasların aktivləşməsi və intensiv məsləhətləşmələrin aparılması mövcud «strateji reallığı» əks etdirir.
Maliki vurğulayıb ki, əgər Vaşinqton «hesablamalarda səhvə yol verərsə və müharibə odunu yenidən alovlandırarsa», Amerika tərəfi mütləq yeni müdafiə ittifaqı ilə qarşılaşacaq, İran isə bu qarşıdurmada dəstəksiz qalmayacaq.
«Donald Trampın aqressiv əhval-ruhiyyəsi və qeyri-adi davranışı ucbatından İslam Respublikası ilə ABŞ arasındakı böhranın daha da qəlizləşdiyi indiki şəraitdə, Hörmüz boğazının təhlükəsizliyinə yönələn təhdid, əslində, qlobal enerji, ticarət və iqtisadi prosesləri ciddi çağırışla üz-üzə qoyub», - deyə o, əlavə edib.

😁3❤1
🇮🇷 Əraqçı 🇶🇦 Qətər və 🇪🇬 Misirdən olan həmkarları ilə danışıb ☎️
İranın xarici işlər naziri Abbas Əraqçı misirli və qətərli həmkarları Bədr Əbdüləta və Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə ayrıca telefon danışıqları aparıb.
Tehran və 🇺🇸 Vaşinqton arasındakı danışıqların son vəziyyəti, o cümlədən iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş səylər və təşəbbüslər müzakirə olunub.
Bundan əlavə, məlumatlı mənbə "Tasnim" agentliyinə medianın İranın uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmaq təklifi barədə yaydığı xəbərləri təkzib edib.
Mənbənin sözlərinə görə, hazırda danışıqlar yalnız müharibənin dayandırılması məsələsinə yönəlib və nüvə mövzusuna dair heç bir təfərrüat müzakirə olunmur.
گفتگوهای تلفنی وزیر امور خارجه ایران با همتایان قطری و مصری
#İran #XİN #danışıqlar #nüvəməsələsi #Misir #Qətər

🇪🇬 Misir və 🇺🇸 ABŞ 🇮🇷 İranı müzakirə edib
Misirin xarici işlər naziri Bədr Əbdülati və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof arasında telefon danışığı baş tutub.
Danışıq zamanı ABŞ və İran arasında davam edən danışıqların gedişatı müzakirə olunub.
Nazir regional gərginliyin azaldılmasının və gözlənilməz eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.
Uitkof isə öz növbəsində Qahirənin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və Misir tərəfi ilə koordinasiya və məsləhətləşmələri davam etdirəcəyini bildirib. (Misir XİN)
#Misir #XİN #ABŞ #İran

Al Hadath: "🇮🇷 SEPAH-ın Tehrandakı danışıqlarda nümayiş etdirdiyi mövqe 🇵🇰 Pakistan ordusunun rəhbərini "şoka" salıb"
Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir Tehrana səfəri zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə danışıqlar aparıb və onların tutduğu mövqe generalı "şoka" salıb.
Bu barədə "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, 🇺🇸 Vaşinqton və Tehran arasında gərginliyin azaldılması missiyasında vasitəçilik edən Pakistan ordusunun rəhbəri İslam Respublikasının "qırmızı xətlərinin" siyahısını ABŞ-yə təqdim edib.
Qeyd olunur ki, İran tərəfinin bu şərtləri Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını saxlaması və Fars körfəzində təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlıdır.
Bununla yanaşı, regionda atəşkəs haqqında saziş layihəsinin müzakirəsini əlaqələndirən Pakistan nümayəndə heyəti SEPAH rəhbərliyinin danışıqlar prosesindəki güzəştsiz yanaşmasından olduqca təəccüblənib.

❤2👍1🤮1
🇺🇸 Trampın 🇮🇷 İranla bağlı vəziyyəti müzakirə etmək üçün Şərq vaxtı ilə saat 13:00-da Körfəz liderləri ilə videokonfrans keçirməsi gözlənilir
Tramp İranla bağlı davam edən böhranda ya diplomatik bir saziş əldə olunacağı, ya da hərbi zərbələrin bərpa ediləcəyi ehtimalını yarıbayarı — "50/50" olaraq qiymətləndirib.
"Axios" nəşrinə verdiyi müsahibədə Tramp, hazırda masada olan təklifləri və saziş layihəsini müzakirə etmək üçün öz xüsusi nümayəndələri və məsləhətçiləri ilə görüşəcəyini, yekun qərarını isə tezliklə (bəlkə də elə sabah) verə biləcəyini bildirib.
#ABŞ #Tramp #İran