Azad İran
5.76K subscribers
36.3K photos
22K videos
15 files
9.43K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda zirehli texnikalar “gəlin maşını” oldu 👰‍♀️🤵‍♂️

Son günlərdə Tehranda qeyri-adi kütləvi nikah mərasimi keçirilib.

Fars News agentliyinin məlumatına görə, eyni vaxtda şəhərin müxtəlif bölgələrində ümumilikdə 1000 cütlük ailə həyatı qurub.

Mərasimin ən çox diqqət çəkən detalı isə toy karvanı olub. Bildirilir ki, hərbi avtomobillər və zirehli texnikalar çiçəklər, eləcə də çəhrayı və ağ şarlarla bəzədilərək gəlin maşınlarına çevrilib. Bu texnikaları bəylərin özlərinin idarə etdiyi qeyd olunur.

Tədbirin əsas mərkəzlərindən biri İmam Hüseyn meydanı olub və burada 110 cütlük nikaha daxil olub.

#İran #Tehran #zirehlitexnika #gəlinmaşını #nikah

Kanala abunə olun
🇮🇷 İranda qızıl mədəninə hücum olub: yaralananlar var ⛏️

Dünən axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Saqqız bölgəsində yerləşən “Mirgə Nəqşine” qızıl mədəninə hücum edilib. Məlumata görə, hadisə zamanı beş naməlum şəxs mədən ərazisinə daxil olaraq əvvəlcə iki mühafizəçini döyüb, daha sonra isə avadanlıqları yandırıb.

Saqqız şəhərinin başçısının təsdiqlədiyi məlumata əsasən, yanğın nəticəsində iki ekskavator, bir qreyder və beş konteyner tamamilə yanaraq yararsız hala düşüb. Hücum edən şəxslər hadisədən sonra ərazidən qaçıblar.

Şəhər meri hadisənin “terror aktı” olması ehtimalını rədd edib və təhlükəsizlik qurumlarının araşdırma apardığını bildirib. Bəzi media orqanları hücumda PJAK-ı ittiham etsə də, məsələ rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd olunur ki, Saqqız bölgəsində qızıl mədənləri ilə bağlı sosial və ekoloji narazılıqlar əvvəllər də gərginliyə səbəb olub. (Iran Wire)

#İran #qızılmədəni #hücum

Kanala abunə olun
😁1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "Körfəz ölkələrinin xahişi ilə 🇮🇷 İrana hücumu 2-3 gün təxirə saldıq" 🗣🚀

Dünən ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İrana qarşı mümkün hərbi hücumun niyə həyata keçirilmədiyi ilə bağlı suala cavab verib.

Müxbirin “Sizin İrana hücum etməməyinizin səbəbi nədir?” sualına Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ liderləri Vaşinqtondan hücumun 2-3 gün təxirə salınmasını istəyiblər. Onun sözlərinə görə, bu ölkələr İranla razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını düşünürlər.

Tramp qeyd edib ki, ABŞ üçün əsas şərt İranın nüvə silahından tam imtina etməsidir. O əlavə edib ki, əgər ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri mümkün razılaşma şərtlərindən razı qalsa, Vaşinqton da diplomatik həllə müsbət yanaşacaq.

Xatırladaq ki, Tramp özünün sosial media hesabında da İrana qarşı planlaşdırılan hücumların təxirə salınması ilə bağlı paylaşım etmişdi.

#ABŞ #Tramp #İran #hücum #Körfəzölkələri #xahiş

Kanala abunə olun
😁41
🇮🇷 Xameneyi 🇺🇸 ABŞ-nin hücum təhlükəsinə sərt cavab verdi 👳‍♂️❗️

Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi mövcud gərginliklə bağlı sərt açıqlama verərək bildirib ki, müharibə şəraiti davam edərsə, İran “digər cəbhələrin açılması” ehtimalını istisna etmir. Bununla bağlı, onun rəsmi “X” hesabında paylaşım edilib.

Xameneyinin sözlərinə görə, İran tərəfi düşmənin zəif və hazırlıqsız ola biləcəyi istiqamətlərdə yeni cəbhələrin formalaşdırılması imkanlarını nəzərdən keçirir:

“Düşmənin zəif və təcrübəsiz olacağı cəbhələri açmaq üçün səylər göstərilib. Əgər mövcud vəziyyət davam edərsə, maraqlarımız nəzərə alınmaqla digər cəbhələr də açılacaq”.

#İran #Xameneyi #xəbərdarlıq #ABŞ #hücum

Kanala abunə olun
🇮🇷 İranlı rejissora yenidən cinayət işi açıldı 🎥🎞️👨‍⚖️

“Oskar” mükafatına namizəd olmuş iranlı rejissor Cəfər Pənahi İranda yenidən hakim qarşısına çıxacaq.

Məlumata görə, rejissor “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunur. İran məhkəməsi daha öncə onun barəsində 1 il həbs və 2 il kino fəaliyyəti qadağası hökmünə yenidən baxılmasını qərara alıb. İşin hansı əsaslarla yenidən araşdırılacağı açıqlanmayıb. Dinləmənin mayın 20-də keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, əvvəlki hökm çıxarılan vaxt Pənahi ölkədən kənarda olub və Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatı qazanan, habelə, “Oskar”a namizəd göstərilən “Sadə bir təsadüf” filmini təqdim edib. Daha sonra o, İrana qayıdıb.

Cəfər Pənahi 2022–2023-cü illərdə də Tehranda 86 gün həbsdə saxlanılmışdı. (ISNA)

#İran #rejissor #ittiham #məhkəmə #həbs

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran konsulluğu 🇦🇲 Ermənistanda festivala qatılıb 🤔

Mayın 18-də Mehri şəhərində 5-ci Beynəlxalq Sənətkarlıq Festivalı keçirilib. Festivalda iştirak edən İranın Qafandakı baş konsulu Murtəza Abedin Vəramin İran pavilyonunda olub.

İran diplomatı festival çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşüb.

در پنجمین جشنواره بین‌المللی صنایع‌دستی شهر مغری، مرتضی عابدین ورامین سرکنسول جمهوری اسلامی ایران در کاپان، در غرفه ایران حضور یافت و میزبان ژانا آندرئاسیان وزیر آموزش، علوم، فرهنگ و ورزش ارمنستان بود.

#Ermənistan #festival #İran #pavilyon #Qafan #konsul

Kanala abunə olun
Azad İran
🇮🇷 İranda zirehli texnikalar “gəlin maşını” oldu 👰‍♀️🤵‍♂️ Son günlərdə Tehranda qeyri-adi kütləvi nikah mərasimi keçirilib. Fars News agentliyinin məlumatına görə, eyni vaxtda şəhərin müxtəlif bölgələrində ümumilikdə 1000 cütlük ailə həyatı qurub. Mərasimin…
🇮🇷 Tehranda kütləvi nikah mərasimi: “sosial tədbir” yoxsa siyasi şou? 👰‍♀️🤵‍♂️🤔

Tehranda keçirilən “Can fəda cütlüklərin mərasimi” adlı kütləvi nikah sosial mediada geniş müzakirələrə səbəb olub və tədbirin mahiyyəti barədə suallar doğurub.

Məlumata görə, İmam Hüseyn meydanında təşkil olunan mərasimdə yüzlərlə cütlük eyni vaxtda nikaha daxil olub. Tədbirin diqqət çəkən hissəsi isə hərbi və zirehli texnikaların çiçəklərlə bəzədilərək toy karvanına çevrilməsi olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bir sıra şərhçilər bu cür tədbirlərin sadəcə “nikah təşviqi” deyil, həm də SEPAH-ın və İslam Respublikasının ideoloji və siyasi mesajlarını vizual şəkildə təqdim etməyə yönəlmiş şou xarakteri daşıdığı fikrini irəli sürüblər.

Ölkədə iqtisadi çətinliklər, inflyasiya və sosial problemlər fonunda belə genişmiqyaslı və simvolik tədbirlər ictimai diqqəti gündəlik problemlərdən yayındırmaq və dövlət narrativini gücləndirmək məqsədi daşıyır.

#İran #SEPAH #nikah #siyasişou

Kanala abunə olun
🇮🇷 İranda məhbuslar edamların dayandırılmasını tələb edirlər 🗣

Bu gün insan haqları təşkilatlarının məlumatına görə, İranın 56 zindanında minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Bildirilib ki, aksiya səhər saatlarından etibarən başlayıb və məhbuslar bu addımla ölkədə artan edam cəzalarına diqqət çəkməyə çalışırlar.

Məlumata əsasən, aclıq aksiyası mütəmadi şəkildə keçirilir və bu dəfə onun 122-ci dəfə təşkil olunduğu qeyd olunur. Aksiya hər həftənin ikinci günündən başlayaraq 24 saatlıq müddət üçün aparılır.

İnsan haqları təşkilatları bu vəziyyətin beynəlxalq ictimaiyyət və hüquq müdafiə qurumları tərəfindən daha çox diqqətə alınmasını tələb edir.

#İran #həbsxana #aclıqaksiyası #insanhaqları #edam

Kanala abunə olun
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda etirazlarının qanlı kadrları ortaya çıxdı 📹😱

İranda bu ilin 8–9 yanvar tarixlərində baş verən etirazlarla bağlı yeni görüntülər yayımlanıb. Bildirilir ki, sosial mediada paylaşılan kadrlarda etirazlar zamanı həyatını itirən şəxslərin Tehrandakı Əl-Qədir xəstəxanasındakı görüntüləri əks olunub.

Məlumata görə, videolarda insan cəsədləri açıq şəkildə görünür. Görüntülərin gec yayılmasının səbəbi kimi ölkədə tətbiq olunan internet məhdudiyyətləri göstərilir.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarında İran rialının devalvasiyası ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Rəsmi məlumatlara əsasən, iğtişaşlar zamanı 3117 nəfərin öldüyü, onların təxminən 200 nəfərinin təhlükəsizlik qüvvələri əməkdaşları olduğu bildirilmişdi.

#İran #etirazçılar #nümayişlər #ölüm

Kanala abunə olun
🤬5
🇮🇷 İranda mina təmizləmə zamanı keçmiş SEPAH zabiti öldü 💣

Bu gün İran mediası SEPAH-ın keçmiş zabiti Həmid Xaninin Tehranda mina və partlamamış sursatların təmizlənməsi zamanı öldüyünü bildirib.

Məlumata görə, o, İsrail və ABŞ-nin Tehrana birgə hücumlarından sonra geridə qalan partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyatı zamanı həlak olub.

Bildirilir ki, Həmid Xani Xatəmül-Ənbiya qərargahının mühəndislik bölməsində könüllü olaraq fəaliyyət göstərib.

#İran #Tehran #SEPAH #mina #partlamamışsursat

Kanala abunə olun
👍1
🇮🇷 Pezeşkian “səhv mesajların yayılmasından” narazıdır

Dünən İran prezidenti Məsud Pezeşkian dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşdə ABŞ və İsraillə müharibənin ölkənin enerji infrastrukturuna ciddi ziyan vurduğunu etiraf edib.

İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nur News” saytı isı prezidentin çıxışı ilə bağlı yazısını “Pezeşkianın səhv mesajın yayılmasından gileyi” başlığı ilə təqdim edərək, onun emosional yanaşmanı tənqid etdiyini ön plana çıxarıb.

Pezeşkian çıxışında diqqət çəkən ifadələrdən biri isə belə olub: “Yalan danışmaq ən pis günahdır”.

Daha sonra prezident bildirib ki, müharibə nəticəsində istehsal azalıb, ölkədə benzin çatışmazlığı yaranıb, həmçinin neft ixracı çətinləşib. O, mövcud vəziyyətin yaxın dövrdə qiymət artımlarına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.

#İran #Pezeşkian #səhvmesaj #tənqid

Kanala abunə olun
1😁1
🇺🇸 ABŞ-nin 🇮🇷 İranla qarşıdurmaya xərclədiyi yeni məbləğ açıqlandı 💵📈🚀

ABŞ hökumətinin İranla davam edən hərbi qarşıdurma çərçivəsində 79 gün ərzində 85 milyard dollardan çox vəsait xərclədiyi bildirilir.

Məlumat “Iran War Cost Tracker” portalının rəsmi saytında dərc olunub. Layihə müəllifləri bölgəyə göndərilən hərbi gəmilərdə şəxsi heyətin saxlanılması, əməliyyat təminatı və digər çoxsaylı hərbi xərcləri hesablayaraq ümumi məbləği açıqlayıblar.

Hesabata görə, bu göstərici Pentaqonun maliyyə şöbəsinin rəhbəri əvəzi Culs Hörst tərəfindən daha əvvəl açıqlanmış 29 milyard dollarlıq məbləği təxminən üç dəfə üstələyir. (Mehr News)

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı.

#ABŞ #Pentaqon #İran #müharibə #xərclər

Kanala abunə olun