Azad İran
5.76K subscribers
36.3K photos
22K videos
15 files
9.43K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Körfəz ölkələri 🇮🇷 İranın hücumlarına qarşı beynəlxalq dəstək axtarır 🌊

“Əl-Ərəbiyyə” kanalı xəbər verir ki, Körfəz ölkələri Hörmüz boğazında naviqasiya azadlığının qorunması və beynəlxalq su yollarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına yenidən təqdim etməyi planlaşdırır.

Körfəz dövlətləri bu dəfə Rusiya və Çini veto hüququndan istifadə etməməyə və layihəni dəstəkləməyə inandırmağa çalışacaq. Layihədə İran gəmilərə hücumları dayandırmağa çağırılır.

Körfəz Əməkdaşlıq Şurasının siyasi işlər və danışıqlar üzrə baş katibinin müavini bildirib ki, İran ABŞ ilə danışıqlarda Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməklə “böyük səhvə yol verib”.

Körfəz ölkələri müharibədən öncə İranla münasibətləri qorumağa çalışırdı və yeni bir əməkdaşlıq mərhələsinin başlanacağına ümid edirdi. Ancaq İranın Körfəz ölkələrinə hücumları və regional eskalasiyalar nəticəsində Tehran “etibar körpüsünü yenidən qurmaq üçün ağır yük”lə üzləşib.

#Körfəzölkələri #İran #hücum
🇺🇸 CENTCOM: “🇮🇷 İran limanlarının blokadası silah axınının qarşısını almağa kömək edir”

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq olunan dəniz blokadasının “İran tərəfdarlarına silah axınının qarşısını almağa” kömək etdiyini açıqlayıb.

CENTCOM-un sözçüsü Tim Hokins “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib ki, ABŞ qüvvələri blokada başladıqdan sonra 80-dən çox gəmini yönləndirib.

Onun sözlərinə görə, Vaşinqton İranın hər hansı yükü ölkəyə daxil etmək və ya ölkədən çıxarmaq cəhdlərini yaxından izləyir. Tim Hokins əlavə edib ki, ABŞ qüvvələri “tələb oluna biləcək istənilən ehtiyat planına hazırdır”.

#ABŞ #CENTCOM #İran #blokada #limanlar

Kanala abunə olun
👍1🤔1
🇮🇷 İranla əlaqəli şirkət iş vizaları ilə insanları 🇬🇧 Britaniyaya aparır

“The Telegraph” qəzeti xəbər verib ki, İranla əlaqəli qurumlarla bağlı olan və Londonda yerləşən media şirkəti bəzi şəxsləri Britaniyaya köçürmək üçün “Bacarıqlı İşçi” (Skilled Worker) vizası sistemindən istifadə edib.

Məlumata görə, bu cür mexanizmlər Britaniya ərazisində informasiyanın sui-istifadəsi və mümkün düşmənçilik fəaliyyətləri riskini artıra bilər.

Qəzetin məlumatına əsasən, Londonun şimal-qərbində qeydiyyatdan keçmiş RAD Media World şirkətinin İranın dövlət mediası olan Press TV və İran hökuməti ilə əlaqəli ispandilli Hispan TV şəbəkəsi ilə əlaqələri mövcuddur.

Qeyd olunur ki, Britaniyanın “Skilled Worker” vizası 5 ilə qədər qüvvədə qala bilər və viza sahibləri ailə üzvlərini də özləri ilə gətirə bilirlər. Bu vizanın sponsorluğu yalnız Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş işəgötürənlərə icazə verilir. (Iranintl)

#İran #şirkət #Britaniya #işçivizası

Kanala abunə olun
👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda səfərbərlik görüntüsü: xalqa silah təlimi keçirilir 🤔

İran mediasının yaydığı məlumata görə, Tehranın mərkəzində yerləşən Vənək meydanında əhaliyə silahlarla bağlı təlimlər keçirilir.

Bildirilir ki, təlimlər yalnız nəzəri xarakter daşımır, həm də praktiki şəkildə icra olunur və iştirakçılara müxtəlif silahlardan istifadə qaydaları öyrədilir.

Eyni zamanda İran dövlət televiziyasında yayımlanan bəzi proqramlarda da əhaliyə silahlarla bağlı məlumatların verildiyi qeyd olunur.

Bu addım Yaxın Şərqdə təhlükəsizliklə bağlı gərginliyin artdığı bir vaxtda diqqət çəkib.

#İran #səfərbərlik #xalq #silahtəlimi

Kanala abunə olun
😱1
🇸🇦 Səudiyyə Ərəbistanı bir neçə dronu zərərsizləşdirib 🔥

Dünən Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Nazirliyin sözçüsü Turki Əl-Maliki bildirib ki, dronlar vaxtında aşkar edilərək zərərsizləşdirilib.
Əl-Maliki əlavə edib ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır”.

İraq tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

عربستان سعودی اعلام کرد روز یک‌شنبه سه پهپاد را که از حریم هوایی عراق وارد شده بودند، رهگیری کرده است.

#SəudiyyəƏrəbistanı #İraq #dron #hücum

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇾🇪 Yəməndə 🇺🇸 ABŞ dronunun vurulduğu iddia edilir

Dünən bəzi media orqanları Yəmən silahlı qüvvələrinin Marib əyaləti üzərində ABŞ ordusuna məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib.

Məlumata görə, sosial şəbəkələrdə hadisəni əks etdirdiyi deyilən görüntülər yayılıb.

ABŞ tərəfi və rəsmi mənbələr hələlik bu iddia ilə bağlı açıqlama verməyib. (ISNA)

انهدام یک پهپاد آمریکایی در یمن

برخی رسانه‌ها با انتشار تصاویری، از انهدام یک فروند پهپاد MQ9 ارتش آمریکا در آسمان استان مارب به دست نیروهای مسلح یمن خبر می‌دهند‌.

#Yəmən #ABŞ #MQ9 #PUA #zərbə #iddia

Kanala abunə olun
CNN: “🇺🇸 Pentaqon 🇮🇷 İrana mümkün zərbələr üçün planlar hazırlayır”

CNN telekanalı xəbər verib ki, ABŞ prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün növbəti addımları müzakirə edib.

Görüş Trampın Virciniyadakı qolf klubunda baş tutub. Toplantıda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, MKİ direktoru Con Retklif və Trampın xüsusi nümayəndəsi Stiv Uitkof iştirak edib.

Məlumata görə, Tramp İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, Pentaqon artıq bir neçə zərbə variantı hazırlayıb.

CNN yazır ki, potensial hədəflər arasında İranın enerji obyektləri və əsas infrastrukturu yer alır. Ağ Evin yaxın günlərdə milli təhlükəsizlik qrupu ilə daha bir görüş keçirməsi gözlənilir.

#ABŞ #Tramp #Pentaqon #İran #plan

Kanala abunə olun
👍3
🇮🇷 Xameneyinin müşaviri: “🇺🇸 ABŞ-nin dəniz blokadasını qıracağıq”👮‍♂

Dünən SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını sərt tənqid edib.

Rzayi bildirib ki, Tramp blokadanın müharibənin davamı olduğunu anlamasa belə, “dünyanın hərbçiləri bunu yaxşı bilir və sadəcə döyüş meydanı səssiz qalıb”.

Onun sözlərinə görə, blokadanın uzadılması yalnız İrana deyil, dünya ölkələrinə də ciddi ziyan vurur:
“İrana qarşı dəniz blokadasını nə qədər uzatsalar, dünya ölkələrinə dəyən ziyan bir o qədər çox olacaq. Səbrimizin bir həddi var və Silahlı Qüvvələr özlərini hazırlayırlar”.

Rzayi qeyd edib ki, Hörmüz boğazı ticarət üçün açıqdır, ancaq hərbi əməliyyatlar üçün açıq olmayacaq. O, yaxın günlərdə yeni eskalasiya ehtimalına da toxunaraq ABŞ-nin “çıxılmaz vəziyyətdə” olduğunu və Amerika ordusunun cənub sahilinə giriş planlarının yüksək risk daşıdığını bildirib.(BBC)

#İran #Xameneyi #müşavir #ABŞ #dənizblokadası #tənqid

Kanala abunə olun
😁21
Daily Mail: “🇮🇷 İran zindanlarında təcavüz və işgəncə sistematik alətə çevrilib” 😱🤬

“The Daily Mail” qəzeti İran zindanlarında yayılan yeni şahid ifadələrinə əsaslanaraq, İslam Respublikasında məhbuslara qarşı işgəncə, cinsi zorakılıq və alçaldıcı rəftarın sistematik xarakter daşıdığını gündəmə gətirib.

Hesabatda “Mina” təxəllüslü qadının ifadəsinə yer verilir. O bildirir ki, dindirmə zamanı onu döyüb, təhqir edib və cinsi xarakterli basqılar göstəriblər, habelə, 12 yaşlı oğlunun həbs ediləcəyi ilə hədələyiblər.
İnsan haqları təşkilatları bu cür halların təkcə bir neçə hadisə ilə məhdudlaşmadığını göstərir. Beynəlxalq Əfv Təşkilatı minlərlə iranlının, o cümlədən uşaqların və yeniyetmələrin həbs zamanı cinsi zorakılığa və işgəncəyə məruz qaldığını bildirib.

Hesabatda keçmiş siyasi məhbusların açıqlamaları da yer alır. Onların sözlərinə görə, zorakılıq məqsədi yalnız məlumat əldə etmək deyil, eyni zamanda saxlanılanları qorxutmaq, alçaltmaq və məcburi etiraflara məcbur etməkdir.

#İran #zindan #məhbus
1🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Zənginləşdirilmiş materialların çıxarılması və ya təklif iddiaları reallığa uyğun deyil” ☢️❗️

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlarla bağlı yayılan bəzi iddiaları təkzib edib.

O bildirib ki, İranın zənginləşdirilmiş nüvə materiallarını çıxarması və ya ABŞ-nin 25 milyon dollarlıq təklif etməsi barədə yayılan xəbərlər “reallığa yaxın deyil”.

Bəqayi qeyd edib ki, danışıqlar prosesi davam edir və hələlik müvəqqəti xarakter daşımır. Onun sözlərinə görə, İran Pakistan vasitəsilə aparılan vasitəçilik çərçivəsində bir sıra təklif və düzəlişlər alıb və bu təkliflər qarşı tərəfə ötürülüb.

Sözçü vurğulayıb ki, İranın nüvə zənginləşdirmə hüququ NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində tanınır və bu hüquq “müzakirə predmeti deyil”. (Snn.ir)

#İran #XİN #nüvəmaterialları #ABŞ #təklif #iddia

Kanala abunə olun
Səfir: 🇦🇿 Azərbaycan və 🇮🇷 İran WUF13-dən sonra şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edə bilər 🏗🏚

Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu deyib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) sonra Azərbaycan və İran şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edə bilər.

Onun sözlərinə görə, İran nümayəndə heyəti WUF13-də iştirak edir: "Nümayəndə heyəti müxtəlif panellərdə çıxış edir. Düşünürəm ki, bu forumun vacib əhəmiyyəti var. Bütün region, o cümlədən Azərbaycan və İran üçün önəmli tədbirdir. Forumda müxtəlif ölkələrlə ikitərəfli əlaqələr müzakirə edilir".

Səfir bildirib ki, İran nümayəndə heyəti İranda şəhərsalma işləri ilə bağlı məlumatlandırma işləri aparır:
"Əvvəllər İran və Azərbaycan arasında Birgə İqtisadi Komissiyanın tərkibində Şəhərsalma komitəsi olub. Bu çərçivədə əməkdaşlıq həyata keçirilirdi. Zənnimcə, forumdan sonra Azərbaycan və İran yenidən bu məsələyə baxıb, şəhərsalma sahəsində əməkdaşlığı davam etdirməyi müzakirə edə bilər".

#İran #səfir #Azərbaycan #WUF13
😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN region ölkələrinə xəbərdarlıq etdi: "Dərs çıxarılmalıdır" 🤔

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında BƏƏ və region ölkələri haqqında açıqlama verib.

Onun sözlərinə görə, İran bölgədə heç bir ölkə ilə düşmənçilik istəmir və “daimi qonşuluq münasibətlərinin” tərəfdarıdır. Ancaq Bəqayi region ölkələrini “xarici aktorların bölgədə nifaq salmaq cəhdlərinə qarşı diqqətli olmağa” çağırıb.

Xüsusilə BƏƏ-ni nəzərdə tutan sözçü qeyd edib ki, son 2–3 ayın hadisələri ölkələr üçün “dərs olmalıdır” və ABŞ ilə İsrailin bölgədəki hərbi mövcudluğu təhlükəsizlik yaratmır, əksinə riskləri artırır.

Bəqayi bəzi ölkələrin öz ərazilərini “təcavüzkar tərəflərin istifadəsinə verməsini” tənqid edib və bununla bağlı narahatlıq ifadə edib.

O, vurğulayıb ki, bölgədə davamlı təhlükəsizlik yalnız region ölkələri arasında etimadın qurulması və daxili təhlükəsizlik mexanizminin yaradılması ilə mümkündür.

#İran #XİN #regionölkələri #xəbərdarlıq

Kanala abunə olun
😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ

🇵🇰 Pakistanda daha bir terror aktı: ölənlər və yaralananlar var 💣💥

Bu gün Pakistanın Cənubi Vəziristan bölgəsindəki Vana şəhərinin "Rüstəm" bazarında baş verən bomba partlayışı nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Yerli mənbələr bölgədəki nüfuzlu qəbilə ağsaqqalı Malik Tariq Vəzirin ölənlər arasında olduğunu açıqlayıb. (Mehr News)

#Pakistan #CənubiVəziristan #partlayış #terroraktı

Kanala abunə olun
👎1
Reuters: "🇵🇰 Pakistan 🇺🇸 ABŞ-yə yenilənmiş 🇮🇷 İran təklifini təqdim edib"

Reuters agentliyinin pakistanlı mənbəyə istinadən verdiyi məlumata görə, Pakistan İran tərəfindən hazırlanmış təklifin yenidən işlənmiş versiyasını ABŞ tərəfinə təqdim edib.

Mənbə bildirib ki, prosesdə “vaxt azalır” və tərəflər hələ də mövqelərini və məqsədlərini uyğunlaşdırmağa çalışırlar.

Bu arada ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla “çoxdan razılaşma istədiyini”, lakin Tehranın irəli sürdüyü şərtlərdən məmnun olmadığını deyib.

#Pakistan #ABŞ #İran #danışıqlar

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Silahlı Qüvvələrimizin düşmən üçün yeni sürprizləri var” 🤔

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə bildirib ki, Tehran diplomatik prosesi ciddi şəkildə davam etdirir, ancaq qarşı tərəfin təhdidləri və ziddiyyətli davranışları İranı geri addım atmağa məcbur etməyəcək.

O, İranın istənilən ssenariyə hazır olduğunu vurğulayaraq deyib ki, hər hansı hücum və ya eskalasiya halında Tehran sərt cavab verəcək.

Bəqayi, habelə əlavə edib ki, İran silahlı qüvvələrinin düşmən üçün “yeni sürprizləri” olacaq. (Snn.ir)

#İran #XİN #SilahlıQüvvələr #diplomatiya #sürprizlər

Kanala abunə olun
🤮1
🇮🇷 İran “Hörmüz Boğazı Administrasiyası”nın fəaliyyətə başladığını elan etdi 🌊

Bu gün İran Hörmüz boğazının idarə olunması üzrə yeni qurumun rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb.

Məlumata görə, "Fars Körfəzi Boğazı Administrasiyası" (PGSA) rəsmi “X” hesabını aktivləşdirib və burada Hörmüz boğazında baş verən proseslərlə bağlı real vaxt rejimində yeniləmələr paylaşacağını bildirib.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası və SEPAH-ın Hərbi Dəniz Qüvvələri sosial mediada məlumat yayıb.

#İran #Hörmüzboğazı #idarə #fəaliyyət

Kanala abunə olun
🇮🇷 Pezeşkian 🇺🇸 ABŞ ilə danışıqlara qarşı şüarları tənqid etdi ❗️

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəsinin “ləyaqətlə” dialoq aparmalı olduğunu bildirib və ABŞ ilə danışıqlara qarşı çıxanların şüarlarını tənqid edib.

Çıxışında sərt ritorikadan istifadə edən Pezeşkian deyib: “Danışıq aparmaq istəmirsinizsə, onda sona qədər döyüşmək istəyirsiniz? Layəqatlə danışıqlar aparacaq və geri çəkilməyəcəyik”.

O, İranın enerji böhranına da diqqət çəkərək bildirib ki, ölkənin yüksək enerji istehlakı həm yayda, həm də qışda ciddi problemlər yarada bilər. Pezeşkianın sözlərinə görə, İran gündə təxminən 100 milyon litr benzin istehsal edir, halbuki real ehtiyac 150 milyon litrdir.

İran prezidenti inflyasiyanın səbəbləri barədə danışaraq qeyd edib ki, iqtisadi problemlərin kökü məhz bu cür sistemli çatışmazlıqlardan başlayır. (Shafaqna)

#İran #Pezeşkian #ABŞ #danışıqlar #tənqid

Kanala abunə olun
1😁1
🇮🇷 Millət vəkili: “İran parlamenti 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu öldürəməyə görə mükafat təyin edəcək” 😱💣

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Nəbəvian bildirib ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun aradan götürülməsini təşviq edən qanun layihəsi yaxın günlərdə parlamentdə səsverməyə çıxarıla bilər.

Onun sözlərinə görə, təşəbbüs bu iki siyasi liderə qarşı hərəkət edəcək şəxs üçün “mükafat” nəzərdə tutur.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlada biləcəyi ehtimalına toxunan millət vəkili, hər hansı hücum halında İranın cavabının “dağıdıcı” olacağını iddia edib.

#İran #millətvəkili #ABŞ #Tramp #İsrail #Netanyahu #ölüm #mükafat

Kanala abunə olun
😱2👍1