Azad İran
5.77K subscribers
36.2K photos
22K videos
15 files
9.43K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran 🇺🇸 ABŞ-ni 🇺🇳 BMT qətnaməsini manipulyasiya etməkdə ittiham etdi

İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı BMT-də irəli sürülən qətnaməni manipulyasiya etməkdə günahlandırıb. Tehran iddia edir ki, Vaşinqton sənəd ətrafında geniş beynəlxalq dəstək görüntüsü yaratmağa çalışır.

Məlumata görə, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən də dəstəklənən qətnamə layihəsi İrana Hörmüz boğazında hücumların, mədən fəaliyyətlərinin və tranzit üçün ödənişlərin dayandırılması çağırışını ehtiva edir.

İranın BMT-dəki Daimi Nümayəndəliyi isə cavabında bildirib ki, ABŞ qətnamənin həmmüəlliflərinin çoxluğundan siyasi təzyiq aləti kimi istifadə edir və məsələyə birtərəfli yanaşma formalaşdırmağa çalışır.

Tehran xəbərdarlıq edib ki, Vaşinqtonun təşviq etdiyi hər hansı yeni gərginlik halında sənədi dəstəkləyən ölkələr də nəticələrə görə beynəlxalq məsuliyyət daşıyacaqlar. (IRNA)

#İran #ABŞ #BMT #qətnamə #ittiham

Kanala abunə olun
Reuters: FİFA 🇮🇷 İranın Dünya Kubokunda iştirakını müzakirə edir ⚽️

Reuters agentliyi xəbər verir ki, FİFA-nın baş katibi Matthias Graphstrom şənbə günü İstanbulda İran Futbol Federasiyasının rəsmiləri ilə görüşərək İran milli komandasının Dünya Kubokunda iştirak məsələsini müzakirə edəcək.

Məlumata görə, İran yığmasının qrup mərhələsində keçirəcəyi hər üç oyunun ABŞ-də oynanması planlaşdırılır. Ancaq mart ayında ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra İranın turnirdə iştirakı sual altına düşüb.

FİFA nümayəndələrinin görüş zamanı İran tərəfinə iştirakla bağlı mövcud vəziyyəti izah etməsi və “narahatlıqları aradan qaldırmağa yönəlmiş” mesajlar verməsi gözlənilir.

Bundan əvvəl İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac milli komandanın Dünya Kubokunda iştirakının “qəti” olduğunu bildirmiş və turnirə qatılmaq üçün müəyyən şərtlər irəli sürmüşdü.

#FİFA #İran #DünyaKuboku

Kanala abunə olun
1
🇮🇷 İran “Hörmüz Sığortası” ilə boğaz üzərində nəzarəti gücləndirir

Fars News agentliyi bildirib ki, ölkənin İqtisadiyyat Nazirliyi sığorta mexanizmi üzərindən “Hörmüz boğazının idarə olunmasına imkan verəcək” yeni plan həyata keçirir.

Agentliyin əldə etdiyi sənədə əsasən, “Hörmüz Sığortası” adlandırılan bu plan İranın boğazdan keçən gəmiləri izləməsinə, müxtəlif ölkələrə məxsus gəmiləri ayırd etməsinə və müəyyən etməsinə imkan verəcək.

Fars News-ın iddiasına görə, bu mexanizm müharibə şəraitindən kənar vəziyyətlərdə də digər ölkələr tərəfindən qəbul edilə bilər və İran müharibədən sonrakı dövrdə bu yolla 2 milyard dollara qədər gəlir əldə edə bilər. Bununla yanaşı, hesabatda İranın infrastruktur imkanlarının məhdud olduğu və bu gəlirin reallaşmasını çətinləşdirə biləcəyi də qeyd olunur.

Agentlik yazır ki, planın əsas üstünlüyü “boğazın sığorta vasitəsilə idarə olunmasının” mülki xarakter daşımasıdır və bu, gəmilərdən birbaşa rüsum yığmaqdan daha asan qəbul oluna bilər.

#İran #Hörmüzboğazı #sığorta
🇮🇷 İran 🇮🇱 İsraillə əlaqə ittihamı ilə onlarla şəxsin əmlakını müsadirə etdi

İran mediası xəbər verir ki, ölkə hakimiyyəti Yəzd əyalətində “düşmən şəbəkələri” ilə əməkdaşlıqda və milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunan 51 nəfərə məxsus əmlakı müsadirə edib.

Məlumata görə, bu şəxslər casusluq və İsraillə əməkdaşlıqda şübhəli bilinirlər. Yerli mənbələr bildirir ki, müsadirə tədbirləri casusluq və xarici ölkələrlə əlaqəyə görə cəzaları sərtləşdirən yeni qanun çərçivəsində həyata keçirilir.

Hadisə ilə bağlı müsadirə olunan əmlakın dəyəri və təqsirləndirilən şəxslərin kimliyi barədə əlavə məlumat verilməyib.

#İran #İsrail #ittiham

Kanala abunə olun
🇮🇷 İran səfirliyi 🇮🇱 İsrail kanalına etiraz etdi: “🇦🇲 Ermənistan bayrağının yerinə başqa bayraq göstərilə bilməz”

İranın Ermənistandakı səfirliyi İsrailin “Kan 11” telekanalına etiraz edib. Səfirlik “Eurovision” yarımfinalının yayımı zamanı Ermənistan və 🇦🇿 Azərbaycanın eyni bayraq altında göstərilməsinə kəskin reaksiya verib.

Diplomatik nümayəndəlikdən vurğulanıb: “Heç kim gözəl Ermənistan bayrağının əvəzinə başqa bir bayraq göstərə bilməz”.

Səfirlik əlavə edib ki, Ermənistan “tarixi bir sivilizasiya”dır və İran hər zaman onu dəstəkləyib.

#İran #səfirlik #dəstək #Ermənistan #Eurovision #bayraq #etiraz #Azərbaycan

Kanala abunə olun
😁8
🇮🇷 İran Hörmüz boğazından keçid üçün yeni mexanizm hazırlayır 🌊

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Tehran Hörmüz boğazından keçid üçün xüsusi marşrut əsasında yeni idarəetmə mexanizmi hazırlayıb və bu mexanizm yaxın günlərdə rəsmi şəkildə elan olunacaq.

“X” hesabında paylaşım edən Əzizi qeyd edib ki, yeni marşrutdan yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəfdaşlar istifadə edə biləcək. Eyni zamanda, göstəriləcək ixtisaslaşmış xidmətlər üçün ödənişlərin alınacağı da vurğulanıb.

Onun sözlərinə görə, bu marşrut ABŞ-nin təşəbbüsü kimi təqdim olunan və “Azadlıq Layihəsi” adlandırılan planın iştirakçıları üçün bağlı qalacaq.

#İran #mexanizm #keçid #Hörmüzboğazı

Kanala abunə olun
🇦🇪 BƏƏ 🇮🇱 Netanyahunun gizli səfərinin sızmasına görə İsrailə nota göndərdi

İsrailin I24 agentliyi xəbər verir ki, baş nazir Benyamin Netanyahunun əvvəllər açıqlanmayan Əbu-Dabi səfəri barədə məlumatların mediaya sızması BƏƏ-də ciddi narazılıq yaradıb.

Məlumata görə, xüsusilə İsrailin Baş Nazir Ofisinin səfəri təsdiqləməsindən sonra Əmirliklər tərəfi İsrailə rəsmi etiraz notası göndərib. Bildirilir ki, bu mesaj BƏƏ-nin İsraildəki səfiri Əl-Həcc tərəfindən İsrail Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına birbaşa çatdırılıb.

Mənbənin I24-ə dediyinə görə, Əmirlik rəsmiləri “çox qəzəbli” olub və Baş Nazir Ofisindən məxfi məlumatların sızmasının ilk dəfə baş vermədiyini vurğulayıblar.

#BƏƏ #İsrail #Netanyahu #gizlisəfər #nota

Kanala abunə olun
😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Güney Azərbaycanda fabrik yanır 🏭🔥

Bu gün Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində yerləşən motor yağı istehsalı zavodunda böyük yanğın baş verib.

Yerli medianın məlumatına görə, yanğınsöndürən qüvvələr hadisə yerində alovu nəzarət altına almaq üçün işlərini davam etdirirlər. Hazırda xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Yanğının səbəbi ilə bağlı araşdırma aparılır. (Mehr News)

📹 آتش‌سوزی در کارخانه روغن موتور مراغه

🔺تلاش آتش‌نشانان برای مهار آتش همچنان ادامه دارد.

#GüneyAzərbaycan #Marağa #fabrik #yanğın

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 Xameneyinin müşaviri 🇦🇪 BƏƏ və 🇰🇼 Küveytə xəbərdarlıq etdi ❗️

Bu gün İranın ali liderinin müşaviri Məhəmməd Moxber “X” hesabında paylaşım edərək, BƏƏ və Küveytə sərt mesaj ünvanlayıb.

Onun sözlərinə görə, Tehran uzun müddət bu ölkələri “dost və qardaş” hesab edib, ancaq onlar “öz suverenliklərindən faktiki olaraq imtina edərək” ərazilərinin və infrastrukturlarının İranın düşmənləri və “Fələstinin əleyhinə” istifadə edilməsinə imkan veriblər.

Moxber bildirib ki, İslam Respublikasının son müharibə zamanı CENTCOM-a aid icarəyə götürülmüş postlara cavabı “tam miqyaslı olmayıb”, ancaq İranın təmkini əbədi davam etməyəcək.

#İran #xəbərdarlıq #BƏƏ #Küveyt

Kanala abunə olun
👏1
Media is too big
VIEW IN TELEGRAM
🚨SON DƏQİQƏ

🇮🇷 İran Hörmüzdə daha bir tanker ələ keçirdi 🌊🛳️

İran mediası Hörmüz boğazında bir neft tankerinin saxlanılması ilə bağlı görüntülər yayımlayıb. Bildirilir ki, tanker bu strateji su yolundan keçərkən “İranın keçid qaydalarını pozduğu” üçün İran qüvvələri tərəfindən ələ keçirilib.

Məlumata görə, gəmi daha sonra İranın Hörmüzqan əyalətindəki limanlardan birinə qaytarılıb. İran tərəfi tankerə məxsus 450 min barel neft yükünün də müsadirə etdiyini iddia edir.

Hadisə ilə bağlı gəminin hansı ölkəyə məxsus olduğu və ekipajın vəziyyəti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

#İran #Hörmüzboğazı #tanker #müsadirə

Kanala abunə olun
1👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰🇮🇷 Danışıqların bərpası səyləri çərçivəsində: Pakistanın daxili işlər naziri İrana səfər edib

​Pakistanın daxili işlər naziri Mohsen Nəqəvi iki günlük rəsmi səfərlə İrana gəlib.

O, artıq iranlı həmkarı İskəndər Momeni ilə danışıqlar aparıb və görüşdə İslamabad ilə Tehran arasındakı ikitərəfli əlaqələr müzakirə olunub.

​Bundan əlavə, nazirlər regional müstəvidə baş verən son hadisələrə, xüsusilə də Pakistanın vasitəçiliyi ilə İran və 🇺🇸 ABŞ arasında danışıqların bərpası perspektivlərinə xüsusi diqqət yetiriblər.

#Pakistan #İran #danışıqlar #ABŞ

Kanala abunə olun
1🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran televiziyasında 🇦🇪 BƏƏ bayrağına atəş açıldı 😱🔥

Müharibə görüntülərinin fonunda iranlı aparıcı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağını nişan alaraq simulyasiya xarakterli atəş açıb.

Videonun növbəti hissəsində isə əlində eyni silahı tutan qadın aparıcı çıxış edir.
O, ölkəsi, torpağı və xalqı üçün canından keçməyə hazır olduğunu bildirir.

Qadın qeyd edir ki, əgər kişilər cəbhəyə yollanarsa və ehtiyac yaranarsa, bu İranın bütün qadınları və qızları da silaha sarılaraq düşmənlə vuruşmağa və ana vətəni müdafiə etməyə hazırdırlar.

#İran #TV #BƏƏ #bayraq #atəş

Kanala abunə olun
🤮3👍1👎1
Durov 🇦🇪 Dubayda "🇮🇷 İran atəşfəşanlığı üçün darıxdığını" deyir 👨‍💻

Dubay yenidən tıxac və izdihamla dolub daşdı. Artıq İran atəşfəşanlığı üçün darıxıram – onlar şəhəri asanlıqla təsirlənən insanlardan təmizləməyə kömək edib”, - deyə "Telegram" mesajlaşma tətbiqinin qurucusu Pavel Durov yazıb.

O, əlavə edib ki, BƏƏ-nin hava hücumundan müdafiə sistemi atəş altında “heyranedici şəkildə işləyib”.

Durov qeyd edib: “0% vergi ilə biz 50% ödəyən avropalılardan daha yaxşı qorunma əldə edirik”.

Qeyd edək ki, İranın BƏƏ-yə endirdiyi zərbələr nəticəsində, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, üç nəfər həlak olub, 58 nəfər yaralanıb.

#PavelDurov #Dubay #İran

Kanala abunə olun
🇹🇷 Türkiyənin xarici işlər naziri 🇮🇷 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavinini qəbul edib

Hakan Fidan və Əli Baqeri arasında İstanbulda keçirilən görüşün təfərrüatları açıqlanmayıb. (Türkiyə XİN)

#Türkiyə #İran

Kanala abunə olun
🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇱🇧 Livanın cənubunda Hizbullahın 100-dən çox hədəfinə zərbə endirib 🚀

Son iki gündə İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı 100-dən çox Hizbullah hərbi hədəfinə hava hücumları həyata keçirib.

Hücum edilən hədəflər arasında Hizbullah qüvvələrinin ərazidə fəaliyyət göstərən İsrail qüvvələrinə hücum etdiyi silah anbarları və müşahidə məntəqələri də olub.

#İsrail #Hizbullah

Kanala abunə olun
2🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 USS Gerald R. Ford aviadaşıyıcısı 300 gündən artıq davam edən döyüş tapşırığından sonra öz bazasına geri qayıdıb 🌊🚢

Bu müddət ərzində “Ford” və onu müşayiət edən gəmilər iki fərqli döyüş komandanlığında – SOUTHCOM və CENTCOM zonalarında döyüş əməliyyatlarında iştirak edib.

#ABŞ #aviadaşıyıcı #döyüşgəmiləri #İran

Kanala abunə olun
🇮🇷 İranda zəlzələ oldu 🆘

İranın Mazandaran və Gülüstan əyalətlərinin sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələlər Mazandaran və Gülüstan əyalətlərinin sərhədindəki Qaluqe şəhəri ərazisində qeydə alınıb.

Seysmoloqların məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:19-da 6 kilometr dərinlikdə baş verib. (Fars News)

دقایقی پیش زلزله بخش های از استان های مازندران و گلستان را لرزاند

#İran #zəlzələ

Kanala abunə olun
🇺🇸 ABŞ 🇦🇪 BƏƏ-ni strateji əhəmiyyətli 🇮🇷 İran adasını ələ keçirməyə çağırıb 🔥

Bu haqda The Telegraph qəzeti yazır.

Trampın yaxın ətrafındakı bəzi şəxslərin Əmirliklərə İranın Lavan adasını ələ keçirməyi təklif etdiyi qeyd olunur.
Trampın keçmiş yüksək rütbəli təhlükəsizlik rəsmisinin nəşrə verdiyi məlumata görə, aprelin əvvəlində BƏƏ tərəfindən həmin adaya gizli hərbi zərbələr endirildiyi bildirilir.

Mənbə amerikalıların dediklərindən sitat gətirib: "Gedin onları əsir götürün!
Bunlar ABŞ yox, BƏƏ qoşunları olacaq".


#ABŞ #BƏƏ #hücum #İran #Lavanadası

Kanala abunə olun
🇮🇷 İranda daha bir məhbus dar ağacından asılıb 😱😢

İnsan haqları təşkilatı "Hengaw"-ın məlumatına görə, narkotiklə əlaqəli ittihamlarla məhkum edilmiş Rza Süleymani Qum şəhər Mərkəzi Həbsxanasında edam edilib.

56 yaşlı şəxsin təxminən iki il əvvəl həbs olunduğu və sonradan edam cəzasına məhkum edildiyi bildirilir.

İran dövlət mediası bu haqda açıqlama verməyib.

گزارشی از اجرای حکم اعدام رضا سلیمانی در زندان مرکزی قم

#İran #edam #ittiham

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda yanacaq daşıyan şəxslər hökumət qüvvələrinin avtomobilə hücumu nəticəsində həlak olublar 😱🔥

İranın Sistan və Bəluçistan əyalətində hərbçilərin açdığı atəş nəticəsində ən azı iki etnik bəluç yanacaq daşıyıcısı həlak olub.

Haalvsh xəbər kanalının məlumatına görə, hadisə mayın 14-ü səhər saatlarında Mircave şəhəri yaxınlığındakı Zahedan-Tehlab magistral yolunda baş verib.
Mənbənin məlumatına görə, əsgərlər əvvəlcədən xəbərdarlıq etmədən və ya dayanmaq tələbi olmadan nəqliyyat vasitəsinə atəş açıblar.

Atəş nəticəsində avtomobil alovlanıb və içəridəki insanlar alovlar içində yanıblar. Onların şəxsiyyəti hələlik müəyyən edilməyib.
کشته‌شدن دو سوختبر بلوچ در پی تیراندازی نیروهای نظامی و آتش‌گرفتن خودرو در محور زاهدان به تهلاب

#İran #hərbiqüvvələr #etnikbəluç

Kanala abunə olun
🇮🇷 Mövləvi Əbdülhəmid siyasi edamların dayandırılmasını tələb edir 🗣

"​Haalvsh" kanalının məlumatına görə, cümə günü Zahedan şəhərinin sünni icmasının cümə imamı Mövləvi Əbdülhəmid İsmayılzehi İranda edam hökmlərinin icrasının, xüsusilə də siyasi edamların artmasını kəskin tənqid edərək "siyasi edamların" dayandırılmasını tələb edib.

O, məhkəmə proseslərində "məcburi etiraflardan" istifadə edilməsinin İslam şəriətinə, konstitusiyaya və beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu vurğulayıb.

​Mövləvi Əbdülhəmid çıxışının bir hissəsində son edam dalğasına toxunaraq deyib:
​"Bu günlərdə icra olunan edamlar İran dövləti və xalqı üçün zərərlidir. Siyasi edamlar ölkəmizin xeyrinə, eləcə də hakimiyyətin və xalqın mənafeyinə uyğun deyil".

مولوی عبدالحمید خواستار توقف «اعدام‌های سیاسی» شد؛ انتقاد از اعترافات اجباری و روند فزاینده اعدام‌ها در ایران

#İran #dinxadimi #edam #tənqid

Kanala abunə olun
3