🇺🇸 ABŞ 🇮🇷 SEPAH-a dron təchiz edən şəbəkə barədə məlumat üçün mükafat təyin etdi 💵
Dünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramı SEPAH-ın Qüds qanadı üçün dron təchiz və istehsal edən şəbəkələrdən biri kimi müəyyən edilən “Kimia Part Sivan” (Kipas) şirkətinin üzvləri və fəaliyyəti barədə məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
Mükafat SEPAH-ın maliyyə mexanizmlərini müəyyən etməyə və ya pozmağa kömək edə biləcək məlumatlar üçün nəzərdə tutulub.
Məlumata görə, şəbəkənin əsas üzvləri kimi aşağıdakı şəxslərin adları çəkilib:
• Həsən Arambunejad;
• Əbülfəzl Ramazanzadə Meşkani;
• Mehdi Ğəffari;
• Rza Nahardani;
• Abbas Sərtaci;
• Hadi Cəmşidi.
Bu şəxslər İraq, Yəmən və Suriyada İranla əlaqəli qruplar üçün dronların hazırlanması, sınaqdan keçirilməsi və təchizatında rol oynayıblar. (Independent Persian)
#ABŞ #SEPAH #dron #təchizat #məlumat #mükafat
Kanala abunə olun

🇰🇿 Qazaxıstan 🇮🇷 İrana humanitar yardım göndərdi 💊🥖🚛
Dünən Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) ölkənin Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə İrana humanitar yardım göndərib. Bununla bağlı, "KazAID" xəbər verib.
Məlumata görə, yardım çərçivəsində ərzaq və dərman vasitələrindən ibarət 30 vaqon yük İslam Respublikasına yola salınıb. Göndərilən humanitar yükün İran Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcəyi bildirilir.
ارسال محموله بزرگ کمکهای غذایی و دارویی از قزاقستان به ایران
#Qazaxıstan #İran #humanitaryardım

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Trampdan ABŞ-nin 🇮🇷 İranın Minab bölgəsindəki qızlar məktəbinə zərbə endirdiyini təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub❓
Jurnalist: "Dünən CENTCOM rəhbərindən müharibənin ilk günündə qızlar məktəbinə edilən hücum barədə soruşulub".
Donald Tramp: "Bu, araşdırılır. Siz ilkin hadisədən danışırsınız".
Jurnalist: "Hazırda mülki itkilərlə bağlı araşdırılan yeganə hal budur?"
Tramp: "Hesab edirəm ki, araşdırma mərhələsində olan bir neçə məsələmiz var. Amma bəli, bu da araşdırılır".
Jurnalist: "Bunun ABŞ raketi olduğunu artıq təsdiqləyə bilmisinizmi? Mən BBC Radio 4-dənəm".
Tramp: "Feyk" BBC-dən? Söhbət mənim demədiyim sözləri demişəm kimi qələmə verən, sonra isə bunun saxta olduğunu etiraf etməli olanlardan gedir?
Adımdan dəhşətli sözlər paylaşan və sonra bunun saxta olduğunu boynuna alanlardan?
İndi 5 milyard dollar məbləğində məhkəməyə verilən və nə edəcəklərini bilməyənlərdən? Siz BBC-dənsiniz? Onlar başqa bir "feykdir".
#Tramp #sual #İran #Minab #məktəb

❤1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin 🇮🇱 İsraildəki səfiri: "Körfəz dövlətləri İsrail və 🇮🇷 İran arasında seçim etməlidirlər"
Mayk Hakabi deyib: "Körfəz ölkələri artıq bir seçim etməli olduqlarını anlasınlar.
Hansı daha ehtimal olunandır: İran tərəfindən hücuma məruz qalmaq, yoxsa İsrail?
Hesab edirəm ki, onlar ətrafa baxıb deyə bilərlər: "Bilirsiniz, İsrail bizə kömək etdi, İran isə bizə hücum etdi".
Buradakı dərs nədir?
Dərs odur ki, İsrail sizin təbii düşməniniz deyil.
İsrail sizi məhv etməyə çalışmır.
İsrail sizin torpaqlarınızı ələ keçirməyə çalışmır, sizin mülki ərazilərinizə raketlər atmır.
Bəs bunu kim edir? İran.
Bir tərəf seçin. Hansı tərəfi seçəcəksiniz? ABŞ və İsrail bir tərəfi, İran və onların radikal şiə fanatizmi isə digər tərəfi təmsil edir".
#ABŞsəfiri #İsrail #ərəbölkələri #İran

❤1😁1
📌 Ərdəbildə çörək bahalaşıb 🍞💸
Ərdəbil əyalətinin mərkəzi Ərdəbil şəhəri də daxil olmaqla bir neçə şəhərdə çörəyin qiyməti qalxıb.
Bu haqda yerli mənbələr məlumat yayıb.
Əvvəlcədən rəsmi şəkildə elan edilmədən müxtəlif çörək növlərinin bahalaşmasının vətəndaşların etirazları ilə qarşılaşdığı bildirilib.
Əyalət valisinin müavini Behruz Xəlili isə qiymət artımının "özbaşına" və "qanunsuz" olduğunu deyib.
#Ərdəbil #çörək #qiymətartımı

Intelligence Online: "🇶🇦 Qətər 🇮🇷 İran dronlarına qarşı 🇨🇳 Çin hava hücumundan müdafiə sistemini nəzərdən keçirir"
🇫🇷 Fransa kəşfiyyat xidmətlərinin ruporu olan Intelligence Online-ın məlumatına görə, Qətər rəsmiləri İrandan potensial hücumların qarşısını almaq üçün Çinin ən son anti-dron sistemi olan FK-3000 raket sisteminə maraq göstərirlər.
Mənbələrə görə, Qətər investisiya fondu Barzan Holdings, China Aerospace Science and Industry Corp (CASIC) tərəfindən hazırlanmış qısa mənzilli hava hücumundan müdafiə sistemini almağı düşünür.
Nəqliyyat vasitəsinə quraşdırılmış FK-3000 sisteminin mənzili 300 metrdən 12 kilometrə qədərdir.
O, avtomatik toplar, qısa və uzun mənzilli zenit raketləri də daxil olmaqla geniş çeşiddə silahları özündə birləşdirir.
#Qətər #HHM #Çin #İran

🇮🇷 İran generalı: "İman gücü düşməni öz təyyarələrini vurmağa məcbur edir" 👮♂✈️
İran İslam Respublikası Ordusunun baş komandanı Əmir Hatəmi bildirib ki, İranın əsas güc mənbəyi "iman və əqidədir".
Onun sözlərinə görə, məhz "iman gücü" düşməni o qədər çaşdıra bilər ki, o, "səhvən öz təyyarəsini vurur".
Hatəmi eləcə də qeyd edib ki, hər il Məhərrəm ayında İranda "böyük iman manevri" keçirilir və bu, onun fikrincə, ölkənin əsl gücünü nümayiş etdirir.
O, bildirib ki, müasir 🇺🇸 ABŞ hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna baxmayaraq, İranın F-5 qırıcı təyyarəsinin 🇰🇼 Küveytdəki Amerika qoşunlarının mövqelərinə çatmasına məhz bu "iman gücü" imkan verib.
#İran #general #ABŞ

😁3❤1🤮1
🇺🇸 Tramp 🇮🇷 İranın nüvə proqramının 20 illik dayandırılmasına razılaşmağa hazır olduğunu bildirib
ABŞ prezidenti Donald Tramp deyib: "İyirmi il kifayətdir. Amma onların təminat səviyyəsinə gəldikdə isə... bu, əsl 20 il olmalıdır".
O, qeyd edib ki, İran tərəfinin fikrincə, yalnız ABŞ və 🇨🇳 Çin zənginləşdirilmiş uranı zədələnmiş nüvə obyektlərindən çıxarmaq texnologiyasına malikdir.
İran bu əməliyyatı müstəqil şəkildə həyata keçirmək üçün lazımi imkanlara malik deyil.
Tramp həmçinin Çin prezidenti Si Cinpinlə İran neftini aldıqlarına görə Çin şirkətlərinə qarşı sanksiyaların qaldırılmasını müzakirə etdiyini açıqlayıb.
O, bu məsələ ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.
Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edən Tramp qeyd edib ki, Çin liderindən İrana təzyiq göstərməsini istəməyib.
"Mən heç bir yaxşılıq istəmirəm, çünki yaxşılıq istəyəndə onu qaytarmalısan. Bizə yaxşılıq lazım deyil", - deyə ABŞ prezidenti vurğulayıb.
#Tramp #İran #uran #Çin #neft

🇮🇷 Atəşkəsin davam etməsinə baxmayaraq, Parlamentin bağlı qalmasına qarşı tənqidlər kəskinləşib
Son günlərdə İran və 🇺🇸 ABŞ arasında atəşkəsin başlanmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, İslam Şurası Məclisinin açıq iclaslarının bağlanmasına dair tənqidlər parlament üzvləri arasında artıb və bəzi hallarda hətta şifahi mübahisələrə də səbəb olub.
ABŞ və İsrailin 28 fevral 2026-cı il tarixində İrana qarşı başlatdığı birgə hücumla ölkədəki idarələr, qurumlar, məktəblər və banklar bağlı və ya yarı-bağlı vəziyyətə keçib.
Müharibənin başlamasından 70 gündən çox, atəşkəsin elan olunmasından isə bir aydan artıq vaxt keçməsinə baxmayaraq, İrandakı bəzi mərkəz və qurumlar hələ də fəaliyyətini bərpa etməyib, məktəblər isə onlayn rejimdə işləyir.
Bu müddət ərzində ölkənin ən mühüm qərarverici və qanunverici orqanlarından biri olan Parlamentin hələ də fəaliyyətsiz qalması bir neçə millət vəkilinin etirazına və kəskin tənqidinə səbəb olub.
#İran #parlament #etiraz #fəaliyyət #atəşkəs

Dünya Çempionatına yola düşən 🇮🇷 İran milli komandasının yolasalma mərasimində "🇺🇸 Amerikaya ölüm" şüarları səslənib 🗣
Tehranda toplaşan azarkeşlər 2026-cı il Dünya Çempionatında iştirak etmək üçün yola düşən İran milli futbol komandasını müşayiət ediblər.
Yayılan videolarda azarkeşlərin "Amerikaya ölüm" və "🇮🇱 İsrailə ölüm" şüarları səsləndirdiyi görünür.
#İran #DÇ2026 #futbol #şüar

🇮🇷 Evin zindanında 🇬🇧 Britaniya vətəndaşı aclıq aksiyasına başlayıb
Evin həbsxanasında həbsdə olan Britaniya vətəndaşı Kreyq Furman, ona və həyat yoldaşına qarşı tətbiq edilən məhdudiyyətlərə və görüşlərə qadağaya etiraz olaraq aclıq aksiyası keçirir.
İran İnsan Haqları Dərnəyi 14 may 2026-cı ildə yaydığı məlumatda bildirib ki, İslam Respublikası bu siyasi məhbusun BBC World kanalına verdiyi müsahibədə İran xalqının yaşayış şəraitini ağır xarakterizə etməsindən sonra ona qarşı təzyiqləri artırıb.
Məlumata görə, həbsxana rəsmiləri casusluqda ittiham olunaraq Evin həbsxanasında saxlanılan Böyük Britaniya vətəndaşı və səyyah Kreyq Furmanı üç həftə müddətinə həyat yoldaşı ilə həm üz-üzə, həm də kabinə vasitəsilə görüşmək hüququndan məhrum ediblər.
Kreyq Furman və həyat yoldaşı Lindsi Furman motosikletlə dünya turuna çıxan britaniyalı səyyahlardır.
#İran #Evinzindanı #Britaniyavətəndaşı #aclıqaksiyası

🇮🇷 Deputat benzinin qiymətinin artırılması mesajını verdi ⛽️💸
İran parlamentində Tehran şəhərini təmsil edən Həmid Rəsai bildirib ki, 14-cü hökumətdə (Məsud Pezeşkianın rəhbərlik etdiyi hazırkı hökumət) "tanınmış bir cərəyan" problemlərin həllini "azad bazar və qiymət artımı"nda görür. Onun sözlərinə görə, bu qrup 1500 və 3000 tümənlik güzəştli benzin kvotalarını azaldaraq, sərbəst benzin qiymətini 5000 tüməndən 15-20 min tümənə qaldırmağı planlaşdırır
Rəsai parlamentin sədri Məhəmməd Baqer Qalibafı sərt tənqid edərək, onu "Məclisi əsassız və səbəbsiz yerə fəaliyyətini məhdudlaşdırmaqda" günahlandırır.
O iddia edir ki, bu addım millət vəkillərinin hökumətin qərarlarına nəzarət etmək yolunu bağlayıb.
Deputat əlavə edib ki, təmsilçilik vəzifəsini yerinə yetirmək çətinləşib, lakin o, parlamenti bu "qəsdən ölüm"dən çıxarmağa və hazırkı "çətin və müharibə xarakterli" vəziyyətdə bu "qəribə" qərarların qarşısını almağa çalışır.
وعده گرانی بنزین داد
#İran #benzin #qiymətartımı #parlament

❤2
🇪🇺 Avropa Hörmüz boğazının bağlanması səbəbindən dərman çatışmazlığı ilə üzləşir 🌊💊
"La Tribune" qəzetinin məlumatına görə, 🇮🇷 İran ətrafındakı vəziyyət və Hörmüz boğazının blokadası səbəbindən Avropa dərman çatışmazlığı ilə qarşı-qarşıyadır.
Qeyd olunur ki, Avropa əczaçılıq sənayesi təchizatı üçün 🇨🇳 Çin və 🇮🇳 Hindistandan 80% asılıdır və bu sektor neft və qaz qiymətləri ilə də qeyri-sabitdir.
Təchizat zənciri Yaxın Şərq və Asiyada hava yollarının yavaşlaması səbəbindən də pozulub.
Məqaləyə görə, digər çatdırılma variantları da mövcuddur, lakin onlar daha bahalıdır və bəzi maddələr üçün təchizat zəncirləri o qədər mürəkkəbdir ki, nəticədə çatışmazlıqlara səbəb ola bilər.
Bundan əlavə, etilen, karbamid və parafin də daxil olmaqla bir çox komponent birbaşa Fars körfəzindən əldə edilir.
Qəzetin istinad etdiyi Coface sığorta şirkətinə görə, parasetamol və müəyyən antibiotiklər xüsusilə risk altındadır.
#İran #Hörmüzboğazı #Avropa #dərman

🇮🇷 İranın "Ağcaqanad Donanması": SEPAH-ın sürətli qayıqları Hörmüz boğazında 🇺🇸 ABŞ Hərbi Dəniz Qüvvələrinə necə meydan oxuyur?
ABŞ prezidenti Donald Tramp İranın donanmasını "tamamilə məhv etdiyini" və onu "pulemyotlarla silahlanmış bir neçə kiçik qayıqla" məhdudlaşdırdığını iddia edib.
Lakin bəzi Qərb analitiklərinin "ağcaqanad donanması" adlandırdığı bu "kiçik qayıqlar" xeyli dağıdıcı gücə malikdir.
Aylardır ki, bu qayıqlar İran hökumətinə dünyanın ən vacib gəmiçilik yollarından biri olan Hörmüz boğazında ciddi pozuntular yaratmağa kömək edir.
Ekspertlərin fikrincə, bu addım qlobal iqtisadiyyata zərər vurmaq və Vaşinqtonu Tehranla müharibədən imtina etməyə məcbur etmək məqsədi daşıyır.👇👇👇

Azad İran
🇮🇷 İranın "Ağcaqanad Donanması": SEPAH-ın sürətli qayıqları Hörmüz boğazında 🇺🇸 ABŞ Hərbi Dəniz Qüvvələrinə necə meydan oxuyur? ABŞ prezidenti Donald Tramp İranın donanmasını "tamamilə məhv etdiyini" və onu "pulemyotlarla silahlanmış bir neçə kiçik qayıqla"…
Bəs Ağcaqanad Donanması nədir və o, necə bu qədər effektiv fəaliyyət göstərə bilib?
İranın sürətli və kiçik qayıqlardan ibarət donanması 1980-ci illərdə İran-İraq müharibəsi zamanı formalaşıb.
İran İraqla müharibə aparsa da, münaqişə 1980-ci illərin "Tanker müharibələri" zamanı Fars körfəzinə yayıldı və böhran ABŞ-ni tankerləri qorumaq üçün hərəkətə gətirdi.
ABŞ Hərbi Dəniz Qüvvələri ilə münaqişə İranın ənənəvi dəniz donanmasının ağır itkilərə məruz qalmasına səbəb oldu.
Bundan sonra kiçik qayıq donanması üstün dəniz gücləri ilə qarşılaşmaq üçün İranın müharibə doktrinasının bir hissəsinə çevrildi.
İran hərbi rəsmiləri dərk edirlər ki, ənənəvi dəniz müharibəsində ABŞ-nin nəhəng aviadaşıyıcıları və kreyserləri ilə rəqabət aparmaq qeyri-mümkündür.
Bu səbəbdən SEPAH "Asimmetrik Müharibə" modelinə üstünlük verir.
Bu modelin əsasını az xərclə düşmənə maksimum zərər vurmaq təşkil edir.
Bu strategiyanın ən qorxulu tərəfi "həmlə" və ya "hücum dəstəsi" taktikasıdır.
Onlarla kiçik qayıq eyni anda, müxtəlif istiqamətlərdən nəhəng bir hərbi gəmiyə doğru hərəkət edir.
ABŞ gəmilərinin müasir radar və raket sistemləri uzaq məsafədən gələn böyük hədəfləri vurmaq üçün nəzərdə tutulub. Lakin eyni anda hər tərəfdən hücum edən 50-60 kiçik hədəfi izləmək və məhv etmək texniki olaraq çox çətindir.
Bir sürətli qayığın itirilməsi İran üçün böyük itki deyil, lakin bu qayıqlardan birinin gəmi əleyhinə raketlə və ya "kamikadze" taktikası ilə bir aviadaşıyıcıya çırpılması milyardlarla dollarlıq zərər və ciddi canlı qüvvə itkisi deməkdir.
Bəzi modellər saatda 100 km-dən çox sürətlə hərəkət edə bilir.
Kiçik olduqları üçün radarlarda görünmə ehtimalı aşağıdır və dəniz dalğaları arasında asanlıqla gizlənirlər.
Bu kiçik vasitələr "Nur" və ya "Kousər" kimi gəmi əleyhinə raketlər, torpedalar və dəniz minaları ilə təchiz olunub.
#İran #sürətliqayıqlar #AğcaqanadDonanması

"🇮🇶 İraqda "gizli 🇮🇱 İsrail bazası" ətrafındakı qalmaqaldan sonra "suverenliyin təmin edilməsi" əməliyyatı başlayıb"
İraqda hökumətin bildirdiyinə görə "naməlum və icazəsiz qüvvələr" tərəfindən həyata keçirilən hərbi hərəkətlilik ətrafında qalmaqal yenidən alovlanıb.
Bu hərəkətlilik mart ayında İraqın cənub-qərbindəki səhra bölgələrində baş verib və "naməlum hərbi qüvvə" ilə qarşıdurma nəticəsində bir İraq əsgərinin həlak olması ilə nəticələnib.
Bu məsələ, Amerikanın "Wall Street Journal" qəzetinin mayın 9-da adı açıqlanmayan mənbələrə, o cümlədən ABŞ rəsmilərinə istinadən İsrailin İraqın səhra bölgəsində 🇮🇷 İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmək üçün gizli hərbi logistika bazası yaratdığı barədə hesabatından sonra gündəmə gəlib. 👇👇👇

"🇮🇶 İraqda "gizli 🇮🇱 İsrail bazası" ətrafındakı qalmaqaldan sonra "suverenliyin təmin edilməsi" əməliyyatı başlayıb" İraqda hökumətin bildirdiyinə görə "naməlum və icazəsiz qüvvələr" tərəfindən həyata keçirilən hərbi hərəkətlilik ətrafında qalmaqal yenidən…
Lakin İraqın Təhlükəsizlik İnformasiya Mərkəzi həmin bölgədə hər hansı xarici qüvvənin aşkar edilmədiyini vurğulayıb.
Mərkəz bəyan edib ki, bəzi Qərb mediasının ötən aylarda İsrail hərbi bazasının yaradıldığını iddia etdiyi bölgədə təftiş əməliyyatları aparılıb, lakin orada xarici qüvvələrin mövcudluğuna dair heç bir iz tapılmayıb.
Bu mərkəzin rəhbəri Səəd Məan izah edib ki, sözügedən təftiş əməliyyatı martın 5-də baş vermiş hadisədən sonra həyata keçirilib.
Həmin hadisədə İraqın təhlükəsizlik və hərbi qüvvələri Kərbəla şəhəri yaxınlığındakı səhra bölgəsində onun "naməlum və icazəsiz qüvvələr" adlandırdığı qrupla toqquşub.
Bu qarşıdurmada İraq qüvvələrinin bir hərbçisi həlak olub, daha iki nəfər isə yaralanıb.
Məan əlavə edib ki, İraq qüvvələri "sonrakı təftiş əməliyyatları zamanı həmin qüvvənin, digər icazəsiz qüvvələrin və ya onlara aid avadanlıqların heç bir izinə rast gəlməyiblər".
İraqın təhlükəsizlik qurumları bu hadisənin ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından altı gün sonra baş verdiyini bəyan etmişdilər.
"Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, İsrail qüvvələri müharibənin ilk günlərində yerli bir çobanın bölgədəki qeyri-adi fəaliyyətlər barədə məlumat verməsindən sonra bu obyekti aşkar etmək üzrə olan İraq qüvvələrinə qarşı hücumlar həyata keçirib.
Amerikanın bu qəzetinin hesabatına görə, İsrail xüsusi təyinatlı qüvvələrin də yer aldığı və müharibə başlamazdan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin logistika mərkəzi kimi fəaliyyət göstərən bu obyekti ABŞ-nin məlumatı daxilində yaratmışdı. (İranianUK)
#İraq #İsrail #İran

🇺🇸 Trampdan 🇮🇷 İrana açıq təhdid: “İki günə hər şeyi məhv edə bilərdik” ❗️
ABŞ prezidenti Donald Tramp Fox News-a müsahibəsində İranın “ağrı həddini” və dözümlülüyünü qiymətləndirmədiyini bildirib.
Vaşinqtonun təmkinli siyasətinə toxunan Tramp ABŞ-nin körpülər və elektrik enerjisi istehsal edən qurğular kimi mülki infrastrukturu qəsdən hədəf almadığını vurğulayıb.
“Biz onlara inanılmaz dərəcədə sərt zərbə vurduq” – deyə Tramp İrana dəyən ziyanın miqyasını xatırladaraq bildirib.
ABŞ prezidenti əlavə edib ki, istəsəydilər İranın enerji tutumunu və körpülərini qısa müddətdə sıradan çıxara bilərdilər:
“Baxın, biz onların körpülərini və enerji tutumunu tərk etdik; halbuki bütün bunları iki gündə aradan qaldıra bilərdik. Hər şeyi iki gündə məhv edə bilərdik”. (Independent Persian)
#ABŞ #Tramp #İran #təhdid

😁1
🇱🇧 Livan 🇮🇷 İrandan 🇺🇳 BMT-yə şikayət edib
Fox News telekanalı xəbər verib ki, Livan hökuməti BMT-yə nadir bir rəsmi məktub göndərərək İranı diplomatik toxunulmazlıqdan sui-istifadə etməkdə, Livanın daxili işlərinə müdaxilə etməkdə və SEPAH qüvvələrini “diplomatik fəaliyyət adı altında” ölkədə hərəkətə gətirməkdə ittiham edib.
Fox News qeyd edir ki, bu məktub İsrail və Livanın Vaşinqtonda münasibətlərin normallaşdırılması və Hizbullahın gələcəyi ilə bağlı danışıqlar apardığı bir dövrdə daha böyük siyasi əhəmiyyət qazanıb.
Məktubda Livanın BMT-dəki səfiri İranı “Livan hökumətinin qərarlarını açıq şəkildə pozan qanunsuz addımlarda” günahlandırıb.
Sənəddə vurğulanır ki, bu addımlar Livanın daxili işlərinə birbaşa müdaxilə hesab olunur və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması kimi dəyərləndirilir. (Iranintl)
Xatırladaq ki, ötən günlərdə Livanın BMT-yə daha bir şikayət məktubu göndərdiyi açıqlanmışdı.
#Livan #İran #SEPAH #BMT #şikayət

👍2😁1
🇮🇷 İran gərginliyi fonunda yeni addım: 🇺🇸 ABŞ “terrorçu ailələr” üçün qapıları bağlayır
İranla artan gərginlik fonunda ABŞ-də Respublikaçı senator Tom Kotton Konqresə yeni qanun layihəsi təqdim etdiyini açıqlayıb. Layihə qəbul ediləcəyi təqdirdə, “terrorçu ailələr” adlandırılan şəxslərin ABŞ-yə səfər etməsi və ölkədə yaşaması ciddi şəkildə məhdudlaşdırılacaq.
Senator Kotton təşəbbüsü “Terrorçu Ailələr üçün Təhlükəsiz Sığınacaq Yoxdur” (“No Safe Haven for Terrorist Families Act”) adlı qanun layihəsi kimi təqdim edib.
Layihəyə əsasən, ABŞ “təhlükəli xarici düşmənlər” və terrorçularla əlaqəli hesab olunan şəxslərin yaxın qohumlarına verilmiş vizaları ləğv edəcək və gələcəkdə həmin şəxslərə yeni viza verilməsini qadağan edəcək.
Qanun layihəsi təsdiqlənib qüvvəyə minərsə, ABŞ Dövlət Katibi 30 gün ərzində bu kateqoriyaya daxil olan şəxslərə verilmiş bütün vizaları ləğv etməlidir. (Amerikanın Səsi)
#ABŞ #qanunlayihəsi #İran #terrorçuailələr #viza #qadağa

👏1
CNN: 🇺🇸 ABŞ yanacaq sistemlərinə hücumlarda 🇮🇷 İran hakerlərindən şübhələnir 👨💻
CNN telekanalı bir neçə təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri İran İslam Respublikası ilə əlaqəli hakerlərin ABŞ-nin bir neçə ştatında yanacaqdoldurma məntəqələrinin yanacaq səviyyəsini izləyən sistemlərə edilən kiber müdaxilələrin arxasında dayandığına inanırlar.
Hesabata görə, hücum edənlər yanacaq çənlərindəki səviyyəni izləmək üçün istifadə olunan ATG (Automatic Tank Gauge) monitorinq sistemlərini hədəf alıblar. Bəzi hallarda hakerlərin sistemdə göstərilən məlumatları manipulyasiya edə bildiyi qeyd olunur, lakin çənlərdəki real yanacaq miqdarının dəyişmədiyi bildirilir.
ABŞ rəsmilərinin sözlərinə görə, indiyə qədər bu müdaxilələr heç bir fiziki ziyana səbəb olmayıb. (Independent Persian)
#ABŞ #yanacaqsistemləri #İran #hakerlər #kiberhücum