Azad İran
5.77K subscribers
36.2K photos
22K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: "İranla bağlı məsələlərin hərbi həlli yoxdur" 🗣

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrail rəsmilərinin İrana qarşı yeni təhdidlərinə münasibət bildirib.

Müxbirin ABŞ prezidenti Donald Trampın Çində olduğu vaxtda Vaşinqton və Təl-Əvivdən yeni hücum təhdidlərinin səsləndirilməsi ilə bağlı sualına cavab verən Əraqçı deyib:

Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir ki, təhdidlərini müxtəlif formalarda və yollarla təkrarlayırlar. Onlar özləri də bilirlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və əldə etməyəcəklər”.

Əraqçı vurğulayıb ki, İranla bağlı problemlərin hərbi yolla həlli mümkün deyil. Onun sözlərinə görə, İran təhdidlər qarşısında geri çəkilməyəcək. (IRNA

#İran #XİN #ABŞ #İsrail #təhdid

Kanala abunə olun
🤮2
🇦🇪 BƏƏ qonşularını 🇮🇷 İrana qarşı hücuma razı sala bilmədi

“Bloomberg” agentliyi xəbər verib ki, BƏƏ hücumlara cavab olaraq qonşu Körfəz ölkələrini İrana qarşı kollektiv hərbi əməliyyata cəlb etməyə çalışsa da, bu təşəbbüs nəticəsiz qalıb.

Məlumata görə, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan, ABŞ və İsrailin İrana hücumlara başlamasından qısa müddət sonra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da daxil olmaqla Körfəz liderləri ilə bir sıra telefon danışıqları aparıb.

İranın ərəb ölkələrinə hücumlara başlaması və Hörmüz boğazını bağlamasından sonra Əl-Nəhyan kollektiv qisas zərbəsinin vacibliyini vurğulayıb. Ancaq digər Körfəz liderləri ona bunun “onların müharibəsi olmadığını” bildiriblər. Daha sonra BƏƏ İrana müstəqil hücum həyata keçirib və ardınca OPEC-dən çıxıb.

Səudiyyə Ərəbistanı diqqətini sülh danışıqlarına yönəldib. Adətən Səudiyyə ilə eyni mövqedə olan Bəhreyn və Küveyt də münaqişədən kənarda qalmağı seçib.

#BƏƏ #İran #qonşuölkələr #hücum

Kanala abunə olun
2
🇦🇪 BƏƏ Hörmüz böhranı səbəbindən alternativ yola keçir 🛢️🗺️

“Reuters” agentliyi xəbər verib ki, BƏƏ Hörmüz boğazından yan keçərək neft ixrac imkanlarını artırmaq məqsədi ilə yeni boru kəməri layihəsinin icrasını sürətləndirməyi planlaşdırır.

Məlumata görə, layihə BƏƏ-nin Füceyrə limanı üzərindən neft ixrac gücünü ikiqat artıracaq. Bu addım hazırda böyük ölçüdə bağlanmış Hörmüz boğazından asılılığı azaltmaq və Oman dənizi vasitəsilə ixrac imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bildirilib ki, Məhəmməd bin Zayed Əl-Nəhyan dövlət neft şirkəti olan ADNOC-a “Qərb–Şərq” boru kəməri layihəsinin gedişatını sürətləndirməyi tapşırıb. Layihə tikinti mərhələsindədir və yeni cədvələ əsasən 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Hazırda fəaliyyət göstərən Əbu-Dabi–Füceyrə neft kəməri gündəlik təxminən 1,8 milyon barel ötürmə gücünə malikdir və BƏƏ-nin Oman dənizi üzərindən neft ixracının əsas xəttidir. (Shafaqna)

#BƏƏ #Hörmüzboğazı #nefttixracı #alternativyol

Kanala abunə olun
🚨SON DƏQİQƏ

🇵🇰 Pakistanda hərbi düşərgədə terror aktı: ölənlər və yaralananlar var 💥🔥


Bu gün Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən hərbi düşərgədə terror aktı baş verib.

Məlumata görə, Badjaur bölgədində Pakistan hərbçilərinin toplantısı zamanı həyata keçirilən hücum nəticəsində 8 təhlükəsizlik qüvvəsi həlak olub, 35 nəfər isə yaralanıb.

Bildirilib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu düşərgənin ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb. Partlayışdan dərhal sonra yaraqlılar hərbçilərə atəş açıb.

Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində bir neçə terrorçunun məhv edildiyi bildirilir.

Hadisə ilə bağlı hələlik heç bir şəxs və ya qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib. (Javan Online)

#Pakistan #hərbidüşərgə #terroraktı #ölüm

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı 🇺🇸 Trampın “səbirsizliyini” gülüşlə qarşıladı

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində təşkil olunan konfransda ABŞ prezidenti Donald Trampın “səbrinin tükəndiyi” barədə açıqlamasına münasibət bildirib.

Əraqç Trampın səbirsizliyinə gülərək cavab verib: “Biz hazırda ciddi suallarla qarşı-qarşıyayıq. Bu, sülh və müharibə ilə bağlı sualdır. Əgər onlar danışıqlar aparıb nəticə əldə etmək istəyirlərsə, gözləməyi bacarmalıdırlar. Çünki bu danışıqların ciddi və düzgün nəticələrə ehtiyacı var”.

O əlavə edib ki, ABŞ müharibəyə qayıtmaq istəyərsə, bu onların seçimidir: “Müharibəyə qayıtmaq istəsələr, bu, özlərindən asılıdır. Bizi sınağa çəkiblər. Bizi yenidən sınağa çəkə bilərlər. Amma nəticə fərqli olmayacaq”.

#İran #XİN #ABŞ #Tramp

Kanala abunə olun
🤮2
🇮🇷 Pezeşkian 🇮🇶 İraqın yeni baş nazirini təbrik edib

Bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabındakı paylaşımında Əli əz-Zeydini İraq parlamentinin səsini qazanaraq baş nazir seçilməsi münasibəti ilə təbrik edib.

Pezeşkian təbrik mesajında iki ölkənin xalqlarının dərin tarixi və mədəni əlaqələrə toxunaraq, Tehran və Bağdad arasında strateji əməkdaşlıqda yeni mərhələnin başlanacağına ümid etdiyini bildirib.

O, İranın İraqın inkişafı və təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində dəstəyini davam etdirəcəyini vurğulayıb.

پیام تبریک پزشکیان به نخست‌وزیر جدید عراق

#İran #Pezeşkian #İraq #başnazir #təbrik

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 İranla bağlı «bir az təmizləmə işi» aparmalı ola bilərik”

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bildirib ki, atəşkəsə baxmayaraq yenidən addım atmaq ehtimalı istisna deyil: “Bir az təmizləmə işi aparmalı ola bilərik, çünki necə deyərlər, bir aylıq atəşkəsimiz var idi”.

Tramp əlavə edib ki, atəşkəsin tərəfdarı olmayıb və bu qərarın əsasən digər ölkələrin tələbi ilə verildiyini bildirib: “Mən əslində atəşkəsin tərəfdarı olmazdım, biz bunu əsasən digər ölkələrin tələbi ilə etdik. Biz bunu Pakistana bir lütf olaraq etdik”.

#ABŞ #Tramp #İran #atəşkəs #müharibə

Kanala abunə olun
👍2
🇮🇷 İran Oman dənizində "üzən arsenal"ı ələ keçirib 🌊🛳️

“Gulf News” agentliyinin məlumatına görə, dəniz risklərinin idarə edilməsi üzrə fəaliyyət göstərən “Vanguard” şirkətinin hesabatında Oman dənizində “üzən arsenal” kimi istifadə edilən bir gəminin İran hərbi qüvvələri tərəfindən ələ keçirildiyi bildirilir.

Dəniz nəqliyyatı izləmə saytı Vessel Finder-in məlumatına əsasən, Hui Chuan adlı gəminin son qeydə alınan mövqeyi Ərəbistan dənizi ərazisində olub. 1984-cü ildə inşa edilən gəmi hazırda Honduras bayrağı altında üzən “balıq ovu dəstək gəmisi” kimi qeyd olunur.

Bundan əlavə, Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) da gəminin artıq İranın ərazi sularına doğru hərəkət etdiyini açıqlayıb.

Vanguard şirkətinin məlumatına görə, AIS (Avtomatik İdentifikasiya Sistemi) siqnalı əsasında Hui Chuan gəmisinin son dəfə çərşənbə günü BƏƏ-nin Füceyrə şəhərindən təxminən 70 kilometr şimal-şərqdə olduğu qeydə alınıb. (Iranintl)

#İran #üzənarsenal #gəmi #müsadirə

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 İran 🇮🇶 Ərbil yaxınlığında müxalif kürd partiyasının bazasını vurdu 🚀


Bu gün İran qüvvələri İraq Kürdüstan Bölgəsində Ərbil şəhərinin şimalında yerləşən və İslam Respublikasına müxalif mövqedə olan kürd partiyalarından birinin qərargahını iki pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.

Bununla bağlı, “Reuters” agentliyi məlumat yayıb.

Hücuma məruz qalan partiyanın adı, eləcə də zərər və mümkün itkilər barədə əlavə məlumat verilməyib.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana hücumları zamanı və ondan sonrakı dövrdə Tehran İraqın şimalında yerləşən kürd qruplaşmalarının bazalarına bir neçə dəfə zərbələr endirib. (Amerikanın Səsi)

#İran #Ərbil #kürdpartiyası #hücum

Kanala abunə olun
2
🇺🇸 ABŞ 🇮🇷 SEPAH-a dron təchiz edən şəbəkə barədə məlumat üçün mükafat təyin etdi 💵

Dünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramı SEPAH-ın Qüds qanadı üçün dron təchiz və istehsal edən şəbəkələrdən biri kimi müəyyən edilən “Kimia Part Sivan” (Kipas) şirkətinin üzvləri və fəaliyyəti barədə məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Mükafat SEPAH-ın maliyyə mexanizmlərini müəyyən etməyə və ya pozmağa kömək edə biləcək məlumatlar üçün nəzərdə tutulub.

Məlumata görə, şəbəkənin əsas üzvləri kimi aşağıdakı şəxslərin adları çəkilib:

• Həsən Arambunejad;
• Əbülfəzl Ramazanzadə Meşkani;
• Mehdi Ğəffari;
• Rza Nahardani;
• Abbas Sərtaci;
• Hadi Cəmşidi.

Bu şəxslər İraq, Yəmən və Suriyada İranla əlaqəli qruplar üçün dronların hazırlanması, sınaqdan keçirilməsi və təchizatında rol oynayıblar. (Independent Persian)

#ABŞ #SEPAH #dron #təchizat #məlumat #mükafat

Kanala abunə olun
🇰🇿 Qazaxıstan 🇮🇷 İrana humanitar yardım göndərdi 💊🥖🚛

Dünən Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) ölkənin Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə İrana humanitar yardım göndərib. Bununla bağlı, "KazAID" xəbər verib.

Məlumata görə, yardım çərçivəsində ərzaq və dərman vasitələrindən ibarət 30 vaqon yük İslam Respublikasına yola salınıb. Göndərilən humanitar yükün İran Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcəyi bildirilir.

ارسال محموله بزرگ کمک‌های غذایی و دارویی از قزاقستان به ایران

#Qazaxıstan #İran #humanitaryardım

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Trampdan ABŞ-nin 🇮🇷 İranın Minab bölgəsindəki qızlar məktəbinə zərbə endirdiyini təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub

Jurnalist: "Dünən CENTCOM rəhbərindən müharibənin ilk günündə qızlar məktəbinə edilən hücum barədə soruşulub".

Donald Tramp: "Bu, araşdırılır. Siz ilkin hadisədən danışırsınız".

Jurnalist: "Hazırda mülki itkilərlə bağlı araşdırılan yeganə hal budur?"

Tramp: "Hesab edirəm ki, araşdırma mərhələsində olan bir neçə məsələmiz var. Amma bəli, bu da araşdırılır".

Jurnalist: "Bunun ABŞ raketi olduğunu artıq təsdiqləyə bilmisinizmi? Mən BBC Radio 4-dənəm".

Tramp: "Feyk" BBC-dən? Söhbət mənim demədiyim sözləri demişəm kimi qələmə verən, sonra isə bunun saxta olduğunu etiraf etməli olanlardan gedir?
Adımdan dəhşətli sözlər paylaşan və sonra bunun saxta olduğunu boynuna alanlardan?
İndi 5 milyard dollar məbləğində məhkəməyə verilən və nə edəcəklərini bilməyənlərdən? Siz BBC-dənsiniz? Onlar başqa bir "feykdir".


#Tramp #sual #İran #Minab #məktəb

Kanala abunə olun
1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin 🇮🇱 İsraildəki səfiri: "Körfəz dövlətləri İsrail və 🇮🇷 İran arasında seçim etməlidirlər"

Mayk Hakabi deyib: "Körfəz ölkələri artıq bir seçim etməli olduqlarını anlasınlar.
​Hansı daha ehtimal olunandır: İran tərəfindən hücuma məruz qalmaq, yoxsa İsrail?
Hesab edirəm ki, onlar ətrafa baxıb deyə bilərlər: "Bilirsiniz, İsrail bizə kömək etdi, İran isə bizə hücum etdi".

​Buradakı dərs nədir?
Dərs odur ki, İsrail sizin təbii düşməniniz deyil.
İsrail sizi məhv etməyə çalışmır.
İsrail sizin torpaqlarınızı ələ keçirməyə çalışmır, sizin mülki ərazilərinizə raketlər atmır.
Bəs bunu kim edir? İran.
​Bir tərəf seçin. Hansı tərəfi seçəcəksiniz? ABŞ və İsrail bir tərəfi, İran və onların radikal şiə fanatizmi isə digər tərəfi təmsil edir".


#ABŞsəfiri #İsrail #ərəbölkələri #İran

Kanala abunə olun
1😁1
📌 Ərdəbildə çörək bahalaşıb 🍞💸

Ərdəbil əyalətinin mərkəzi Ərdəbil şəhəri də daxil olmaqla bir neçə şəhərdə çörəyin qiyməti qalxıb.

Bu haqda yerli mənbələr məlumat yayıb.
Əvvəlcədən rəsmi şəkildə elan edilmədən müxtəlif çörək növlərinin bahalaşmasının vətəndaşların etirazları ilə qarşılaşdığı bildirilib.

Əyalət valisinin müavini Behruz Xəlili isə qiymət artımının "özbaşına" və "qanunsuz" olduğunu deyib.

#Ərdəbil #çörək #qiymətartımı

Kanala abunə olun
Intelligence Online: "🇶🇦 Qətər 🇮🇷 İran dronlarına qarşı 🇨🇳 Çin hava hücumundan müdafiə sistemini nəzərdən keçirir"

🇫🇷 Fransa kəşfiyyat xidmətlərinin ruporu olan Intelligence Online-ın məlumatına görə, Qətər rəsmiləri İrandan potensial hücumların qarşısını almaq üçün Çinin ən son anti-dron sistemi olan FK-3000 raket sisteminə maraq göstərirlər.

Mənbələrə görə, Qətər investisiya fondu Barzan Holdings, China Aerospace Science and Industry Corp (CASIC) tərəfindən hazırlanmış qısa mənzilli hava hücumundan müdafiə sistemini almağı düşünür.

Nəqliyyat vasitəsinə quraşdırılmış FK-3000 sisteminin mənzili 300 metrdən 12 kilometrə qədərdir.

O, avtomatik toplar, qısa və uzun mənzilli zenit raketləri də daxil olmaqla geniş çeşiddə silahları özündə birləşdirir.
​​
#Qətər #HHM #Çin #İran

Kanala abunə olun
1
🇮🇷 İran generalı: "İman gücü düşməni öz təyyarələrini vurmağa məcbur edir" 👮‍♂✈️

İran İslam Respublikası Ordusunun baş komandanı Əmir Hatəmi bildirib ki, İranın əsas güc mənbəyi "iman və əqidədir".

Onun sözlərinə görə, məhz "iman gücü" düşməni o qədər çaşdıra bilər ki, o, "səhvən öz təyyarəsini vurur".

Hatəmi eləcə də qeyd edib ki, hər il Məhərrəm ayında İranda "böyük iman manevri" keçirilir və bu, onun fikrincə, ölkənin əsl gücünü nümayiş etdirir.

O, bildirib ki, müasir 🇺🇸 ABŞ hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna baxmayaraq, İranın F-5 qırıcı təyyarəsinin 🇰🇼 Küveytdəki Amerika qoşunlarının mövqelərinə çatmasına məhz bu "iman gücü" imkan verib.

#İran #general #ABŞ

Kanala abunə olun
😁31🤮1
🇺🇸 Tramp 🇮🇷 İranın nüvə proqramının 20 illik dayandırılmasına razılaşmağa hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp deyib: "İyirmi il kifayətdir. Amma onların təminat səviyyəsinə gəldikdə isə... bu, əsl 20 il olmalıdır".

O, qeyd edib ki, İran tərəfinin fikrincə, yalnız ABŞ və 🇨🇳 Çin zənginləşdirilmiş uranı zədələnmiş nüvə obyektlərindən çıxarmaq texnologiyasına malikdir.
İran bu əməliyyatı müstəqil şəkildə həyata keçirmək üçün lazımi imkanlara malik deyil.

Tramp həmçinin Çin prezidenti Si Cinpinlə İran neftini aldıqlarına görə Çin şirkətlərinə qarşı sanksiyaların qaldırılmasını müzakirə etdiyini açıqlayıb.
O, bu məsələ ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.

Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edən Tramp qeyd edib ki, Çin liderindən İrana təzyiq göstərməsini istəməyib.

"Mən heç bir yaxşılıq istəmirəm, çünki yaxşılıq istəyəndə onu qaytarmalısan. Bizə yaxşılıq lazım deyil", - deyə ABŞ prezidenti vurğulayıb.

#Tramp #İran #uran #Çin #neft

Kanala abunə olun
🇮🇷 Atəşkəsin davam etməsinə baxmayaraq, Parlamentin bağlı qalmasına qarşı tənqidlər kəskinləşib

Son günlərdə İran və 🇺🇸 ABŞ arasında atəşkəsin başlanmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, İslam Şurası Məclisinin açıq iclaslarının bağlanmasına dair tənqidlər parlament üzvləri arasında artıb və bəzi hallarda hətta şifahi mübahisələrə də səbəb olub.

ABŞ və İsrailin 28 fevral 2026-cı il tarixində İrana qarşı başlatdığı birgə hücumla ölkədəki idarələr, qurumlar, məktəblər və banklar bağlı və ya yarı-bağlı vəziyyətə keçib.
​Müharibənin başlamasından 70 gündən çox, atəşkəsin elan olunmasından isə bir aydan artıq vaxt keçməsinə baxmayaraq, İrandakı bəzi mərkəz və qurumlar hələ də fəaliyyətini bərpa etməyib, məktəblər isə onlayn rejimdə işləyir.
​Bu müddət ərzində ölkənin ən mühüm qərarverici və qanunverici orqanlarından biri olan Parlamentin hələ də fəaliyyətsiz qalması bir neçə millət vəkilinin etirazına və kəskin tənqidinə səbəb olub.

#İran #parlament #etiraz #fəaliyyət #atəşkəs

Kanala abunə olun