Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇭🇳 Honduras da 🇮🇷 SEPAH-ı terror təşkilatı kimi tanıdı ❗️

Bu gün Honduras hökuməti HƏMAS və İranın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.

“X” hesabında paylaşım edən İsrailin xarici işlər naziri Gideon Saar Honduras prezidentinin bu qərarını alqışlayaraq bildirib ki, bu addım terrorçuluğa qarşı qlobal mübarizədə mühüm dəstəkdir.

Nazirin sözlərinə görə, qərar Latın Amerikası da daxil olmaqla, bütün dünyada təhlükəsizliyi təhdid edən terror şəbəkələrinə qarşı beynəlxalq səyləri gücləndirir.

#Honduras #İran #SEPAH #HƏMAS #terrortəşkilatı

Kanala abunə olun
👍2
🇮🇷 Qasım Süleymani o vaxt Fransaya sığınan iranlı aktrisaya nə deyib? 🤔

Fransa prezidenti Emmanuel Makron və iranlı aktrisa Qolşifte Fərahani ilə bağlı yayılan iddialar fonunda qalmaqal daha da böyüyür.

Bu dəfə diqqət mərkəzinə düşən məsələ 2024-cü ildə yayılan bir müsahibə ilə bağlıdır. Belə ki, illər öncə Fərahani britaniyalı rejissorun filmində oynadığı rola görə İslam Respublikasının basqılarına məruz qalıb və Fransaya sığınıb.

İran mediasında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bundan sonra SEPAH-ın “Qüds” qanadının keçmiş komandanı general Qasım Süleymaninin qızı Nərcis Süleymani verdiyi müsahibədə atasının Qolşifte Fərahani ilə telefon danışığı apardığını açıqlayıb.

Məlumata görə, Qasım Süleymani aktrisaya belə deyib: “Sən bizim qızımızsan, bu torpağın övladısan. Harada olsan da, bu ölkənin maraqlarını və İranın adını uca tutmağa çalış”. (Etemad Online)

#İran #SEPAH #QasımSüleymani #aktrisa

Kanala abunə olun
🔥1🤮1
🇮🇷 İranda etirazlar zamanı yaralanan şəxs öldü 😢

İranda yanvarın 8-də baş verən etirazlar zamanı ağır yaralanan 39 yaşlı Əkbər Mirzayi Tehranda həyatını itirib.

Məlumatlara görə, Mirzayi etirazlar zamanı Tehranda başından ağır xəsarət alıb və həmin vaxtdan bəri İmam Hüseyn Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdu. O, 123 gün komada qaldıqdan sonra vəfat edib.

Bildirildiyinə görə, cəsədi ailəsinə təhvil verilərkən onlara Mirzayinin Beheşt-e Zəhra qəbiristanlığının şəhidlər olan hissəsində dəfn olunması təklif edilib, ancaq ailə bu təklifi rədd edib.

Əkbər Mirzayinin ölümü 2026-cı ilin yanvar etirazları zamanı baş verən zorakılıqlar və xəsarət alanlarla bağlı müzakirələri yenidən gündəmə gətirib.

#İran #Tehran #etirazçı #ölüm
1😢1
🚨TƏCİLİ

🇺🇸 ABŞ 🇮🇷 İranın sülh planını rədd etdi

“Tehran Times” qəzetinin məlumatına görə, ABŞ hökuməti İranın münaqişənin həlli üçün təqdim etdiyi 14 maddəlik planı tamamilə rədd edib.

Tehran Vaşinqtona yazılı razılaşma təklifini təqdim etdikdən sonra ABŞ tərəfi cavab göndərib və İranın təklif etdiyi bütün bəndləri qəbul etməyib. Xüsusilə, ABŞ-nin İranın nüvə proqramı ilə bağlı təzyiq və məhdudlaşdırma siyasətindən geri çəkilmədiyi vurğulanır.

Qəzetin qeyd etdiyinə görə, əgər Vaşinqton bu təklifləri qəbul etsəydi, Tehran nüvə dosyesi də daxil olmaqla daha geniş məsələlər üzrə danışıqların ikinci mərhələsinə başlamağa hazır idi. (Fararu)

Xatırladaq ki, 10 mayda İran Pakistan vasitəsilə ABŞ-nin Fars körfəzi böhranı ilə bağlı təkliflərinə cavab təqdim etmişdi. “The Wall Street Journal” mənbələrinə görə, Tehran Vaşinqtonun tələb etdiyi kimi nüvə obyektlərinin sökülməsini rədd edib.

#ABŞ #İran #sülhplanı

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺 Lavrov: “Hörmüz boğazının bağlanmasının səbəbi 🇮🇷 İran deyil” 🗣🌊

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən BRİKS Xarici İşlər Nazirlərinin Görüşündə çıxışı zamanı Hörmüz boğazında yaranan böhrana görə İranın günahlandırılmasını rədd edib.

O, “Qərb”in Fars körfəzi ilə bağlı yanaşmasını tənqid edərək deyib: “Regional gərginliyin əsas kökü ABŞ və İsrailin İrana qarşı səbəbsiz təcavüzüdür. Müharibə başlayana qədər Hörmüz boğazında dəniz təhlükəsizliyi 100 faiz təmin edilmişdi və İran heç vaxt bu su yolunda problemin səbəbkarı olmayıb”.

Lavrovun sözlərinə görə, ABŞ və İsrailin məqsədlərindən biri İran və ərəb ölkələri arasında qarşıdurma yaratmaqdır.

Nazir Pakistanın İran və ABŞ arasında dialoqu asanlaşdırmaqda oynadığı rolun vacibliyini vurğulayıb və Hindistanın diplomatik nüfuzuna istinad edərək, Yeni Dehlinin İranla ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında vasitəçi ola biləcəyini qeyd edib.

#Rusiya #XİN #İran #müharibə #HörmüzBoğazı

Kanala abunə olun
😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: "İranla bağlı məsələlərin hərbi həlli yoxdur" 🗣

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrail rəsmilərinin İrana qarşı yeni təhdidlərinə münasibət bildirib.

Müxbirin ABŞ prezidenti Donald Trampın Çində olduğu vaxtda Vaşinqton və Təl-Əvivdən yeni hücum təhdidlərinin səsləndirilməsi ilə bağlı sualına cavab verən Əraqçı deyib:

Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir ki, təhdidlərini müxtəlif formalarda və yollarla təkrarlayırlar. Onlar özləri də bilirlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və əldə etməyəcəklər”.

Əraqçı vurğulayıb ki, İranla bağlı problemlərin hərbi yolla həlli mümkün deyil. Onun sözlərinə görə, İran təhdidlər qarşısında geri çəkilməyəcək. (IRNA

#İran #XİN #ABŞ #İsrail #təhdid

Kanala abunə olun
🤮2
🇦🇪 BƏƏ qonşularını 🇮🇷 İrana qarşı hücuma razı sala bilmədi

“Bloomberg” agentliyi xəbər verib ki, BƏƏ hücumlara cavab olaraq qonşu Körfəz ölkələrini İrana qarşı kollektiv hərbi əməliyyata cəlb etməyə çalışsa da, bu təşəbbüs nəticəsiz qalıb.

Məlumata görə, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan, ABŞ və İsrailin İrana hücumlara başlamasından qısa müddət sonra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da daxil olmaqla Körfəz liderləri ilə bir sıra telefon danışıqları aparıb.

İranın ərəb ölkələrinə hücumlara başlaması və Hörmüz boğazını bağlamasından sonra Əl-Nəhyan kollektiv qisas zərbəsinin vacibliyini vurğulayıb. Ancaq digər Körfəz liderləri ona bunun “onların müharibəsi olmadığını” bildiriblər. Daha sonra BƏƏ İrana müstəqil hücum həyata keçirib və ardınca OPEC-dən çıxıb.

Səudiyyə Ərəbistanı diqqətini sülh danışıqlarına yönəldib. Adətən Səudiyyə ilə eyni mövqedə olan Bəhreyn və Küveyt də münaqişədən kənarda qalmağı seçib.

#BƏƏ #İran #qonşuölkələr #hücum

Kanala abunə olun
2
🇦🇪 BƏƏ Hörmüz böhranı səbəbindən alternativ yola keçir 🛢️🗺️

“Reuters” agentliyi xəbər verib ki, BƏƏ Hörmüz boğazından yan keçərək neft ixrac imkanlarını artırmaq məqsədi ilə yeni boru kəməri layihəsinin icrasını sürətləndirməyi planlaşdırır.

Məlumata görə, layihə BƏƏ-nin Füceyrə limanı üzərindən neft ixrac gücünü ikiqat artıracaq. Bu addım hazırda böyük ölçüdə bağlanmış Hörmüz boğazından asılılığı azaltmaq və Oman dənizi vasitəsilə ixrac imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bildirilib ki, Məhəmməd bin Zayed Əl-Nəhyan dövlət neft şirkəti olan ADNOC-a “Qərb–Şərq” boru kəməri layihəsinin gedişatını sürətləndirməyi tapşırıb. Layihə tikinti mərhələsindədir və yeni cədvələ əsasən 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Hazırda fəaliyyət göstərən Əbu-Dabi–Füceyrə neft kəməri gündəlik təxminən 1,8 milyon barel ötürmə gücünə malikdir və BƏƏ-nin Oman dənizi üzərindən neft ixracının əsas xəttidir. (Shafaqna)

#BƏƏ #Hörmüzboğazı #nefttixracı #alternativyol

Kanala abunə olun
🚨SON DƏQİQƏ

🇵🇰 Pakistanda hərbi düşərgədə terror aktı: ölənlər və yaralananlar var 💥🔥


Bu gün Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən hərbi düşərgədə terror aktı baş verib.

Məlumata görə, Badjaur bölgədində Pakistan hərbçilərinin toplantısı zamanı həyata keçirilən hücum nəticəsində 8 təhlükəsizlik qüvvəsi həlak olub, 35 nəfər isə yaralanıb.

Bildirilib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu düşərgənin ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb. Partlayışdan dərhal sonra yaraqlılar hərbçilərə atəş açıb.

Təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində bir neçə terrorçunun məhv edildiyi bildirilir.

Hadisə ilə bağlı hələlik heç bir şəxs və ya qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib. (Javan Online)

#Pakistan #hərbidüşərgə #terroraktı #ölüm

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı 🇺🇸 Trampın “səbirsizliyini” gülüşlə qarşıladı

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində təşkil olunan konfransda ABŞ prezidenti Donald Trampın “səbrinin tükəndiyi” barədə açıqlamasına münasibət bildirib.

Əraqç Trampın səbirsizliyinə gülərək cavab verib: “Biz hazırda ciddi suallarla qarşı-qarşıyayıq. Bu, sülh və müharibə ilə bağlı sualdır. Əgər onlar danışıqlar aparıb nəticə əldə etmək istəyirlərsə, gözləməyi bacarmalıdırlar. Çünki bu danışıqların ciddi və düzgün nəticələrə ehtiyacı var”.

O əlavə edib ki, ABŞ müharibəyə qayıtmaq istəyərsə, bu onların seçimidir: “Müharibəyə qayıtmaq istəsələr, bu, özlərindən asılıdır. Bizi sınağa çəkiblər. Bizi yenidən sınağa çəkə bilərlər. Amma nəticə fərqli olmayacaq”.

#İran #XİN #ABŞ #Tramp

Kanala abunə olun
🤮2
🇮🇷 Pezeşkian 🇮🇶 İraqın yeni baş nazirini təbrik edib

Bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabındakı paylaşımında Əli əz-Zeydini İraq parlamentinin səsini qazanaraq baş nazir seçilməsi münasibəti ilə təbrik edib.

Pezeşkian təbrik mesajında iki ölkənin xalqlarının dərin tarixi və mədəni əlaqələrə toxunaraq, Tehran və Bağdad arasında strateji əməkdaşlıqda yeni mərhələnin başlanacağına ümid etdiyini bildirib.

O, İranın İraqın inkişafı və təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində dəstəyini davam etdirəcəyini vurğulayıb.

پیام تبریک پزشکیان به نخست‌وزیر جدید عراق

#İran #Pezeşkian #İraq #başnazir #təbrik

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 İranla bağlı «bir az təmizləmə işi» aparmalı ola bilərik”

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bildirib ki, atəşkəsə baxmayaraq yenidən addım atmaq ehtimalı istisna deyil: “Bir az təmizləmə işi aparmalı ola bilərik, çünki necə deyərlər, bir aylıq atəşkəsimiz var idi”.

Tramp əlavə edib ki, atəşkəsin tərəfdarı olmayıb və bu qərarın əsasən digər ölkələrin tələbi ilə verildiyini bildirib: “Mən əslində atəşkəsin tərəfdarı olmazdım, biz bunu əsasən digər ölkələrin tələbi ilə etdik. Biz bunu Pakistana bir lütf olaraq etdik”.

#ABŞ #Tramp #İran #atəşkəs #müharibə

Kanala abunə olun
👍2
🇮🇷 İran Oman dənizində "üzən arsenal"ı ələ keçirib 🌊🛳️

“Gulf News” agentliyinin məlumatına görə, dəniz risklərinin idarə edilməsi üzrə fəaliyyət göstərən “Vanguard” şirkətinin hesabatında Oman dənizində “üzən arsenal” kimi istifadə edilən bir gəminin İran hərbi qüvvələri tərəfindən ələ keçirildiyi bildirilir.

Dəniz nəqliyyatı izləmə saytı Vessel Finder-in məlumatına əsasən, Hui Chuan adlı gəminin son qeydə alınan mövqeyi Ərəbistan dənizi ərazisində olub. 1984-cü ildə inşa edilən gəmi hazırda Honduras bayrağı altında üzən “balıq ovu dəstək gəmisi” kimi qeyd olunur.

Bundan əlavə, Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) da gəminin artıq İranın ərazi sularına doğru hərəkət etdiyini açıqlayıb.

Vanguard şirkətinin məlumatına görə, AIS (Avtomatik İdentifikasiya Sistemi) siqnalı əsasında Hui Chuan gəmisinin son dəfə çərşənbə günü BƏƏ-nin Füceyrə şəhərindən təxminən 70 kilometr şimal-şərqdə olduğu qeydə alınıb. (Iranintl)

#İran #üzənarsenal #gəmi #müsadirə

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 İran 🇮🇶 Ərbil yaxınlığında müxalif kürd partiyasının bazasını vurdu 🚀


Bu gün İran qüvvələri İraq Kürdüstan Bölgəsində Ərbil şəhərinin şimalında yerləşən və İslam Respublikasına müxalif mövqedə olan kürd partiyalarından birinin qərargahını iki pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.

Bununla bağlı, “Reuters” agentliyi məlumat yayıb.

Hücuma məruz qalan partiyanın adı, eləcə də zərər və mümkün itkilər barədə əlavə məlumat verilməyib.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana hücumları zamanı və ondan sonrakı dövrdə Tehran İraqın şimalında yerləşən kürd qruplaşmalarının bazalarına bir neçə dəfə zərbələr endirib. (Amerikanın Səsi)

#İran #Ərbil #kürdpartiyası #hücum

Kanala abunə olun
2
🇺🇸 ABŞ 🇮🇷 SEPAH-a dron təchiz edən şəbəkə barədə məlumat üçün mükafat təyin etdi 💵

Dünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramı SEPAH-ın Qüds qanadı üçün dron təchiz və istehsal edən şəbəkələrdən biri kimi müəyyən edilən “Kimia Part Sivan” (Kipas) şirkətinin üzvləri və fəaliyyəti barədə məlumat verənlərə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Mükafat SEPAH-ın maliyyə mexanizmlərini müəyyən etməyə və ya pozmağa kömək edə biləcək məlumatlar üçün nəzərdə tutulub.

Məlumata görə, şəbəkənin əsas üzvləri kimi aşağıdakı şəxslərin adları çəkilib:

• Həsən Arambunejad;
• Əbülfəzl Ramazanzadə Meşkani;
• Mehdi Ğəffari;
• Rza Nahardani;
• Abbas Sərtaci;
• Hadi Cəmşidi.

Bu şəxslər İraq, Yəmən və Suriyada İranla əlaqəli qruplar üçün dronların hazırlanması, sınaqdan keçirilməsi və təchizatında rol oynayıblar. (Independent Persian)

#ABŞ #SEPAH #dron #təchizat #məlumat #mükafat

Kanala abunə olun
🇰🇿 Qazaxıstan 🇮🇷 İrana humanitar yardım göndərdi 💊🥖🚛

Dünən Qazaxıstan Beynəlxalq İnkişaf Agentliyi (KazAID) ölkənin Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə İrana humanitar yardım göndərib. Bununla bağlı, "KazAID" xəbər verib.

Məlumata görə, yardım çərçivəsində ərzaq və dərman vasitələrindən ibarət 30 vaqon yük İslam Respublikasına yola salınıb. Göndərilən humanitar yükün İran Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcəyi bildirilir.

ارسال محموله بزرگ کمک‌های غذایی و دارویی از قزاقستان به ایران

#Qazaxıstan #İran #humanitaryardım

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Trampdan ABŞ-nin 🇮🇷 İranın Minab bölgəsindəki qızlar məktəbinə zərbə endirdiyini təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub

Jurnalist: "Dünən CENTCOM rəhbərindən müharibənin ilk günündə qızlar məktəbinə edilən hücum barədə soruşulub".

Donald Tramp: "Bu, araşdırılır. Siz ilkin hadisədən danışırsınız".

Jurnalist: "Hazırda mülki itkilərlə bağlı araşdırılan yeganə hal budur?"

Tramp: "Hesab edirəm ki, araşdırma mərhələsində olan bir neçə məsələmiz var. Amma bəli, bu da araşdırılır".

Jurnalist: "Bunun ABŞ raketi olduğunu artıq təsdiqləyə bilmisinizmi? Mən BBC Radio 4-dənəm".

Tramp: "Feyk" BBC-dən? Söhbət mənim demədiyim sözləri demişəm kimi qələmə verən, sonra isə bunun saxta olduğunu etiraf etməli olanlardan gedir?
Adımdan dəhşətli sözlər paylaşan və sonra bunun saxta olduğunu boynuna alanlardan?
İndi 5 milyard dollar məbləğində məhkəməyə verilən və nə edəcəklərini bilməyənlərdən? Siz BBC-dənsiniz? Onlar başqa bir "feykdir".


#Tramp #sual #İran #Minab #məktəb

Kanala abunə olun
1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin 🇮🇱 İsraildəki səfiri: "Körfəz dövlətləri İsrail və 🇮🇷 İran arasında seçim etməlidirlər"

Mayk Hakabi deyib: "Körfəz ölkələri artıq bir seçim etməli olduqlarını anlasınlar.
​Hansı daha ehtimal olunandır: İran tərəfindən hücuma məruz qalmaq, yoxsa İsrail?
Hesab edirəm ki, onlar ətrafa baxıb deyə bilərlər: "Bilirsiniz, İsrail bizə kömək etdi, İran isə bizə hücum etdi".

​Buradakı dərs nədir?
Dərs odur ki, İsrail sizin təbii düşməniniz deyil.
İsrail sizi məhv etməyə çalışmır.
İsrail sizin torpaqlarınızı ələ keçirməyə çalışmır, sizin mülki ərazilərinizə raketlər atmır.
Bəs bunu kim edir? İran.
​Bir tərəf seçin. Hansı tərəfi seçəcəksiniz? ABŞ və İsrail bir tərəfi, İran və onların radikal şiə fanatizmi isə digər tərəfi təmsil edir".


#ABŞsəfiri #İsrail #ərəbölkələri #İran

Kanala abunə olun
1😁1