🇮🇷 İranda zəlzələ olub 🆘
Bu gün Kerman əyalətinin Bərdsir şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, səhər saat 11:17-də meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar Kerman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub. Hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması hələlik bəlli deyil. (Mehr News)
زلزله ۵ ریشتری بردسیر کرمان را لرزاند
#İran #Kerman #zəlzələ
Kanala abunə olun

Keyhan: “🇧🇭 Bəhreynin 🇮🇷 İrana geri qaytarılması tələb olunmalıdır” 🤔
İranın ali rəhbərinə yaxın radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bəhreynlə bağlı sərt bəyanatla çıxış edib.
O, Tehranı Bəhreynin “İslam Respublikasına geri qaytarılması” üçün dərhal hüquqi prosesə başlamağa çağırıb və bildirib: “Bəhreynin hələ də İran ərazisinin bir hissəsi olduğuna dair şübhə varmı? Niyə onu qaytarmaq üçün heç bir addım atılmır?”
Bəhreynin ABŞ və İsrail üçün “hərbi bazaya çevrildiyini” iddia edən Şəriətmədari onun İranın təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Baş redaktorun sözlərinə görə, İranın “tarixi ərazisinin bir hissəsi kənar güclərin nəzarətinə keçib” və bu məsələ ölkənin xarici siyasət gündəliyinə daxil edilməlidir.
1971-ci ilə qədər İran Bəhreyni faktiki olaraq öz ərazisi kimi qəbul edirdi. Həmin ildə keçirilən proseslərdən sonra Bəhreyn müstəqillik qazandı və İran onun suverenliyini rəsmi olaraq tanıdı.
#İran #radikalqəzet #Bəhreyn #iddia #ilhaq

😁2
🇺🇸 ABŞ və 🇨🇳 Çin Hörmüz boğazının açıq qalmasında razılığa gəliblər 🌊
Bu gün Ağ Ev ABŞ və Çin liderləri arasında keçirilən görüşdə Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Məlumata görə, tərəflər İranla bağlı gərginlik fonunda boğazın qlobal ticarət üçün açıq qalmasının strateji əhəmiyyətini müzakirə ediblər.
Çin lideri Si Cinpin görüşdən sonra bildirib ki, Pekin Hörmüz boğazından istifadə üçün rüsumların tətbiqinə qarşıdır.
Ağ Evin rəsmiləri Si Cinpinin İranla münaqişənin sona çatmasına dair konkret öhdəlik götürüb-götürmədiyini açıqlamayıb. (Amerikanın Səsi)
#ABŞ #Çin #Hörmüzboğazı #razılaşma

Azad İran
🇮🇷 SEPAH Tehranda hərbi təlim keçirdi 🔥 Tehranda SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimi baş tutub. Məlumata görə, təlim “Ləbbeyk ya Xameneyi” (Əmrinə hazıram, ey Xameneyi) kod adı altında təşkil olunub və əsas məqsəd düşmənlə qarşıdurmaya hazırlığın…
🛑 Gərginlik fonunda 🇮🇷 SEPAH təlimləri diqqət çəkdi 🔥
SEPAH-ın Tehran əyalətində keçirdiyi “Şəhid Komandir” adlı son hərbi təlimlər beynəlxalq mediada və müxtəlif ölkələrdə – Yaxın Şərq, Avropa, Asiya və ABŞ-də diqqət mərkəzinə çevrilib.
Bu genişmiqyaslı təlimlər bölgədə artan geosiyasi gərginlik, regional təhlükəsizliklə bağlı narahatlıqlar, İranın hərbi modernləşmə cəhdləri və mümkün quru hücumu ssenariləri barədə müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir.
Rəsmi məlumatlara və mediada yayılan xəbərlərə əsasən, təlimlərin məqsədi:
• döyüş hazırlığını artırmaq;
• sürətli reaksiya qabiliyyətlərini gücləndirmək;
• müxtəlif bölmələr arasında taktiki koordinasiyanı yoxlamaq olub.
Məlumata görə, təlim proqramına aşağıdakılar daxil edilib:
🔹 piyada əməliyyatları və şəhər döyüşü hazırlığı;
🔹 zirehli texnikaların manevrləri;
🔹 dron nəzarəti və kəşfiyyat fəaliyyəti;
🔹 raketdən müdafiə koordinasiyası;
🔹 elektron müharibə simulyasiyaları;
🔹 döyüş meydanı rabitəsi və komanda idarəetməsi üzrə sınaqlar.

🇺🇸 ABŞ 🇮🇷 İran futbolçularına viza verməyə bilər ⚽️
Bu gün İranın Futbol Federasiyasının sözçüsü Əmir Mehdi Ələvi bildirib ki, İranın Dünya Kuboku karvanı üçün viza almağa dair inzibati proses BƏƏ-də tamamlanıb, lakin federasiya hələ də ABŞ tərəfinin cavabını gözləyir.
Ələvinin sözlərinə görə, bəzi oyunçulara viza verilməyəcəyi təqdirdə texniki heyət artıq alternativ variantları nəzərdən keçirir.
O qeyd edib ki, Futbol Federasiyasının prezidenti yaxın 48 saat ərzində Türkiyədə FIFA rəsmiləri ilə görüşəcək və viza məsələsi İranın gündəmə gətirəcəyi birinci tələb olacaq.
Dünya Kubokunun başlamasına bir aydan az vaxt qaldığı üçün ABŞ vizalarının gecikməsi İran milli komandası üçün əsas problemlərdən birinə çevrilib.
#İran #FutbolFederasiyası #DünyaKuboku #ABŞ #viza

🇨🇳 Çin gəmiləri 🇮🇷 İranın qərarı ilə Hörmüzdən keçməyə başlayıb 🌊🚢
SEPAH-a yaxın “Fars News” agentliyi “məlumatlı mənbəyə” istinadən bildirib ki, İranın qərarı əsasında Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb.
Agentliyin məlumatına görə, Tehran bu addımı İslam Respublikasının boğazın idarə olunması üçün müəyyən etdiyi protokollar barədə razılaşma əldə edildikdən sonra atıb.
Bildirilib ki, dünən bir sıra Çin gəmiləri Hörmüz boğazından keçməyə başlayıb.
Məlumata əsasən, qərar Çin tərəfinin təqibindən sonra və Tehran və Pekin arasında mövcud olan “strateji münasibətlər” çərçivəsində qəbul olunub və Çinin tələb etdiyi gəmilərə keçid icazəsi verilib.
#Çin #gəmi #İran #Hörmüzboğazı #keçid

🇦🇪 BƏƏ neft anbarları ətrafında dronlara qarşı müdafiə sistemləri qurur 🛢️🛡️
“The War Zone” saytı yazıb ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji obyektlərini İranın pilotsuz uçuş aparatları (PUA) hücumlarından qorumaq üçün nəhəng metal “özünü müdafiə qəfəsləri” qurmağa başlayıb.
Məlumata görə, bu addım BƏƏ-nin neft və qaz infrastrukturunun bəzi hissələrinə ciddi ziyan vuran minlərlə İran raketi və dron hücumundan sonra atılıb.
İsrailin I24 News agentliyinin “X” platformasında paylaşdığı bir şəkil Dubay Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən neft çənlərinin ətrafında metal qəfəslər tikildiyini göstərdiyi iddia olunur.
Şəkildə bəzi çənlərin artıq tam metal örtüklə əhatə olunduğu, ön planda isə əlavə çənlər üçün yeni qoruyucu konstruksiyaların qurulduğu görünür.
#BƏƏ #neftanbarları #müdafiəsistemləri #İran #hücum

❤1
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah dronla 🇮🇱 İsrail əsgərini vurdu ⚠️
Hizbullah FPV tipli kamikadze dron vasitəsilə İsrail hərbçilərindən birini hədəf aldığını bildirib.
Hadisə ilə bağlı İsrail tərəfinin rəsmi təsdiqi və ya mümkün itkilər barədə məlumat hələ açıqlanmayıb.
FPV dron (First Person View) — operatorun drona quraşdırılmış kamera vasitəsilə görüntünü real vaxtda eynək və ya ekranla izləyib dronu birbaşa idarə etdiyi pilotsuz uçuş aparatıdır.
حمله پهپادی حزبالله به مواضع ارتش اسرائیل با پهپاد انتحاری
#Livan #Hizbullah #FPVdron #hücum #İsrail #əsgər

❤1👍1
🇺🇸 ABŞ 🇨🇳 Çin OSINT şirkətinə sanksiyaya tətbiq etdi 🛰️❌
Çinin peyk görüntüləri üzrə fəaliyyət göstərən MizarVision şirkəti ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb.
Məlumata görə, sanksiyanın səbəbi şirkətin ABŞ–İsrailin İrana qarşı hücumları zamanı Amerika hərbi qüvvələrinin yerləşdirilməsini açıq mənbələrdən (OSINT) izləyib təhlil etməsi və bu görüntüləri yayması olub.
“South China Morning Post” yazır ki, ABŞ-İsrail müharibəsi dövründə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini izləməklə tanınan MizarVision bu sanksiyanı öz işə qəbul kampaniyasında “şərəf nişanı” kimi təqdim edir.
Şirkət rəsmi olaraq Meentropy Technology Hangzhou Co Ltd adı ilə fəaliyyət göstərir və kommersiya peyklərindən əldə olunan məlumatların təhlili üzrə ixtisaslaşıb. (Entekhab)
#ABŞ #Çin #OSINT #şirkət #sanksiya

🇺🇸 Tramp 🇨🇳 Çinə səfərdən sonra 🇮🇷 İrana qarşı yeni addımları nəzərdən keçirə bilər
“Axios” nəşri xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə səfərindən sonra İrana qarşı daha sərt tədbirlər gündəmə gələ bilər.
Məlumata görə, nəzərdən keçirilən variantlardan biri ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Hörmüz boğazından gəmilərin keçidini təmin etməyə yönəlmiş “Azadlıq Layihəsi” əməliyyatının bərpasıdır.
Bundan əlavə, ABŞ-nin İran infrastrukturuna qarşı yeni hava hücumları kampaniyaları ehtimalını da araşdırdığı bildirilir.
Ağ Ev daha öncə ABŞ və Çinin Hörmüz boğazının militarizasiyasına və rüsum tətbiqi cəhdlərinə qarşı olduğunu açıqlamışdı. Həmçinin liderlərin İranın nüvə silahına sahib olmaması barədə razılığa gəldiyi qeyd olunur.
#ABŞ #Tramp #Çin #İran #hərbiaddımlar

🔥2
🇮🇷 İran XİN rəhbəri 🇮🇳 Hindistanın baş naziri ilə görüşüb
Bu gün BRİKS Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçı və Hindistanın baş naziri Narendra Modi arasında görüş baş tutub.
Görüşdə ikitərəfli münasibətlər, regional proseslər və BRİKS platforması daxilində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. (Əraqçının “Telegram” kanalı)
دیدار سید عباس عراقچی وزیر امور خارجه کشورمان با نارندرا مودی نخست وزیر هند در حاشیه اجلاس وزرای امور خارجه کشورهای عضو بریکس
#İran #XİN #BRİKS #Hindistan #başnazir #görüş

🤮2
WSJ: “🇸🇦 Səudiyyə Hörmüzdən yan keçərək quru logistikasını genişləndirib” 🚛
“The Wall Street Journal” qəzeti xəbər verib ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazının bağlanması səbəbindən mədən və kimya sənayesi məhsullarının ixracının bir hissəsini dənizdən quru marşrutlara yönəldib və bunun üçün geniş logistika şəbəkəsi qurub.
Məlumata əsasən, bu ölkə Fars körfəzindəki limanlardan asılılığı azaltmaq üçün Qırmızı dəniz istiqamətində yeni daşınma zənciri formalaşdırıb. Bu məqsədlə minlərlə yük maşını vasitəsilə malların ölkə daxilində daşınması sürətləndirilib.
Şirkət rəsmilərinə istinadən bildirilir ki, “Maaden” kimi iri dövlət şirkətləri qısa müddətdə logistika axınını yenidən təşkil edərək, minlərlə yük maşını ilə fasiləsiz daşımalar sistemi qurublar. (Deutsche Welle)
#SəudiyyəƏrəbistanı #ixrac #Hörmüzboğazı #qurulogistikası

Reuters: “🇸🇦 Səudiyyə 🇮🇷 İranın proksi qüvvələrinə zərbələr endirib” 🚀
“Reuters” agentliyi xəbər verir ki, ABŞ–İran müharibəsi fonunda Səudiyyə Ərəbistanı İraqda İrana bağlı silahlı qruplara qarşı hava zərbələri həyata keçirib.
Məlumata görə, Səudiyyə qırıcıları krallığın İraqla sərhədinə yaxın ərazilərdə yerləşən hədəfləri vurub. Hədəflərin İranın dəstəklədiyi silahlı qruplara aid olduğu bildirilir.
Bəzi zərbələr ABŞ–İran arasında elan edilən atəşkəs dövründə də həyata keçirilib və bu obyektlərin Səudiyyə və digər Körfəz ölkələrinə qarşı dron və raket hücumlarının planlaşdırıldığı yerlər olduğu qeyd olunur. (Iranintl)
Qeyd edək ki, daha öncə mediada Səudiyyə Ərəbistanı və BƏƏ-nin gizli şəkildə İrana qarşı zərbələr endirdiyi bildirilirdi.
#SəudiyyəƏrəbistanı #İran #İraq #silahlıqruplaşmalar #hücum

👍1🔥1