🇺🇸 ABŞ: “🇮🇷 İran nüvə silahına təhlükəli dərəcədə yaxınlaşıb” ☢️
Dünən ABŞ-nin energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı xəbərdarlıq edib ki, İslam Respublikası nüvə silahının yaradılmasına “dəhşətli dərəcədə yaxındır”.
Rayt bildirib ki, İranın uran ehtiyatlarının bir hissəsi 60 faiz, böyük hissəsi isə 20 faiz səviyyəsinə qədər zənginləşdirilib. O vurğulayıb ki, təxminən 90 faiz zənginləşdirmə səviyyəsi nüvə silahı üçün uyğun sayılır.
Onun sözlərinə görə, İranın təxminən bir ton uranı silah səviyyəsinə qədər zənginləşdirməsi üçün cəmi bir neçə həftə kifayət edə bilər.
Rayt qeyd edib ki, zənginləşdirmədən sonra hələ “silahlanma mərhələsi” qalır, ancaq Tehran həmin mərhələyə də “çox yaxın” vəziyyətdədir. Nazir İranın nüvə proqramının tam dayandırılmasını və gələcəkdə zənginləşdirmənin qarşısının alınmasını “müdrik strategiya” adlandırıb. (Iranintl)
#ABŞ #energetikanaziri #İran #nüvəsilahı
Kanala abunə olun

😱1
🇦🇲 Paşinyandan reallıqla barışmaq çağırışı: “🇮🇷 İranda 35 milyon türk yaşayır”
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal erməni millətçilərini “xəyal dünyasında yaşamaqda” ittiham edib.
“Qərbimizdə, 🇹🇷 Türkiyədə 90 milyon türk, şərqimizdə, 🇦🇿 Azərbaycanda 10 milyon türk, cənubumuzda isə İranda 35 milyon türk yaşayır”, - deyə, Paşinyan bildirib.
O, radikalları reallıqla barışmağa çağıraraq əlavə edib: “Biz neçə nəfərik? 3 milyon erməni. Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”.
پاشینیان، نخست وزیر ارمنستان:
«۹۰ میلیون ترک در کشور همسایه ما ترکیه، ۱۰ میلیون ترک در آذربایجان در شرق ما و ۳۵ میلیون ترک در ایران در جنوب ما زندگی میکنند. جمعیت ما چقدر است؟ حدود ۳ میلیون. ما باید از دنیای خیال خود بیرون بیاییم و واقعیتها را ببینیم.»
#Ermənistan #Paşinyan #İran #türklər

👍7
NYT: “🇨🇳 Çin şirkətləri 🇮🇷 İranla gizli silah satışı barədə danışıqlar aparır” 🤔
“The New York Times” qəzeti yazıb ki, Çin şirkətləri İslam Respublikası ilə silah satışı üzrə danışıqlar aparır və hərbi yardımın mənşəyini gizlətmək məqsədilə silahları üçüncü ölkələr vasitəsilə göndərməyi planlaşdırır.
Amerika rəsmilərinin sözlərinə görə, bu marşrutda iştirak edə biləcək ölkələrdən ən azı biri Afrikada yerləşir, ancaq hər hansı yükün həmin ölkəyə çatıb-çatmadığı hələlik məlum deyil.
Hesabatda qeyd olunur ki, məsələ ilə bağlı məlumatlandırılan ABŞ rəsmiləri Çin silahlarının daha öncə üçüncü ölkələr vasitəsilə göndərilib-göndərilmədiyi barədə fərqli dəyərləndirmələrə malikdirlər.
Bununla belə, mövcud müharibənin başlanmasından bəri ABŞ və ya İsrail qüvvələrinə qarşı döyüş meydanında Çin silahlarının istifadə edildiyinə dair sübut olmadığı vurğulanır. (Iranintl)
#Çin #İran #gizlisilahsatışı #danışıqlar

🇷🇺 Rusiya 🇺🇦 Ukraynaya 🇮🇷 İran dronları ilə rekord hücum etdi 🚀🔥
Dünən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirərək ümumilikdə 731 raket və pilotsuz uçuş aparatı atəşləyib.
Məlumata görə, hücum zamanı İran istehsalı olan 675 ədəd “Shahed-136” kamikadze dronu və 56 müxtəlif tipli raketdən istifadə olunub.
Ukraynanın hava hücumundan müdafiə sistemləri ümumilikdə 693 hədəfi vurmağı bacarıb. Bunlara 41 raket və 652 PUA daxildir.
Ukrayna mediası bu hücumu müharibənin başlanğıcından bəri ən böyük hava hücumu kimi dəyərləndirib.
#Rusiya #Ukrayna #İran #dron #hücum #müharibə

❤1
OPEC: “🇮🇷 İranın neft hasilatı ikinci ay ardıcıl azalıb” 🛢️📉
Bu gün Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) İranın neft hasilatının ardıcıl ikinci ay azaldığını açıqlayıb.
Məlumata görə, İranın aprel ayı üzrə neft istehsalı martla müqayisədə təxminən 212 min barel, müharibədən əvvəlki fevral ayı ilə müqayisədə isə təxminən 387 min barel azalıb.
OPEC-in hesabatına əsasən, İran ötən ay gündəlik 2 milyon 854 min barel neft istehsal edib.
Hesabatda qeyd olunur ki, ABŞ-nin dəniz blokadası səbəbindən İranın neft saxlama çənlərinin dolması fonunda, neft hasilatının azalmasının bu ay daha da sürətlənəcəyi gözlənilir. (Amerikanın Səsi)
#OPEC #İran #nefthasilatı #azalma

🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Hörmüz boğazında heç bir maneə yaratmamışıq” 🌊❗️
Bu gün Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində jurnalistlərə müsahibə verən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb.
“Hörmüz boğazı hazırda ən çox ABŞ-nin təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkir. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə, Əraqçı bildirib.
İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib: “Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”. (Tasnim News)
#İran #XİN #Hörmüzboğazı #ABŞ #maneə

Azad İran
🚨TƏCİLİ 🇮🇷 İran Hörmüz boğazını keçməyə çalışan 🇰🇷 Cənubi Koreya gəmisini vurdu 🌊🚀💥🚢 Bu gün Cənubi Koreya mətbuatında Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir gəmiyə hücum edildiyi barədə məlumat yayılıb. Ancaq İranın rəsmi və yarırəsmi xəbər agentlikləri…
🇰🇷 Cənubi Koreya Hörmüzdəki hücumda 🇮🇷 İrandan şübhələnir 🌊🚢
Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, Seulun apardığı araşdırmalar Hörmüz boğazında bu ölkəyə məxsus yük gəmisinə hücumda İranın iştirak ehtimalının yüksək olduğunu göstərir.
Daha öncə İranın Seuldakı səfirliyi bu hücumla bağlı iddiaları qətiyyətlə təkzib etmişdi.
Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, mayın 4-də Hörmüz boğazında HMM Namo adlı yük gəmisi “naməlum qırıcılar” tərəfindən hədəfə alınıb.
Nazirliyin sözçüsü Pak İlin sözlərinə görə, iki naməlum qırıcı təxminən bir dəqiqəlik fasilə ilə gəminin arxa hissəsində yerləşən ballast çəninin xarici hissəsinə dəyib və nəticədə yanğın və tüstü yaranıb. (Independent Persian)
#CənubiKoreya #Hörmüzboğazı #gəmi #İran #hücum #şübhə

🚨SON DƏQİQƏ
🇮🇷 İran 🇦🇪 BƏƏ sahillərində gəmini qaçırdı 🌊🚢
Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində bir gəminin İran tərəfindən ələ keçirildiyini açıqlayıb.
Rəsmi məlumatda bildirilir ki, hadisə Fuceyrə limanından təxminən 38 dəniz mili şimal-şərqdə baş verib.
UKMTO-nun açıqlamasına görə, gəminin təhlükəsizlik üzrə məsul şəxsi (CSO) bildirib ki, gəmi lövbərdə olarkən naməlum şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru hərəkət etdiyi ehtimal olunur. Qurum hazırda hadisə ilə bağlı araşdırmanı davam etdirir.
#İran #BƏƏ #gəmi #Fuceyrəlimanı #qaçırılma

👍1
🇮🇷 İranda 🇮🇱 İsraillə əməkdaşlığa görə onlarla şəxsin aktivləri müsadirə edildi
Bu gün İranın Məhkəmə-Ədliyyə Sistemi Həmədan əyalətində “casusluq” və “İsrailin xeyrinə əməkdaşlıq” ittihamları ilə üzləşən 47 nəfərin aktivlərinin müsadirə edildiyini açıqlayıb.
Məlumata görə, müsadirə olunan vəsait və əmlak “xalqın maraqları naminə” istifadə ediləcək və müharibə nəticəsində zədələnmiş obyektlərin bərpasına yönəldiləcək.
Bildirilib ki, təqsirləndirilən şəxslərin əksəriyyəti hazırda xarici ölkələrdə gizlənir. Ölkə daxilində isə yalnız 6 nəfərin saxlanıldığı, onların barəsində həbs qərarı verildiyi qeyd olunur. (Tasnim News)
#İran #İsrail #casusluq #ittiham #müsadirə

🆘 TƏCİLİ
🏬 Təbrizdə bina çökdü: ölənlər və yaralananlar var 😢
Dünən Təbrizin Nəsr küçəsində yarımçıq tikili çöküb. Məlumata görə, hadisə binada beton tökmə işləri aparılan zaman baş verib.
Çökmə nəticəsində 2 işçi ölüb, 6 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Ölən və yaralanan şəxslərin kimliyi açıqlanmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. (ISNA)
ریزش ساختمان در حال ساخت در تبریز؛ ۲ کارگر جان باختند
#Təbriz #bina #çökmə

😢1
🇮🇷 İranda zəlzələ olub 🆘
Bu gün Kerman əyalətinin Bərdsir şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, səhər saat 11:17-də meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar Kerman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub. Hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması hələlik bəlli deyil. (Mehr News)
زلزله ۵ ریشتری بردسیر کرمان را لرزاند
#İran #Kerman #zəlzələ

Keyhan: “🇧🇭 Bəhreynin 🇮🇷 İrana geri qaytarılması tələb olunmalıdır” 🤔
İranın ali rəhbərinə yaxın radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bəhreynlə bağlı sərt bəyanatla çıxış edib.
O, Tehranı Bəhreynin “İslam Respublikasına geri qaytarılması” üçün dərhal hüquqi prosesə başlamağa çağırıb və bildirib: “Bəhreynin hələ də İran ərazisinin bir hissəsi olduğuna dair şübhə varmı? Niyə onu qaytarmaq üçün heç bir addım atılmır?”
Bəhreynin ABŞ və İsrail üçün “hərbi bazaya çevrildiyini” iddia edən Şəriətmədari onun İranın təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Baş redaktorun sözlərinə görə, İranın “tarixi ərazisinin bir hissəsi kənar güclərin nəzarətinə keçib” və bu məsələ ölkənin xarici siyasət gündəliyinə daxil edilməlidir.
1971-ci ilə qədər İran Bəhreyni faktiki olaraq öz ərazisi kimi qəbul edirdi. Həmin ildə keçirilən proseslərdən sonra Bəhreyn müstəqillik qazandı və İran onun suverenliyini rəsmi olaraq tanıdı.
#İran #radikalqəzet #Bəhreyn #iddia #ilhaq

😁2
🇺🇸 ABŞ və 🇨🇳 Çin Hörmüz boğazının açıq qalmasında razılığa gəliblər 🌊
Bu gün Ağ Ev ABŞ və Çin liderləri arasında keçirilən görüşdə Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Məlumata görə, tərəflər İranla bağlı gərginlik fonunda boğazın qlobal ticarət üçün açıq qalmasının strateji əhəmiyyətini müzakirə ediblər.
Çin lideri Si Cinpin görüşdən sonra bildirib ki, Pekin Hörmüz boğazından istifadə üçün rüsumların tətbiqinə qarşıdır.
Ağ Evin rəsmiləri Si Cinpinin İranla münaqişənin sona çatmasına dair konkret öhdəlik götürüb-götürmədiyini açıqlamayıb. (Amerikanın Səsi)
#ABŞ #Çin #Hörmüzboğazı #razılaşma

🇮🇷 SEPAH Tehranda hərbi təlim keçirdi 🔥 Tehranda SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimi baş tutub. Məlumata görə, təlim “Ləbbeyk ya Xameneyi” (Əmrinə hazıram, ey Xameneyi) kod adı altında təşkil olunub və əsas məqsəd düşmənlə qarşıdurmaya hazırlığın…
🛑 Gərginlik fonunda 🇮🇷 SEPAH təlimləri diqqət çəkdi 🔥
SEPAH-ın Tehran əyalətində keçirdiyi “Şəhid Komandir” adlı son hərbi təlimlər beynəlxalq mediada və müxtəlif ölkələrdə – Yaxın Şərq, Avropa, Asiya və ABŞ-də diqqət mərkəzinə çevrilib.
Bu genişmiqyaslı təlimlər bölgədə artan geosiyasi gərginlik, regional təhlükəsizliklə bağlı narahatlıqlar, İranın hərbi modernləşmə cəhdləri və mümkün quru hücumu ssenariləri barədə müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir.
Rəsmi məlumatlara və mediada yayılan xəbərlərə əsasən, təlimlərin məqsədi:
• döyüş hazırlığını artırmaq;
• sürətli reaksiya qabiliyyətlərini gücləndirmək;
• müxtəlif bölmələr arasında taktiki koordinasiyanı yoxlamaq olub.
Məlumata görə, təlim proqramına aşağıdakılar daxil edilib:
🔹 piyada əməliyyatları və şəhər döyüşü hazırlığı;
🔹 zirehli texnikaların manevrləri;
🔹 dron nəzarəti və kəşfiyyat fəaliyyəti;
🔹 raketdən müdafiə koordinasiyası;
🔹 elektron müharibə simulyasiyaları;
🔹 döyüş meydanı rabitəsi və komanda idarəetməsi üzrə sınaqlar.