Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇫🇷 Bricit Makronu 🇮🇷 iranlı aktrisaya görə şillələyib 👋

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricitin şəxsi həyatına dair yeni təfərrüatların yer aldığı kitab ölkə mediasının diqqət mərkəzinə düşüb.

​Bu yeni kitabda nüfuzlu cütlüyün münasibətlərinin gizli tərəfləri araşdırılır. İddia olunur ki, rəsmi səfərlərdən birində tərəflər arasında baş vermiş fiziki mübahisə və kəskin qarşıdurma Yelisey Sarayının iddia etdiyi kimi "zarafat" deyil, əksinə, ciddi bir qısqanclıq böhranı olub. Bu qalmaqalın mərkəzində isə məşhur iranlı aktrisanın adının keçdiyi bildirilir.

Fransız jurnalist Florian Tardif "(Demək olar ki) Mükəmməl Cütlük" kitabında mənbələrə istinadən iddia edir ki, ötən il Vyetnama səfəri zamanı Fransa prezidenti Makronla həyat yoldaşı Bricit arasında yaranan münaqişə prezidentin iranlı aktrisa Qolşifte Fərahani ilə yazışmaları ilə bağlı şəxsi fikir ayrılıqlarından qaynaqlana bilər.👇👇👇
1
Azad İran
🇫🇷 Bricit Makronu 🇮🇷 iranlı aktrisaya görə şillələyib 👋 Fransa prezidenti Emmanuel Makron və xanımı Bricitin şəxsi həyatına dair yeni təfərrüatların yer aldığı kitab ölkə mediasının diqqət mərkəzinə düşüb. ​Bu yeni kitabda nüfuzlu cütlüyün münasibətlərinin…
Müəllifin sözlərinə görə, Makron aktrisa ilə bir neçə ay ünsiyyətdə olub və ona sevgisini ifadə edib. Mənbələr iddia edir ki, Bricit yazışmalardan ərinin telefonundakı mesajları oxuyaraq xəbər tutub və bu da onların arasında mübahisəyə səbəb olub.
Xanım Bricitin ətrafı müsahibəsində hadisə ilə iranlı aktrisa arasında əlaqə olduğunu təkzib edib.
Qeyd olunur ki, "Bricit martın 5-də birbaşa bu iddianı qəti şəkildə rədd edərək, ərinin mobil telefonuna heç vaxt baxmadığını bildirib".

#Fransa #Makron #Bricit #münaqişə #qalmaqal #QolşifteFərahani

Kanala abunə olun
🇮🇷 İranda daha bir etnik bəluç edam olunub 😱

Bircənd şəhərində narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş 29 yaşlı etnik bəluç Yunis Bərahuyi dünən dar ağacından asılıb. (Haalvsh)

اجرای حکم اعدام دستکم یک زندانی بلوچ در زندان بیرجند

#İran #edam #ittiham

Kanala abunə olun
🤬4
🇮🇷 Əraqçı 🇰🇼 Küveyt tərəfindən SEPAH-a üzv olmaqda ittiham edilən dörd nəfərin saxlanılmasına münasibət bildirib

İran XİN başçısı bu addımı regionda
"açıq-aşkar təfriqə salmaq cəhdi" kimi qiymətləndirib.

İran tərəfi saxlanılan şəxslərin SEPAH ilə hər hansı əlaqəsinin olması barədə iddiaları qətiyyətlə təkzib edir.
Nazir qeyd edib ki, bu növ addımlar region ölkələri arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Əaqçı bu hadisəni İran və qonşu ərəb dövlətləri arasında yaranmaqda olan müsbət dialoqu pozmağa yönəlmiş xarici təzyiqlərin nəticəsi hesab edir.

Küveyt tərəfi bildirir ki, bu şəxslər SEPAH üzvüdürlər və dəniz yolu ilə Bubiyan adasına sızmağa cəhd ediblər.

Qeyd olunur ki, bu şəxslər aprelin 30-da "Küveytə qarşı düşmənçilik hərəkətləri etmək üçün kirayələnmiş bir balıqçı qayığında" saxlanılıblar.

#İran #XİN #Əraqçı #Küveyt #SEPAH

Kanala abunə olun
😁2🤮1
🇮🇱 Netanyahu 🇮🇷 İranla müharibə zamanı gizli şəkildə 🇦🇪 BƏƏ-yə səfər edib 🤔

İsrail baş nazirinin Ofisinin məlumatına görə, İranla müharibə zamanı İsrail Baş naziri Netanyahu gizlicə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və ölkə prezidenti Əl-Nəhyanla görüşüb.

Reuters agentliyi xəbər verir ki, görüş martın 26-da İran sahilləri yaxınlığındakı Əl-Əyn şəhərində baş tutub və bir neçə saat davam edib.
Elə həmin gün SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı öldürülüb.

Münaqişə zamanı İsrail İranın potensial hücumlarından qorumaq üçün BƏƏ-yə Dəmir Günbəz batareyaları bağışlayıb.
Bu dövrdə Mossad şefi Barnea və İsrailin Daxili Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Zini də bu ölkəyə səfər edibər.

#İsrail #Netanyahu #gizlisəfər #BƏƏ #müharibə #İran

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Livan 🇮🇷 İrandan 🇺🇳 BMT-yə rəsmi şikayət edib

Beyrut şikayət məktubunda ölkəni hökumətin iradəsinə zidd olaraq müharibəyə sürükləməkdə İslam Respublikasının qurumlarını, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırıb. (Iran International)

#Livan #İran #BMT #şikayət

Kanala abunə olun
👍2
100-dən çox Nobel mükafatı laureatı 🇮🇷 İranı Nərgiz Məhəmmədini azadlığa buraxmağa çağırıb 🗣

100-dən çox Nobel mükafatı laureatı İran hakimiyyətinə müraciət edərək insan haqları fəalı Nərgiz Məhəmmədinin təcili olaraq azad edilməsini və ona lazımi tibbi yardımın göstərilməsini xahiş edib.
Bu barədə mayın 12-də dərc olunmuş açıq məktubda bildirilib.
İmza sahibləri qeyd edirlər ki, 54 yaşlı Məhəmmədinin müalicəsinin gecikdirilməsi "geridönülməz xəsarətə" səbəb ola bilər.

Onların sözlərinə görə, Nobel mükafatı laureatı qəfil çəki itkisi, qeyri-sabit qan təzyiqi və ürək ağırlaşmaları da daxil olmaqla ciddi sağlamlıq problemləri yaşayır.

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi insan haqları sahəsində fəaliyyətinə görə İranda dəfələrlə həbs olunub və onilliklər ərzində həbs cəzasına məhkum edilib.

#İran #NərgizMəhəmmədi #həbs #azadlıq
3
🇮🇷 Əraqçı 🇮🇱 Netanyahunun 🇦🇪 BƏƏ-dəki gizli görüşünə kəskin reaksiya verib

İranın xarici işlər naziri Abbas Əraqçı sosial media hesabında BƏƏ rəhbərliyi ilə Netanyahu arasında keçirilən gizli görüşü "bağışlanmaz hərəkət" adlandırıb.

Əraqçı öz paylaşımında yazıb:

Netanyahu artıq İranın təhlükəsizlik orqanlarının rəhbərliyimizə çoxdan çatdırdıqlarını açıqlayıb.

Böyük İran xalqına qarşı düşmənçilik axmaq bir qumardır və bu yolda İsraillə əməkdaşlıq və gizli sövdələşmə bağışlanmazdır".

O, həm də xəbərdarlıq edib ki, İsraillə əməkdaşlıq edənlər bu əməllərinin nəticələrinə qatlaşmalı olacaqlar.

#İran #XİN #Əraqçı #Netanyahu #BƏƏ #gizligörüş

Kanala abunə olun
😁4
🇦🇪 BƏƏ 🇮🇱 Netanyahunun səfərini təkzib etdi 🤔

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər etməsi barədə verilən bəyanatlara və bu xəbərin dünya mediasında geniş işıqlandırılmasına baxmayaraq, BƏƏ XİN belə bir səfərin baş tutmadığını iddia edib.

BƏƏ habelə İsrailin təhlükəsizlik və hərbi rəsmilərinin, o cümlədən Mossad rəhbərinin ölkədə olması ilə bağlı xəbərləri də təkzib edib. (Tasnim News)

امارات سفر نتانیاهو را تکذیب کرد

#BƏƏ #İsrail #Netanyahu #təkzib

Kanala abunə olun
🇨🇳 Çin şirkətləri 🇮🇷 İrana gizli silah satışını müzakirə edirlər 🚀💵

Bu barədə "The New York Times" qəzeti 🇺🇸 Amerika rəsmilərinə istinadən məlumat yayıb.

#Çin #İran #silahsatışı

Kanala abunə olun
🇮🇷 Rza Kianianın Urmu gölü ilə bağlı 3 milyon dollarlıq qalmaqalı 💸🤔

Rza Kianianın Urmu gölünün xilası üçün 3 milyon dollar vəsait alması ilə bağlı yayılan xəbərlər böyük səs-küyə səbəb olub. Lakin İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri bu iddiaları rədd edir.

İranın məşhur kino və televiziya aktyoru Rza Kianian Urmu gölünün dirçəldilməsi kampaniyasına üç milyon dollar bağışladığına dair mübahisəli bir iddia irəli sürüb.

Kianian deyib: “Mən Yaponiyadan üç milyon dollar alıb İsa Kəlantariyə verdim”.

Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri İsa Kəlantari də ILNA-ya müsahibəsində Kianianın dediklərini təkzib edərək deyib: “Reza Kianian mənə vermək üçün JICA-dan (Yaponiya-İran Əməkdaşlıq Ofisi) heç bir pul almayıb.
Əgər almışdısa, bunu sübut etməlidir! Onun JICA-nın mövqeyindən xəbəri yoxdur və onlar şəxslərə pul vermirlər.
Şikayət etmək istəyirdim, amma gördüm ki, o, bu sözləri cahillikdən deyib, ya da bəlkə də özünü şişirtmək istəyirdi”.
2
🇺🇸 Rubio 🇮🇷 İran məsələsində müharibə riskinə toxundu

ABŞ-nin dövlət katibi Marko Rubio Çinə səfəri zamanı Air Force One təyyarəsində Fox News-a müsahibəsində Papanın İranla bağlı diplomatiyanı vurğulayan fikirlərinə münasibət bildirib.

Rubio deyib: “Adolf Hitlerlə bağlı hansı diplomatik həll yolu var idi? Heç biri yox idi”.

O əlavə edib ki, təəssüf ki, bəzi hallarda nəticə müharibəyə gətirib çıxarır.

Rubio kilsənin sülhə, dostluğa və müharibədən yayınmağa çağırış etdiyini qeyd edərək bununla razılaşdığını bildirib, lakin ABŞ-nin milli təhlükəsizliyi qarşısında məsuliyyət daşıdığını vurğulayıb. (Independent Persian)

#ABŞ #dövlətkatibi #İran #müharibə

Kanala abunə olun
🤔1
🇮🇷 İranda daha bir etirazçı edam edildi 👨‍⚖️😢

Dünən 2025-ci ilin dekabr ayında İranda keçirilən etirazlar zamanı saxlanılan Məhəmməd Abbasi Tehranın Qızılhisar zindanında dar ağacından asılıb.

Məlumata görə, Məhəmməd Abbasi “hərbçini öldürmək”də ittiham olunub. Eyni iş üzrə Abbasinin qızı Fatimə Abbasinin 25 illik həbs cəzasının qüvvədə saxlanıldığı bildirilir. O, hazırda Tehrandakı Evin həbsxanasında saxlanılır.

Həbsxana rəhbərliyi Abbasinin ailəsini görüşə çağırsa da, onlar həbsxanaya çatdıqda son görüşə icazə verilməyib. Qohumları geri döndükdən sonra edam xəbəri onlara telefon vasitəsilə çatdırılıb. (BBC)

#İran #etirazlar #edam

Kanala abunə olun
🤬32
🇺🇸 ABŞ: “🇮🇷 İran nüvə silahına təhlükəli dərəcədə yaxınlaşıb” ☢️

Dünən ABŞ-nin energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı xəbərdarlıq edib ki, İslam Respublikası nüvə silahının yaradılmasına “dəhşətli dərəcədə yaxındır”.

Rayt bildirib ki, İranın uran ehtiyatlarının bir hissəsi 60 faiz, böyük hissəsi isə 20 faiz səviyyəsinə qədər zənginləşdirilib. O vurğulayıb ki, təxminən 90 faiz zənginləşdirmə səviyyəsi nüvə silahı üçün uyğun sayılır.

Onun sözlərinə görə, İranın təxminən bir ton uranı silah səviyyəsinə qədər zənginləşdirməsi üçün cəmi bir neçə həftə kifayət edə bilər.

Rayt qeyd edib ki, zənginləşdirmədən sonra hələ “silahlanma mərhələsi” qalır, ancaq Tehran həmin mərhələyə də “çox yaxın” vəziyyətdədir. Nazir İranın nüvə proqramının tam dayandırılmasını və gələcəkdə zənginləşdirmənin qarşısının alınmasını “müdrik strategiya” adlandırıb. (Iranintl)

#ABŞ #energetikanaziri #İran #nüvəsilahı

Kanala abunə olun
😱1
🇦🇲 Paşinyandan reallıqla barışmaq çağırışı: “🇮🇷 İranda 35 milyon türk yaşayır”

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal erməni millətçilərini “xəyal dünyasında yaşamaqda” ittiham edib.

“Qərbimizdə, 🇹🇷 Türkiyədə 90 milyon türk, şərqimizdə, 🇦🇿 Azərbaycanda 10 milyon türk, cənubumuzda isə İranda 35 milyon türk yaşayır”, - deyə, Paşinyan bildirib.

O, radikalları reallıqla barışmağa çağıraraq əlavə edib: “Biz neçə nəfərik? 3 milyon erməni. Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”.

پاشینیان، نخست وزیر ارمنستان:
«۹۰ میلیون ترک در کشور همسایه ما ترکیه، ۱۰ میلیون ترک در آذربایجان در شرق ما و ۳۵ میلیون ترک در ایران در جنوب ما زندگی می‌کنند. جمعیت ما چقدر است؟ حدود ۳ میلیون. ما باید از دنیای خیال خود بیرون بیاییم و واقعیت‌ها را ببینیم.»

#Ermənistan #Paşinyan #İran #türklər

Kanala abunə olun
👍7
NYT: “🇨🇳 Çin şirkətləri 🇮🇷 İranla gizli silah satışı barədə danışıqlar aparır” 🤔

“The New York Times” qəzeti yazıb ki, Çin şirkətləri İslam Respublikası ilə silah satışı üzrə danışıqlar aparır və hərbi yardımın mənşəyini gizlətmək məqsədilə silahları üçüncü ölkələr vasitəsilə göndərməyi planlaşdırır.

Amerika rəsmilərinin sözlərinə görə, bu marşrutda iştirak edə biləcək ölkələrdən ən azı biri Afrikada yerləşir, ancaq hər hansı yükün həmin ölkəyə çatıb-çatmadığı hələlik məlum deyil.

Hesabatda qeyd olunur ki, məsələ ilə bağlı məlumatlandırılan ABŞ rəsmiləri Çin silahlarının daha öncə üçüncü ölkələr vasitəsilə göndərilib-göndərilmədiyi barədə fərqli dəyərləndirmələrə malikdirlər.

Bununla belə, mövcud müharibənin başlanmasından bəri ABŞ və ya İsrail qüvvələrinə qarşı döyüş meydanında Çin silahlarının istifadə edildiyinə dair sübut olmadığı vurğulanır. (Iranintl)

#Çin #İran #gizlisilahsatışı #danışıqlar

Kanala abunə olun
🇷🇺 Rusiya 🇺🇦 Ukraynaya 🇮🇷 İran dronları ilə rekord hücum etdi 🚀🔥

Dünən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirərək ümumilikdə 731 raket və pilotsuz uçuş aparatı atəşləyib.

Məlumata görə, hücum zamanı İran istehsalı olan 675 ədəd “Shahed-136” kamikadze dronu və 56 müxtəlif tipli raketdən istifadə olunub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri ümumilikdə 693 hədəfi vurmağı bacarıb. Bunlara 41 raket və 652 PUA daxildir.

Ukrayna mediası bu hücumu müharibənin başlanğıcından bəri ən böyük hava hücumu kimi dəyərləndirib.

#Rusiya #Ukrayna #İran #dron #hücum #müharibə

Kanala abunə olun
1
OPEC: “🇮🇷 İranın neft hasilatı ikinci ay ardıcıl azalıb” 🛢️📉

Bu gün Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) İranın neft hasilatının ardıcıl ikinci ay azaldığını açıqlayıb.

Məlumata görə, İranın aprel ayı üzrə neft istehsalı martla müqayisədə təxminən 212 min barel, müharibədən əvvəlki fevral ayı ilə müqayisədə isə təxminən 387 min barel azalıb.

OPEC-in hesabatına əsasən, İran ötən ay gündəlik 2 milyon 854 min barel neft istehsal edib.

Hesabatda qeyd olunur ki, ABŞ-nin dəniz blokadası səbəbindən İranın neft saxlama çənlərinin dolması fonunda, neft hasilatının azalmasının bu ay daha da sürətlənəcəyi gözlənilir. (Amerikanın Səsi)

#OPEC #İran #nefthasilatı #azalma

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “Hörmüz boğazında heç bir maneə yaratmamışıq” 🌊❗️

Bu gün Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində jurnalistlərə müsahibə verən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb.

“Hörmüz boğazı hazırda ən çox ABŞ-nin təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkir. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə, Əraqçı bildirib.

İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib: “Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”. (Tasnim News)

#İran #XİN #Hörmüzboğazı #ABŞ #maneə

Kanala abunə olun
Azad İran
🚨TƏCİLİ 🇮🇷 İran Hörmüz boğazını keçməyə çalışan 🇰🇷 Cənubi Koreya gəmisini vurdu 🌊🚀💥🚢 Bu gün Cənubi Koreya mətbuatında Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir gəmiyə hücum edildiyi barədə məlumat yayılıb. Ancaq İranın rəsmi və yarırəsmi xəbər agentlikləri…
🇰🇷 Cənubi Koreya Hörmüzdəki hücumda 🇮🇷 İrandan şübhələnir 🌊🚢

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, Seulun apardığı araşdırmalar Hörmüz boğazında bu ölkəyə məxsus yük gəmisinə hücumda İranın iştirak ehtimalının yüksək olduğunu göstərir.

Daha öncə İranın Seuldakı səfirliyi bu hücumla bağlı iddiaları qətiyyətlə təkzib etmişdi.

Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, mayın 4-də Hörmüz boğazında HMM Namo adlı yük gəmisi “naməlum qırıcılar” tərəfindən hədəfə alınıb.

Nazirliyin sözçüsü Pak İlin sözlərinə görə, iki naməlum qırıcı təxminən bir dəqiqəlik fasilə ilə gəminin arxa hissəsində yerləşən ballast çəninin xarici hissəsinə dəyib və nəticədə yanğın və tüstü yaranıb. (Independent Persian)

#CənubiKoreya #Hörmüzboğazı #gəmi #İran #hücum #şübhə

Kanala abunə olun