Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Əraqçı 🇮🇳 Hindistana yola düşüb

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı BRİKS Xarici İşlər Nazirlərinin Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edib.

Məlumata görə, səfər çərçivəsində nazir həm BRİKS toplantısında iştirak edəcək, həm də tədbirə qatılan rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Bu görüş 2026-cı ilin sentyabrında Hindistanın sədrliyi ilə Yeni Dehlidə keçirilməsi planlaşdırılan 18-ci BRİKS Zirvə Görüşünə hazırlıq mərhələsi kimi dəyərləndirilir. (Tasnim News)

Qeyd edək ki, Əraqçı Hindistana yenidən ABŞ və İsrailin hava hücumlarında həlak olan Minab şəhərindəki məktəbin şagirdlərinin xatirəsinə adlandırılmış "Minab-168" işarəli təyyarə ilə yola düşüb. Xatırladaq ki, o, daha öncə bu təyyarə ilə Sankt-Peterburq şəhərinə səfər etmişdi.

#İran #Əraqçı #XİN #Hindistan #səfər

Kanala abunə olun
🤬1
🇦🇲🇦🇿🇮🇷 Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq” 🗣✈️

Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan biri İranın hava məkanı olub.

👇👇👇
👎4🤬3👍1😁1
Azad İran
🇦🇲🇦🇿🇮🇷 Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq” 🗣✈️ Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan…
“Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır – bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm" - deyə, Köçəryan bildirib.

Sitat: "44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq“.

Köçəryan bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə – İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq. (Armenian Report)

#Ermənistan #RobertKöçəryan #Azərbaycan #müharibə #İran #havaməkanı #silahsursat #marşrut

Kanala abunə olun
🤬2
🇨🇳 Çin 🇵🇰 Pakistanın 🇮🇷 İran–🇺🇸 ABŞ vasitəçiliyini dəstəklədi

Bu gün Çinin xarici işlər naziri Vanq Yi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı apararaq İslamabadın İran və ABŞ arasında vasitəçilik səylərini yüksək dəyərləndirib.

Məlumata görə, söhbət ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpin ilə görüş üçün Pekinə səfəri ərəfəsində baş tutub.

Vanq Yi Pakistanın danışıqların asanlaşdırılması və müvəqqəti atəşkəsin uzadılmasında rolunu tərifləyərək, İslamabadı Hörmüz boğazı ilə bağlı gərginliyin azaldılması və bölgədə sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian isə Pekinin Pakistanın vasitəçilik rolunu dəstəklədiyini və sülh razılaşmasının əldə olunmasında iştirak etməyə hazır olduğunu bildirib. (Independent Persian)

#Çin #Pakistan #İran #ABŞ #danışıqlar #dəstək

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇨🇳 Çinə səfər edib ✈️

Bu gün ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüş keçirmək məqsədi ilə Pekinə gəldiyi bildirilib.

Səfərin gündəliyində ikitərəfli münasibətlər, ticarət məsələləri və 🇮🇷 İranla bağlı mövzuların müzakirə olunacağı gözlənilir.

ورود رئیس‌جمهور آمریکا به چین برای گفت‌وگوهای دوجانبه

#ABŞ #Tramp #Çin #səfər #SiCinpin #İran

Kanala abunə olun
🇮🇷 İranda edamlar səngimir 😱😢

Kerman şəhər mərkəzi zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş ən azı 3 etnik bəluç dar ağacından asılıb. (Haalvsh)

اجرای حکم اعدام دستکم دو زندانی بلوچ در زندان کرمان

#İran #edam #etnikbəluç

Kanala abunə olun
😢2
🇮🇷 CNN: "İranla müharibə 🇺🇸 ABŞ-yə 1 trilyon dollara başa gələ bilər" 💰

ABŞ bir neçə il ərzində yüksək dəqiqlikli silahlar da daxil olmaqla, sursat ehtiyatlarını yeniləməli olacaq.

Bundan əlavə, İranla münaqişə ABŞ-nin özündə yanacaq və malların qiymətlərinin artmasına səbəb olub.

#ABŞ #müharibə #İran

Kanala abunə olun
🇮🇷 İranın 🇦🇲 Ermənistandakı səfirliyi 🇺🇸 Ağ Evin sözçüsünün qızının dünyaya gəlməsinə fərqli reaksiya verib 🤔🤱

Karolin Levit tərəfindən paylaşılan şəxsi sevinc dolu bir xəbərə Ermənistanın İrandakı səfirliyi cavab olaraq siyasi ittiham irəli sürür.
Cavabda qeyd olunur ki, uşaqlar günahsızdır, lakin Levitin "rəhbərinin" Minab şəhərindəki bir məktəbdə 168 uşağın ölümünə səbəb olduğu və Levitin buna haqq qazandırdığı iddia edilir.

Səfirlik Karolin Leviti öz körpəsini qucaqlayarkən həmin uşaqların analarını düşünməyə çağırır.

Karolin Levit ailəsinin yeni üzvü Viviana ("Vivi") haqqında xoş xəbəri paylaşıb.
O, körpənin sağlam olduğunu və ailəsinin böyük sevinc içində olduğunu qeyd edir.

واکنش متفاوت سفارت ایران در ارمنستان به تولد دختر سخنگوی کاخ سفید، کارولین لویت

#İran #səfirkik #Ermənistan #KarolinLevit

Kanala abunə olun
👏2👎1
🇮🇷 İranın Xarq adasındakı neft çənləri daşmaq üzrədir 🛢

Bu haqda Bloomberg xəbər agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.

🇺🇸 ABŞ-nin aprelin 13-də başlayan İrana qarşı dəniz blokadası davam etdikcə, Xarq adasındakı neft çənlərinin maksimum saxlama tutumuna yaxınlaşdığı görünür.

Avropa peyk görüntüləri göstərir ki, 8, 9 və 11 may tarixlərində Xarq adası yaxınlığında neft ixracı üçün heç bir neft tankeri aşkar edilməyib.

Peyk görüntüləri də adanın neft çənlərinin tam dolmaq üzrə olduğunu göstərir.
Xarqın blokadası davam edərsə, bu, ölkədəki digər neft saxlama anbarlarına əlavə təzyiq göstərəcək.

Amma İranın qalan saxlama tutumu ilə bağlı dəqiq qiymətləndirmə yoxdur.

Bununla belə, bütün çənlər dolduqda, İran neft istehsalını daha da azaltmaq məcburiyyətində qala bilər.
Tehran artıq neft hasilatının bir hissəsini azaldıb.

با ادامه محاصره دریایی ایران از سوی آمریکا که از 13 آوریل آغاز شد، به نظر می‌رسد که مخازن نفت در جزیره خارک به حداکثر ظرفیت ذخیره‌سازی نزدیک شده است.

Kanala abunə olun
😁21
🇫🇷 Bricit Makronu 🇮🇷 iranlı aktrisaya görə şillələyib 👋

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricitin şəxsi həyatına dair yeni təfərrüatların yer aldığı kitab ölkə mediasının diqqət mərkəzinə düşüb.

​Bu yeni kitabda nüfuzlu cütlüyün münasibətlərinin gizli tərəfləri araşdırılır. İddia olunur ki, rəsmi səfərlərdən birində tərəflər arasında baş vermiş fiziki mübahisə və kəskin qarşıdurma Yelisey Sarayının iddia etdiyi kimi "zarafat" deyil, əksinə, ciddi bir qısqanclıq böhranı olub. Bu qalmaqalın mərkəzində isə məşhur iranlı aktrisanın adının keçdiyi bildirilir.

Fransız jurnalist Florian Tardif "(Demək olar ki) Mükəmməl Cütlük" kitabında mənbələrə istinadən iddia edir ki, ötən il Vyetnama səfəri zamanı Fransa prezidenti Makronla həyat yoldaşı Bricit arasında yaranan münaqişə prezidentin iranlı aktrisa Qolşifte Fərahani ilə yazışmaları ilə bağlı şəxsi fikir ayrılıqlarından qaynaqlana bilər.👇👇👇
1
Azad İran
🇫🇷 Bricit Makronu 🇮🇷 iranlı aktrisaya görə şillələyib 👋 Fransa prezidenti Emmanuel Makron və xanımı Bricitin şəxsi həyatına dair yeni təfərrüatların yer aldığı kitab ölkə mediasının diqqət mərkəzinə düşüb. ​Bu yeni kitabda nüfuzlu cütlüyün münasibətlərinin…
Müəllifin sözlərinə görə, Makron aktrisa ilə bir neçə ay ünsiyyətdə olub və ona sevgisini ifadə edib. Mənbələr iddia edir ki, Bricit yazışmalardan ərinin telefonundakı mesajları oxuyaraq xəbər tutub və bu da onların arasında mübahisəyə səbəb olub.
Xanım Bricitin ətrafı müsahibəsində hadisə ilə iranlı aktrisa arasında əlaqə olduğunu təkzib edib.
Qeyd olunur ki, "Bricit martın 5-də birbaşa bu iddianı qəti şəkildə rədd edərək, ərinin mobil telefonuna heç vaxt baxmadığını bildirib".

#Fransa #Makron #Bricit #münaqişə #qalmaqal #QolşifteFərahani

Kanala abunə olun
🇮🇷 İranda daha bir etnik bəluç edam olunub 😱

Bircənd şəhərində narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş 29 yaşlı etnik bəluç Yunis Bərahuyi dünən dar ağacından asılıb. (Haalvsh)

اجرای حکم اعدام دستکم یک زندانی بلوچ در زندان بیرجند

#İran #edam #ittiham

Kanala abunə olun
🤬4
🇮🇷 Əraqçı 🇰🇼 Küveyt tərəfindən SEPAH-a üzv olmaqda ittiham edilən dörd nəfərin saxlanılmasına münasibət bildirib

İran XİN başçısı bu addımı regionda
"açıq-aşkar təfriqə salmaq cəhdi" kimi qiymətləndirib.

İran tərəfi saxlanılan şəxslərin SEPAH ilə hər hansı əlaqəsinin olması barədə iddiaları qətiyyətlə təkzib edir.
Nazir qeyd edib ki, bu növ addımlar region ölkələri arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Əaqçı bu hadisəni İran və qonşu ərəb dövlətləri arasında yaranmaqda olan müsbət dialoqu pozmağa yönəlmiş xarici təzyiqlərin nəticəsi hesab edir.

Küveyt tərəfi bildirir ki, bu şəxslər SEPAH üzvüdürlər və dəniz yolu ilə Bubiyan adasına sızmağa cəhd ediblər.

Qeyd olunur ki, bu şəxslər aprelin 30-da "Küveytə qarşı düşmənçilik hərəkətləri etmək üçün kirayələnmiş bir balıqçı qayığında" saxlanılıblar.

#İran #XİN #Əraqçı #Küveyt #SEPAH

Kanala abunə olun
😁2🤮1
🇮🇱 Netanyahu 🇮🇷 İranla müharibə zamanı gizli şəkildə 🇦🇪 BƏƏ-yə səfər edib 🤔

İsrail baş nazirinin Ofisinin məlumatına görə, İranla müharibə zamanı İsrail Baş naziri Netanyahu gizlicə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və ölkə prezidenti Əl-Nəhyanla görüşüb.

Reuters agentliyi xəbər verir ki, görüş martın 26-da İran sahilləri yaxınlığındakı Əl-Əyn şəhərində baş tutub və bir neçə saat davam edib.
Elə həmin gün SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı öldürülüb.

Münaqişə zamanı İsrail İranın potensial hücumlarından qorumaq üçün BƏƏ-yə Dəmir Günbəz batareyaları bağışlayıb.
Bu dövrdə Mossad şefi Barnea və İsrailin Daxili Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Zini də bu ölkəyə səfər edibər.

#İsrail #Netanyahu #gizlisəfər #BƏƏ #müharibə #İran

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Livan 🇮🇷 İrandan 🇺🇳 BMT-yə rəsmi şikayət edib

Beyrut şikayət məktubunda ölkəni hökumətin iradəsinə zidd olaraq müharibəyə sürükləməkdə İslam Respublikasının qurumlarını, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırıb. (Iran International)

#Livan #İran #BMT #şikayət

Kanala abunə olun
👍2
100-dən çox Nobel mükafatı laureatı 🇮🇷 İranı Nərgiz Məhəmmədini azadlığa buraxmağa çağırıb 🗣

100-dən çox Nobel mükafatı laureatı İran hakimiyyətinə müraciət edərək insan haqları fəalı Nərgiz Məhəmmədinin təcili olaraq azad edilməsini və ona lazımi tibbi yardımın göstərilməsini xahiş edib.
Bu barədə mayın 12-də dərc olunmuş açıq məktubda bildirilib.
İmza sahibləri qeyd edirlər ki, 54 yaşlı Məhəmmədinin müalicəsinin gecikdirilməsi "geridönülməz xəsarətə" səbəb ola bilər.

Onların sözlərinə görə, Nobel mükafatı laureatı qəfil çəki itkisi, qeyri-sabit qan təzyiqi və ürək ağırlaşmaları da daxil olmaqla ciddi sağlamlıq problemləri yaşayır.

2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi insan haqları sahəsində fəaliyyətinə görə İranda dəfələrlə həbs olunub və onilliklər ərzində həbs cəzasına məhkum edilib.

#İran #NərgizMəhəmmədi #həbs #azadlıq
3
🇮🇷 Əraqçı 🇮🇱 Netanyahunun 🇦🇪 BƏƏ-dəki gizli görüşünə kəskin reaksiya verib

İranın xarici işlər naziri Abbas Əraqçı sosial media hesabında BƏƏ rəhbərliyi ilə Netanyahu arasında keçirilən gizli görüşü "bağışlanmaz hərəkət" adlandırıb.

Əraqçı öz paylaşımında yazıb:

Netanyahu artıq İranın təhlükəsizlik orqanlarının rəhbərliyimizə çoxdan çatdırdıqlarını açıqlayıb.

Böyük İran xalqına qarşı düşmənçilik axmaq bir qumardır və bu yolda İsraillə əməkdaşlıq və gizli sövdələşmə bağışlanmazdır".

O, həm də xəbərdarlıq edib ki, İsraillə əməkdaşlıq edənlər bu əməllərinin nəticələrinə qatlaşmalı olacaqlar.

#İran #XİN #Əraqçı #Netanyahu #BƏƏ #gizligörüş

Kanala abunə olun
😁4
🇦🇪 BƏƏ 🇮🇱 Netanyahunun səfərini təkzib etdi 🤔

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər etməsi barədə verilən bəyanatlara və bu xəbərin dünya mediasında geniş işıqlandırılmasına baxmayaraq, BƏƏ XİN belə bir səfərin baş tutmadığını iddia edib.

BƏƏ habelə İsrailin təhlükəsizlik və hərbi rəsmilərinin, o cümlədən Mossad rəhbərinin ölkədə olması ilə bağlı xəbərləri də təkzib edib. (Tasnim News)

امارات سفر نتانیاهو را تکذیب کرد

#BƏƏ #İsrail #Netanyahu #təkzib

Kanala abunə olun
🇨🇳 Çin şirkətləri 🇮🇷 İrana gizli silah satışını müzakirə edirlər 🚀💵

Bu barədə "The New York Times" qəzeti 🇺🇸 Amerika rəsmilərinə istinadən məlumat yayıb.

#Çin #İran #silahsatışı

Kanala abunə olun
🇮🇷 Rza Kianianın Urmu gölü ilə bağlı 3 milyon dollarlıq qalmaqalı 💸🤔

Rza Kianianın Urmu gölünün xilası üçün 3 milyon dollar vəsait alması ilə bağlı yayılan xəbərlər böyük səs-küyə səbəb olub. Lakin İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri bu iddiaları rədd edir.

İranın məşhur kino və televiziya aktyoru Rza Kianian Urmu gölünün dirçəldilməsi kampaniyasına üç milyon dollar bağışladığına dair mübahisəli bir iddia irəli sürüb.

Kianian deyib: “Mən Yaponiyadan üç milyon dollar alıb İsa Kəlantariyə verdim”.

Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri İsa Kəlantari də ILNA-ya müsahibəsində Kianianın dediklərini təkzib edərək deyib: “Reza Kianian mənə vermək üçün JICA-dan (Yaponiya-İran Əməkdaşlıq Ofisi) heç bir pul almayıb.
Əgər almışdısa, bunu sübut etməlidir! Onun JICA-nın mövqeyindən xəbəri yoxdur və onlar şəxslərə pul vermirlər.
Şikayət etmək istəyirdim, amma gördüm ki, o, bu sözləri cahillikdən deyib, ya da bəlkə də özünü şişirtmək istəyirdi”.
2