Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇩🇴 Dominikan Respublikası 🇮🇷 SEPAH-ı terror təşkilatı elan edib 🔥

Bu gün Dominikan Respublikası SEPAH və Livan Hizbullahını “terror təşkilatları” siyahısına daxil edib.

Bildirilir ki, qərar ölkənin “terrorçuluğa qarşı mübarizəyə sadiqliyi” çərçivəsində qəbul olunub. Dominikan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqliyini və ABŞ ilə təhlükəsizlik əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qərardan sonra İsrailin xarici işlər naziri Gideon Saar bu addımı alqışlayaraq, onu “İran və onun tərəfdarlarının terror siyasətinə qarşı açıq siqnal” kimi qiymətləndirib. İsrailin BMT-dəki səfiri Danny Danon da qərarı dəstəkləyib.

Məlumata görə, son həftələrdə Argentina, Trinidad və Tobaqo, habelə Kosta Rika da oxşar qərarlar qəbul ediblər. (Amerikanın Səsi)

#DominikanRespublikası #SEPAH #Hizbullah #terrortəşkilatı

Kanala abunə olun
👍2
🇦🇿 Azərbaycan və 🇮🇷 İran bölgədəki vəziyyəti müzakirə edib ☎️

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı ikitərəfli münasibətləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Əraqçı ABŞ ilə aparılan danışıqlar prosesi barədə Azərbaycan tərəfinə ətraflı məlumat verib.

Nazir Bayramov isə Azərbaycanın münaqişələrin sülh yolu və diplomatik vasitələrlə həllini dəstəklədiyini vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Azərbaycan Xarici İşlər Nazirliyi)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و جمهوری آذربایجان

#Azərbaycan #İran #XİN

Kanala abunə olun
Reuters: “🇨🇳 Çin tankeri Hörmüzdən keçməyə çalışır” 🌊🚢

Reuters agentliyi gəmi izləmə şirkətləri LSAG və Kepler-in məlumatlarına istinadən xəbər verir ki, təxminən 2 milyon barel İraq xam nefti daşıyan nəhəng Çin tankeri Hörmüz boğazından keçməyə cəhd edir.

Məlumata görə, “Yuan Hua Ho” adlı tanker İranın Lark adası yaxınlığından keçərək Hörmüz boğazının şərq hissəsində cənuba doğru hərəkət edir.

Reuters qeyd edir ki, səfər uğurlu olacağı təqdirdə, bu hadisə ABŞ-İran müharibəsinin 2025-ci ilin martında İranla başlamasından bəri Hörmüzdən keçən Çin tankerinin üçüncü dəfə aşkarlanması olacaq.

Gəmi izləmə məlumatlarına əsasən, tanker martın əvvəlində İraqın Bəsrə terminalında təxminən 2 milyon barel Basra Medium xam nefti yükləyib və həmin vaxtdan bəri Fars körfəzində qalıb. (IndyPersian)

#Çin #tanker #Hörmüzboğazı #keçid

Kanala abunə olun
1
WSJ: 🇮🇱 Mossad rəhbəri 🇮🇷 İranla bağlı 🇦🇪BƏƏ-yə iki dəfə gizli səfər edib 🕵‍♂

“The Wall Street Journal” qəzeti ərəb rəsmilərinə və məsələ ilə tanış olan bir şəxsə istinadən xəbər verib ki, Mossad rəhbəri David Barnea İslam Respublikasına qarşı müharibə zamanı müharibə ilə bağlı koordinasiyanı müzakirə etmək üçün ən azı iki dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Mənbələrin verdiyi məlumata görə, Barnea mart və aprel aylarında BƏƏ-yə iki ayrı və gizli səfər edib.

BƏƏ Xarici İşlər Nazirliyi və İsrail Baş Nazirinin Ofisi qəzetin şərh istəklərinə dərhal cavab verməyib. (Iranintl)

#İsrail #Mossad #İran #BƏƏ #gizlisəfər

Kanala abunə olun
🛑 Zəncanda güneyli fəal həbs edilib 🤬✌️

Zəncanda güneyli fəal Məhəmməd Maleki evində saxlanılaraq naməlum yerə aparılıb.

Onun həbs edilməsindən 5 gündən çox vaxt keçməsinə baxmayaraq, taleyi barədə hələ də rəsmi məlumat yoxdur.

Bildirilib kj, saxlanılma zamanı gələn təhlükəsizlik qüvvələri ailəyə basqı göstərərək “artıq Məhəmmədi görməyəcəksiniz” məzmunlu xəbərdarlıq ediblər. Bu səbəbdən ailənin onun vəziyyəti ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.

Məlumata görə, Malekinin Zəncanın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi tərəfindən tututlduğu bildirilir və prosesin zorakılıqla müşayiət olunduğu qeyd edilir. (Iran Wire)

#GüneyAzərbaycan #millifəal #həbs #zorakılıq

Kanala abunə olun
🤬1
🇮🇷 İran millət vəkili: “🇺🇸 ABŞ və 🇮🇱 İsrail cənub adalarımızı işğal etməyə hazırlaşır”

Bu gün İran parlamentinin üzrü Kamran Qəzənfəri “Khabar Online” saytına müsahibəsində bildirib ki, ABŞ və İsrail genişmiqyaslı əməliyyat çərçivəsində İranın cənubundakı bəzi adaları işğal etməyi planlaşdırır.

Millət vəkilinin sözlərinə görə, bu məqsədlə bölgəyə böyük həcmdə qüvvə və hərbi avadanlıq köçürülür.

Qəzənfəri deyib ki, İran hələ də müharibə şəraitindədir və ötən həftə qarşı tərəf iki ayrı əməliyyat həyata keçirib. O iddia edib ki, ABŞ və İsrail qüvvələri bu əməliyyatlar zamanı İranın bəzi mərkəzlərinə hərbi gəmilər vasitəsilə hücum ediblər.

Qeyd olunur ki, müharibənin ilk həftələrində ABŞ prezidenti Donald Tramp İran ərazisinə məhdud hərbi müdaxilə ehtimalını istisna etməmişdi. (Independent Persian)

#İran #millətvəkili #ABŞ #İsrail #ada #işğal

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇱🇧 Beyruta hücum etdi 🚀🔥

Bu gün Livanın dövlət xəbər agentliyindən bildirilib ki, İsrailin həyata keçirdiyi iki hava hücumu nəticəsində ən azı bir nəfər həlak olub.

Məlumata görə, hücumlar Beyrutun cənubu ilə Livanın cənubunu birləşdirən əsas magistral yolda, Ciyeh bölgəsi yaxınlığında baş verib. Hücum zamanı iki avtomobil hədəfə alınıb.

AFP hadisə yerindən yanmış avtomobilin görüntülərini və xilasedicilərin ən azı bir cəsədi daşımasını əks etdirən videonu yayımlayıb.

Reuters agentliyi isə İsrail tərəfinin hücumla bağlı hələlik rəsmi açıqlama vermədiyini və məqsədin bilinmədiyini qeyd edib.

دو حمله هوایی اسرائیل به جنوب بیروت دست‌کم یک کشته برجا گذاشت

#İsrail #Livan #Beyrut #hücum

Kanala abunə olun
👍3🤬1
🇷🇺 Rusiya 🇮🇷 İran səfirinə qılınc hədiyyə edib 🗡️

Bu gün Rusiya Dövlət Dumasının nümayəndəsi İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüş zamanı ona qılınc hədiyyə edib.

Məlumata görə, hədiyyə İran xalqının ABŞ və İsrailin “təcavüzünə qarşı müqavimətinin şərəfinə” təqdim olunub. (Iran24)

روسیه به سفیر ایران شمشیر هدیه داد

#Rusiya #İran #səfir #qılınc #hədiyyə

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İranda daha bir gənc “Bəsic” qüvvələrinin qurbanı oldu 🔥

Dünən Şərqi Azərbaycan əyalətinin Mələkan şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarıhərbi radikal “Bəsic” qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub.

Bununla bağlı, İran İnsan Haqları Təşkilatı – Hengaw xəbər verib.

Hadisənin dəqiq təfərrüatları və İran hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyi barədə məlumat yoxdur.

بناب؛ کشته شدن یک جوان اهل ملکان با شلیک مستقیم نیروهای بسیج

#İran #Bəsicqüvvələri #gənc #ölüm

Kanala abunə olun
😢31
🇮🇷 İranlı jurnalistin qətli üçün yüksək məbləğ təklif edildi 💵

Britaniya əsilli İran vətəndaşı bildirib ki, İslam Respublikası ilə əlaqəli şübhəli şəxslər ona Londonda yaşayan və Tehranı tənqid edən iranlı jurnalisti öldürmək üçün 40.000 funt sterlinq təklif edib.

“Jewish Chronicle” qəzeti bu gün dərc etdiyi məqalədə “Nima” təxəllüsü ilə tanınan şəxsə istinadən yazıb ki, o, Britaniyaya qayıtdıqdan sonra bu məsələ barədə polisə məlumat verib və farsdilli media qurumunda çalışan jurnalistə də xəbərdarlıq edib.

Nima bildirib ki, hadisə Cənubi Avropaya istirahət səfəri zamanı baş verib. Onun sözlərinə görə, səfər zamanı İran restoranında əvvəldən tanıdığı iki kişi ilə qarşılaşıb.

Həmin şəxslər əvvəlcə Londonda bar açmaq planlarından danışaraq söhbəti iş təklifi kimi təqdim edib və bu yolla Nimanın əlaqə məlumatlarını əldə ediblər. Nimanın sözlərinə görə, şübhəli özünü açıq şəkildə SEPAH zabiti kimi təqdim etməyib. (Iranintl)

#İran #jurnalist #Britaniya #qətl #pul #təklif

Kanala abunə olun
1😱1
🇮🇷 İran son bir ayda xam neft ixrac edə bilməyib 🚢🛢

Dünən tanker izləmə sistemi olan “Tanker Trackers” yayımladığı hesabatda bildirib ki, Tehran son 28 gün ərzində dəniz yolu ilə xam neft ixrac edə bilməyib.

Hesabatda qeyd olunur ki, ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən tanker daşıyan bəzi gəmilərə sanksiya tətbiq edilməməsi səbəbindən yalnız müəyyən həcmdə neft məhsulları bölgəni tərk edə bilib.

Bildirilir ki, hazırda ABŞ-nin dəniz blokadası xəttinin hər iki tərəfində çox sayda boş və dolu tanker toplanıb.

Qeyd olunub ki, ixracın uğurlu hesab olunması yalnız tankerin ABŞ-nin blokada xəttini keçərək bölgəni tərk etməsi və sonra boş geri qayıtması halında mümkündür. (Independent Persian)

#İran #xamneft #ixrac

Kanala abunə olun
👍1
🇨🇳 Çin tankeri Tramp–Si görüşü günü Hörmüzdən keçməyə hazırlaşır 🚢 🌊

Bu gün “Bloomberg” agentliyi xəbər verib ki, Çinə məxsus “Yuan Hua Hu” adlı neft tankeri ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan görüşün keçirildiyi gün Hörmüz boğazından keçməyə hazırlaşır.

Məlumata görə, tanker boğazdan keçid prosesinə görüşdən az əvvəl başlayıb və bu hadisə bölgədə gərginliyin artdığı bir vaxtda diqqət çəkir.

Bloomberg qeyd edir ki, bu keçid tankerlərin sərbəst hərəkətinin real sınağı kimi qiymətləndirilir və ABŞ ilə Çinin Hörmüzdə İranın mümkün məhdudiyyətlərinə qarşı mövqeyini nümayiş etdirə bilər. (Fars News)

Xatırladaq ki, daha öncə Reuters agentliyi də eyni adlı gəminin Hörmüz boğazından keçməyə cəhd etdiyini açıqlamışdı.

#Çin #tanker #Hörmüzboğazı #keçid

Kanala abunə olun
🇮🇷 İran millət vəkili: “🇦🇪 BƏƏ ikinci 🇮🇱 İsraildir” 👳‍♂️❗️

Bu gün İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailə verdiyi dəstəyə görə “ikinci İsrail” kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, İsrail “işğal olunmuş Fələstin ərazilərində hərbi mövcudluğa malik olduğu kimi”, Əbu-Dabi də “İsrailin iqtisadi qanadı” rolunu oynayır.

Səlimi iddia edib ki, BƏƏ hökuməti xalq dəstəyindən məhrumdur və ölkənin maraqlarını müdafiə etməkdən uzaqlaşaraq “ABŞ və İsrailin mövqelərinə uyğun siyasət yürüdür”.

O əlavə edib ki, Əmirlik rəhbərliyi İran əleyhinə mövqe tutduğu üçün bunun nəticələri ilə üzləşə bilər və “Vaşinqton–Təl-Əviv diktələrinə uyğun addım atır”. (Khabar Online)

#İran #millətvəkili #ittiham #BƏƏ #tərəfdaşlıq #İsrail

Kanala abunə olun
🤬1
🇮🇷 Əraqçı 🇮🇳 Hindistana yola düşüb

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı BRİKS Xarici İşlər Nazirlərinin Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edib.

Məlumata görə, səfər çərçivəsində nazir həm BRİKS toplantısında iştirak edəcək, həm də tədbirə qatılan rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.

Bu görüş 2026-cı ilin sentyabrında Hindistanın sədrliyi ilə Yeni Dehlidə keçirilməsi planlaşdırılan 18-ci BRİKS Zirvə Görüşünə hazırlıq mərhələsi kimi dəyərləndirilir. (Tasnim News)

Qeyd edək ki, Əraqçı Hindistana yenidən ABŞ və İsrailin hava hücumlarında həlak olan Minab şəhərindəki məktəbin şagirdlərinin xatirəsinə adlandırılmış "Minab-168" işarəli təyyarə ilə yola düşüb. Xatırladaq ki, o, daha öncə bu təyyarə ilə Sankt-Peterburq şəhərinə səfər etmişdi.

#İran #Əraqçı #XİN #Hindistan #səfər

Kanala abunə olun
🤬1
🇦🇲🇦🇿🇮🇷 Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq” 🗣✈️

Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan biri İranın hava məkanı olub.

👇👇👇
👎4🤬3👍1😁1
Azad İran
🇦🇲🇦🇿🇮🇷 Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq” 🗣✈️ Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün istifadə olunan əsas marşrutlardan…
“Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır – bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm" - deyə, Köçəryan bildirib.

Sitat: "44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq“.

Köçəryan bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə – İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq. (Armenian Report)

#Ermənistan #RobertKöçəryan #Azərbaycan #müharibə #İran #havaməkanı #silahsursat #marşrut

Kanala abunə olun
🤬2
🇨🇳 Çin 🇵🇰 Pakistanın 🇮🇷 İran–🇺🇸 ABŞ vasitəçiliyini dəstəklədi

Bu gün Çinin xarici işlər naziri Vanq Yi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı apararaq İslamabadın İran və ABŞ arasında vasitəçilik səylərini yüksək dəyərləndirib.

Məlumata görə, söhbət ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpin ilə görüş üçün Pekinə səfəri ərəfəsində baş tutub.

Vanq Yi Pakistanın danışıqların asanlaşdırılması və müvəqqəti atəşkəsin uzadılmasında rolunu tərifləyərək, İslamabadı Hörmüz boğazı ilə bağlı gərginliyin azaldılması və bölgədə sülhün bərqərar olması üçün diplomatik səylərini davam etdirməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian isə Pekinin Pakistanın vasitəçilik rolunu dəstəklədiyini və sülh razılaşmasının əldə olunmasında iştirak etməyə hazır olduğunu bildirib. (Independent Persian)

#Çin #Pakistan #İran #ABŞ #danışıqlar #dəstək

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇨🇳 Çinə səfər edib ✈️

Bu gün ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüş keçirmək məqsədi ilə Pekinə gəldiyi bildirilib.

Səfərin gündəliyində ikitərəfli münasibətlər, ticarət məsələləri və 🇮🇷 İranla bağlı mövzuların müzakirə olunacağı gözlənilir.

ورود رئیس‌جمهور آمریکا به چین برای گفت‌وگوهای دوجانبه

#ABŞ #Tramp #Çin #səfər #SiCinpin #İran

Kanala abunə olun
🇮🇷 İranda edamlar səngimir 😱😢

Kerman şəhər mərkəzi zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş ən azı 3 etnik bəluç dar ağacından asılıb. (Haalvsh)

اجرای حکم اعدام دستکم دو زندانی بلوچ در زندان کرمان

#İran #edam #etnikbəluç

Kanala abunə olun
😢2
🇮🇷 CNN: "İranla müharibə 🇺🇸 ABŞ-yə 1 trilyon dollara başa gələ bilər" 💰

ABŞ bir neçə il ərzində yüksək dəqiqlikli silahlar da daxil olmaqla, sursat ehtiyatlarını yeniləməli olacaq.

Bundan əlavə, İranla münaqişə ABŞ-nin özündə yanacaq və malların qiymətlərinin artmasına səbəb olub.

#ABŞ #müharibə #İran

Kanala abunə olun
🇮🇷 İranın 🇦🇲 Ermənistandakı səfirliyi 🇺🇸 Ağ Evin sözçüsünün qızının dünyaya gəlməsinə fərqli reaksiya verib 🤔🤱

Karolin Levit tərəfindən paylaşılan şəxsi sevinc dolu bir xəbərə Ermənistanın İrandakı səfirliyi cavab olaraq siyasi ittiham irəli sürür.
Cavabda qeyd olunur ki, uşaqlar günahsızdır, lakin Levitin "rəhbərinin" Minab şəhərindəki bir məktəbdə 168 uşağın ölümünə səbəb olduğu və Levitin buna haqq qazandırdığı iddia edilir.

Səfirlik Karolin Leviti öz körpəsini qucaqlayarkən həmin uşaqların analarını düşünməyə çağırır.

Karolin Levit ailəsinin yeni üzvü Viviana ("Vivi") haqqında xoş xəbəri paylaşıb.
O, körpənin sağlam olduğunu və ailəsinin böyük sevinc içində olduğunu qeyd edir.

واکنش متفاوت سفارت ایران در ارمنستان به تولد دختر سخنگوی کاخ سفید، کارولین لویت

#İran #səfirkik #Ermənistan #KarolinLevit

Kanala abunə olun
👏2👎1