Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
🇮🇷 Müctəba Xameneyinin pərdə arxasındakı kargüzarı kimdir? 🤔 Onilliklərdir hökumətin ən varlı və ən nüfuzlu təşkilatlarından bəzilərini idarə edən Seyid Mehdi Xamuşi indi onu hakimiyyətin orta eşelonlarından qərar qəbuletmə mərkəzinə aparacaq bir sıçrayışın…
Onun atası Seyid Tağı Xamuşi Xomeyninin etibar etdiyi şəxslərdən biri olub.
Bu ailənin təsiri əmisi Seyid Əli Nağı Xamuşinin iştirakı ilə zirvəyə çatdı.
Əli Nağı Xamuşi 27 il İran Ticarət Palatasına rəhbərlik edib və hökumətdə bazarın təsirinin simvolu kimi tanınmaqla yanaşı, İslam Koalisiyası Partiyasının Mərkəzi Şurasının üzvü də olub.
Digər əmisi Seyid Əbulhəsən Xamuşi enerji və yol naziri kimi yüksək vəzifələrdə çalışıb.
Bu ailə şəbəkəsi Mehdi Xamuşini ictimai sahəyə gəlişindən bəri siyasi və iqtisadi dəstəyin mərkəzinə qoyub.
Lakin onun mövqeyini daha da gücləndirən şey Xamenei ailəsi ilə ailə əlaqələridir. O, İranın keçmiş ali rəhbəri Seyid Əli Xameneyinin kiçik oğlu Meysəm Xameneyinin həyat yoldaşının əmisi oğludur və o, həm də Meysəmdən dəstək alır.
Bu dəstəyin ən vacib təzahürü neft-kimya məhsullarının transferi ilə bağlı bir işdir.

Bu şirkət 2000-ci illərin sonu özəlləşdirmə prosesi zamanı Xamuşi ailəsinə bağlı olan 'İran İnvestisiya Şirkəti'nə verilmişdi; lakin bu proses qanuni prosedurlar olmadan və real dəyərindən on dəfə ucuz qiymətə baş tutmuşdu.
Bir neçə il sonra, 'Neft-kimya korrupsiyası' və ya Petrochemical-gate kimi tanınan cinayət işində məhkəmə bir şəbəkədən bəhs etmişdi.
Bu şəbəkə sanksiyalardan yan keçmək bəhanəsi ilə neft-kimya ixracatından əldə olunan milyardlarla avro dəyərində valyuta gəlirlərini rəsmi nəzarətdən kənarlaşdıraraq köçürmüş və şəxsi mənfəətə çevirmişdi.

خاموشی کوچک در دفتر رهبر غایب: کارگزار پشت پرده مجتبی خامنه‌ای کیست؟

#İran #Xameneyi #MüctəbaXameneyi #ofis #kargüzar #Xamuşi

Kanala abunə olun
WSJ: 🇮🇷 İran 🇺🇸 Trampın Çin səfəri öncəsi 🇨🇳 “Pekin kartı”nı işə salır

“The Wall Street Journal” qəzeti yazır ki, Tehran ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən əvvəl Pekinlə diplomatik əlaqələrini gücləndirməyə çalışır.

Qəzetin məlumatına görə, İran rəhbərliyi bu addımla Çinlə yaxınlaşmanı Vaşinqtona qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyi hədəfləyir.

İranın Çindəki səfiri Rza Rəhmani Fəzli bildirib ki, Çin İrana “diplomatik dərinlik” qazandırır və Tehranın mövqeyini dünya güclərinə çatdırmaqda mühüm rol oynaya bilər.

Diplomatın sözlərinə görə, İranın əsas tələbləri belədir:

•daimi atəşkəsin təmin olunması;
•blokadanın aradan qaldırılması;
•İranın “qanuni hüquqlarına” hörmət edilməsi.

WSJ qeyd edir ki, İran Pekinin münaqişənin həlli üçün təqdim etdiyi dörd maddəlik planı açıq şəkildə dəstəkləyib. (Independent Persian)

#ABŞ #Tramp #İran #Çin #səfər

Kanala abunə olun
🇮🇷 İranda zəlzələ olub 🆘

Dünən axşam saatlarında Tehran və Mazandaran əyalətlərinin sərhədində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tehran və Dəmavənd şəhərlərində də hiss olunub.

Məlumata görə, saat 23:47-də meydana gələn zəlzələ 5–10 saniyə davam edib. Bundan təxminən bir saat əvvəl isə Pardis bölgəsində 3,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlardan sonra Qızıl Aypara Cəmiyyətinin bütün xilasetmə qrupları, habelə, fövqəladə hallar xidmətləri tam hazırlıq vəziyyətinə gətirilib. (Mehr News)

زلزله ۴.۶ ریشتری تهران را لرزاند/ آماده‌باش کامل هلال احمر و اورژانس

#İran #Tehran #Mazandaran #zəlzələ

Kanala abunə olun
🇮🇷 İran əsilli 🇺🇸 ABŞ vətəndaşı cinayətini etiraf etdi 👨‍⚖️

Bu gün ABŞ Prokurorluğu bildirib ki, İran əsilli Amerika vətəndaşı Şarun Gövhəri Bruklindəki məhkəmədə ABŞ-yə qanunsuz insan alveri təşkil etmək və uşaqlara qarşı cinsi istismar materialları əldə etmək ittihamları üzrə günahını etiraf edib.

İttihama görə, Gövhəri İran vətəndaşlarının ABŞ-yə qanunsuz daxil olması üçün şəbəkə qurub və bu prosesdə onlardan pul alıb. Prokurorluq onun SEPAH ilə əlaqəli ən azı bir şəxsin ABŞ-yə girişinə yardım etdiyini açıqlayıb.

Federal istintaq zamanı təqsirləndirilən şəxsin elektron cihazlarında azyaşlı uşaqlara qarşı zorakılıq görüntüləri və Nyu-Yorkda qadınların gizli şəkildə izlənilməsini əks etdirən videoların aşkar edildiyi bildirilir.

Gövhəri məhkum olunacağı təqdirdə:
• uşaq istismarı materialları ittihamı ilə minimum 5 il, maksimum 20 il;
• insan alveri ittihamı ilə isə 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər. (Iranintl)

#ABŞ #İran #vətəndaş #cinayət #həbs

Kanala abunə olun
🇮🇷 Millət vəkili: “Hörmüzün təsiri yüz nüvə bombasından güclüdür” 🌊☢️

İslam Respublikası ABŞ və İsrailin yenidən hücum edəcəyi təqdirdə uranın zənginləşdirilməsini nüvə silahı istehsalı üçün uyğun sayılan 90 faiz səviyyəsinə çatdırmaqla hədələyib.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvləri tərəfindən verilən açıqlamalarda deyilir.

Komissiyanın üzvlərindən Əbülfəzl Zöhrəvənd isə nüvə silahı mövzusuna toxunaraq deyib ki, İran üçün “nüvə bombası istehsalının mənası yoxdur” və Tehran başqa hərbi imkanlarla daha böyük təsir göstərə bilər.

Zöhrəvəndin sözlərinə görə, Hörmüz boğazı, Bab əl-Məndəb və “Müqavimət Cəbhəsi”nin təsiri “yüz nüvə bombasından daha böyükdür”.

O, “nüvə bombası qədər asan” layihələrin mümkün olduğunu gördüyünü və “Tehrandan Vaşinqtona saniyələr içində çata biləcək” sistemlərin hazırlana biləcəyini iddia edib.

#İran #millətvəkili #Hörmüzboğazı #nüvəbombası

Kanala abunə olun
🤮2
NBC News: “Atəşkəs pozularsa, 🇺🇸 Pentaqon 🇮🇷 İran əməliyyatının adını dəyişə bilər”

NBC News telekanalı xəbər verir ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon) atəşkəsin pozulacağı təqdirdə Amerikanın İrana qarşı hərbi əməliyyatının adının dəyişdirilməsi ehtimalını müzakirə edir.

Məlumata görə, əməliyyat hazırda “Epik Qəzəb” adlanır. Ancaq NBC-nin mənbələri bildirir ki, Pentaqon daxilində “Balyoz” (Sledgehammer) adlı yeni ad variantı nəzərdən keçirilir.

NBC News-a danışan mənbələr qeyd ediblər ki, ABŞ-nin hazırda bölgədə müharibə başlamazdan əvvəlkindən daha çox hərbi gücü var.

“İndi 27 fevralda olduğundan daha yaxşı vəziyyətdəyik. Daha çox atəş gücümüz və daha çox imkanımız var”, – deyə ABŞ rəsmilərindən biri bildirib.

#ABŞ #İran #müharibə #atəşkəs #əməliyyat

Kanala abunə olun
🇮🇷 İranda daha bir məhbus casusluq ittihamı ilə edam edildi 👨‍⚖️

Bu gün İranım Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi “İsrailə casusluq”da günahkar bilinən Ehsan Əfreştenin dar ağacından asıldığını açıqlayıb.

Agentliyin iddiasına görə, Əfrəşte əvvəlcə taksi sürücüsü kimi fəaliyyət göstərib və “Mossad” agentləri ilə əlaqəli olduğu deyilən tapşırıqları yerinə yetirib. Daha sonra isə hərbi şirkətdə çalışaraq İsrailə məxfi məlumatlar ötürməkdə ittiham olunub.

Bildirilib ki, İranda ABŞ və İsraillə hərbi əməliyyatların dayandırılmasından sonra casusluq ittihamı ilə edamların sayı artıb.

Bununla yanaşı, insan hüquqları təşkilatları edamların sürətlənməsi və məhkəmə proseslərinin ədalətsiz keçirilməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. (BBC)

مرکز رسانه‌ای قوه قضائیه ایران اعلام کرده است که احسان افرشته به جرم «جاسوسی برای اسرائیل» بامداد امروز (چهارشنبه) اعدام شده

#İran #məhbus #casusluq #ittiham #edam

Kanala abunə olun
👎1
🇮🇷 İranda şiddətli qasırğa: yaralananlar var 🌪

Tehranın təcili yardım xidmətlərinin məlumatına görə, İran paytaxtında güclü külək və toz qasırğası nəticəsində 17 nəfər xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlardan 6 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 11 nəfər isə xəstəxanaya yerləşdirilib.

Meteoroloji xidmətin məlumatına görə, küləyin sürəti saatda 55 km-ə çatıb. Toz fırtınası ilə müşayiət olunan hava şəraiti çərşənbə axşamı axşam saatlarında başlayıb və gecə yarısına qədər davam edib.

#İran #Tehran #qasırğa

Kanala abunə olun
👍1
NYT: “🇮🇷 İran raket ehtiyatının 70%-ni qoruyub saxlayıb” 🚀

“The New York Times” qəzetinin adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazdığına görə, ABŞ kəşfiyyat orqanlarının bu ayın əvvəlində hazırladığı məxfi qiymətləndirmələr İranın raket potensialının böyük hissəsini qoruyub saxladığını göstərir.

Hesabatda iddia olunur ki, İran rejimi buraxılış qurğularının və raket ehtiyatının təxminən 70 faizini saxlayıb və bir çox yeraltı hərbi obyektlərə çıxışı bərpa edib.

NYT-nin məlumatına görə, ABŞ rəsmilərini ən çox narahat edən məqamlardan biri də İranın Hörmüz boğazı boyunca yerləşən 33 raket bazasından 30-una yenidən əməliyyat girişinin mümkün olmasıdır. Bu bazaların boğazdan keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaratdığı qeyd olunur. (Independent Persian)

ادعای نیویورک تایمز: رژیم ایران ۷۰ درصد پرتابگرها و ذخیره موشکی را حفظ کرده است

#İran #raketehtiyatları #buraxılışqurğuları #Hörmüzboğazı

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Hərbi təlimdə Black Hawk təsvirli hədəf vuruldu: 🇮🇷 SEPAH 🇺🇸 ABŞ-yə mesaj verir? 🚁💥

Dünən Tehranda keçirilən SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimində FPV-dron operatorları təlim ssenarisi çərçivəsində üzərində ABŞ-yə məxsus UH-60 Black Hawk helikopterinin təsviri olan hədəfi vurublar.

Yayılan görüntülərdə FPV-dronun hədəfə yaxınlaşaraq dəqiq zərbə endirdiyi görünür.

اپراتورهای پهپاد FPV سپاه حین تمرین در حال شلیک به هدفی با تصویر یک بالگرد بلک هاوک UH-60 آمریکایی

#İran #SEPAH #hərbitəlim #hədəf #helikopter #ABŞ

Kanala abunə olun
1
🚨TƏCİLİ

Reuters: “🇸🇦 Səudiyyə Ərəbistanı 🇮🇷 İrana gizli hava zərbələri həyata keçirib” 🚀🤔

Bu gün “Reuters” agentliyi xəbər verib ki, Səudiyyə Ərəbistanı son regional gərginlik dövründə İran ərazisində müəyyən hədəflərə elan olunmamış hava hücumları həyata keçirib.

Məlumata əsasən, əməliyyatlar bölgədə eskalasiya zamanı Səudiyyə Ərəbistanına qarşı hücumlara cavab olaraq təşkil edilib.

Hesabatda bildirilir ki, bu zərbələr İran daxilində bir neçə hədəfi əhatə edən gizli hərbi əməliyyatlar şəklində aparılıb. (Iran Wire)

Xatırladaq ki, daha öncə Wall Street Journal nəşri də BƏƏ-nin İrana qarşı gizli hava hücumları etdiyi açıqlamışdı.

#SəudiyyəƏrəbistanı #İran #gizlihücum

Kanala abunə olun
🇩🇴 Dominikan Respublikası 🇮🇷 SEPAH-ı terror təşkilatı elan edib 🔥

Bu gün Dominikan Respublikası SEPAH və Livan Hizbullahını “terror təşkilatları” siyahısına daxil edib.

Bildirilir ki, qərar ölkənin “terrorçuluğa qarşı mübarizəyə sadiqliyi” çərçivəsində qəbul olunub. Dominikan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqliyini və ABŞ ilə təhlükəsizlik əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qərardan sonra İsrailin xarici işlər naziri Gideon Saar bu addımı alqışlayaraq, onu “İran və onun tərəfdarlarının terror siyasətinə qarşı açıq siqnal” kimi qiymətləndirib. İsrailin BMT-dəki səfiri Danny Danon da qərarı dəstəkləyib.

Məlumata görə, son həftələrdə Argentina, Trinidad və Tobaqo, habelə Kosta Rika da oxşar qərarlar qəbul ediblər. (Amerikanın Səsi)

#DominikanRespublikası #SEPAH #Hizbullah #terrortəşkilatı

Kanala abunə olun
👍2
🇦🇿 Azərbaycan və 🇮🇷 İran bölgədəki vəziyyəti müzakirə edib ☎️

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Abbas Əraqçı telefon danışığı zamanı ikitərəfli münasibətləri və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Əraqçı ABŞ ilə aparılan danışıqlar prosesi barədə Azərbaycan tərəfinə ətraflı məlumat verib.

Nazir Bayramov isə Azərbaycanın münaqişələrin sülh yolu və diplomatik vasitələrlə həllini dəstəklədiyini vurğulayıb.

Tərəflər habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Azərbaycan Xarici İşlər Nazirliyi)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و جمهوری آذربایجان

#Azərbaycan #İran #XİN

Kanala abunə olun
Reuters: “🇨🇳 Çin tankeri Hörmüzdən keçməyə çalışır” 🌊🚢

Reuters agentliyi gəmi izləmə şirkətləri LSAG və Kepler-in məlumatlarına istinadən xəbər verir ki, təxminən 2 milyon barel İraq xam nefti daşıyan nəhəng Çin tankeri Hörmüz boğazından keçməyə cəhd edir.

Məlumata görə, “Yuan Hua Ho” adlı tanker İranın Lark adası yaxınlığından keçərək Hörmüz boğazının şərq hissəsində cənuba doğru hərəkət edir.

Reuters qeyd edir ki, səfər uğurlu olacağı təqdirdə, bu hadisə ABŞ-İran müharibəsinin 2025-ci ilin martında İranla başlamasından bəri Hörmüzdən keçən Çin tankerinin üçüncü dəfə aşkarlanması olacaq.

Gəmi izləmə məlumatlarına əsasən, tanker martın əvvəlində İraqın Bəsrə terminalında təxminən 2 milyon barel Basra Medium xam nefti yükləyib və həmin vaxtdan bəri Fars körfəzində qalıb. (IndyPersian)

#Çin #tanker #Hörmüzboğazı #keçid

Kanala abunə olun
1
WSJ: 🇮🇱 Mossad rəhbəri 🇮🇷 İranla bağlı 🇦🇪BƏƏ-yə iki dəfə gizli səfər edib 🕵‍♂

“The Wall Street Journal” qəzeti ərəb rəsmilərinə və məsələ ilə tanış olan bir şəxsə istinadən xəbər verib ki, Mossad rəhbəri David Barnea İslam Respublikasına qarşı müharibə zamanı müharibə ilə bağlı koordinasiyanı müzakirə etmək üçün ən azı iki dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Mənbələrin verdiyi məlumata görə, Barnea mart və aprel aylarında BƏƏ-yə iki ayrı və gizli səfər edib.

BƏƏ Xarici İşlər Nazirliyi və İsrail Baş Nazirinin Ofisi qəzetin şərh istəklərinə dərhal cavab verməyib. (Iranintl)

#İsrail #Mossad #İran #BƏƏ #gizlisəfər

Kanala abunə olun
🛑 Zəncanda güneyli fəal həbs edilib 🤬✌️

Zəncanda güneyli fəal Məhəmməd Maleki evində saxlanılaraq naməlum yerə aparılıb.

Onun həbs edilməsindən 5 gündən çox vaxt keçməsinə baxmayaraq, taleyi barədə hələ də rəsmi məlumat yoxdur.

Bildirilib kj, saxlanılma zamanı gələn təhlükəsizlik qüvvələri ailəyə basqı göstərərək “artıq Məhəmmədi görməyəcəksiniz” məzmunlu xəbərdarlıq ediblər. Bu səbəbdən ailənin onun vəziyyəti ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.

Məlumata görə, Malekinin Zəncanın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsi tərəfindən tututlduğu bildirilir və prosesin zorakılıqla müşayiət olunduğu qeyd edilir. (Iran Wire)

#GüneyAzərbaycan #millifəal #həbs #zorakılıq

Kanala abunə olun
🤬1
🇮🇷 İran millət vəkili: “🇺🇸 ABŞ və 🇮🇱 İsrail cənub adalarımızı işğal etməyə hazırlaşır”

Bu gün İran parlamentinin üzrü Kamran Qəzənfəri “Khabar Online” saytına müsahibəsində bildirib ki, ABŞ və İsrail genişmiqyaslı əməliyyat çərçivəsində İranın cənubundakı bəzi adaları işğal etməyi planlaşdırır.

Millət vəkilinin sözlərinə görə, bu məqsədlə bölgəyə böyük həcmdə qüvvə və hərbi avadanlıq köçürülür.

Qəzənfəri deyib ki, İran hələ də müharibə şəraitindədir və ötən həftə qarşı tərəf iki ayrı əməliyyat həyata keçirib. O iddia edib ki, ABŞ və İsrail qüvvələri bu əməliyyatlar zamanı İranın bəzi mərkəzlərinə hərbi gəmilər vasitəsilə hücum ediblər.

Qeyd olunur ki, müharibənin ilk həftələrində ABŞ prezidenti Donald Tramp İran ərazisinə məhdud hərbi müdaxilə ehtimalını istisna etməmişdi. (Independent Persian)

#İran #millətvəkili #ABŞ #İsrail #ada #işğal

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇱🇧 Beyruta hücum etdi 🚀🔥

Bu gün Livanın dövlət xəbər agentliyindən bildirilib ki, İsrailin həyata keçirdiyi iki hava hücumu nəticəsində ən azı bir nəfər həlak olub.

Məlumata görə, hücumlar Beyrutun cənubu ilə Livanın cənubunu birləşdirən əsas magistral yolda, Ciyeh bölgəsi yaxınlığında baş verib. Hücum zamanı iki avtomobil hədəfə alınıb.

AFP hadisə yerindən yanmış avtomobilin görüntülərini və xilasedicilərin ən azı bir cəsədi daşımasını əks etdirən videonu yayımlayıb.

Reuters agentliyi isə İsrail tərəfinin hücumla bağlı hələlik rəsmi açıqlama vermədiyini və məqsədin bilinmədiyini qeyd edib.

دو حمله هوایی اسرائیل به جنوب بیروت دست‌کم یک کشته برجا گذاشت

#İsrail #Livan #Beyrut #hücum

Kanala abunə olun
👍3🤬1
🇷🇺 Rusiya 🇮🇷 İran səfirinə qılınc hədiyyə edib 🗡️

Bu gün Rusiya Dövlət Dumasının nümayəndəsi İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüş zamanı ona qılınc hədiyyə edib.

Məlumata görə, hədiyyə İran xalqının ABŞ və İsrailin “təcavüzünə qarşı müqavimətinin şərəfinə” təqdim olunub. (Iran24)

روسیه به سفیر ایران شمشیر هدیه داد

#Rusiya #İran #səfir #qılınc #hədiyyə

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İranda daha bir gənc “Bəsic” qüvvələrinin qurbanı oldu 🔥

Dünən Şərqi Azərbaycan əyalətinin Mələkan şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarıhərbi radikal “Bəsic” qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub.

Bununla bağlı, İran İnsan Haqları Təşkilatı – Hengaw xəbər verib.

Hadisənin dəqiq təfərrüatları və İran hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyi barədə məlumat yoxdur.

بناب؛ کشته شدن یک جوان اهل ملکان با شلیک مستقیم نیروهای بسیج

#İran #Bəsicqüvvələri #gənc #ölüm

Kanala abunə olun
😢31