🇺🇸 ABŞ Energetika Nazirliyi: "Hörmüz boğazı may ayının sonuna qədər bağlı qalacaq" 🌊🚢❌
ABŞ Energetika Nazirliyinin statistika idarəsi Hörmüz boğazının may ayının sonuna qədər faktiki olaraq bağlı qalacağını və gələn ay gəmiçilik trafikinin tədricən bərpa olunacağını gözlədiyini bildirib.
Müharibədən əvvəl qlobal neft tədarükünün beşdə birini təşkil edən Hörmüz boğazından keçən trafikin bu ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilmir. (Reuters)
#ABŞ #Hörmüzboğazı
Kanala abunə olun

🇮🇷 İran və 🇴🇲 Oman Hörmüz boğazında təhlükəsizliyi müzakirə edib
Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün Maskatda İran və Oman nümayəndə heyətləri arasında hüquqi və texniki görüş keçirilib.
İran tərəfinə Xarici İşlər Nazirliyinin Beynəlxalq və Hüquqi İşlər Departamentinin rəhbəri Abbas Baqerpur rəhbərlik edib.
Tərəflər boğazdakı son prosesləri və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün tədbirləri müzakirə ediblər.
Hər iki nümayəndə heyəti İran və Omanın ərazi sularının bir hissəsi kimi boğaz üzərində suveren hüquqlarını və yurisdiksiyalarını təsdiqləyib.
Səfər çərçivəsində İran nümayəndə heyəti Omanın xarici işlər naziri Bədr Əl-Busəidi ilə ayrıca görüş keçirib.(ISNA)
نشست حقوقی و فنی ایران و عمان درباره تنگه هرمز در مسقط برگزار شد
#İran #Oman #Hörmüzboğazı

❤1
🇮🇷 SEPAH qonşu ölkənin ərazisinə girdi 🔥
🇦🇪 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ünsürlərinin 🇰🇼 Küveytin Bubiyan adasına daxil olmasını pisləyib.
O, SEPAH üzvlərinin qonşu ölkənin ərazisinə terrorçu plan həyata keçirmək məqsədilə soxulduqlarını bildirib.
Bin Zayed BƏƏ-nin bu qanunsuz müdaxilə qarşısında Küveytlə tam həmrəy olduğunu vurğulayıb.
#BƏƏ #bəyanat #SEPAH #Küveyt #terrorçuluq

🇺🇸 Tramp ABŞ qüvvələrinin 🇮🇷 SEPAH qayıqları ilə qarşılaşmasını təsvir edib: "Sürət qayıqlarına əlvida" 🌊🚤
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında süni intellektdən istifadə edərək, Hörmüz boğazında ABŞ dronlarının SEPAH-ın sürət qayıqları ilə toqquşduğunu göstərən bir şəkil paylaşıb.
Şişirdilmiş və yumoristik olan bu görüntüdə İslam Respublikası bayrağı olan iki qayığı məhv edən bir dron göstərilir.
Tramp bir müddət öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Corc Buş" gəmisinə quraşdırılmış lazer silahına istinad edərək, İslam Respublikasına məxsus dronların hədəfə alındığını göstərən süni intellektdən istifadə edərək yaradılan bir şəkil paylaşmışdı.
O, İran dəniz donanmasını Fars körfəzi və Oman dənizinin dərin sularının dibində göstərmişdi.
ABŞ prezidenti müxtəlif hallarda rəqiblərini və ya düşmənlərini lağa qoymaq üçün süni intellektdən istifadə edir.
#ABŞ #Tramp #süniintellekt #İran #SEPAH #qayıq #dron

🔥3❤2
🇮🇷 Deputat: "🇬🇧 Britaniya və 🇫🇷 Fransa gəmiləri Hörmüz boğazına yaxınlaşsa, başlarına oyun açarıq" 🗣🌊
İranın Əhvaz bölgəsindən olan millət vəkili Müctəba Yusifi deyib: "Qoy Britaniya və Fransa gəmiləri Hörmüz boğazına yaxınlaşsınlar, görsünlər ki, biz onlara nə edirik. Biz də deyirik ki, Hörmüz boğazına yaxınlaşın və onu açın".
O, əlavə edib: "Əgər avropalılar bizi sınamaq istəyirlərsə, onlara bildirin ki, hərbi bazalar, Avropa ölkələri və istənilən düşmən ölkə bizim qanuni hədəflərimizdir.
Biz blöf etmirik, əməl edirik".
مجتبی یوسفی، نماینده اهواز در مجلس به سایت دیدهبان ایران گفت: «ناوهای بریتانیا و فرانسه به تنگه هرمز نزدیک شوند، ببینند چه بلایی سرشان می آوریم. ما هم میگوییم بیایید نزدیک تنگه هرمز و آن را باز کنید.»
#İran #təhdid #Fransa #Britaniya
#Hörmüzboğazı

🤮3❤1
Media is too big
VIEW IN TELEGRAM
🇬🇧 Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün qoşunlarını yerləşdiriləcək 🌊
Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə 115 milyon funt sterlinq yeni maliyyələşdirmə ilə dəstəklənən HMS Dragon esminesi, Typhoon qırıcı təyyarələri və muxtar mina ov sistemlərini yerləşdirir.
Bu barədə müdafiə naziri Con Hili 40 ölkənin koalisiyanın ilk nazirlər görüşündə açıqlama verib.
#Britaniya #Hörmüzboğazı #təhlükəsizlik #qoşun

❤3👏1🤮1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürüb
SEPAH-a bağlı Fars xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, İran bir sıra ilkin şərtləri yerinə yetirmədən ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil.
Agentliyin məlumatına görə, Tehran Vaşinqtona yeni danışıqlar mərhələsi üçün "minimum etimad zəmanəti" kimi təsvir edilən beş əsas tələb irəli sürüb.
Bunlara "bütün cəbhələrdə, xüsusən də Livanda" hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.
Mənbə habelə bildirib ki, İran Ərəbistan dənizində və Oman körfəzində davam edən dəniz blokadasından narahatlığını ifadə edib və bunu ABŞ ilə dialoqda etimadı sarsıdan amil hesab edib.
#İran #danışıqlar #şərt #ABŞ

😁4
🇮🇷 İranda internet kəsintisi: iki ayda 4 milyard dollar ziyan 🌐⁉️
İranın internet kəsintisindən birbaşa gündəlik zərəri 30-40 milyon dollar, dolayı zərəri isə 70-80 milyon dollara bərabər olub.
Bunu İran Ticarət Palatasının nümayəndəsi Əfşin Kolahi deyib.
"Beləliklə, 60 gün ərzində İran iqtisadiyyatına ən azı 1,8 milyard dollar birbaşa ziyan dəyib. Dolayı ziyanlar da daxil olmaqla, bu itki 4 milyard dollardan çoxdur", - o bildirib.
Kolahinin sözlərinə görə, İran cəmiyyətinin orta və aşağı təbəqələrindən olan təxminən 10 milyon insan internetlə əlaqəli fəaliyyətlərlə birbaşa məşğul olur, buna görə də internetə çıxışa qoyulan məhdudiyyətlər onların işlərini və dolanışıqlarını riskə atıb.
افشین کلاهی، رئیس کمیسیون دانشبنیان اتاق بازرگانی ایران، خسارت مستقیم روزانه بر اثر قطعی اینترنت را ۳۰ تا ۴۰میلیون دلار اعلام کرده است. وی تاکید دارد خسارت غیرمستقیم قطعی اینترنت معادل ۸۰-۷۰میلیون دلار در روز است.
#İran #internet #məhdudiyyət

🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Pit Heqset 🇮🇷 İran ətrafındakı vəziyyət haqqında sualı cavablandırıb 🗣
ABŞ Nümayəndələr Palatasının üzvü Makkolum: "B planımız olmalıdır, çünki əgər bu yolla getsək, iyunun 11-dən sonra büdcəmizi yenidən nəzərdən keçirməli olacağıq.
Mənim fikrimcə, 'Müharibə Səlahiyyətləri Aktı' işə salınmalı və məsələ Konqresə gəlməlidir.
Amma nəticənin nə olacağını bilmirik.
Sizin bir 'B planınız' varmı?"
Heqset: "Xanım Makkollum, deyərdim ki, bütün bunlar üçün bir planımız var.
Lazım gələrsə gərginliyi artırmaq, lazım gələrsə geri çəkilmək və ya aktivlərin yerini dəyişmək üçün planlarımız mövcuddur.
Təbii ki, prezident Trampın İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək üçün həyata keçirdiyi missiyanın ciddiliyini nəzərə alaraq, növbəti addımın nə ola biləcəyini bu şəraitdə açıqlaya bilmərik".
#ABŞ #Heqset #İran

❤1🤔1
🇮🇷 İran Hörmüz boğazına yeni yanaşma tətbiq edir 🌊
Bu barədə “Reuters” agentliyi xəbər verib.
İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi Məhəmməd Əkbərzadə xəbərdarlıq edib ki, İran bu strateji əhəmiyyətli dəniz bölgəsindəki maraqlarına heç bir müdaxiləyə yol verməyəcək.
Reuters-in məlumatına görə, bu, İranın özünün suları hesab etdiyi ərazini faktiki olaraq genişləndirməsi deməkdir.
#İran #xəbərdarlıq #Hörmüzboğazı

😁2
🇮🇷 İranda xərçəng xəstəliyinin yayılma sürəti artıb 🦠😷
Ölkədə döş xərçənginin yayılma tendensiyası çox sürətli və narahatedici templə artır.
Bunu İran Döş Xərçəngi Assosiasiyasının rəhbəri Nahid Nəfisi deyib.
O, bildirib ki, İranda hər il təxminən 20-22 min yeni döş xərçənginə yoluxma halı qeydə alınır.
Xanım Nəfisi stress, havanın çirklənməsi və qeyri-sağlam qidalar, evlilikdə və uşaq doğuşunda gecikmə kimi amilləri yoluxmanın artmasının səbəbləri kimi göstərib və ictimaiyyətin müayinə ilə bağlı məlumatlılığının aşağı səviyyədə qaldığını vurğulayıb.
Döş Xərçəngi Assosiasiyasının rəhbəri eləcə də xəbərdarlıq edib ki, bəzi xəstələr ənənəvi tibbə meylli olduqları və ya xəstəlik diaqnozu qoyulmaq qorxusu səbəbindən həkimə müraciəti təxirə salırlar; bu isə müalicə şansını xeyli azaldır.
#İran #xərçəng #xəstəlik

❤1😱1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Hökumət mollası: "🇺🇸 ABŞ qapını bağlasa pəncərədən keçərək Dünya Çempionatına getməliyik" ⚽️🏆
İran Mədəni İnqilab Ali Şurasının katibi Əbdülhüseyn Xosropənah deyib: "Mənim digər bir işim bu idmançılar və sənətçilərlə ünsiyyət qurmaqdır.
Elə bu futbolçular... Əvvəlcə onların Amerikada keçiriləcək Dünya Çempionatına gedib-getməməsi barədə müzakirələr gedirdi.
Bəzi idman rəsmilərimiz buna qarşı idilər.
Mən dedim ki, əgər Amerika qapını bağlasa belə, biz pəncərədən keçib getməliyik.
Biz orada iştirak etməliyik, İranın bayrağı ucalmalıdır.
Bizim milli komandanın uşaqları bir qol vuran kimi bütün millət sevinir.
Biz Tehranın Azadlıq stadionunda onlarla görüşdük, onları yola saldıq, bəziləri ilə zarafatlaşdıq. Dua etdik ki, İnşallah qələbə ilə və sağ-salamat qayıtsınlar".
آخوند حکومتی: آمریکا اگر در را هم ببندد، باید از پنجره به جام جهانی برویم
#İran #futbol #DÇ #Amerika

😁5❤1🤮1
🇮🇷 Müctəba Xameneyinin pərdə arxasındakı kargüzarı kimdir? 🤔
Onilliklərdir hökumətin ən varlı və ən nüfuzlu təşkilatlarından bəzilərini idarə edən Seyid Mehdi Xamuşi indi onu hakimiyyətin orta eşelonlarından qərar qəbuletmə mərkəzinə aparacaq bir sıçrayışın astanasındadır.
Təxminən bir aydır ki, hökumətə yaxın bəzi jurnalistlər və media orqanları İslam Respublikasının yeni və gözəgörünməyən liderinin Xamoşini özünün yeni ofis rəhbəri seçdiyi barədə xəbərlər dərc edirlər.
1962-ci ildə Tehranda anadan olan Seyid Mehdi Xamuşi İranda hakimiyyətin üç həyati tərəfini - ənənəvi ruhaniləri, hökumət texnokratiyasını və bazarın iqtisadi kartellərini birləşdirən sistemin "ikinci nəsli"nin ən strateji fiqurlarından biri kimi tanınır.👇👇👇

Azad İran
🇮🇷 Müctəba Xameneyinin pərdə arxasındakı kargüzarı kimdir? 🤔 Onilliklərdir hökumətin ən varlı və ən nüfuzlu təşkilatlarından bəzilərini idarə edən Seyid Mehdi Xamuşi indi onu hakimiyyətin orta eşelonlarından qərar qəbuletmə mərkəzinə aparacaq bir sıçrayışın…
Onun atası Seyid Tağı Xamuşi Xomeyninin etibar etdiyi şəxslərdən biri olub.
Bu ailənin təsiri əmisi Seyid Əli Nağı Xamuşinin iştirakı ilə zirvəyə çatdı.
Əli Nağı Xamuşi 27 il İran Ticarət Palatasına rəhbərlik edib və hökumətdə bazarın təsirinin simvolu kimi tanınmaqla yanaşı, İslam Koalisiyası Partiyasının Mərkəzi Şurasının üzvü də olub.
Digər əmisi Seyid Əbulhəsən Xamuşi enerji və yol naziri kimi yüksək vəzifələrdə çalışıb.
Bu ailə şəbəkəsi Mehdi Xamuşini ictimai sahəyə gəlişindən bəri siyasi və iqtisadi dəstəyin mərkəzinə qoyub.
Lakin onun mövqeyini daha da gücləndirən şey Xamenei ailəsi ilə ailə əlaqələridir. O, İranın keçmiş ali rəhbəri Seyid Əli Xameneyinin kiçik oğlu Meysəm Xameneyinin həyat yoldaşının əmisi oğludur və o, həm də Meysəmdən dəstək alır.
Bu dəstəyin ən vacib təzahürü neft-kimya məhsullarının transferi ilə bağlı bir işdir.
Bu şirkət 2000-ci illərin sonu özəlləşdirmə prosesi zamanı Xamuşi ailəsinə bağlı olan 'İran İnvestisiya Şirkəti'nə verilmişdi; lakin bu proses qanuni prosedurlar olmadan və real dəyərindən on dəfə ucuz qiymətə baş tutmuşdu.
Bir neçə il sonra, 'Neft-kimya korrupsiyası' və ya Petrochemical-gate kimi tanınan cinayət işində məhkəmə bir şəbəkədən bəhs etmişdi.
Bu şəbəkə sanksiyalardan yan keçmək bəhanəsi ilə neft-kimya ixracatından əldə olunan milyardlarla avro dəyərində valyuta gəlirlərini rəsmi nəzarətdən kənarlaşdıraraq köçürmüş və şəxsi mənfəətə çevirmişdi.
خاموشی کوچک در دفتر رهبر غایب: کارگزار پشت پرده مجتبی خامنهای کیست؟
#İran #Xameneyi #MüctəbaXameneyi #ofis #kargüzar #Xamuşi

WSJ: 🇮🇷 İran 🇺🇸 Trampın Çin səfəri öncəsi 🇨🇳 “Pekin kartı”nı işə salır
“The Wall Street Journal” qəzeti yazır ki, Tehran ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən əvvəl Pekinlə diplomatik əlaqələrini gücləndirməyə çalışır.
Qəzetin məlumatına görə, İran rəhbərliyi bu addımla Çinlə yaxınlaşmanı Vaşinqtona qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyi hədəfləyir.
İranın Çindəki səfiri Rza Rəhmani Fəzli bildirib ki, Çin İrana “diplomatik dərinlik” qazandırır və Tehranın mövqeyini dünya güclərinə çatdırmaqda mühüm rol oynaya bilər.
Diplomatın sözlərinə görə, İranın əsas tələbləri belədir:
•daimi atəşkəsin təmin olunması;
•blokadanın aradan qaldırılması;
•İranın “qanuni hüquqlarına” hörmət edilməsi.
WSJ qeyd edir ki, İran Pekinin münaqişənin həlli üçün təqdim etdiyi dörd maddəlik planı açıq şəkildə dəstəkləyib. (Independent Persian)
#ABŞ #Tramp #İran #Çin #səfər

🇮🇷 İranda zəlzələ olub 🆘
Dünən axşam saatlarında Tehran və Mazandaran əyalətlərinin sərhədində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tehran və Dəmavənd şəhərlərində də hiss olunub.
Məlumata görə, saat 23:47-də meydana gələn zəlzələ 5–10 saniyə davam edib. Bundan təxminən bir saat əvvəl isə Pardis bölgəsində 3,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlardan sonra Qızıl Aypara Cəmiyyətinin bütün xilasetmə qrupları, habelə, fövqəladə hallar xidmətləri tam hazırlıq vəziyyətinə gətirilib. (Mehr News)
زلزله ۴.۶ ریشتری تهران را لرزاند/ آمادهباش کامل هلال احمر و اورژانس
#İran #Tehran #Mazandaran #zəlzələ

🇮🇷 İran əsilli 🇺🇸 ABŞ vətəndaşı cinayətini etiraf etdi 👨⚖️
Bu gün ABŞ Prokurorluğu bildirib ki, İran əsilli Amerika vətəndaşı Şarun Gövhəri Bruklindəki məhkəmədə ABŞ-yə qanunsuz insan alveri təşkil etmək və uşaqlara qarşı cinsi istismar materialları əldə etmək ittihamları üzrə günahını etiraf edib.
İttihama görə, Gövhəri İran vətəndaşlarının ABŞ-yə qanunsuz daxil olması üçün şəbəkə qurub və bu prosesdə onlardan pul alıb. Prokurorluq onun SEPAH ilə əlaqəli ən azı bir şəxsin ABŞ-yə girişinə yardım etdiyini açıqlayıb.
Federal istintaq zamanı təqsirləndirilən şəxsin elektron cihazlarında azyaşlı uşaqlara qarşı zorakılıq görüntüləri və Nyu-Yorkda qadınların gizli şəkildə izlənilməsini əks etdirən videoların aşkar edildiyi bildirilir.
Gövhəri məhkum olunacağı təqdirdə:
• uşaq istismarı materialları ittihamı ilə minimum 5 il, maksimum 20 il;
• insan alveri ittihamı ilə isə 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər. (Iranintl)
#ABŞ #İran #vətəndaş #cinayət #həbs

🇮🇷 Millət vəkili: “Hörmüzün təsiri yüz nüvə bombasından güclüdür” 🌊☢️
İslam Respublikası ABŞ və İsrailin yenidən hücum edəcəyi təqdirdə uranın zənginləşdirilməsini nüvə silahı istehsalı üçün uyğun sayılan 90 faiz səviyyəsinə çatdırmaqla hədələyib.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvləri tərəfindən verilən açıqlamalarda deyilir.
Komissiyanın üzvlərindən Əbülfəzl Zöhrəvənd isə nüvə silahı mövzusuna toxunaraq deyib ki, İran üçün “nüvə bombası istehsalının mənası yoxdur” və Tehran başqa hərbi imkanlarla daha böyük təsir göstərə bilər.
Zöhrəvəndin sözlərinə görə, Hörmüz boğazı, Bab əl-Məndəb və “Müqavimət Cəbhəsi”nin təsiri “yüz nüvə bombasından daha böyükdür”.
O, “nüvə bombası qədər asan” layihələrin mümkün olduğunu gördüyünü və “Tehrandan Vaşinqtona saniyələr içində çata biləcək” sistemlərin hazırlana biləcəyini iddia edib.
#İran #millətvəkili #Hörmüzboğazı #nüvəbombası

🤮2
NBC News: “Atəşkəs pozularsa, 🇺🇸 Pentaqon 🇮🇷 İran əməliyyatının adını dəyişə bilər”
NBC News telekanalı xəbər verir ki, ABŞ Müharibə Nazirliyi (Pentaqon) atəşkəsin pozulacağı təqdirdə Amerikanın İrana qarşı hərbi əməliyyatının adının dəyişdirilməsi ehtimalını müzakirə edir.
Məlumata görə, əməliyyat hazırda “Epik Qəzəb” adlanır. Ancaq NBC-nin mənbələri bildirir ki, Pentaqon daxilində “Balyoz” (Sledgehammer) adlı yeni ad variantı nəzərdən keçirilir.
NBC News-a danışan mənbələr qeyd ediblər ki, ABŞ-nin hazırda bölgədə müharibə başlamazdan əvvəlkindən daha çox hərbi gücü var.
“İndi 27 fevralda olduğundan daha yaxşı vəziyyətdəyik. Daha çox atəş gücümüz və daha çox imkanımız var”, – deyə ABŞ rəsmilərindən biri bildirib.
#ABŞ #İran #müharibə #atəşkəs #əməliyyat

🇮🇷 İranda daha bir məhbus casusluq ittihamı ilə edam edildi 👨⚖️
Bu gün İranım Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi “İsrailə casusluq”da günahkar bilinən Ehsan Əfreştenin dar ağacından asıldığını açıqlayıb.
Agentliyin iddiasına görə, Əfrəşte əvvəlcə taksi sürücüsü kimi fəaliyyət göstərib və “Mossad” agentləri ilə əlaqəli olduğu deyilən tapşırıqları yerinə yetirib. Daha sonra isə hərbi şirkətdə çalışaraq İsrailə məxfi məlumatlar ötürməkdə ittiham olunub.
Bildirilib ki, İranda ABŞ və İsraillə hərbi əməliyyatların dayandırılmasından sonra casusluq ittihamı ilə edamların sayı artıb.
Bununla yanaşı, insan hüquqları təşkilatları edamların sürətlənməsi və məhkəmə proseslərinin ədalətsiz keçirilməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. (BBC)
مرکز رسانهای قوه قضائیه ایران اعلام کرده است که احسان افرشته به جرم «جاسوسی برای اسرائیل» بامداد امروز (چهارشنبه) اعدام شده
#İran #məhbus #casusluq #ittiham #edam

👎1