🇮🇷 SEPAH Tehranda hərbi təlim keçirdi 🔥
Tehranda SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimi baş tutub.
Məlumata görə, təlim “Ləbbeyk ya Xameneyi” (Əmrinə hazıram, ey Xameneyi) kod adı altında təşkil olunub və əsas məqsəd düşmənlə qarşıdurmaya hazırlığın artırılması olub.
SEPAH komandanı, briqada generalı Həsən Həsənzadə bildirib ki, təlimdə SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələri iştirak edib və müxtəlif ssenarilər üzrə döyüş hazırlığı yoxlanılıb.
Onun sözlərinə görə, təlim çərçivəsində istənilən ərazidə düşmənə qarşı əvvəlcədən hazırlanmış taktika və texnikalar tətbiq olunub.
Həsənzadə əlavə edib ki, təlimin əsas məqsədlərindən biri ABŞ və İsraillə bağlı mümkün təhdidlərə qarşı döyüş qabiliyyətinin gücləndirilməsi olub. Qeyd olunur ki, təlim Tehran ətrafındakı əməliyyat zonalarında 5 gün ərzində keçirilib. (ISNA)
#İran #SEPAH #Tehran #hərbitəlim
Kanala abunə olun

🤮4
Azad İran
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əməkdaşlıqda ittiham olunan qadına ömürlük həbs verilib 👨⚖️ Bu gün Bəhreyn Ali Cinayət Məhkəməsi SEPAH ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə bir qadını ömürlük həbs cəzasına məhkum edib. “Bahrain Daily Tribune” qəzetinin məlumatına…
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əlaqəli şəxslərə ağır cəza verildi 👨⚖️👮♂
Bu gün Bəhreynin Ali Cinayət Məhkəməsi iki ayrı iş üzrə üç nəfəri – iki kişini və bir qadını – SEPAH ilə əlaqədə olmaq və Bəhreynə qarşı “düşmən və terror fəaliyyətləri”nə cəhddə ittiham edərək, ömürlük həbs cəzası verib.
Məlumata görə, təqsirləndirilən iki kişi Bəhreynə qarşı əməliyyatlar həyata keçirmək məqsədilə SEPAH ilə əlaqə qurmaqda günahkar bilinib. Məhkəmə onların hər birinə əlavə olaraq 10 min Bəhreyn dinarı məbləğində cərimə tətbiq edib və müsadirə edilmiş əşyaların dövlətə keçməsi barədə qərar verib.
Bəhreyn Prokurorluğu bildirib ki, istintaq nəticəsində İranın kəşfiyyat strukturları vasitəsilə Bəhreyndə mümkün hücumlar üçün hədəflər müəyyənləşdirməyə və ölkədə sabitliyi pozacaq obyektlər barədə məlumat toplamağa çalışdığı müəyyən olunub. (Amerikanın Səsi)
#Bəhreyn #İran #SEPAH #həbs #cəza

👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə XİN: “Hörmüz boğazının yenidən açılmasını dəstəkləyirik” 🗣🌊
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı siyasi və hərbi təzyiq vasitəsinə çevrilməməlidir.
Fidan vurğulayıb ki, Ankara bu strateji əhəmiyyətli beynəlxalq su yolunun yenidən açılması istiqamətində atılan addımları dəstəkləyir və alqışlayır.
O, qeyd edib ki, Türkiyə və Qətər Pakistanın vasitəçiliyi ilə başlanan və ABŞ-İran müharibəsinə son qoymağa yönəlmiş danışıqlar prosesinə dəstək verir.
#Türkiyə #XİN #Hörmüzboğazı #dəstək

🤮2😁1
🇮🇷 İran Haaqa Məhkəməsində 🇺🇸 ABŞ-yə qarşı iddia qaldırıb 👨⚖️
Bu gün Haaqa Arbitraj Məhkəməsində İran ABŞ-yə qarşı yeni beynəlxalq iddia qaldırıb.
Məlumata görə, iddia 1981-ci il Əlcəzair Sazişləri çərçivəsində qeydiyyata alınıb və ABŞ-ın bir sıra addımları beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirilir.
İran tərəfi ABŞ-ni aşağıdakı hallarda ittiham edir:
• İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar;
• İqtisadi sanksiyaların tətbiqi;
• Güc tətbiqi ilə hədələmə.
İddiada qeyd olunur ki, bu addımlar “12 günlük müharibə” dövründə baş verən hadisələrlə əlaqələndirilir.
İran məhkəmədən ABŞ-nin:
• Sazişləri pozduğunun tanınmasını;
• İranın daxili işlərinə müdaxilənin dayandırılmasını;
• Gələcəkdə oxşar addımların təkrarlanmamasına zəmanət verilməsini;
• Maddi ziyanın ödənilməsini
tələb edir. (Mehr News)
#İran #ABŞ #Haaqaməhkəməsi #iddia

🤮3👎1
🇮🇷 İran və 🇺🇿 Özbəkistan regional vəziyyəti müzakirə edib ☎️
Bu gün İran və Özbəkistan xarici işlər nazirləri — Abbas Əraqçı və Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Danışıq zamanı XİN rəhbərləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Hər iki tərəf siyasi dialoqun daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdə xüsusilə bölgədəki mövcud vəziyyət və davam edən diplomatik proseslər diqqət mərkəzində olub. (Əraqçının “Telegram” kanalı)
تماس تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و ازبکستان
#İran #Özbəkistan #XİN

🤔1🤮1
🇮🇷 İran müharibəsi 🇺🇸 ABŞ üçün gözləniləndən yüksəkdir 💸
Bu gün Pentaqon-un yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ-nin İranla bağlı münaqişəsi ölkəyə indiyədək təxminən 29 milyard dollara başa gəlib.
Məlumata görə, bu rəqəm ötən ay açıqlanan göstəricidən 4 milyard dollar daha çoxdur.
Xərclərə əsasən:
• hərbi texnikanın təmiri və yenilənməsi;
• döyüş və əməliyyat xərcləri;
• əlavə logistik və istismar xərcləri
daxildir.
Pentaqonun açıqlamasında qeyd olunur ki, bu artım müharibə ilə bağlı əməliyyatların davam etməsi və resurs istifadəsinin genişlənməsi ilə əlaqədardır. (Iranintl)
پنتاگون: جنگ ایران تاکنون ۲۹ میلیارد دلار برای آمریکا هزینه داشته است
#ABŞ #İran #müharibə #xərc

“🇮🇱 İsrail bazası” xəbərindən sonra Həşd Şəəbi 🇮🇶 İraq səhrasında əməliyyata başlayıb
"Asharq Al-Awsat" qəzetinin verdiyi məlumata görə, İsrail bazasının mövcudluğu ilə bağlı xəbərlərdən sonra Haşd əl-Şəəbi Nəcəf və Kərbəla əyalətlərinin səhra ərazilərində "Suverenliyin Qurulması" kod adlı genişmiqyaslı əməliyyata başlayıb.
Əməliyyatlar Komandanı əl-Həmdaninin sözlərinə görə, əməliyyatın əsas məqsədi Kərbəla ilə ən-Nuhayb bölgəsi arasındakı strateji magistral yolu təmizləmək və təhlükəsizləşdirməkdir.
O qeyd edib ki, qüvvələr əvvəlcədən təsdiqlənmiş plana əsasən 70 kilometrə qədər dərinlikdə axtarış əməliyyatları aparırlar.
"The Wall Street Journal" qəzeti İsrailin İrana qarşı hava hücumlarını dəstəkləmək üçün İraq səhrasında gizli bazadan istifadə edə biləcəyini bildirmişdi.
#İsrail #İraq #HəşdŞəəbi

❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı 🇳🇴 Norveçin xarici işlər nazirinin müavinini qəbul edib
İran rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Tehrana səfər edən Norveç xarici işlər nazirinin müavini Andreas Kravik bu gün İran xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb. (IRNA)
خبرگزاری ایرنا روز سهشنبه ۲۲ اردیبهشتماه گزارش داد آندریاس کراویک، معاون وزیر خارجه نروژ، که برای رایزنی با مقامهای جمهوری اسلامی به تهران سفر کرده است، عصر سهشنبه با عباس عراقچی، وزیر خارجه جمهوری اسلامی، دیدار کرد.
#Norveç #XİN #İran #Əraqçı

🤮2
🚨SON DƏQİQƏ
🇮🇷 İran səfiri 🇰🇼 Küveyt XİN-ə çağırıldı ⚠️
Küveyt Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada İran səfirinin çağırıldığını və ona etiraz notasının təqdim edildiyini bildirib.
İran səfirinin çağırılmasını əsaslandıran nazirlik, bunun "SEPAH-ın bir qrup üzvünün Bubiyan şəhərinə sızması və Küveyt qüvvələri ilə toqquşması" hadisəsindən sonra həyata keçirildiyini açıqlayıb.
Küveyt hakimiyyəti bunu suverenliyinin pozulması adlandırıb və İranı günahlandıraraq bu cür hərəkətlərə dərhal son qoyulmasını tələb edib.
Bəyanatda həmçinin qeyd olunur ki, Küveyt özünümüdafiə və beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.
Associated Press qeyd edir ki, Bubian adasında 🇨🇳 Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsi olaraq tikilən Mübarək Əl-Kəbir limanı yerləşir.
Obyektə 🇺🇸 ABŞ ilə İran arasında son gərginlik zamanı hücum edilib.
احضار سفیر ایران به وزارت خارجه کویت
#İransəfiri #Küveyt #XİN #etiraz #nota

🇮🇷 Pezeşkian: "İnternet insanların həyatının ayrılmaz hissəsinə çevrilib" 🌐⁉️
İran prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb: "İnformasiya texnologiyaları və internetə əsaslanan rabitə insanların həyatının ayrılmaz hissəsinə çevrilib.
Vitse-prezident Arifə idarəetmənin həssaslıqlarını, ali rəhbərin fikrini və xalqa verdiyim vədi nəzərə alaraq çevik bir strukturda daha yaxşı dövlət xidmətləri göstərmək və ictimai gözləntiləri yerinə yetirmək missiyasını həvalə etdim".
پزشکیان: اینترنت بخش جدانشدنی زندگی مردم شده است
#İran #Pezeşkian #internet

❤2😁1🤮1
🇺🇸 ABŞ Energetika Nazirliyi: "Hörmüz boğazı may ayının sonuna qədər bağlı qalacaq" 🌊🚢❌
ABŞ Energetika Nazirliyinin statistika idarəsi Hörmüz boğazının may ayının sonuna qədər faktiki olaraq bağlı qalacağını və gələn ay gəmiçilik trafikinin tədricən bərpa olunacağını gözlədiyini bildirib.
Müharibədən əvvəl qlobal neft tədarükünün beşdə birini təşkil edən Hörmüz boğazından keçən trafikin bu ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilmir. (Reuters)
#ABŞ #Hörmüzboğazı

🇮🇷 İran və 🇴🇲 Oman Hörmüz boğazında təhlükəsizliyi müzakirə edib
Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün Maskatda İran və Oman nümayəndə heyətləri arasında hüquqi və texniki görüş keçirilib.
İran tərəfinə Xarici İşlər Nazirliyinin Beynəlxalq və Hüquqi İşlər Departamentinin rəhbəri Abbas Baqerpur rəhbərlik edib.
Tərəflər boğazdakı son prosesləri və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün tədbirləri müzakirə ediblər.
Hər iki nümayəndə heyəti İran və Omanın ərazi sularının bir hissəsi kimi boğaz üzərində suveren hüquqlarını və yurisdiksiyalarını təsdiqləyib.
Səfər çərçivəsində İran nümayəndə heyəti Omanın xarici işlər naziri Bədr Əl-Busəidi ilə ayrıca görüş keçirib.(ISNA)
نشست حقوقی و فنی ایران و عمان درباره تنگه هرمز در مسقط برگزار شد
#İran #Oman #Hörmüzboğazı

❤1
🇮🇷 SEPAH qonşu ölkənin ərazisinə girdi 🔥
🇦🇪 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ünsürlərinin 🇰🇼 Küveytin Bubiyan adasına daxil olmasını pisləyib.
O, SEPAH üzvlərinin qonşu ölkənin ərazisinə terrorçu plan həyata keçirmək məqsədilə soxulduqlarını bildirib.
Bin Zayed BƏƏ-nin bu qanunsuz müdaxilə qarşısında Küveytlə tam həmrəy olduğunu vurğulayıb.
#BƏƏ #bəyanat #SEPAH #Küveyt #terrorçuluq

🇺🇸 Tramp ABŞ qüvvələrinin 🇮🇷 SEPAH qayıqları ilə qarşılaşmasını təsvir edib: "Sürət qayıqlarına əlvida" 🌊🚤
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında süni intellektdən istifadə edərək, Hörmüz boğazında ABŞ dronlarının SEPAH-ın sürət qayıqları ilə toqquşduğunu göstərən bir şəkil paylaşıb.
Şişirdilmiş və yumoristik olan bu görüntüdə İslam Respublikası bayrağı olan iki qayığı məhv edən bir dron göstərilir.
Tramp bir müddət öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Corc Buş" gəmisinə quraşdırılmış lazer silahına istinad edərək, İslam Respublikasına məxsus dronların hədəfə alındığını göstərən süni intellektdən istifadə edərək yaradılan bir şəkil paylaşmışdı.
O, İran dəniz donanmasını Fars körfəzi və Oman dənizinin dərin sularının dibində göstərmişdi.
ABŞ prezidenti müxtəlif hallarda rəqiblərini və ya düşmənlərini lağa qoymaq üçün süni intellektdən istifadə edir.
#ABŞ #Tramp #süniintellekt #İran #SEPAH #qayıq #dron

🔥3❤2
🇮🇷 Deputat: "🇬🇧 Britaniya və 🇫🇷 Fransa gəmiləri Hörmüz boğazına yaxınlaşsa, başlarına oyun açarıq" 🗣🌊
İranın Əhvaz bölgəsindən olan millət vəkili Müctəba Yusifi deyib: "Qoy Britaniya və Fransa gəmiləri Hörmüz boğazına yaxınlaşsınlar, görsünlər ki, biz onlara nə edirik. Biz də deyirik ki, Hörmüz boğazına yaxınlaşın və onu açın".
O, əlavə edib: "Əgər avropalılar bizi sınamaq istəyirlərsə, onlara bildirin ki, hərbi bazalar, Avropa ölkələri və istənilən düşmən ölkə bizim qanuni hədəflərimizdir.
Biz blöf etmirik, əməl edirik".
مجتبی یوسفی، نماینده اهواز در مجلس به سایت دیدهبان ایران گفت: «ناوهای بریتانیا و فرانسه به تنگه هرمز نزدیک شوند، ببینند چه بلایی سرشان می آوریم. ما هم میگوییم بیایید نزدیک تنگه هرمز و آن را باز کنید.»
#İran #təhdid #Fransa #Britaniya
#Hörmüzboğazı

🤮3❤1
Media is too big
VIEW IN TELEGRAM
🇬🇧 Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün qoşunlarını yerləşdiriləcək 🌊
Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə 115 milyon funt sterlinq yeni maliyyələşdirmə ilə dəstəklənən HMS Dragon esminesi, Typhoon qırıcı təyyarələri və muxtar mina ov sistemlərini yerləşdirir.
Bu barədə müdafiə naziri Con Hili 40 ölkənin koalisiyanın ilk nazirlər görüşündə açıqlama verib.
#Britaniya #Hörmüzboğazı #təhlükəsizlik #qoşun

❤3👏1🤮1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürüb
SEPAH-a bağlı Fars xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, İran bir sıra ilkin şərtləri yerinə yetirmədən ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil.
Agentliyin məlumatına görə, Tehran Vaşinqtona yeni danışıqlar mərhələsi üçün "minimum etimad zəmanəti" kimi təsvir edilən beş əsas tələb irəli sürüb.
Bunlara "bütün cəbhələrdə, xüsusən də Livanda" hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.
Mənbə habelə bildirib ki, İran Ərəbistan dənizində və Oman körfəzində davam edən dəniz blokadasından narahatlığını ifadə edib və bunu ABŞ ilə dialoqda etimadı sarsıdan amil hesab edib.
#İran #danışıqlar #şərt #ABŞ

😁4
🇮🇷 İranda internet kəsintisi: iki ayda 4 milyard dollar ziyan 🌐⁉️
İranın internet kəsintisindən birbaşa gündəlik zərəri 30-40 milyon dollar, dolayı zərəri isə 70-80 milyon dollara bərabər olub.
Bunu İran Ticarət Palatasının nümayəndəsi Əfşin Kolahi deyib.
"Beləliklə, 60 gün ərzində İran iqtisadiyyatına ən azı 1,8 milyard dollar birbaşa ziyan dəyib. Dolayı ziyanlar da daxil olmaqla, bu itki 4 milyard dollardan çoxdur", - o bildirib.
Kolahinin sözlərinə görə, İran cəmiyyətinin orta və aşağı təbəqələrindən olan təxminən 10 milyon insan internetlə əlaqəli fəaliyyətlərlə birbaşa məşğul olur, buna görə də internetə çıxışa qoyulan məhdudiyyətlər onların işlərini və dolanışıqlarını riskə atıb.
افشین کلاهی، رئیس کمیسیون دانشبنیان اتاق بازرگانی ایران، خسارت مستقیم روزانه بر اثر قطعی اینترنت را ۳۰ تا ۴۰میلیون دلار اعلام کرده است. وی تاکید دارد خسارت غیرمستقیم قطعی اینترنت معادل ۸۰-۷۰میلیون دلار در روز است.
#İran #internet #məhdudiyyət

🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Pit Heqset 🇮🇷 İran ətrafındakı vəziyyət haqqında sualı cavablandırıb 🗣
ABŞ Nümayəndələr Palatasının üzvü Makkolum: "B planımız olmalıdır, çünki əgər bu yolla getsək, iyunun 11-dən sonra büdcəmizi yenidən nəzərdən keçirməli olacağıq.
Mənim fikrimcə, 'Müharibə Səlahiyyətləri Aktı' işə salınmalı və məsələ Konqresə gəlməlidir.
Amma nəticənin nə olacağını bilmirik.
Sizin bir 'B planınız' varmı?"
Heqset: "Xanım Makkollum, deyərdim ki, bütün bunlar üçün bir planımız var.
Lazım gələrsə gərginliyi artırmaq, lazım gələrsə geri çəkilmək və ya aktivlərin yerini dəyişmək üçün planlarımız mövcuddur.
Təbii ki, prezident Trampın İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək üçün həyata keçirdiyi missiyanın ciddiliyini nəzərə alaraq, növbəti addımın nə ola biləcəyini bu şəraitdə açıqlaya bilmərik".
#ABŞ #Heqset #İran

❤1🤔1