This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ 🚨
🇵🇰 Pakistanda partlayış oldu: 10-a yaxın ölən var 💥😢
Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşı, beşi isə mülki şəxsdir.
Hadisənin səbəbi ilə bağlı rəsmi istintaq aparılır, partlayışın mahiyyəti barədə hələlik əlavə detallar açıqlanmayıb. (Reuters)
#Pakistan #terroraktı #bazar #partlayış #ölüm
Kanala abunə olun

🇺🇸 ABŞ-nin hücumundan sonra 🇮🇷 İran tankeri hələ də yanır 🚀🚢🔥
ABŞ rəsmilərinin məlumatına görə, Oman dənizində, Cask limanı yaxınlığında Amerika qırıcıları tərəfindən dayandırıldığı bildirilən İran tankeri hadisədən üç gün sonra da yanmaqda davam edir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri şənbə günü İran bayrağı altında üzən iki tankeri İran limanlarına çatmadan əvvəl dayandırıb.
Yanğının səbəbi və gəmi heyətinin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. (Independent Persian)
نفتکش ایرانی سه روز پس از حمله آمریکا در تنگه هرمز همچنان در حال سوختن است
#ABŞ #İran #tanker #hücum #yanğın

WSJ: “🇦🇪 BƏƏ 🇮🇷 İrana qarşı gizli hava hücumları həyata keçirib”
“The Wall Street Journal” nəşri xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İrana qarşı hərbi hücumlar həyata keçirib.
Məlumata görə, bu əməliyyatlar BƏƏ-ni İranla qarşıdurmada daha aktiv tərəfə çevirə bilər.
Nəşrin yazdığına əsasən, hücumlar arasında Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunun hədəfə alınması da var.
Bildirilir ki, aprelin əvvəlində – atəşkəs elan olunduğu dövrdə – İranın adalarda və kontinental şelfdə yerləşən neft obyektlərinə bir neçə hava zərbəsi endirilib. Bu hücumların geniş yanğınlara səbəb olduğu və Lavan neft emalı zavodunun fəaliyyətini uzun müddət qismən dayandırdığı iddia edilir.
İran tərəfi həmin vaxt zavodun “düşmən hücumu”na məruz qaldığını açıqlamış və buna cavab olaraq BƏƏ və Küveytə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirmişdi.
#BƏƏ #İran #gizlihücum

Media is too big
VIEW IN TELEGRAM
🇨🇦 Kanadada 🇮🇷 İslam Respublikası əleyhinə aksiyada qarşıdurma yaşanıb 🔥
Sosial mediada paylaşılan görüntülərə əsasən, Toronto şəhərində bazar günü keçirilən İslam Respublikası əleyhinə mitinq zamanı insident baş verib.
Görüntülərdə İslam Respublikası tərəfdarı olduğu bildirilən bir şəxsin mitinq ərazisinə daxil olaraq İran bayrağını qaldırdığı və dalğalandırdığı görünür.
Yayılan məlumatlara görə, qarşıdurma nəticəsində ən azı bir nəfər yaralanıb, bir neçə avtomobilə isə ziyan dəyib. Hadisə zamanı İran hakimiyyətinə qarşı şüarlar səsləndirən iştirakçıların da hücuma məruz qaldığı bildirilir.
حمله حامی جمهوری اسلامی با پرچم به تجمع مخالفان رژیم در تورنتو
#Kanada #İran #etirazçılar #aksiya #qarşıdurma

🤬1
🇮🇷 Vilayəti 🇺🇸 Trampa cavab verdi: “Meydanda sizi məğlub etdik, diplomatiyada qalib gələcəyini düşünmə” ❗️
İranın keçmiş xarici işlər naziri və ali rəhbərin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti, ABŞ prezidenti Donald Trampın son açıqlamasına kəskin reaksiya verib.
“Biz sizi meydanda məğlub etdik; ona görə də diplomatiyada qalib gələcəyinizi heç vaxt düşünməyin”, - deyə o, bildirib.
Trampın İranla bağlı nüvə təhdidlərinə də toxunan Vilayəti əlavə edib ki, ABŞ prezidentinin Pentaqonun məlumatlarına əsaslanan dəyərləndirmələrinə güvənməsi yanlış yanaşmadır.
İran rəsmisi xəbərdarlıq edib ki, ABŞ Tehranın “sakit mövqeyindən” istifadə edərək üstünlük qazana bilməyəcək. (BBC)
#İran #Vilayəti #ABŞ #Tramp #diplomatiya #xəbərdarlıq

😁1
🇮🇷 SEPAH: “Hörmüz boğazı bizim üçün daha geniş strateji zona olub” 🌊
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə bildirib ki, Hörmüz boğazı yeni plan çərçivəsində İran üçün daha geniş strateji ərazi kimi müəyyən edilib.
Onun sözlərinə görə, bu yeni yanaşma ilə Hörmüz boğazının əhatə dairəsi genişləndirilib və Cask və Siri sahillərindən böyük adaların o tayına qədər uzanan bir zona kimi nəzərdən keçirilir.
Əkbərzadə deyib ki, İran bölgədəki addımları diqqətlə izləyir və “təxribat” hesab edilən istənilən addıma cavab verməyə hazırdır.
O əlavə edib ki, İran dünya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında fəaliyyətini davam etdirir və daha geniş dəniz strategiyası tətbiq edir. (Fararu)
#İran #SEPAH #Hörmüzboğazı #stratejizona

🇮🇷 İran parlamentindən xəbərdarlıq: “Yeni hücum olarsa, uran 90%-ə qədər zənginləşdirilə bilər” ☢️
Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, ölkəyə qarşı yeni hücum baş verərsə, Tehran uranı 90%-ə qədər zənginləşdirmə variantını nəzərdən keçirə bilər.
"Təkrar hücum baş verəcəyi təqdirdə İranın seçimlərindən biri uranı 90%-ə qədər zənginləşdirmək ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik”, - deyə, Rzayi “X” hesabında vurğulayıb.
#İran #parlament #xəbərdarlıq #uran #zənginləşdirmə

🤮2
🇵🇰🇮🇷🇺🇸 Pakistan İrana xəbərdarlıq etdi: “Bu, son şansdır” ❗️
“Middle East Eye” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi ABŞ rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir.
Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv xətti, o cümlədən Tehranın mövqeyini daha da zəiflədə biləcək hədəfli zərbələri dəstəkləyirlər.
Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.
Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” olduğunu çatdırmağa çalışıblar.
#Pakistan #İran #ABŞ #danışıqlar #sonşans

❤1👍1
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əməkdaşlıqda ittiham olunan qadına ömürlük həbs verilib 👨⚖️
Bu gün Bəhreyn Ali Cinayət Məhkəməsi SEPAH ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə bir qadını ömürlük həbs cəzasına məhkum edib.
“Bahrain Daily Tribune” qəzetinin məlumatına görə, qadın Bəhreynin milli təhlükəsizliyinə zərər vurmaq məqsədilə ölkədəki həyati əhəmiyyətli obyektlərin və strateji yerlərin şəkillərini çəkərək sosial mediada yaymaqda ittiham olunur.
Məlumata əsasən, o, habelə, İran hökumətini tərifləyən məzmun paylaşmaqda və İslam Respublikasının Bəhreynə hücumlarına aid görüntüləri yaymaqda günahlandırılıb.
#Bəhreyn #İran #SEPAH #qadın #ittiham

👍3
🇵🇰 Pakistan 🇮🇷 İran təyyarələrinin öz bazasında yerləşdirilməsi iddialarını təkzib edib ✈️❌
Bu gün Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələrinin İslamabad yaxınlığında yerləşən Nur Xan hava bazasında olması ilə bağlı mediada yayılan məlumatları qətiyyətlə təkzib edib.
Nazirlik bu iddiaları “spekulyativ” adlandıraraq, onların regional təhlükəsizlik və sabitliyin qorunması istiqamətində aparılan səyləri pozmağa xidmət etdiyini bildirib.
Bəyanatda qeyd olunub ki, hazırda Pakistanda olan İran təyyarələri Vaşinqton və Tehran arasında atəşkəs dövründə ölkəyə gəlib və onların heç bir hərbi əməliyyatla əlaqəsi yoxdur.
Xatırladaq ki, CBS News daha əvvəl İranın bəzi hərbi təyyarələrinin, o cümlədən RC-130 kəşfiyyat təyyarəsinin, Pakistandakı strateji Nur Xan bazasına yerləşdirilə biləcəyi barədə məlumat yaymışdı.
#Pakistan #İran #təyyarə #iddia #təkzib

❤1
🇰🇼 Küveytdə 🇮🇷 SEPAH ilə əlaqəli bir neçə nəfər saxlanıldı
Bu gün Küveyt rəsmiləri SEPAH ilə əlaqəli olan 4 nəfərin həbs edildiyini açıqlayıb.
Küveyt Ordusunun və Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edərkən saxlanılıb. Əməliyyat zamanı baş verən qarşıdurmada bir Küveyt əsgərinin yaralandığı bildirilib.
Küveyt dövlət xəbər agentliyinin məlumatına əsasən, saxlanılan şəxslər “dəniz yolu ilə ölkəyə gizli şəkildə daxil olmağa çalışan şəxslər” kimi təqdim olunub və onların SEPAH ilə əlaqəli olduğu vurğulanıb.
Qeyd olunur ki, ABŞ və İsrail ilə İran arasında baş verən son müharibə dövründə Küveyt bir neçə dəfə SEPAH və İranın dəstəklədiyi İraq yaraqlılar tərəfindən raket və PUA hücumlarına məruz qalıb. (IndyPersian)
#Küveyt #İran #SEPAH #həbs

👍1
🇮🇱 İsrail vətəndaşları 🇮🇷 İrandan təhdid mesajları alıblar 📱📩
Bu gün “Israel Hayom” qəzeti xəbər verib ki, minlərlə israilli ivrit dilində təhdid mesajları alıb.
Mesajlarda göndərənlər özlərini İslam Respublikası ilə əlaqəli kimi təqdim edərək, vətəndaşlardan İranla əməkdaşlıq etmələrini tələb ediblər.
İsrailin Milli Kibertəhlükəsizlik Təşkilatı isə bildirib ki, bu mesajların məqsədi cəmiyyətdə qorxu yaratmaq və eyni zamanda şəxsi məlumatları toplamaq olub. (Iranintl)
اسرائیل هیوم: هزاران اسرائیلی پیامک تهدیدآمیز منتسب به جمهوری اسلامی دریافت کردند
#İran #İsrail #vətəndaş #təhdid #mesaj

❤2
🇮🇷 SEPAH Tehranda hərbi təlim keçirdi 🔥
Tehranda SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimi baş tutub.
Məlumata görə, təlim “Ləbbeyk ya Xameneyi” (Əmrinə hazıram, ey Xameneyi) kod adı altında təşkil olunub və əsas məqsəd düşmənlə qarşıdurmaya hazırlığın artırılması olub.
SEPAH komandanı, briqada generalı Həsən Həsənzadə bildirib ki, təlimdə SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələri iştirak edib və müxtəlif ssenarilər üzrə döyüş hazırlığı yoxlanılıb.
Onun sözlərinə görə, təlim çərçivəsində istənilən ərazidə düşmənə qarşı əvvəlcədən hazırlanmış taktika və texnikalar tətbiq olunub.
Həsənzadə əlavə edib ki, təlimin əsas məqsədlərindən biri ABŞ və İsraillə bağlı mümkün təhdidlərə qarşı döyüş qabiliyyətinin gücləndirilməsi olub. Qeyd olunur ki, təlim Tehran ətrafındakı əməliyyat zonalarında 5 gün ərzində keçirilib. (ISNA)
#İran #SEPAH #Tehran #hərbitəlim

🤮4
Azad İran
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əməkdaşlıqda ittiham olunan qadına ömürlük həbs verilib 👨⚖️ Bu gün Bəhreyn Ali Cinayət Məhkəməsi SEPAH ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə bir qadını ömürlük həbs cəzasına məhkum edib. “Bahrain Daily Tribune” qəzetinin məlumatına…
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əlaqəli şəxslərə ağır cəza verildi 👨⚖️👮♂
Bu gün Bəhreynin Ali Cinayət Məhkəməsi iki ayrı iş üzrə üç nəfəri – iki kişini və bir qadını – SEPAH ilə əlaqədə olmaq və Bəhreynə qarşı “düşmən və terror fəaliyyətləri”nə cəhddə ittiham edərək, ömürlük həbs cəzası verib.
Məlumata görə, təqsirləndirilən iki kişi Bəhreynə qarşı əməliyyatlar həyata keçirmək məqsədilə SEPAH ilə əlaqə qurmaqda günahkar bilinib. Məhkəmə onların hər birinə əlavə olaraq 10 min Bəhreyn dinarı məbləğində cərimə tətbiq edib və müsadirə edilmiş əşyaların dövlətə keçməsi barədə qərar verib.
Bəhreyn Prokurorluğu bildirib ki, istintaq nəticəsində İranın kəşfiyyat strukturları vasitəsilə Bəhreyndə mümkün hücumlar üçün hədəflər müəyyənləşdirməyə və ölkədə sabitliyi pozacaq obyektlər barədə məlumat toplamağa çalışdığı müəyyən olunub. (Amerikanın Səsi)
#Bəhreyn #İran #SEPAH #həbs #cəza

👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə XİN: “Hörmüz boğazının yenidən açılmasını dəstəkləyirik” 🗣🌊
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı siyasi və hərbi təzyiq vasitəsinə çevrilməməlidir.
Fidan vurğulayıb ki, Ankara bu strateji əhəmiyyətli beynəlxalq su yolunun yenidən açılması istiqamətində atılan addımları dəstəkləyir və alqışlayır.
O, qeyd edib ki, Türkiyə və Qətər Pakistanın vasitəçiliyi ilə başlanan və ABŞ-İran müharibəsinə son qoymağa yönəlmiş danışıqlar prosesinə dəstək verir.
#Türkiyə #XİN #Hörmüzboğazı #dəstək

🤮2😁1
🇮🇷 İran Haaqa Məhkəməsində 🇺🇸 ABŞ-yə qarşı iddia qaldırıb 👨⚖️
Bu gün Haaqa Arbitraj Məhkəməsində İran ABŞ-yə qarşı yeni beynəlxalq iddia qaldırıb.
Məlumata görə, iddia 1981-ci il Əlcəzair Sazişləri çərçivəsində qeydiyyata alınıb və ABŞ-ın bir sıra addımları beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirilir.
İran tərəfi ABŞ-ni aşağıdakı hallarda ittiham edir:
• İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar;
• İqtisadi sanksiyaların tətbiqi;
• Güc tətbiqi ilə hədələmə.
İddiada qeyd olunur ki, bu addımlar “12 günlük müharibə” dövründə baş verən hadisələrlə əlaqələndirilir.
İran məhkəmədən ABŞ-nin:
• Sazişləri pozduğunun tanınmasını;
• İranın daxili işlərinə müdaxilənin dayandırılmasını;
• Gələcəkdə oxşar addımların təkrarlanmamasına zəmanət verilməsini;
• Maddi ziyanın ödənilməsini
tələb edir. (Mehr News)
#İran #ABŞ #Haaqaməhkəməsi #iddia

🤮3👎1
🇮🇷 İran və 🇺🇿 Özbəkistan regional vəziyyəti müzakirə edib ☎️
Bu gün İran və Özbəkistan xarici işlər nazirləri — Abbas Əraqçı və Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Danışıq zamanı XİN rəhbərləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Hər iki tərəf siyasi dialoqun daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdə xüsusilə bölgədəki mövcud vəziyyət və davam edən diplomatik proseslər diqqət mərkəzində olub. (Əraqçının “Telegram” kanalı)
تماس تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و ازبکستان
#İran #Özbəkistan #XİN

🤔1🤮1
🇮🇷 İran müharibəsi 🇺🇸 ABŞ üçün gözləniləndən yüksəkdir 💸
Bu gün Pentaqon-un yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ-nin İranla bağlı münaqişəsi ölkəyə indiyədək təxminən 29 milyard dollara başa gəlib.
Məlumata görə, bu rəqəm ötən ay açıqlanan göstəricidən 4 milyard dollar daha çoxdur.
Xərclərə əsasən:
• hərbi texnikanın təmiri və yenilənməsi;
• döyüş və əməliyyat xərcləri;
• əlavə logistik və istismar xərcləri
daxildir.
Pentaqonun açıqlamasında qeyd olunur ki, bu artım müharibə ilə bağlı əməliyyatların davam etməsi və resurs istifadəsinin genişlənməsi ilə əlaqədardır. (Iranintl)
پنتاگون: جنگ ایران تاکنون ۲۹ میلیارد دلار برای آمریکا هزینه داشته است
#ABŞ #İran #müharibə #xərc