🇺🇸 Pentaqon gizli nüvə sualtı qayığının yerini açıqlayıb 🌊
ABŞ prezidenti Donald Trampın 🇮🇷 İranın son sülh təklifini rədd etməsindən bir gün sonra Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə silahı daşıya bilən gizli sualtı qayığın yerləşdiyi yeri açıqlayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması Ohayo sinifli ballistik raket sualtı qayığının İspaniyanın cənub sahillərində yerləşən Britaniya ərazisi olan Cəbəllütariqdə lövbər saldığını göstərən foto paylaşıb.
Altıncı Donanmanın açıqlamasında bildirilir ki, bu liman səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır. (New York Post)
#ABŞ #Pentaqon #nüvəsulatıqayığı #İran
Kanala abunə olun

🇺🇸 ABŞ 🇮🇷 SEPAH ilə bağlı məlumat üçün pul mükafatı təyin etdi 💵
Dünən ABŞ Dövlət Departamenti SEPAH və ona bağlı qurumların maliyyə mexanizmlərinin pozulmasına kömək edəcək məlumatlara görə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
Bildirilib ki, ödənişlər ABŞ-nin “Ədalət üçün Mükafatlar” (Rewards for Justice) proqramı çərçivəsində həyata keçiriləcək.
Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, SEPAH uzun illər ərzində müxtəlif terror aktlarını maliyyələşdirib. Açıqlamada vurğulanıb ki, SEPAH-ın Qüds qanadı İranın xaricdəki əməliyyatlarını HƏMAS, Hizbullah və İraqdakı İran tərəfindən dəstəklənən silahlı qruplar vasitəsilə koordinasiya edir. (Independent Persian)
#ABŞ #SEPAH #məlumat #mükafat

🇮🇷 İranda daha bir etirazçı edam edilib 👨⚖️😢
Bu gün İranda 2022-ci il etirazları zamanı saxlanılan etnik bəluç Əbdülcəlil Şehbəxş dar ağacından asılıb.
Hakimiyyət orqanları onu “təhlükəsizlik qüvvələrinə silahlı hücum”da və "Ənsar əl-Furqan qrupu ilə əlaqə"də ittiham edib.
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi bildirib ki, ittihamlar Şehbəxşin mobil telefonundan əldə olunan “etiraflar” və səs yazıları əsasında irəli sürülüb.
Bəzi media orqanları isə onun adi yanacaq daşıyıcısı olduğunu yazıb. İnsan hüquqları təşkilatları qeyd edir ki, ABŞ və İsrailin İrana hava hücumları başladıqdan sonra ölkədə edamların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Qeyd olunub ki, 2025-ci ildə İranda ən azı 1639 nəfərin ölüm hökmü həyata keçirilib. Bu rəqəm 1989-cu ildən bəri ən yüksək göstərici kimi dəyərləndirilir. (Iran Wire)
#İran #etnikbəluç #məhbus #edam

😢1
🛑 Urmu gölünün su səviyyəsi son illərin ən yüksək həddinə çatıb 🌊🌧
Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmani Urmu gölünə son aylarda təxminən 30 milyon kubmetr suyun daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu artım göldə su səviyyəsinin son 6 ilin ən yüksək həddinə çatmasına səbəb olub.
Rəhmani bildirib ki, vəziyyətin yaxşılaşmasına kanalların təmizlənməsi, gölün su təchizatının təmin edilməsi, gölə bitişik bataqlıqların doldurulması və əlverişli yağıntılar təsir göstərib.
Vali, habelə, gölün su idarəçiliyində, xüsusilə kənd təsərrüfatı sahəsində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunur ki, Urmu gölünün quruması uzun illərdir ekoloqlar və mütəxəssislər üçün ciddi narahatlıq doğurur. (Fars News)
#Urmugölü #susəviyyəsi #ekologiya

❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda inflyasiyanının pərdəarxası: köhnə qiymətlə satışın qarşısı alındı 🥩📈
Sosial şəbəkələrdə yayılan videoda mağaza işçilərinin qırmızı ətin qiymətinin baahalaşdığı elan edildikdən dərhal sonra ət paketlərini rəflərdən yığışdırdığı və insanların əvvəlki qiymətlə alış-veriş etməsinə mane olduğu görünür.
Görüntülər qısa müddətdə geniş yayılıb və ictimaiyyətdə narazılıq yaradıb.
Məlumata görə, bu hadisə qiymət artımından əvvəl insanların daha ucuz qiymətlə alış etməsinin qarşısını almaq məqsədi daşıyıb. (Iran Wire)
شوک گرانی گوشت؛ جمعآوری فوری بستهها از قفسهها قبل از هجوم مردم
#İran #xalq #bahalaşma #inflyasiya
Kanala abunə olun
Sosial şəbəkələrdə yayılan videoda mağaza işçilərinin qırmızı ətin qiymətinin baahalaşdığı elan edildikdən dərhal sonra ət paketlərini rəflərdən yığışdırdığı və insanların əvvəlki qiymətlə alış-veriş etməsinə mane olduğu görünür.
Görüntülər qısa müddətdə geniş yayılıb və ictimaiyyətdə narazılıq yaradıb.
Məlumata görə, bu hadisə qiymət artımından əvvəl insanların daha ucuz qiymətlə alış etməsinin qarşısını almaq məqsədi daşıyıb. (Iran Wire)
شوک گرانی گوشت؛ جمعآوری فوری بستهها از قفسهها قبل از هجوم مردم
#İran #xalq #bahalaşma #inflyasiya
Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ 🚨
🇵🇰 Pakistanda partlayış oldu: 10-a yaxın ölən var 💥😢
Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşı, beşi isə mülki şəxsdir.
Hadisənin səbəbi ilə bağlı rəsmi istintaq aparılır, partlayışın mahiyyəti barədə hələlik əlavə detallar açıqlanmayıb. (Reuters)
#Pakistan #terroraktı #bazar #partlayış #ölüm

🇺🇸 ABŞ-nin hücumundan sonra 🇮🇷 İran tankeri hələ də yanır 🚀🚢🔥
ABŞ rəsmilərinin məlumatına görə, Oman dənizində, Cask limanı yaxınlığında Amerika qırıcıları tərəfindən dayandırıldığı bildirilən İran tankeri hadisədən üç gün sonra da yanmaqda davam edir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri şənbə günü İran bayrağı altında üzən iki tankeri İran limanlarına çatmadan əvvəl dayandırıb.
Yanğının səbəbi və gəmi heyətinin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. (Independent Persian)
نفتکش ایرانی سه روز پس از حمله آمریکا در تنگه هرمز همچنان در حال سوختن است
#ABŞ #İran #tanker #hücum #yanğın

WSJ: “🇦🇪 BƏƏ 🇮🇷 İrana qarşı gizli hava hücumları həyata keçirib”
“The Wall Street Journal” nəşri xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İrana qarşı hərbi hücumlar həyata keçirib.
Məlumata görə, bu əməliyyatlar BƏƏ-ni İranla qarşıdurmada daha aktiv tərəfə çevirə bilər.
Nəşrin yazdığına əsasən, hücumlar arasında Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunun hədəfə alınması da var.
Bildirilir ki, aprelin əvvəlində – atəşkəs elan olunduğu dövrdə – İranın adalarda və kontinental şelfdə yerləşən neft obyektlərinə bir neçə hava zərbəsi endirilib. Bu hücumların geniş yanğınlara səbəb olduğu və Lavan neft emalı zavodunun fəaliyyətini uzun müddət qismən dayandırdığı iddia edilir.
İran tərəfi həmin vaxt zavodun “düşmən hücumu”na məruz qaldığını açıqlamış və buna cavab olaraq BƏƏ və Küveytə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirmişdi.
#BƏƏ #İran #gizlihücum

Media is too big
VIEW IN TELEGRAM
🇨🇦 Kanadada 🇮🇷 İslam Respublikası əleyhinə aksiyada qarşıdurma yaşanıb 🔥
Sosial mediada paylaşılan görüntülərə əsasən, Toronto şəhərində bazar günü keçirilən İslam Respublikası əleyhinə mitinq zamanı insident baş verib.
Görüntülərdə İslam Respublikası tərəfdarı olduğu bildirilən bir şəxsin mitinq ərazisinə daxil olaraq İran bayrağını qaldırdığı və dalğalandırdığı görünür.
Yayılan məlumatlara görə, qarşıdurma nəticəsində ən azı bir nəfər yaralanıb, bir neçə avtomobilə isə ziyan dəyib. Hadisə zamanı İran hakimiyyətinə qarşı şüarlar səsləndirən iştirakçıların da hücuma məruz qaldığı bildirilir.
حمله حامی جمهوری اسلامی با پرچم به تجمع مخالفان رژیم در تورنتو
#Kanada #İran #etirazçılar #aksiya #qarşıdurma

🤬1
🇮🇷 Vilayəti 🇺🇸 Trampa cavab verdi: “Meydanda sizi məğlub etdik, diplomatiyada qalib gələcəyini düşünmə” ❗️
İranın keçmiş xarici işlər naziri və ali rəhbərin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti, ABŞ prezidenti Donald Trampın son açıqlamasına kəskin reaksiya verib.
“Biz sizi meydanda məğlub etdik; ona görə də diplomatiyada qalib gələcəyinizi heç vaxt düşünməyin”, - deyə o, bildirib.
Trampın İranla bağlı nüvə təhdidlərinə də toxunan Vilayəti əlavə edib ki, ABŞ prezidentinin Pentaqonun məlumatlarına əsaslanan dəyərləndirmələrinə güvənməsi yanlış yanaşmadır.
İran rəsmisi xəbərdarlıq edib ki, ABŞ Tehranın “sakit mövqeyindən” istifadə edərək üstünlük qazana bilməyəcək. (BBC)
#İran #Vilayəti #ABŞ #Tramp #diplomatiya #xəbərdarlıq

😁1
🇮🇷 SEPAH: “Hörmüz boğazı bizim üçün daha geniş strateji zona olub” 🌊
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə bildirib ki, Hörmüz boğazı yeni plan çərçivəsində İran üçün daha geniş strateji ərazi kimi müəyyən edilib.
Onun sözlərinə görə, bu yeni yanaşma ilə Hörmüz boğazının əhatə dairəsi genişləndirilib və Cask və Siri sahillərindən böyük adaların o tayına qədər uzanan bir zona kimi nəzərdən keçirilir.
Əkbərzadə deyib ki, İran bölgədəki addımları diqqətlə izləyir və “təxribat” hesab edilən istənilən addıma cavab verməyə hazırdır.
O əlavə edib ki, İran dünya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında fəaliyyətini davam etdirir və daha geniş dəniz strategiyası tətbiq edir. (Fararu)
#İran #SEPAH #Hörmüzboğazı #stratejizona

🇮🇷 İran parlamentindən xəbərdarlıq: “Yeni hücum olarsa, uran 90%-ə qədər zənginləşdirilə bilər” ☢️
Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, ölkəyə qarşı yeni hücum baş verərsə, Tehran uranı 90%-ə qədər zənginləşdirmə variantını nəzərdən keçirə bilər.
"Təkrar hücum baş verəcəyi təqdirdə İranın seçimlərindən biri uranı 90%-ə qədər zənginləşdirmək ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik”, - deyə, Rzayi “X” hesabında vurğulayıb.
#İran #parlament #xəbərdarlıq #uran #zənginləşdirmə

🤮2
🇵🇰🇮🇷🇺🇸 Pakistan İrana xəbərdarlıq etdi: “Bu, son şansdır” ❗️
“Middle East Eye” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi ABŞ rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir.
Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv xətti, o cümlədən Tehranın mövqeyini daha da zəiflədə biləcək hədəfli zərbələri dəstəkləyirlər.
Nəşrin məlumatına görə, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin İranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir qismi isə Pakistanın Trampın narazılığını Tehrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə ilə yanaşır.
Pakistan və digər regional ölkələr iranlılara Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” olduğunu çatdırmağa çalışıblar.
#Pakistan #İran #ABŞ #danışıqlar #sonşans

❤1👍1
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əməkdaşlıqda ittiham olunan qadına ömürlük həbs verilib 👨⚖️
Bu gün Bəhreyn Ali Cinayət Məhkəməsi SEPAH ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə bir qadını ömürlük həbs cəzasına məhkum edib.
“Bahrain Daily Tribune” qəzetinin məlumatına görə, qadın Bəhreynin milli təhlükəsizliyinə zərər vurmaq məqsədilə ölkədəki həyati əhəmiyyətli obyektlərin və strateji yerlərin şəkillərini çəkərək sosial mediada yaymaqda ittiham olunur.
Məlumata əsasən, o, habelə, İran hökumətini tərifləyən məzmun paylaşmaqda və İslam Respublikasının Bəhreynə hücumlarına aid görüntüləri yaymaqda günahlandırılıb.
#Bəhreyn #İran #SEPAH #qadın #ittiham

👍3
🇵🇰 Pakistan 🇮🇷 İran təyyarələrinin öz bazasında yerləşdirilməsi iddialarını təkzib edib ✈️❌
Bu gün Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələrinin İslamabad yaxınlığında yerləşən Nur Xan hava bazasında olması ilə bağlı mediada yayılan məlumatları qətiyyətlə təkzib edib.
Nazirlik bu iddiaları “spekulyativ” adlandıraraq, onların regional təhlükəsizlik və sabitliyin qorunması istiqamətində aparılan səyləri pozmağa xidmət etdiyini bildirib.
Bəyanatda qeyd olunub ki, hazırda Pakistanda olan İran təyyarələri Vaşinqton və Tehran arasında atəşkəs dövründə ölkəyə gəlib və onların heç bir hərbi əməliyyatla əlaqəsi yoxdur.
Xatırladaq ki, CBS News daha əvvəl İranın bəzi hərbi təyyarələrinin, o cümlədən RC-130 kəşfiyyat təyyarəsinin, Pakistandakı strateji Nur Xan bazasına yerləşdirilə biləcəyi barədə məlumat yaymışdı.
#Pakistan #İran #təyyarə #iddia #təkzib

❤1
🇰🇼 Küveytdə 🇮🇷 SEPAH ilə əlaqəli bir neçə nəfər saxlanıldı
Bu gün Küveyt rəsmiləri SEPAH ilə əlaqəli olan 4 nəfərin həbs edildiyini açıqlayıb.
Küveyt Ordusunun və Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edərkən saxlanılıb. Əməliyyat zamanı baş verən qarşıdurmada bir Küveyt əsgərinin yaralandığı bildirilib.
Küveyt dövlət xəbər agentliyinin məlumatına əsasən, saxlanılan şəxslər “dəniz yolu ilə ölkəyə gizli şəkildə daxil olmağa çalışan şəxslər” kimi təqdim olunub və onların SEPAH ilə əlaqəli olduğu vurğulanıb.
Qeyd olunur ki, ABŞ və İsrail ilə İran arasında baş verən son müharibə dövründə Küveyt bir neçə dəfə SEPAH və İranın dəstəklədiyi İraq yaraqlılar tərəfindən raket və PUA hücumlarına məruz qalıb. (IndyPersian)
#Küveyt #İran #SEPAH #həbs

👍1
🇮🇱 İsrail vətəndaşları 🇮🇷 İrandan təhdid mesajları alıblar 📱📩
Bu gün “Israel Hayom” qəzeti xəbər verib ki, minlərlə israilli ivrit dilində təhdid mesajları alıb.
Mesajlarda göndərənlər özlərini İslam Respublikası ilə əlaqəli kimi təqdim edərək, vətəndaşlardan İranla əməkdaşlıq etmələrini tələb ediblər.
İsrailin Milli Kibertəhlükəsizlik Təşkilatı isə bildirib ki, bu mesajların məqsədi cəmiyyətdə qorxu yaratmaq və eyni zamanda şəxsi məlumatları toplamaq olub. (Iranintl)
اسرائیل هیوم: هزاران اسرائیلی پیامک تهدیدآمیز منتسب به جمهوری اسلامی دریافت کردند
#İran #İsrail #vətəndaş #təhdid #mesaj

🇮🇷 SEPAH Tehranda hərbi təlim keçirdi 🔥
Tehranda SEPAH-ın “Şəhid Komandir” adlı hərbi təlimi baş tutub.
Məlumata görə, təlim “Ləbbeyk ya Xameneyi” (Əmrinə hazıram, ey Xameneyi) kod adı altında təşkil olunub və əsas məqsəd düşmənlə qarşıdurmaya hazırlığın artırılması olub.
SEPAH komandanı, briqada generalı Həsən Həsənzadə bildirib ki, təlimdə SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələri iştirak edib və müxtəlif ssenarilər üzrə döyüş hazırlığı yoxlanılıb.
Onun sözlərinə görə, təlim çərçivəsində istənilən ərazidə düşmənə qarşı əvvəlcədən hazırlanmış taktika və texnikalar tətbiq olunub.
Həsənzadə əlavə edib ki, təlimin əsas məqsədlərindən biri ABŞ və İsraillə bağlı mümkün təhdidlərə qarşı döyüş qabiliyyətinin gücləndirilməsi olub. Qeyd olunur ki, təlim Tehran ətrafındakı əməliyyat zonalarında 5 gün ərzində keçirilib. (ISNA)
#İran #SEPAH #Tehran #hərbitəlim

🤮4