Azad İran
5.79K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ 🇮🇷 İrana qarşı yeni sanksiya tətbiq edib

ABŞ-nin Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən verilən məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) fəaliyyətləri ilə bağlı yeni addımlar atılıb.
SEPAH-ın İran neftini 🇨🇳 Çin Xalq Respublikasına satmasına və çatdırılmasına şərait yaradan 12 fiziki şəxs və qurum sanksiya siyahısına salınıb.

Bəyanatda qeyd olunur ki, SEPAH neft satışındakı rolunu gizlətmək və gəlirləri İran rejiminə yönəltmək üçün müxtəlif ölkələrdəki "qondarma" şirkətlərdən istifadə edir.

Qeyd olunur ki, İran rejimi bu gəlirləri xalqın rifahı üçün deyil, silah inkişafı, terrorçu proksi qrupların dəstəklənməsi və daxili azadlıqları məhdudlaşdıran təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi üçün istifadə edir.

تحریمهای جدید خزانه داری آمریکا علیه رژیم ایران

#ABŞ #İran #SEPAH #sanksiya

Kanala abunə olun
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp: "İranın nüvə silahı ola bilməz"

"Onların nüvə silahı olmayacaq. Onlar bu qədər uzağa getmək istəmirdilər. İnanmasanız da, nə qədər axmaq... onlar axmaq insanlardırlar. İnanmaq istəmirdilər. Elə düşünürdülər ki, mən bundan yorulacağam, ya darıxacağam, ya da üzərimdə hansısa təzyiq olacaq.
Amma heç bir təzyiq yoxdur. Heç bir təzyiq yoxdur.
Biz tam qələbə qazanacağıq.
Hərbi nöqteyi-nəzərdən biz artıq nəzəri olaraq tam qələbə qazanmışıq.

Onların donanması məhv edilib.
Onların 159 gəmisi var idi, hazırda isə bizim tərəfimizdən gündə 8-i sıradan çıxarılan kiçik sürətli qayıqlardan başqa heç nəyi qalmayıb.

Onların hərbi hava qüvvələri yoxdur. Zenit müdafiəsi yoxdur.
İndi yəqin ki, son üç həftə ərzində çiyindən atılan qurğuları xidmətə veriblər, amma əslində nə zenit müdafiələri, nə də radarları var.👇👇👇
Azad İran
Tramp: "İranın nüvə silahı ola bilməz" "Onların nüvə silahı olmayacaq. Onlar bu qədər uzağa getmək istəmirdilər. İnanmasanız da, nə qədər axmaq... onlar axmaq insanlardırlar. İnanmaq istəmirdilər. Elə düşünürdülər ki, mən bundan yorulacağam, ya darıxacağam…
Düzünü desəm, liderləri birinci səviyyədə, ikinci səviyyədə və üçüncü səviyyənin yarısına qədər öldürülüb.

Sonra isə qayıdıb danışıqlar aparmaq istəyirlər və bizə axmaq bir təklif verirlər.
Bu axmaq təklifdir. Heç kim bunu qəbul etməzdi.
Baxmayaraq ki, Obama bunu qəbul edərdi, Bayden qəbul edərdi.
Onların qəbul etdikləri isə bundan daha betər idi
",-Tramp bildirib.

#ABŞ #Tramp #İran #nüvəsilahı

Kanala abunə olun
1
🇮🇷 İran uranın zənginləşdirilməsi səviyyəsini 3,7% və 20%-ə endirməyə hazırdır

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinə görə, Tehran uranı ölkədən çıxarmaqdan imtina edib, lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında zənginləşdirmə aparmağa hazırdır.

#İran #uran #zənginləşdirmə #AEBA #nəzarət

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "🇮🇷 İranlılar 10 dəqiqəyə hazırlanmalı olan sənədi bizə 4 günə göndərdilər" 🗣

Jurnalist: "Onlar bütün zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı oldularmı?"

Donald Tramp: "Bəli, razılaşmışdılar. Əslində iki gün əvvəl razı idilər.
İki gün əvvəl dedilər ki, "siz onu götürməlisiniz".

Biz onlarla birlikdə bu addımı atacaqdıq, amma sonra fikirlərini dəyişdilər, çünki bunu sənədə daxil etmədilər.

Beləliklə, dörd gün gözlədiyimiz və hazırlanması cəmi 10 dəqiqə çəkməli olan bu sənədi bizə göndərəndə hər şey çox sadə görünürdü: biz bunu alırıq, onlar isə çox uzun müddət ərzində nüvə silahına sahib olmayacaqlarına zəmanət verirlər.
Bir neçə başqa xırda məqamlar da var idi, amma onlar sadəcə buna razı ola bilmirlər.
Bir sözlə, bizimlə razılaşırlar, sonra isə sözlərindən qaçırlar".


️ ترامپ: ما ۴ روز برای سندی از ایران منتظر ماندیم که تنظیم آن بیش از ۱۰ دقیقه زمان نمی‌برد
😁3🤮2
CNN: 🇺🇸 Tramp 🇮🇷 İranla bağlı hərbi variantları yenidən gündəmə gətirir

CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın Çinə səfərindən əvvəl İranla bağlı yekun və əsas qərarın verilməsi ehtimalı azdır. Lakin telekanal yazır ki, Tramp Tehranın danışıqlar prosesini idarə etməsindən getdikcə daha çox narazıdır və son həftələrlə müqayisədə genişmiqyaslı hərbi əməliyyatların bərpasını daha ciddi şəkildə nəzərdən keçirir.

Məlumata görə, Tramp Hörmüz boğazının davam edən blokadasından və onun “İslam Respublikasının liderliyindəki boşluq” adlandırdığı vəziyyətdən məyusdur. O, İranın son cavabını “axmaq” adlandırıb və bu, Vaşinqton rəsmilərində Tehranın danışıqlara həqiqətən ciddi yanaşıb-yanaşmadığı barədə şübhələri artırıb.

CNN bildirir ki, Pentaqon daha aqressiv ssenarilər və hədəfli zərbələr üzərində fokuslanır. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri diplomatik xəttin davam etdirilməsinin tərəfdarıdır.

#ABŞ #Tramp #İran #hərbivariant
🇦🇺 Avstraliya 🇮🇷 İranın repressiyalarına cavab olaraq sanksiyaları genişləndirildi

Bu gün Avstraliya hökuməti İranın daxili repressiyaları və bölgədəki fəaliyyəti ilə bağlı yeddi şəxsə və dörd İran dövlət qurumuna qarşı yeni sanksiyalar tətbiq edib.

Avstraliya Xarici İşlər Nazirliyi bildirib ki, qərar İran hakimiyyətinin öz xalqına qarşı zorakı repressiyaları, internetin kəsilməsi və bölgədə qeyri-sabitlik yaratması ilə əlaqədar verilib.

Nazirliyin açıqlamasına əsasən, sanksiyalar çərçivəsində adı çəkilən şəxslərə qarşı hədəf maliyyə məhdudiyyətləri və əlavə səyahət qadağaları tətbiq olunacaq.

Bildirilib ki, sanksiya siyahısına daxil edilənlər arasında qadınlara və uşaqlara qarşı zorakılıq da daxil olmaqla repressiyalarda iştirak edən yüksək vəzifəli şəxslər və qurumlar var.

Qeyd olunub ki, sanksiya tətbiq edilən şəxslərdən biri qadın və qızlara qarşı repressiyalara rəhbərlik edib və məcburi hicabın tətbiqinə nəzarət məqsədilə 80 min nəfərlik qüvvə işə götürüb. (Iranintl)

#Avstraliya #İran #sanksiya
🇺🇸 Tramp komandası ilə 🇮🇷 İrana qarşı növbəti addımları nəzərdən keçirib

Dünən “Axios” nəşri ABŞ mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti addımları müzakirə etmək məqsədilə milli təhlükəsizlik komandası ilə müşavirə keçirib.

Tramp keçirilən görüşdə İslam Respublikası ilə müharibənin gedişatı, o cümlədən hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalını müzakirə edib.

Məlumata görə, bu müşavirə bazar günü Tehranla aparılan danışıqların uğursuz nəticələnməsindən sonra baş tutub. (Iranintl)

#ABŞ #Tramp #komanda #İran #müzakirə

Kanala abunə olun
🇺🇸 Pentaqon gizli nüvə sualtı qayığının yerini açıqlayıb 🌊

ABŞ prezidenti Donald Trampın 🇮🇷 İranın son sülh təklifini rədd etməsindən bir gün sonra Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə silahı daşıya bilən gizli sualtı qayığın yerləşdiyi yeri açıqlayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması Ohayo sinifli ballistik raket sualtı qayığının İspaniyanın cənub sahillərində yerləşən Britaniya ərazisi olan Cəbəllütariqdə lövbər saldığını göstərən foto paylaşıb.

Altıncı Donanmanın açıqlamasında bildirilir ki, bu liman səfəri ABŞ-nin imkanlarını, çevikliyini və NATO müttəfiqlərinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır. (New York Post)

#ABŞ #Pentaqon #nüvəsulatıqayığı #İran

Kanala abunə olun
🇺🇸 ABŞ 🇮🇷 SEPAH ilə bağlı məlumat üçün pul mükafatı təyin etdi 💵

Dünən ABŞ Dövlət Departamenti SEPAH və ona bağlı qurumların maliyyə mexanizmlərinin pozulmasına kömək edəcək məlumatlara görə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Bildirilib ki, ödənişlər ABŞ-nin “Ədalət üçün Mükafatlar” (Rewards for Justice) proqramı çərçivəsində həyata keçiriləcək.

Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, SEPAH uzun illər ərzində müxtəlif terror aktlarını maliyyələşdirib. Açıqlamada vurğulanıb ki, SEPAH-ın Qüds qanadı İranın xaricdəki əməliyyatlarını HƏMAS, Hizbullah və İraqdakı İran tərəfindən dəstəklənən silahlı qruplar vasitəsilə koordinasiya edir. (Independent Persian)

#ABŞ #SEPAH #məlumat #mükafat

Kanala abunə olun
🇮🇷 İranda daha bir etirazçı edam edilib 👨‍⚖️😢

Bu gün İranda 2022-ci il etirazları zamanı saxlanılan etnik bəluç Əbdülcəlil Şehbəxş dar ağacından asılıb.

Hakimiyyət orqanları onu “təhlükəsizlik qüvvələrinə silahlı hücum”da və "Ənsar əl-Furqan qrupu ilə əlaqə"də ittiham edib.

İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – “Mizan Online” agentliyi bildirib ki, ittihamlar Şehbəxşin mobil telefonundan əldə olunan “etiraflar” və səs yazıları əsasında irəli sürülüb.

Bəzi media orqanları isə onun adi yanacaq daşıyıcısı olduğunu yazıb. İnsan hüquqları təşkilatları qeyd edir ki, ABŞ və İsrailin İrana hava hücumları başladıqdan sonra ölkədə edamların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Qeyd olunub ki, 2025-ci ildə İranda ən azı 1639 nəfərin ölüm hökmü həyata keçirilib. Bu rəqəm 1989-cu ildən bəri ən yüksək göstərici kimi dəyərləndirilir. (Iran Wire)

#İran #etnikbəluç #məhbus #edam

Kanala abunə olun
😢1
🛑 Urmu gölünün su səviyyəsi son illərin ən yüksək həddinə çatıb 🌊🌧

Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmani Urmu gölünə son aylarda təxminən 30 milyon kubmetr suyun daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu artım göldə su səviyyəsinin son 6 ilin ən yüksək həddinə çatmasına səbəb olub.

Rəhmani bildirib ki, vəziyyətin yaxşılaşmasına kanalların təmizlənməsi, gölün su təchizatının təmin edilməsi, gölə bitişik bataqlıqların doldurulması və əlverişli yağıntılar təsir göstərib.

Vali, habelə, gölün su idarəçiliyində, xüsusilə kənd təsərrüfatı sahəsində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, Urmu gölünün quruması uzun illərdir ekoloqlar və mütəxəssislər üçün ciddi narahatlıq doğurur. (Fars News)

#Urmugölü #susəviyyəsi #ekologiya

Kanala abunə olun
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda inflyasiyanının pərdəarxası: köhnə qiymətlə satışın qarşısı alındı 🥩📈

Sosial şəbəkələrdə yayılan videoda mağaza işçilərinin qırmızı ətin qiymətinin baahalaşdığı elan edildikdən dərhal sonra ət paketlərini rəflərdən yığışdırdığı və insanların əvvəlki qiymətlə alış-veriş etməsinə mane olduğu görünür.

Görüntülər qısa müddətdə geniş yayılıb və ictimaiyyətdə narazılıq yaradıb.

Məlumata görə, bu hadisə qiymət artımından əvvəl insanların daha ucuz qiymətlə alış etməsinin qarşısını almaq məqsədi daşıyıb. (Iran Wire)

شوک گرانی گوشت؛ جمع‌آوری فوری بسته‌ها از قفسه‌ها قبل از هجوم مردم

#İran #xalq #bahalaşma #inflyasiya

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ 🚨

🇵🇰 Pakistanda partlayış oldu: 10-a yaxın ölən var 💥😢

Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşı, beşi isə mülki şəxsdir.

Hadisənin səbəbi ilə bağlı rəsmi istintaq aparılır, partlayışın mahiyyəti barədə hələlik əlavə detallar açıqlanmayıb. (Reuters)

#Pakistan #terroraktı #bazar #partlayış #ölüm

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin hücumundan sonra 🇮🇷 İran tankeri hələ də yanır 🚀🚢🔥

ABŞ rəsmilərinin məlumatına görə, Oman dənizində, Cask limanı yaxınlığında Amerika qırıcıları tərəfindən dayandırıldığı bildirilən İran tankeri hadisədən üç gün sonra da yanmaqda davam edir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri şənbə günü İran bayrağı altında üzən iki tankeri İran limanlarına çatmadan əvvəl dayandırıb.

Yanğının səbəbi və gəmi heyətinin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. (Independent Persian)

نفتکش ایرانی سه روز پس از حمله آمریکا در تنگه هرمز همچنان در حال سوختن است

#ABŞ #İran #tanker #hücum #yanğın

Kanala abunə olun
WSJ: “🇦🇪 BƏƏ 🇮🇷 İrana qarşı gizli hava hücumları həyata keçirib”

“The Wall Street Journal” nəşri xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İrana qarşı hərbi hücumlar həyata keçirib.

Məlumata görə, bu əməliyyatlar BƏƏ-ni İranla qarşıdurmada daha aktiv tərəfə çevirə bilər.
Nəşrin yazdığına əsasən, hücumlar arasında Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunun hədəfə alınması da var.

Bildirilir ki, aprelin əvvəlində – atəşkəs elan olunduğu dövrdə – İranın adalarda və kontinental şelfdə yerləşən neft obyektlərinə bir neçə hava zərbəsi endirilib. Bu hücumların geniş yanğınlara səbəb olduğu və Lavan neft emalı zavodunun fəaliyyətini uzun müddət qismən dayandırdığı iddia edilir.

İran tərəfi həmin vaxt zavodun “düşmən hücumu”na məruz qaldığını açıqlamış və buna cavab olaraq BƏƏ və Küveytə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirmişdi.

#BƏƏ #İran #gizlihücum

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇨🇦 Kanadada 🇮🇷 İslam Respublikası əleyhinə aksiyada qarşıdurma yaşanıb 🔥

Sosial mediada paylaşılan görüntülərə əsasən, Toronto şəhərində bazar günü keçirilən İslam Respublikası əleyhinə mitinq zamanı insident baş verib.

Görüntülərdə İslam Respublikası tərəfdarı olduğu bildirilən bir şəxsin mitinq ərazisinə daxil olaraq İran bayrağını qaldırdığı və dalğalandırdığı görünür.

Yayılan məlumatlara görə, qarşıdurma nəticəsində ən azı bir nəfər yaralanıb, bir neçə avtomobilə isə ziyan dəyib. Hadisə zamanı İran hakimiyyətinə qarşı şüarlar səsləndirən iştirakçıların da hücuma məruz qaldığı bildirilir.

حمله حامی جمهوری اسلامی با پرچم به تجمع مخالفان رژیم در تورنتو

#Kanada #İran #etirazçılar #aksiya #qarşıdurma

Kanala abunə olun
🤬1
🇮🇷 Vilayəti 🇺🇸 Trampa cavab verdi: “Meydanda sizi məğlub etdik, diplomatiyada qalib gələcəyini düşünmə” ❗️

İranın keçmiş xarici işlər naziri və ali rəhbərin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti, ABŞ prezidenti Donald Trampın son açıqlamasına kəskin reaksiya verib.

“Biz sizi meydanda məğlub etdik; ona görə də diplomatiyada qalib gələcəyinizi heç vaxt düşünməyin”, -
deyə o, bildirib.

Trampın İranla bağlı nüvə təhdidlərinə də toxunan Vilayəti əlavə edib ki, ABŞ prezidentinin Pentaqonun məlumatlarına əsaslanan dəyərləndirmələrinə güvənməsi yanlış yanaşmadır.

İran rəsmisi xəbərdarlıq edib ki, ABŞ Tehranın “sakit mövqeyindən” istifadə edərək üstünlük qazana bilməyəcək. (BBC)

#İran #Vilayəti #ABŞ #Tramp #diplomatiya #xəbərdarlıq

Kanala abunə olun
😁1
🇮🇷 SEPAH: “Hörmüz boğazı bizim üçün daha geniş strateji zona olub” 🌊

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə bildirib ki, Hörmüz boğazı yeni plan çərçivəsində İran üçün daha geniş strateji ərazi kimi müəyyən edilib.

Onun sözlərinə görə, bu yeni yanaşma ilə Hörmüz boğazının əhatə dairəsi genişləndirilib və Cask və Siri sahillərindən böyük adaların o tayına qədər uzanan bir zona kimi nəzərdən keçirilir.

Əkbərzadə deyib ki, İran bölgədəki addımları diqqətlə izləyir və “təxribat” hesab edilən istənilən addıma cavab verməyə hazırdır.

O əlavə edib ki, İran dünya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında fəaliyyətini davam etdirir və daha geniş dəniz strategiyası tətbiq edir. (Fararu)

#İran #SEPAH #Hörmüzboğazı #stratejizona

Kanala abunə olun
🇮🇷 İran parlamentindən xəbərdarlıq: “Yeni hücum olarsa, uran 90%-ə qədər zənginləşdirilə bilər” ☢️

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, ölkəyə qarşı yeni hücum baş verərsə, Tehran uranı 90%-ə qədər zənginləşdirmə variantını nəzərdən keçirə bilər.

"Təkrar hücum baş verəcəyi təqdirdə İranın seçimlərindən biri uranı 90%-ə qədər zənginləşdirmək ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik”, - deyə, Rzayi “X” hesabında vurğulayıb.

#İran #parlament #xəbərdarlıq #uran #zənginləşdirmə

Kanala abunə olun
🤮2