Azad İran
5.79K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 Tramp 🇮🇱 Netanyahu ilə ABŞ-nin nüvə sazişi planına 🇮🇷 İranın cavabını müzakirə edib

Donald Tramp "Axios"-a bildirib ki, Netanyahu ilə telefon danışığı aparıb və ABŞ-nin nüvə sazişi təklifinə İranın cavabını müzakirə ediblər.

Tramp vurğulayıb ki, bu məsələ söhbətin yalnız kiçik bir hissəsini təşkil edir.

Tramp İranla danışıqlara toxunaraq deyib: "Çox xoş bir söhbət idi. Bizim yaxşı münasibətlərimiz var, amma bu, mənim işimdir, başqasının yox".

#ABŞ #Tramp #Netanyahu #İran #nüvəsazişi

Kanala abunə olun
1
🇺🇸 Tramp 🇮🇷 İranın ABŞ-nin sülh planına cavabını rədd etdi

Bu haqda ABŞ prezidenti Donald Tramp "Truth Social" media hesabında yazıb: "Mən indicə sözdə "İran nümayəndələri"nin cavabını oxudum.
Bu, xoşuma gəlmədi - TAMAMİLƏ QƏBUL EDİLMƏZDİR!"
.

#ABŞ #Tramp #İran #sülhplanı

Kanala abunə olun
AFP: Nərgiz Məhəmmədi zaminə buraxılıb

France-Presse (AFP) agentliyi xəbər verir ki, güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda bazar günü girov müqabilində həbsxanadan zaminə buraxılıb və tibbi müalicə üçün Tehrana köçürülüb.

Nərgiz Məhəmmədinin fondu bildirib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra “şərti cəza və ağır girov müqabilində” azadlığa buraxılıb və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.

Onun tərəfdarları daha əvvəl Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini və həyatının təhlükədə olduğunu bildirmişdilər.

“Nərgiz Məhəmmədinin həyatı təhlükədədir,” – deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama verib. (Independent Persian)

#NərgizMəhəmmədi #sağlamlıqdurumu #zindan #müvəqqətiazadlıq

Kanala abunə olun
3
🇮🇱 Netanyahu: 🇮🇷 Müctəba Xameneyi sağdır, amma atasının gücünə əsla sahib deyil” 👳‍♂

İsrailin baş naziri Benyamin Netanyahu CBS telekanalının “60 Minutes” verilişinə müsahibəsində İranın ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı sualı cavablandırıb.

Netanyahu bildirib ki, onun fikrincə Müctəba Xameneyi sağdır, ancaq vəziyyəti barədə dəqiq məlumat vermək çətindir.

“Əgər sağ olub-olmadığını soruşursunuzsa, bəli, düşünürəm ki, sağdır. Ancaq onun vəziyyətinin nə olduğunu demək çətindir. O, gizlənir və güc, nüfuz qazanmağa çalışır, amma heç vaxt atasının gücünə və təsirinə sahib olmayacaq”, – deyə Netanyahu bildirib.

Nazir əlavə edib ki, bu proses İran rejimi daxilində parçalanmanı və xaosu daha da artırıb və onun sözlərinə görə, bu “o qədər də pis bir şey deyil”.

#İsrail #Netanyahu #İran #MüctəbaXameneyi

Kanala abunə olun
🤮3🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇱 İsrailə dron zərbələri: 🇱🇧 Hizbullah hücumları genişləndirir 🔥

Hizbullah pilotsuz uçuş aparatlarından (PUA) istifadəsini daha da təkmilləşdirib və son bir həftə ərzində İsrail ordusunda ciddi itkilər olub.

Hizbullah əvvəlcə dronlarla İsrailin “Merkava” tanklarını hədəfə alıb. Daha sonra isə ilk dəfə “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sisteminin dron zərbəsi ilə sıradan çıxarıldığı bildirilib.

Məlumata görə, həmin qurğunu evakuasiya etməyə çalışan İsrail əsgərləri də növbəti dron hücumu ilə vurulub.

#Hizbullah #İsrail #dronhücumları

Kanala abunə olun
👍1
🇮🇷 İranda siyasi məhbus edam edilib 👨‍⚖️

Bu gün İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı - “Mizan Online” xəbər agentliyi siyasi məhbus İrfan Şəkurzadənin edam edildiyini bildirib.

İran hakimiyyətinin iddiasına görə, Şəkurzadə “ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə” ittiham olunub. Məlumatda qeyd olunur ki, o, peyk texnologiyası sahəsində bacarıqları nəzərə alınaraq bu istiqamətdə fəaliyyət göstərən əsas elmi qurumda işləmək üçün işə götürülüb.

Bildirilir ki, İrfan Şəkurzadə 2025-ci ilin fevralında SEPAH kəşfiyyatı tərəfindən “casusluq və düşmən dövlətlərlə əməkdaşlıq” ittihamı ilə saxlanılıb. Daha sonra o, edam cəzasına məhkum edilib və İran Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb. (Iranintl)

#İran #siyasiməhbus #edam

Kanala abunə olun
MEE: 🇮🇷 İran müharibəsi NSYM-də etimad böhranı yaradıb ☢️

Middle East Eye (MEE) yazır ki, İran ətrafında yaranmış münaqişə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) effektivliyinə ciddi zərbə vuraraq, beynəlxalq sistemdə dərin etimad böhranı yaradıb.

Məqalədə qeyd olunur ki, NSYM iştirakçısı olan dövlətə qarşı hərbi əməliyyatların aparılması beynəlxalq təhlükəsizlik zəmanətlərinin etibarlılığına dair qavrayışı sarsıdır və bu, müqavilənin qoruyucu mexanizm kimi qəbul edilməsinə mənfi təsir göstərir.

Nəşrin mənbələrinə görə, İran nümunəsi göstərir ki, NSYM çərçivəsində uzunmüddətli uyğunluq və AEBA-nın misli görünməmiş yoxlamaları belə ölkəni xarici zərbələrdən, sanksiyalardan və kiberhücumlardan qoruya bilməyib.

MEE yazır ki, “müdaxilə xarakterli yoxlamalar” nəticədə nüvə obyektlərinin infrastrukturu və personalı barədə həssas məlumatların ortaya çıxmasına, bunun isə sabotaj və hava hücumlarını asanlaşdırmasına səbəb ola bilər.

#İran #müharibə #nüvəsilahı
Azad İran
🚨TƏCİLİ 🇮🇷 İran Hörmüz boğazını keçməyə çalışan 🇰🇷 Cənubi Koreya gəmisini vurdu 🌊🚀💥🚢 Bu gün Cənubi Koreya mətbuatında Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir gəmiyə hücum edildiyi barədə məlumat yayılıb. Ancaq İranın rəsmi və yarırəsmi xəbər agentlikləri…
🇰🇷 Seuldan sərt mesaj: Hörmüzdəki hücum cavabsız qalmayacaq 🌊🚢🚀

Cənubi Koreya prezident administrasiyası Hörmüz boğazında HMM NAMU adlı yük gəmisinə hücumu təsdiqləyib və insidentə cavab verilə biləcəyi barədə xəbərdarlıq edib.

Seulun açıqlamasına görə, gəmiyə iki naməlum təyyarə zərbə endirib. Nəticədə yanğın baş verib və gəminin gövdəsinə ziyan dəyib. Bildirilir ki, gəmidə 24 heyət üzvü olub.

Cənubi Koreya tərəfi hadisədə İranın iştirakını hələlik təsdiqləməyib və araşdırmanın davam etdiyini vurğulayıb. Tehran isə bütün ittihamları rədd edib. (Independent Persian)

#CənubiKoreya #yükgəmisi #hücum #qisas

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ əsassız tələblərində israr edir

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehranın ABŞ-uə təqdim etdiyi təkliflər “həddindən artıq tələb” hesab oluna bilməz.

Bəqayi vurğulayıb ki, İranın əsas tələbləri dəniz təhlükəsizliyi və ölkəyə məxsus maliyyə aktivlərinin azad edilməsi ilə bağlıdır.

“İran gəmilərinə qarşı dəniz piratçılığının dayandırılması tələbi həddindən artıq tələbdir? ABŞ təzyiqi səbəbilə illərdir xarici banklarda haqsız yerə saxlanılan İran xalqına məxsus aktivlərin azad edilməsi tələbi həddindən artıqdır?” – deyə o bildirib.

Bəqayi əlavə edib ki, ABŞ tərəfinin “əsassız tələblərində” israr etməsi Tehranda narazılıq doğurur.

“Amerika tərəfinin əsasən sionist rejimin yaratdığı və inkişaf etdirdiyi düşüncə tərzinə əsaslanan birtərəfli baxışlarında və əsassız tələblərində israr etməyə davam etməsindən təəssüf edirik”, – deyə Bəqayi qeyd edib. (Snn.ir)

#İran #XİN #ABŞ #tələb

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN 🇪🇺 Avropaya xəbərdarlıq etdi: “Təhriklərə aldanmayın” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı 28 fevrala qədər açıq olub və bölgədəki gərginliyin əsas səbəbi ABŞ və İsrailin addımlarıdır.

Avropa ölkələrinə də çağırış edən diplomat deyib ki, Vaşinqtonun və “sionist rejimin” regional təhriklərinə qoşulmaq Avropa üçün faydalı olmayacaq.

“Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, onlar ABŞ və ya sionist rejimin regional məsələlərdəki təhriklərinin onlara istəmədən fayda verməyəcək bir böhrana sürükləməsinə icazə verməməlidirlər”, – deyə o, qeyd edib.

XİN sözçüsünün sözlərinə görə, bir sıra Avropa ölkələri bu müharibəni “qanunsuz, əxlaqsız və təcavüzkar” hesab edir və buna görə də ABŞ təzyiqlərinə baxmayaraq prosesə cəlb olunmayıb. (Snn.ir)

#İran #XİN #Avropa #xəbərdarlıq

Kanala abunə olun
🇮🇷 Şəriətmədari: “🇫🇷 Fransa və 🇬🇧 Britaniya gəmilərinə hücum təbii hüququmuzdur” 🌊🚢

İranın ali rəhbərinə bağlı radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari qəzetdə dərc olunan məqaləsində Hörmüz boğazı ətrafında planlaşdırılan beynəlxalq hərbi missiyaya sərt reaksiya verib.

“Hörmüz boğazı üzərində qanuni suverenlik hüququmuzla mübarizə aparmaq üçün ABŞ-ni müşayiət edəcək Fransa və Britaniya gəmilərinin və ya hər hansı digər ölkənin olması suveren işlərimizə açıq şəkildə müdaxilədir və bu döyüş gəmiləri ilə qabaqlayıcı qarşıdurma bizim təbii və tanınmış hüququmuzdur”, – deyə Şəriətmədari yazıb.

Onun sözlərinə görə, Hörmüz boğazında Fransa və Britaniya hərbi gəmilərinin görünməsi İslam Respublikasına qarşı “müharibə elanı” kimi qəbul ediləcək.

Şəriətmədari qeyd edib ki, bu gəmilər İranın uzun mənzilli raketlərinin hədəf dairəsindədir. (Iranintl)

#İran #Keyhan #Fransa #Britaniya #gəmi #hücum

Kanala abunə olun
🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇺🇸🇵🇰 Bəqayi: “İran–ABŞ danışıqlarında əsas vasitəçi hələ də Pakistandır”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehranla Vaşinqton arasında kommunikasiya prosesində əsas rəsmi vasitəçi hələ də Pakistandır.

“Bir çox ölkə, xüsusən də regional dövlətlər gərginliyin artmasından narahat olduqları üçün bizimlə əlaqə saxlayır. Qarşı tərəfləri gərginliyi artırmamağa inandırmaq üçün səmimi şəkildə çalışanları yüksək dəyərləndiririk”, – deyə o bildirib.

Onun sözlərinə görə, Pakistan İran və ABŞ arasında rəsmi vasitəçi kimi fəaliyyətini davam etdirir. Bəqayi əlavə edib ki, Qətər də daxil olmaqla digər ölkələr hər iki tərəflə əlaqə saxlayaraq diplomatik fikir mübadiləsi aparır. (Snn.ir)

#İran #XİN #ABŞ #Pakistan #danışıqlar #vasitəçi

Kanala abunə olun
Starmer: 🇬🇧 Britaniya 🇮🇷 İranla müharibəni dəstəkləmir

Britaniyanın baş naziri Kir Starmer ölkəsinin İranla müharibəni dəstəkləmədiyini bəyan edib və mümkün gərginliyin iqtisadi nəticələrindən narahatlığını ifadə edib.

Starmer bildirib ki, Britaniya vətəndaşları benzin qiymətlərinin artması və bunun ölkə iqtisadiyyatına təsiri ilə bağlı ciddi narahatlıq keçirir.

Baş nazirin sözlərinə görə, bəzi ölkələr Britaniyanı İranla müharibəyə cəlb etməyə çalışır, ancaq London bu ssenariyə qoşulmayacaq. (Iranintl)

نخست‌وزیر بریتانیا تاکید کرد که از جنگ ایران حمایت نمی‌کند و افزود که شهروندان این کشور نگران افزایش قیمت بنزین و تاثیرات اقتصادی آن هستند.

#Britaniya #İran #müharibə

Kanala abunə olun
Analitik: 🇺🇸 ABŞ 🇮🇷 İranla müharibədə məğlubiyyətə doğru gedir

Tanınmış amerikalı neokonservator analitik Robert Kaqan “The Atlantic” nəşrində dərc olunan məqaləsində ABŞ-nin İranla müharibədə tam məğlubiyyətə doğru irəlilədiyini vurğulayıb.

Kaqanın fikrincə, ABŞ və İsrailin 37 gün davam edən hücumları İran rəhbərliyinin bir hissəsini sıradan çıxarsa və ordunu zəiflətməyə çalışsa da, Tehran heç bir güzəştə getməyib. O yazır ki, ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Ras Laffan qaz obyektinə cavab zərbəsindən sonra hücumları dayandırmaq qərarına gəlib və bu zərbə illərlə bərpa olunacaq ciddi ziyan yaradıb.

Məqalədə qeyd olunur ki, İran Hörmüz boğazına nəzarəti saxlayaraq enerji təchizatına qlobal təsir imkanını genişləndirə, Körfəz ölkələrinə şərtlər diktə edə və Çin və Rusiya ilə daha güclü əməkdaşlıq qura bilər.

Kaqan müharibənin ABŞ-nin “kağız pələng” olduğunu ortaya çıxardığını, Vaşinqtonun silah ehtiyatlarını tükəndirdiyini və “Amerikadan sonrakı dünya”nın sürətləndiyini bildirib.

#ABŞ #İran
😁1
Son görüşün detalları: 🇮🇷 Laricani gizli həyatından yorulmuşdu 🤔

İran parlamentinin keçmiş üzvü və Laricani qardaşlarının bacısının həyat yoldaşı Əli Mütəhhəri IRNA agentliyinə müsahibəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani ilə son görüşü barədə danışıb.

Mütəhhərinin sözlərinə görə, Laricani öldürülməzdən təxminən bir ay əvvəl oğlu Murtəza ilə birlikdə xəbərsiz onların evinə gəlib və təxminən iki saat söhbət ediblər.

O bildirib ki, Laricani və oğlu daim yer dəyişmək, kamuflyajdan istifadə etmək və təhlükəsizlik tədbirləri ilə müşayiət olunan həyat tərzindən yorulmuş kimi görünürdülər.

Mütəhhəri maraqlı bir detal da paylaşıb. Onun sözlərinə görə, vidalaşmaq istəyərkən həyat yoldaşı Laricaniyə evin yuxarı mərtəbəsinin demək olar ki, boş olduğunu deyərək istəsə orada qala biləcəyini bildirib.

Mütəhhəri isə zarafatla belə cavab verdiyini deyib: “Xeyr, Allah xatirinə, gəlmə, hamımız öldürüləcəyik”. Mütəhhərinin sözlərinə görə, Laricani bu zarafata “dərindən gülüb”.
🇮🇷 İran və 🇸🇦 Səudiyyə Ərəbistanı 🇺🇸 ABŞ ilə danışıqları müzakirə edib ☎️

Bu gün İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Abbas Əraqçı və Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.

Məlumata görə, danışıq zamanı tərəflər Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında davam edən diplomatik proseslərlə bağlı son məqamları müzakirə edib və məsləhətləşmələr aparıblar. (Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و عربستان

#İran #SəudiyyəƏrəbistanı #XİN

Kanala abunə olun
🇮🇷 İranla əlaqəli tanker Hörmüzdən 🇮🇳 Hindistan adı ilə keçdi 🌊🚢

Bu gün “Bloomberg” xəbər verib ki, əvvəllər İran yüklərini daşıdığı bildirilən mayeləşdirilmiş neft qazı (LPG) tankeri Hörmüz boğazından keçərkən heyətinin və gəmi sahiblərinin Hindistana məxsus olduğunu bəyan edib.

Məlumata görə, “Tara Gas” adlı tanker bazar ertəsi səhər Dubay yaxınlığındakı sulardan şimal-şərq istiqamətində hərəkət edib və Hörmüz boğazında İranın Lark adası yaxınlığından keçərkən müşahidə olunub.

Bloomberg qeyd edir ki, seçilən marşrut gəminin Tehran tərəfindən təsdiqlənmiş yol üzrə hərəkət etdiyini göstərir.

Bloomberg-in yazdığına görə, Fars körfəzində ilişib qalan gəmilər bölgədən təhlükəsiz çıxmaq üçün müxtəlif üsullara əl atırlar. Hindistan, Tayland və Malayziya kimi ölkələr Tehranla enerji daşımalarının davamı üçün danışıqlar aparır. (Amerikanın Səsi)

#İran #Hörmüzboğazı #tanker #keçid

Kanala abunə olun
🛑 Hörmüzdən ikinci keçid: 🇶🇦 Qətər qazı 🇮🇷 İran–🇵🇰 Pakistan razılaşması ilə daşınır 🌊🚢

Reuters agentliyi xəbər verir ki, müharibənin başlanmasından bəri Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ikinci tankeri Tehran, Doha və İslamabad arasında koordinasiya əsasında Hörmüz boğazından keçib.

Məlumata görə, sözügedən tanker İran və Pakistanla əldə olunmuş razılaşma çərçivəsində, İranın nəzarətində olan Hörmüz boğazının şimal hissəsindən hərəkət edib. Reuters qeyd edir ki, bu keçid LNG yüklərinin strateji boğazdan necə daşındığını hər dəfə ayrıca razılaşdırılmış marşrutla həyata keçirməyə imkan verir.

Hesabatda bildirilir ki, 174 min kubmetr tutumu olan “Mehzam” tankeri Qətərin Ras Laffan terminalından yola düşüb və Pakistanın Qasim limanına doğru hərəkət edir. Gəminin 12 may tarixində limana çatacağı gözlənilir.

Bu, müharibə başlayandan bəri Qətər LNG tankerinin Hörmüz boğazından ikinci uğurlu keçidi hesab olunur.

#Qətər #tanker #LNG #Hörmüzboğazı #keçid

Kanala abunə olun
🇮🇷 İran mətbuatı əhaliyə çağırış etdi: “Suya, işığa və çörəyə qənaət edin” 📰🚰💡🍞

İranın “Ettelaat” qəzeti müharibənin davam etməsi, sanksiyalar və hökumətin məhdud imkanlarını əsas gətirərək əhalini su, elektrik enerjisi, yanacaq və əsas ərzaq məhsullarının istehlakına qənaət etməyə çağırıb.

Qəzet yazıb ki, mövcud şəraitdə xüsusilə çörək, düyü və buğda kimi strateji ərzaq məhsullarının israfı ciddi nəticələrə səbəb ola bilər.

“Ettelaat” yanacaq istehlakına da toxunaraq insanların ictimai nəqliyyatın mövcud olduğu marşrutlarda tək nəfərlik avtomobillərdən istifadə etməsini və ya sadəcə əylənmək üçün “ətrafda gəzməkdə” israr etməsini tənqid edib.

Nəşr vurğulayıb ki, düyü və buğda da daxil olmaqla qidanın həddindən artıq istehlakı yalnız iqtisadi yük yaratmır, eyni zamanda sağlam olmayan qidalanma vərdişləri səbəbilə xəstəliklərin artmasına, ömrün qısalmasına və xəstəxana xərclərinin yüksəlməsinə gətirib çıxarır.

#İran #qəzet #xalq #müharibə #qənaət #çağırış

Kanala abunə olun
😁3🤮1
The Guardian: 🇮🇷 Qalibafın oğlu 🇦🇺 Avstraliyada əmlakdan gəlir əldə edib 💵

“The Guardian” qəzeti bu gün yayımladığı məlumatda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İshaq Qalibafın Avstraliyadakı fəaliyyəti ilə bağlı yeni iddialar irəli sürüb.

Nəşrin yazdığına görə, İshaq Qalibaf Melburn Universitetində fəaliyyət göstərən bir tədqiqat mərkəzi ilə əlaqədə olub və eyni zamanda Avstraliyanın daşınmaz əmlak bazarına investisiya yatırıb.

Məlumata əsasən, Qalibaf Avstraliyada olduğu müddətdə Melburnda ən azı bir əmlakı icarəyə verərək gəlir əldə edib. Bildirilir ki, o, bu dövrdə uzunmüddətli Avstraliya yaşayış icazəsi də ala bilib.

“The Guardian” qeyd edir ki, bu proses onun viza müraciətinin Kanada tərəfindən iki dəfə rədd edildiyi dövrə təsadüf edib.

#İran #Qalibaf #Avstraliya #gəlir

Kanala abunə olun
🤬2
🇰🇿 Qazaxıstan 🇮🇷 İranın nüvə məsələsinin həllinə kömək etməyə hazırdır

Qazaxıstan prezidenti Kasım Comart Tokayevin mətbuat xidmətinin 🇧🇷 Braziliya xarici işlər naziri Vieyra ilə görüşdən sonra verdiyi açıqlamada deyilir: "Dövlət başçısı Qazaxıstanın müvafiq beynəlxalq razılaşmalar əldə ediləcəyi və bu məsələnin praktiki fəaliyyətə çevriləcəyi təqdirdə İranın nüvə məsələsinin həllinə vicdanla töhfə verməyə hazır olduğunu ifadə edib.

Tokayev AEBA-nın nəzarəti altında nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadəyə sadiq olduğunu bir daha təsdiqləyib".


#Qazaxıstan #İran #nüvəproblemi

Kanala abunə olun