Azad İran
5.8K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran və 🇶🇦 Qətər regional prosesləri müzakirə edib ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefon danışığı aparıb.

Məlumata görə, tərəflər söhbət zamanı bölgədə baş verən son proseslər və mövcud diplomatik mövzular ətrafında fikir mübadiləsi ediblər. (Əraqçının “Telegram” kanalı)

#İran #Qətər #XİN #müzakirə

Kanala abunə olun
🇮🇷 Xatəmül-Ənbiya qərargahının komandanı Müctəba Xameneyi ilə görüşüb 👳‍♂️

Bu gün IRNA agentliyi Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi və İranın ali rəhbəri Müctəba Xameneyu arasında görüş keçirildiyini bildirib.

Məlumata görə, Əli Abdullahi görüş zamanı Müctəba Xameneiyə Silahlı Qüvvələrin hazırkı vəziyyəti ilə bağlı hesabat təqdim edib və vurğulayıb ki, istənilən “strateji səhv”, təcavüz və ya düşmən hücumuna qarşı “tez, qətiyyətlə və güclə” cavab veriləcək.

IRIB News agentliyi isə xəbər verir ki, Müctəba Xamenei görüşdə silahlı qüvvələrin fəaliyyətini “təqdir edib”.

Daha əvvəl Xameneyinin Məsud Pezeşkianla görüşü barədə yayılan xəbərlər də müxtəlif şübhələrlə müşayiət olunmuşdu.

#İran #alirəhbər #XatəmülƏnbiya #görüş
😁21🤮1
🇦🇪 BƏƏ 🇮🇷 İran dronlarını məhv edib

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan iki pilotsuz uçuş aparatını (PUA) uğurla məhv etdiyini açıqlayıb.

Nazirlik bildirib ki, İranın “açıq hücumlarının” başlanmasından bəri BƏƏ hava hücumundan müdafiə sistemləri ümumilikdə 551 ballistik raket, 29 qanadlı raket və 2265 PUA-nı zərərsizləşdirib.

Açıqlamada qeyd olunur ki, bu müddət ərzində hərbi itkilərin ümumi sayı 3 nəfərə çatıb. Mülki itkilər arasında isə Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misir vətəndaşları olmaqla 10 nəfərin öldüyü bildirilib. (Independent Persian)

#BƏƏ #İran #dron #hücum

Kanala abunə olun
👍1
🇮🇷 İran 🇺🇸 ABŞ-ni təklifinə cavabı 🇵🇰 Pakistan vasitəsilə göndərib

Bu gün IRNA xəbər agentliyindən bildirilib ki, İranın ABŞ-nin müharibəyə son qoymaq üçün təqdim etdiyi son təklifə cavabı Pakistan vasitəçisinə göndərilib.

Məlumata görə, cavab rəsmi kanallar üzərindən İslam Respublikasının mövqeyini çatdırmaq məqsədilə təqdim edilib.

Şənbə günü ABŞ prezidenti Donald Tramp İranın cavabını mümkün qədər tez alacağını gözlədiyini bildirmişdi.

Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında Tehran rəsmilərinin ABŞ təklifləri ilə bağlı rəy və müşahidələrinin araşdırmalar yekunlaşdıqdan və nəticələr çıxarıldıqdan sonra göndəriləcəyini qeyd etmişdi.

#İran #ABŞ #təklif #cavab

Kanala abunə olun
🇮🇷 İran parlamentindən 🇺🇸 ABŞ-yə xəbərdarlıq: “Təmkinlilik bitdi” 🤔

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi ABŞ-ni Fars körfəzində İran gəmilərinə mümkün hücumlarla bağlı xəbərdar edib.

Rzayi “X” hesabında paylaşdığı mesajda bildirib ki, İranın təmkinli mövqeyi artıq başa çatıb.

“Təmkinliliyimiz bu gündən etibarən bitib. Gəmilərimizə edilən hər hansı hücum İranın Amerika gəmilərinə və hərbi bazalarına qarşı güclü və qətiyyətli cavabı ilə nəticələnəcək”, – deyə o, yazıb.

O, əlavə edib ki, “ən yaxşı yol təslim olmaq və güzəştə getməkdir” və ABŞ-nin “yeni regional nizama öyrəşməli olduğunu” bildirib.

Bu açıqlama medianın Qətər sahillərində bir yük gəmisinin hədəfə alındığını bildirməsindən bir neçə saat sonra yayılıb.

#İran #parlament #xəbərdarlıq #ABŞ

Kanala abunə olun
3😁1
🇮🇷 İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin “X” platformasında regiondakı proseslərlə bağlı paylaşımına sərt reaksiya verib.

Bəqayi bildirib ki, AEBA-nın əsas missiyası siyasi mövqe səsləndirmək deyil, nüvə obyektlərinə nəzarət və yoxlamalar aparmaqdır.

“AEBA-nın missiyası Hörmüz boğazı, İranın raketləri və ya Tehranın məsələlərə yanaşması ilə bağlı siyasi mesajlar göndərmək deyil, yoxlamadır”, – deyə Bəqayi yazıb.

O əlavə edib ki, peşəkar qərəzsizlik siyasi davranışa və şəxsi ambisiyalara qurban verildikdə qurumların etibarlılığı zədələnir və bu, onların effektivliyini zəiflədir.

#İran #XİN #AEBA
🇮🇷 İran və 🇹🇷 Türkiyə 🇺🇸 ABŞ ilə danışıqları müzakirə edib ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

Məlumata görə, tərəflər Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında davam edən diplomatik danışıqlarla bağlı son prosesləri müzakirə edib və fikir mübadiləsi aparıblar. (Əraqçının “Telegram” kanalı)

#İran #Türkiyə #XİN

Kanala abunə olun
🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Deputat: "Hörmüz boğazı ölkəyə 15 milyard dollarlıq qazanc gətirə bilər" 🌊💸💲

İran Parlamentinin Sənaye Komissiyasının üzvü Mustafa Taheri müsahibəsində təklif olunan layihənin ölkə üçün təxminən 15 milyard dollar gəlir gətirə biləcəyini iddia edib.

O, normal şəraitdə İranın neft gəlirlərinin təxminən 40 milyard dollara çata biləcəyinə işarə edərək, bu rəqəmin ölkənin neft gəlirlərinin üçdə birindən çoxuna bərabər olduğunu və iqtisadiyyatda "əhəmiyyətli inkişaf" yarada biləcəyini bildirib.

Taheri eləcə də bu gəlirin əhəmiyyətinin onun valyuta dəyərindən qaynaqlandığını və valyuta bazarının yaxşılaşdırılmasında, məzənnənin oynamasının azaldılmasında, tələb və təklifin idarə olunmasında təsirli rol oynaya biləcəyini vurğulayıb.

مصطفی طاهری، عضو کمیسیون صنایع مجلس، روز یکشنبه ۲۰ اردیبهشت در گفتگویی تلویزیونی مدعی شد بر اساس پیش‌نویس مطرح‌شده، امکان ایجاد حدود ۱۵ میلیارد دلار درآمد برای کشور وجود دارد.

#İran #deputat #Hörmüzboğazı #valyuta #qazanc

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "🇮🇷 İrandakı uranı nə vaxt istəsək əldə edəcəyik"

Jurnalist: "Hələ nüvə materiallarını, yəni onlardan zənginləşdirilmiş uranı əldə etməmişiksə, müharibənin hansı mərhələsindəyik?"

Donald Tramp: "Biz bunu nə vaxt istəsək, hansısa məqamda əldə edəcəyik.
Biz oraya nəzarət edirik, bilirsiniz, mən 'Kosmik Qüvvələr' adlı bir şey yaratmışam.

Onlar hər şeyi izləyirlər.
Əgər kimsə oraya daxil olsa, onlar sizə həmin şəxsin adını, ünvanını, nişan nömrəsini deyə bilərlər.

Biz oranı çox yaxşı müşahidə edirik.
Əgər kimsə o yerə yaxınlaşsa, bizim bundan xəbərimiz olacaq".


#ABŞ #Tramp #İran #uran

Kanala abunə olun
🇮🇷 Nikzad: "Hörmüz boğazı 🇺🇸 ABŞ-nin İrana qarşı əməliyyatı nəticəsində açılmayacaq" 🗣🌊

İran parlamentinin sədr müavini Əli Nikzad deyib: "Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq; biz təslim olmayacağıq.

Dünya heç bir təzyiq altında təslim olmayacaq bir qüvvə ilə qarşılaşdığını anlamalıdır.

ABŞ və İsrail İran sayəsində ümidsizlik bataqlığına düşüblər.

Silahlı qüvvələrimiz Amerikaya tarix və coğrafiya dərsi keçib".

نیکزاد: تنگه هرمز با عملیات نظامی باز نمی‌شود/ تسلیم نمی‌شویم

#İran #ABŞ #Hörmüzboğazı #müharibə

Kanala abunə olun
😁1🤮1
🇮🇷 İran 🇫🇷 Fransa və 🇬🇧 Böyük Britaniyanın Hörmüz boğazına gəmi göndərməsilə bağlı xəbərdarlıq edib 🚢🗣

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, regiondan kənar hərbi gəmilərin Hörmüz boğazına yerləşdirilməsi həyati əhəmiyyətli bir su yolunun militarizasiyasına gətirib çıxarır və böhranı daha da ağırlaşdırır.

Naviqasiya azadlığını qorumaq bəhanəsi ilə Fransa təyyarədaşıyan gəmisi Şarl de Qoll və Britaniya hərbi gəmilərinin bölgəyə göndərilməsi ilə bağlı şərh verən diplomat bu hərəkətləri "sabitliyi pozmaq" kimi təsvir edib.

Qəribabadi vurğulayıb ki, Hörmüz boğazının təhlükəsizliyi yalnız İran qüvvələri tərəfindən təmin edilir və xarici qüvvələrin hər hansı bir bəhanə ilə orada olması qəbuledilməzdir

#İran #Fransa #Britaniya #Hörmüzboğazı

Kanala abunə olun
😁1
🇵🇰 Pakistan 🇮🇷 İrandan aldığı cavabı 🇺🇸 ABŞ tərəfinə çatdırıb

Bu barədə Pakistanın diplomatik mənbəsi "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Bu gün səhər İran mənbələri qarşıdan gələn danışıqların müharibənin sona çatmasına yönələcəyini və İranın nüvə proqramından bəhs edilməyəcəyini bildiriblər.

#Pakistan #İran #cavab #ABŞ #danışıqlar #təklif

Kanala abunə olun
🇺🇸 Tramp 🇮🇷 İrana qarşı güc nümayişini sərgiləyən paylaşım edib 🗣

ABŞ prezidenti Donald Tramp sosial media hesabında bu haqda şəkillər paylaşıb.

Şəkildə "Obama/Bayden" dövrü ilə "Tramp" dövrü müqayisə edilir.

Sol tərəfdə suyun üzərində hərəkət edən çox sayda İran gəmisi göstərilir ki, bu da həmin vaxt İranın dənizdə daha sərbəst və təhlükəli olduğu mesajını verir.

Sağ tərəfdə eyni gəmilərin dənizin dibində, batmış vəziyyətdə olduğu təsvir edilir. Bu, Tramp dövründə İranın hərbi dəniz gücünün zərərsizləşdirildiyinə dair simvolik müddəadır.

ABŞ hərbi gəmisi lazer şüaları ilə səmada bir neçə dronu eyni anda məhv edərkən təsvir olunub.

Bu, ABŞ-nin yüksək texnoloji silahlarını və hava hücumundan müdafiə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Dronlar Kəpənəklər Kimi Düşür: Burada kəpənəklərin suya düşməsi ilə İran dronlarının vurularaq dənizə tökülməsi arasında vizual bənzətmə aparılır. Şəklin sağ tərəfində üzərində İran bayrağı olan dronların partlayaraq suya düşdüyü görünür.

#Tramp #zərbə #İran
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH-la əlaqəli qrupun fəaliyyətləri barədə təfərrüatlar

Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən SEPAH ilə əlaqəli bir qrup üzvünün həbsinin təfərrüatlarını açıqlayıb.
Nazirlik qeyd edib ki, İranın özündə də SEPAH ilə Bəhreyn agentləri arasında "əlaqədar" kimi daha 11 nəfər müəyyən edilib.

Həmçinin aydınlaşıb ki, bu qrup İran və onun İraq və Livandakı proksi təşkilatları üçün casusluq etməklə yanaşı, Krallıqdakı şiə icmasına qarşı "mütəşəkkil terrorizm"lə məşğul olub

Xüsusilə, onlar xarici güclərə, xüsusən də SEPAH-a sədaqət mədəniyyətini yaymaq, eləcə də "dövlətə düşmənçilik və onun qanunlarına hörmətsizlik etmək, milli təhlükəsizliyə xələl gətirmək" məqsədi ilə dini, xeyriyyə və təhsil müəssisələrinə nüfuz ediblər.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin qeyd etdiyi kimi, qrup üzvləri vətəndaşlara qarşı cinayətlər törətmiş və Bəhreyndə terrorçuluğu maliyyələşdirmək niyyəti ilə qanunsuz məqsədlər üçün pul toplayıblar.

#İran #Sepah #casusluq #Bəhreyn

Kanala abunə olun
🇮🇷 İran mediası Tehranın 🇺🇸 Vaşinqtonun təklifinə verdiyi cavabın təfərrüatlarını təqdim edib

Tasnim xəbər agentliyi məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, İranın əks təklifində ABŞ sanksiyalarının qaldırılmasının, bütün cəbhələrdə müharibənin dayandırılmasının və Amerika tərəfinin müəyyən öhdəliklərini yerinə yetirərkən Hörmüz boğazının İran tərəfinə nəzarətin vacibliyi vurğulanır.

Digər əsas şərt ilkin razılaşmanın imzalanmasından sonra dəniz blokadasının dərhal qaldırılmasıdır.
Bundan əlavə, mənbənin məlumatına görə, Tehran neft satışına qoyulan sanksiyaların 30 gün ərzində ləğv edilməsini tələb edir.

"İranın dondurulmuş aktivlərinin ilkin razılaşmanın imzalanması ilə sərbəst buraxılması, eləcə də ABŞ-nin bu 30 gün ərzində müəyyən tədbirlər görməsi də İranın təklifinin mətnində yer alıb", - deyə Tasnim qeyd edir.

#İran #ABŞ #təkliflər #cavab

Kanala abunə olun
🇫🇷 Makron: "Fransa 🇮🇷 İranla koordinasiyalı şəkildə Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün bir missiya planlaşdırır"

Fransa prezidenti bildirib ki, Paris "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Qırmızı dənizin cənubuna doğru irəlilədikcə Hörmüz boğazında dəniz nəqliyyatının bərpasını dəstəkləməyə hazırdır.

Söhbət hərbi yerləşdirmədən söhbət getmir.

Prezident Makron Fransanın Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına "İranla koordinasiyalı şəkildə" kömək etməyə "hazır olduğunu" təkrarlayıb.

Onun bu sözləri İranın boğaz yaxınlığında Fransa və Britaniya dəniz qüvvələrinin olması ilə bağlı xəbərdarlıq etməsi ilə eyni vaxta təsadüf edir.

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bundan əvvəl bildirmişdi ki, boğazda və ya ətrafında Fransa və ya 🇬🇧 Britaniya dəniz qüvvələrinin yerləşdirilməsi İran silahlı qüvvələrinin "qətiyyətli və təcili cavabı" ilə nəticələnəcək.

#Fransa #Makron #İran #Hörmüzboğazı #koordinasiya

Kanala abunə olun
🇺🇸 Tramp 🇮🇱 Netanyahu ilə ABŞ-nin nüvə sazişi planına 🇮🇷 İranın cavabını müzakirə edib

Donald Tramp "Axios"-a bildirib ki, Netanyahu ilə telefon danışığı aparıb və ABŞ-nin nüvə sazişi təklifinə İranın cavabını müzakirə ediblər.

Tramp vurğulayıb ki, bu məsələ söhbətin yalnız kiçik bir hissəsini təşkil edir.

Tramp İranla danışıqlara toxunaraq deyib: "Çox xoş bir söhbət idi. Bizim yaxşı münasibətlərimiz var, amma bu, mənim işimdir, başqasının yox".

#ABŞ #Tramp #Netanyahu #İran #nüvəsazişi

Kanala abunə olun
1