Azad İran
5.8K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ 🇮🇷 İran limanlarına qarşı blokadanı davam etdirir 🔥🌊🚢

CENTCOM ABŞ-nin dəniz blokadasını pozaraq İran limanına daxil olan M/T Sea Star III və M/T Sevda tanker gəmilərinə endirilən zərbənin görüntülərini yayımlayıb.

#ABŞ #İran #blokada #liman #tanker #zərbə

Kanala abunə olun
NYT: "🇷🇺 Rusiya Xəzər dənizi vasitəsilə 🇮🇷 İrana zəruri mallar və silahlar göndərir"

“The New York Times” qəzeti yazır: “Rusiya 🇺🇸 Amerika hücumları qarşısında Tehranı dəstəkləməyə davam edərək Xəzər dənizindən hərbi və kommersiya təchizatı üçün istifadə edir”.

Nəşr iddia edir ki, Xəzər dənizi sanksiyalardan və ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadasından yayınmaq üçün həyati əhəmiyyətli bir dəhlizə çevrilib.
Amerika rəsmiləri iddia edirlər ki, Rusiya bu marşrut vasitəsilə dronlar üçün komponentlər tədarük edir.

Nəşrin məlumatına görə, "əvvəllər beynəlxalq kanallarla gələn buğda, qarğıdalı və bitki yağı kimi vacib mallar müharibə şəraitində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Xəzər dənizindəki fəaliyyətdə olan 4 İran limanı vasitəsilə daşınır".

#Rusiya #İran #Xəzərdənizi #ABŞ #blokada

Kanala abunə olun
🇮🇷 İran 🇺🇸 ABŞ-nin enerji blokadasını yarmaq üçün açıq dəniz gəmiçiliyindən istifadə edir 🚢🛢

“The Washington Post” qəzeti yazır: “Birləşmiş Ştatlar İranı blokadaya alsa da, onun nefti gəmidən gəmiyə daşınma yolu ilə okeanlardan axmağa davam edir”.

Ekspertlər bildirirlər ki, dənizdə gizli daşınmalardan blokada tətbiq olunmazdan əvvəl İran limanlarından və Oman körfəzindən çıxan neftin mənşəyini gizlətmək üçün istifadə olunur.

Ucqar sularda izləmə sistemlərindən yayınmaq və gəmidən gəmiyə köçürmələr kimi mürəkkəb üsullardan istifadə edən geniş tanker şəbəkəsi ciddi dəniz nəzarətindən uğurla yayınır.

Peyk görüntüləri və izləmə məlumatları göstərir ki, Hind və Sakit okeanlarındakı onlarla gəmi yanacaq yükünü yenidən yükləyir ki, onun orijinal mənşəyini müəyyən etmək mümkün olmasın.

#İran #ABŞ #blokada #gəmi #tanker #neft

Kanala abunə olun
🇮🇷🇦🇪 BƏƏ-nin Fuceyra şəhərində neft infrastrukturuna edilən son hücumun peyk görüntüləri 🛢💥🔥

Dörd neft çəninin zədələndiyi görünür.

تصاویر ماهواره‌ای از آخرین حمله به زیرساخت‌های نفتی در فجیره، امارات متحده عربی.
به نظر می‌رسد چهار مخزن نفت آسیب دیده‌اند.

#BƏƏ #İran #hücum #ABŞ

Kanala abunə olun
🇷🇺 Putin: "Rusiya 🇮🇷 İranın zənginləşdirilmiş uran saxlama təcrübəsini təkrarlamağa hazırdır"

"İran ətrafındakı münaqişə Rusiyanı həm Tehran, həm də digər Fars körfəzi ölkələri ilə yaxşı münasibətlərinə görə çətin vəziyyətə salır".

Bu sözləri deyən Rusiya prezidenti Vladimir Putin bildirib ki, "İran ətrafında vəziyyət gərginləşərsə, hamı bundan əziyyət çəkəcək".

#Rusiya #Putin #İran #uran

Kanala abunə olun
🇮🇷 İranın Cask bölgəsi yaxınlığında 🇺🇸 ABŞ qüvvələri tərəfindən dörd tankerə hücum edilib

Tankerlərin təchizat çatdırdıqdan sonra boş olduğu və İrana doğru getdiyi deyilir. Dörd tankerin məhv edilməsi bu gün ABŞ Mərkəzi Komandanlığı tərəfindən təsdiqlənib.

چهار نفتکش در نزدیکی منطقه کاسک ایران مورد حمله نیروهای آمریکایی قرار گرفتند

#İran #ABŞ #tanker #hücum

Kanala abunə olun
4🔥1
🇺🇸 ABŞ-yə xəbərdarlıq: 🇮🇷 İran plutonium yolu ilə bomba qura bilər ☢️💣

Fox News-un məlumatına görə, nüvə silahlarının yayılmaması üzrə mütəxəssislər Tramp administrasiyasına xəbərdarlıq ediblər ki, İranla imzalanacaq hər hansı yeni müqavilə yalnız uranın zənginləşdirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda plutoniumla bağlı fəaliyyətləri də açıq şəkildə qadağan etməlidir.

Analitiklər hesab edirlər ki, Vaşinqtonun diqqəti əsasən uran məsələsinə yönəldiyi üçün Tehran bu “kor nöqtədən” istifadə edərək plutonium əsaslı nüvə silahı hazırlamağa cəhd göstərə bilər.

“Nüvə İranına Qarşı Koalisiya”nın siyasət direktoru Ceyson Brodski İsrailin 2025-ci ilin iyununda və 2026-cı ilin martında Arak ağır su reaktoruna hücumlarını xatırladaraq bildirib ki, İranın obyektin bərpasına yönəlmiş cəhdləri danışıqlarda plutonium yolunun tam bağlanmasının vacibliyini göstərir. (Independent Persian)

#ABŞ #İran #razılaşma #plutonium #bomba #xəbərdarlıq

Kanala abunə olun
1
🚨SON DƏQİQƏ

WSJ: 🇮🇱 İsrail 🇮🇶 İraqda 🇮🇷 İrana qarşı müharibə üçün gizli hərbi baza yaradıb 😱

“The Wall Street Journal” qəzeti yazıb ki, İsrail İrana qarşı hava əməliyyatlarını dəstəkləmək məqsədilə İraq səhrasında gizli hərbi baza yaradıb.

Hesabatda bildirilir ki, İraq qüvvələri bazanı kəşf etməyə yaxınlaşdığı vaxt İsrail həmin qüvvələrin mövqelərini hava zərbələri ilə hədəfə alıb.

Hərbi baza İran müharibəsinin başlamasından qısa müddət əvvəl, Vaşinqtonun məlumatı ilə qurulub. Bildirilir ki, obyektdə İsrail xüsusi təyinatlıları yerləşdirilib və sözügedən baza İsrail Hərbi Hava Qüvvələri üçün logistika mərkəzi kimi istifadə olunub.

WSJ yazır ki, İsrail qırıcılarının qəzaya uğraması ehtimalı nəzərə alınaraq bazada pilotların xilas edilməsi üçün axtarış-xilasetmə qrupları da fəaliyyət göstərib. (BBC)

#İsrail #hərbibaza #İraq #İran #müharibə

Kanala abunə olun
🇮🇷 “Keyhan” SEPAH-ı tənqid etdi: Hörmüzdə “güzəştə” yer yoxdur ❗️

İranın ali rəhbərinə bağlı radikal mövqeli “Keyhan” qəzeti ABŞ-nin İslam Respublikasına qarşı dəniz blokadasının davam etdiyi bir vaxtda Hörmüz boğazından gəmilərin keçməsinə icazə verilməsini tənqid edib.

Qəzet SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bu addımını “birtərəfli güzəşt” adlandıraraq, İranın blokada şəraitində geri addım atmamalı olduğunu bildirib.

“Keyhan” yazıb ki, ABŞ ordusunun bazar ertəsi günü həyata keçirdiyi addımların uğursuzluğundan sonra SEPAH-ın Dəniz Qüvvələrinin gəmilərin boğazdan keçə biləcəyinə dair bəyanat yayması sual doğurur.

“Niyə SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmilərin gəlib keçə biləcəyi barədə bəyanat yayıb? Hətta onların yanacaq və digər ehtiyaclarını ödəyəcəyik?” – deyə qəzetdə yazılıb.

Qeyd olunub ki, belə bir şəraitdə Tehran “düşmənin birtərəfli güzəştləri nəzərdən keçirəcəyi” mövqeyinə düşməməlidir. (Iranintl)

#İran #Keyhan #SEPAH #tənqid

Kanala abunə olun
😁2
🇶🇦 Qətər sahillərində gəmi naməlum raketlə vurulub 🚢🚀

Bu gün AFP agentliyi Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatına (UKMTO) istinadən xəbər verir ki, Qətər sahillərində bir yük gəmisinə naməlum raket dəyib.

UKMTO-nun məlumatına görə, hadisə Doha şəhərindən 23 dəniz mili (təxminən 37 km) şimal-şərqdə baş verib. Bildirilir ki, yük gəmisi “naməlum raket”lə vurulub.

Məlumata əsasən, gəmidə baş verən kiçik yanğın söndürülüb və insident nəticəsində insan itkisi qeydə alınmayıb.

Hadisə SEPAH-ın bölgədəki ABŞ gəmilərini hədəf alacağı ilə bağlı hədələrindən sonra baş verib.

Bu xəbər ABŞ dövlət katibi Marko Rubionun şənbə günü Mayamidə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşü fonunda yayılıb. (Independent Persian)

#Qətər #sahil #gəmi #hücum

Kanala abunə olun
🇮🇷 İran 🇪🇺 Avropada diplomatik nümayəndəliklərdən fəalları izləmək üçün istifadə edir

İnsan haqları təşkilatı “Hana” bildirib ki, İranın Avropadakı diplomatik nümayəndəlikləri müxaliflər, jurnalistlər və insan haqları fəalları haqqında məlumat toplamaq və onları izləmək məqsədilə istifadə olunur.

Təşkilatın açıqlamasında qeyd edilir ki, bəzi İran diplomatik missiyaları rəsmi səlahiyyət çərçivəsindən kənara çıxaraq hüquq-mühafizə və məhkəmə qurumları ilə əməkdaşlıq edir, nəticədə fəalların ünvanları, əmlakı və ailə əlaqələri barədə məlumatlar toplanır.

Hana bu halların İran müxaliflərini təhdid etmək və təzyiq altında saxlamaq üçün “diplomatik örtükdən sui-istifadə” kimi dəyərləndirdiyini vurğulayıb.

#İran #Avropaölkələri #diplomatiknümayəndəlik #təqib

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
Bayramov: “🇮🇷 İran 🇦🇿 Azərbaycana dron hücumunu araşdıracağına söz verib”

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İran tərəfi Azərbaycana dron hücumu ilə bağlı ciddi araşdırma aparacağına söz verib.

"İran tərəfinin mövqeyi budur ki, bu dronlar İslam Respublikası tərəfindən atılmayıb; bu, üçüncü ölkələrin təxribatı idi. Onlar Azərbaycan tərəfinə bu məsələ ilə bağlı ciddi araşdırma aparacağına söz veriblər. Hazırkı vəziyyət belədir", - deyə, nazir qeyd edib.

#Azərbaycan #XİN #İran #dronhücumu #araşdırma

Kanala abunə olun
👍2
📰 WSJ: “🇮🇷 Xameneyinin yoxluğu Tehranda fikir ayrılıqlarını artırıb”

“The Wall Street Journal” qəzeti xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xameneyi fevralın 28-də baş verən hava hücumunda ağır yaralandıqdan sonra iki aydan çoxdur ictimaiyyət qarşısına çıxmayıb.

Qəzetin iddiasına görə, həmin hücum mərhum ali lider Əli Xameneyi və həyat yoldaşının ölümünə səbəb olub. WSJ yazır ki, Müctəba Xameneinin uzun müddət görünməməsi rejim tərəfdarları arasında ABŞ ilə danışıqlara münasibətdə fikir ayrılıqlarını daha da artırıb.

Məlumata əsasən, İran hakimiyyəti yeni lider ictimaiyyət qarşısında görünmədiyi və danışıqlarla bağlı açıq mövqe bildirmədiyi bir vaxtda müharibəyə son qoymaq üçün razılaşma əldə etməyə çalışır.

Qəzetin yazdığına görə, İran hakimiyyəti bu müddətdə Müctəbanın heç bir yeni foto və ya audio materialını yayımlamayıb. Bu isə bəzi vətəndaşlar arasında onun sağ olub-olmaması ilə bağlı şübhələr yaradıb. (Iranintl)

#İran #MüctəbaXameneyi #fikirayrılıqları

Kanala abunə olun
Azad İran
🇶🇦 Qətər sahillərində gəmi naməlum raketlə vurulub 🚢🚀 Bu gün AFP agentliyi Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatına (UKMTO) istinadən xəbər verir ki, Qətər sahillərində bir yük gəmisinə naməlum raket dəyib. UKMTO-nun məlumatına görə, hadisə Doha…
Fars News: “🇶🇦 Qətər sahillərində vurulan yük gəmisi 🇺🇸 ABŞ-yə məxsus olub”

SEPAH-a bağlı Fars News agentliyi Qətər sahillərində hədəf alınan yük gəmisi ilə bağlı adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, gəmi ABŞ bayrağı altında hərəkət edib və ABŞ-yə məxsus olub.

Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bazar günü səhər yaydığı məlumatda bildirib ki, Dohadan 23 dəniz mili (təxminən 37 km) şimal-şərqdə yerləşən yük gəmisinə mərmi atılıb.

Məlumata görə, gəmidə kiçik yanğın baş verib, yanğın qısa müddətdə söndürülüb və hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

#Qətər #gəmi #ABŞ

Kanala abunə olun
Pezeşkian: “🇮🇷 İran xalqı heç vaxt düşmən qarşısında əyilməyəcək” 🗣

Bu gün İran prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar və dialoq təslim olmaq anlamına gəlmir və məqsəd İran xalqının hüquqlarını qorumaqdır.

Pezeşkian bu fikirləri müharibənin vurduğu ziyanın bərpası üzrə yaradılan İşçi Qrupun iclasında səsləndirib.

Onun sözlərinə görə, “danışıqlardan söhbət gedirsə, bu, geri çəkilmək deyil, İran xalqının hüquqlarını həyata keçirmək və milli maraqları qətiyyətlə müdafiə etmək deməkdir”.

Prezident qeyd edib ki, zərər çəkmiş ailələrin psixoloji təhlükəsizliyinin və dincliyinin təmin edilməsi hökumətin yenidənqurma və kompensasiya mərhələsində əsas prioritetidir.

Pezeşkian əlavə edib ki, hökumət ziyan görən ailələrin ehtiyaclarının ödənilməsində fəal iştirak etməsi üçün xammal və digər resursların təmin olunmasına yardım göstərməyə hazırdır. (IRIB News)

#İran #Pezeşkian #müharibə #xalq

Kanala abunə olun
🤮1
🇮🇷 İran komandanı: “Delfinlərimiz dənizdə güc nümayiş etdirdi” 🐬🌊

Bu gün İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bildirib ki, ölkənin sualtı qayıqları Hörmüz boğazı sularında hərbi təlimlər keçirib və müxtəlif manevrlər icra edib.

Onun sözlərinə görə, sualtı qayıqlar “atəş açıb və dənizin dərinliklərinə enib”.

İrani əlavə edib ki, “Fars körfəzi delfinləri” adlandırılan dəniz bölmələri Hörmüz boğazında suya çıxaraq müdafiə qabiliyyətlərini nümayiş etdirib və bir neçə “manevr” həyata keçirib.

Daha sonra həmin qüvvələrin təlimdən sonra dənizin dərinliklərinə qayıtdığı qeyd olunub. (Tasnim News)

#İran #sualtıqayıqlar #Hörmüzboğazı #manevr

Kanala abunə olun
😁2
🇮🇷 İranda 🇮🇱 Mossadla əlaqəli iki terror şəbəkəsi zərərsizləşdirilib

İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi Mossadla əlaqəli olduğu iddia edilən iki ayrı əməliyyat qrupunun müəyyən edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, Qərbi Azərbaycan əyalətində Tehrandakı “həssas mərkəzlərə və fərdi sui-qəsdlərə qarşı terror əməliyyatları” planlaşdırdığı deyilən dörd nəfərlik qrup aşkarlanaraq həbs edilib. Açıqlamada bildirilir ki, əməliyyat zamanı bir nəfər “İmam Zamanın Naməlum Əsgərləri” ilə qarşıdurmada öldürülüb.

Eyni açıqlamaya əsasən, Kerman və Əlborz əyalətlərində də oxşar fəaliyyət göstərən başqa bir qrup kəşfiyyat müşahidəsi nəticəsində müəyyən edilib və hər hansı əməliyyat həyata keçirməmişdən əvvəl saxlanılıb.

Bundan başqa, Qəzvin əyalətində hərbi obyektlərdən məxfi məlumatların çıxarılmasını planlaşdırdığı iddia edilən “Məsud-T” adlı şəxsin ölkənin şimal sərhədlərindən birində tutulduğu bildirilib. (ISNA)

#İran #ETTELAAT #Mossad #terrorşəbəkəsi
👍1😁1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin təkrar hücumu halında yeni silahlar hazırladığını açıqladı

İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-nin mümkün yeni hücumu halında Tehranın “gözlənilməz variantlar” hazırladığını açıqlayıb.

Onun sözlərinə görə, ABŞ yenidən İrana hücum edərsə, İran daha mürəkkəb və yeni silahlar, yeni döyüş metodları və “yeni əraziləri” əhatə edən cavab planlarını işə sala bilər.

“Əgər ABŞ ölkəmizə yenidən hücum etmək səhvinə yol verərsə, qaçılmaz olaraq gözlənilməz variantlarla qarşılaşacaq. Bunlara daha mürəkkəb və yeni avadanlıqlar, yeni müharibə metodları və ən əsası yeni ərazilər daxil olacaq”, – deyə Əkrəminiya bildirib.

O əlavə edib ki, qarşıdurma “yeni ərazilərə” yayılarsa, İran Vaşinqtonu gözlənilməz şəkildə “qəfil yaxalaya” bilər, çünki ABŞ belə bir inkişafı əvvəlcədən hesablaya bilməyəcək. (IRNA)

#İran #ordusözçüsü #ABŞ #hücum

Kanala abunə olun
😁1
🇮🇷 İran və 🇶🇦 Qətər regional prosesləri müzakirə edib ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefon danışığı aparıb.

Məlumata görə, tərəflər söhbət zamanı bölgədə baş verən son proseslər və mövcud diplomatik mövzular ətrafında fikir mübadiləsi ediblər. (Əraqçının “Telegram” kanalı)

#İran #Qətər #XİN #müzakirə

Kanala abunə olun
🇮🇷 Xatəmül-Ənbiya qərargahının komandanı Müctəba Xameneyi ilə görüşüb 👳‍♂️

Bu gün IRNA agentliyi Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi və İranın ali rəhbəri Müctəba Xameneyu arasında görüş keçirildiyini bildirib.

Məlumata görə, Əli Abdullahi görüş zamanı Müctəba Xameneiyə Silahlı Qüvvələrin hazırkı vəziyyəti ilə bağlı hesabat təqdim edib və vurğulayıb ki, istənilən “strateji səhv”, təcavüz və ya düşmən hücumuna qarşı “tez, qətiyyətlə və güclə” cavab veriləcək.

IRIB News agentliyi isə xəbər verir ki, Müctəba Xamenei görüşdə silahlı qüvvələrin fəaliyyətini “təqdir edib”.

Daha əvvəl Xameneyinin Məsud Pezeşkianla görüşü barədə yayılan xəbərlər də müxtəlif şübhələrlə müşayiət olunmuşdu.

#İran #alirəhbər #XatəmülƏnbiya #görüş
😁21🤮1
🇦🇪 BƏƏ 🇮🇷 İran dronlarını məhv edib

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan iki pilotsuz uçuş aparatını (PUA) uğurla məhv etdiyini açıqlayıb.

Nazirlik bildirib ki, İranın “açıq hücumlarının” başlanmasından bəri BƏƏ hava hücumundan müdafiə sistemləri ümumilikdə 551 ballistik raket, 29 qanadlı raket və 2265 PUA-nı zərərsizləşdirib.

Açıqlamada qeyd olunur ki, bu müddət ərzində hərbi itkilərin ümumi sayı 3 nəfərə çatıb. Mülki itkilər arasında isə Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misir vətəndaşları olmaqla 10 nəfərin öldüyü bildirilib. (Independent Persian)

#BƏƏ #İran #dron #hücum

Kanala abunə olun
👍1