Azad İran
5.8K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
NYT: Hörmüz bağlandıqdan sonra 🇷🇺 Rusiya–🇮🇷 İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib 🌊

“The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan sonra Rusiya mallarının və avadanlıqlarının bir hissəsini Xəzər dənizi vasitəsilə İrana daşımağa başlayıb və bu marşrut müharibə dövründə Tehranla Moskva arasında əsas əməkdaşlıq xəttinə çevrilib.

Qəzet ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya son müharibədə dron arsenalının təxminən 60 faizini itirdikdən sonra hücum imkanlarını bərpa etmək üçün Xəzər dənizi üzərindən İrana pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri göndərir.

İran rəsmiləri isə bildiriblər ki, alternativ ticarət yollarının genişləndirilməsi prosesi sürətlə davam edir və Xəzər dənizi sahilində yerləşən dörd İran limanı buğda, qarğıdalı, heyvan yemi, günəbaxan yağı və digər əsas məhsulları gecə-gündüz qəbul edir. (Independent Persian)

#Rusiya #İran #Xəzərdənizi

Kanala abunə olun
🇮🇷 İran Hörmüz boğazında sualtı internet kabellərinə nəzarət iddiası irəli sürüb 🌊

İran Hörmüz boğazından keçən sualtı internet infrastrukturu üzərində nəzarət yaratmaq niyyətində olduğunu açıqlayıb.

Fars News agentliyinin yaydığı məlumata görə, Tehran boğazın idarə olunması üçün təklif etdiyi yeni modeldə qlobal rabitə xətlərini “rəqəmsal güc” vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Agentliyin iddiasına əsasən, Hörmüz boğazından gündə təxminən 10 trilyon dollar dəyərində əməliyyatlar keçir və hər hansı pozuntu qlobal iqtisadiyyata böyük ziyan vura bilər.

Nəşr qeyd edir ki, İranın təqdim etdiyi yeni idarəetmə modelində aşağıdakı tələblər yer alır:

•sualtı kabellər yalnız Tehranın icazəsi və rüsumların ödənilməsi ilə çəkilməlidir;
•Google, Meta və Microsoft kimi texnologiya şirkətləri İran qanunlarına uyğun fəaliyyət göstərməlidir;
•kabellərin təmiri və texniki xidməti yalnız İran şirkətlərinə həvalə olunmalıdır.

#İran #Hörmüzboğazı #sualtıkabellər #internet
1
NYP: 🇺🇸ABŞ Hörmüz və uran şərti ilə 🇮🇷İrana sanksiya güzəşti təklif edib 🌊

“The New York Post” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, Vaşinqton Tehrana uranın zənginləşdirilməsini dayandıracağı və Hörmüz boğazından keçən kommersiya gəmiçilik yollarını yenidən açacağı təqdirdə sanksiyalardan müəyyən güzəştlər təklif edib.

Hesabatda qeyd olunur ki, İran və ABŞ arasında aparılan danışıqlarda əsas fikir ayrılıqlarından biri İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlıdır. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp bu nüvə materiallarının üçüncü ölkəyə deyil, birbaşa ABŞ-yə təhvil verilməsində israr edir.

Nəşr əlavə edir ki, mübahisə doğuran digər məsələ İranın gələcəkdə uran zənginləşdirmə fəaliyyətlərini yenidən bərpa etməsi üçün icazə verilib-verilməyəcəyi və bu prosesin hansı müddətdə mümkün olacağıdır.
2
NetBlocks: 🇮🇷 İranda internet məhdudiyyətləri 11-ci həftəyə keçib 🛜⁉️

İnternetin vəziyyətini izləyən beynəlxalq təşkilat – NetBlocks İranda genişmiqyaslı internet bağlanması və məhdudiyyətlərin artıq 1680 saatı keçərək ardıcıl 11-ci həftəyə daxil olduğunu açıqlayıb.

Təşkilatın məlumatına görə, bu vəziyyət İran istifadəçilərinin qlobal internetdən geniş şəkildə ayrılması ilə müşayiət olunub.

NetBlocks hesabatında bildirib ki, bu səviyyədə senzura və məhdudiyyətlər vətəndaşların informasiya və ünsiyyətə çıxışına misli görünməmiş maneə yaradıb və milyonlarla insanın gündəlik həyatını ciddi şəkildə pozub.

#İran #internet #məhdudiyyət

Kanala abunə olun
🇮🇷 Tehrandan Dünya Kuboku mesajı: “Mütləq iştirak etməliyik” ⚽️🏆

İranın Mədəni İnqilab Ali Şurasının katibi Əbdülhüseyn Xosrovpənah İslam Respublikasının hər halda Dünya Kubokunda iştirak etməli olduğunu bildirib.

Xosrovpənah çıxışı zamanı deyib ki, idman nazirliyində bəzi rəsmilər İranın Dünya Kubokunda iştirakına qarşı olub.

“İdman Nazirliyinin bəzi rəsmiləri Dünya Kubokunda iştirak etməyə qarşı idilər. Mən dedim ki, Amerika qapını bağlasa, pəncərədən çıxmalıyıq!” – deyə o bildirib.

Xosrovpənah İranın Dünya Kubokunda “mütləq iştirak etməli” olduğunu vurğulayaraq, ölkə bayrağının turnirdə “dalğalanmasının” vacibliyini qeyd edib.

#İran #DünyaKuboku
🇮🇷 İran hakimiyyəti yüzlərlə əmlakı müsadirə edib 👨‍⚖️

İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangirin açıqlamasına görə, İran hakimiyyəti “milli təhlükəsizliyə xələl gətirmək” ittihamı ilə vətəndaşlara məxsus 262 əmlakı müsadirə edib.

Onun sözlərinə görə, Baş Prokurorluğun sorğuları əsasında Sənədlər və Daşınmaz Əmlakın Qeydiyyatı Təşkilatı müsadirə olunmuş və müsadirə olunması nəzərdə tutulan əmlaklarla bağlı 722 yoxlama həyata keçirib.

Cahangir qeyd edib ki, tədbirlər “milli təhlükəsizliklə bağlı araşdırmalar” çərçivəsində aparılıb.

#İran #məhkəmə #əmlək #müsadirə

Kanala abunə olun
1🤬1
🇬🇧 Britaniya HMS Dragon gəmisini Hörmüz missiyası üçün Yaxın Şərqə göndərir 🌊🚢

Bu gün Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Kral Dəniz Qüvvələrinə məxsus HMS Dragon gəmisi Hörmüz boğazında beynəlxalq gəmiçiliyin qorunması məqsədilə planlaşdırılan çoxmillətli missiya üçün əvvəlcədən yerləşdirmə çərçivəsində Yaxın Şərqə göndəriləcək.

Sözçünün sözlərinə görə, bu addım London və Parisin rəhbərlik etdiyi koalisiyanın missiyaya vaxtı çatanda tam hazır olmasını təmin etmək məqsədi daşıyır.

“Dragon gəmisinin yerləşdirilməsi ehtiyatlı planlaşdırma prosesinin bir hissəsidir və çoxmillətli koalisiyanın vaxtı gələndə Hörmüz boğazını təhlükəsiz şəkildə təmin etməyə hazır olmasına xidmət edir,” – deyə açıqlamada qeyd olunub.

Nazirlik əlavə edib ki, yerləşdirmə Böyük Britaniyanın bu strateji su yolunda kommersiya gəmiçiliyinə etimadı artırmağa yönəlmiş müdafiə xarakterli missiyaya sadiqliyini göstərir. (Independent Persian)

#Britaniya #YaxınŞərq #gəmi
1👏1
Reuters: 🇺🇸 ABŞ və 🇮🇷 İran müharibənin bitməsindən hələ də uzaqdır

Reuters agentliyi yazır ki, Fars körfəzində gərginlik artdıqca Vaşinqton və Tehran arasında elan edilmiş kövrək atəşkəs yeni toqquşmalar fonunda yenidən təzyiq altına düşüb, lakin tərəflər müharibənin sona çatmasına yaxınlaşdıqlarını göstərən ciddi əlamətlər ortaya qoymur.

Agentliyin məlumatına görə, ABŞ kəşfiyyatının qiymətləndirməsi Tehranın aylarla davam edə biləcək dəniz blokadasına müqavimət göstərə biləcəyi qənaətinə gəlib.

Reuters qeyd edir ki, Hörmüz boğazında son günlər atəşkəsin başlamasından bəri ən yüksək gərginlik müşahidə olunub.

Hesabatda vurğulanır ki, Vaşinqton hələ də Tehranın müharibəyə rəsmi son qoymaq üçün ABŞ tərəfindən irəli sürülən təklifə cavab verməsini gözləyir. Bu təklif nüvə proqramı daxil olmaqla daha mübahisəli məsələlər üzrə danışıqlara başlamazdan əvvəl həyata keçirilməlidir. (Iranintl)

#ABŞ #İran #müharibə

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ qırıcıları 🇮🇶 İraq səmasında uçuşlar edir ✈️🚁

🇮🇷 İranla gərginlik fonunda ABŞ-yə məxsus döyüş təyyarələri və Apaçi helikopterləri İraqın Bağdad və Neynəva bölgəsində uçuşlar həyata keçirirlər.

تصاویری از پرواز بالگردهای آپاچی آمریکا بر فراز بغداد
پرواز جنگنده ‌های آمریکایی بر فراز سنجار استان نینوا

#ABŞ #YaxınŞərq #İraq #İran #uçuş

Kanala abunə olun
🇮🇷 İran deputatı 🇧🇭 Bəhreyni və bölgə dövlətlərini hədələdi

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi "X" hesabında yazıb: "🇺🇸 ABŞ-nin qətnaməsini dəstəkləyən Bəhreyn kimi 'mikroskopik' dövlətlərə bu addımın ciddi nəticələri barədə xəbərdarlıq edirik.
Hörmüz boğazının qapılarını öz üzünüzə əbədi olaraq bağlamayın!"

ابراهیم عزیزی، رئیس کمیسیون امنیت ملی مجلس شورای اسلامی، روز شنبه ۱۹ اردیبهشت، با انتشار پیامی در شبکه اجتماعی ایکس کشورهای منطقه از جمله بحرین را تهدید کرد که در صورت همراهی با قطعنامه پیشنهادی آمریکا در شورای امنیت سازمان ملل، با «پیامدهای جدی» مواجه خواهد شد.

#İran #deputat #Bəhreyn #region #təhdid #ABŞ

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu Qəzza zolağında 🇵🇸 HƏMAS-ın silah anbarını məhv edib 🚀🔥

İsrail ordusu Qəzza zolağının şimalında İslam Cihadının silah istehsalı müəssisəsinə və sursat anbarına zərbə endirildiyini bildirib.
Əməliyyat kəşfiyyat məlumatlarına əsaslanıb.
Qeyd olunub ki, müəssisə həm də HƏMAS tərəfindən Sarı Xətt yaxınlığında İsrail əsgərlərinə və mülki şəxslərə hücumlar üçün nəzərdə tutulmuş partlayıcı qurğular istehsal etmək və silah saxlamaq üçün istifadə olunurdu.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, hücumdan əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən ərazidən təxliyə, dəqiq idarə olunan sursatlardan istifadə və hava müşahidəsi aparılıb.

#İsrail #HƏMAS #silahanbarı

Kanala abunə olun
🤬1
🇮🇷 İran 2026-cı il Dünya Kubokunda iştirakını təsdiqlədi və bir sıra şərtlər irəli sürdü ⚽️🏆

İran Futbol Federasiyası milli komandanın 🇺🇸 ABŞ, 🇨🇦 Kanada və 🇲🇽 Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirakını rəsmi olaraq təsdiqləyib, lakin Tehranın turnir başlamazdan əvvəl məcburi hesab etdiyi bir sıra şərtləri açıqlayıb.

Əsas şərtlərə İran nümayəndə heyətinin bütün üzvləri üçün zəmanətli vizalar, İran bayrağı və dövlət himninə hörmət, hava limanlarında, otellərdə və komandanın stadionlara gedən yolları boyunca gücləndirilmiş təhlükəsizlik tədbirləri daxildir.

#İran #futbol #DünyaKuboku #şərtlər

Kanala abunə olun
1
Bloomberg: "🇮🇷 İran müharibəsindən sonra qlobal neft ehtiyatları 270 milyon barel azalıb" 🛢📉

Bloomberg-in məlumatına görə, qlobal neft ehtiyatları misli görünməmiş sürətlə azalır, çünki ABŞ və İsrailin İrana qarşı müharibəsi Fars körfəzindən neft ixracını dayandıraraq təchizat şoklarına qarşı əsas buferi aradan qaldırıb.

Morgan Stanley-in hesablamalarına görə, qlobal neft ehtiyatları yalnız 1 mart - 25 aprel tarixləri arasında təxminən 270 milyon barel azalıb.

Ehtiyatların kəskin azalması o deməkdir ki, dövlətlər və sənaye 28 fevralda başlayan döyüşlərdən bəri davam edən bir milyard bareldən çox təchizat kəsintisinin təsirini udmaq üçün az imkana malikdir.

بلومبرگ
کاهش ۲۷۰ میلیون بشکه ای ذخایر جهانی نفت در پی جنگ ایران

#İran #ABŞ #müharibə #neftehtiyatı

Kanala abunə olun
1
🇮🇷 Müctəba Xameneyinin yaralanması ilə bağlı bəzi detallar açıqlandı 👳‍♂

"Al-Araby" televiziyası İranın hökumət görüşlərinin koordinatoru Məzahir Hüseyniyə istinadən bildirib ki, Müctəba Xameneyi demək olar ki, tamamilə sağalıb.

Hüseyninin sözlərinə görə, Xameneyi 28 fevral hücumu zamanı partlayış dalğası səbəbindən yıxılıb, diz və bel nahiyəsindən xəsarət alıb, həmçinin qulağının arxasından kiçik bir kəsik yarası alıb.

Hüseyni bildirib ki, bel zədəsi artıq sağalıb və dizin tezliklə sağalacağı gözlənilir, qulağın arxasındakı yara isə əmmaməyə görə görünmür.

#İran #MüctəbaXameneyi #yaralanma #xəsarət #sağalma

Kanala abunə olun
😁31
🇺🇸 ABŞ 🇮🇷 İran limanlarına qarşı blokadanı davam etdirir 🔥🌊🚢

CENTCOM ABŞ-nin dəniz blokadasını pozaraq İran limanına daxil olan M/T Sea Star III və M/T Sevda tanker gəmilərinə endirilən zərbənin görüntülərini yayımlayıb.

#ABŞ #İran #blokada #liman #tanker #zərbə

Kanala abunə olun
NYT: "🇷🇺 Rusiya Xəzər dənizi vasitəsilə 🇮🇷 İrana zəruri mallar və silahlar göndərir"

“The New York Times” qəzeti yazır: “Rusiya 🇺🇸 Amerika hücumları qarşısında Tehranı dəstəkləməyə davam edərək Xəzər dənizindən hərbi və kommersiya təchizatı üçün istifadə edir”.

Nəşr iddia edir ki, Xəzər dənizi sanksiyalardan və ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadasından yayınmaq üçün həyati əhəmiyyətli bir dəhlizə çevrilib.
Amerika rəsmiləri iddia edirlər ki, Rusiya bu marşrut vasitəsilə dronlar üçün komponentlər tədarük edir.

Nəşrin məlumatına görə, "əvvəllər beynəlxalq kanallarla gələn buğda, qarğıdalı və bitki yağı kimi vacib mallar müharibə şəraitində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Xəzər dənizindəki fəaliyyətdə olan 4 İran limanı vasitəsilə daşınır".

#Rusiya #İran #Xəzərdənizi #ABŞ #blokada

Kanala abunə olun
🇮🇷 İran 🇺🇸 ABŞ-nin enerji blokadasını yarmaq üçün açıq dəniz gəmiçiliyindən istifadə edir 🚢🛢

“The Washington Post” qəzeti yazır: “Birləşmiş Ştatlar İranı blokadaya alsa da, onun nefti gəmidən gəmiyə daşınma yolu ilə okeanlardan axmağa davam edir”.

Ekspertlər bildirirlər ki, dənizdə gizli daşınmalardan blokada tətbiq olunmazdan əvvəl İran limanlarından və Oman körfəzindən çıxan neftin mənşəyini gizlətmək üçün istifadə olunur.

Ucqar sularda izləmə sistemlərindən yayınmaq və gəmidən gəmiyə köçürmələr kimi mürəkkəb üsullardan istifadə edən geniş tanker şəbəkəsi ciddi dəniz nəzarətindən uğurla yayınır.

Peyk görüntüləri və izləmə məlumatları göstərir ki, Hind və Sakit okeanlarındakı onlarla gəmi yanacaq yükünü yenidən yükləyir ki, onun orijinal mənşəyini müəyyən etmək mümkün olmasın.

#İran #ABŞ #blokada #gəmi #tanker #neft

Kanala abunə olun
🇮🇷🇦🇪 BƏƏ-nin Fuceyra şəhərində neft infrastrukturuna edilən son hücumun peyk görüntüləri 🛢💥🔥

Dörd neft çəninin zədələndiyi görünür.

تصاویر ماهواره‌ای از آخرین حمله به زیرساخت‌های نفتی در فجیره، امارات متحده عربی.
به نظر می‌رسد چهار مخزن نفت آسیب دیده‌اند.

#BƏƏ #İran #hücum #ABŞ

Kanala abunə olun