Azad İran
5.81K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Qərbi Azərbaycan əyalətində insanlar ağır iqtisadi böhrandan əziyyət çəkir 😱

Videoda danışan şəxs deyir: "Baxın, mən hər gün bu küçədən keçirəm və iş axtaran bu bədbəxtlərin növbəsi günü-gündən uzanır. Hər gün bu insanlara bir qrup yenisi də əlavə olunur, işsizliyə yuvarlanırlar.

SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) müharibədən qazanc əldə etdikcə, xalq daha da bədbəxtləşir.
Həm abır-həyalarını itirirlər, həm də süfrələrindən çörəkləri kəsilir, həyatları alt-üst olur.
Onlar müharibə axtarışındadırlar, biz xalq isə burada bir tikə çörəyə möhtac qalmışıq. Adam nə desin? Həqiqətən, 'sağ ol' SEPAH, 'əhsən' sənə!"


یکی از مخاطبان با ارسال ویدئویی از پیرانشهر، آذربایجان غربی، از افزایش بیکاری و فشار اقتصادی گلایه می‌کند.

او می‌گوید: «هر روز این صف آدم‌های دنبال کار طولانی‌تر می‌شود». این مخاطب، حکومت و سپاه پاسداران را مسئول شرایط اقتصادی و معیشتی بسیار بد مردم می‌داند.

#İran #SEPAH #xalq #yoxsulluq #müharibə
5😁1🤬1
🇺🇸 ABŞ-nin vitse-prezidenti Vens 🇶🇦 Qətərin Baş naziri Əl-Tani ilə görüşəcək

"Axios"un məlumatına görə, görüş 🇮🇷 İranla danışıqlara yönəlib.

Nəşr ABŞ rəsmisinə istinadən bildirir ki, Qətər münaqişəyə son qoymaq üçün danışıqlarda ABŞ və İran arasında mühüm vasitəçidir.

دیدار و رایزنی ونس با آل ثانی

#ABŞ #Vens #Qətər #vasitəçilik #İran #münaqişə

Kanala abunə olun
1
🇮🇷 İran və 🇬🇧 Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub 📞

Abbas Əraqçı və İvet Kuper regiondakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

📞 تماس تلفنی وزرای خارجه ایران و انگلیس

#İran #Britaniya #XİN

Kanala abunə olun
🇮🇷 Tehran 🇨🇳 Çin neft tankerinə hücumu təkzib edir

İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzli Marşal adalarına məxsus olduğu və bir neçə Çin dənizçisini daşıdığı bildirilən neft tankerinə hücumda Tehranın iştirakı ilə bağlı iddiaları təkzib edib.

Diplomat deyib: "İranın Hörmüz boğazında Çin neft tankerinə hücumu ilə bağlı yalan xəbər İran xarici işlər nazirinin Pekinə son səfərinin nəticəsinə təsir göstərmək üçün yayılıb".

Mayın 7-də 🇦🇪 BƏƏ sahillərində, Fars körfəzində, Mina Saqr limanı yaxınlığında JV Innovation gəmisində yanğın baş verdiyi bildirilib.

Bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Çin tankeri ilə bağlı ilk hadisədir.

#İran #Çintankeri #hücumxəbəri #təkzib

Kanala abunə olun
🇷🇺 Rusiya və 🇸🇦 Səudiyyə Ərəbistanının XİN başçıları 🇮🇷 İranı müzakirə ediblər

Lavrov və bin Fərhan Hörmüz boğazındakı vəziyyətin daha da gərginləşməsinə qarşı çıxıblar və böhranın həlli üçün diplomatik əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İranla regionun ərəb ölkələri arasında naviqasiyanın bərpası və münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunub.

Rusiya gələcək dialoqu asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. (Rusiya Xarici İşlər Nazirliyi)

#Rusiya #XİN #Lavrov #SəudiyyəƏrəbistanı

Kanala abunə olun
📌 Ərdəbildə məhbus edam olunub 😱😢

Ərdəbil şəhərindən olan 31 yaşlı Şahab Əzimi cümə axşamı Ərdəbil zindanında dar ağacından asılıb. (HRANA)

یک زندانی در زندان اردبیل اعدام شد

#Ərdəbil #edam

Kanala abunə olun
🤬31
🇮🇷 İrandakı Buşehr Atom Elektrik Stansiyası yenidən fəaliyyətə başlayır

Bu barədə 🇷🇺 "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, orada vəziyyət ümumilikdə sabitdir və iranlı işçilərin sayı artmaqda davam edir.

O əlavə edib ki, korporasiya sürətli səfərbərliyə və bütün şəxsi heyətinin respublikaya qayıtmasına hazırdır.
Bu, artıq münaqişənin yenidən başlaması riski aradan qalxan kimi baş verəcək.

🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İrana hücumlarından bəri nüvə elektrik stansiyası bir neçə dəfə zərbələrə məruz qalıb. Aprelin əvvəlində təxliyə edilən 175 işçi xüsusi reyslə irəvandan Moskvaya aparılıb.

#İran #Buşehr #Rusiya

Kanala abunə olun
😁41
NYT: “🇮🇷 İranda daxili mübarizə 🇺🇸 ABŞ ilə danışıqları çətinləşdirir” ❗️

“The New York Post” qəzeti yazıb ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə danışıqlar prosesini çətinləşdirir.

Hesabatda qeyd olunur ki, müharibənin davam etməsini dəstəkləyən fraksiyalarla razılaşma tərəfdarları Vaşinqtonla kompromisin qəbul edilib-edilməməsi məsələsində bir-biri ilə rəqabət aparır.

Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqiq Qalibaf razılaşma əldə etmək səylərinin mərkəzində olsalar da, istənilən razılaşmanın qəbul edilməsi və ya rədd edilməsi ilə bağlı əsas qərar sonda SEPAH komandanlarının əlindədir.

New York Post-a danışan mənbə bildirib ki, “hazırda bir fraksiya güc zirvəsindədir və bu, SEPAH-dır”.

Hesabatda əlavə edilir ki, münaqişə və müharibə şəraitində SEPAH-ın təsiri daha da artır və bu səbəbdən Tehrandakı bəzi dairələr müharibənin davam etməsində maraqlıdır. (Independent Persian)

#İran #daxilimübarizə #ABŞ #danışıqlar
😁1
🇮🇷 İran hücumları 🇺🇸 ABŞ-nin Yaxın Şərqdəki hərbi infrastrukturuna ciddi ziyan vurub 🚀🔥

“The Washington Post”un peyk görüntüləri əsasında apardığı təhlilə görə, İranın aviazərbələri nəticəsində ABŞ-ın Yaxın Şərqdə yerləşən 15 hərbi obyektində ən azı 217 tikili zədələnib və ya məhv edilib.

Nəşrin məlumatına əsasən, peyk görüntüləri bu obyektlərdə infrastrukturun ciddi şəkildə zərər gördüyünü göstərir. Bildirilir ki, zərər dəyən tikililər arasında anbarlar, texniki binalar və müxtəlif hərbi təyinatlı infrastrukturlar yer alır.

#İran #ABŞ #hərbibazalar #hücum

Kanala abunə olun
CNN: 🇮🇷 Xameneyi ağır yanıqlardan sonra təcrid şəraitində müalicə olunur 👳‍♂👨‍⚕️

CNN xəbər verir ki, İranın ali lideri Müctəba Xameneyi ağır yanıqlar aldıqdan sonra təcrid olunmuş şəkildə müalicə alır.

Məlumata görə, yanıq xəsarətləri onun bədəninin bir tərəfinə təsir edib və üz, qol, yuxarı gövdə və ayaq nahiyələrini əhatə edir.

CNN-in yazdığına görə, Müctəba Xameneyi təhlükəsizlik səbəbilə heç bir elektron cihazdan istifadə etmir və yalnız şəxsən və ya kuryerlər vasitəsilə ünsiyyət qurur.

Mənbələr bildirir ki, o, hərbi strategiyanın hazırlanmasında rol oynamış ola bilər, lakin hazırda əlçatmaz vəziyyətdə olması səbəbilə gündəlik nəzarət faktiki olaraq parlament sədri Məhəmməd Baqer Qalibaf və SEPAH-ın yüksək rütbəli komandirlərinin əlindədir. (Iranintl)

#İran #Xameneyi #yanıqxəsarətləri #müalicə

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 Minabdakı məktəbə raket hücumu ilə bağlı araşdırma davam edir” 🏫👧

Dünən ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərindəki ibtidai qızlar məktəbinə raket hücumunun kim tərəfindən həyata keçirildiyi haqda suala cavab verib.

Tramp bildirib ki, hadisə ilə bağlı araşdırma hələ yekunlaşmayıb:

“Bu məsələ hələ də araşdırılır. Nəticə hazır olduqda, biz bu barədə hesabat təqdim edəcəyik”.

Xatırladaq ki, fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbə nəticəsində 168 şagirdlə yanaşı, 14 məktəb işçisi də həlak olub.

#ABŞ #Tramp #İran #Minab #ibtidaiməktəb #hücum

Kanala abunə olun
🇺🇸 Tramp “Azadlıq Layihəsi” ilə bağlı yeni variantdan danışdı: “Azadlıq Plus”

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı “Azadlıq Layihəsi” ətrafında yeni açıqlama verib.

Dünən gecə jurnalistlərə danışan Tramp bildirib ki, razılaşma imzalanmasa, ABŞ başqa variantlara keçə bilər.

“Əgər hər şey imzalanmasa, başqa yolla gedəcəyik… Əgər bu baş verməsə, Azadlıq Layihəsinə qayıda bilərik, amma bu, «Azadlıq Plus» olacaq — yəni Azadlıq Layihəsi və başqa bir şey”, – deyə Tramp bildirib. (Amerikanın Səsi)

#ABŞ #Tramp #Hörmüzboğazı #AzadlıqLayihəsi

Kanala abunə olun
3
🇮🇷 İran rəsmisi: “Hörmüz boğazının bağlanması ali rəhbərin istəyidir” 🌊

İranın “Şərəyan Cəbhəsi”nin baş katibi və 12-ci çağırış parlamentin üzvü Əbülqasim Cərarə Hörmüz boğazı ətrafında artan müzakirələrə münasibət bildirib.

“Didban-e Iran” saytına müsahibəsində Cərarə deyib ki, İranın mövqeyi dəyişməyib və bu strateji keçid əvvəlki qaydada idarə olunmayacaq:

“Düşmənlərə və düşmənin yoldaşlarına mesajımız budur ki, Hörmüz boğazı keçmişdəki kimi açılmayacaq və bu strateji keçidin idarə olunması xalqın və ali rəhbər Müctəba Xameneyinin istəyidir”.

O, iddia edib ki, Müctəba Xameneyinin mesajında boğazın “yeni metod və idarəetmə modeli” ilə idarə olunmasının vacibliyi vurğulanıb. Cərarənin sözlərinə görə, ABŞ Hörmüz boğazını İranın nəzarətindən çıxarmağa və bunu danışıqlarda şərtə çevirməyə çalışır.

Onun sözlərinə görə, İran artıq ABŞ ilə danışıqlar aparmayacaq və qarşı tərəf atdığı addımlara görə “əvəz ödəməlidir”.

#İran #Hörmüzboğazı #alirəhbər #MüctəbaXameneyi #şərt #ABŞ

Kanala abunə olun
😁2🤮1
🇮🇷 İran parlamenti müharibədən sonra ilk plenar iclasını videokonfransla keçirəcək

İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib ki, parlament müharibənin başlanmasından bəri ilk plenar iclasını bazar günü videokonfrans vasitəsilə keçirəcək.

Qudərzi təhlükəsizlik tədbirləri və mövcud şərait səbəbindən iclasın vebinar və videokonfrans formatında təşkil olunacağını qeyd edib.

Onun sözlərinə görə, deputatlar iclasda son bazar qarışıqlığının müxtəlif aspektlərini, eləcə də əhalinin dolanışıq problemlərini və qiymət artımlarını müzakirə edəcəklər.

#İran #parlament #plenariclas

Kanala abunə olun
İran səfiri: 🇮🇷Tehran və 🇨🇳Pekin “postmüharibə dövründə” əlaqələri dərinləşdirəcək

İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzli “South China Morning Post” qəzetinə açıqlamasında bildirib ki, İran və Çin müharibədən sonrakı dövrdə də ikitərəfli münasibətləri genişləndirmək və daha da dərinləşdirmək niyyətindədir.

Diplomatın sözlərinə görə, Tehran və Pekin beynəlxalq gündəmin əsas məsələlərində oxşar mövqeləri bölüşür. O, vurğulayıb ki, İran və Çin regional təhlükəsizlik, sülh və qlobal inkişafla bağlı “çox yaxın baxışlara” malikdir.

Qeyd olunur ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın gələn həftə Çinə planlaşdırılan səfəri ərəfəsində səsləndirilib.

#İran #səfir #Çin #münasibətlər

Kanala abunə olun
🤮1
🇧🇭 Bəhreyndə 🇮🇷 SEPAH ilə əlaqəli onlarla şəxsi saxlanılıb 👮‍♂️

Bəhreyn Daxili İşlər Nazirliyi SEPAH ilə əlaqəli olduğu iddia edilən şəbəkə ilə bağlı 41 nəfərin həbs olunduğunu açıqlayıb.

Nazirliyin bəyanatında qeyd olunur ki, “xarici tərəflərlə” əməkdaşlıq edən və İİKK ilə əlaqəli olduğu bildirilən bir təşkilat müəyyən edilib.

Qeyd edək ki, Bəhreyn daha əvvəl İranın ölkəyə qarşı hücumlarını dəstəkləməkdə ittiham etdiyi 69 vətəndaşının vətəndaşlığını ləğv etdiyini açıqlamışdı. Manama həmin şəxsləri Tehrana rəğbət bəsləməkdə və “xarici qurumlarla əlbir olmaqda” günahlandırmışdı. (Independent Persian)

#Bəhreyn #İran #SEPAH #həbs

Kanala abunə olun
The Economist: 🇷🇺 Rusiya 🇮🇷 İrana 🇺🇸 ABŞ qüvvələrinə qarşı minlərlə dron təklif edib

“The Economist” jurnalının Rusiya hərbi kəşfiyyatına aid məxfi sənədə istinadən yaydığı məlumata görə, Moskva İranla hərbi əməkdaşlıq çərçivəsində Fars körfəzindəki ABŞ qüvvələrinə qarşı istifadə üçün minlərlə dron və təlim proqramı təklif edib.

Hesabatda bildirilir ki, Rusiya Tehrana 5000 ədəd fiber-optik FPV dron, eləcə də daha uzun mənzilli, peyk vasitəsilə idarə olunan dronlar təqdim etməyə hazır olub.

Məlumata görə, plan ABŞ-nin Fars körfəzinə mümkün amfibiya enişi halında bu dronların Amerika qüvvələrinə qarşı istifadəsini nəzərdə tuturdu. Sənəddə qeyd olunur ki, desant gəmiləri 15–30 km məsafədən 5-6 PUA ilə həyata keçirilən hücumlara qarşı həssasdır.

Hesabatda əlavə edilir ki, Rusiya İran operatorlarının hazırlanmasına da hazır olub. Təlimlər üçün kadr seçimi prosesinə Rusiyada təhsil alan təxminən 10 min iranlı tələbənin, həmçinin rusdilli taciklərin və suriyalı ələvilərin cəlb edilməsi təklif olunub.
NYT: Hörmüz bağlandıqdan sonra 🇷🇺 Rusiya–🇮🇷 İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib 🌊

“The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan sonra Rusiya mallarının və avadanlıqlarının bir hissəsini Xəzər dənizi vasitəsilə İrana daşımağa başlayıb və bu marşrut müharibə dövründə Tehranla Moskva arasında əsas əməkdaşlıq xəttinə çevrilib.

Qəzet ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya son müharibədə dron arsenalının təxminən 60 faizini itirdikdən sonra hücum imkanlarını bərpa etmək üçün Xəzər dənizi üzərindən İrana pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri göndərir.

İran rəsmiləri isə bildiriblər ki, alternativ ticarət yollarının genişləndirilməsi prosesi sürətlə davam edir və Xəzər dənizi sahilində yerləşən dörd İran limanı buğda, qarğıdalı, heyvan yemi, günəbaxan yağı və digər əsas məhsulları gecə-gündüz qəbul edir. (Independent Persian)

#Rusiya #İran #Xəzərdənizi

Kanala abunə olun