Azad İran
5.81K subscribers
36K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇱 İsraildə 🇮🇷 İrana casusluqda şübhəli bilinən bir neçə nəfər saxlanıldı 👮‍♂️

İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib. Bununla bağlı, İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) və ordu birgə bəyanat yayıb.

Məlumata görə, saxlanılan şəxslərdən üçü hərbçi, biri isə mülki şəxsdir. Bildirilir ki, hərbçilər hələ hərbi xidmətə başlamazdan öncə yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqəyə girərək casusluq fəaliyyətinə cəlb olunublar.

Açıqlamada qeyd edilir ki, İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər həmin obyektin və ətraf ərazilərin fotolarını çəkərək İran tərəfinə göndəriblər. (Asr Iran)

#İsrail #İran #casusluq #həbs

Kanala abunə olun
1🤔1
🇮🇷 İran XİN: “🇺🇸 ABŞ tanker hücumları ilə atəşkəsi pozdu” 🕊️

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran neft tankerinə hücumundan sonra bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin cümə axşamı və cümə səhəri tankerlərə və bir neçə sahil ərazisinə endirdiyi zərbələr İran Silahlı Qüvvələrinin “güclü cavabı” ilə qarşılanıb və “təcavüzkarlar məqsədlərinə çata bilməyiblər”.

İran XİN bu hücumları 10 aprel tarixli atəşkəs razılaşmasının açıq pozulması kimi dəyərləndirib. Nazirlik bildirib ki, hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən “təcavüz aktı” hesab olunur.

Tehran bəyanatda ABŞ-nin “özünün yaratdığı bataqlıqdan çıxmaq üçün çıxış yolu tapmaqda çaşqınlıq içində olduğunu” iddia edib və BMT-ni ABŞ-nin addımlarına laqeyd qalmamağa çağırıb.

#İran #XİN #ABŞ #hücum #atəşkəs

Kanala abunə olun
🇺🇸 Trampdan 🇮🇷 İran animasiyalarına cavab gecikmədi 🚢🚁

Bu gün ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında diqqət çəkən paylaşım edib.

Paylaşımda ABŞ-yə məxsus hərbi gəmi və İranın pilotsuz uçuş aparatı (PUA) təsvir olunan animasiya yer alıb. Görüntüdə ABŞ gəmisi lazer vasitəsilə İran dronunu vurur və PUA-nın məhv edildiyi göstərilir.

Təsvirin üzərində isə belə yazılıb: “Lazerlər: Bing, bing, məhv oldu”.

#ABŞ #Tramp #İran #animasiya

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda qadınlar 🇨🇳 çinli turistə hücum etdilər 🧕👩‍🦰

Sosial mediada paylaşılan görüntülərə görə, Tehranda iki qadın və çinli turist qadın arasında mübahisə yaşanıb.

Kadrlarda qadınların turistin video çəkməsinə etiraz etdiyi və buna sərt reaksiya verdiyi görünür. Görüntülərə əsasən, vəziyyət qısa müddətdə gərginləşərək fiziki qarşıdurma həddinə çatıb.

Paylaşımda qadınlardan birinin turistin telefonunu əlindən almağa və yerə atmağa çalışdığı görünür. Hadisə zamanı qadınlar Amerika və İsrailə ölüm şüarları da səsləndiriblər.

Çinli turist qadının isə özünü müdafiə edərək “mən çinliyəm” dediyi görüntülərdə əks olunur.

حمله زنان چادری به گردشگران چینی در تهران

#İran #qadınlar #hücum #Çin #turist #qarşıdurma

Kanala abunə olun
😁2
🇺🇸 ABŞ 🇮🇷 İran dronuna qarşı yeni silahını sınaqdan keçirir ✈️

ABŞ Hərbi Hava Qüvvələri İranın “Shahed” tipli pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan “Guardian” adlı dron sistemin sınaqlarını həyata keçirir.

Məlumata görə, “Guardian” 500 qramlıq döyüş başlığı daşıyır və təxminən 340 km/saat sürətlə hərəkət edərək 15 kilometr məsafədə dronları hədəfə almaq qabiliyyətinə malikdir.

Sistem əsasən kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarına qarşı hava müdafiəsini gücləndirmək məqsədi daşıyır.

#ABŞ #İran #Shahed #dron #sınaq

Kanala abunə olun
1
🇺🇸 ABŞ yüzə yaxın 🇮🇷 İran tankerini dayandırıb 🚢

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri hazırda İran limanlarına daxil olan və ya onlardan çıxan 70-dən çox tankerə mane olub.

CENTCOM-un “X” hesabında paylaşılan açıqlamasında qeyd olunur ki, həmin kommersiya gəmiləri ümumilikdə 13 milyard dollardan çox dəyərində və 166 milyon bareldən artıq İran neftini daşımaq qabiliyyətinə malikdir.

#ABŞ #CENTCOM #əməliyyat #İran #tanker

Kanala abunə olun
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇪 Dubay hava limanında partlayış oldu 🛩💥

Sosial mediada Dubay Beynəlxalq Hava Limanı ətrafında qalın tüstü yayıldığını göstərən görüntülər paylaşılıb.

Məlumata görə, hava limanına ballistik raketlər və dronlarla zərbələr endirilib.
Görüntülərdə şəhərin əsas nəqliyyat mərkəzi olan hava limanı ətrafında vəziyyətin gərgin olduğu müşahidə olunur.

🎥 تصاویری از دود غلیظ در فرودگاه بین‌المللی دبی پس از حملات هوایی صبح امروز/جماران

#Dubay #havalimanı #partlayış

Kanala abunə olun
🇮🇷 İran və 🇹🇷 Türkiyə XİN başçıları arasında telefon danışığı baş tutub 📞

Abbas Əraqçı və Hakan Fidan bölgədə davam edən prosesləri müzakirə ediblər.
(Tasnim)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و ترکیه

#İran #Türkiyə #XİN

Kanala abunə olun
👎3🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ ordusunun 🇮🇷 İranı dəniz blokadasına almasına dair görüntülər 🌊🚢

Reuters agentliyi xəbər verir ki, ABŞ ordusu Fars körfəzində dəniz blokadasına dair video yayımlayıb.

Trampın sözlərinə görə, Hörmüz boğazından keçərkən üç ABŞ esminesi hücuma məruz qalıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran Oman dənizinə doğru hərəkət edən gəmilərə hücum etmək üçün raketlərdən, dronlardan və sürət qayıqlarından istifadə edib.

Buna cavab olaraq, İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib və Vaşinqtonun İran neft tankerini hədəfə alaraq Qeşm adası və ətraf sahillərdə mülki ərazilərə hücum etməklə gərginliyə başladığını açıqlayıb.

İran rəsmiləri həmçinin iddia ediblər ki, bu hərəkətlərə cavab olaraq onlar Hörmüz boğazının şərqində və Çabahar limanının cənubunda ABŞ hərbi gəmilərini hədəfə alıblar.

رویترز؛ ارتش ایالات متحده ویدیویی به تازگی از اجرای محاصره دریایی در منطقه خلیج فارس منتشر کرد

#ABŞ #blokada #İran #Hörmüzboğazı

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇺🇸 ABŞ arasında gərginlik səngimir 🌊🚢🔥

Tasnim News yazır ki, İran lazım gələrsə, daha böyük güclə cavab verməyə hazırdır.

Fars xəbər agentliyi bir müddət əvvəl Hörmüz boğazında İran və ABŞ hərbçiləri arasında ara-sıra toqquşmaların davam etdiyini bildirmişdi.

CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Vaşinqtonun tətbiq etdiyi blokadaya qarşı çıxmaq üçün limana girməyə çalışan iki yüksüz İran tankerini vurub.

ABŞ Dövlət katibi Rubio İrana qarşı həyata keçirilən son hücumların "Epik Qəzəb" əməliyyatı ilə əlaqəli olmadığını və müdafiə xarakterli olduğunu bildirmişdi.

Lakin Tehran ABŞ-nin ölkənin bir neçə bölgəsinə hücum edərək atəşkəsi pozduğuna inanır.

#İran #Hörmüzboğazı #ABŞ #qarşıdurma #gərfinlik

Kanala abunə olun
🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Qərbi Azərbaycan əyalətində insanlar ağır iqtisadi böhrandan əziyyət çəkir 😱

Videoda danışan şəxs deyir: "Baxın, mən hər gün bu küçədən keçirəm və iş axtaran bu bədbəxtlərin növbəsi günü-gündən uzanır. Hər gün bu insanlara bir qrup yenisi də əlavə olunur, işsizliyə yuvarlanırlar.

SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) müharibədən qazanc əldə etdikcə, xalq daha da bədbəxtləşir.
Həm abır-həyalarını itirirlər, həm də süfrələrindən çörəkləri kəsilir, həyatları alt-üst olur.
Onlar müharibə axtarışındadırlar, biz xalq isə burada bir tikə çörəyə möhtac qalmışıq. Adam nə desin? Həqiqətən, 'sağ ol' SEPAH, 'əhsən' sənə!"


یکی از مخاطبان با ارسال ویدئویی از پیرانشهر، آذربایجان غربی، از افزایش بیکاری و فشار اقتصادی گلایه می‌کند.

او می‌گوید: «هر روز این صف آدم‌های دنبال کار طولانی‌تر می‌شود». این مخاطب، حکومت و سپاه پاسداران را مسئول شرایط اقتصادی و معیشتی بسیار بد مردم می‌داند.

#İran #SEPAH #xalq #yoxsulluq #müharibə
5😁1🤬1
🇺🇸 ABŞ-nin vitse-prezidenti Vens 🇶🇦 Qətərin Baş naziri Əl-Tani ilə görüşəcək

"Axios"un məlumatına görə, görüş 🇮🇷 İranla danışıqlara yönəlib.

Nəşr ABŞ rəsmisinə istinadən bildirir ki, Qətər münaqişəyə son qoymaq üçün danışıqlarda ABŞ və İran arasında mühüm vasitəçidir.

دیدار و رایزنی ونس با آل ثانی

#ABŞ #Vens #Qətər #vasitəçilik #İran #münaqişə

Kanala abunə olun
1
🇮🇷 İran və 🇬🇧 Böyük Britaniya xarici işlər nazirləri arasında telefon danışığı olub 📞

Abbas Əraqçı və İvet Kuper regiondakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

📞 تماس تلفنی وزرای خارجه ایران و انگلیس

#İran #Britaniya #XİN

Kanala abunə olun
🇮🇷 Tehran 🇨🇳 Çin neft tankerinə hücumu təkzib edir

İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzli Marşal adalarına məxsus olduğu və bir neçə Çin dənizçisini daşıdığı bildirilən neft tankerinə hücumda Tehranın iştirakı ilə bağlı iddiaları təkzib edib.

Diplomat deyib: "İranın Hörmüz boğazında Çin neft tankerinə hücumu ilə bağlı yalan xəbər İran xarici işlər nazirinin Pekinə son səfərinin nəticəsinə təsir göstərmək üçün yayılıb".

Mayın 7-də 🇦🇪 BƏƏ sahillərində, Fars körfəzində, Mina Saqr limanı yaxınlığında JV Innovation gəmisində yanğın baş verdiyi bildirilib.

Bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Çin tankeri ilə bağlı ilk hadisədir.

#İran #Çintankeri #hücumxəbəri #təkzib

Kanala abunə olun
🇷🇺 Rusiya və 🇸🇦 Səudiyyə Ərəbistanının XİN başçıları 🇮🇷 İranı müzakirə ediblər

Lavrov və bin Fərhan Hörmüz boğazındakı vəziyyətin daha da gərginləşməsinə qarşı çıxıblar və böhranın həlli üçün diplomatik əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İranla regionun ərəb ölkələri arasında naviqasiyanın bərpası və münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunub.

Rusiya gələcək dialoqu asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. (Rusiya Xarici İşlər Nazirliyi)

#Rusiya #XİN #Lavrov #SəudiyyəƏrəbistanı

Kanala abunə olun
📌 Ərdəbildə məhbus edam olunub 😱😢

Ərdəbil şəhərindən olan 31 yaşlı Şahab Əzimi cümə axşamı Ərdəbil zindanında dar ağacından asılıb. (HRANA)

یک زندانی در زندان اردبیل اعدام شد

#Ərdəbil #edam

Kanala abunə olun
🤬31
🇮🇷 İrandakı Buşehr Atom Elektrik Stansiyası yenidən fəaliyyətə başlayır

Bu barədə 🇷🇺 "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, orada vəziyyət ümumilikdə sabitdir və iranlı işçilərin sayı artmaqda davam edir.

O əlavə edib ki, korporasiya sürətli səfərbərliyə və bütün şəxsi heyətinin respublikaya qayıtmasına hazırdır.
Bu, artıq münaqişənin yenidən başlaması riski aradan qalxan kimi baş verəcək.

🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İrana hücumlarından bəri nüvə elektrik stansiyası bir neçə dəfə zərbələrə məruz qalıb. Aprelin əvvəlində təxliyə edilən 175 işçi xüsusi reyslə irəvandan Moskvaya aparılıb.

#İran #Buşehr #Rusiya

Kanala abunə olun
😁41