Azad İran
5.81K subscribers
35.9K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Hazırda Hörmüz boğazı 🌊🚢

“Fars News” agentliyi Hörmüz boğazı ətrafında gərginliyin artdığı bir vaxtda yeni görüntülər yayımlayıb.

Paylaşımda “Hörmüz boğazındakı vəziyyət və İran tərəfindən saxlanılan gəmilərin son görüntüsü” ifadəsi yer alıb.

Hazırda Hörmüz boğazı bölgədə artan gərginlik fonunda beynəlxalq diqqət mərkəzində qalır.

تازه‌ترین تصویر از وضعیت تنگۀ هرمز و کشتی‌های توقیف‌شده توسط ایران

#Hörmüzboğazı #gərginlik

Kanala abunə olun
“Azadlıq Layihəsi” yarımçıq qaldı: 🇸🇦 Səudiyyə 🇺🇸 ABŞ-yə hava məkanını bağladı 🌊

NBC News telekanalı xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı “Azadlıq Layihəsi”ni qəfil dayandırıb. Buna səbəb isə Körfəz müttəfiqləri arasında ciddi narazılıq olub.

Məlumata görə, layihənin dayandırılması qərarı Səudiyyə Ərəbistanının ABŞ hərbi qüvvələrinin əməliyyatda istifadə edə biləcəyi hava məkanı və bazalara çıxışını məhdudlaşdırmasından sonra verilib.

Rəsmilər bildiriblər ki, Tramp layihəni sosial şəbəkə vasitəsilə elan etdikdən sonra Körfəz ölkələri, xüsusilə Səudiyyə rəhbərliyi bu addımdan təəccüblənib və narazılıq ifadə edib. Bunun ardınca Ər-Riyad ABŞ-yə Şahzadə Sultan aviabazasından istifadə və Səudiyyə hava məkanından keçid icazəsini dayandırdığını bildirib.

Məlumata görə, Tramp və vəliəhd Məhəmməd bin Salman arasında telefon danışığı da məsələni həll etməyib və ABŞ tərəfi layihəni dayandırmaq qərarı verib. (Iranintl)

#ABŞ #Hörmüzboğazı #AzadlıqLayihəsi #SəudiyyəƏrəbistanı
😱1
🇦🇪 BƏƏ Hörmüz boğazında neft daşımalarını gizli şəkildə həyata keçirib 🌊🚢🛢️

Reuters agentliyi xəbər verib ki, BƏƏ Hörmüz boğazı ətrafında artan gərginlik fonunda xam neft ixracını davam etdirmək üçün bir neçə tanker vasitəsilə marşrut və izləmə sistemlərində dəyişiklik edib.

Məlumata görə, İran, ABŞ və İsrail arasında davam edən gərginlik dövründə ən azı dörd tanker aprel ayında BƏƏ-nin Yuxarı Zakum və Das yataqlarından təxminən 6 milyon barel xam neft daşıyıb.

Hesabatda bildirilir ki, bəzi gəmilər Avtomatik İdentifikasiya Sistemini (AIS) söndürərək hərəkət edib. Bu addımın məqsədinin İran qüvvələri tərəfindən izlənilmə riskini azaltmaq olduğu qeyd olunur.

Reuters əlavə edir ki, daşınan neftin bir hissəsi Hörmüz boğazından kənarda digər tankerlərə ötürülüb, bəzi yüklər isə Omanda yerləşən anbarlara boşaldılıb, daha sonra isə Asiya ölkələrindəki neft emalı zavodlarına göndərilib. (Iranintl)

#BƏƏ #Hörmüzboğazı #gizlineftdaşımaları
🇮🇷 İran və 🇵🇰 Pakistan XİN rəhbərləri telefon danışığı aparıb ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Məlumata görə, tərəflər söhbət zamanı bölgədəki son prosesləri və mövcud gərginlikləri müzakirə ediblər.

Nazirlər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, gərginliyin artmasının qarşısının alınması üçün dialoq və diplomatiya yolunun davam etdirilməsinin önəmini qeyd ediblər.

Eyni zamanda, region ölkələri arasında konstruktiv əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub.(Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و پاکستان

#İran #Pakistan #XİN #regionalgərginlik

Kanala abunə olun
1🤮1
🇺🇸 ABŞ-də 🇮🇷 İran müharibəsi ilə bağlı neft bazarında şübhəli əməliyyatlar araşdırılır🛢

ABC News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi və Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) Tramp və İran rəsmilərinin müharibə ilə bağlı açıqlamalarından əvvəl baş verən şübhəli neft ticarəti əməliyyatlarını araşdırır.

Məlumata görə, treyderlər kritik siyasi hadisələrdən əvvəl neft qiymətlərinin düşəcəyinə ümumilikdə 2,6 milyard dollardan çox məbləğdə mövqe açıblar.

Araşdırmada qeyd edilən əsas epizodlar:
• 23 mart: Trampın İranla bağlı hərbi təhdidlərdə dəyişiklik edəcəyini açıqlamasından təxminən 15 dəqiqə əvvəl, neftin ucuzlaşacağına 500 milyon dollardan çox mərc edilib;
• 7 aprel: müvəqqəti atəşkəsdən bir neçə saat öncə 960 milyon dollar həcmində oxşar əməliyyatlar aparılıb;
• 17 aprel: Abbas Əraqçının Hörmüz boğazının açıq olduğunu bildirməsindən 20 dəqiqə əvvəl 760 milyon dollar dəyərində pul qoyulub;
• 21 aprel: Trampın atəşkəsi uzatmaq qərarından 15 dəqiqə əvvəl 430 milyon dollarlıq mərc qeydə alınıb.
🇴🇲 Oman Sultanı və 🇪🇬 Misir prezidenti 🇮🇷 İran-🇺🇸 ABŞ böhranının həlli yollarını müzakirə ediblər

Oman Sultanı və Misir prezidenti Əl-Bərəkə Sarayında keçirilən görüşdə regional prosesləri və böhranların həlli yollarını müzakirə ediblər.

Görüşdə tərəflər ABŞ-İran böhranında yekun razılığa gəlməyin yolları, regional məsələlər və onların siyasi, iqtisadi və təhlükəsizlik baxımdan nəticələri haqda fikir mübadiləsi aparıblar.

سلطان عمان و رئیس‌جمهور مصر درباره راهکارهای حل بحران ایران و آمریکا گفت‌وگو کردند

#Oman #Misir #İran #ABŞ #münaqişə #danışıqlar #razılıq #həllyolu

Kanala abunə olun
1
Körfəz Əməkdaşlıq Şurası 🇮🇷 İrana xəbərdarlıq etdi: "Biz 🇦🇪 BƏƏ-nin yanındayıq" 🗣

Körfəz Əməkdaşlıq Şurasının baş katibi İranın BƏƏ-yə qarşı mövqeyini və hücumlarını pisləyərək, Tehranı gərginliyi artırmaqda və bölgəni sabitsizləşdirməkdə günahlandırıb.

Çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin bəyanatına və Birləşmiş Ərəb Əmirliklərinə son hücumlara cavab olaraq Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəvi Tehranın mövqeyini "yalan və qəbuledilməz iddialar" adlandırıb.
Azad İran
Körfəz Əməkdaşlıq Şurası 🇮🇷 İrana xəbərdarlıq etdi: "Biz 🇦🇪 BƏƏ-nin yanındayıq" 🗣 Körfəz Əməkdaşlıq Şurasının baş katibi İranın BƏƏ-yə qarşı mövqeyini və hücumlarını pisləyərək, Tehranı gərginliyi artırmaqda və bölgəni sabitsizləşdirməkdə günahlandırıb. …
O, bildirib ki, İslam Respublikası təkcə BƏƏ ərazisinə qarşı "təcavüzkar hücumlar" həyata keçirməyib, həm də "faktları təhrif etməyə" çalışmaqda davam edir.

Bu reaksiya İran Xarici İşlər Nazirliyinin BƏƏ-ni "düşmən ölkələrlə əlbir olmaqda" və xarici hərbi bazalara ev sahibliyi etməkdə günahlandırmasından sonra yaranıb.

Əl-Bədəvi açıqlamasında bu addımın İslam Respublikasının bölgədə gərginlik yaratmaq üçün davamlı yanaşmasının və Tehranın açıq şəkildə regional təhlükəsizliyi pozmağa doğru irəlilədiyinin göstəricisi olduğunu qeyd edib.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi şuranın altı üzv dövlətin hamısının BƏƏ-nin yanında olduğunu və onun təhlükəsizliyini və suverenliyini qorumaq üçün addımlarını dəstəklədiyini vurğulayıb.

#KörfəzƏməkdaşlıqŞurası #xəbərdarlıq #İran #hücum #BƏƏ

Kanala abunə olun
🛑 Güney Azərbaycanda mina partlayışı 21 yaşlı gəncin ölümünə səbəb oldu 💣😢

Saqqız şəhərində İran-İraq müharibəsindən qalan minanın parlaması nəticəsində 21 yaşlı Peyman Rəhmanpur həlak olub.

سقز؛ یک جوان ۲۱ ساله در پی انفجار مین جان‌باخت

#GüneyAzərbaycan #mina #partlayış #gənc #ölüm

Kanala abunə olun
1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian enerjiyə qənaət etməyə çağırıb 🗣🔌⚡️

İran prezidenti deyib: "Biz artıq istehlakı idarə etməliyik.
Elə etməliyik ki, istehsalata elektrik enerjisi və qazın verilişini kəsməyək.

Başqa yerlərin enerjisini kəsmək lazım deyil, hər kəsin istifadə edə bilməsi üçün kəsintiyə ehtiyac yoxdur; hər kəs artıq lampaları söndürsün.

Əgər biz enerjini düzgün istehlak etsək, lazım olan bir çox enerjini və ya xidmətləri istehsalçılara verə bilərik və onlara maneə yaratmarıq
".

پزشکیان: اگر مصرف اضافه را کنترل کنیم، انرژی مورد نیاز تولید تأمین می‌شود

#İran #Pezeşkian #çağırış #enerji #qənaət

Kanala abunə olun
👎1🤮1
🇮🇷 İranda edamlar davam edir 😱😢

Kermanşah əyalətinin Salase-Babacani şəhərində qətl törətməkdə ittiham olunan Məhəmmədtağı Şahveysi çərşənbə günü dar ağacından asılıb.

Onun dörd uşaq atası olduğu bildirilir. (Hengaw)

تصویری از محمدتقی شاه‌ویسی اهل ثلاث باباجانی که سحرگاه چهارشنبه ۱۶ اردیبهشت ١٤٠٥ به همراه سیروس رمضانی از بابت اتهام قتل در زندان مرکزی کرمانشاه (کرماشان) اعدام شد.

#İran #edam #qətl

Kanala abunə olun
🤬4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəqayi: "İran 🇵🇰 Pakistan vasitəsilə göndərilən təklifləri nəzərdən keçirir" 🗣

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsi hazırda Pakistan tərəfinin vasitəçiliyi ilə irəli sürülən təklifləri araşdırır.

Onun sözlərinə görə, Tehran hələlik yekun qərara gəlməyib və 🇺🇸 Amerika tərəfinin təklifinə cavab hələ hazır deyil.

اسماعیل بقایی، سخنگوی وزارت خارجه جمهوری اسلامی روز پنجشنبه ۱۷ اردیبهشت گفت: ایران در حال بررسی پیام‌های طرف آمریکایی با میانجیگری پاکستان است.

#İran #XİN #Bəqayi #Pakistan #vasitəçilik #təkliflər #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮1
🇮🇷 İranın Bəndər Abbas şəhəri yaxınlığında partlayış səsləri eşidilib 💥

Rəsmi qurumlar hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Yerli sakinlərin məlumatına görə, Hormozqan əyalətinin Sirik bölgəsində çox güclü partlayış baş verib.

#İran #BəndərAbbas #partlayışsəsi

Kanala abunə olun
🔥4
🇮🇷 İranda limana hücum edilib 🚀🔥

Bu haqda Fars News məlumat yayıb.

Məlumatda deyilir: "Bəndər Abbas limanında Fars xəbər ajansının araşdırmaları göstərir ki, İran silahlı qüvvələri ilə düşmən arasında baş verən atışma zamanı Qeşm adasındakı Bəhmən limanının ticarət bölmələri hədəfə alınıb".

بررسی‌های فارس در بندرعباس نشان می‌دهد در جریان تبادل آتش میان نیروهای مسلح ایران و دشمن بخش‌هایی تجاری اسکله بهمن قشم هدف قرار گرفته است.

#İran #BəndərAbbas #Qeşm #liman #hücum

Kanala abunə olun
🔥6
🚨Beynəlxalq Jurnalistlər Federasiyası 🇮🇷 İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt tənqid edib 📢🗣✍️

Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və İslam Respublikasının mətbuat azadlığını məhdudlaşdırmaq təcrübəsini sərt şəkildə tənqid edən qətnamədə deyilir: "Jurnalistlər davamlı olaraq həbsə atılır və bir çoxları ölkəni tərk etməyə məcbur olub.
Hakimiyyət orqanları onlarla qəzet və jurnalı bağlayıb və nəticədə yüzlərlə jurnalist işini itirib".


Qətnamədə 2009-cu ildən bəri İran Jurnalistlər Assosiasiyasının fəaliyyətinə qoyulan qadağa və son illərdə əvəzedici həmkarlar ittifaqının yaradılmasına mane olan qadağalara toxunulur və Beynəlxalq Jurnalistlər Federasiyasının direktorlar şurasından Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar vasitəsilə İranda jurnalistləri təmsil edən həmkarlar ittifaqının fəaliyyətinə imkan yaradılması istənilir.

#BeynəlxalqJurnalistlərFederasiyası #İran #mətbuatazadlığı #məhdudiyyət

Kanala abunə olun
4
🇮🇷 İranla gərginlik fonunda 🇧🇭 Bəhreyn 🇫🇷 Fransanın Thales radarları ilə hava hücumundan müdafiəni gücləndirməyi planlaşdırır 🚀

Bəhreyn Fransanın Thales şirkətindən böyük bir partiya Ground Master radar sistemləri almaq niyyətindədir.

Bunlara, Fransa kəşfiyyat xidmətlərinin ruporu olan Intelligence Online nəşrinə görə, qlobal bazarda ən çox tələbat olanlardan biri sayılan GM200 orta mənzilli və GM400a uzun mənzilli radarları daxildir.👇👇👇
2
Azad İran
🇮🇷 İranla gərginlik fonunda 🇧🇭 Bəhreyn 🇫🇷 Fransanın Thales radarları ilə hava hücumundan müdafiəni gücləndirməyi planlaşdırır 🚀 Bəhreyn Fransanın Thales şirkətindən böyük bir partiya Ground Master radar sistemləri almaq niyyətindədir. Bunlara, Fransa kəşfiyyat…
Saziş Paris və Manama arasında bu ilin fevral ayında imzalanmış müdafiə müqaviləsi çərçivəsində müzakirə olunur.
İlkin məlumatlara görə, müqavilə 🇶🇦Qətər paketinə bənzər şəkildə qurula bilər: radarların tədarükünə əlavə olaraq, personalın təlimi və texniki xidməti də daxildir.

Bəhreynin hava hücumundan müdafiəni gücləndirmək marağı regionda artan gərginlik və İranla münaqişənin nəticələri ilə əlaqələndirilir.

🇺🇸 ABŞ-nin Beşinci Donanmasına ev sahibliyi edən Krallıq təhlükəsizlik tərəfdaşlığını fəal şəkildə şaxələndirir, təkcə Vaşinqton və 🇬🇧 Londonla deyil, həm də Fransa ilə əlaqələrini gücləndirir.

Lakin, Bəhreynin sifarişi Thales şirkəti üçün prioritet olmaya bilər: son aylarda 🇦🇱 Albaniya, 🇧🇬 Bolqarıstan, 🇦🇪 BƏƏ, 🇪🇪 Estoniya, 🇮🇩 İndoneziya, 🇲🇾 Malayziya və 🇸🇪 İsveç artıq Yerüstü Master sistemləri sifariş ediblər, deyə məqalədə qeyd olunur.

#İran #Bəhreyn #gərginlik #radar

Kanala abunə olun
🇺🇸 ABŞ-nin yüksək vəzifəli rəsmisi 🇮🇷 İranın Qeşm və Bəndər Abbas limanlarına endirilən zərbələri təsdiqləyib 🚀

Lakin o, hücumların müharibənin yenidən başlaması demək olmadığını bildirib. (Fox News)

#ABŞ #İran #BəndərAbbas

Kanala abunə olun
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 TƏCİLİ

🇮🇷 Tehranın qərbində hava hücumundan müdafiə sistemləri işə düşüb
🚀💥

غرب تهران فعالیت پدافند


#İran #Tehran #HHM
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəndər Abbasdakı partlayışlardan görüntülər 💥

🇺🇸 ABŞ-nin hücumundan sonra Bəndər Abbas şəhərində ardıcıl partlayış səsləri eşidilib.

#İran #partlayış #BəndərAbbas

Kanala abunə olun
🔥3
🇦🇪 BƏƏ 🇮🇷 İranın hücumlarını sənədləşdirmək üçün komitə yaradır

BƏƏ-nin rəsmi xəbər agentliyi yeni milli komitəyə "İran təcavüzü ilə əlaqəli hücumlar və hərbi əməliyyatlarla bağlı bütün hadisələri sənədləşdirmək və izləmək" tapşırığının verildiyini bildirib.

Hesabata görə, İslam Respublikasının Körfəz ölkələrinə hücumlarında vurulan hədəflər arasında Dubayın dəbdəbəli Palm kurortu, eləcə də hava limanları və enerji obyektləri də daxil olmaqla önəmli yerlər və obyektlər olub.

BƏƏ ölkələr arasında ən çox zərər çəkib, oraya 2800-dən çox dron və raket atılıb.

Keçən ay Əbu-Dabi Tehranın vurduğu ziyanı kompensasiya etməsində israr edib.

#BƏƏ #İran #hücum

Kanala abunə olun
3