Azad İran
5.81K subscribers
35.9K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda partlayış anı kameralara belə düşdü 💥📹

İranın Kohnəz Şəhriyar bölgəsində baş verdiyi bildirilən partlayış anı avtomobilin kamerası vasitəsilə qeydə alınıb.

Bildirilir ki, görüntülər internet məhdudiyyətləri səbəbi ilə hadisədən təxminən iki ay sonra paylaşılıb.

Məlumata görə, İranda internetin geniş şəkildə məhdudlaşdırılmasından sonra bəzi istifadəçilər müxtəlif yollarla qlobal şəbəkəyə çıxış əldə edərək ABŞ-İsrail və İran arasında baş vermiş 40 günlük müharibəyə aid görüntülər paylaşmağa başlayıblar.

انفجار کهنز شهریار از دوربین خودرو؛
ویدیویی که به‌دلیل قطعی اینترنت با دو ماه تاخیر منتشر شد

#İran #partlayış #ABŞ #Israil #hücum

Kanala abunə olun
🔥1
🇮🇷 İranda yanvar etirazları ilə bağlı yeni edam təhlükəsi 👨‍⚖️😢

İranda 2026-cı ilin yanvar etirazları zamanı həbs edilən bəzi şəxslərlə bağlı ölüm hökmlərinin icrasının davam etdiyi bildirilir. Məlumatlara görə, hazırda onlarla məhbus edam riski ilə üz-üzədir.

Məlumatlı mənbələr və hüquq müdafiəçiləri qeyd edirlər ki, son həftələrdə etirazlarla əlaqədar saxlanılan şəxslərin asılmasına dair xəbərlər artıb. Bildirilir ki, adı açıqlanan 19 nəfərlə yanaşı, kimliyi ictimaiyyətə məlum olmayan digər məhbusların da hökmü istənilən vaxt icra oluna bilər.

Qeyd olunub ki, bu proses hakimiyyətin etiraz dalğasının nəticələrini nəzarətdə saxlamaq və cəmiyyətdə qorxu yaratmaq siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.

#İran #etirazlar #məhbuslar #həbs #edam

Kanala abunə olun
🇮🇷 İran parlamenti bu dəfə “mətbəxdə” iclas keçirdi 🤔

Dünən iranlı jurnalist Məsud Kazemi parlamentin Milli Təhlükəsizlik Komissiyasının iclası ilə bağlı istehzalı paylaşım edib.

Kazemi “X” hesabında yazıb ki, “İslam Respublikası müharibədə qalib gəldiyini iddia etsə də, parlamentin Milli Təhlükəsizlik Komissiyasının ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nümayəndələri ilə görüşü "təhlükəsiz evin" mətbəxində keçirilib”.

Jurnalist paylaşımında ironik şəkildə əlavə edib: “Daha iki qələbə ilə görüşlər yazılı şəkildə keçiriləcək”.

Qeyd edək ki, İranda “təhlükəsiz ev” ifadəsi adətən ETTELAAT Nazirliyinə bağlı xüsusi məkanlara aid edilir. Bu evlər əsasən gizli görüşlər, sorğular və təhlükəsizlik xarakterli fəaliyyətlər üçün istifadə olunur.

جلسه کمیسیون امنیت ملی مجلس در آشپزخانه

#İran #parlament #iclas #mətbəx

Kanala abunə olun
😁21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda hava limanlarının müharibə sonrası dağıntıları ilk dəfə göstərildi ✈️📹

İranın dövlət televiziyası - IRIB News ilk dəfə ABŞ və İsraillə baş verən münaqişə zamanı ölkənin bir neçə hava limanına dəyən ziyanla bağlı görüntüləri yayımlayıb.

Məlumata görə, təxminən 40 gün davam etdiyi bildirilən müharibə dövründə Mehrabad, Məşhəd Kərəc, Kiş, Əhvaz və Xürramabad hava limanları hədəfə alınıb. Hücumlar nəticəsində həm hərbi obyektlərə, həm də sərnişin təyyarələrinə ciddi ziyan dəydiyi qeyd olunur.

IRIB-in məlumatına görə, Məşhəd hava limanında zədələnən sərnişin təyyarələrindən birinin dəyəri təxminən 25 milyon dollar olub.

صدا و سیما تصاویری تکان‌دهنده از ویرانی‌های جنگ در فرودگاه‌های کشور منتشر کرد

#İran #havalimanları #müharibə #zərər

Kanala abunə olun
Azad İran
🚨TƏCİLİ 🇮🇷 İran Hörmüz boğazını keçməyə çalışan 🇰🇷 Cənubi Koreya gəmisini vurdu 🌊🚀💥🚢 Bu gün Cənubi Koreya mətbuatında Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir gəmiyə hücum edildiyi barədə məlumat yayılıb. Ancaq İranın rəsmi və yarırəsmi xəbər agentlikləri…
🇮🇷 İran 🇰🇷 Cənubi Koreya gəmisinə hücum iddialarını rədd etdi 🌊🚢🚀

Bu gün İranın Seuldakı səfirliyi Hörmüz boğazında Cənubi Koreyaya məxsus gəmi ilə bağlı insidentdə İslam Respublikasının hər hansı rolunun olması barədə iddiaları təkzib edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, İran Silahlı Qüvvələrinin hadisə ilə heç bir əlaqəsi yoxdur və yayılan məlumatlar əsassızdır. (ISNA)

Qeyd edək ki, mayın 4-də Panama bayrağı altında üzən “HMM Namu” adlı gəmidə partlayış baş verib. Hadisə zamanı 24 nəfərlik heyətin xəsarət almadığı bildirilib.

#İran #CənubiKoreya #gəmi #hücum #təkzib

Kanala abunə olun
🇺🇸 CENTCOM: Hörmüzdə onlarla gəmi blokada səbəbilə saxlanılıb 🌊🚢

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlər səbəbi ilə 52 kommersiya gəmisi ya geri döndərilib, ya da limana yönləndirilib.

Qurumun “X” hesabında yayılan məlumata görə, bu addımlar dəniz hərəkətində təhlükəsizlik və qaydalara riayət olunmasını təmin etmək məqsədi daşıyır.

Məlumatda həmçinin ABŞ-yə məxsus “USS George H.W. Bush” təyyarədaşıyan gəmisinin bölgədəki əməliyyatlarda iştirak etdiyi qeyd olunur.

#ABŞ #CENTCOM #Hörmüzboğazı #gəmilər #blokada

Kanala abunə olun
📰 WSJ: “🇺🇸 ABŞ 🇮🇷 İrana yeni nüvə razılaşma çərçivəsi təqdim etdi” ☢️

“The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ İranla nüvə proqramı üzrə yeni razılaşma çərçivəsi təqdim edib. Tehran bu təklifi qəbul edərsə, tərəflər arasında 30 günlük genişmiqyaslı danışıqlar mərhələsi başlayacaq.

Məlumata əsasən, Vaşinqtonun əsas tələbləri və “qırmızı xətləri” aşağıdakılardır:

• İranın nüvə silahı əldə etmək niyyətində olmadığını rəsmi şəkildə təsdiqləməsi;
• Fordo, Nətənz və İsfahan nüvə obyektlərinin sökülməsi;
• Yeraltı nüvə fəaliyyətlərinə tam qadağa;
• Pozuntulara görə cəzalar nəzərdə tutulmaqla geniş yoxlama mexanizmlərinin tətbiqi;
• Uran zənginləşdirilməsinə 20 illik moratoriumun qəbul edilməsi;
• Bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi;
• ABŞ sanksiyalarının mərhələli yumşaldılması və Hörmüz boğazının yenidən açılması;
• Əvvəlcədən fəaliyyət şərtlərinə bağlı olmayan sanksiyaların ləğvi. (Iranintl)

#ABŞ #İran #razılaşma
2
CNN: “🇮🇷 İranın 🇺🇸 ABŞ-nin təklifinə tezliklə cavab verəcəyi gözlənilir”

CNN telekanalı xəbər verir ki, Tehranın müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təklifinə cavabının cümə axşamı göndərilməsi ehtimal olunur.

Məlumata görə, İran vasitəçilər üzərindən təqdim olunan ABŞ-nin təklifini hazırda nəzərdən keçirir. Bir mənbə iki tərəfin müharibənin dayandırılması istiqamətində razılaşmaya doğru irəlilədiyini bildirib.

CNN qeyd edir ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə cavab üçün bir həftəlik müddət verildiyini səsləndirsə də, konkret son tarix açıqlanmayıb və razılaşma əldə olunmasa, hərbi əməliyyatların yenidən başlayacağı barədə xəbərdarlıq edib.

Digər mənbələr, o cümlədən Axios nəşri Tehrana cavab üçün 48 saatlıq möhlət verildiyini açıqlayıb.

#İran #ABŞ #razılaşma #təklif

Kanala abunə olun
1
🇮🇷 Qalibaf 🇺🇸 ABŞ mediasına və yayılan xəbərlərə istehza etdi

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq siyasəti və mediada yayılan məlumatlarla bağlı ironik yazı paylaşıb.

“«Mənə etibar et, qardaş» adlı əməliyyatın uğursuz olduğu görünür və indi «Fauxios əməliyyatına» geri dönüş edilib”, - deyə, Qalibaf bildirib.

Qalibafın «Fauxios əməliyyatı» ifadəsi “faux” (saxta) və “Axios” (xəbər saytı) sözlərinin birləşməsidir. Yəni “saxta Axios xəbərləri” və ya ümumilikdə “dezinformasiya xəbərləri”nə işarə edir.

#İran #Qalibaf #ABŞ #media #istehza

Kanala abunə olun
🤮1
🇨🇭🇺🇸🇮🇷 İsveçrə ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırdır

İsveçrə Xarici İşlər Nazirliyi ABŞ və İran arasında mümkün danışıqlar üçün ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Nazirliyin sözçüsü Melani Qugelman TASS-a müsahibəsində qeyd edib ki, əgər Cenevrə danışıqlar üçün seçim kimi nəzərdən keçirilərsə, İsveçrə həmişə “yaxşı xidmətlərini” təqdim etməyə hazırdır.

O, əlavə edib ki, İsveçrə sülh prosesinə yönəlmiş bütün diplomatik təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə tərəflərlə əlaqələri davam etdirir.

İsveçrə tarixən ABŞ-nin İranda maraqlarını təmsil edən vasitəçi rolunu oynayıb. Pakistan isə ABŞ-dəkı İran maraqlarını qoruyan diplomatik kanal kimi çıxış edib.

Eyni zamanda Axios-un məlumatına əsasən, Vaşinqton və Tehran münaqişəyə son qoyacaq ilkin anlaşma memorandumuna yaxınlaşa bilər və növbəti danışıqların İslamabad və ya Cenevrədə keçirilməsi ehtimal olunur.

#İsveçrə #ABŞ #İran #danışıqlar
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Fransa gəmisi Qırmızı dənizə doğru hərəkət edir 🌊🚢✈️

Fransa hərbçiləri tərəfindən yayımlanan görüntülərdə “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin Süveyş kanalından keçərək Qırmızı dənizin cənubuna doğru hərəkət etdiyi görünür.

Məlumata görə, gəminin bölgəyə yerləşdirilməsi Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin olunmasına yönələn mümkün çoxmillətli missiyaya hazırlıq çərçivəsində həyata keçirilir.

Bildirilib ki, koalisiya təşəbbüsünə Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmer rəhbərlik edir və 40-dan çox ölkə bu planın hərbi hazırlıqlarında iştirak edir.

عبور ناوهواپیمابر "شارل دوگل" فرانسه از کانال سوئز

#Fransa #hərbigəmi #Qırmızıdəniz #missiya #Hörmüzboğazı

Kanala abunə olun
Əl-Ərəbiyyə: “Hörmüz boğazının mərhələli açılması müzakirə olunur” 🌊

“Əl-Ərəbiyyə” telekanalı bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı intensiv diplomatik danışıqlar aparılır.

Məlumata görə, 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında liman blokadasının yumşaldılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılması barədə ilkin razılaşma əldə oluna bilər. Yaxın saatlarda boğazda hərəkətsiz qalan gəmilərlə bağlı vəziyyətdə irəliləyiş gözlənildiyi qeyd olunur.

Bu xəbər Pakistanın baş naziri Şahbaz Şərifin ABŞ prezidenti Donald Trampın “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması ilə bağlı təşəkküründən bir gün sonra yayılıb.

Eyni zamanda İranın da münaqişənin sona çatdırılması üçün aparılan danışıqlar çərçivəsində Hörmüz boğazının açılması məsələsini nəzərdən keçirməyə hazır olduğu bildirilir.

#İran #ABŞ #Hörmüzboğazı #blokada #danışıqlar

Kanala abunə olun
🇧🇭 Bəhreyn parlamenti 🇮🇷 İrana görə millət vəkillərini vəzifədən uzaqlaşdırdı

Bəhreyn Nümayəndələr Palatası konstitusiya və daxili nizam-intizam qaydalarına əsaslanaraq üç millət vəkilinin mandatını ləğv edib.

Məlumata görə, deputatların vəzifədən uzaqlaşdırılmasına səbəb onların son dövrlərdə ölkədə “İranla əlaqədə və ya İrana rəğbətdə ittiham olunan şəxslərə qarşı görülən tədbirlər”i tənqid etmələri olub. Xüsusilə, həmin şəxslərə qarşı tətbiq edilən sərtləşdirilmiş prosedurlar, o cümlədən vətəndaşlığın ləğvi kimi qərarlara qarşı çıxışlar parlamentdə narazılıq doğurub.

Rəsmi açıqlamalarda bu addımların “İranla əməkdaşlıq və ya İranı dəstəkləməkdə şübhəli bilinən fəaliyyətlərə qarşı dövlət siyasətinə zidd mövqe” kimi dəyərləndirildiyi bildirilir.

Səsvermədə iştirak edən 36 millət vəkilinin hamısı mandatların ləğvinə səs verib. (Fars News)

#Bəhreyn #parlament #millətvəkilləri #İran #dəstək #vəzifədənkənarlaşdırma
👍2
🇦🇪 BƏƏ-yə endirilən son zərbələrin arxasında 🇮🇷 İran yox, 🇸🇦 Səudiyyə dayanır? 🚀🤔

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yönəlik son hücumların İran tərəfindən deyil, Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyi iddia olunur.

“Middle East Affairs” platformasının yaydığı məlumata görə, BƏƏ mediası neft ixracına zərər vurmaq məqsədi daşıyan son hərəkətlərin İranın deyil, məhz Səudiyyə Ərəbistanının iştirakı ilə baş verdiyini bildirib.

Məlumatda qeyd olunur ki, Tehran isə bu hadisələrlə hər hansı əlaqəsinin olduğunu qətiyyətlə inkar edib.

#BƏƏ #İran #SəudiyyəƏrəbistanı #hücum

Kanala abunə olun
1👎1
🇺🇦 Ukrayna: “🇷🇺 Rusiya 🇮🇷 İran istehsalı dronlarla kütləvi hücumlar həyata keçirib” 🚀🔥

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri aprel ayında Rusiyanın həyata keçirdiyi hücumlar zamanı 6 mindən çox dron və raketi vurduğunu və ya sıradan çıxardığını açıqlayıb.

Məlumata görə, Rusiya son bir ay ərzində Ukraynaya qarşı:

• 6583 İran istehsalı “Shahed-136” dronu atıb, onların 5861-i (89%) vurulub;
• 141 qanadlı və ballistik raket istifadə edib, onların 89-u (63%-dən çox) məhv edilib.

Ukrayna HHM sistemlərinin aprel ayı üzrə ümumi effektivliyi 88,5% olub. Ən böyük dron hücumu aprelin 1-də, Rusiyanın 700 PUA atəşlədiyi gün qeydə alınıb. (Ukrayna Müdafiə Nazirliyi)

#Ukrayna #Rusiya #İran #Shahed #dron #hücum #müharibə

Kanala abunə olun
👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian Müctəba Xameneyi ilə iki saat yarımlıq görüşündən danışdı

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Müctəba Xameneyi ilə son görüşü barədə açıqlama verib.

Pezeşkian bildirib ki, görüş səmimi şəraitdə keçib və müzakirələr təxminən iki saat yarım davam edib. Onun sözlərinə görə, görüş zamanı ən çox diqqətini çəkən məqam ali rəhbərin qarşıdurma tərzi, dünyagörüşü, təvazökarlığı və səmimi davranışı olub.

Prezident vurğulayıb ki, bu yanaşma dialoqu inam, sakitlik, empatiya və birbaşa ünsiyyət üzərində qurulan mühitə çevirib.

Pezeşkian, habelə, ölkə idarəçiliyində birlik və qarşılıqlı etimadın möhkəmləndirilməsiin vacibliyini qeyd edərək bildirib ki, yüksək vəzifəli şəxslərin bu cür davranışı dövlət idarəçiliyi üçün nümunə ola bilər. (Tasnim News)

#İran #Pezeşkian #MüctəbaXameneyi #görüş

Kanala abunə olun
😁4🤮1
Azad İran
SON DƏQİQƏ 🚨 🇮🇷 İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı 🌉🚀💥 Bu gün Tehranın qərbində yerləşən Kərəc şəhərindəki “Yaxın Şərqin ən hündür körpüsü” sayılan B1 körpüsü hava hücumuna məruz qalıb. Məlumata görə, ABŞ və İsrail qüvvələrinin bu gün həyata…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başlayıb 🌉🏗

İranın Kərəc şəhərində yerləşən və “Yaxın Şərqin ən hündür körpüsü” kimi tanınan B1 körpüsünün yenidənqurulmasına başlanılıb.

Nəqliyyatın İnkişafı və Tikinti Şirkətinin baş direktoru bildirib ki, ABŞ və İsrailin hücumu nəticəsində dağıdılan körpünün bərpasının birinci mərhələsi çərçivəsində dağıntıların təmizlənməsi işləri həyata keçirilir və bu prosesin təxminən bir həftə davam edəcəyi gözlənilir.

Onun sözlərinə görə, körpünün yenidən qurulması bir ildən az vaxt aparacaq. Məlumata əsasən, layihənin dəyəri təxminən 3,7 trilyon tümən (61,7 milyon dollar) olaraq dəyərləndirilir.

Qeyd edək ki, aprelin 2-də Kərəc şəhərində B1 körpüsü hücuma məruz qalıb.

آغاز بازسازی پل b1 کرج

#İran #Kərəc #körpü #təmir
😁3🤮1
🇫🇷 Fransa: “Hörmüz boğazı açılmadan 🇮🇷 İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

Bu gün Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil.

Barro RTL radiosuna müsahibəsində qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddir və heç bir tərəf onun üzərində nəzarət quraraq “fidyə tələb edə bilməz”.

Nazir vurğulayıb ki, İranla bağlı sanksiyaların gələcəyi Tehran–Vaşinqton danışıqlarının bərpası və mümkün anlaşma prosesi ilə əlaqələndirilir. (Independent Persian)

#Fransa #XİN #İran #Hörmüzboğazı #sanksiya

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” 🗣

Bu gün İran prezidenti Məsud Pezeşkian bildirib ki, 🇮🇱 İsrail və 🇺🇸 ABŞ son müharibə dövründə İranı daxildən zəiflətmək və parçalamağa yönəlmiş siyasət yürüdüb.

Pezeşkian iş adamları ilə görüşdə çıxışı zamanı deyib ki, “İsrail və ABŞ sabitliyin təmin edilməsi ilə məşğul olan təhlükəsizlik strukturlarımızı hədəfə alıb”.

Onun sözlərinə görə, bu qüvvələr vəziyyətdən istifadə edərək ölkə daxilində narazılıq və etirazların artacağını, bunun isə hakimiyyətə təzyiq yaradacağını düşünürdü.

Prezident qeyd edib ki, müxtəlif ölkələrdə qiymət artımları səbəbilə etirazların baş verməsi fonunda oxşar ssenari İran üçün də planlaşdırılmışdı.

Pezeşkianın dediklərinə görə, ictimai dəstək və iş adamlarının fəaliyyəti bu planların həyata keçməsinin qarşısını alıb.

#İran #Pezeşkian #ABŞ #İsrail #etirazlar #plan

Kanala abunə olun
🤮1
🛑 Hörmüz boğazında iki minə yaxın gəmi ilişib 🌊🚢

CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən 1600 ticarət gəmisi iki aydan çoxdur sıxlıq səbəbindən hərəkətsiz qalıb.

Məlumata görə, gəmiçilik şirkətləri təhlükəli bölgədən keçid üçün alternativ marşrutlar axtarsa da, böyük logistika və maliyyə riskləri ilə üzləşirlər.

CNN yazır ki, ABŞ-nin bölgədə təhlükəsiz keçid yaratmaq cəhdlərinə baxmayaraq, nəticələr məhdud olub və indiyədək yalnız iki gəmi nəzarət altında olan marşrutu uğurla keçə bilib.

Kanalın məlumatına görə, hazırkı şəraitdə tranzit əməliyyatları həm yükün dəyərini, həm də ekipajların təhlükəsizliyini ciddi risk altına saldığı üçün bir çox daşıyıcı şirkət keçidi təkbaşına həyata keçirməkdən imtina edir. (Shafaqna)

سی ان ان: 1600 کشتی همچنان پشت تنگه هرمز متوقف مانده اند

#Hörmüzboğazı #gəmi #məhdudiyyət

Kanala abunə olun
🇮🇷 İranın XİN rəhbəri Xameneiyə sui-qəsddə ittiham edilir 😱

İranın “Hizbullah” təşkilatının baş katibi və “Hizbullah” qəzetinin baş redaktoru Məhəmməd Baqir Xərrazi “X” hesabında paylaşım edərək, İranın xarici işlər naziri Abbas Əraqçıya qarşı ağır ittihamlar səsləndirib.

Xərrazi iddia edib ki, Əraqçı mərhum ali lider Əli Xameneiyə qarşı mümkün sui-qəsd planında rol oynaya bilər.

Onun sözlərinə görə, Əraqçının bir yüksək səviyyəli görüşdən sonra İran liderinin iqamətgahının “hədəfə çevrilməsi” təsadüf ola bilməz.

Sərt xətt tərəfdarı dairələrə yaxınlığı ilə tanınan bu qrup Əraqçını, həm də, ABŞ və İsrail mövzusunda “yumşaq mövqe” sərgiləməkdə günahlandırıb və çıxışlarında tərəflər arasında fərq qoymağa çalışdığını vurğulayıb.

Daha da sərtləşən Xərrazi hazırkı diplomatik danışıqlara da toxunaraq deyib:

“Əgər hazırkı danışıqlar JCPOA kimi bir öhdəliyə çevrilərsə, küçə etirazları yaratmaqdan və Xarici İşlər Nazirliyini və Pezeşkian administrasiyasını məhv etməkdən bir an belə çəkinməyəcəyik”. (Iran Wire)
😁1🤮1