Azad İran
5.82K subscribers
35.9K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
🇮🇷 İran və 🇨🇳 Çin XİN rəhbərləri görüşüblər Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüş keçirib. Bu, Əraqçının müharibənin başlanmasından bəri Çinə ilk səfəridir. Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇨🇳Çin strateji tərəfdaşlığı müzakirə edib

Bu gün Pekində İran və Çin xarici işlər nazirləri Abbas Əraqçı və Vanq Yi arasında görüş baş tutub. XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq və regional vəziyyəti müzakirə ediblər.

İran xarici işlər naziri Çini “yaxın dost və strateji tərəfdaş” adlandıraraq, Tehran–Pekin hərtərəfli strateji əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Çin tərəfi isə İranın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib, güc tətbiqinə qarşı çıxdığını bildirib və regionda münaqişələrin diplomatik yollarla həllini dəstəklədiyini qeyd edib.

#İran #Əraqçı #Çin #Vanİ #strtatejitərəfdaşlıq

Kanala abunə olun
2
🇮🇷 İran 🇺🇸 ABŞ ilə “hərtərəfli və ədalətli saziş” istəyir

İran Yaxın Şərqdəki gərginliyin azaldılması ilə bağlı danışıqlar çərçivəsində ABŞ ilə “ədalətli və hərtərəfli razılaşma” əldə etməyə hazır olduğunu açıqlayıb.

Reuters agentliyinin məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Pekində Çin XİN rəhbəri Vanq Yi ilə görüşdən sonra bildirib.

Əraqçş vurğulayıb ki, İran yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcək və danışıqlarda öz qanuni hüquq və maraqlarını müdafiə edəcək. O, Hörmüz boğazı ilə bağlı mümkün dəyişikliklər barədə detallı şərh verməyib.

ایران می‌گوید خواهان یک «توافق جامع و منصفانه» با آمریکا است

#İran #XİN #ABŞ #saziş

Kanala abunə olun
1
Axios: 🇺🇸 ABŞ və 🇮🇷 İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır

“Axios”un məlumatına görə, ABŞ və İran müharibəyə son qoymaq məqsədilə tək səhifəlik razılaşma sənədinə yaxınlaşır. Sənəd gələcəkdə nüvə proqramı üzrə daha geniş danışıqlar üçün əsas çərçivə rolunu oynaya bilər.

Məlumata əsasən, Vaşinqton Tehrandan qarşıdakı 48 saat ərzində sənədin əsas bəndləri ilə bağlı cavab gözləyir.

Təklif edilən razılaşmaya görə, hər iki tərəfin Hörmüz boğazı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Eyni zamanda İranın uranın zənginləşdirilməsini dayandırması, ABŞ-nin isə sanksiyaları yumşaldaraq İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxması planlaşdırılır.

اکسیوس: آمریکا و ایران به توافقی نزدیک شده‌اند که می‌تواند به جنگ پایان دهد

#ABŞ #İran #müharibə #razılaşma

Kanala abunə olun
2
🇮🇷 İran və 🇸🇦 Səudiyyə Ərəbistanı regional vəziyyəti müzakirə edib

Bu gün Çində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

Söhbət zamanı tərəflər bölgədəki son prosesləri müzakirə edib və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki tərəf regional gərginliyin artmasının qarşısının alınması üçün diplomatik səylərin davam etdirilməsinin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. (Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و عربستان

#İran #SəudiyyəƏrəbistanı #XİN #regionalvəziyyət

Kanala abunə olun
🇺🇸 ABŞ 🇮🇶 İraqda 🇮🇷 İrana bağlı qrup lideri ilə bağlı məlumat üçün mükafat təyin etdi 💸

ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafatlar” proqramı İraqda fəaliyyət göstərən İrana bağlı “Hərəkat ən-Nücəba” silahlı qruplaşmasının qurucusu və lideri Əkrəm Abbas əl-Kabi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təyin edib.

Bəyanatda bildirilir ki, qrup ABŞ diplomatik nümayəndəliklərinə və İraq və Suriyadakı hərbi bazalara hücumlarda iştirak edib, habelə, amerikalı podratçının öldürülməsi və bir hərbçinin yaralanması ilə bağlı ittiham olunur.

ABŞ tərəfi Əl-Kabini bölgədə Amerika qüvvələrinə qarşı hücumların təşkili və koordinasiyasında uzunmüddətli rol oynamaqda günahlandırır və onun fəaliyyətinin dayandırılmasına yardım çağırışı edib. (Middle East News)

#ABŞ #İraq #İran #silahlıqruplaşma #məlumat #mükafat

Kanala abunə olun
🛑 Nərgiz Məhəmmədinin sağlamlıq durumu ağırlaşdı: ölüm-dirim arasındadır 😢

2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ailəsi və yaxınları onun sağlamlıq durumunun son dərəcə ağırlaşdığını bildiriblər.

Məlumata görə, zindandan xəstəxanaya köçürüldükdən sonra onun səhhəti daha da pisləşib və ailəsi onun durumunu “ölümlə həyat arasında” kimi xarakterizə edir.

Parisdə fəaliyyət göstərən Nərgiz Məhəmmədiyə Dəstək Komitəsi də onun vəziyyətinin kritik olduğunu açıqlayıb.

Bildirilir ki, Məhammaədi son dövrlərdə uzunmüddətli aclıq aksiyası səbəbindən qan təzyiqinin kəskin düşməsi, sinə ağrıları və ürək problemləri yaşayıb, bir neçə dəfə huşunu itirdikdən sonra təcili xəstəxanaya yerləşdirilib. (Euronews)

#NərgizMəhəmmədi #hüquqmüdafiəçisi #sağlamlıqdurumu #xəbərdarlıq

Kanala abunə olun
Azad İran
🇺🇸 Tramp “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırdı ABŞ prezidenti Donald Tramp 🇮🇷 İranla danışıqlar prosesini davam etdirmək məqsədi ilə Hörmüz boğazından gəmilərin müşayiət olunmasına yönəlmiş ABŞ missiyası – “Azadlıq Layihəsi” əməliyyatının müvəqqəti…
🇵🇰 Pakistan 🇺🇸 Trampa “Azadlıq Layihəsini” dayandırdığına görə təşəkkür edib

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa Hörmüz boğazında həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması qərarına görə təşəkkür edib.

Şərif “X” hesabında Trampın bu addımı “cəsarətli liderlik” kimi qiymətləndirərək, Pakistanın və digər ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının tələbinə verilən müsbət cavabın regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

Pakistanın baş naziri vurğulayıb ki, İslamabad dialoq və diplomatiya yolu ilə münaqişələrin dinc yolla həllini dəstəkləməyə davam edəcək və mövcud prosesin uzunmüddətli razılaşmaya gətirib çıxaracağına ümid edir.

#Pakistan #ABŞ #AzadlıqLayihəsi #təşəkkür
📰 WSJ: “🇨🇳 Çin 🇺🇸 ABŞ sanksiyalarına baxmayaraq 🇮🇷 İrana dron komponentləri tədarük edir”

“The Wall Street Journal” qəzeti yazır ki, Çin ABŞ-nin tətbiq etdiyi sanksiyalara baxmayaraq İran və Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün müxtəlif komponentlərin tədarükünü davam etdirir.

Məlumata görə, kiçik Çin şirkətləri mühərriklər, batareyalar, fiber optik kabellər və mikroçiplər daxil olmaqla müxtəlif dron texnologiyalarını açıq şəkildə ixrac edir və bu yolla ABŞ sanksiyalarını faktiki olaraq nəzərə almırlar.

Qəzetin yazdığına əsasən, “Xiamen Victory Technology” adlı şirkət son müharibə dövründə İranın “Shahed-136” hücum dronları üçün Almaniyada istehsal edilmiş L550 mühərriklərini satıb.

WSJ qeyd edir ki, bu cür tədarüklər İran və Rusiyanın dron proqramlarının davam etməsinə və hərbi potensialının güclənməsinə şərait yaradır.

#Çin #ABŞ #sanksiya #İran #Rusiya #dronkomponentləri

Kanala abunə olun
🇮🇷 İran Fars körfəzindəki gəmilərə müraciət edib 🌊🚢📢

Bu gün İran Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Oman dənizində fəaliyyət göstərən gəmilərin kapitan və sahiblərinə müraciət edib.

Bəyanatda Hörmüz boğazından keçidlə bağlı İran qaydalarına riayət edən və bölgədə dəniz təhlükəsizliyinin təmin edilməsində “könüllü iştirak edən” gəmilərə təşəkkür bildirilib.

İran Hərbi Dəniz Qüvvələri qeyd edib ki, “təcavüzkarların təhdidlərinə son qoyulması” və tətbiq edilən yeni prosedurlar sayəsində Hörmüz boğazından təhlükəsiz və sabit keçid təmin ediləcək.

#İran #Farskörfəzi #gəmilər #müraciət

Kanala abunə olun
2
🇺🇸 Tramp 🇮🇷 İranı seçim qarşısında qoydu: “Razılaşma ya da bombardman” 🕊️🚀

Bu gün ABŞ prezidenti Donald Tramp razılaşma məsələsi ilə bağlı İrana sərt xəbərdarlıq edib.

Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İran razılaşdırılmış şərtləri qəbul edərsə, “Epik Qəzəb” əməliyyatının sona çatacağını və ABŞ-nin tətbiq etdiyi “yüksək effektiv blokada”nın dayandırılacağını açıqlayıb. O, bu halda Hörmüz boğazının İran da daxil olmaqla “hamı üçün açıq” olacağını vurğulayıb.

Ancaq Tramp əlavə edib ki, Tehran razılaşmanı qəbul etməzsə, bombardmanlar yenidən başlayacaq və əvvəlkindən daha yüksək səviyyədə, daha intensiv olacaq.

#ABŞ #Tramp #İran #razılaşma #təhdid

Kanala abunə olun
3
🇮🇷 Laricaninin ailəsi brend içki markasını İran bazarına gətirməyə çalışıb 🍻

Avstriyanın “Standard” qəzeti yazıb ki, dünyanın ikinci ən böyük pivə şirkətlərindən biri olan Niderland mənşəli “Heineken” bir neçə il əvvəl İran bazarına daxil olmağa cəhd edib.

Bu prosesdə İran Ali Milli Təhlükəsizlik Şurasının mərhum katibi Əli Laricaninin ailəsi ilə əlaqəli şəxslər rol oynayıb. Bildirilir ki, Laricaninin qardaşı oğlu Məhəmməd Mohəqqeq Damad Heineken və İran şirkəti arasında birgə layihədə əsas məsləhətçi kimi çıxış edib və brendin İran bazarına daxil olması üçün yol açmağa çalışıb.

Qeyd olunur ki, bu məlumatlar İranda son 40 ildə spirtli içkilərin istehsalı, satışı və istifadəsinin qadağan edildiyi, bu qaydanı pozanlara qarşı sərt cəzaların tətbiq olunduğu bir dövrdə gündəmə gətirilib. (Iran Wire)

اشتاندارد: تلاش خانواده علی لاریجانی برای ورود آبجوی "هاینکن" به ایران

#İran #Laricani #spirtliiçki

Kanala abunə olun
😁2
🇺🇸🇮🇷 ABŞ–İran danışıqlarında kritik mərhələ: müharibə sona çatır? 📄🤔

Pakistanın vasitəçilik etdiyi ABŞ–İran danışıqları müharibəni bitirəcək sənədin imzalanması ilə yekunlaşmaq üzrədir.

Reuters agentliyi Axios nəşrinin Tehran və Vaşinqtonun “bir səhifəlik anlaşma memorandumuna” yaxınlaşdığı barədə məlumatını təsdiqləyib və adı açıqlanmayan Pakistan rəsmisinə istinadən bildirib ki, sənədin razılaşdırılması son mərhələyə çatıb. “Biz bu memorandumu çox tezliklə imzalayacağıq. Həmin mərhələyə yaxınlaşırıq”, - rəsmi vurğulayıb.

Memorandum müharibəyə son qoyulmasını və eyni zamanda 30 günlük danışıqlar mərhələsinin başlamasını nəzərdə tutur. Qeyd olunur ki, ABŞ İranın uranın zənginləşdirilməsini ən azı 12 il müddətinə tam dondurmasını tələb edir.

Danışıqların sonunda İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsi və BMT-nin müdaxiləli yoxlamaları daxil olmaqla genişmiqyaslı yoxlamalara razılıq verməsi qarşılığında Tehrana uranı yalnız 3,67%-ə qədər zənginləşdirməyə icazə verilə bilər.
3
Azad İran
Axios: 🇺🇸 ABŞ və 🇮🇷 İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır “Axios”un məlumatına görə, ABŞ və İran müharibəyə son qoymaq məqsədilə tək səhifəlik razılaşma sənədinə yaxınlaşır. Sənəd gələcəkdə nüvə proqramı üzrə daha geniş danışıqlar üçün əsas…
🇮🇷 Millət vəkili: “İranın əli tətikdədir” ❗️

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi “Axios” nəşrinin ABŞ və İranın müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşdığı barədə yaydığı xəbərə sərt reaksiya verib.

Rzayi “X” hesabında paylaşım edərək bildirib ki, Axios-un yazdığı mətn reallığı əks etdirmir və daha çox “Amerikanın arzu siyahısı” xarakteri daşıyır.

Millət vəkili vurğulayıb ki, ABŞ üz-üzə danışıqlarda əldə edə bilmədiyini müharibə yolu ilə də qazana bilməyəcək. Onun sözlərinə görə, Tehran hər an cavab verməyə hazırdır.

“İranın əli tətikdədir və hazırdır. Əgər onlar təslim olmasalar və lazımi güzəştlərə getməsələr, yaxud özləri və ya itləri pis davranmağa çalışsalar, biz sərt və peşmanedici cavab verəcəyik”, – deyə Rzayi qeyd edib.

#İran #millətvəkili #ABŞ #razılaşma #təhdid

Kanala abunə olun
4😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran Hörmüz boğazında dron vurduğunu iddia edir ✈️💥

“Fars News” agentliyi İranın hava hücumundan müdafiə qüvvələrinin gecə saatlarında Hörmüz boğazı yaxınlığında pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Məlumata görə, insident Qeşm adası ətrafında, boğaza yaxın ərazidə baş verib.

Agentlik dronun vurulmasından sonra PUA-ya dair görüntülər də paylaşıb. Videonun başlığında “Hörmüz boğazında vurulan düşmən pilotsuz təyyarəsinin qalıqları” ifadəsi yer alıb.

#İran #Hörmüzboğazı #dron

Kanala abunə olun
2
🛑 Ərdəbilin iqtisadi nümayəndə heyəti 🇦🇿 Azərbaycana səfər edəcək

Ərdəbil əyalətindən olan tacirlər, iş adamları və icraedici qurumların rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfər edəcəyi bildirilir.

Bununla bağlı, Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeqanə açıqlama verib. Onun sözlərinə görə, səfər çərçivəsində malların idxalı və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə lazımi məsləhətləşmələr aparılacaq.

Vali qeyd edib ki, indiyədək 30 növ məhsul üzrə sifariş qeydə alınıb və həmin məhsulların bir hissəsinin idxalı artıq həyata keçirilib. Digər məhsulların idxalının isə Ərdəbil əyalətinin sərhəd imkanlarından istifadə edilməklə mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır. (IRIB News)

#Ərdəbil #nümayəndəheyəti #Azərbaycan #səfər

Kanala abunə olun
1🤮1
🇵🇰🇺🇸🇮🇷 Pakistan ABŞ–İran danışıqlarının ikinci raunduna ev sahibliyi edə bilər

Pakistanın ABŞ və İran arasında davam edən danışıqların ikinci raunduna ev sahibliyi etməsi ehtimal olunur.

Məlumata görə, görüşün gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. İslamabadın məqsədi Vaşinqton və Tehran arasında ilkin razılaşma istiqamətində irəliləyişə şərait yaratmaqdır.

Məlumata görə, Pakistan danışıqlar prosesində platforma rolunu gücləndirməyə çalışır və bu məqsədlə diplomatik əlaqələri genişləndirir. İslamabad ABŞ prezidenti Donald Trampın Çin səfərindən əvvəl müəyyən irəliləyiş əldə olunacağına ümid edir. (Anadolu Agency)

#Pakistan #ABŞ #İran #danışıqlar #evsahibliyi

Kanala abunə olun
1🤮1
Media is too big
VIEW IN TELEGRAM
Əraqçı: “🇮🇷 İran və digər ölkələr arasında yeni əməkdaşlıq dövrü başlayır”

Bu gün Pekində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ölkə beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyur və digər dövlətlərlə əməkdaşlığın genişlənməsi gözlənilir.

Onun sözlərinə görə, Çin tərəfi müharibədən sonrakı İranın əvvəlkindən fərqli olduğunu və beynəlxalq mövqeyinin gücləndiyini hesab edir. Əraqçı bu dəyişikliklərin İranın imkan və nüfuzunu daha da artırdığını qeyd edib.

Nazir əlavə edib ki, Çinlə aparılan müzakirələrdə müharibə, nüvə proqramı, sanksiyalar, Hörmüz boğazı və davam edən danışıqlar kimi əsas mövzular müzakirə olunub. (Snn.ir)

#İran #XİN #beynəxalqmünasibətlər #əməkdaşlıq

Kanala abunə olun
Tasnim: “🇮🇷 İran 🇺🇸 ABŞ-nin son təklifinə hələ rəsmi cavab verməyib”

Bu gün “Tasnim News” agentliyi məsələ ilə tanış mənbəyə istinadən bildirib ki, Tehran ABŞ-nin son təklifinə hələ rəsmi cavab təqdim etməyib.

Məlumata görə, Vaşinqtonun irəli sürdüyü təklifdə “bəzi qəbuledilməz məqamlar” mövcuddur və hazırda bu detallar İran tərəfindən araşdırılır.

Agentlik qeyd edib ki, razılaşma ilə bağlı yayılan bəzi xəbərlər ABŞ-nin son dövrlərdəki addımlarını yumşaltmaq məqsədi daşıya bilər. İranın isə yekun mövqeyini vasitəçilərlə bildirəcəyi gözlənilir.

#İran #ABŞ #razılaşma #təklif

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran aviaşirkətində ciddi böhran: təyyarələr sıradan çıxıb, maaşlar verilmir 🛩👩‍✈️

İranın Aseman Hava Yolları şirkətində 20 illik təcrübəyə malik bir vətəndaşın “Iran International”a göndərdiyi səs yazısında şirkətin ciddi problemlərlə üzləşdiyi bildirilib.

Onun sözlərinə görə, aviaşirkətin təyyarələrinin sayı 24-dən 3-ə enib və mövcud təyyarələrdən biri tez-tez uçuşlardan çıxarılır.

Bildirilir ki, təyyarələrdə texniki nasazlıqlar artıb, idarəetmədə tez-tez dəyişikliklər baş verir və işçilər aylardır əmək haqlarını ala bilmirlər.

#İran #aviaşirkət #təyyarə #nasazlıq #işçi #maaş #böhran

Kanala abunə olun
👍2